Əktəbəhazırlıq qruplarında işin təşkili metodikası



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix06.06.2020
ölçüsü2,73 Mb.
#31548
1   2   3   4   5   6   7   8   9   10   ...   14
maktabahazirliq-qruplarinda-isin-taskili-metodikasi-istirakci-vasaiti


İdraki  ünsiyyət.  Bu  ünsiyyət  zamanı  uşaq  müəllimə  onu  narahat  edən  idrakı 
probleml
ərlə  bağlı  suallar  verir.  Belə  ünsiyyət  uşaqların  idraki  maraqlarının  və 
f
əallıqlarının  inkişafına  gətirib  çıxarır.  Eyni  zamanda  uşağın  təlim  prosesinin  subyekti  
olaraq t
əşəkkül tapması üçün uşağın fəaliyyətdə yaradıcılığına, müstəqilliyinə və sərbəst 
seçimin,  imkan  yaradır.  Ünsiyyət  bərabər  partnyorluq  formasında  (müəllimnin  uşaq 
f
əaliyyətinin bərabərhüquqlu iştirakçısına çevrilir) ; 
 
Şəxsi  ünsiyyət.  «Himayədar  böyük»  formasında.  Bu  ünsiyyət  zamanı  müəllim, 
xüsusilə problemlərin həllində, səhvlərin düzəlişində uşaqlara yardım niyyəti ilə müraciət 
edir, onlara m
əsləhət verir və s. 
 
Bel
ə  ünsiyyətə  uşaqlar  emosional,  əxlaqi  hisslər  ilə,  insanların  hərəkət  və 
davranışları ilə bağlı problemləri müzakirə etmək üçün ehtiyac duyurlar. Uşaq öz fikir, hiss 
v
ə planları ilə bölüşür. Bu cür ünsiyyət zamanı uşağın ictimai cəhətdən böyüməsi, sosial-
d
əyər  istiqamət  yönlərinin  formalaşması,  hadisələrin  mənasını  dərk  etməsi  baş  verir, 
özünəinam  və  özünüqiymətləndirmə,  uşağın  yeni  məktəbli  mövqeyini  tutmaq  üçün 
hazırlığı inkişaf edir.  

 
 
59 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
Bu  m
əsələləri  həll  edərkən  müəllimlər«uğur  pedaqogikasının»  müəllifləri 
t
ərəfindən məsləhət görülən vasitələrdən (bax, Əlavə 1.) və Ş. A. Amonaşvili tərəfindən 
t
əklif olunan təsirli təlim priyomlardan (bax, Əlavə 2.) istifadə edə bilərlər. 
 
 
Ail
ənin uşağın ilk müəllimi və məktəbəqədər müəssisələrin tərəfdaşı kimi 
rolu 
 
Uşaqlar  məktəbəhazırlıq  qruplarına  müxtəlif  ailələrdən  gəlirlər.  Məktəbəhazrlıq 
dönəmindən öncə uşaq artıq ailədə müəyyən bilik, bacarıq və vərdişləri mənimsəyir. Ailə 
ilk 
müəllim kimi uşaq üzərində ilkin təlim və tərbiyə üsullarını tətbiq edir. Bütün bunlara 
baxmayaraq,  ail
ələr  uşağın  sosiallaşması,  digər  insanlarla  ünsiyyət  qurması,  məktəb 
t
əlimi  üçün  lazım  olan  bilik  və  bacarıqları  mənimsəməsi  üçün  məktəbəqədər 
müəssisələrə və ya digər məktəbəqədər institutlara ehtiyac duyurlar.  
 
Buna 
görə  artıq  məktəbəqədər  müəssisələrdə  müəllimlərin  ailənin  uşağın  ilk 
müəllimsi olaraq qəbul etməsi gələcək təlim-tərbiyə prosesinin qurulması və aralarında 
əməkdaşlıq  münasibətlərinin  yaranmasının  vacib  amillərindən  biridir.  Valideyn  və 
müəllimlərin ümumi səyləri uşaq haqqında məlumatın bölüşməsi, təcrübə mübadiləsi və 
ən  əsası  ‒  uşağın  böyüməsi  və  inkişafı  üçün  daha  əlverişli  şəraitin  təmin  etməsi  üzrə 
əməkdaşlıq münasibətlərinin qurulmasına yönəlməlidir.  
 
