Bu ayələrdə qadınlar mövzusu təkrar ələ alınaraq onlarla əlaqədar başqa bəzi məsələlərə toxunulur. Bunun yanında "Onlarla yaxşı dolanın. Əgər onlardan xoşlanmırsınızsa, (bilin ki) bir şeydən xoşlanmağa bilərsiniz də, Allah onda bir çox xeyr qoymuş ola bilər." ifadəsi də bu ayələr arasında iştirak edir ki söz mövzusu ifadə, qadının ictimai həyatdakı yerinə bağlı Quran qaynaqlı bir təməl qanundur.