I qrup:
Qoz və fındıqları sayın və verilmiş yeşiklərə yıgın, rəqəmi yazıb yeşiyin üstünə
yapışdırın və sıra ilə qoyun (masanın üstünə 6 fındıq, 5 qoz qoyun).
II qrup: Bir-
birinə qarışmış noxud və buğdanı ayırıb sayın. Sonra kagızdan 2 konvert
düzəldin, içinə yığın, üstünə rəqəmi yazın və ardıcıl qoyun (masanın üstünə 9 noxud, 10
bugda dənəsi qoyun).
III qrup: Bir-
birinə qarışmış lobya və düyünü ayırıb sayın. Sonra kağızdan konvert
düzəldin, içinə yığın, üstünə rəqəmi yazın və ardıcıl qoyun (masanın üstünə 8 lobya, 7
düyü dənəsi qoyun)
IV qrup:
Noğul və konfetləri torbalara elə yığmaq lazımdır ki, qarışqa onları yeməsin.
Daha sonra sayını kağıza yazıb torbanın üstünə yapışdırın (masanın üstünə 3 konfet, 4
noğul qoyun).
İndi isə gedək siçan bəyin anbarına. (Sinfin bir künçündə anbara oxşar bir yer
düzəldin. Uşaqlar anbara işləri elə düzürlər ki, sıra nömrəsi düz olsun. Qrup liderləri
düzəltdiklərini gətirir və təsvir edirlər. Suallar verərək nəyə görə belə düzdüklərini
soruşun. Qonşu ədədləri müqayisə etməyə təhrik edin.)
Tətbiqetmə: Müəllim döşəməyə rəqəmlər dağıdır. Uşaqlar yerə atılmış rəqəmləri
götürür. Hər uşaqda bir rəqəm olur. Müəllim onlara rəqəm sırası ilə düzlənməyi təklif edir.
Eyni rəqəm tutan uşaqlar yan-yana dururlar. Sıra ilə hərə bir rəqəmin tərkibini deyir.
Tapşırıq zamanı uşaqları müşahidə edin, saymaqda çətinlik çəkən uşaqlara
aşağıdakı əlavə tapşırıqları verin:
1.
10 dairəsində düzünə, tərsinə, cüt-cüt say.
2.
Tablodakı rəqəmləri sıra ilə düz. (tablodan istifadə)
32
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
3.
Sırada çatışmayan rəqəmləri tap.
S
əncə, rəqəmlərin sırasını pozsaq, nə olar?
M
əşğələnin təşkili üçün forma və metodlar
F
əal təlim metodlarından istifadə tədris prosesinin təşkilinə, müəllim-uşaq
münasibətlərinə yeni məzmun gətirir, onlar arasında pedaqoji əməkdaşlığa, qarşılıqlı
hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni
münasibətlərin yaradılmasını təmin edir. Məktəbəhazırlıq siniflərində fəal təlim metodları
il
ə aparılan məşğələlərin aşağıdakı mərhələləri olur:
1.
Aktuallaşdırma (mövcud biliklərin səsləndirilməsi) və ya motivasiya;
2. D
ərketmə (yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi);
3. T
ətbiqetmə (qazanılmış bilik və bacarıqların tətbiq edilməsi).
Aktuallaşdırma və ya motivasiya. Məşğələ aktuallaşdırma, yəni mövcud
bilikl
ərin aşkara çıxarılıb səsləndirilməsi ilə başlayır. Əgər motivasiya yaratmaq çətin və
ya mümkün deyilsə, o zaman aktuallaşdırma ən yaxşı çıxış yoludur. Əlbəttə motivasiya
il
ə başlanan məşğələ daha cəlbedici olur, lakin hər mövzu üçün maraqlı və cəlbedici
motivasiya qurmaq olmur dey
ə hərdən aktuallaşdırmadan istifadə etmək yerinə düşür.
Motivasiya “motiv” sözündən götürülmüşdür. Latın dilindən tərcüməsi “hərəkətə
g
ətirmək”, “itələmək” deməkdir. Deməli, müəllim motivasiya yaradarkən uşaqları hərəkətə
g
ətirir, düşünməyə “itələyir”. Düzgün qoyulmuş motivasiya uşaqda əqli fəallıq yaradan
s
əbəbdir.
