Elman Mövsümov Laləzar Quliyeva


Fiziki-coğrafi məlumatlar



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix03.02.2017
ölçüsü1,71 Mb.
#7578
1   ...   8   9   10   11   12   13   14   15   16

Fiziki-coğrafi məlumatlar. Xəzərin uzunluğu təqribən 1200 km, orta 

 
116 
eni  320  km  olub,  sahil  xəttinin  uzunluğu  isə  6,5  min  km-dir.  Onun  800 
km-i  Azərbaycan  Respublikasının  sərhəddindədir.  Xəzər  dünya  okeanı 
səviyyəsindən  28,3  m  alçaqdadır.  Xəzərə  irili-xırdalı  130-dan  çox  çay 
tökülür və onlardan ən böyüyü Volqa, Emba, Ural, Terek, Sulak, Samur, 
Kür, İran ərazisində isə Səfidrud və Gürkan çaylarıdır. 
Xəzərin  üst  Miosen  adlanan  geoloji  kəsiyinə  qədər  Qara  dənizlə 
əlaqəsi olmuş, üst Pliosendə isə yenidən birləşmişdir. 
Geoloji tədqiqatlara görə Kembridən əvvəlki dövrün axırı- Paleozeyin 
əvvəlində  indiki  Avrasiya  materikinin  ərazisində  Tetis  okeanı  əmələ 
gəlmişdir. Tetis adı XIX əsrdə E.Zuss tərəfindən verilmiş və qədim yunan 
dəniz ilahəsi Fetidanın (Thetis) adından götürülmüşdür. 
Qeyd  etmək  lazımdır  ki,  Avrasiya  materiki  adını  da  1883-cü  ildə 
E.Zuss vermişdir və hazırda da işlədilir. 
Tetis  okeanı  Atlantik  okeanı  ilə  Sakit  okeanı  birləşdirmişdir.  Güman  
edilir  ki,  Xəzər  dənizi  ilə    yanaşı  Qara  dəniz  və  Aralıq  dənizi  də  Tetis 
okeanının qalıqlarıdır.       
Xəzər  qapalı  su  hövzəsi  olmasına  baxmayaraq  su  kütləsi  əsasən 
dənizin  qərb  sahili  boyunca  şimaldan  cənuba  doğru,  Abşeron 
yarımadasına qədər axın təşkil edərək, bu  ərazidə cənubdan şimala doğru 
hərəkət edən digər su axınına qarışır. Xəzərin şimal hissəsində davamsız 
külək axınları yaranır. Bunlar bəzən güclənərək sürəti 100 m/san-yə çatır. 
Odur  ki,  Abşeron  astanasında  hündürlüyü  11  metrə  çatan  dalğalar 
müşahidə edilmişdir. 
Xəzərin suyu  okean sularına nisbətən duzlu olub,  orta duzluluq 12,7- 
12,8%-ə bərabərdir. 
Xəzər  dənizinin  səviyyəsi  tarix  boyu  əsrlik,  çoxillik  və qısa  müddətli 
tərəddüdlərə məruz qalmışdır. 
Xəzər dənizində 500-dən çox bitki növü və 850-dən çox heyvan növü 
vardır. 
Xəzərin  öyrənilmə  tarixi.  Xəzər  dənizi  haqqında  ilk  tarixi 
məlumatı qədim yunan coğrafiyaşünası və tarixçisi bizim eradan əvvəl 
6-5  əsrlərdə  Miletli  Hekatey  vermiş  və  onu  Hirkan  dənizi 
adlandırmışdır. 
Xəzər dənizi haqqında daha ətraflı məlumatı Yunan coğrafiyaşünası 
Strabon (e.ə 1 əsr) vermişdir. 
Yunan  alimi  Plini  göstərir  ki,  Kür  çayı  sahillərində  «kaspi» 
tayfaları yaşayış və onlar dənizə Kaspi adı vermişlər. 
Xəzər  dənizinin  işlədilən  digər  adı  isə  7-10  əsrlərdə  Şimali 

