Uşağın inkişafında oyunların rolu
Rollu oyunlar
uşaqların sevimli əyləncəsi olmaqla bərabər, həm də onların əsas
işidir. Məhz oyun zamanı uşaqda şəxsiyyətin formalaşması, sosiallaşma gedir. Oyun
zamanı həm də uşağın mənəviyyatı formalaşır. Oyun ‒ uşaq üçün ilk iradə məktəbidir:
m
əhz oyunda uşaq ilk dəfə könüllü şəkildə müxtəlif tələblərə riayət etməyə başlayır.
M
əsələn, əgər rollu oyunda uşaq sərhədçidirsə, onu postda əvəz etməyincə yerindən
t
ərpənməyəcək, çünki real həyatda sərhədçilər belə hərəkət edirlər. Məktəbəqədər
dövrün 3-4 yaşında uşaqlar tək oyunlara, 4-5 yaşında qrupla sadə və xüsusi qaydası
olmayan oyunlara, 5-
6 yaşında uşaqlarda isə qruplarla qaydalı oyunlara üstünlük
verirl
ər.
Oyunlar uşaq cəmiyyətinin formalaşmasına, uşaqların öz aralarında ünsiyyət və
əməkdaşlıq qurmalarına əvəzsiz kömək göstərir. Oyun zamanı görmə qabiliyyəti, görmə
itiliyi yaxşılaşır, daha çox söz və ifadə yadda qalır. Bir sözlə, fəal oynayan uşaqda
intellekt güclü inkişaf edir. Oynayarkən uşaq həm də hərəkət edir: əgər uşaq dovşan,
siçan, pişik və s. rolundadırsa, istər-istəməz bu heyvanların hərəkətlərini təqlid edir,
böyük motorika inkişaf edir.
L.Vıqotskinin təbiri ilə desək, oyun uşaq üçün “yaxın inkişaf zonasıdır”: oyun
zamanı uşaq öz yaşından daha böyükdür. Oynayarkən o, sanki irəli və yuxarı sıçrayışlar
edir.
A.S.Makarenko uşaqların inkişafında oyunun böyük rolunu qeyd edərək, yazırdı
ki, “Yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq hansı əhəmiyyətə malikdirsə, uşağın da
h
əyatında oyun bir o qədər vacib və əhəmiyyətlidir”.
M
əktəbəqədər yaş dövrü üçün oyunlar iki böyük qrupa bölünür:
-
yaradıcı oyunlar;
-
qaydalı oyunlar.
Yaradıcı oyunlar uşaqların özləri tərəfindən yaradılan oyunlardır. Uşaqlar həyatda
gördükləri və müşahidə etdiklərini öz təsəvvürlərində canlandırmaqla oyun yaradırlar.
12
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Qaydalı oyunlar isə müəyyən qaydalara tabe olduğundan, bu oyunların
qaydalarını uşaqlar böyüklərin vasitəsi ilə öyrənib, oynayırlar. Alimlər tərəfindən (Elkonin,
Novosyolov v
ə s.) oyunların bölğüsü müxtəlif olsa da ümumən qaydalı oyunlar
mütəhərrik və didaktik olmaqla iki növə ayrılır. Qaydalı oyunların əhəmiyyyəti uşaqlara
qaydalara
əməl etməyi, qaydanı izləməyi və s. öyrədir. Bu gələcəkdə uşaqlarda həyatda
rast g
əlinən digər qaydaların əhəmiyyətli olması haqqında (məktəb qaydalarını, yol
qaydaları və s.) anlayış yaradır.
Qaydalı mütəhərrik oyunlar uşaqların hərəki fəallığını təmin edir. Mutəhərrik
oyunlara milli h
ərəki oyunlar, yarışlar və s aid edilir. Didaktik elementli mütəhərrik
oyunlarda uşaqların nəinki hərəki, həm də idrakı fəallığı təmin edilir. Bu oyunlarda
uşaqların qarşısında müəyyən hərəkətlər – topu tutmaq, yoldaşa çatmaq, ritmik hərəkəti
v
ə s. təkrar etmək tələb edən vəzifələr qoyulur.
Didaktik
(öyrədici) oyunların şərti 3 növü var:
-
oyuncaqlarla (müxtəlif əşyalarla);
-
şifahi və ya sözlu (məsələn: tapmacalarla);
-
stolüstü çap oyunları (üzərində şəkillər olan lotolar, cüt şəkillər olan kartlar və s.).
Ail
ələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları
Uşaq məktəbəhazırlıq qrupuna gələnə qədər ailədə müəyyən bilik, bacarıq və
v
ərdişlərə yiyələnir. Ailənin uşağın ilk müəllimi kimi qəbul edilməsi gələcəkdə təlim-tərbiyə
prosesinin m
əzmunlu qurulması, əlverişli münasibətlərin yaranması üçün vacib amildir.
Valideyn v
ə müəllimlərin ümumi səyləri uşaq haqqında məlumatların əldə olunmasına,
uşağın davranışı, rəftarı, münasibətləri ilə bağlı fikir və mülahizələrin bölüşdürülməsinə,
ən əsası, uşağın böyüməsi və inkişafı üçün daha əlverişli şəraitin yaradılmasına
yönəldilir.
Valideynl
ər uşaqlarla keçirilən bütün kütləvi tədbirlərdə, təlimdə, problemlərin
h
əllində iştirak etməyə cəlb edilirlər. Valideynlər müəllimlərlə birlikdə uşağın inkişafının
stimullaşdırılmasında fəal iştirak edir, səy göstərirlər. Bunun üçün, ilk növbədə, qruplarda
m
ənimsənilən bilik və bacarıqlar ailədə möhkəmləndirilir. Belə bir qarşılıqlı əməkdaşlıq
uşağın əqli fəaliyyətinin zənginləşməsinə, özünəinamın yaranmasına, nəticə etibarilə,
m
əktəb həyatına daha rahat uyğunlaşma dövrünü keçməyə təsir göstərir. Valideynlər
uşaqların təlim fəaliyyətində iştirak etdikləri təqdirdə onların təlim nailiyyətləri yüksəlir.
Bel
ə bir əməkdaşlıq şəraitində valideynlər aşağıdakı məsələlərlə tanış olmalıdırlar:
• uşaqların yaş xüsusiyyətləri;
• təlim-tərbiyə işinin əhəmiyyəti;
• uşaqların fəaliyyətlərini stimullaşdıran öyrədici mühitin vacibliyi;
• fiziki, emosional müdafiənin təmin edilməsi, mühitin təhlükəsizliyinin zəruriliyi;
• uşaqların fəallığı.
13
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Valideynl
ər öz uşaqlarının əqli qabiliyyətləri haqqında müəllimdən məlumat alır,
t
əlim nailiyyətlərinə verilən qiymət əsasında uşağın irəliləyişini sürətləndirmək məqsədilə
müəllimlərlə əməkdaşlıq edirlər. Pedaqoji şura iclaslarında iştirak, valideyn şurasına
üzvlük, məktəb həyatı haqqında söhbətlər və birgə mütaliə kimi pedaqoji tədbirlər uşağın
t
əhsilində valideynlərin fəal iştirakını təmin edən çoxsaylı yollardandır.
Ail
ə ilə birgə fəaliyyətdə aşağıdakıların nəzərə alınması tövsiyə olunur:
1.
Müəllim və valideynlərin uşaqların təlim-tərbiyəsində tərəfdaş olması;
2.
Müəllim və valideynlərin uşaqların məktəbəhazırlıq təhsilinin məqsəd və vəzifələrini
bilm
əsi;
3.
Müəllim və valideynlər tərəfindən uşağa kömək, hörmət və inamın göstərilməsi;
4. M
əktəb və ailənin qarşılıqlı fəaliyyətinin, onun aralıq və son nəticələrinin daim təhlil
edilm
əsi;
5.Valideynl
ər üçün vaxtaşırı maarifləndirici seminarların təşkili.
Valideynl
ər üçün tövsiyələr
(Bu material çoxaldılaraq valideynlərə çatdırıla bilər)
1.Uşaqlara qayğı göstərmək və heç zaman sevginizi onlardan əsirgəməyəcəyinizi bilmək,
balacaları xoşbəxt edir.
2. Uşaq öz xüsusi baxışları və düşüncələri ilə inkişaf edən şəxsiyyətdir, o da qəbul
olunmağı və arzularına hörmətlə yanaşılmağını istəyir.
3.U
şaqların həyatında böyüklərin fəal iştirak etməyi heç də onun işinə qarışmaq və ona
n
əzarət etmək deyil. Bu, hər şeydən əvvəl uşağın daxili aləminə, onun inkişaf
xüsusiyyətlərinə fikir vermək, ona diqqətlə qulaq asmaq, onun inkişafını dəstəkləmək
dem
əkdir.
4.Uşaqların tələbatları böyüklərdən uyğunlaşma tələb edir - həyatına düzəlişlər,
d
əyişmələr gətirir.
5.Uşağa qarşı diqqətli olmaq və vaxt ayırmaq onun inkişafına yaxşı təsir edir.
6.İstənilən uşaq - ağıllı və ya zəif düşüncəli, hərəkətli və ya astagəl, güclü və ya zəif,
hörmət və məhəbbətə layiqdir. Onun dəyəri uşaq olmağındadır.
7.Uşaq heç də başdan-başa çatışmazlıqlardan, zəiflikdən, uğursuzluqdan ibarət deyil.
Uşağın öz qüruru var, sadəcə olaraq onu görməyi bacarmaq lazımdır.
8.Adekvat t
ərif uşaqların özünəinamını artırır, yeni hədəflərə can atmağa motivasiya
yaradır.
9.Qarşıya qoyulan istənilən tələbi uşağı tərif etməklə, dəstəkləməklə başladıqda o özünü
sınamağa həvəslə gedir.
10.Əlbəttə əgər qarşıya qoyulan məqsəd uşağın çata biləcəyi səviyyədədirsə.
11.Əmr etmək əvəzinə ondan məsləhət verməyi və ya kömək istəyi uşaqda əməkdaşlıq
etm
ək həvəsi yaradır.
12.İcazələr uşaqları qadağalardan daha yaxşı öyrədir. Əksər hallarda məzəmmət etmək,
susdurmaq, n
əyisə tələb etmək gözlənilən nəticəni vermir.
13.Uşaq başa düşməlidir ki, onu nəyə görə cəzalandırırlar.
14
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
14.
Böyük iradəsini zorla qəbul etdirməyə çalışdıqda uşaq tərəfindən daha kəskin
etirazla qarşılaşa bilər.
15.Uşağa necə təsir göstərmək yolu aydin deyilsə, dayanıb müşahidə etmək lazımdır,
t
ələsik “həll” həmişə xeyirli olmur. Bəzən vəziyyəti analiz etməyin və başqalarından
m
əsləhət almanın faydası var.
16.Uşaqlarla ünsiyyət zamanı onlarda etiraz və ya mənfi reaksiya doğuran üsul və
vasit
ələrdən qaçmaq lazımdır. Uşaqlar təzyiqi, onlara qarşı etinasızlığı, ağıl öyrətmək
ist
əyi ilə olan yanaşmaları hiss edirlər. Zorakı üsullar nəinki vəziyyəti düzəltməz, əksinə,
uşaqda qüsurları artırar, davranışına mənfi təsir göstərər.
17.
Böyüklərin mənfi emosiyalarını - qorxunu, təşvişi, qəzəbi, apatiyanı hər zaman
uşaqlardan gizlətmək olmur, bu isə qeyri-ixtiyarı olaraq uşaqlara sirayət edir və onlarda
anoloji emosiyalar doğurur. Bu zaman böyüklər uşaqları sevdiklərini, indiki hallarının
müvəqqəti olduğunu, və dəf etməyə güclərinin çatacığını dedikdə, uşaqlar özlərini
müdafiə olunmuş hiss edirlər.
18.Uşaqlarla ünsiyyətdə bərabərlik və əməkdaşlıq prinsipləri çox əhəmiyyətlidir. Bu
q
ərəzli yanaşmanı azaldır, sevinc, isti münasibət, işıq bəxş edir.
19.Uğursuzluqları üzə vurmaq, irad tutmaq lazım deyil. Hətta bunlar nəyisə yoluna
qoymaq, kimis
ə dəstəkləmək, həvəsləndirmək niyyəti ilə edilsə belə. Uşağa onun
uğursuzluğunu kobudluqla üzə vurmaq, irad tutmaq onun emosional vəziyyətinə pis təsir
göstərə bilər. Uşağın özü haqqında müsbət təsəvvürə malik olması çox mühümdür,
bunsuz psixi sağlamlıqdan və normal inkişafdan söhbət gedə bilməz.
20. Uşağı “qiymətləndirmə” mütləq keyfiyyət baxımından olmalıdır. Uşağın təbii inkişaf
rejimind
ə “düz və ya səhv cavab”, “düz və ya səhv qərar” anlayışlarına yer yoxdur.
Uşaqlar cəzalandırılmaqdan qorxmadan, hətta gördükləri iş bəzən alınmasa belə, özlərini
bacardıqları və istədikləri kimi göstərdikdə inkişaf edirlər.
21. H
ər bir uşaq yalnız “əvvəlki özü” ilə müqayisə edilə bilər. Mühüm olan - onun
nailiyy
ətlərinin nəticəsi yox, daxili azadlığı, emosional rifahıdır. Bunlar qənaətbəxş
n
əticənin təminatlarıdır. Uşaq ürəyi istəyən adamı özünə nümunə seçir.
22.Uşaqlara qarşı diqqət və simpatiya həddən çox olduqda da uşağın inkişafına yaxşı
t
əsir göstərmir. Əksinə bunun da ziyanı ola bilər. Çünki belə münasibətə alışmış uşaq
ondan azacıq məhrum olduqda, narahatlıq keçirir, ona qarşı münasibətin dəyişməsində
özünü günahkar sayır.
23.Uşağı sözlərdən istifadə etmədən həvəsləndirmə, cəsarətləndirmə üsullarına da
müraciət edin; təbəssüm, əl sıxma, dostcasına çiyninə vurma və s. çox effektlidir.
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik
M
əktəbəhazırlıq yaşında olan uşaqlarda fiziki inkişaf prosesi davam edir.
Uşaqlarda hərəki fəallığa yüksək tələbat qalmaqdadır. Beşyaşlılarda boy artımı prosesi
f
əallaşır, uşaqların onurğa sütunu müxtəlif deformasiyaya gətirən təsirlərə (boya uyğun
olmayan mebel d
əsti, pis işıqlandırma, bədənin hərəkətsiz vəziyyəti) qarşı həssas olur.
Bunları nəzərə alaraq hər bir uşağın qamətinin düzgün saxlanmasına müntəzəm diqqət
yetirm
ək ən vacib məsələlərdən biridir. Bu yaşda uşaqların pəncə quruluşu
tamamlanmamışdır. Odur ki, vaxtında yastıpəncəliyin qarşısını almaq lazımdır. Bu
15
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
prob
lem müxtəlif səbəblərdən yarana bilər. Müəllim ayrı-ayrı uşaqların ayaq ağrıları,
h
ərəki oyunlar zamanı tez yorulmaları ilə bağlı şikayətlərinə diqqətlə yanaşmalıdır.
Uşaqların fiziki sağlamlığı əzələlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə
əlaqədardır. Onların böyük əzələləri daha yaxşı inkişaf etdiyindən özlərini tənzimləməyi
bacarır, davranış və hərəkətlərində daha fəal və çevik olurlar. Kiçik əzələlərin inkişafı
üçün müəllim barmaq gimnastikasından, təsviri fəaliyyət növlərindən, müxtəlif qrafik
imlalardan istifad
ə etməlidir. Müəllim uşaqlara həm böyük, həm də kiçik əzələlərdən
istifad
ə etmək imkanı yaratmalıdır.
5 yaşlı uşaqlarda hələ də hərəkət və reaksiyaların impulsivliyi (qeyri-iradiliyi) özünü
büruzə verir. Uşağın hərəkətlərinin və davranışının dəyişilməsinə mənfi təsir göstərən
amill
ərdən əzginliyi, emosional yüklənmələrin çoxluğunu, yorulmanı qeyd etmək olar.
Buna görə müəllim uşaqların həddindən artıq həyəcanlanmalarına imkan verməməli,
onları artıq yükləməməlidir.
Uşaqların hərəki rejimini səmərəli təşkil edib, gün ərzində müxtəlif hərəki fəaliyyət
növləri ilə zənginləşdirmək lazımdır. Fəaliyyət növlərini təşkil edərkən hərəkətləri daha
keyfiyy
ətli və dəqiq yerinə yetirmələri üçün tələbləri mütəmadi artırmaq lazımdır.
Əsas hərəkətləri yerinə yetirmə bacarıqlarını hərəki oyunlar və estafet
yarışlarında möhkəmləndirmək olar. Onu da nəzərə almaq lazımdır ki, müəyyən
h
ərəkətlər yalnız uşaqlar tərəfindən yaxşı mənimsənildikdən sonra oyunlara əlavə edilə
bil
ər. Uşaqların çevik və cəld olmaları üçün hərəkətlərin ardıcıllığını və oyun şərtlərini
d
əyişmək məqsədəuyğundur. Müəllimin vəzifələrindən biri də uşaqlarda yarışmaq
h
əvəsini oyatmaq və dəstəkləməkdir.
M
əktəbəhazırlıq qrupunun uşaqları sağlam və təhlükəsiz həyat tərzinə riayət
etm
əyi öyrənməlidirlər. Uşaqların təhlükəsizliyini təmin etməklə fiziki tələbatlarını ödəyən
m
əşğələlər qurmaq müəllimin vəzifəsidir.
Uşaqların sağlam həyat tərzi, gigiyenik prosedurlar (nə üçün dişləri, əlləri yumaq
lazımdır və s.), idman məşğələləri, təmiz havada gəzinti, səhər gimnastikası haqqında
t
əsəvvürlərini genişləndirmək lazımdır. Uşaqlarla sağlam və təhlükəsiz həyat tərzini
t
əbliğ edən söhbətlər aparmaq, bu mövzuda süjetli-rollu oyunlar keçirmək, fiziki
f
əaliyyətin, düzgün qidalanmanın, təmizliyə riayətin vacibliyini əks etdirən mövzuları
s
əhnələşdirmək, sağlam və qeyri-sağlam həyat tərzi ilə bağlı məsələləri tədqiq və
müzakirə etmək məqsədəuyğundur.
T
əhlükəsizlik sağlam olmağın tərkib hissəsidir. Uşaqları təhlükəsizlik qaydaları,
müəyyən zədə alma ehtimalı olan situasiyalar, hissiyyat orqanlarını (göz, qulaq, burun)
qorumağın vacibliyi, zədə alarkən ilk yardım, ictimai yerlərdə xəstəliyin yayılmaması
üçün düzgün davranış qaydaları (öskürmə və asqırma hallarında ağızı burun dəsmalı ilə
örtmək, üzünü əks tərəfə çevirmək, xəstə ilə öpüşməmək, eyni qabdan istifadə
etm
əmək), xəstə insana sadə yardım göstərmə (xahişini yerinə yetirmək, səs salmamaq
v
ə s.) haqqında məlumatlandırmaq lazımdır.
16
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Uşaqların gigiyenik qaydalar və prosedurlar haqqında təsəvvürlərini
genişləndirmək (əl-üzün yuyulması, bədənin təmizliyi, saçların daranması və səliqəli
saxlanılması, dırnaqların kəsilməsi, geyim və ayaqqabıların təmiz saxlanılması), masa
arxasında, ictimai yerlərdə davranış qaydalarını aşılamaq məqsədəuyğundur.
Fiziki m
ədəniyyət məşğələsi
1.1.2. Yerind
ə, uzununa, müxtəlif istiqamətlərə doğru və ip üzərindən tullanır.
Mövzu: Hərəki reaksiyanın sürətinin inkişaf etdirilməsi. İki ayaq və bir ayaq üstə
hop
panma; İki ayaqla hündürlüyü 20-25 sm. olan 5-6 əşyanın üzərindən
hoppanmaq.
M
əqsəd: - Yerində bir və iki ayağı üstündə hoppanır;
-
Hündürlüyü 20-25 sm olan 5-6 əşya üzərindən iki ayaqla hoppanır.
-
Oyunun qaydalarına riayət etməklə oynayır.
İnteqrasiya: İd. 2.1.3; E.s. 3.2.1.; S.e 4.1.2; 4.2.2.
İş forması: fərdi, kollektiv.
Üsullar: suallar, oyunlar.
Resurslar:
Uşaqların sayına görə toplar, heyvan şəkilləri, start və finişi qeyd
etm
ək üçün ləvazimatlar. 20-25 sm hündürlükdə maneələr.
Qeyd: Burada da m
əşğələ 3 mərhələlidir. Amma bu mərhələləri şərti olaraq Hazırlayıcı,
Əsas və Tamamlayıcı mərhələlər adlandırmaq daha
m
əqsədəuyğundur. Belə ki, Fiziki mədəniyyət məşğələlərində mövcud
bilikl
ərin aktuallaşdırılması, hər hansı biliyin dərk edilməsi və onun tətbiqi
n
əzərdə tutulmur. Burada bədən əzələləri, skelet, böyük motorika, hərəki qabiliyyətlər
inkişaf etdirilir.
Perspektiv v
ə cari planlaşdırma
Səmərəli təlim işin düzgün planlaşdırılmasından başlayır. Düzgün planlaşdırma
üçün təlim fəaliyyətlərinin əvvəlcədən layihələşdirilməsi xüsusi didaktik əhəmiyyət kəsb
edir. Planlaşdırmanın əsasən, aşağıdakı iki növündən istifadə edilməsi zəruri hesab edilir:
perspektiv
(illik) planlaşdırma.
cari
planlaşdırma.
Perspektiv (illik) planlaşdırma standartların reallaşması məqsədilə inkişaf
sahələrinə uyğun hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Məktəbəqədər
təhsil
proqramının
(kurikulumunun)
əsas
istiqamətlərinə
müvafiq
olaraq
müəyyənləşdirilmiş həmin sahələrin planlaşdırılmasında inteqrativlik prinsipi ciddi şəkildə
gözlənilir.
Perspektiv planlaşdırma müxtəlif yaş qrupuna və uşaqların ehtiyaclarına uyğun
olaraq işin əsas mərhələlərini nəzərdə tutmağa icazə verir. Məktəbəqədər təhsil
müəssisələrində işin planlaşdırılması uşaqların təlim-tərbiyə prosesinə təşkilati xarakter
verir, t
ərbiyəçi-müəllimin işini daha mənalı və nəticəli edir.
17
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Perspektiv (
illik) planlaşdırma aşağıdakı nümunəvi sxem üzrə aparılır:
Standartlar
Məşğələ
Mövzular
İnteqrasiya
Resurslar
Tarix
Cari planlaşdırma alt standartların həyata keçirilməsi məqsədilə ayrı-ayrı məşğə-
lələr və məşğələdən kənar fəaliyyət sahələri üzrə aparılır.
Məşğələlərin cari planlaşdırılması aşağıdakı göstəricilər əsasında hazırlanır:
Standart, mövzu, məqsəd, inteqrasiya, iş forması, iş üsulları, resurslar.
İdrakın inkişafı
Bu inkişaf sahəsi 3 hissədən ibarətdir:
-
Əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olduğunu nümayiş etdirir.
-
Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən isitfadə edir.
-
Sadə riyazi əməliyyatları yerinə yetirir.
Gördüyünüz kimi, I hissə ətraf aləmlə tanışlıq məsələlərini özündə birləşdirir. Bu
sah
ə, əslində uşaqların həvəslə öyrəndikləri və sürətlə irəlilədikləri sahədir. Körpə
yaşlarından uşaq tədqiqatçıdır: müxtəlif əşyalara toxunmaq, onlarla cürbəcür
manipulyasiyalar etm
ək, eyni hərəkəti dəfələrlə təkrar edib ən xirda incəliklərə fikir vermək
v
ə mülahizə söyləmək uşaqların təbiətindədir. Heyif ki, bir çox valideynlər və müəllimlər
uşaqdakı təbii tədqiqatçılıq həvəsini erkən yaşda məhv edirlər (təhlükəsizliyin təminatı adı
altında).
II hissədə əsas vurğu nitqin inkişafına qoyulur. Nitq - idrakın inkişafının həm
göstəricisidir, həm də onun inkişafını stimullaşdıran fəaliyyətdir. Başqa sözlə, beynində
idraki proseslər daha sürətli gedən uşaq aydın və səlis danışır, digər tərəfdən nitqi inkişaf
etdirilən uşaqda idrak fəaliyyəti optimallaşır.
III hiss
ə sadə riyazi təfəkkürün (və ya bəzi sənədlərdə yazıldığı kimi, təsəvvürün)
inkişafıdır. Müşahidələr göstərir ki, sadə riyazi təfəkkürün inkişafı adı ilə adətən, uşaqlara
saymaq və hesablamaq öyrədirlər. Amma saymaq və hesablamaq riyazi təsəvvürlərin
bir hissəsidir. Tam riyazi təsəvvürün formalaşması üçün forma, ölçü, kəmiyyət və həcm
bar
ədə anlayışlar; planlaşdırma, modelləşdirmə, sxemləşdirmə və simvollaşdırma
bacarıqları, məkan və zamanla bağlı ilkin riyazi əməliyyatlar, müxtəlif alətlərdən istifadə,
m
əsələ həlli və s. vacibdir.
18
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
M
əşğələ nümunəsi
İcmal
Standart:
2.2.1. Dinl
əyib-anladığı fikirləri şərh edir.
Mövzu: Dayqa Zakenin “Hərəyə bir portağal payı” hekayəsi
M
əqsəd:
1. Hekay
ədəki hadisələri anlayır və onlara münasibət bildirir.
2. Beş dairəsində sayır.
3. Bölüşmək məfhumunu şərh edir.
İnteqrasiya: 2.3.1; 4.3.2.
İş üsulu: Suallar, müzakirə, problemli vəziyyət.
İş forması: qruplarla iş
Resurslar:
Dayqa Zakenin “Hərəyə bir portağal payı” hekayəsi, vərəqlər, yapışqan,
r
əngli kağızlar, rəngli qələm və ya markerlər, plastilin, portağal, su dolu ləyən.
M
əşğələnin gedişatı
Aktuallaşdırma və ya motivasiya mərhələsi
T.
Biz bu gün Dayqa Zakenin “Hərəyə bir portağal payı” hekayəsini oxuyacağıq.
- Portağalı xoşlayırsınızmı?
- Onun dadı necədir?
Sizc
ə, bu hekayənin adı niyə belədir?
D
ərketmə mərhələsi
Müəllim hekayəni hissə-hissə ucadan oxuyur.
“Bir gün ana mağazadan bir bağlama portağal alıb gətirmişdi.
- Portağaldan elə xoşum gəlir ki! - Cimmi dedi və bağlamanı götürüb öz otağına
apardı. Portağalları çıxarıb bir-bir saymağa başladı:
- Bir, iki, üç, dörd, beş portağal! Bunların hamısını özüm yeyəcəyəm.”
M.: (
oxumağa pauza verərək): Sizcə, Cimmi nəyə görə bütün portağalları özünə götürdu?
(uşaqların cavabı)
Fikirl
ərə qulaq asdıqdan sonra hekayənin oxusu davam edir:
“Bu zaman bayır qapısı çırpılaraq örtüldü. Ata işdən evə qayıtmışdı. Çox yorğun
görünürdü.
- Ola bilsin, sulu portağal onu özünə gətirdi, - deyə Cimmi düşündü, - onsuz da xeyli
portağalım qalır.
Cimmi portağalların ən balacasını atasına uzatdı:
- Al, - dedi, - bu sənin.
Ata razı-razı gülümsədi.
M.: (
oxumağa pauza verərək):
İndi onun neçə portağalı qaldı?
Cavabları dinlədikdən sonra müəllin növbəti hissəni oxuyur:
“Cimmi öz otağına çəkilib yenə də portağalları saymağa başladı:
- Bir, iki, üç, dörd portağal. Hamısı mənimdir.
Bu zaman anası onu səslədi:
- Cimmi! Reynas, Conni və Deyv bizə oynamağa gəliblər. Onları nəyəsə qonaq
etm
ək yaxşı olardı.
19
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Cimmi ha ist
ədi ki, portağalları arxasında gizlətsin, amma əlləri sözünə baxmadı.
O, portağalları Reynasa, Conniyə və Deyvə uzatdı. Oynamağa gələn uşaqlar hərəsi bir
portağal götürdü və bir ağızdan “çox sağ ol” dedilər.”
M.: (
oxumağa pauza verərək):
Cimm
i portağal bağlamasını çarpayının altında gizlətmişdi ki, bu vaxt anası ah
çəkərək dedi:
- Susuzluqdan yanıram.
Cimmi bilirdi anasının susuzluğunu nə yatırda bilər.
M: Sizc
ə, indi o nə edəcək?
- Al, bu da sənin, - dedi və anasına bir portağal uzatdı. Hərə öz portağalını soymağa
başladı. Cimminin bağlaması isə bomboş idi.
- Mənə portağal çatmadı!!! – deyə Cimmi hönkürdü.
- Mənim portağalımdan götür, - atası dedi və Cimmiyə bir neçə dilim verdi.
- Mənimkindən də bir az dada bilərsən, - Reynas təklif etdi.
- Mənimkindən də, - Conni dedi.
- Mənimkindən də, - Deyv dedi.
Ana da öz portağalını Cimmi ilə bölüşdü. İndi Cimminin əlləri portağal dilimləri ilə dolu
idi.
-
Hamı üçün xeyli portağal var imiş! – deyə Cimmi sevindi.
T
ətbiqetmə mərhələsi
M.: Hekay
ə bitdi. Cimmi haqqında nə düşünürsünüz? Siz Cimminin yerinə olsaydınız nə
ed
ərdiniz? Cimminin portağalı bölüşməsi sizin xoşunuza gəldi? Bəs portağallar sizin
olsaydı nə edərdiniz? Oyuncaqları, yeməyi bölüşmək çoxmu cətindir?
Sizin üçün bölüşmək nə zaman asan olur? (Bölüşdüyünüz əşyadan sizdə bir neçə dənə
olanda)
Başqaları sizinlə nəyisə bölüşəndə siz nə hiss edirsiniz? (Sevinc, məmnunluq,
minn
ətdarlıq və s.)
Biz d
ə bu otağı, buradakı əşyaları, oyuncaqları bölüşürük. Biz başqa insanlarla küçələri,
parkları, çimərlikləri, bütün ətraf mühiti bölüşürük. Hİsslərimizi, arzularımızı da bölüşürük.
Müəllim belə tapşırıqlar verə bilər:
1.Cimminin 5 portağalını neçə adam yedi? Hamıya eyni sayda dilim düşsün deyə
h
ər portağalda neçə dilim olsa yaxşıdır? (Əgər portağal yoxdursa, dilimləri müvafiq sayda
çubuqlarla əvəz edə bilərsiniz.)
2.
Portağal şəkli çəkin və ya plastilindən portağal düzəldin.
3. G
əlin hekayəni səhnələşdirək.
4. Portağalın suda batıb-batmadığını sınaqdan keçirin.
5. Portağalın xassələrini sadalayın (yumru, narıncı, nahamar, iyli, turşa-şirin və s.)
20
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Dostları ilə paylaş: |