Motivasiyanı necə qurmaq lazımdır?
•
diqq
əti cəlb etmək və uşağı maraqlandırmaq;
•
müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq;
•
müstəqil tədqiqat üçün imkan yaratmaq;
•
5 yaşlı uşağın imkanlarına müvafiqliyini nəzərə almaq;
•
uşağa öz bacarığını həyata keçirməyə imkan vermək.
D
ərketmə. Bu mərhələdə uşaq yeni bilik və bacarıqları fəal şəkildə öyrənir:
t
ədqiqat aparır, məlumat və fakt axtarır, müqayisə, suallar verir, əvvəlki biliklərinin köməyi
il
ə yeni biliyi mənimsəməyə çalışır, özünəməxsus təhlil, sintez edir, müzakirələrə qoşulur
v
ə s. Burada fəallıq deyəndə, ilk növbədə, uşağın idraki fəallığını nəzərdə tuturuq. Fəal
t
əlimin ikinci mühüm tərkib hissəsi isə əməkdaşlıqdır. Nəzərdə tutulur ki, uşaq başqa
uşaqlarla birlikdə öyrənir, yəni öyrədən tək müəllim deyil, həm də uşaqlar özləridir.
T
ətbiqetmə. Bu mərhələ uşaqların əldə etdikləri bilik və bacarıqları
möhkəmləndirir, praktik əhəmiyyətini artırır. Bu məqsədlə uşaqlara praktik və ya yaradıcı
tapşırıq verilir. Məktəbəqədər yaş dövründə əsas fəaliyyət növü oyun olduğu üçün
t
ətbiqetmə zamanı mövzuya uyğun oyundan istifadə edilməsi məqsədəmüvafiqdir.
İş formaları
İş formaları dedikdə fərdi, cütlərlə, qruplarla və kollektiv iş nəzərdə tutulur.
F
ərdi iş uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi və onların müstəqil
f
əaliyyət göstərməsi üçün imkan yaradır.
33
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Cütlərlə iş zamanı uşaqların hər hansı problemin həllində biri-birinə köməklik
göstərmələrinə, əməkdaşlıq etmələrinə, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk
etm
ələrinə imkan yaranır.
Qruplarla iş (3-4 nəfər) zamanı uşaqlar kiçik qruplarda birləşir, işin gedişində əməkdaşlıq
v
ə müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunurlar. Bu zaman uşaqlar müstəqil
fikir söyləmək, digərlərini dinləmək imkanı əldə edirlər.
Kollektiv iş zamanı kollektivdə işləmək, birgə fəaliyyət göstərmək və kommunikativ
bacarıqların inkişafı təmin edilir.
F
əal təlim üsulları
Beşyaşlıların məktəbəhazırlıq təhsilində əqli hücum, rollu oyunlar, söz
assosiasiyası, tap-tapmaca, müzakirə, nağıletmə, diskussiya, suallar, şaxələndirmə
(klaster), problemli v
əziyyət kimi təlim üsullarından istifadə etmək müsbət nəticələr verir.
Əqli hücum. Birgə səy nəticəsində konkret problemin bir neçə həllinin işlənib
hazırlanması, məhdud vaxt ərzində bütün uşaqların problemlə bağlı ideyalarının
toplanması,
dayaq
biliklərinin
f
əallaşdırılması
və
ya
t
əlim
f
əaliyyətinin
stimullaşdırılmasıdır. Əqli hücüm uşaqlara öz fikirlərini sərbəst ifadə etmək imkanı verir
v
ə fikir müxtəlifliyinin labüdlüyünü başa düşmək üçün şərait yaradır. Bu üsul
m
əşğələlərdə problemli situasiya, fikir müxtəlifliyi yaratmaq və həll yollarını tapmaq üçün
t
ətbiq olunur. Belə şəraitdə uşaq düşünməli olur, yoldaşlarının dedikləri ilə
razılaşmadıqda öz mövqeyini bildirir. Bu mövqe onun əvvəllər əldə etdiyi biliklər
əsasında yaranır, düşüncə tərzi kimi formalaşır. Bəzən bu fikir dəqiq olmur, lakin o,
uşaqların fəallığı baxımından didaktik əhəmiyyət daşıyır. Uşaqların fəallığının
artırılmasına və onlar tərəfindən ideyaların irəli sürülməsinə imkan yaradır. Bu üsuldan,
dem
ək olar ki, bütün məşğələlərdə istifadə etmək mümkündür.