 
117 
Qafqazda və Aşağı Volqaboyunda  yaranmış erkən feodal dövləti olan 
Türk dilli Xəzər xaqanlığının adı ilə bağlıdır. 
Xəzər dənizinin faydalı qazıntıları neft və təbii qazdır. Dənizdən 4-
5 metr aşağı səviyyədə yerləşən Qaraboğazqol körfəzində isə qiymətli 
kimyəvi xammal, o cümlədən mirabilit yataqları vardır. 
Yuxarıda  göstərildiyi  kimi  Xəzər  dənizi  5  dövlətin  ərazisində 
yerləşdiyinə  görə  onun  ekologiyasına  nəzarət  etmək  çətindir.  Qapalı 
dəniz  olduğundan  çirklənmə  surətlə  gedir  və  dənizdə  aparılan  faydalı 
qazıntı  yataqlarının  istismarı  dənizdə  yaşayan  qiymətli  balıqların 
(uzunburun  nərə,  bölgə,  Xəzər  qızılbalığı,  xəşəm)  inkişafına  mənfi 
təsir göstərir. 
Azərbaycanda  çıxarılan  neftin  dörddə  üç  hissəsi  Xəzər  dənizində 
çıxarılır.  1980-ci  ilə  qədər  neftin  çıxarılma  dərinliyi  30-40  m  olmuş, 
hazırda bu rəqəm 1000 metrə çatmaqdadır. 
Xəzər dənizi neft və qaz ehtiyatlarına görə dünyada ilkin yerlərdən 
birinə  sahibdir.  Təkcə  Azərbaycan  sektorunda  karbohidrogen  ehtiyatı 
10  milyard  tondan  çoxdur.  Aşağıdakı  cədvəldə  Xəzərin  Azərbaycan 
sektorunda neft və qaz yataqları haqqında bəzi məlumatlar verilmişdir. 
 
Yataqların adı 
Neft ehtiyatı, 
milyon ton 
Qaz 
ehtiyatı, 
milyard m
3
 
Dənizin 
dərinliyi, m 
Sahildən 
uzaqlıq, km 
Zəfər-Məşəli 
400-650 
 
600-950 
90 
Çıraq-Azəri 
500-600 
100 
300-400 
130-135 
Alov 
300-800 
 
300-800 
120 
Günəşli 
400-500 
 
40-24 
190 
Lerik 
200-800 
50 
100-850000 
30 
Əşrəfi 
100-150 
400 
50-880 
10 
Naxçıvan 
100-150 
 
9-750 
100 
Talış-Dəniz 
80-100 
40-50 
50-100 
50 
Abşeron 
100-150 
400 
400-600 
100 
Dan ulduzu 
160-200 
50 
75-200 
65-70 
Qarabağ  
70-90 
10-12 
120-150 
120 
Şah-Dəniz 
70-90 
700 
50-550 
40-45 
Kəpəz 
80-100 
 
80-120 
180 
Oğuz 
40-50 
25-30 
15-320 
90 
Yalama 
50 
 
40-70 
35-45 
 
 