Ail
ə  uşağın  doğulduğu,  böyüdüyü  və  tərbiyə  aldığı  ilk  ictimai-mədəni  bir  mühit 
olduğu  üçün  müəllimlər  hər  bir  ailənin  mədəni  dəyərlərinə  hörmətlə  yanaşmalı  və  öz 
münasibətində  nəzərə  almalıdırlar.  Eyni  zamanda  müəllimlər  uşaqların  maraq  və 
probleml
əri, ailələri və yaxınları haqqında təsəvvürlər əldə etməlidirlər.  
 
Valideynl
ər  ilk  müəllimlər  kimi  uşağın  təlim-tərbiyə  prosesində  məktəbəhazırlıq 
müəllimləri  ilə  əməkdaşlıq  qurmalı,  uşaqlarla  birgə  keçirilən  bütün  tədbirlərdə  iştirak 
etm
əlidirlər.  Valideynlər  uşaqlarını  məktəbəhazırlıq  qruplarına  qoyarkən  bütün 
m
əsuliyyəti  müəllimlərin  üzərinə  qoymamalı,  onlarla  birlikdə  uşaq  inkişafının 
stimullaşdırılmasına  cəlb  olunmalıdırlar.  Qruplarda  mənimsənən  bilik  və  bacarıqlar 
mütləq  ailədə  möhkəmləndirilməlidir.  Belə  bir  qarşılıqlı  əməkdaşlıq  uşağın  əqli 
f
əaliyyətinin  zənginləşməsində,  ailənin  dəstəyinin  olmasında,  uşaqda  özünəinamın 
yaranmasında və nəticə etibarilə, daha rahat uyğunlaşma dönəmini keçməkdə öz təsirini 
göstərir. Valideynlər uşaqların təlim fəaliyyətində iştirak etdikləri təqdirdə uşaqların təlim 
nailiyy
ətləri  yüksəlir.  Belə  bir  əməkdaşlıq  çərçivəsində  valideynlər  aşağıdakı  qeydlərlə 
tanış olmalıdırlar: 
  B
eşyaşlı uşaqların yaş xüsusiyyətləri ilə; 
  t
ərbiyəvi işin əhəmiyyəti ilə; 
  u
şaqların öyrədici fəaliyyətlərini stimullaşdıran mühitin vacib rolu ilə; 
  fiziki, emosional 
mühafizənin təmin edilməsinin və mühitin təhlükəsizliyinin zərurəti 
il
ə; 
  u
şaqların fəaliyyətləri ilə. 
 
Valideynl
ər  öz  uşaqlarının  təlim  fəaliyyətinə  kömək  etmək  və  həmin  fəaliyyətdə 
iştirak etmək üçün çox iş görə bilərlər, misal üçün, onlar öz uşaqlarını həvəsləndirə bilərlər 
v
ə öz uşaqlarının təlim nailiyyətlərinin yüksək olmasını istədiklərini nümayiş etdirə bilərlər. 
Valideynl
ər  müəllimlər ilə daha yaxın ünsiyyət qura, müvafiq məlumat təklif edə və öz 

 
 
60 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
uşaqlarının  irəliləyişi  barədə  sual  verə  bilərlər.  Valideynlər  öz  uşaqlarının  zehni 
qabiliyy
ətləri  və  müəllimlərin  müşahidələri  barədə  məlumat  əldə  etdikdən  sonra  öz 
uşaqlarının  təlim  nailiyyətlərinə  verilən  qiymətləri  daha  böyük  asanlıqla  izah  edə 
bil
əcəklər, habelə öz uşaqlarının irəliləyişini sürətləndirmək və asanlaşdırmaq məqsədilə 
müəllimlə  əməkdaşlıq  edə  biləcəklər.  Valideyn  iclaslarında  iştirak,  bağça  şurasında 
üzvlük, öz uşaqları ilə məktəb həyatı haqqında söhbətlər və öz uşaqları ilə birgə qiraət 
valideynl
ərin öz uşaqlarının təhsilində fəal iştirakının çoxsaylı üsullardan bəziləridir.  
 
Qısamüddətli məktəbəhazırlıq proqramının əsasını təşkil edən prinsiplər 
  f
ərdi  yanaşma  (uşağın  dəyərinin    dərk  edilməsi,  onun  tələbatlarının, 
xüsusiyyətlərinin və maraqlarının nəzərə alınması); 
  u
şaq haqlarına riayət olunma (tərbiyə haqqı, fikir yürütmə haqqı və s.); 
  f
əal  təlim  (uşağın  şəxsi  təliminin  müəllifi  olması  üçün  təlim  vərdişlərinin 
yaradılması); 
  i
nteqrativ inkişaf (fəaliyyətə inteqrativ münasibət); 
  u
ğura yönələn təlim (uşağın hər bir nailiyyətinin dəyərləndirilməsi). 
 