Tap-tapmaca. Oyun-
tapmaca formasında keçirilən bu üsul uşaqlarda yüksək
f
əallıq yaradır. Müəllim lövhədə dairəvi kart asır, onun arxasında yeni mövzu üzrə “açar
söz” mahiyyəti daşıyan anlayışın şəkli yapışdırılır. Kartın şəkil olmayan tərəfi uşaqlara
t
ərəf asılır. Müəllim uşaqlara şəklin arxasında gizlədilmiş anlayışın xüsusiyyətlərinə aid 2
v
ə ya 3 yönəldici söz sadalayır və ya kartın ətrafında həmin anlayışı açan şəkillər
yapışdırır. Yaxud lövhəyə kartın yanında həmin anlayışa aid şəkillər yapışdırır. Uşaqlar
h
əmin şəkillərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar (Məsələn, qış fəslinə aid qar,
Şaxta baba və s.). Uşaqlar anlayışı tapmaqda çətinlik çəksələr, əlavə olaraq yeni
xüsusiyyətlər sadalanır. Uşaqlar öz fərziyyələrini dedikdən sonra müəllim kartı çevirir.
Anlayışın düzgün tapılmasında fəallıq göstərənlər qeyd olunur. Çətinlik çəkənlərə öz
fikirl
ərini əsaslandırmaq üçün imkan yaradılır.
Nağıletmə. Nağıletmə məlumatın müəllimdən uşağa ötürülməsi və dinləmə
bacarıqlarının inkişafı üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun
z
ənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə
qısa nağıletmə 10-15 dəqiqə ərzində aparılır. Nağıletmə ilə bağlı aşağıdakı məsələlər
diqq
ət mərkəzində saxlanılır.
- nağıletmənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək;
34
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
- nağıletmə zamanı ardıcıllığı gözləmək;
- nağıletmədə süjetli şəkillərdən istifadə etmək;
- digər əyani və texniki vasitələrdən istifadə etmək.
Müəllim məlumatın ötürülmə prosesini verbal (suallar vermək) və vizual (uşaqların
sif
ətlərinin ifadəsini və jestlərini müşahidə etməklə) tənzimləyir.
Müzakirə. Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin
qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq,
düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Uşaqlar ünsiyyət, kommunikativ
bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır. Uşaqlar sual və replikalarla
müzakirələrə qoşulur, fakt və hadisələrdən istifadə etməklə inandırıcı nitq nümayiş
etdirirl
ər. Qazandıqları bilik və bacarıqları təcrübədə tətbiq etmək imkanı qazanırlar.
Müzakirə apararkən əvvəlcədən uşaqlara müzakirə qaydaları deyilir. Mövzu aydın
şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və uşaqların
cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli”
v
ə ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir. Müzakirədə
mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Siz
bu v
əziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin obraz nə hiss etdi? Siz bu şəraitdə
n
ə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi suallardan istifadə olunur.
Şaxələndirmə (klaster). Müəllim lövhədə və ya iş vərəqlərində dairə çəkir və
onun m
ərkəzində yapışdırılmış şəkil ilə bağlı söz, və ya şəkillər söyləmək və ya
yapışdırmaq uşaqlara tapşırılır. Mərkəzdə yapışdırılmış şəkildən başlayaraq hər növbəti
şəkil onunla əlaqəli şəkillərlə xətlərlə birləşdirilir. Məşğələnin sonunda alınan
şaxələndirməyə əsasən ümumiləşdirmə aparılır.
Problemli v
əziyyət. Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə
v
ərdişlərini inkişaf etdirir. Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları
hazırlayır. Uşaqlar 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət təsvir olunmuş
v
ərəqlər uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və
h
əlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra qrupda ümumi müzakirə aparılır.
