Dördüncü etiraz: Uca Allah, "Əgər bir barədə anlaşılmazlığa düşsəniz... onu Allaha və Rəsula aparın." buyurur. Əgər ulul-emrden məqsəd günahsız imam olsaydı, "Əgər bir barədə anlaşılmazlığa düşsəniz... onu imama aparın." buyurması lazım idi.
Bu etirazın cavabı budur:Bunun cavabı daha əvvəlki şərhlərdə verilmişdi. Bu aparmaqdan (həvalə etməkdən) məqsəd, daha əvvəl izah edilən yanaşmala anlaşılmazlığa düşülən xüsusu imama aparmaqdır, həvalə etməkdir.
Beşinci etiraz: Günahsız imamın varlığına inanan kəslər, ona uyğun gəl-manın faydasının ümməti ixtilaf qaranlığından, qarşıdurmanın və bölünmənin zərərindən qorumaq olduğunu söyləməkdədirlər. Halbuki bu ayənin zahirindən, ululemrin varlığına və ümmətin ona itaət etməsinə baxmayaraq anlaşılmazlığın mövcud olacağı aydın olur. Məsələn, ululemrin özünün bəzi hadisələr və inkişafların hökmü haqqında ixtilafa düşməsi kimi. Halbuki günahsız imamın var olması ilə birlikdə ixtilafın və anlaşılmazlığın meydana gəlməsi bu inancda olan kəslərə görə caiz deyil. Çünki onlara görə günahsız imam, Peyğəmbər (s. a. a) kimidir. O halda onların bu inancına görə ayədəki detallandırmanın [yəni, "Əgər bir barədə anlaşılmazlığa düşsəniz..." ifadəsinin] heç bir faydası yoxdur.