"O halda şeytanın dostları ilə döyüşün. Şübhə yox ki şeytanın qurduğu nizam zəifdir." Kafirlər tağutun yolundan getdikləri üçün Allahın vəlayəti xaricindədirlər. Buna görə onların şirk və Allahdan başqasına tapınma vəlisi xaricində bir vəliləri, mövlaları yoxdur, ki bu da şeytandır. O halda onların vəlisi, dostu şeytandır və onlar da onun dostlarıdır.
Bu ayədə şeytanın hiyləsinin zəif olduğu ifadə edilir. Çünki bu hiylə Allahın yolunun əleyhdarı olan tağutun yoludur. Halbuki güc-qüvvət bütünü ilə Allaha aiddir. Buna görə şeytanın tələsindən ibarət olan tağutun yolu üçün zəiflikdən başqa bir sifət qalmır. Buna görə kafirlərin yolunun zəif olduğu ifadə edilərək möminlər kafirlərə qarşı təhrik edilmiş, onlarla döyüşməyə etina etdirilmişdir. Şeytanın hiyləsinin Allahın yoluna nisbətlə zəif olması ilə bu hiylənin nəfsinin arzusuna əsir olanlara görə güclü olması arasında ziddiyyət yoxdur. Bu açıqdır.