Kəsmik kökəsi Burada əzilmiş kəsmik, buğda unu yaxud manna yarması, yumurta, şəkər və duz bir-birnə qarışdırılıb qalın kokə şəklinə (hər payda 2-3 ədəd) salınır. Bu qayda hazırlanmış kəsmik kokəsi hər iki tərəfdən qazmaq tutunca əsas usul uzrə qızardılır və 5-7 dəqiqəliyə qızdırıcı şkafa qoyulur.
Kəsmik kokəsi isidilmiş paylıq buludda yaxud boşqabda sufrəyə verilir. Bunun yanına ayrıca olaraq sous qabında soyuq xama yaxud isti şirin sud sousu qoyulur. Sufrəyə verilən zaman kəsmik kokəsinin ustunə sud sousu tokulə bilər.
Hər pay ucun burada 140 q kəsmik, 20 q buğda unu, 1/5 ədəd yumurta, 15 q şəkər, 5 q ərinmiş yağ, 25 q xama yaxud 75 q sous goturulur. Kəsmik pudinqi Burada kəsmiyə buğda unu, şəkər və duz vurulmuş ciy yumurta sarısı, vanil və yumşaldılmış kərə yağı qatılır və hamısı birlikdə ciddi qarışdırılır, sonra bunun ustunə calınmış yumurta ağı, kişmiş vurulur. Ustunə qovrulmuş qoz qırıntısı da tokulur. Bu qaydada hazır olmuş kutlə icinə yağ surtulmuş və suxarı ovuntusu səpilmiş tavalara salınır, ustu hamarlaşdırılır və xama surtulub 30-35 dəqiqə qızardırcı şkafda bişirilir. Kəsmik pudinqi bişəndən 10-15 dəqiqə sonra paylıq tikələrə bölünür. Kəsmik pudinqi buludlara və ya boşqablara qoyulur, isti halda sufrəyə verilir.
Bunun yanına ayrıca qabda xama qoyulur.
Norma: 155 q kəsmik, 15 q buğda unu, . yumurta, 20 q şəkər, 20 q kişmiş, 5 q kərə yağı, 5 q xama, 5 q suxarı ovuntusu, vanil, 20 q xama. Bişmiş varenik. Kəsmik ət maşınından, ya da surtgəcdən kecirilir, uzərinə un, ciy yumurta, şəkər, duz əlavə edilib bircinsli kutlə alınana qədər yaxşı qarışdırılır, yəni xəmir kimi yoğrulur.
Yoğrulmuş kutlə 10-12 mm qalınlıqda oxlovla yayılır. Alınmış yayqılar eni 25 mm olmaqla təbəqələrə (mustıvilərə) doğranır.
Bu təbəqələr ozləri də duzzbucaq və ya ucbucaq formasında doğranır. Sonra kəsmikli xəmir parcaları qaynayan duzlu suya tokulur və zəif qaynadılmaqla 4-5 dəq. suda bişirilir. Bişərək
suyun uzərinə cıxan kəsmikli vareniklər kəfkirlə boşqaba cıxarılır, uzərinə ərimiş kərə yağı, xama və ya şəkər tozu tokulur.
Bəzən vareniklər bişirildikdən sonra qızardılır. Bişmiş vareniklər tavaya yığılır, uzərinə xama, yağ tokulur, tava suyu olan ayrı bir qabın icində qızardıcı şkafda qızardılır. Uzərində qızarmış
təbəqə əmələ gəldikdən sonra şkafdan cıxarılıb sufrəyə verilir.