Mən deyərəm ki: Bu hədisin baş tərəfi bir neçə kanal ilə Əhli Beyt İmamlarından rəvayət edilmişdir. Hədisin son hissəsindən, onun konkret nümunəyə uyğunlaşdırılma növündən olduğu və ayənin mütləq mənada hökm etmə və hər haqq sahibinə haqqını vermə mövzusunda endiyi aydın olur. Buna görə daha əvvəl haqqında danışılan nümunələrə və bənzərlərinə uyğunlaşdırılması da mümkündür.
Bu mənada bir rəvayət də et-Dürr-ül Mensur təfsirində iştirak etmişdir. Bu kitabda Səid b. Mensur, Firyabi, İbni Cərir, İbni Münzir və İbni Əbu Xatəm Hz. Əlidən (ə.s) bu ayənin mənas(n)ı haqqında belə nəql edərlər: "İmam, Allahın endirdiklərinə görə hökm etmək və əmanəti əhlinə verməklə vəzifəlidir. İmam bu vəzifəsini yerinə yetirincə insanlar da onun sözünü dinləməklə, ona itaət etməklə və çağırışına müsbət cavab verməklə öhdəçiliklidirlər." (c. 2 s. 175)
59- Ey inananlar! Allaha itaət edin. Peyğəmbərə və sizdən olan ululemre də itaət edin. Əgər bir barədə anlaşılmazlığa düşsəniz -Allaha və axirət gününə inanırsınızsa- onu Allaha və Rəsula aparın. Bu (sizin üçün) daha xeyirli və şərh baxımından daha gözəldir.
60- Sənə endirilənə və səndən əvvəl endirilənlərə inandıqlarını sananları görmədinmi? Tağuta inanmamaları özlərinə əmr olunduğu halda, tağutun hakimliyinə baş vurmaq istəyirlər. Şeytan da onları uzaq (tünd) bir pozğunluğa salmaq istəyir.