«Qəribə üçbucaq» üzrə
nağıl quraq
Müəyyən
alqoritmd
ən
istifad
ə edərək mübahisə
tipli
nağılın
qurulmasını
öyrətmək.
«Qəribə üçbucağ”ın köməyi ilə nağıl
qurmaq t
əklif olunur. Əsas alqoritm
v
ə misal:
1.
M
ənfi
q
əhrəmanın
seçimi
(
Qılıncdiş).
2. Müsbət qəhrəmanın seçimi (Təbiət
M
əlikəsi).
3. Sehirli obyektin
seçimi (Sehirli
zaman
kitabı).
Uydurmanın nəticəsi
s
əmərəli fəaliyyətdir.
89
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
4. Sehirli obyekti
əldə etmək üçün
m
ənfi qəhrəmanın mübarizəsi.
5. Müsbət qəhrəmana dostlarının
köməyi (təbii aləmin bütün sakinləri).
6. Şərin cəzalandırılması (Sehirli
zaman kitabı xeyirxahlıq etdiyi zaman
Qılıncdişin həyatını dayandırdı və o
zamandan etibar
ən o, yaxşı işlər
görməyə başladı).
7.
Nağılı adlandırmaq.
«Sehirli nağıl quraq»
Rabit
əli
m
əntiqli
m
ətn
yaratmaq
m
əqsədilə
nümunəvi
x
əyaletmə
üsullarından istifadə.
Müəllim uşaqlara hansı sehirbazları
tanıdıqlarını
soruşur.
Hansısa
birsehi
rbazın seçimi. Uşaqlara real
bir
situasiyanı
t
əsvir
ed
ərək,
Sehi
rbazı
d
əvət
edib
onu
d
əyişdirmək.
Sehirli
nağılın
qurulmasının əsas alqoritmi:
1.
Hansısa bir reallığın təsviri verilir
(
meşə).
2. Bir sehir
seçilir (Əksi-sehrbaz).
3.
Reallığın sətir-sətir dəyişməsi
başverir.
4. M
ətin yığılır və danışılır (hər şey
t
ərsinə olan qəribə meşə).
5. Reallığın dəyişməsinin səbəbi
göstərilir (bizi gələcək meşəyə
aparan zaman maşını).
6.
Nağıl adlandırılır («Gələcəyin
meşəsi»).
Uydurmanın nəticələrinə
görə səmərəli fəaliyyət.
«Əşyaların danışdığı
əhvalat»
Cansız obyektləri
insanlaşdırma əsasında
uşaqlara əxlaqi-etik nağıllar
fikirl
əşməyi öyrətmək.
Əxlaqi-etik nağılın qurulmasının əsas
alqoritmi v
ə misal:
1.
İnsanın iştirakı olmadan hansısa
əşyavi reallığı gözdən keçirmək təklif
olunur (
çantavəiçindəkiobyektlər).
2. Real obyektl
ərə insanx asiyyətinin
əlamətlərini vermək (çoxdanışan
Q
ələmdan, müdrik Əlifba, laqeyd
Gündəlik və s.).
3.T
əsadüfün peyda olması (çantanın
içinə qeyri-adi bir obyekt düşdü,
çantadan çıxabilmir, məsələn,quş).
4. Bu yerd
ə (çantada) olan hər bir
q
əhrəmanın təsadüfü necə qəbul
etdiyi (uşaqlar rolları paylaşdırır və
h
ər bir qəhrəmanın adından monoloq
qururlar).
5. Müdriklik qalib gəlir, çünki həyati
m
əsləhətlər verir (Qələmdan üçün:
Savad t
əlimi,
ana dili,
ətraf
al
əmlə
tanışlıq
(ictimai h
əyat və təbiət)
90
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
«Gülmə və özgələrin bədbəxtliyindən
danışma»,
Gündəlik
üçün:
«Laqeydlik yaxşılığa gətirməz» və s.)
6.
Nağıl adlandırılır.
M
əktəb şəraitinə uyğunlaşmaq üçün uşağa necə kömək etmək olar?
Uşağa məktəb şəraitinə uyğunlaşmağa yardım etmək üçün ilkin olaraq onda
həyata, məktəb fəaliyyətinə, təlim prosesinin bütün iştirakçılarına (uşaq-müəllim-
valideyn) müsbət münasibət oyatmaq lazımdır. Təlim fəaliyyəti uşaqlara sevinc gətirəndə,
mənfi hisslər oyatmayanda, uşaqlar özlərini sevgi və diqqətdən məhrum olunmuş kimi
hiss etməyəndə, məktəb onlar üçün problem yaratmır, əksinə, onlar oxumağa, yeni
əlaqələr yaratmağa, yenilik kəşf etməyə can atırlar. Məktəbə qədəm qoyan hər bir uşağın
emosional və mənəvi dəstəyə ehtiyacı var. Uşaqları təlimdə və davranışlarında olan hər
bir nailiyyət və xoş niyyətə görə tərifləmək, rəğbətləndirmək lazımdır.
Tövsiyələr:
Heç bir halda uşağın fəaliyyətinin normal nəticələrini standartlarla, yəni məktəb
proqramının qoyduğu tələblərlə və ya daha uğurlu uşağın nailiyyətləri ilə müqayisə
etməyin. Təbii ki, ən yaxşısı uşağı ümumiyyətlə digər uşaqlarla müqayisə etməməkdir.
Uşağı yalnız onun öz nailiyyətləri ilə müqayisə etmək olar. Əgər o, dünən 3, bu gün isə 2
səhv edibsə, bu halı mütləq uğur kimi qiymətləndirmək lazımdır. Səmimi dəstək və
özünəinamın yaradılması uşağın nailiyyət qazanmasına yardım edən mühüm amillərdir.
Valideyn və müəllimlər səbirlə uşaqdan nailiyyət gözləməlidirlər, çünki məhz
həddindən artıq yüksək tələblər uşağın onların öhdəsindən gələ bilməyəcəyi həyəcanının
artmasına səbəb ola bilər.
Böyüklər uşaqlara aldıqları qiymətlərə görə yox, şəxsiyyətlərinə görə onları
sevdiklərini hiss etdirməlidirlər. Qoyulan yüksək tələblər və artan təzyiq uşaqlarda aydın
ifadə olunan mənfi demonstrativ davranışda özünü əks etdirə bilər. Bu hallar uşaq
həyatında diqqət və sevginin az olduğundan əmələ gəlir.
Böyüklər uşaqların məktəbə qədəm qoymalarının ilk dövründə qarşılaşdıqları
çətinlikləri öyrənib onlara yardım etməyə çalışmalıdırlar. Məktəbə gedərkən uşaqda daxili
şagird mövqeyi formalaşmağa başlayır.Uşaqlar tamamilə yeni, onlara tanış olmayan
fəaliyyət növlərinə yiyələnirlər. Onlar yeni qaydalarla tanış olub, onlara riayət etməyi
öyrənməlidirlər. Bundan sonra uşaq artıq onun fəaliyyətinin nəticələrinin
qiymətləndiriləcəyini bilir. Qeyd olunduğu kimi, uşaq orqanizminə yükləmələr artır. Bütün
bu a
millər uşaqda həyəcan, narahatlıq və stresin yaranmasına səbəb olur.
Məktəbəqədər müəssisələrə getməyən uşaqların vəziyyətini nəzərə alsaq, onların
məktəbə uyğunlaşması daha çətin və əziyyətlidir. Buna görə vəsaitdə uşaqların
uyğunlaşdırma dövrünü yüngülləşdirmək və asanlaşdırmaq üçün müəllimlərə uşaqlarla
oyun şəklində aparılması üçün silsilə məşğələlər verilib. Nəyə görə məhz oyun şəklində?
