Əktəbəhazırlıq qruplarında işin təşkili metodikası



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix06.06.2020
ölçüsü2,73 Mb.
#31548
1   2   3   4   5   6   7   8   9   ...   14
maktabahazirliq-qruplarinda-isin-taskili-metodikasi-istirakci-vasaiti


 
Əlavə materiallar 
 
M
əktəb təliminə hazırlığın ümumi göstəriciləri 
1. 
Fiziki hazırlıq; 
2. 
Xüsusi hazırlıq; 
3. 
Psixoloji hazırlıq: 
  İntellektual hazırlıq; 
  Emosional-iradi hazırlıq; 
  Şəxsi və sosial hazırlıq. 
 
1. M
əktəb təliminə fiziki hazırlıq.  Fiziki hazırlıq uşağın müxtəlif səbəblərdən asılı 
olan (b
ətndə inkişaf dövrü, genotip, fiziki yetkinləşmə templəri) funksional imkanlarını və 
sağlamlıq  vəziyyətini  xarakterizə  edir.  Məktəbə  daxil  olarkən  uşaqların  sağlamlıq 
v
əziyyətinin  qiymətləndirilməsi  fiziki  inkişaf  parametrləri  və  xroniki  xəstəliklərin 
mövcudluğu üzərində qurulur.  
Fiziki 
hazırlığın ümumi göstəriciləri: 
  Ümumi fiziki inkişaf (göstərici: normal çəki, boy, əzələ tonusu,  5-6 yaşlı qız və 
oğlanlar  üçün digər normativ göstəricilər); 
  eşitmə və görmə qabiliyyətinin vəziyyəti; 
  böyük və kiçik əzələlərin inkişafı (xüsusən, barmaq və əllərin kiçik hərəkətləri); 
  mədəni-gigiyenik  qaydalara  riayət  və  özünə  xidmət  bacarıqlarının  inkişaf 
s
əviyyəsi; 
  normal sensomotor koordinasiya və hərəki qabiliyyətlər. 
 
2. M
əktəb təliminə xüsusi hazırlıq. Bu qrupa uşağın oxu, yazı və hesablamanı 
m
ənimsəməsi üçün lazım olan bacarıq və qabiliyyətlər aiddir.  
 
3.  M
əktəb  təliminə  psixoloji  hazırlıq

Bu  hazırlıq  psixi  funksiyaların  və 
mexanizml
ərin ən geniş qrupunu təşkil edir. Psixoloji hazırlıq intellektual, emosional-iradi, 
şəxsi və sosial hazırlığı nəzərdə tutur.  

 
 
53 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
İntellektual hazırlıq. İntellektual hazırlıq ‒ ibtidai sinifdə dərs proqramını mənimsəmək 
üçün  intellektual fəaliyyəti təmin edən əsas psixi proseslərin inkişaf səviyyəsidir. Bu psixi 
prosesl
ərə aşağıdakılar aiddir: 
  söz ehtiyatı və dünya görüşü; 
  sensor məlumatın kifayət qədər dəqiq və bütün təfərrüatı ilə qavranması; 
  analitik təfəkkürün təməli;  
  idrakı proseslərin inkişafı (əyani-obrazlı təfəkkürün ali formaları); 
  idrakı  bacarıqların  formalaşması  (əqli  fəaliyyət  priyomlarına,  məntiqi 
operasiyalara, 
materialı dərk edərək yadda saxlama fəndlərinə yiyələnmə); 
  iradi yaddaşın yaxşı inkişafı   (mexaniki hafizənin zəifləməsi) 
  kifayət  qədər  yaxşı  inkişaf  etmiş  fonetik  eşitmə  qabiliyyəti  sayəsində    eşitmə  
əsasında  danışıq dilinin mənimsənilməsi; 
  simvolik operasiyaların ilkin mənimsənilməsi; 
  dərsdəki tapşırıqları seçmək, ayırmaq, fəaliyyətin müstəqil məqsədinə çevirmək 
bacarığının formalaşması. 
 