 
118 
Xəzər  dənizində  neft  və  qaz  çıxarılan  zaman  texnoloji  proseslərə 
nəzarət  edilmədikdə,  bu  su  hövzəsinin  yüksək  dərəcədə  çirklənməsi 
labüd bir hadisəyə çevrilmişdir. 
Belə  ki,  dənizin  əhatə  etdiyi  5  dövlətlərin  hamısı  neft  və  qaz 
çıxarırlar.  Onlar  biri-birindən  asılı  olmayaraq  dəniz  sularını  müxtəlif 
dərəcədə çirkləndirirlər. Təkcə Azərbaycan sektorunda irili-xırdalı 15-
ə  qədər  neft-qaz  yataqları  istismar  edilir  və  1100-ə  qədər  buruqlar 
qazılmışdır. Həmin buruqların əksəriyyəti sahildən 100-150 km aralıda 
olduğundan,  buruqlar  qazılarkən  istifadə  olunan  gilli  məhlullar  və 
şlamlar,  eləcə  də  quru  hissədən  çıxarılan  müxtəlif  tərkibli  qazma 
suxurları  dənizə  axıdılır.  Bu  isə  öz  növbəsində  dəniz  dibinin  kəskin 
dərəcədə çirklənməsinə səbəb olur. 
Təqribi  hesablamalar  göstərir  ki,  hər  bir  quyu  qazılarkən  sutkada 
texniki  gil  istifadəsi,  suxurların  təbiətindən  asılı  olaraq  40-120  m
3
-ə 
qədər  olur.  Əgər  bütün  dövlətlər  tərəfində  50-60  min  quyu  istismara 
verilməsi  qəbul  edilərsə,  gil  məhsullarının  miqdarını  hesabladıqda 
rəqəmin böyüklüyü təsəvvür ediləcək dərəcədə qorxunc olur. Buruqlar 
qazılarkən  dənizə  axıdılan  yeraltı  sularda  çoxlu  miqdarda  hidrogen 
sulfid  olduğundan  həmin  ərazidə  canlı  orqanizmlərin  məhv  olması 
qarşısı alınmaz prosesə çevrilmişdir. 
Xəzərdən neft çıxarılarkən normal halda hər bir qazma qurğusundan 
dənizə  50-100  ton  neft  axıdılır.  Digər  tərəfdən  neft,  istismar 
quyularından  terminallara  daşınarkən  qəzalar  baş  verir  ki,  bunun  da 
nəticəsində 1000 tonlarla neft dənizə tökülmüşdür. 
Qeyd  edildiyi  kimi,  Xəzər  dənizlərində  500-dən  çox  bitki  növü 
vardır  ki,  onlar    fotosintez  prosesi  nəticəsində  (150  metr  dərinliyə 
qədər) dəniz sularını təmizləmiş olur. 
Xəzər  dənizi  neftlə  çirkləndikdə  günəş  şüalarının  qarşısı 
alındığından fotosintez prosesi getmir və dənizin biosferi korlanır. 
Azərbaycan Respublikası ərazisindən Xəzər dənizinə tökülən çaylar 
çoxlu  miqdarda  zərərli  maddələrlə  zəngindir.  Belə  ki,  Kür-Araz 
ovalığı,  həmçinin  digər  əkin  sahələri  pestisid  və  defolyantlarda 
çirkləndiyindən, yer üstü sular və kiçik çaylar vasitəsi ilə Kür və Araz 
çaylarına, oradan da Xəzər dənizinə axıdılır. 
Təkcə  Volqa  çayından  hər  il  Xəzər  dənizinə  150  min  ton  neft,  1,5 
ton fenol, 3 tondan çox səthi aktiv maddələr, 3 tona yaxın  pestisidlər 

 
119 
və 10 min tondan  çox ağır metalların birləşmələri axıdılır. 
Azərbayan  sektoruna  isə  alkilbenzollar,  alkilfenollar,  alkilftalatlar, 
müxtəlif  karbon  turşuları,  həddindən  çox  neft  karbohidrogenləri, 
Sumqayıt  zavodlarının  tullantılantı  məhsulları-  xlor  üzvü  birləşmələr, 
fenol,  benzol,  toluol,  habelə  fosforlu  pestisidlər,  xlorlu  pestisidlər- 
DDT,  lindan,  heksaxlorbenzol,  fenolsirkə  turşusunun  törəmələri  olan 
pestisidlər  və  digər  zəhərli  birləşmələr  axıdılır  ki,  onların  miqdarı 
(mq/l-lə) hələlik dəqiq hesablanmamışdır. 
Xəzər dənizində hövzə dövlətlərindən başqa bir neçə ölkələrin neft 
şirkətləri  neft  və  qaz  emalı  ilə  məşğul  olduğundan  Xəzərin  ekoloji 
çirklənməsində  onların  da  payı  az  deyildir.  Odur  ki,  Azərbaycan 
Respublikasının  Ekoloji  və  Təbii  Sərvətlər  Nazirliyi  Xəzər  dənizinin 
çirklənməsinin qarşısını almaq üçün çox işlər görməlidir. 
 
Sual və tapşırıqlar 
 
1.Xəzər  dənizi  necə  əmələ  gəlmişdir  və  tarixi  məlumatlar  kimlər 
tərəfindən verilmişdir. 
2.Xəzər və Kaspi adları necə yaranmışdır? 
3.Xəzəryanı  ölkələr  hansılardır  və  Azərbaycan  ərazisində  Xəzər 
sahilinin uzunluğu necə km-dir? 
4.Xəzər  dənizinə  ümumiyyətlə  necə  çay  tökülür  və  onlardan  ən 
böyükləri hansılardır? 
5.Xəzər dənizinin antropogen çirklənmə məhsulları hansılardır? 
_____________________ 
 
 
 
 

 
120 
Fəsil IV.  
 
MATERĠK ÇĠRKLƏNDĠRĠCĠLƏRĠ  
VƏ ONLARIN TƏSĠR MEXANĠZMĠ 
 
Bundan  əvvəlki  fəsillərdə  Yerin  biosistemində  gedən  proseslərdə 
kimyəvi  birləşmələrin  təsiri  qeyd    edilərək,  əsas  etibarı  ilə  atmosferin 
və hidrosferin ekoloji vəziyyəti təhlil edilmişdir. 
Yer  qabığının  üçdə  birini  təşkil  edən  materik  hissəsi,  başqa  sözlə 
Litosfer  (lito-daş  deməkdir)  canlı  orqanizmlərin  əsas  kütləsinin 
mövcud  olduğu  biosfer  təbəqəsində  gedən  təbii  və  antropogen 
çirklənmələr  və  onların  aradan  qaldırılması  daha  qlobal  problemlər 
yaratmaqdadır. 
Bəşəriyyətin  durmadan  artımı  və  inkişaf  mərhələləri,  kimyəvi 
maddələrin  biogeokimyəvi  dövranına  təsir  edən  əsas  faktor  kimi  XX 
əsrin  sonu  və  XXI  əsrin  əvvəllərində  daha  qabarıq  şəkildə  özünü 
biruzə verməkdədir. 
Hesablamalar  göstərmişdir  ki,  insanların  təsərrüfat  fəaliyyətləri 
nəticəsində materiklərin biokütləsi 25% azalmışdır. 
Elmin  müasir  səviyyəsində  biokütlənin  azalmasının  antropogen 
faktorlardan  asılılığının  dəqiq  təyin  edilməsi  çətinlik  törədsə  də 
planetin  əhali  artımının  sürəti  bu  problemin  daha  da  dərinləşməsinə 
göstərəcəyi mənfi təsir artıq dərk ediləndir. 
Bu  ekoloji  problemlər  əhalinin  sıx  yerləşdiyi  Avropa  qitəsində 
yaranmaqdadır.  Məlumdur  ki,  şəhər  əhalisinin  artımı  istər-istəməz 
insanların  sağlamlığına  təsir  edən  faktorları  da  çoxaldır.  Bu  qarşısı 
alınmaz  proses  bizdən  asılı  olmayaraq  davam  edəcək  və  gələcək 
nəsillərin  həyatında  daha  da  güclənərək  sonu  bəlli  olmayan  təzadlar 
yaradacaqdır. 
Ətraf  mühitin  çirkləndiriciləri  sırasına  pestisidlər,  radionuklidlər, 
ağır metallar və digər zəhərli birləşmələr daxildir ki, bu fəsildə onların 
əmələ  gəlməsi  və  təsir  mexanizmi  təhlil  ediləcəkdir.  Bu  maddələr 
əsasən antropogen yolla yaranır və cəmiyyətin inkişaf səviyyəsi ilə düz 
mütənasiblik təşkil edir. 
 

 
121 
PESTĠSĠDLƏR HAQQINDA MƏLUMAT 
 
Pestisid – iki latın sözündən yaranmışdır; «Pestis»-yolxucu xəstəlik, 
«sido»-öldürürəm,  məhv  edirəm.  Pestisidlər  və  ya  kimyəvi  zəhərli 
maddələr, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları 
ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məhsuldarlığını artırmaq 
üçün istifadə olunur. 
Tədqiqat  nəticəsində  məlum  olmuşdur  ki,  hər  il  dünyada  istehsal 
olunan  dənli  bitkilərin  üçdə  biri  ziyanvericilər  və  fitopatoloji 
göbələklər vasitəsilə məhv olur. 
Bitkilərin  ziyanvericiləri  və  xəstəlik  törədənləri  əsasən  həşəratlar, 
gənələr, yumuşaq bədənlilər, nemotodlar (həlqəli qurdlar), fitopotogen 
göbələklər, bakteriyalar, viruslar və bitki  mənşəli orqanizmlərdir. 
Kənd təsərrüfatının əsas ziyanvericilərindən biri də gəmiricilərdir. 
İnsanlar  üçün  təhlükəli  xəstəliklər  və  epidemiyalar  yayan 
ziyanverici həşəratlar və gənələrdir. Onlar malyariya, isitmə, ensefalit, 
vəba,  taun  kimi  qorxulu  xəstəliklərin  yaranması  və  yayılmasında  əsas 
rol oynayırlar. 
XX əsrdə bu xəstəliklərin qarşısı demək olar ki, alınmışdır. Bir sıra 
dərman  preparatları  vasitəsilə  peyvəndlər  aparılır,  eyni  zamanda  kəşf 
olunan  zəhərli  kimyəvi  maddələrin  köməyilə  epidemik  xəstəlikləri 
yayan zərərvericilər məhv edilir. 
Pestisidlər istifadə məqsədinə görə aşağıdakı qruplara bölünür: 
a) insektisidlər – həşaratları məhv edənlər; 
b) akavitsidlər – gənələri məhv edənlər; 
c) nematotsidlər – qurdları məhv edənlər; 
d) fungisidlər – bitki xəstəliklərini məhv edənlər; 
q) bakteriosidlər – bakteriyaları məhv edənlər; 
j) virisidlər – virusları məhv edənlər; 
z) herbisidlər – alaq otlarını məhv edənlər; 
i) zoosidlər – gəmiriciləri  məhv edənlər. 
Bitkilərin inkişafını sürətləndirən və ya ləngidən kimyəvi maddələr 
də  pestisidlərə    aid    edilir.  Bir  sıra  pestisidlər  –  defoliantlar  və  
desikantlar pambığın maşınla yığılması zamanı tətbiq edilir. 
Xalq təsərrüfatında herbisidlər, insektisidlər və fungisidlər daha çox 
istifadə  edilir.  Bu  maddələrə  tələbat  ildən-ilə  artdığından,  yeni-yeni 

 
122 
preparatlar  kəşf  edilir  və  onların  istehsalı  artıq  zavodlar  tərəfindən 
həyata keçirilir. 
Həşəratlara,  alaq  otlarına  və  ziyanverici  heyvanlara  təsir 
mexanizminə görə pestisidlər bir neçə qrupa ayrılır: 
a)  bir  başqa  təmas  vasitəsilə  təsir  edənlər  –  həşəratların  hər  hansı 
orqanına toxunmaqla onları məhv edənlər; 
b)  həzm  sistemi  vasitəsilə  təsir  edənlər  –  həşəratlar  və  digər 
ziyanvericilər onları qida vasitəsilə qəbul etdikdə effektli təsir göstərir; 
c) sistemli təsir göstərənlər – bitkiləri orqanları vasitəsilə yayılaraq, 
müəyyən  inkişaf  mərhələsində  zəhərli  təsir  göstərərək  ondan  istifadə 
edən  ziyanvericiləri  məhv  edir  və  sonrakı  inkişaf  mərhələsində 
zəhərləyici təsiri aradan qalxır; 
d)  fumiqant  mexanizmi  ilə  təsir  edənlər  –  belə  pestisidlər 
həşaratların tənəffüs yolu ilə daxil olaraq onları məhv edir. 
Alaq otları ilə mübarizədə tətbiq olunan herbisidlər: 
a)  kütləvi  təsir  edən  herbisidlər  -  belə  kimyəvi  maddələr  bütün 
bitkiləri məhv edir. 
b) sellektiv – seçici herbisidlər – bu maddələr bir növ bitkiləri məhv 
edir və digər növlər üçün təsirli deyillər. 
Kimyəvi  tərkibinə  görə  bütün  pestisidlər  iki  qrupa  bölünür:  qeyri 
üzvü və üzvi birləşmələr. 
Pestisidlərin  ilk  tətbiq  dövründə  yalnız  qeyri-üzvi  maddələrdən 
istifadə  olunurdu:  qurğuşun  2-xlorid  PbCl
2
,  arsen3-oksid-As
2
O
3
,  mis  
duzları, florid  turşusunun duzları, kükürd, sulfat turşusunun törəmələri 
və s. 
Bütün  qeyri-üzvi  pestisidlər  bir  sıra  xüsusiyyətlərinə  görə  effektli 
deyillər:  yüksək  dozada  təsir  edirlər,  seçici  olmadığına  görə  bütün 
canlılar üçün təhlükəlidir, təbiətdə uzun müddət davamlı halda qalaraq 
istifadə  olunan  su  hövzələrini  çirkləndirməklə  ekoloji  mühiti 
korlayırlar. 
Odur  ki,  XX  əsrin  40-50-ci  illərində  qeyri  üzvi  pestisidlər  üzvi 
pestisidlər vasitəsilə get-gedə sıxışdırılmağa başladı. 
 