Yeni məktəblinin həyatının əksər hissəsi oyunla bağlıdır. Oyun bu yaş dövründə
insanın bütün sonrakı həyatı boyu lazım olan fiziki və psixi inkişafını təmin edir. İnsanın
cəmiyyətin üzvü olması üçün lazım olan düşünmək, ünsiyyətə girmək, davranışı idarə
edə bilmək, ətraf aləmi qavramaq və s. keyfiyyətlərin əsası məktəbəqədər yaş dövründə
91
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
oyun prosesində qoyulur. Onlar üçün oyun ətraf mühiti qavramaq və dərk etmək
vasitələrindən biridir. Oyun vasitəsi ilə uşaqlar onları əhatə edən əşyaları istifadə etməyi,
insan münasibətlərini, öz həmyaşıdları ilə ünsiyyət qurmağı öyrənirlər. Vəsaitdəki
məşğələlər uşaqların məktəb təlimində lazım olan əsas psixoloji proseslərin (diqqət,
yaddaş, nitq, təxəyyül və s), kollektivdə qarşılıqlı münasibətlər qurmaq bacarıqlarının
inkişafına yönəlib. Həmyaşıdları arasında uşaq daha tez onu əhatə edən mühitə
uyğunlaşır, özünə dost taparaq onunla fikirlərini, maraqlarını bölüşür.
M
əktəb mühitinə uğurlu adaptasiya prosesində ailənin rolu
Uşağın məktəb təliminə hazırlanması və uğurla uyğunlaşmasında valideynlərin,
ailənin, məktəbəqədər təhsil müəssisələrinin, yoxsa müəllimin rolunun daha mühüm
olması sualı həmişə mübahisə mövzusu olmuşdur. Mütəxəssislərin fikrincə, hətta ən
yaxşı təhsil müəssisəsi belə, ailə və ailə tərbiyəsini tam olaraq əvəz edə bilməz.
Müəllimlər uşağa bir çox şey öyrədə bilər, amma bunun üçün diqqət formalaşdırmaq,
uşağın fikrini cəmləşdirə bilmək lazımdır, bu isə o qədər də asan iş deyil.
Məktəbəqədər uşaqlarda davranışın ixtiyari formaları kifayət qədər inkişaf etməyib,
onlar öz diqqət və fəaliyyətlərini idarə edə bilmirlər. Belə şəraitdə öyrətmək və öyrənmək
çox çətin olur. Məktəbdə tədris prosesi uşaqdan xüsusi diqqət tələb edir. Uşaq dərsdə
sakit oturub qulaq asmalı, ona deyilənləri yadda saxlamalıdır.
Davranışın ixtiyariliyi bütün məktəbəqədər dövr ərzində uşağın həyatının müxtəlif
aspektlərində (böyüklərin tələblərinə əməl etməkdə, davranış qaydalarına riayət
etməkdə, ümumi intizamda və s.) inkişaf etməlidir. Əgər uşaq məktəbə qədəm qoyarkən
öz fəaliyyət və davranışını ixtiyari idarə edə bilmirsə, demək inkişafının ilk mərhələlərində
onun tərbiyəsində valideynlər səhvlər buraxmışlar. Ola bilər ki, uşağı ya həddən artıq çox
əzizləyirdilər, ya həddən artıq sərt davranıb sərbəstliyini məhdudlaşdırırdılar. Belə
təqdirdə, uşaq sərbəst olaraq heç vaxt, hətta ən gözəl şəraitdə də olsa, öz hərəkət və
davranışını idarə etməyi öyrənə bilməyəcək. Bütün bunları o, yalnız böyüklərlə ünsiyyət
və birgə fəaliyyət zamanı əldə edə biləcək.
Adətən, valideynlər uşaqda oxumaq həvəsini oyandırmağın vacibliyi haqqında
fikirləşmirlər. Uşaq üçün artıq böyüməsi və məktəbəhazırlıq zamanının gəlməsi faktının
qəbul edilməsi çox vacibdir. Məktəb əşyalarının alınması, dərs yerinin hazırlanması və
digər xarici atributlar bu mövqeyi onda möhkəmləndirir.
Uşaqda, eyni zamanda təhsilin idraki motivlərini də (çox şey bilmək, yeni biliklər
əldə etmək, yazmaq, oxumaq həvəsi) inkişaf etdirmək lazımdır. Belə formalaşma
haqqında valideynlər öncədən fikirləşməlidirlər. Hərdən məktəblilərin təhsilə həvəssiz
olduql
arı və ya heç təhsil almaq istəmədikləri müşahidə olunur. Bu hal uşağın məktəbə
hazır olmadığını hiss edən və onu gələcək təlimin çətinlikləri ilə qorxudan valideynin səhv
yanaşmasından irəli gələ bilər. Valideynlər uşaqlarda rəğbətləndirici və həvəsləndirici
sözlərlə (“Məktəbdə təlim asan iş deyil, amma səy göstərdikdə bütün çətinlikləri aşmaq
olar”, “Çox bilmək və bacarmaq nə gözəldir!”və s.) məktəbə həvəs yaratmalıdırlar.
Uşaq məktəbə getmədən valideynlər onun əlavə öhdəliklərini nəzərə alaraq,
uşağın yorulmaması üçün gün rejimini elə tərtib etməlidirlər ki, həm uşaq öz maraq və
məşğuliyyətlərindən imtina etməsin, həm də dincəlməyə vaxtı olsun.
92
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Hər bir uşaq fərqli və ona münasibət də fərdi olduğu kimi, ailələrin də maddi,
mənəvi və ümumi səviyyəsi fərqlidir. Müəyyən valideynlər ilk günlərdə uşağa yardım
məqsədilə onun bəzi vəzifələrini öz üzərlərinə götürməyə hazır olduqlarını nümayiş
etdirirlər. Amma bu cür davranış yanlışdır, valideynlər ilk anlardan uşağa onun yeni və
şəxsi vəzifələrini bildirməlidirlər. Uşaq üzərinə düşən vəzifələrin icrasına hazırdırsa,
gələcək təlim əməyinə də lazımi şəkildə hazırlanacaqdır.
Uşaqların qarşılaşdığı növbəti problem – məktəbdə qoyulan qayda və qanunlara
mütləq riayət etməkdir. Belə qaydaların sayı çoxdur. Bu qaydalar uşaqların həm müstəqil,
həm sinif şəklində səmərəli işləmələri üçündür və adətən, ictimai yönlüdür (hamıya
səmərəli şəkildə işləmək imkanı verilir). Qaydalara riayət etməklə uşaq sinifdəki fəaliyyətə
öz münasibətini bildirir. Burada təlimin vacib tərbiyəvi rolu hər kəsdən sinif fəaliyyətinə
(kollektivə) müəyyən münasibət tələb etməsindədir.
Valideynlər müəllimlərlə birgə uşağa bu qaydalara riayət etməyə yardım edə bilər.
Bunun üçün onlar qaydalara riayətin hər kəs üçün vacib olduğunu anladaraq qaydaları
birl
ikdə müzakirə etməli və uşağın onları dərk etməsinə, başa düşməsinə nail olmalıdırlar.
Kiçik yaşlı məktəblilərə aydınlaşdırılmalıdır ki, tələblərə ciddi yanaşmaq lazımdır, amma
tələblər hörmətlə və dostcasına ifadə olunmalıdır. Qaydalara riayət uşaqdan kifayət qədər
özünüidarəetmə və müstəqil olmağı tələb edir. Qeyd etmişdik ki, hər bir uşaq fərdidir. Bu
səbəbdən də bəziləri artıq məktəbin ilk günlərindən sərbəstlik nümayiş etdirir, digəriləri
yalnız xatırlatdıqda vəzifələrini yerinə yetirir, üçüncülərə isə göstərmək lazımdır və onlar
böyüyü təqlid edərək hərəkət edəcək, dördüncüsünə isə vəzifələrin öhdəsindən gəlmək
çətin olduğu üçün o, böyüklərlə birgə qayda-qanunlara əməl edəcək. Tədricən uşaq bu
bacarıqlara yiyələndikcə, ona nəzarət edən valideyn bu işdə öz iştirakını azaltmalıdır.
Gün rejiminə riayət etmək, öz əşyalarını təmiz və səligəli saxlamaq kimi məsələlərdə
böyüklər uşaqlara nümunə olmalıdırlar.
Uşaq inkişaf etdikcə onun müstəqil fəaliyyət dairəsi artır. Hər bir yaş dövründə
yalnız böyüklərin iştirakı ilə öhdəsindən gələ biləcəyi və ya heç edə bilməyəcəyi məhdud
fəaliyyət dairəsi mövcuddur. Beləliklə, uşaq bu gün ana və ata ilə etdiklərini sabah sərbəst
etmək iqtidarında olacaq. Uşağın fəaliyyət dairəsi –“qızıl ehtiyatı” ‒ yaxın gələcəyə olan
pote
nsialdır. Valideynin məşğulluğundan asılı olaraq uşaqların birində bu dairə geniş,
digərində isə məhduddur. Beləliklə, tez-tez sərbəst buraxılan uşaq özünü inamlı, uğurlu
hiss edərək daha tez inkişaf edəcək. Uşaq üçün çətin olan zamanlarda, müəyyən işin
öhdəsindən gələ bilməyəndə onu öz problemi ilə tək qoymaq isə doğru deyil. Bu halda
uşaqda öz gücünə inamsızlıq, uğursuzluq hissi oyanar və gələcəkdə özünü aşağı
qiymətləndirməsinə səbəb olar.
Əgər uşaq valideynlərin yardımını qəbul etməyə hazırdısa, valideynlər
aşağıdakıları yadda saxlamalıdırlar:
* Valideyn yalnız uşağın bacarmadığını öz üzərinə götürməli, digər hallarda isə ona
sərbəstlik verməlidir;
* Uşaq yeni hərəkətləri mənimsədikcə onları tədricən uşağın öz öhdəsinə buraxmalı;
Şagird olmaq yolunda uşağa yardım edəcək əsas şərtlər: uşağa və onun uğuruna
inam, uşağa qarşı sevgi, onun həyatının təşkili, qaydalara riayət etmək bacarığı, sərbəst
olmaq.
93
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Valideynlər unutmamalıdır ki, həddindən artıq qayğı uşaqların utancaq və əsəbi
olmaları ilə nəticələnir. Xeyirxahlıq şəraitində böyümüş uşaq isə cəmiyyətə daha tez
alışır.
Valideynlər nəzərə almalıdır ki, oxumaq, yazmaq, saymaq bacarıqları uşaqların
məktəb hazırlığında o qədər də əhəmiyyət kəsb etmir. Əsas məsələ məktəbəqədər dövr
ərzində uşağın məzmunlu və hərtərəfli həyatı üçün şərait yaratmaq, ona müxtəlif mədəni-
mənəvi dəyərlər qazandıraraq məktəb mühitinə rahat uyğunlaşması üçün lazımi bilik və
bacarıqları formalaşdırmaqdır.
S
əmərəli ünsiyyət qaydaları
Səmərəli ünsiyyət insanın özünə və ünsiyyət qurduğu insanlara müsbət
münasibətdən başlayır. Şəxsiyyətlərarası münasibətlərdə çox sayda ünsiyyətqurma
yolları var və onların hər biri müsahibinə müxtəlif təsir göstərir.
1. “Mən yaxşıyam, sən pissən”. Belə münasibətlər əsəbi mühit yaradır və insanları
bir-
birindən ayırır. Aşağıdakı formalarda təzahür edən bu ünsiyyət yolu qeyri-səmərəlidir:
“Mən sənin üçün hər şey edirəm, bəs sən...”, “Sən naşükürsən”. Belə münasibətlər uşağı
alçaldır və heç bir müsbət nəticəyə gətirmir.
2. “Mən pisəm, sən yaxşısan”. Belə ünsiyyət adekvat özüqiymətləndirmənin
olmamasını göstərir və həmsöhbəti zalım, zülmkar vəziyyətinə qoyur. Bu vəziyyət mənfi
xarakter daşıyır və əməkdaşlıq etməkdən çəkindirir. “Mənim vaxtımda sənin qədər
imkanlarım yox idi”, “Sən belə rahat olasan deyə mən həyatda çox şeydən imtina
etmişəm” ifadələri yaxşı nəticəyə gətirmir.
3. “Mən pisəm, sən də pissən” ‒ münasibətləri destruktivdir. “Mən bu dünyada nə
gün gördüm ki, sən nə gün görəsən...” ifadələri uşaqlarda inamsızlıq, depressiya,
bədgümanlıq formalaşdırır.
4.
“Mən yaxşıyam, sən də yaxşısan” ‒ ünsiyyət forması həmsöhbətlər arasında
bərabərhüquqlu münasibət yaradır. “Mən səndən razıyam...”, “Sən mənə çox kömək
etdin, sənsiz mən bacarmazdım” ifadələri müsbət atmosfer yaradır.
Psixopedaqoji qiymətləndirmənin mahiyyəti
Hər bir təhsil və tədris prosesinin səmərəli olmaqla mənalı və məqsədyönlü olması
uşaqların fərdi ehtiyaclarına, onların tələbat və maraqlarına cavab verməsindədir. Bunu
nəzərə alaraq, hər bir təhsil prosesinin planlaşdırılması, təşkili, həyata keçirilməsi və
qiymətləndirilməsinin başlanğıc nöqtəsi uşağın bilik səviyyəsi olmalıdır.
Uşaq şəxsiyyətinin hərtərəfli öyrənilməsi təlim-tərbiyə prosesinin səmərəli təşkili
baxımından problem olaraq qalır və təlim prosesində şəxsiyyətyönümlü yanaşma kimi
ifadə olunur.
Uşaq haqqında biliklər yalnız bizdə olan məlumatdan ibarət deyil. Müəllim hər uşaq
haqqında müəyyən məlumata sahib ola bilər, amma uşaq şəxsiyyəti haqqında bilikləri
məhz şüurlu və məqsədyönlü yanaşaraq əldə edə bilər. Bu baxımdan da hər bir müəllim
qarşısına: “Mən uşaq haqqında nə bilirəm və bu məlumat nə dərəcədə əhəmiyyətlidir?”
sualını qoymalıdır.
Uşaqla daha çox vaxt keçirən valideyn və müəllimlər onu hamıdan daha yaxşı
tanıdığı üçün fərqli qiymətləndirməyə də qadirdirlər. Uşağı tanımaq:
94
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
* ona özünü dərketməyə yardıma,
* v
alideynlərlə aralarında daha yaxın, mehriban münasibətlərin qurulmasına,
* m
üəllimlərə isə uşağa istənilən anda lazımi dəstəyi verməyə imkan yaradır.
Psixopedaqoji qiymətləndirmənin prinsip və meyarları
Uşaq haqqında psixopedaqoji informasiyaya malik olmaq ‒ onun xasiyyət və
xüsusiyyətlərinin qəbul olunmasını nəzərdə tutur. Bu bilik, sadəcə, uşaq haqqında
məlumatın əldə olunması ilə kifayətlənmir, eyni zamanda məlumatın dəqiq təhlili, mühüm
məqamların və uşağın psixoloji profilinin xarakterik xüsusiyyətlərinin seçilməsini də
nəzərdə tutur.
Uşağın qiymətləndirilməsinin daha dəqiq və ətraflı olması üçün o, müəyyən
tələblərə cavab verməlidir. Uşağın psixikasına təsir edən fiziki, fizioloji, psixoloji, ictimai
və mədəni amilləri nəzərə almaq lazımdır. Idraki və qiymətləndirici fəaliyyət qeyd olunan
amillərin qarşılıqlı əlaqəsi əsasında formalaşan hər bir uşağın fərdiliyinin qəbul olunması
nəticəsində qurulmalıdır. Uşaq şəxsiyyətinin inkişaf meylləri yalnız müəyyən mikroqruplar
və ictimai münasibətlər çərçivəsində öyrənilə bilər. Qiymətləndirmə uşağın inkişaf
etməsinə yardım və dəstəyə yönəlməlidir.
Qiymətləndirmə uşaqları kateqoriyalara bölmək məqsədi daşımamalıdır.
Qiymətləndirmədən aşağıdakı nəticələri çıxarmaq olmaz: “Bu uşaq nə bacarır ki? Onun
heç bir qabiliyyəti yoxdur”. Eyni ilə uşaqları inkişaf səviyyələrinə və ya müəyyən təhsil
proqramlarına görə də fərqləndirmək olmaz.
Psixopedaqoji qiymətləndirmənin əsas məqsədi uşaqlara yenilik kəşf etməkdə
yardım, ətraf mühitdə doğruya istiqamətləndirməyə və özlərini dərk etməkdə dəstək
olmaqdadır.
Qiymətləndirmə uşağın davranışına anlayışlı olmağı nəzərdə tutur, bu isə öz
növbəsində ona qarşı səmərəli psixopedaqoji təsir üsüllarının tapılmasına imkan yaradır.
Qiymətləndirmə aşağıdakı tələblərə əsasən aparılmalıdır:
-
Qiymətləndirmə uşaqda mənfi hisslər oyatmadan, onun özünəinamını və irəli getmək
səylərini möhkəmləndirərək müsbət emosional şəraitdə aparılmalıdır.
-
Qiymətləndirmənin obyekti uşağın hərəkət və davranışları, müəyyən şəraitdəki
fəaliyyətinin nəticələri olmalı, uşağın şəxsiyyətinə yönəlməməli, ona sevgi və hörmət
bəslənməsini təmin etməlidir.
-
Uşaqlar özlərinin və yoldaşlarının nailiyyətlərinin qiymətləndirilməsi prosesində iştirak
etməlidir.
-
Bir uşağın inkişaf səviyyəsinin nəticələri digər uşağın inkişaf nəticələri ilə müqayisə
olunmamalıdır.
-
Uşağın mövcud və əvvəlki nəticələri arasında müqayisə aparılmalıdır. Uşağın müəyyən
vaxt ərzində qazandığı şəxsi nailiyyətlərinə aid qiymətləndirmənin nəticələri müqayisə
olunur.
-
Müəllim hər bir uşağı nəzərə alaraq nailiyyətlərini izləyib dəstəkləməlidir.
-
Uşaq inkişafı haqqında məlumatı müəllim və uşaq münasibətləri arasında yaranan cari
problemlərin həlli yolunda istifadə etmək düzgün deyil.
-
Qiymətləndirmənin nəticələri uşağın emosional vəziyyətinə təsir etməməlidir.
-
Müəllim ünsiyyətdə “Bu pisdir, bu yaxşıdır”, “Bax bunu yaxşı edirsən, bunu isə pis”,
“Sənin yaşında çox şey bilmək lazımdır”, “Sən nə bilirsən ki, Aydına bax” və s. bu kimi
ifadələrdən çəkinməlidir.
95
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
-
Hər uşağın şəxsi, təkrarolunmaz inkişaf yoluna haqqı var!
Uşağın inkişaf səviyyəsi haqqında məlumat (xüsusilə mənfi məlumat) gizli
olmalıdır və yalnız onun valideynləri və ya maraqlı şəxslərə bildirilməlidir. Əldə olunan
məlumat əsasında müəllim uşağa yardım etmək üçün valideynlərə tövsiyələr işləyib
təqdim etməlidir (məsələn, uşağa bir şeyi asanlıqla necə başa salmaq, fəaliyyətə necə
maraq yaratmaq, məlumat toplamaq, axtarmaq və s.). Hər bir uşağın başlanğıc nöqtəsi
özü olmalı, onun normal inkişafı onun şəxsi xüsusiyyətləri və inkişafının gedişatından
asılıdır. Hər bir uşağın maraqları, qabiliyyətləri, xasiyyət və digər amillər onun inkişaf
yolunu təyin edir və digər uşaqlardan fərqli edərək şəxsiyyət kimi formalaşmasına imkan
yaradır.
Müəllim təlim, oyun fəaliyyəti zamanı uşaqların davranış və hərəkətlərini müşahidə
edir, yaranan problemləri (marağın olmaması, kədərli və ya sevincli olması, tərifə
reaksiyası və s) müəyyən edir. Müşahidə prosesi elə aparılmalıdır ki, uşaqlar
izlənildiklərini hiss etməsinlər.
Uşağın inkişaf səviyyəsi haqqında hərtərəfli təsəvvür əldə etmək üçün yalnız bir
inkişaf sahəsini (əqli, nitqi, emosional, ictimai, fiziki, yaradıcı və s.) müşahidə etmək azdır.
Müəllim uşağın bütün inkişaf sahələrini qiymətləndirməli, alınan məlumatları əlaqəli təhlil
etməli və uşaq şəxsiyyətilə onların uyğunluğunu təyin etməlidir.
M
əktəbəhazırlıq qruplarında işləyən müəllimlərə tövsiyələr
1. Qarşılıqlı əlaqələr
1.1. Müəllim uşaqlarla dostcasına və hörmətlə qarşılıqlı əlaqələr qurur və
Dostları ilə paylaş: |