Emosional iradi 
hazırlıqDavranışın iradi idarəetməsində əsas məqam hansısa təlimata 
əməl  edərkən  mane  olan  faktorlara  qarşı  durmaqdır.  Maneələr  həmişə  fəaliyyəti 
çətinləşdirir  və  işgüzarlığın  səviyyəsini  azaldır.  Lazım  olan  işgüzarlığın  saxlanıb 
qorunması emosional gərginlik əmələ gətirir və güclü iradə tələb edir. Emosional gərginlik 
nitq  pozulmalarına  və  intellektual  məhsulun  keyfiyyətinin  azalmasına  səbəb  ola  bilər. 
Emosional t
əsirlər ən az dərəcədə yaddaşa təsir göstərir. 
 
Qeyd etdik ki, emosional g
ərginlik psixi proseslərin gedişinə təsir göstərir. Birinci 
növbədə,  emosional  gərginlik  iradi  yaddaşın,  diqqətin  cəmləşdirilməsini  və  təfəkkürün 
f
əaliyyətini  ləngidir.  Beləliklə,  emosional  stabilliyin  formalaşması  məktəb  təliminə 
hazırlığın vacib şərti kimi qəbul olunur.  İradəni inkişaf etdirmək üçün ən yaxşı və faydalı 
vasit
ələr idman məşğələlərinin təşkil olunmasıdır. 
Emosional-iradi 
hazırlıq məfhumu: 
  davranışın  iradəliliyinin  formalaşmasını  (məqsəd  qoymağı  bacarır,  qərar  qəbul 
ed
əbilir,  hərəkətlərinin  planını  qurur,  onun  həll  olunması  üçün  cəhdlər  edir, 
mane
ələri qət edir); 
  psixi proseslərin iradəliliyinin formalaşmasını (diqqət, yaddaş, məntiq, iradə) ifadə 
edir. 
Şəxsi  və  sosial  hazırlıq.  Şəxsi  hazırlıq  –  davranış  motivləri  sistemi  şəklində 
motivasiya
nın müəyyən səviyyəsini və şəxsi davranışı idarəetmə bacarıqlarını nəzərdə 
tutur. 
 
Şəxsi və sosial hazırlığı təyin edən aşağıdakı meyarları qeyd etmək olar: 
  yeni ictimai mövqeyin formalaşması (daxili «şagird» mövqeyi); 
  təlim üçün lazım olan əxlaqi hisslərin formalaşması; 
  həmyaşıdlar və yaşlılarla ünsiyyət qurmaq üçün keyfiyyətlərin formalaşması. 
 
M
əktəbəhazırlığın  xüsusiyyətləri. 

 
 
54 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
 
Amerika  psixoloqu  A.Anastazinin  fikrin
ə  görə,  məktəb  təliminə  hazırlıq  və  ya 
m
əktəb yetkinliyi müəyyən bilik, bacarıq, qabiliyyət və motivlərə yiyələnmə ilə bağlıdır. 
Rus psixoloqu L.İ.Bojoviç məktəb təliminə hazırlığı məktəbdə mütəşəkkil təlimdə iştirak 
etm
ək üçün bir-birilə  qarşılıqlı  əlaqədə  olan psixi funksiyaların inkişafı kimi  qeyd edir. 
T
əlimə hazırlıq əqli fəaliyyətin, idrakı maraqların, iradi davranışın müəyyən səviyyələrində 
formalaşır.  Davranışın  iradiliyi    həm  idrakı  proseslərin  ixtiyari  olmasında,  həm  təlim 
prosesind
ə  iştirak  edən  müəllim  və  yoldaşlarına  münasibətdə  özünü  büruzə  verir. 
Mütəxəssislərin  fikirlərinə  görə,  uşağın  davranışının  iradiliyi  məktəbəqədər  dövrün 
sonunda  h
ələ  də  lazımi  qədər  formalaşmır,  bu  da  müasir  uşaqların  məktəb  təliminə 
hazırlığında zəif bir  həlqədir. Bu xüsusiyyəti nəzərə alaraq valideyn və müəllimlər  iradi 
davranışın  maksimal formalaşması və inkişafı üzərində işləməlidirlər.     
 