Oyunlar. Oyunlar h
ər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı
t
ələb edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə
başqalarının gözu ilə baxmaq imkanı verir. Oyun prosesində uşaqlar rola girir, mövcud
v
əziyyəti başqasının gözü ilə görürlər. Təlim prosesinə belə oyun elementlərinin
g
ətirilməsi onun maraqlılığını, uşaqların yaradıcı fəaliyyət göstərməsi imkanlarını
genişləndirir.
Suallar.
Uşaqların idrak fəallığının artırılmasında böyük rol oynayır. Sualların
sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi təfəkkürün
inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, mövzu və məzmun ilə
bilavasit
ə əlaqəli olmalıdır.
Söz assosiasiyası. Bu üsuldan hər hansı bir mövzunun öyrənilməsinə
başlamazdan əvvəl, uşaqların bu barədə nə bildiklərini müəyyənləşdirir. Həmçinin mövzu
m
ənimsənildikdən sonra uşaqların bu barədə hansı yeni biliklərini əldə etdiklərini
aydınlaşdırmaq üçündür.
F
əal təlim metodları (üsulları) tətbiq edilərkən uşaqlar məlumatın əldə
edilm
əsinə, şərh edilməsinə və onun transformasiyasına cəlb olunur. Bu isə daha yaxşı
m
ənimsəməyə şərait yaradır.
35
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
M
əşğələ nümunəsi
Standart: 2.3.1. Əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir.
Mövzu: “6” rəqəmi ilə tanışlıq
M
əqsəd: 1. “6” dairəsində düzünə sayır.
2. “6” dairəsində hesablama əməliyyatları yerinə yetirir.
4. Hesablayark
ən diqqətli olduğunu nümayiş etdirir.
İnteqrasiya: 2.3.3; 3.1.8.
İş forması: Qruplarla iş, kollektivlə iş.
İş üsulu: əqli hücum, suallar.
Resurslar: r
əqəmlər, şəkillər, kiçik əşyalar, üstündə rəqəmlər yazılmış səbətlər.
Uşaqlara “Turp” nağılını şəkillər üzrə danışın. Nağılın personajlarını sıra ilə
sayın. Sonra suallarla uşaqlara müraciət edin:
• Sırada öndə kim dayanıb?
• Babadan tutan sıranın neçəncisidir?
• Bəs nəvədən tutan sıranın neçəncisidir?
• Bəs sırada sonda dayanan kimdir?
• Sonuncunun önündə dayanan kimdir?
• Toplandan tutan sırada neçəncidir?
• Sırada dördüncü duranın qarşısında kim dayanıb?
• Sırada üçüncü və beşincinin arasında kım dayanıb?
• Sırada dördüncü və altıncının arasında kim dayanıb?
• Nağılda neçə personaj iştrak edir?
Sonra uşaqları 6 ədədi ilə tanış edin. 6 dairəsində düzünə və tərsinə sayın.
Tapşırıqlar:
1.
Qruplar öz stollarındakı səbətin üstündə göstərilən rəqəmin sayı qədər
əşyaları səbətə yığsınlar.
2.
Dairədə 6 dəfə əl çalmaq, 6 dəfə hoppanmaq, 6 dəfə oturub-durmaq
hərəkətlərini yerinə yetirsinlər.
3.
Sinif otağındakı əşyaları saysınlar: 6-dan az əşyalar hansılardır? Hansı
əşyalardan 6-dan çox var?
4.
Əgər bizim 6 konfetimiz olsa idi, sinifdəki uşaqların hamısına konfet çatardımı?
M
əşğələni müzakirə edin. Bu məşğələni necə təkmilləşdirmək olar?
Sosial-
emosional inkişaf sahəsi. Estetik və yaradıcı inkişaf sahəsi.
Uşağın hərtərəfli inkişafı onun hissləri - emosiyaları ilə sıx əlaqədədir. Azyaşlı
uşaqlar öz hisslərini tam şəkildə idarə etməyi bacarmırlar. Bu, onların davranışlarının
impulsivliyin
ə, həmyaşıdları və yaşlılarla ünsiyyətdə çətinliklərin yaranmasına səbəb
olur. Yalnız şəxsi inkişaf nəticəsində onlarda tədricən öz hisslərini dərk və idarə etmək,
dig
ər insanların hisslərini tanımaq və anlamaq qabiliyyətləri formalaşır, davranışlarının
ixtiyariliyi inkişaf edir, hisslər sabitləşir və dərinləşir.
5-
6 yaşlı uşaqlarda təlim zamanı müşahidə edilən çətinliklərdən biri də iradə
z
əifliyidir. Bu dövrdə iradə yeni formalaşmağa başlayır. Başlanan işi yarımçıq qoymaq,
çətinlikdən hər vəchlə qaçmaq, yüngül məşğuliyyət axtarmaq kimi iradi xüsusiyyət
36
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
uşaqların bəzilərində özünü aydın göstərir. Bu cür hallar uşağın təlimdə geriləməsinə
s
əbəb olur. Ona görə də iradi keyfiyyətlərin formalaşdırılması, çətinlikdən qorxmamaq,
başlanan işi axıra çatdırmaq əzmi uşaqları məktəbə hazırlamağın tərkib hissəsi
olmalıdır.
Uşaqların maraq hissi əvvəlki illərdən fərqli olaraq artıq yeni məlumatlara, xəbərlərə,
kitablara daha çox yönəlir. Əgər uşaq oynadığı zaman böyüklər onu nağıla qulaq asmağa
v
ə ya yeni kitab oxumağa dəvət edirlərsə və o, oyuncaqları tərk edərək, bu dəvətə
h
əvəslə qatılırsa, demək onda oxumağa maraq hissi formalaşıb. Bu amil uşağın məktəbə
hazırlığının bir göstəricisidir.
T
əsviri fəaliyyət məşğələsinin nümunəsi
Standart:
3.1.3. Müxtəlif kəsmə üsullarından istifadə edərək, mövzular və
t
əsəvvürləri əsasında kompozisiyalar qurur.
Mövzu: Göy qurşağı
M
əqsəd: 1.Göy qurşağının rənglərini sadalayır.
2. R
ənglərin qarışığından alınan yeni rənglərdən istifadə edərək rəsmetmə bacarıqları
nümayiş etdirir.
3. Müxtəli janrda olan təsviri əsərlərə münasibət bildirir.
İnteqrasiya: 3.1. 2; 2.1.6; 2.1.3.
İş forması: fərdi, kollektiv
İş üsulu: əqli hücum, sujetli-rollu oyunlar.
Resurslar:r
əngli karandaşlar, sulu boya, rəngli kağız, qayçı, albom vərəqi, müxtəlif
şəkillər, yapışqan, pambıq.
M
əşğələnin gedişatı
Motivasiya.
Çoxlu rənglərin bir-birinə qarışdığı şəkil təqdim edilir. Şəkildəki rənglər
haqqında uşaqlara sual verilir:
-
Hansı rəngləri görürük ?
-
Bu rənglər sizə nəyi xatırladır?
-
Göy qurşağı üzərində bu rənglərdən hansılar var?
D
ərketmə.
-
Gəlin baxaq göy qurşağının hansı rəngləri var. Bu üç rəng (qırmızı, göy və sarı)
təbiətin bizə verdiyi əsas rənglərdir.
-
Bəs qalan rənglər hansılardır? Gəlin verilmiş nümunəyə uyğun rəngləri qataq
və göy qurşağının digər rənglərini tapaq. (Uşaqlar qırmızı və sarı, qırmızı və göy, göy və
sarı rəngləri bir-birinə qatırlar, mavi rəng almaq üçün göy rəngə su qatırlar)
Uşaqlara suallarla müraciət edilir.
-
Hansı rənglər alındı?
- Bu r
əngləri harada görə bilərik?
-
Göy qurşağındakı rənglərə uygun əşyaların adlarını çəkin (Məs., qırmızı alma,
narıncı portagal, yaşıl xiyar və s.)
37
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
T
ətbiqetmə.
Bütün qrup iki hissəyə bölünür.
H
ər qrupa boz karandaşla göy qurşağı konturları çəkilmiş iri vatman verilir.
I qrup: R
əngli kağız parçaları ilə göy qurşağının içərisini bəzəyin.
II qrup:
Göy qurşağının cızıqlarının içərisinə pambıq yapışdırın. Sonra isə
pambıqları göy qurşağı rənglərinə uygun boya ilə rəngləyin.
Uşaqlara bildirin ki, göy qurşağında rənglər bir-birini müəyyən ardıcıllıqla izləyir:
qırmızı, narıncı, yaşıl, mavi, göy, bənövşəyi.
Sonda hamı bir-birinin işinə baxır və məşğələ uşaqlarla birlikdə ümumiləşdirilir və
yekunlaşdırılır.
İnkişafetdirici və öyrədici mühit
T
əlim mühiti uşaqların təfəkkür, sosial, emosional, fiziki və yaradıcı inkişafına
böyük təsir göstərir. Müəllimlər fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici
mühit yaradaraq uşaqların müstəqil və qrup tədqiqatları, oyun, müxtəlif vasitələr və digər
uşaqlarla və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafını dəstəkləyirlər. Uşaqyönümlü
inki
şafetdirici mühitdə müəllim uşaqların irəli sürdükləri fikirlərə, təşəbbüslərə hörmət və
diqq
ətlə yanaşır, onları məşğələlərin planlaşdırılması və həyata keçirilməsi zamanı
n
əzərə alır. Təşəbbüskar uşaqlar dəstəklənir, bir qədər çəkingən və passiv uşaqlar isə
t
əşəbbüs göstərməyə həvəsləndirilir. Bunun üçün müəllim “Sən nə ilə məşğul olmaq
ist
əyərdin? ”, “Sən nə fikirləşirsən?”, “Çəkdiyin şəklin mənasını mənə başa sal” və s. kimi
sual, t
əkliflərlə uşaqları fəallaşdıra bilər. Uşaqlar yalnız eşitmək və deyilən kimi hərəkət
etm
ək deyil, fikir yürütmək, faktlar axtarmaq, səbəb-nəticə əlaqələrini soruşmaq, izah
etm
ək və qurmaq, sadə tədqiqatlar aparmaq, həmyaşıdları ilə ünsiyyət qurmaq, fəaliyyəti
marağına görə seçmək və sərbəst davranmaq hüquqlarına malikdirlər.
İnkişafetdirici mühitin psixoloji və sosial aspektləri bunlardır:
• səmimi və mehriban mühit;
• rəqabətlə müqayisədə daha çox əməkdaşlığın təşviqi;
• dəstəkləyici və açıq ünsiyyətin formalaşmasına şərait;
• yaradıcılıq imkanları;
• fiziki zor tətbiq etmənin, qorxu və narahatçılığın aradan qaldırılması;
• bərabər imkanlar və demokratik prosedurlar yaratmaqla qız və oğlanların
hüquqlarının təmin edilməsi.
İnkişafetdirici mühit həm də fiziki əşyalardan ibarətdir.
Qrup otağında öyrədici mühitin təşkili üçün lazım olan material və vəsaitlər:
M
əşğələlər
Lazımi material və vasitələr
Ətraf aləmlə tanışlıq
coğrafi xəritə, qlobus, lupa, maqnit, dənli bitkilər,
maket şəhər, ev və s.
Oyun f
əaliyyəti
stolüstü oyunlar, oyuncaqlar, oyun maketləri,
mulyajlar, insan v
ə heyvanların kiçik fiqurları
Savad t
əlimi və nitq inkişafı uşaq ədəbiyyatı, rəsm reproduksiyaları, kəsilmiş
v
ə maqnit əlifba, güzgü, qum və s.
38
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Sad
ə riyazi təsəvvürlərin
inki
şafı
x
ətkeşlər, saatlar, həndəsi mozaikalar, müxtəlif
fiqurlar, hesablama çubuqları, domino və s.
Fiziki m
ədəniyyət
h
ərəki oyunlar üçün oyuncaqlar (toplar, keqllər,
ipl
ər, çənbərlər və s.)
T
əsviri sənət
quraşdırma üçün müxtəlif stolüstü dəstlər
(plastmas, taxtadan, metaldan), müxtəlif formatda
ağ, rəngli kağızlar, qrafika və rəsm materialları,
fırçalar, boyalar, yapışqanlar və s.
Musiqi
uşaq musiqi alətləri (metallofon, ksilofon, təbillər,
qaşıqlar, zurna, tütək və s.), musiqi mərkəzi, xalq,
klassik v
ə uşaq mahnıları yazılmış disklər dəsti.
Dostları ilə paylaş: |