 
Qiym
ətləndirmənin və dəyərləndirmənin əsasını təşkil edən qaydalar  və 
t
ələblər 
 
Uşaqlar məktəbəhazırlıq qruplarına gələrkən eyni zamanda həm bağça mühitinə, 
h
əm də gələcək məktəb mühitinə uyğunlaşmağı öyrənirlər. Bunun üçün onlara öz inkişaf 
s
əviyyələrinə uyğun gələn və müstəqil şəkildə həyata keçirə bildikləri fəaliyyətlər çeşidinə 
aid olan r
əngarəng təlim imkanları vasitəsilə öz nailiyyətlərini nümayiş etdirmək üçün çox 
vaxt  verilm
əlidir. Müəllimlər onu da nəzərə almalıdırlar ki, digər uşaqlara nisbətən bəzi 
uşaqların bağçaya uyğunlaşma müddəti daha uzun ola bilər.  
 
Uşaqlar  öz  təlim  nailiyyətlərini  bir  çox  müxtəlif  yolla  nümayiş  etdirirlər.  Günün 
vaxtı, vəziyyət, verilən sualların növü, məzmunla tanışlıq və təlim dilini asanlıqla başa 
düşmə kimi amillərdən asılı olaraq, uşaqların öz biliklərini və ya bacarıqlarını nümayiş 
etdirm
əkdə  qazandıqları  uğurun  dərəcəsi  də  fərqli  olur.  İstənilən  vaxtda  uşağın 
davamiyy
ətinə  təsir  göstərə  biləcək  amillərə  yol  açmaq  məqsədiləmüəllilər  müxtəlif 
strategiyalardan  v
ə  vasitələrdən  istifadə  edərək  cari  qaydada,  yəni  hər  gün  qrupda 
keçirilən məşğələlər əsnasında uşağın təlim nailiyyətlərini qiymətləndirməlidirlər.  
 
Qiym
ətləndirmə  strategiyaları  uşaqların  bilmədiklərini  və  ya  bacarmadıqlarını 
aşkar  edib  göstərməyə  deyil,  uşaqları  bildiklərini  və  bacardıqlarını  göstərməyə  sövq 
etm
əyə  yönəldilməlidir.  Xüsusi  olaraq  uşaqların  bacarıqlarını  aşkar  etməyə  yönəldilən 
qiym
ətləndirməni  apararkən  uşaqların  inkişaf  səviyyəsi  nəzərə  alınır.  Qiymətləndirmə 
müəllimlərin  planlaşdırdıqları  məşğələlərin  və  tətbiq  etdikləri  tədris  strategiyalarının 
t
əcrübədə nə dərəcədə səmərəli olduğunu müəyyən etməyə, habelə bağça uşaqlarının 
n
əzərdə tutulan təlim nəticələrinə nail olmasını təmin etmək üçün lazım olan hər hansı 

 
 
61 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
d
əyişiklikləri həyata keçirməyə imkan yaradır. Bəzi uşaqlar öz fərdi tələbatlarını ödəmək 
üçün fərqli tədris fəaliyyətinə ehtiyac duya bilərlər.  
Qiym
ətləndirmənin aparılması aşağıdakı tələblərə əsasən aparılmalıdır: 
  Qiymətləndirmə  uşaqda  mənfi  hisslər  oyatmadan  onun  özünə  inamını  və  irəli 
getm
ək səylərini möhkəmləndirərək müsbət emosional şəraitdə aparılmalıdır; 
  Qiymətləndirmənin  obyekti  uşağın  hərəkət  və  davranışları,  müəyyən  şəraitdə 
f
əaliyyətinin nəticələri olmalıdır, qiymətləndirmə uşağın şəxsiyyətinə yönəlməməli, 
uşağa sevgi və hörmət bəslənməlidir.  
  Uşaqlar    şəxsən  özlərinin  və  qrup  yoldaşlarının  nailiyyətlərinin  qiymətləndirmə 
prosesind
ə iştirak etməli və bunun üçün onlara müəyyən şərait yaradılmalıdır.  
  Müqayisələr digər uşaqların nəticələri ilə deyil, uşağın indiki və əvvəlki nəticələri 
arasında aparılmalıdır; 
  Müəllim hər bir uşağı nəzərə alaraq onun nailiyyətlərini izləyib dəstəkləməlidir. 
 