 M
əktəb təliminə hazırlıq eyni dərəcədə uşağın fiziki, intellektual, emosional, iradi, 
şəxsi  və  sosial  inkişafından  asılıdır.  Qeyd  olunanlar  məktəbəhazırlığın  müxtəlif  növləri 
deyil,  onun  f
əaliyyət  formalarının  bir-birindən  fərqli  təzahür  yönləridir.  Uşağın 
m
əktəbəhazırlığı  dedikdə,  onun  yeni  məktəb  həyatına  psixoloji  hazırlığı  və  məktəbdə 
t
əlimə başlamaq üçün müəyyən bacarıq və qabiliyyətlərinin kompleksi nəzərdə tutulur. 
M
əktəb təliminə hazırlıq nəinki təsəvvür ehtiyatının miqdarından, həm də daha çox idrakı 
prosesl
ərin  inkişaf  səviyyəsi  və  oxumaq  bacarığına  yönələn  keyfiyyət  kompleksindən 
ibar
ətdir.  Konkret  bilik  və  bacarıqlardan  başqa,  uşağa  özünütənzimləmə,  diqqətini 
c
əmləşdirmə kimi keyfiyyətləri aşılamaq lazımdır. Beş yaşlı uşağa təkcə onun istədiklərini  
verm
ək yox, həmçinin onun vəzifələrinə aid olanları da öyrətmək lazımdır. Əsas məqsəd 
is
ə uşağın məktəb təliminə keçməsini ağrısız, yüngül  və sevincli etməkdir.    
Şəxsi və sosial inkişaf. Beşyaşlı uşaqlarda mühüm şəxsi və sosial  dəyişikliklər  
olur.  M
əktəbəqədər    müəssisələrdə  bu  yaşda  uşaqlar  özlərini  artıq  digər  uşaqlardan 
böyük hesab edir, qazandıqları   bilik və bacarıqları gələcək  məktəb təliminə bir hazırlıq 
olaraq  görürlər.  Bu  dəyişikliklər  uşaqların  özlərini  onlar  üçün  yeni  olan  «şagird» 
mövqeyinə hazırlamaları ilə bağlıdır.  Bu gələcək mövqe həyəcanı, eyni zamanda onların 
h
əm həmyaşıdları, həm böyüklərlə olan münasibətlərində öz əksini tapır.  
 
Müəllim uşaqlarda baş verən bu dəyişiklikləri təlim və tərbiyə prosesini qurarkən 
n
əzərə almalıdır. O, uşaqlarda formalaşan «böyüklük» hissini dəstəkləməli  və bu hissin 
əsasında  onları  yeni,  daha  çətin  məsələlərin  həllində  səy  göstərməyə,  ünsiyyət  və 
f
əaliyyətlərində daha sərbəst və məsuliyyətli davranmağa sövq etməlidir. 
Uşaq  həmyaşıdları  və  böyüklərlə  fəal  əlaqələr  qurur,  başqalarının  maraqlarını 
n
əzərə alaraq hərəkət edir, hisslərini idarə etməyə çalışır. O, ətrafdakılara qarşı müsbət 
münasibət göstərir, digər insanların hisslərinə  hörmətlə yanaşır. Birgə fəaliyyət zamanı 
yaranan probleml
əri müzakirə edir, qanunlara riayət etməyi öyrənir və digər uşaqları da 
buna sövq edir, müəyyən mövzu üzərində söhbət qura bilir.  
Müəllim  öz  davranışı  ilə  insanlara  qarşı  mehriban  və  qayğıkeş  münasibət 
nümunəsi  göstərir.  Uşaqları  bir-birinə  qarşı  diqqətli  olmağa,  öz  həmyaşıdlarının  halına 
diqq
ətlə  yanaşmağa  (inciyir,  darıxır,  küsür),  şəfqət  hissi  göstərməyə,  yardıma  hazır 
olmağa  sövq  edir.  Müəllim  uşaqların  diqqətini  mimikada,    jestlərdə,  hərəkətlərdə,  səs 
intonasiyasında  hisslərin  təzahür  formalarına  yönəldir.  Müəllim,  xüsusən  qrupda 
uşaqların  bir-birinə  qayğı,  diqqət,  yardım  göstərməsi  üçün  humanist  istiqamətdə 
situasiyalar yaradır. Beləliklə, uşaqların əxlaqi təcrübəsi zənginləşir.  

 
 
55 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
M
əktəbəhazırlıq  mərhələsində  olan  uşaqlar  mədəni  davranış  və  ünsiyyət 
qaydalarını  mənimsəməyi  bacarırlar.  Onlar  artıq  qoyulan  qaydaların  səbəblərini 
anlayırlar.  Müəllim  uşaqlarda  inkişaf  edən  özünəhörmət  və  müstəqillik  hisslərinə 
arxalanaraq 
onların müsbət hərəkət və davranışlarını dəstəkləyir.  
Uşaqlar bu dövrdə başqa xalqların mədəniyyətinə, onların heyvan və bitki aləminə 
maraq 
göstərirlər. Bu problemləri birgə müzakirə edərək, müəllim uşaqları sülhsevərlik, 
Yer  üzərindəki  hər  canlıya  hörmət  ruhunda  tərbiyə  etməyə  çalışır.  Uşaqlar  bu  cür 
mövzular əsasında hazırlanan tədbirlərdə böyük həvəslə iştirak edirlər. 
 
Uşaq  həmyaşıdları  və  böyüklərlə  münasibət  qurmağı  öyrənir,  müxtəlif  növ 
oyunlarda  iştirak  edərək  üzərinə  müəyyən  rollar  götürür.  O,  münasibətləri  öz  maraq, 
bacarıq  və  istəklərinə  görə  qurur.  Həmyaşıdları  ilə  birgə  fəaliyyət  və  oyun  zamanı bir-
birin
ə hörmət etməyi, başqalarının hissələrini və fikirlərini nəzərə almağı, yardımlaşmağı, 
ünsiyyət  və  davranış  mədəniyyətini  mənimsəməyi  öyrənir.  İnsanlarla  ünsiyyət  zamanı 
onların hisslərini mimika və  jestlərdən, səs tonunun dəyişməsindən anlaya bilir,  özünü 
aparmaq qaydalarını  mənimsəyir, davranış və münasibətlərində onlardan istifadə edir.  
Müəllim uşaqların ictimai-əxlaqi inkişafına böyük diqqət yetirməli, onların ətrafdakı 
insanlar il
ə qarşılıqlı münasibətlərinin qurulmasına böyük önəm verməlidir. Müəllim şəxsi 
müşahidələri nəticəsində qrupdakı uşaqların şəxsiyyətlərarası münasibət sisteminə bələd 
olub,  h
ər  bir  uşağa  həmyaşıdları  arasında  onun  inkişafına  yönələn  əlverişli  mövqe 
tutmaqda kömək etməlidir (dost  tapmaqda, uşaqları maraq və  bacarıqlarına görə  qrup 
şəklində fəaliyyətlər zamanı toplamaqda, rəsm, quraşdırma və digər fəaliyyətlərdə). 
Emosional-iradi sah
ə.  Beşyaşlı uşaqların özünəinam, özünəgüvənmə, sərbəstlik 
kimi  
əsas xüsusiyyətləri emosional-iradi sahənin inkişafı ilə bağlıdır.  Bu dövrdə həmin 
keyfiyy
ətlər  daha  qabarıq  və  ixtiyari  olur.  Bu  yaş  dövrünün  xüsusiyyətlərini  rəsm, 
quraşdırma,  applikasiya,  süjetli-rollu  oyunların  təşkili  zamanı  birgə  fəaliyyətlərində, 
h
əmyaşıdları və böyüklərlə ünsiyyət zamanı müşahidə etmək olar. Uşaqlar sadə ictimai 
v
ə gündəlik məsələlərdə təşəbbüskarlıq və sərbəstlik göstərirlər. 
S
ərbəstliyin  inkişaf  etməsinə  uşaqların  öz  qarşılarına  məqsəd  qoymaq 
bacarıqlarını  mənimsəmələri  imkan  verir.  Bunların  inkişafı  həm  uşaqların  şəxsi 
t
əcrübəsinə,  həm  də  müəllimnin  nümunəsinə  əsaslana  bilər.  Bu  bacarıqlara  nəinki 
m
əqsəd  qoyma  bacarığını,  eyni  zamanda  ona  nail  olmaq  üçün  müxtəlif  yolların 
axtarılması, tutduğu niyyətin həyata keçirilməsi və nəticənin qiymətləndirilməsi də aiddir. 
Sözügedən  bacarıqların  formalaşdırılması  müəllim  tərəfindən  müxtəlif  məşğələlər 
zamanı həyata keçirilir. Müəllim uşaqların öz fikir və niyyətlərini həyata keçirmək üçün 
müəyyən vasitələrdən, yeni təlim metodlarından istifadə edir (modellər, sxemlər və s.) 
İdrakı-nitqi inkişaf. Beşyaşlı uşağın idrakı qabiliyyətləri inkişaf edir. O hər şeyə 
maraq göstərir, yaxın və uzaq əşya və hadisələrə aid suallar verir, səbəb-nəticə əlaqələri 
il
ə  maraqlanır  (Niyə?  Necə?  Nə  üçün?),  təbii  hadisələrə,  insan  hərəkətlərinə  sərbəst 
olaraq  izahatlar  verm
əyə  çalışır.  Müşahidə  etməyi,  tədqiqat  aparmağı,  müxtəlif 
kolleksiyalar yığmağı sevir. Ədəbiyyata, qrafik sxemlərə böyük  maraq göstərir, onlardan 
s
ərbəst istifadə etməyə çalışır. Bu keyfiyyətlərin inkişafı ilə uşağın müxtəlif növ fəaliyyət 
v
ə  ünsiyyət  zamanı  səriştəliliyi  artır.  Onun  səriştəliliyi  təkcə  hansısa  bacarıq,  biliklərə 
yiy
ələnməsində deyil, onların əsasında şəxsi qərar qəbul edilməsində də özünü büruzə 
verir.  

 
 
56 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
Müəllim  öz  nümunəsində  uşaqları  yaranan  suallara  müstəqil  şəkildə    cavab 
tapılmasına  təşviq  edir,  obyektin  yeni,  maraqlı  cəhətlərinə  diqqətlərini  cəlb  edir, 
f
ərziyyələr irəli sürür, uşaqlardan kömək istəyir, tədqiqat aparmağa  sövq edir, düşünməni 
f
əallaşdırır.  
Müəllim  uşaqların  diqqət  və  hafizəsini  inkişaf  etdirərək,  onlarda  sadə 
özünütənzimetmə,  hərəkətlərini  idarəetmə    bacarıqlarını  formalaşdırır.  Bu  bacarıq  və 
qabiliyy
ətləri  inkişaf  etdirmək  üçün  uşaqlara  əşyaları  xüsusiyyətlərinə  görə  müqayisə 
etm
ək, səhvləri tapmaq, yadda saxlamaq, qanunauyğunluqları müəyyən etmək, şərtlərə 
v
ə qaydalara riayət etməklə bağlı müxtəlif düşündürücü oyunların keçirilməsi təkan verir. 
Bu cür oyunlar gündəlik olaraq fərdi və ya qrup şəklində keçirilməlidir. 
Qrupda  h
əmişə  uşaqları  intellektual  fəallığa  sövq  edən  əşyalar  olmalıdır.  Bu,  
m
əktub-sxemlər, hansısa əşyaların detalları, təmirə ehtiyacı olan oyuncaqlar, şifrələnmiş 
yazılar  və  digər  əşyalar  ola  bilər.  Tapmaca  formasını  daşıyan  bu  əşyalar  uşaqların 
yaradıcı  maraqlarının  artmasına  və  kəşfetmə  sevincinin  yaşanmasına  səbəb  olur. 
Uşaqların zehni həmişə yaradıcı və düşündürücü suallarla məşğul olur: «Niyə  belə olur?; 
N
ə olar, əgər,…? Necə dəyişmək olar ki,….? Bunu nədən düzəltmək olar? Başqa həll 
yolları varmı? Bunu necə bilmək olar?». Bu və digər bu tərzdə suallar həmişə müəllim 
t
ərəfindən uşaqlara verilməlidir.  
Müəllim uşaqlara kitabın yeni biliklərin mənbəyi  olduğunu, çətin və maraqlı sualları 
da m
əhz kitablardan tapıb cavablandırmağın mümkün olduğunu izah edir, kitaba maraq 
v
ə sevgi yaradır. «Çətin» anlarda müəllim özü kitablara müraciət edir və uşaqlarla birgə 
kitabların köməyinə arxalanaraq qoyulmuş sualların cavablarını tapır. Yaxşı illüstrasiyalı 
kitab uşaqların maraq mənbəyinə çevrilir və onlarda oxumağa  həvəs doğurur. Hər gün 
müəllim  uşaqları  bədii  ədəbiyyat  ilə  tanış  etmək  üçün  vaxt  ayırır,  oxunan  mövzuları 
müzakirə  edir,  onların  oxumaq  maraqlarını  istiqamətləndirir  və  inkişaf  etdirir.  Uşaqlar 
oxumağın  gələcəkdə  onların  məktəbdə  uğur  və  nailiyyətlər    qazanmaq  üçün    vacib 
bacarıq olduğunu başa düşürlər. 
T
əsviri-bədii  inkişaf.  Uşaqlar  həmyaşıdları  arasında,  xüsusilə  zəngin  əyani 
mühitdə  asanlıqla özlərinə məşğuliyyət  tapıb partnyorlar  seçirlər və bu fəaliyyət zamanı 
bir-birini 
əvəz  edən  müxtəlif    ideyaların  yaranma  alqoritmini  aşkar  edirlər.  Uşaqların 
fantaziyaya meyll
əri və təxəyyülün inkişafı, əsasən, süjetli-rollu oyunlarda özünü büruzə 
verir.  Orijinal  fikirl
ərin  yaranması,  şəraitə  görə  süjet  xəttinin  çevik  genişlənməsi  ilə 
s
əciyyələndirilir. 
Uşaqların  yaradıcı  qabiliyyətlərini  həmçinin  rəsmdə,  nağılların  düşünülməsində, 
yeni tapmacalar fikirl
əşməkdə, rəqs, quraşdırma, applikasiya və digər məşğələlər zamanı 
da  aşkarlamaq  olar.  Uşaqlar  xəyallarını  sözlə  ifadə  etməyi,  sözlər  və  səslər  üzərində 
qurulan oyunlar oynamağı sevirlər. Bu qabiliyyət onların nitq inkişafı ilə bağlıdır və artıq 
daxili  h
ərəkət planının  əmələ  gəldiyini,  təxəyyül funksiyasının inkişafını və  hərəkətlərin 
iradi olduğunu göstərir. 
Uşaq  müstəqilliyinin  ən  yüksək  forması  yaradıcılıqdır.  Müəllimnin  vəzifəsi  – 
yaradıcılığa  maraq  doğurmaq  və  inkişaf  etdirməkdir.  Bunun  üçün  hər  bir  fəaliyyət 
növündə  (oyun,  təsviri-incəsənət,  söz  yaradıcılığı)  müəllim  yaradıcı  situasiyalar 
yaratmalıdır. Yaradıcılıq uşaqların həyat  tərzi olmalıdır, çünki məhz  yaradıcı fəaliyyət 
zamanı uşaqlarda yeni  fikirlər, onların həlli yolları, vasitələri və həyata keçirilmə yolları 

 
 
57 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
yaranır.  Müəllim  uşaqların  yaradıcı  təşəbbüslərini  dəstəkləyir,  hər  birinin  maraqlarına 
görə qrup şəklində birgə yaradıcı fəaliyyət ab-havasını yaradır.  
Uşaqlar  nağılların  səhnələşdirilməsində,  şəxsi  nağılların  uydurulmasında,  fərdi 
kitablarının tərtib edilməsində böyük həvəslə iştirak edirlər. Onların hər bir fəaliyyətində 
qazandığı  uğur  böyük  bir  sevinclə  qarşılanır  və  buna  görə  onlar  qürur  hissi  duyurlar. 
Müəllim  uşaqların  yaradıcılıq  qabiliyyətlərinin  inkişafı,  təşəbbüslərinin  dəstəklənməsi 
niyy
əti ilə uşaqların maraqlarına görə müxtəlif yaradıcı günlər keçirir. Uşaqların fəaliyyəti 
h
ər bir yaradıcı günün mövzusu ilə əlaqədar olaraq tərtib olunur. Uşaqlar mövzu ilə bağlı 
rolları paylaşdırır və həmin gün fəaliyyətlərini  uyğun süjet xətti ilə qururlar. Ümumi birgə 
f
əaliyyət zamanı əməkdaşlıq, təşəbbüskarlıq və yaradıcılıq inkişaf edir.  
 
M
əktəbəhazırlıq dövründə təlimin xüsusiyyətləri 
Böyük  rus  psixoloqu  D.B.Elkonin  illər  boyu  ibtidai  sinif  müəllimi  kimi  fəaliyyət 
göstərib. O, xatirələrinin birində belə yazırdı:  “Birinci sinif uşaqlarının qarşısına 4 dairə 
qoyub, onların üçünü sarı, birini  isə göy rənglə boyamaq təklif olunur. Uşaqlar dairələri 
müxtəlif  rənglərlə  boyayır,  «Nə  üçün  belə  rənglədiniz?»  sualına  «Belə  daha  gözəldir» 
cavabını  verirlər.  Bu  müşahidə  qaydaların  hələ  ki,  uşaq  davranış  qaydalarına 
çevrilmədiyini  və  məktəbə  daha  hazırlıqlı  olmaları  üçün  öz  üzərlərində  çox  işləməyin 
lazım olduğunu göstərir.” 
Bu qeydl
əri nəzərə alaraq müəllim müntəzəm olaraq hər bir uşağın idraki inkişafını 
müşahidə və yoxlama yolu ilə idarə etməli və yönləndirməlidir. Uşaqda bilmək, öyrənmək 
marağı varmı? Uşaq qarşısına sadə məsələ qoyub, onu mümkün yollarla həll edə bilirmi 
(müqayisə, müşahidə, sübut etmə)? Uşaq müstəqil şəkildə həll yolları tapır, yoxsa digər 
h
əmyaşıdlarının  davranışını  təkrarlayır?  Əqli  işgüzarlığı  nə  səviyyədədir?  Diqqətini 
c
əmləşdirib,  deyilənləri  yadda  saxlaya  bilirmi?  Bütün  bu  suallar  məktəbəhazırlıq 
qrupunun müəllimini həmişə narahat etməlidir. 
İdrakı təfəkkürün passivliyinin təzahürü uşaq inkişafının uğursuzluğundan, uşağın 
g
ələcək məktəb təliminə hazırlıqlı olmadığından xəbər verir. Təlim deyildikdə çox zaman 
uşağın  oxumaq,  yazmaq,  saymaq  bacarıqları  nəzərdə  tutulur.  Amma  uşaq  bütün  bu 
bacarıqlara  yiyələnsə  belə,  o  məktəbə  hazır  olmaya  da  bilər.  Hazırlıq  bütün  bu 
bacarıqların hansı fəaliyyətə daxil edilməsindən asılıdır. Məktəbəqədər dövrdə uşaqların 
bilik v
ə bacarıqları mənimsəməsi oyun fəaliyyətində həyata keçirilir, ona görə bu biliklər 
başqa  bir  struktur  təşkil  edir.  Bunu  məktəbə  daxil  olarkən  nəzərə  almaq  lazımdır  və 
uşağın  məktəbə  hazırlığını  onun  oxuma,  hərflər,  rəqəmlərlə  tanışlıq,  hesablama  kimi 
bacarıq  və  biliklərinin  formal  səviyyəsinə  görə  yox,  idrakı  və  əqli  fəaliyyətin  inkişaf 
s
əviyyəsinə görə ölçmək lazımdır. 
D.B.Elkoninın  fikrincə,  məktəbəhazırlıq  səviyyəsini  bilmək  üçün  diqqət  ən  əvvəl 
iradi davranışın əmələ gəlməsinə yönəltmək lazımdır. Uşaq necə oyun oynayır, qaydalara 
riay
ət  edirmi,  üzərinə  rollar  götürürmü?  Qaydaların  uşaq  davranışının  daxili 
instansiyasına çevrilməsi – hazırlığın vacib xüsusiyyətlərindən sayılır.  
Müəllim bələdçi rolunda
 

 
 
58 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
Müəllim uşaqlarla münasibətdə bələdçi, yəni istiqamət verən rolu oynamalıdır. 
Uşaqlar  çətinliklərlə  üzləşəndə  müəllim  hazır  cavab  variantları  vermək  əvəzinə  onlara 
yönəldici  suallar  verməli,  keçmiş  təcrübələrini  fəallaşdırmağa  çalışmalıdır.  Müəllimnin 
əsas  vəzifələrindən   biri  –  uşaqları  qoyulan məsələnin  bir neçə  həlli  yollarını  tapmağa 
sövq etmək, istiqamətləndirmək, uşaq təşəbbüsü və yaradıcılığını dəstəkləmək, onlarda 
nailiyy
ətlər qazandıqları, uğurla nəticələnən sərbəst hərəkətlərinə görə sevinc və qürur 
hissi oyatmaqdan ibar
ətdir. 
Müəllim  hər  bir  uşağın  müstəqilliyinin  inkişafını  diqqətlə  izləyir,  öz  fərdi 
yanaşmasında dəyişikliklər edir və valideynlərə uşaqlarla bağlı məsləhətlər verir.  
Beşyaşlı uşaqlar özünü təsdiq etməyə və böyüklər tərəfindən etibar qazanmağa 
ehtiyac  duyurlar.    B
u  yaş  xüsusiyyətini  nəzərə  alaraq  müəllim  onların  müstəqilliyini, 
yaradıcılığını  və  təşəbbüslərini  ifadə  etmək  üçün  şərait  yaradır.  Müəllim,  bir  qayda 
olaraq
,uşaqlara öz keçmiş təcrübə, bilik və bacarıqlarından fəal istifadə etməklə onları 
nümayiş etdirmək üçün  şərait yaradır, qarşılarına daha çətin yaradıcı məsələlər qoyur, 
irad
ələrini  inkişaf    etdirir,  çətinliklərin  öhdəsindən  gəlməyi,  bir  işi  sona  kimi  yerinə 
yetirm
əyi dəstəkləyir, uşaqları yeni və yaradıcı həllərin tapılmasına istiqamətləndirir. 
M
əktəbəhazırlıq  qrupunda  uşaqların  hərtərəfli  inkişaflarının  şərtlərindən  biri 
h
əmyaşıdları və böyüklərlə olan məzmunlu ünsiyyətidir. Müəllim hər bir uşaqla münasibət 
qurark
ən  fərdi  təcrübələrini  nəzərə  alaraq  ünsiyyəti  zənginləşdirir.  Ünsiyyət  və 
əməkdaşlıq qurarkən müəllim uşaqlara qarşı inam, sevgi və hörmət göstərir. Bunun üçün 
o bir neçə ünsiyyət formalarından istifadə edir: 
 
İşçi  ünsiyyət  forması.    Təcrübənin  birbaşa  ötürülməsi.  Bu  zaman  müəllim 
uşaqlara  yeni  bacarıq,  davranış  qaydalarını  öyrədir.  Bu  cür  ünsiyyət  zamanı  uşaq 
müəllimdən yeni bilikləri mənimsəyir və öyrənir. Böyüklərlə əməkdaşlıq uşaqlarda ictimai 
keyfiyy
ətlərin  formalaşmasına,  birgə  fəaliyyətə,  məqsədini  müəyyənləşdirməyə,  işini 
planlaşdırmağa, iş prosesində əlaqələrin qurulmasına, alınan nəticələri müzakirə etmək 
qabiliyy
ətinə  imkan verir. Müəllimlər  ünsiyyəti yalnız təlim-tərbiyə  kimi qəbul etməməli, 
eyni zamanda uşaqların fərdi qabiliyyətlərinin inkişaf vasitəsi kimi qəbul etməli, uşaqlara 
qarşılıqlı ünsiyyət quraraq bir-birini öyrətmək imkanı  verməlidirlər.  
 
Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin