Bəzən belə deyilir: İslam, Quranın endiyi çağda mövcud olan insanla əlaqədar bütün məsələləri ələ aldığı üçün, onun o çağın cəmiyyətini gerçək xoşbəxtliyə və ogünkü insanları bütün həsrətlərinə qovuşdurmağa kafi olduğunu qəbul edək. Lakin zamanın keçməsi ilə insan həyatının yolları dəyişdi. Bu günki sivilizasiyanın mədəni və sənaye həyatı, on dörd əsr əvvəlinin təbii və primitiv vasitələri ilə məhdud sadə həyatına bənzəməz.
İnsan uzun və yorucu işləri nəticəsində elə bir mədəni təkamül və inkişaf səviyyəsinə çatdı ki, əgər bu inkişaf etmişlik səviyyəs(n)i bir neçə əsr əvvəlinin səviyyəsi ilə müqayisə edilsə bu, iki bənzəməz növün bir-biri ilə müqayisə edilməsi kimi olar. O çağdakı həyatı təşkil etmək üçün qon/qoyulan qanunlar, bu gün kompleks və irəli səviyyədəki həyatın ehtiyaclarını necə qarşılaya bilər? Bu həyat səviyyələrindən biri necə o birisinin yüklərini daşıya bilər?