Furye dəyişdiricisi olan İQ spektrometrinin üstünlükləri Bütün dalğa uzunluqları eyni zamanda qeyd olunur.
Dedektorun üzərinə düşən şüa daha güclü olur.
Dalğa uzunluqlarının daxili etalonu kimi helium-neon lazerindən istifadə olunur.
Spektrlərin toplanma rejimi də mümkündür.
Spektrlərin çəkilməsi çox az vaxt aparır.
Toplanma rejimindən istifadə etməklə spektrlərin keyfiyyət və həssaslığı daha yüksəkdir.
İQ-spektrlərin çəkilməsi üçün tədqiq olunan nümunə (maye, qaz və bərk) üzvi və qeyri-üzvi maddə ola bilər. Qaz və aşağı qaynama temperaturuna malik nümunənin spektrini çəkmək üçün vakuum küvetinə yerləşdirilir. Maye və bərk maddələrin analizi zamanı isə qatın qalınlığı nazik seçilir. Əgər nümunə mayedirsə, nazik küvetlərdə təyin edilir. (maye plyonka şəklində)
Bərk nümunələrin İQ-spektrlərin qeyd edilməsi üçün maddə 2 üsulla hazırlanır: 1) vazelinli yağda xırda dispersli suspenziya nümunəsinin hazırlanması 2) tərkibində incə dispers nümunə saxlayan KBr tabletkaların hazırlanması.
Bərk nümunə məhlul şəklinə salındıqdan sonra təyin edilir. (küvetdə) Nümunənin məhluldakı qatılığı 0,011 M.
Həlledici kimi şəffaf maddələr (benzol, xloroform, karbon-tetraxlorid, tetraxlor-etilen, asetonitril, dioksan) tətbiq edilir.
İQ spektrin interpretasiyası zamanı əsas üç amilə diqqət yetirilir:
1. Zolağın spektrdə absorbsiya sahəsi, yəni dalğa ədədi və ya sayı;
2. Pikin intensivliyi(rabitənin dipoluna aiddir); 3. Pikin görünüşü (forması), yəni geniş və ya itiuclu olması
a – udma zolaqları, b – əsas zolaqda bölünmə, c – zolaqda çiyin, d – zolağın udma maksimumu (νmax), f – udma intervalı (zolağın eni)