Qiym
ətləndirmə və dəyərləndirmə üsulları 
 
Uşaqların  təlim  fəaliyyətlərini  qiymətləndirmək  və  dəyərləndirmək  üçün  istifadə 
olunan üsullar nəzərdə tutulan təlim nəticələri əsasında dəqiqliklə müəyyən edilməlidir. 
Uşaqların təlim fəaliyyətinə kömək edən qiymətləndirmə müəllimlərin müşahidələrini və 
uşaqların  biliyi  haqqında  təsəvvürünü  genişləndirəcəkdir.  Müəllimlər  qiymətləndirmə 
üsullarının inkişaf, mədəniyyət və dilçilik tələblərinə uyğun gəldiyindən əmin olmaq üçün 
h
əmin üsulları diqqətlə seçməlidirlər. Qiymətləndirmə tez-tez aparılmalı, səmərəli şəkildə 
planlaşdırılmalı və təşkil edilməlidir ki, müəllimlər hər bir uşağın nəzərdə tutulan ümumi 
n
əticələrə nail olmaq istiqamətində irəliləməsinə kömək etməyə qadir olsunlar.  
 
M
əktəbəhazırlıq    dövründə  aparılan  qiymətləndirmə  əsnasında  əsas  diqqət 
uşaqların  əvvəlki  təlim  fəaliyyətinin  qeyri-rəsmi  diaqnostik  qiymətləndirməsinə,  habelə 
cari  t
əlim  fəaliyyətinə  kömək  etmək  və  tədris  üsullarını  müəyyən  etmək  üçün  nəzərdə 
tutulan formativ (yaradıcı) qiymətləndirməyə yetirilməlidir.  
 
Bundan ir
əli gələrək müəllimlər 3 növ qiymətləndirmədən istifadə etməlidirlər: ilkin, 
cari  (formalaşan)  və  son  (yekun).  Hər  bir  qiymətləndirmə  növünün  öz  məqsəd  və  rolu 
olduğuna görə onlar il boyu keçirilməlidir.  
 
İlkin  qiymətləndirmə  uşaqların  ilkin  inkişaf  səviyyələrinin  təyin  edilməsi  üçün 
sentyabr-
oktyabr  aylarında  keçirilməlidir.  Təlim-tərbiyə  prosesində  xüsusi  diqqəti 
formalaşan qiymətləndirməyə yönəltmək lazımdır. Bu qiymətləndirmə proqramda verilən 
ümumi və xüsusi nəticələrin və onların göstəricilərinə görə aparılaraq, uşağın inkişafının 
qeydiyyatı başqa uşaqların və ya qrupun nailiyyətləri ilə deyil, onun öz keçmiş nailiyyətləri 
il
ə tutuşdurulmalıdır. 
Cari  qiym
ətləndirmə  müntəzəm  olaraq  aparıldığı  üçün  hər  bir  uşağın  və  eyni 
zamanda qrupun nailiyy
ətləri haqqında məlumat yığmağa imkan yaradır. Müşahidə yolu 
il
ə müəllim müntəzəm olaraq gün ərzində uşağın məktəbə daxil olan gündən başlayaraq 
v
ə  məktəbəhazırlıq  müddətinin  sonuna  kimi,  günün  əvvəlində,  ümumi,  qrup  və  ya 

 
 
62 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
müstəqil fəaliyyət zamanı, spontan və ya mütəşəkkil oyunlarda, masa arxasında, təmiz 
havada, günün sonunda hər bir uşağın davranışına nəzarət edə bilər.   
Sonra  müəllim  planlaşdırdığı  məşğələni  həyata  keçirir  və  ayrı-ayrı  uşaqların 
mövzunu nə dərəcədə yaxşı başa düşdüyünü və gələcək tədris fəaliyyətinin istiqamətini 
müəyyən etmək üçün uşaqların işini müşahidə etməyə davam edir.  
Müəllim qiymətləndirmə üsullarının və vasitələrinin seçimində tam azaddır. Vacib 
olan müəllimin qiymətləndirmənin yalnız öz fəaliyyətində planlaşdırıcı rolunu oynamalı  və 
uşaqlara müsbət təsir göstərməli olduğunu nəzərə almasıdır.    
Qiym
ətləndirmə üsulları kimi müşahidə, söhbət, praktik məşğələlər və testləşdirmə 
ola bil
ər.  
Müəllimlərin uşaqların nailiyyətlərini hər bir inkişaf sahəsi üzrə müşahidə etməlidir (əqli-
nitqi, fiziki, sosial-
şəxsi, emosional-iradi və bədii-təsviri inkişaf sahələri): 
  bilik, bacarıq, vərdişlər; 
  yaddaş, diqqət, təfəkkür, nitq; 
  maraqlar, qabiliyyətlər, motivasiya; 
  böyüklərə, həmyaşıdlarına və digər uşaqlarla ünsiyyət; 
  hərəki inkişaf. 
Şifahi  sorğu  söhbət  və  oyunlar  formasında  keçirilir.  Sorğu  müəllimə  uşaqların 
əşyalar, hadisələr, onların xüsusiyyətləri haqqında mənimsədikləri biliklərin səviyyəsini, 
bacarıqların  formalaşma  səviyyəsini,  formalaşan  təsəvvür  və  biliklərin  istifadə  etmə 
bacarığını, onları oyun və digər fəaliyyətlərdə tətbiq etmə bacarığını yoxlamağa imkan 
verir.  
Praktik  m
əşğələlər  (oyun,  məşğələlər)  əldə  olunmuş  biliklərdən  istifadə  etmək 
bacarığını  yoxlamağa  imkan  verir.  Bu  üsul  vasitəsi  ilə  uşaqların  inkişafını,  riyaziyyat 
haqqında təsəvvürlərin, ədəbiyyat, ətraf mühit, musiqi haqqında bilikləri, fiziki bacarıqları 
yoxlamaq olar.  
Testl
əşdirmə. Bu üsul xüsusi struktur və keyfiyyətlərə malikdir. Test uşaqların nail 
olduqları  nəticələrin  daha  dəqiq  yoxlanmasına  imkan  yaradır,  tədqiqi  xüsusiyyətlərə 
malikdir,  uşaqların  inkişaf  səviyyələrini  dəqiq  təyin  etmək,  qiymətləndirmənin  daha 
obyektiv s
əviyyəsini təşkil etməklə səciyyələnir.  
Testl
əşdirmə  zamanı  tam  rahat  şərait  yaratmaq  lazımdır,  uşaqlar  gərginlik  hissi 
keçirməməlidir.  Bunun  üçün  testləşdirməni  oyun  formasında  keçirmək  daha 
m
əqsədəuyğundur.  
Müəllim uşaqları aşağıdakı nümunəvi  ifadələr vasitəsi ilə qiymətləndirə bilər: 

 
 
63 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
  «Sən məni çox sevindirdin»; 
  «Mən əminəm ki, gələn dəfə daha yaxşı alınacaq»; 
  «Mən sənin işinlə fəxr edirəm»; 
  «Sən biraz da üzərində işləsən, çox yaxşı olacaq» və s. 
İfadələrin düzgün seçilməsi uşaqların: 
  t
əlimə marağını dahada artırır; 
 
özünüqiymətləndirmə üçün istiqamət seçməyə yardım edir; 
  m
əktəbəhazırlığın formalaşmasına təsir edir; 
  h
ər bir uşağın fərdi inkişaf səviyyəsini təsdiqləməyə imkan yaradır. 
 
Şagird yönümlü təhsilin  əlamətləri 
 
Uşaqların böyüklər və həmyaşıdları ilə əməkdaşlıq bacarığını inkişaf etdirir. 
 
Uşaqların  sərbəst  şəkildə  çətinliklərin    öhdəsindən    gəlmələri  üçün 
özünütənzimləmələrini gücləndirir. 
 
Uşaqlarda inam və müstəqilliyin inkişafını dəstəkləyir. 
 
Ünsiyyət vərdişlərini, öz yanaşmalarını izah etməyi və müdafiə etməyi inkişaf etdirir. 
  T
ənqidi təfəkkürü inkişaf etdirir. 
 
Uşaqlara özlərini uşaq kimi aparmağa,özlərini rahat və təhlükəsiz hiss etməyə imkan 
yaradır. 
 
Uşaqların maraq hissini, yenilikləri tədqiq etmək səylərini artırır. 
 
Davranışın dərk edilmişt ənzimləmə bacarıqlarının inkişafına imkan yaradır. 
  Spontan oyunu 
əsas təlim təcrübəsi kimisaxlayır. 
 
Uşaqlara öz qabiliyyətlərini ifadə etməyə imkan yaradır. 
 
Uşaqlara öz təlimi ilə bağlı qərar qəbul etmələrinə imkan yaradır. 
 
Uşaqların maraqlarını nəzərə alır. 
  T
əlim prosesində valideynlərin iştirakını nəzərdə tutur. 
Müəllif tərəfindən qeyd olunan əlamətlər müəllimlərə nəinki uşaqlarla qarşılıqlı təlim 
üçün  adekvat  şəraitin  yaranmasına,  həm  də  uşaqları  «uğura»  doğru  oriyentasiyanı 
t
ərbiyə etməyə imkan yaradır.  
      
«Uğur  pedaqogikası»  ‒  inkişafetdirici  təhsilin  əsasında  duran  pedaqoji 
strategiyadır. Onun əsas prinsiplərindən ‒  uşaq və müəllim tərəfindən nailiyyətlərin şəxsi 
v
ə ictimai  əhəmiyyətinin qəbul və dərk olunması vasitəsilə uğur istiqamətində yönəlmənin 
formalaşmasıdır.  Əsas pedaqoji metod kimi şəxsi nailiyyətlərin artması qəbul olunur.    

 
 
64 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
«Uğur pedaqogikası» müəllimin uşaqlarla qarşılıqlı əlaqəsində aşağıdakı qaydalara 
əsaslanır:   
  H
ər  bir  nailiyyət  uşağın  özü  üçün  əhəmiyyətli  olan  müsbət  nəticə  kimi  dərk 
olunmalıdır,  çünki  qiymətləndirilməyən  nailiyyət  neytral    nəticələrdən  daha  çox, 
m
ənfi nəticələrə səbəb ola bilər. 
 
Uşaq nailiyyətləri həmişə onun adı ilə bağlıdır (vacib olan təqdiri əsirgəməmək, hər 
bir uşağa  uyğun  təqdiredici  sözlər  tapmaq,  çünki artıq  adət  almış hamıya şamil 
olunan «afərin» sözü fərdi diqqətə yönəlmir və uşaqlar üçün az əhəmiyyət kəsb 
ed
ən və nəticənin qeyri-effektiv qiymətləndirmə üsulu sayıla bilər). 
  Q
ələbə kiçik və ya böyük ola bilməz, o, nəzərə çarpan və ya çarpmayan ola bilər, 
buna  görə  uşağın  nailiyyətlərini  diqqətdən  buraxmamaq,  onu  qeyd  etmək  çox 
vacibdir. 
  H
ər bir uşaq nəyisə digər uşaqlardan daha yaxşı edə bilər. 
 
Şəxsi  uğurun  həyacanı  şəxsiyyətin  emosional  tərəfini,  başqasının  dərdinə  şərik 
olmaq  is
ə  ‒  əxlaqi  tərəfi  inkişaf  etdirir  (uşağı  həmyaşıdının  uğuruna  sevinməyi, 
onunla bu sevinci bölüşməyi öyrətmək lazımdır). 
       
Öz işində bu postulatlara riayət edən müəllimlər bir faktı nəzərə almalıdırlar: hər 
bir  nailiyy
ət  yalnız təhlil nəticəsində  pedaqoji  əhəmiyyət  kəsb edə bilər. Bu, uşağın 
nailiyy
ətlərini  öz  şəxsi  nailiyyəti  kimi  qəbul  olunmasına  imkan  yaradır.  Belə  halda 
müəllimin işinin əsas nəticəsi  uşaqların fərdi və kollektiv nailiyyətləri olacaq. İşin belə 
qurulmasında  müəllimə  uşağın  imkan  və  xüsusiyyətlərinin  tədqiqinin  aşağıdakı 
istiqam
ətlərini daxil edən «uğur sahəsi»nin planlaşdırma metodu kömək edir: 
   
uşağın daha çox uğura nail ola biləcəyi və onu daha dəqiq  qiymətləndirməyə 
imkan  ver
ən  sahələr  (təlim  sahələrində  ‒dəqiq  və  ya  humanitar  elmlər, 
bayramların,  tamaşaların,  sərgilərin    təşkili  zamanı,  gəzintidə,  idman 
m
əşğələlərində və s.); 
  u
şağın  imkan  dairəsi  (hər  bir  uşağın  fəaliyyət  dairəsinin  olmasını 
müəyyənləşdirmək  lazımdır,  çünki  uğur  yalnız  fəaliyyət  zamanı  əldə  olunur, 
bunun 
əsas məqsədi  ‒  uşağı  müxtəlif növ fəaliyyətlərə  (əmək,  oyun,  təsviri-
yaradıcı,  rəsm,  ekskursiya,  səhnələşdirmə  və  s.)  cəlb  etmək  və  imkan 
yaratmaqdan ibar
ət olacaq); 
 
öz qabiliyyətlərini, öz nailiyyətlərini  göstərməyə imkan tapmayan uşaqları üzə 
çıxartmaq. 
T
əlim və tərbiyədə uğurun yaranma vəziyyəti  müəllimdən öz təcrübəsində uşaqlara 
psixoloji yardım metodlarını tətbiqetmə  bacarıqlarını tələb edir. Bu metodlar hər bir 
uşağın  «Mən-konsepsiyasını»  inkişaf  etdirməyə  imkan  yaradır  və  çətinliklərin 
öhdəsindən gəlməyi öyrədir. 
 
Bel
ə yardım aşağıdakı vasitələrin köməyi ilə təmin oluna bilər: 
  Qeyri-verbal vasitələr: sifət ifadəsi (gülüş, başla işarə, gözvurma və s.) və ya 
toxunmalar (çiyinə toxunmaq, ələ toxunmaq, qucaqlamaq və s.); 
  Birgə hərəkətlər, fiziki vəziyyətlər (uşağın yanında durmaq və ya oturmaq, 
onunla oynamaq, onu dinl
əmək); 

 
 
65 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
  Verbal (şifahi) vasitələr: ayrıca ifadələr («Gözəldir»; «Səliqəlidir»; “Çox 
yaxşı”), cümlələr («Mən sizinlə fəxr edirəm»; «Birgə işiniz xoşuma gəlir»; 
«Çox sağ olun, bu böyük nailiyyətdir»; «Təşəkkür edirəm»). 
D
əstəkləyici  ifadələr  «uğur  pedaqogikasında»    ayrı-ayrı  məqamlarda  istifadə 
olunur, m
əsələn: 
-  qorxu  hissini 
götürmə  üsulu  («Darıxma,  elə  hallar  olur  ki,  insanlar  qorxu 
keçirirlər»;  «Bütün  insanlar  səhvə  yol  verirlər,  onları  düzəldərək,  biz  öyrənirik», 
«Hətta  əgər  nəsə  sənin  istədiyin  kimi  olmadısa,  bu  sənin  üçün  yaxşı  bir  dərs 
olacaq»); 
-  gizli  t
əlimat  («Sən  axı  nədən  başladığını  xatırlayırsan»,  «Sən  bunu  düzgün 
edirs
ən»); 
-  avans  verm
ə  («Səndə  alınacaq»,  «Mən  əminəm  ki,  sən  hər  şeyi  yaxşı 
ed
əcəksən»); 
- f
ərdi müstəsnalıq («Bu, yalnız səndə alına bilər»); 

motivasiyanın  gücləndirilməsi  («Bu,  bizə  elə  lazımdır»;  «Mən  bunu  müşahidə 
etm
əyə çox şad idim»); 
f
əaliyyətin yüksək qiymətləndirilməsi («Bax bu hissə mükəmməl yerinə yetirilib», 
«Sənin fikirlərin çox maraqlıdır») və s. 
 
Uşağın idrakı fəallığının stimullaşdırma qaydaları 
Ş.A.Amonaşvili  tərəfindən  təqdim  olunan  fəndlər  məktəbəqədər  yaşlı  uşaqlarla 
müxtəlif fəaliyyət növləri (məşğələlər zamanı, gəzintidə və s.) çərçivəsində istifadə oluna 
bil
ər: 
1.M
əşğələdən öncə uşaqların maraqlarının müzakirəsi, iş əhvalı yaradan sərbəst söhbət: 
M
əsələn: 

Uşaqlar, bu gün yolla gedərkən nə görmüsünüz? Gəlin təəssüratlarımızı bölüşək. 

Bu gün hava necədir? Göy,  yaxud ağaclar necə görünürdülər? Kimin yadındadır, dünən 
axşam onlar necə idi? 

Bu gün bizdə sevincli gündür. Leylanın bu gün ad günüdür. Gəlin onu təbrik edək. Ona 
n
ə arzulayaq? Bəs nə bağışlayaq? 
2.M
əşğələdən əvvəl keçirmək mümkün olan təlim məsələləri: 

Uşaqlar, bir baxın, görün dolabımıza hansı yeni kitablar əlavə olunub. Bir müddətdən 
sonra onlar biz
ə lazım olacaq. 
3.
Kartoçkalarda təqdim olunan fəaliyyət növlərinin seçimi(seçim məşğələdən əvvəl və ya 
onun 
əvvəlində keçirilir). 
 
Kartoçkalar uşaqlarla birgə tərtib olunur və həmişə təlim zonasında olur. Uşaqlara 
onları maraqlandıran fəaliyyət növlərinə görə bir neçə kartoçkaları seçmək təklif olunur. 
(sad
ə riyazi təsəvvürlərin inkişafı: say, ədəd tərkibi, kəmiyyət, məkana bələdçilik, zamana 
b
ələdçilik, tamın hissələrə bölünməsi, şərti ölçü ilə ölçmək, riyazi məsələləri həll etmək, 
uşaq  tərəfindən  təqdim  olunan  tapşırıq).  Əgər  uşaqlar  müəllimin  planlaşdırmadığı 
f
əaliyyət növlərini seçiblərsə, didaktik məsələlər eyni qayda ilə effektiv yerinə yetirilə bilər.  

 
 
66 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
4.
Uşaqlar  tərəfindən  təlim  tapşırıqların  seçilməsi,  yeni  materialın  öyrənilməsi  və  ya 
keçirilənlərin təkrarı (əgər ikinci variant seçilərsə, möhkəmləndirmək üçün yeni məzmunu 
t
əklif etmək vacibdir). 
5.
Davamı olan tapşırıq.Uşaqları məşğələyə dəvət edən daimi personaj istifadə olunur 
(m
əsələn: Cırtdan bu gün sizi həndəsi cisimlər diyarına dəvət edir). 
6.
«Əks-səda»  ‒astadan  yerindən  təklif  olunmuş  tapşırığın,  məsələnin  həlli  variantının, 
tapşırığın yerinə yetirilmə üsulunun təkrarlanması. 
7.M
əsələ  həllinin  şərhi  (məsələ  həllinin  ucadans  öylənilməsi:  «bunu  necə  etdin,  bizə 
danış»). 
8.S
əhvlərin birgə müzakirəsi. Bu mərhələdən öncə müəllim məsələnin həlli yollarını izah 
ed
ərkən  avans  olaraq  uşaqlara  qiymətverməlidir  («Mən  əminəmki,  hamı  düzgün 
ed
əcək»). 
9.
İşin müsbət və mənfi tərəflərinin tutuşdurulması ( işin tez və ya asta görülməsini, 
düzgün və ya səhv həlli yollarını). 
10.
Uşaqların bir-birinin işinin nəticələrini təhlil etmələri. 
11.Obyektin 
xüsusiyyətlərini  təyin  etmək  üçün  müxtəlif  analizatorların  qoşulması 
(
xüsusiyyətləri görmə, eşitmə, dadbilmə, iybilmə, lamisəyə görə təyin edirik). 
12.
Uşağın öz işinin nəticələrini qiymətləndirməsi (cavabı barmaq, fişka, kartoçka ilə 
göstər). 
13.M
əşğələnin  sonunda  yekunlaşdırma.  Müəllim  uşaqlara  yaxşı  işə  görə  təşəkkür 
edir,h
ər  bir  uşağı  öz  bacarığına  görə  (cəld  olması,  yoldaşına  kömək  etdiyi  üçün, 
s
əliqəli olduğu üçün və s.) tərifləməyə çalışır. 
14.Oyun 
formasında evə tapşırıq. («Evdə bu oyunu oyna», «Anana bu sualları ver».) 
15.Problemli situasiya. (“N
əe dim?”) 
16.M
əntiqi məsələlər, məsələ-zarafat, tapmacalar (“Qoğalın saçı nə rəngdədir?”) 
17.
Əks fikirlərin qarşılaşması. («Opponentlər» oyunu) 
18.T
əklif olunan mövzu üzərində diskussiya
19.Beyin  h
əmləsi  (qısa  müddət  ərzində  uşaqların  qrup  şəklində  məsələni  yerinə 
yetirilm
əsi). 
 
Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin