S
ənədlər
M
əktəbə hazırlığın təşkili Qaydaları
8 yanvar 2010-cu il
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "T
əhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun
hazırlanmışdır və məktəbə hazırlığın təşkili məsələlərini tənzimləyir.
1.2. M
əktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi
inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə
çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir.
1.3. Beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruridir.
1.4. M
əktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil,
z
ənginləşdirilməsinə istiqamətləndirilməlidir.
1.5. M
əktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək
uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil
müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları
t
əşkil olunmalıdır.
1.6. Beşyaşlıların məktəbə hazırlığı "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim
Proqramı" əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda
yeni alternativ proqramlardan da istifad
ə oluna bilər.
1.7. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil
müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında aparıla
bil
ər. Uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün uşaqlarını
m
əktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif xidmətlər təşkil
edil
ə bilər.
1.8. M
əktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən
m
əktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata
keçirilməlidir.
2. M
əktəbə hazırlığın məqsəd və vəzifələri
39
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
2.1. M
əktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə
almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil
etm
əkdir.
2.2. M
əktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət
emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə
müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin
formalaşdırılmasıdır.
3. M
əktəbə hazırlığın təşkili üçün qoyulan tələblər
M
əktəbə hazırlığın təşkili üçün aşağıdakı tələblər qoyulur:
m
əktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin
öyrənilməsi;
m
əktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının
müəyyənləşdirilməsi;
g
ələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;
uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;
istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi
m
əqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində
müvafiq işlərin aparılması;
uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun aşağıdakıları əhatə edən
fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır:
fiziki hazırlıq:
uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi;
h
ərəki fəaliyyətin, xüsusilə xırda motorikanın koordinasiyasının inkişafı;
fiziki v
ə əqli qabiliyyətin inkişafı;
şəxsiyyətyönümlü hazırlıq:
müstəqillik, məsuliyyətlilik, fəallılıq, təşəbbüskarlıq;
başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq;
müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq;
ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması;
intellektual hazırlıq:
obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;
idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana
dilin
ə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin
daxilind
ə təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar)
yiy
ələnmək;
prosesl
əri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə
görə ayırmaq, nəticə çıxarmağı bacarmaq.
sosial hazırlıq:
yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər
mill
ətlərə hörmət) inkişafı;
böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının
m
ənimsənilməsi;
öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması.
4. Uşaqların məktəbə hazırlığının təşkili
40
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
4.1. Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim
m
əşğələlərində didaktik oyunların tətbiq edilməsi faydalıdır. Müəllim uşağın oyuna olan
marağından istifadə edərək, didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Didaktik
oyunlar t
əlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir,
bu zaman t
əlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur.
4.2. M
əktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik
m
əşğələlərin sayı 12 olmalıdır.
H
ər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni
g
ərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən sonra idman dəqiqəsi keçirilir.
4.3. Gün rejimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən
"M
əktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı"na uyğun olaraq təşkil olunur.
16 iyun 2017,
Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Az
ərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci
b
əndinə uyğun olaraq, Azərbaycan Respublikasında məktəbəqədər təhsilin təmin
olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi
v
ə iqtisadi əsaslarını müəyyən edir.
1-
ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Madd
ə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifad
ə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. m
əktəbəqədər təhsil – məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi
inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun
n
əticəsi;
1.0.2. m
əktəbəqədər təhsil müəssisəsi – məktəbəqədər təhsilin dövlət standartlarına
uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını
v
ə ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi;
1.0.3. m
əktəbəqədər təhsilin dövlət standartı – uşaqların, ailənin, cəmiyyətin və dövlətin
t
ələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan, məktəbəqədər
t
əhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar
m
əcmusu;
1.0.4. m
əktəbəqədər təhsildə diferensiallaşdırma – təhsil prosesində uşaqların fərdi
xüsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri, psixo-fizioloji
xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunması;
1.0.5. m
əktəbəqədər təhsildə qiymətləndirmə - uşaqların əqli, fiziki inkişafı və təhsil
nailiyy
ətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesi;
1.0.6. m
əktəbəqədər təlim – məktəbəqədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və
s
əriştələrin, mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiqetmə bacarığının əldə
edilm
əsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş proses;
1.0.7. m
əktəbəqədər xüsusi təhsil müəssisəsi – sağlamlıq imkanları məhdud olan
m
əktəbəqədər yaşlı uşaqların təhsil alması üçün yaradılmış təhsil müəssisəsi;
41
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
1.0.8. metodist
– məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodik
r
əhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssis;
1.0.9. day
ə - uşaqlara qulluğu və nəzarəti həyata keçirən şəxs;
1.0.10. defektoloq
– uşaqların əqli, fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul
olan mütəxəssis;
1.0.11. icma
əsaslı məktəbəqədər təlim qrupu – ixtisaslı pedaqoji kadr olduğu halda,
valideynl
ərin və digər qanuni nümayəndələrin könüllülüyü ilə yerlərdə yaradılan
m
əktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupu;
1.0.12. inklüzivlik – sağlamlığından, potensial imkanından, maddi təminatından asılı
olmayara
q, uşaqların birgə təhsil almaq hüququnun təmin edilməsi;
1.0.13. innovasiya
– müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan mütərəqqi
xarakterli yenilikl
ər;
1.0.14. qanuni nümayəndələr – uşaqların hüquqlarını və qanunla qorunan mənafelərini
t
əmsil edən valideynlər, övladlığa götürənlər, qəyyumlar;
1.0.15. qısamüddətli təlim qrupu – valideynlərin və digər qanuni nümayəndələrin istəyi
n
əzərə alınmaqla, yaş kateqoriyasına uyğun olaraq uşaqlar üçün qısaldılmış gün rejimi
əsasında təşkil edilən təlim qrupu;
1.0.16. loqoped
– nitqi qüsurlu uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssis;
1.0.17. sağlamlıq imkanları məhdud uşaq – xüsusi təhsil şəraitinə ehtiyacı olan fiziki
çatışmazlığı, əqli və ya psixi ləngimələri olan uşaq;
1.0.18. t
əhsil proqramı (kurikulum) – təlim nəticələri və inkişaf sahələri üzrə məzmun
standartlarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və
monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;
1.0.19. t
əhsildə inteqrasiya – təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin
ed
ən didaktik prinsip;
1.0.20. t
əlimin məzmunu – uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar
şəklində ifadə edilən təlim nəticələrinin məcmusu;
1.0.21. t
ərbiyəçi–müəllim – uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbəhazırlıq
t
əlimini təşkil edən və həyata keçirən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta
ixtisas t
əhsilli şəxs.
Madd
ə 2. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. M
əktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Az
ərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında”, “Publik hüquqi
şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan,
m
əktəbəqədər təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi
aktlardan v
ə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
ibar
ətdir.
2.2. M
əktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas
m
əqsədi uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etməkdən,
m
əktəbəqədər təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən
etm
əkdən, məktəbəqədər təhsil sisteminin müasir tələblərə uyğun fəaliyyəti və inkişafı
üçün hüquqi təminatlar yaratmaqdan ibarətdir.
2.3. Bu Qanun
xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik
nümayəndəlikləri və konsulluqları yanında yaradılan məktəbəqədər təhsil müəssisələrinə
şamil olunmur.
42
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Madd
ə 3. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
3.0. M
əktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. m
əktəbəqədər təhsil sahəsində bərabər imkanların yaradılması;
3.0.2. m
əktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin
olunması;
3.0.3. m
əktəbəqədər təhsilin milli və dünyəvi təhsil ənənələri, Azərbaycan və dünya
pedaqoji elminin nailiyy
ətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü
inteqrasiyası əsasında təşkili;
3.0.4. m
əktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığının qorunması, psixoloji
v
ə fiziki inkişafının təmin edilməsi;
3.0.5. m
əktəbəqədər təhsilin bu Qanuna uyğun olaraq könüllülüyü;
3.0.6. sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilinin təşkili;
3.0.7. beş yaşına çatmış uşaqların məktəbəhazırlığının zəruriliyi;
3.0.8. m
əktəbəqədər təhsil müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafının təmin
edilm
əsi;
3.0.9. uşaqların məktəbəqədər təhsillə əhatə edilməsi səviyyəsinin yüksəldilməsi.
Madd
ə 4. Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri
4.0. M
əktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. m
əktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata
keçirmək;
4.0.2. m
əktəbəqədər təhsilə dair normativ hüquqi aktlar, səmərəli təhsil modelinə
əsaslanan dövlət təhsil standartları və proqramları (kurikulumlar) təsdiq etmək;
4.0.3. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq,
m
əktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin bu Qanuna və texniki normativ hüquqi
aktlara uyğunluğuna nəzarəti həyata keçirmək;
4.0.4. m
əktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini,
maliyy
ə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarəti təmin
etm
ək;
4.0.5. dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və
v
əzifədən azad etmək;
4.0.6. m
əktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək;
4.0.7. b
ələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinin nizamnamələrinə rəy
verm
ək;
4.0.8.
m
əktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin
əlaqələndirilməsi məqsədi ilə məlumat bazasını yaratmaq;
4.0.9. m
əktəbəqədər təhsil müəssisəsinin tikintisinə dair normaları, maddi-texniki
t
əchizatına dair minimum normaları, ümumi sanitariya-gigiyenik tələbləri və uşaq yerləri
il
ə təminat normativlərini təsdiq etmək;
4.0.10. m
əktəbəqədər təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və təlim-tərbiyə
prosesinin keyfiyy
ətinə dövlət nəzarətini həyata keçirmək;
4.0.11. m
əktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə lisenziya vermək və ya onu ləğv
etm
ək;
4.0.12. m
əktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası və işçilərinin attestasiyası
qaydalarını müəyyən etmək, akkreditasiyanı və attestasiyanı həyata keçirmək;
43
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
4.0.13. dövlət məktəbəqədər təhsil müəssisələrini tədris vəsaitləri, bədii və metodik
ədəbiyyatlarla təmin etmək;
4.0.14. dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını və tibbi
xidm
əti təmin etmək;
4.0.15. m
əktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən
mexanizml
əri hazırlayıb həyata keçirmək;
4.0.16. dövlət məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesini və
idar
əetməni təkmilləşdirmək, bu müəssisələri ixtisaslı pedaqoji kadrlarla, informasiya-
kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin etmək;
4.0.17.
Az
ərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan
Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların
m
əktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almalarını təmin etmək;
4.0.18. m
əktəbəqədər təhsilin keyfiyyətinin və elmi-metodik təminatının, uşaqların
m
əktəbəqədər təhsillə əhatəsinin yüksəldilməsi məqsədi ilə təhsil proqramları və
layih
ələri həyata keçirmək;
4.0.19. m
əktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən etmək;
4.0.20. Az
ərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və
v
ətəndaşlığı olmayan şəxslərin məktəbəqədər təhsil almasına şərait yaratmaq.
Madd
ə 5. Məktəbəqədər təhsil sahəsində dövlət standartları
5.1. M
əktəbəqədər təhsil sahəsində dövlət standartları uşaqların, ailənin, cəmiyyətin və
dövlətin tələbatına uyğun olaraq elmi-pedaqoji prinsiplər və beynəlxalq təcrübə əsasında
hazırlanan, məktəbəqədər təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris
bazasını, infrastrukturu, təhsilalanlar və təhsilverənlərin göstəriciləri ilə bağlı tələbləri
özündə əks etdirən normalar məcmusudur.
5.2. M
əktəbəqədər təhsil sahəsində dövlət standartları müvafiq icra hakimiyyəti orqanı
t
ərəfindən müəyyən edilir.
5.3. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq məktəbəqədər
t
əhsil müəssisələrinin fəaliyyəti dövlət standartlarına uyğun təşkil edilir.
5.4. Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsili müvafiq icra
hakimiyy
əti orqanı tərəfindən müəyyən edilmiş dövlət standartları əsasında həyata
keçirilir.
Madd
ə 6. Tədris dili
6.1. M
əktəbəqədər təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.
6.2. Az
ərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf
etdirm
ək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər.
2-ci
-
f
əsil
m
əktəbəqədər təhsilin təşkili
Madd
ə 7. Məktəbəqədər təhsilin məqsədi və məzmunu
7.1. M
əktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi
kimi f
ərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən
prioritet f
əaliyyət sahəsidir.
7.2. M
əktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı
potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik
t
ərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın
44
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin,
şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.
7.3. M
əktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət
maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir,
ümumi təhsilə hazırlığını təmin edir.
7.4.
M
əktəbəqədər
t
əhsilin
m
əzmunu
u
şaqlarda
aşağıdakı
keyfiyyətlərin
formalaşdırılmasına yönəldilir:
7.4.1. c
əmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət
m
ədəniyyəti;
7.4.2. müstəqillik, məsuliyyət və cavabdehlik, özünə inam və iradəlilik;
7.4.3. müşahidə etdiklərinə münasibət bildirmək, qərar qəbul etmək və müstəqil
öyrənmək;
7.4.4. t
əbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət
etm
ək;
7.4.5. estetik dünyagörüşü, nitq, təsvir və tərtibat bacarıqları;
7.4.6. sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək.
7.5. M
əktəbəqədər təhsilin məzmunu aşağıdakı didaktik prinsiplər əsasında müəyyən
edilir:
7.5.1. n
əticəyonümlük;
7.5.2. şəxsiyyətyönümlük;
7.5.3. uşaqyönümlük;
7.5.4. inkişafyönümlük;
7.5.5. t
ələbyönümlük;
7.5.6. varislik;
7.5.7. inteqrativlik;
7.5.8. az
ərbaycançılıq və dünyəvilik.
Madd
ə 8. Məktəbəqədər təhsilin təşkili qaydaları
8.1. Az
ərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir.
8.2. M
əktəbəqədər təhsil müəssisəsində gün rejimi normaları və qaydaları, uşaqların yaş
dövrləri üzrə qruplara bölünməsi, hər bir yaş dövründə təhsilin məzmunu və istiqamətləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.3. M
əktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin
növünə və uşaqların yaşına uyğun komplektləşdirilir.
8.4. M
əktəbəhazırlıq beş yaşlı uşaqlar üçün zəruridir.
8.5.M
əktəbəhazırlıq
məktəbəqədər
t
əhsil
müəssisələrində,
ümumi
təhsil
müəssisələrində, habelə ailədə həyata keçirilir. Məktəbəhazırlığın təşkili qaydası müvafiq
icra hakimiyy
əti оrqanı tərəfindən müəyyən edilir.
8.6. Bir uşağın, eyni zamanda, dövlət məktəbəqədər və ümumtəhsil müəssisələrində,
habel
ə digər müəssisə və təşkilatlarda dövlət hesabına məktəbəhazırlıq təhsili almasına
yol verilmir.
8.7. M
əktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin istəyi
il
ə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.
8.8. Ail
ə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
45
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
8.9. Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ
müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi
xidm
ətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan
uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.
Madd
ə 9. Məktəbəqədər təhsil proqramı (kurikulum)
9.1. M
əktəbəqədər təhsil proqramı (kurikulum) məktəbəqədər təhsilin dövlət standartları
v
ə məktəbəqədər təhsilin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər
n
əzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
9.2. M
əktəbəqədər təhsil proqramına (kurikuluma) aşağıdakılar daxildir:
9.2.1. m
əktəbəqədər təhsil üzrə ümumi təlim nəticələri;
9.2.2. m
əktəbəqədər təhsilin məzmununu əhatə edən inkişaf sahələri və hər sahə üzrə
ümumi təlim nəticələri;
9.2.3. yaş qrupları nəzərə alınmaqla hər bir inkişaf sahəsi üzrə məzmun standartları;
9.2.4. t
əhsil nailiyyətlərinin qiymətləndirilməsi meyarları;
9.2.5. t
əlim strategiyaları, metodik təminatla bağlı tövsiyələr.
9.3. M
əktəbəqədər təhsil proqramının yerinə yetirilmə müddəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Madd
ə 10. Məktəbəqədər təhsil sisteminin quruluşu
10.0. M
əktəbəqədər təhsil sisteminə aşağıdakılar daxildir:
10.0.1. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün
m
əktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil xidməti göstərən digər
müəssisələr;
10.0.2. istirah
ət və sağlamlıq düşərgələri;
10.0.3. m
əktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə rəhbərlik və nəzarəti həyata
keçirən təhsili idarəetmə orqanları.
Madd
ə 11. Məktəbəqədər təhsil müəssisəsi
11.1. M
əktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsil sahəsində bu Qanunla
müəyyən olunmuş məqsədlərin reallaşdırılması istiqamətində davamlı olaraq təşkilati,
psixoloji, pedaqoji, metodik, tibbi t
ədbirlərin həyata keçirilməsini təmin edir.
11.2. Mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri
f
əaliyyət göstərir.
11.3. M
əktəbəqədər təhsil müəssisəsi təhsil kompleksləri, ayrı-ayrı müəssisə və
t
əşkilatların nəzdində də yaradıla bilər.
11.4. M
əktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin aşağıdakı növləri
müəyyən edilir:
11.4.1. körpələr evi;
11.4.2. körpələr evi-uşaq bağçası;
11.4.3. uşaq bağçası;
11.4.4. uşaq evləri;
11.4.5. m
əktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri;
11.4.6. t
əhsil kompleksi nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi;
11.4.7. müəssisə və təşkilatların nəzdində yaradılmış məktəbəqədər təhsil müəssisəsi;
11.4.8. sanator tipli m
əktəbəqədər təhsil müəssisəsi;
11.4.9. sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil
müəssisələri;
46
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
11.4.10. elmi-t
ədqiqat müəssisələrinin və ali təhsil müəssisələrinin yanında yaradılan
eksperimental m
əktəbəqədər təhsil müəssisələri;
11.4.11. ail
ə tipli kiçik qrup evi;
11.4.12. uşaqlar üçün icma əsaslı təlim qrupları.
11.5. M
əktəbəqədər xüsusi təhsil müəssisələri nitq, eşitmə, görmə pozulmaları, əqli
(psixi), dayaq-h
ərəkət aparatının funksiyalarının pozuntuları olan uşaqlar üçün yaradılır.
11.6. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, məktəbəqədər təhsil
müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir.
11.7. Dövlət və bələdiyyə məktəbəqədər təhsil müəssisəsi “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır.
11.8. Özəl məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi
Az
ərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
11.9. M
əktəbəqədər təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların
strukturlarının yaradılmasına yol verilmir.
11.10. M
əktəbəqədər təhsil müəssisəsi hüquqi şəxsdir, inzibati və maliyyə-təsərrüfat
f
əaliyyətini sərbəst şəkildə həyata keçirir.
11.11. B
ələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni
nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
Madd
ə 12. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi
12.1. M
əktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr,
Az
ərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilər.
12.2. T
əsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı
öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının Qanunu, təsis müqaviləsi və təhsil müəssisəsinin
nizamnam
əsi ilə müəyyən edilir.
Madd
ə 13. Məktəbəqədər təhsil fəaliyyətinin lisenziyalaşdırılması və məktəbəqədər təhsil
müəssisəsinin akkreditasiyası
13.1. Az
ərbaycan Respublikasında məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyəti
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
verilmiş lisenziya əsasında həyata keçirilir.
13.2. M
əktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir.
13.3.M
əktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsilin dövlət standartlarının
t
ələblərini yerinə yetirmədikdə, lisenziyası “Lisenziyalar və icazələr haqqında”
Az
ərbaycan Respublikasının Qanununa uyğun olaraq dayandırılır və ya ləğv edilir.
13.4. M
əktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin,
maddi-
texniki bazanın, təhsil proqramlarının, kadr potensialının, maliyyə ehtiyatlarının və
t
əhsil infrastrukturunun, bu Qanuna, “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununa v
ə məktəbəqədər təhsilin dövlət standartlarına uyğunluğunu müəyyən etmək
m
əqsədi ilə aparılır.
13.5. Akkreditasiya müvafiq keyfiyyət sənədinin – sertifikatın verilməsi ilə başa çatır.
Akkreditasiyadan keçməyən məktəbəqədər təhsil müəssisəsinin lisenziyası ləğv olunur.
13.6. M
əktəbəqədər təhsil müəssisəsinin işçiləri Azərbaycan Respublikasının Əmək
M
əcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir.
Madd
ə 14. Məktəbəqədər təhsil müəssisəsində iaşə və tibbi xidmət
47
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
14.1. M
əktəbəqədər təhsil müəssisələrində uşaqlara göstərilən tibb və iaşə xidmətinin
t
əşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14.2. M
əktəbəqədər təhsil müəssisələrində uşaqlara ödənişsiz tibbi xidmətin təşkili
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur.
14.3.
Əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada əlavə müalicə-bərpa xidməti göstərilir.
14.4. Mülkiyyət növündən və tabeçiliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil
müəssisələrində “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada uşaqların dispanserizasiyası
h
əyata keçirilir, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında
ambulator, stasionar v
ə ya sanatoriya şəraitində tibbi yardım almaq hüququ təmin edilir.
Dövlət məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyenik normalara riayət
edilm
əsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət edir.
14.5. M
əktəbəqədər təhsil müəssisəsində uşaqların qidalanması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilmiş normativlərə uyğun həyata keçirilir.
3-
cü
-
f
əsil
m
əktəbəqədər təhsil sisteminin idarə olunmasi, təhsil subyektlərinin hüquqlari, vəzifələri
v
ə sosial müdafiəsi
Madd
ə 15. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunması
15.1. M
əktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas
tutulmaqla, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikasının qanunlarına, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.
15.2. M
əktəbəqədər təhsil müəssisəsinin rəhbəri ali ixtisas təhsilinə və ya ali pedaqoji
t
əhsilə (ali ixtisas təhsilinə üstünlük verilir) malik olan və təhsil sahəsində təcrübəsi olan
şəxs ola bilər.
15.3. Dövlət məktəbəqədər təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının təyin
etdiyi şəxs rəhbərlik edir.
15.4. B
ələdiyyənin təsis etdiyi məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə
t
ərəfindən, özəl məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi isə həmin təhsil
müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş şəxs həyata keçirir.
15.5. M
əktəbəqədər təhsil müəssisəsi rəhbərinin səlahiyyətləri onun nizamnaməsi ilə
müəyyən edilir.
15.6. M
əktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı
v
ə şəffaflığı təmin etmək məqsədi ilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları
(ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və ya qəyyumlar şurası, valideyn şurası)
yaradılır.
15.7. Dövlət məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı ictimai əsaslarla
f
əaliyyət göstərən pedaqoji şuradır.
15.8.M
əktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurası haqqında nümunəvi
əsasnaməni müvafiq icra hakimiyyəti orqanı, dövlət məktəbəqədər təhsil müəssisəsinin
pedaqoji şurasının əsasnaməsini təsisçi təsdiq edir.
15.9. B
ələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı həmin
t
əhsil müəssisələrinin nizamnaməsi ilə müəyyən olunur.
Madd
ə 16. Məktəbəqədər təhsil prosesinin iştirakçıları
16.0. M
əktəbəqədər təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
48
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
16.0.1. t
əsisçilər;
16.0.2. t
əhsilalanlar;
16.0.3. t
əhsil müəssisəsinin rəhbəri;
16.0.4. t
əhsilverənlər (pedaqoji işçilər) – tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar,
loqopedl
ər, musiqi rəhbərləri, psixoloqlar;
16.0.5. dig
ər işçilər – işçi heyəti: tibb işçiləri, texniki işçilər, dayələr;
16.0.6. valideynl
ər və ya digər qanuni nümayəndələr;
16.0.7. t
əhsili idarəetmə orqanları və bələdiyyələr;
16.0.8. m
əktəbəqədər təhsil müəssisəsi ilə bilavasitə təhsil sahəsində əməkdaşlıq edən
dig
ər fiziki və hüquqi şəxslər.
Madd
ə 17. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları
17.1. M
əktəbəqədər təhsil sahəsində uşaqların hüquqları Azərbaycan Respublikasının
Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna
v
ə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq
müəyyən edilir.
17.2. M
əktəbəqədər təhsil sahəsində uşaqlar aşağıdakı hüquqlara malikdirlər:
17.2.1. h
əyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam
pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
17.2.2. şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran
h
ərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə
olunmaq;
17.2.3. u
şaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən
informasiyadan v
ə təbliğatdan müdafiə olunmaq;
17.2.4. ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə
xidm
ətlərindən yararlanmaq, çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə
qabiliyy
ətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;
17.2.5. müəyyən olunmuş normativlərə uyğun, keyfiyyətli qida ilə təmin edilmək;
17.2.6. asud
ə vaxtının və istirahətinin səmərəli təşkili, meyil və maraqlarının reallaşması
v
ə yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq.
Madd
ə 18. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquqları və vəzifələri
18.1. M
əktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır:
18.1.1. t
əhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq;
18.1.2. t
əhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək,
idar
əetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək;
18.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
18.1.4. t
əhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;
18.1.5. mükafatlandırılmaq və təltif olunmaq.
18.2. M
əktəbəqədər təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır:
18.2.1. m
əktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak
etm
ək;
18.2.2. ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və attestasiyadan keçmək;
18.2.3. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və həyati
bacarıqlara yiyələnməsini təmin etmək;
18.2.4. m
əktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və
əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək;
49
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
18.2.5. t
əhsilalanları Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərə,
dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etmək;
18.2.6. uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına
riay
ət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
18.2.7. uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək,
onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq;
18.2.8. uşaqların təlim-tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək;
18.2.9. t
əhsilalanları müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə
hazırlamaq;
18.2.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ildə bir dəfə dövlət
hesabına tibbi müayinədən keçmək.
Madd
ə 19. Valideynlərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində
hüquqları və vəzifələri
19.1. Valideynl
ərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində
hüquqları aşağıdakılardır:
19.1.1. övladı (qəyyumluğunda olan şəxs) üçün məktəbəqədər təhsil müəssisəsini
seçmək;
19.1.2.m
əktəbəqədər təhsil müəssisəsində təhsil prosesinin təşkili və keyfiyyəti, həmçinin
övladının (qəyyumluğunda olan şəxsin) davranışı, təhsilə marağı, qidalanması, tibbi
müayinəsi və xidmət şəraiti haqqında məlumat almaq;
19.1.3. t
əhsilalanların hüquq və maraqlarını müdafiə etmək, müəssisənin ictimai
idar
əolunmasında və mədəni-kütləvi tədbirlərin təşkilində iştirak etmək;
19.1.4. müəssisə rəhbərliyi və pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə
prosesinin t
əkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.
19.2. Valideynl
ərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində
v
əzifələri aşağıdakılardır:
19.2.1. övladının (qəyyumluğunda olan şəxsin) erkən yaşdan fiziki, əxlaqi və intellektual
in
kişafına şərait yaratmaq;
19.2.2. övladını (qəyyumluğunda olan şəxsi) Azərbaycan xalqının adət-ənənələrinə,
m
ənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə, vətənə, ana dilinə qarşı hörmət və
m
əhəbbət ruhunda tərbiyə etmək;
19.2.3. m
əktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək,
h
əmçinin məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr
arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmək.
Madd
ə 20. Məktəbəqədər təhsil müəssisəsində uşaqların və işçi heyətin sosial müdafiəsi
20.1. Dövlət məktəbəqədər yaşlı uşaqların, xüsusilə valideyn himayəsindən məhrum
olan, sağlamlıq imkanları məhdud olan, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqlarının
sosial müdafiəsinə təminat verir.
20.2. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda üzrə, bələdiyyə və özəl
m
əktəbəqədər təhsil müəssisələrində isə müəssisənin nizamnaməsi ilə tənzimlənir.
20.3. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanlar qida və tədris vəsaitləri
il
ə dövlət hesabına təmin olunurlar.
20.4. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin və təhsil prosesində
iştirak edən digər işçilərin sosial müdafiəsinə təminat verir.
50
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
20.5. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar
v
əsaitlər hesabına işçilərin əməkhaqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin
ed
ə bilər.
20.6. Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrində, o
cümlədən yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan
m
əktəbəqədər təhsil işçilərinin vəzifə maaşlarına əlavələr olunur.
4-
cü
-
f
əsil
M
əktəbəqədər təhsilin iqtisadiyyati
Madd
ə 21. Məktəbəqədər təhsil sistemində mülkiyyət münasibətləri
21.1. M
əktəbəqədər təhsil müəssisəsinin mülkiyyətinə onun təsisçisi (təsisçiləri)
t
ərəfindən verilən əmlak və bu Qanuna uyğun olaraq əldə etdiyi digər əmlak daxildir.
21.2. M
əktəbəqədər təhsil müəssisəsi istifadəsində olan əmlakın saxlanılmasına,
qorunmasına və ondan səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır. Müəssisənin
əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsi qadağandır.
21.3. M
əktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi
t
əsisçi (təsisçilər) tərəfindən ayrılan vəsaitlər, kreditlər, qrantlar, ianələr, cəlb olunmuş
investisiyalar, h
əmçinin sahibkarlığın inkişafı üzrə dəstək fondlarından əldə edilən
v
əsaitlər hesabına təmin olunur.
21.4. M
əktəbəqədər təhsil müəssisəsində onun profilindən kənar müəssisələrin
yerl
əşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin məskunlaşdırılmasına, müəssisənin
əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsinə yol verilmir.
21.5. Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və
ərazisinin mühafizəsi ilə bağlı normativləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Madd
ə 22. Məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirilməsi
22.1. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olaraq, məktəbəqədər
t
əhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
22.1.1. dövlət məktəbəqədər təhsil müəssisəsi:
22.1.1.1. dövlət büdcəsinin vəsaitləri;
22.1.1.2. dövlət fondlarının vəsaitləri;
22.1.1.3. büdcədənkənar vəsaitlər;
22.1.1.4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər;
22.1.1.5. kreditl
ər, qrantlar, ianələr;
22.1.1.6. innovasiya v
ə bu Qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan
g
əlirlər;
22.1.1.7. c
əlb edilmiş investisiyalar;
22.1.1.8. nizamnam
əsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsaitlər.
22.1.2. b
ələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri:
22.1.2.1. t
əsisçinin (təsisçilərin) vəsaitləri;
22.1.2.2. t
əhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;
22.1.2.3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;
22.1.2.4. innovasiya v
ə bu Qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan
g
əlirlər;
22.1.2.5. kreditl
ər, qrantlar, ianələr;
22.1.2.6. nizamnam
əsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsaitlər.
51
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
22.2. Dövlət məktəbəqədər təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi normativl
ərə uyğun maliyyələşdirilir.
22.3. M
əktəbəqədər təhsil müəssisələri işçilərinin əmək haqqı (vəzifə maaşı) işçilərin
funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla, müvafiq icra
hakimiyy
əti orqanı tərəfindən müəyyən edilir.
22.4. B
ələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsində uşaqların saxlanması üçün
n
əzərdə tutulan ödəniş əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi
əsasında tənzimlənir.
22.5. M
əktəbəqədər təhsil müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi
v
əsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən
uşaqların rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.
Madd
ə 23. Məktəbəqədər təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti
23.1. M
əktəbəqədər təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə öz nizamnaməsi
çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.
23.2. Dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin
h
əyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait
yaradır.
23.3. M
əktəbəqədər təhsil müəssisələrində çalışan mütəxəssislərin öz səmərəliləşdirici
t
əkliflərini müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında müqavilələr bağlayaraq
t
ətbiq etmək hüququ vardır.
23.4. Dövlət məktəbəqədər təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi
g
əlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sоsial müdafiəsinə yönəldilir.
23.5. M
əktəbəqədər təhsil müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək,
yeni texnologiyalar t
ətbiq etmək, habelə müəssisədaxili yeni qurumlar yaratmaq üçün
innovativ t
əkliflərlə çıxış etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna
malikdirl
ər.
23.6. M
əktəbəqədər təhsil müəssisələrində çalışan işçilərin innovasiya fəaliyyətinin
n
əticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.
23.7. M
əktəbəqədər təhsil müəssisələri Azərbaycan Respublikasına avadanlıq, cihaz,
qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin gətirilməsi zamanı müvafiq icra
hakimiyy
əti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.
23.8. M
əktəbəqədər təhsil müəssisəsində innovasiya fəaliyyəti ilə məşğul olan şəxslərin
f
əaliyyəti stimullaşdırılır.
23.9. M
əktəbəqədər təhsil sahəsinin inkişafına dəstək verən müəssisə və təşkilatların,
sahibkarlıq subyektlərinin fəaliyyəti təbliğ edilir.
5-ci
-
f
əsil
YEKUN MÜDDƏALAR
Madd
ə 24. Məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlıq
24.1.
M
əktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında
h
əyata keçirilir.
24.2. M
əktəbəqədər təhsil müəssisəsi “Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici
52
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
ölkələrin məktəbəqədər təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla
əlaqələr yarada, əməkdaşlıq haqqında müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət
göstərən dövlət və qeyri-hökumət qurumlarına daxil ola və qarşılıqlı əməkdaşlığın digər
formalarını həyata keçirə bilər.
Madd
ə 25. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun t
ələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində,
Az
ərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan
Respub
likasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
İlham Əliyev
Az
ərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2017-ci il.
Dostları ilə paylaş: |