 
123 
PESTĠSĠDLƏRĠN TOKSĠKĠ GÖSTƏRĠCĠLƏRĠ 
 
Üzvi birləşmələr hesabına hazırda dünyada 100000-dən çox pestisid 
tətbiq  edilir.  Sovetlər  zamanında  isə  100-ə  qədər  pestisid  istifadə 
edilirdi. 
Bütün  pestisidlər  əhəmiyyətli  təsir  göstərsələrdə,  digər  tərəfdən 
bütün  canlılar  üçün  təhlükə  mənbəinə  çevrilirlər.  Onlar  uzun  müddət 
yer  qabığında  qalaraq  ekoloji  mühitdə  qarşısı  alınmaz  təhlükələr 
yaradırlar. 
Zəhərlilik dərəcəsinə görə pestisidlər 4 qrupa ayrılırlar: 
I. Yüksək zəhərli pestisidlər – LD
50
-heyvanların hər bir kq çəkisinə 
50 mq təşkil edənlər. 
II. Zəhərli və güclü təsir edən pestisidlər – LD
100
-heyvanların hər kq 
çəkisinə 50-200 mq təşkil edənlər. 
III. Orta zəhərli pestisidlər – LD
500
-heyvanların hər bir kq çəkisinə 
200-1000 mq təşkil edənlər. 
IV. Az zəhərli pestisidlər – LD
1000
 – heyvanların hər bir kq çəkisinə 
1000 mq-dan çox təşkil edənlər. 
Hər  hansı  pestisidin  dozasından  başqa  onun  digər  keyfiyyətləri  də 
əsas  götürülür.  Məsələn,  pestisidlərin  orqanizmidə  təsir  effekti,  yağlı 
mühitdə  həll  olma  dərəcəsi,  uçuculuğu  və  digər  fiziki-kimyəvi 
xassələr. 
Pestisidin  istifadə  spektri  həmçinin  onun  «persistent»  xassəsilə  də 
ölçülür  –  ətraf  mühitdə  qalma  müddəti.  Digər  göstəricilərdən  biri  də 
pestisidin  «kumilyativ»  xassəsidir:  orqanizmdə  pestisidin  metabolizm 
müddəti  və  orqanizmdən  kənar  olma  mexanizmi.  Məs...  DDT  yalnız 
süd vasitəsilə orqanizmdən kənar edilir ki, bu da ən təhlükəli effekt de-
məkdir. 
Kənd 
təsərrüfatının 
kimyalaşdırılması 
ərəfəsində 
xroniki 
intoksikasiya  (mütamadi  zəhərlənmə)  ətraf  mühiti  korlayaraq  ekoloji  
ziddiyyətlərin  yaranması  prosesi  sürətlənərək  hazırki  vəziyyətə 
çatmışdır. 
Ekoloji mühitin korlanmasında pestisidlər sintez olunan zavodLarda 
təhlükəsizlik  texnologiyasının  pozulması,  zavod  tullantılarının  su 
hövzələrinə  və  atmosferə  buraxılması  ilə  yanaşı,  onların  daşınması, 
saxlanması  qaydalarına  əməl  olunmaması,  həmçinin  istifadəsi  zamanı 

 
124 
dozaların çoxalması və s. rolu böyükdür. 
PESTĠSĠDLƏRĠN BĠOLOJĠ OBYEKTLƏRDƏ  
KĠMYƏVĠ-FĠZĠKĠ ANALĠZĠ 
 
Ekoloji  obyektlərdə  pestisidlərin  ayrılması  və  miqdarının  təyini 
mürəkkəb  bir  proses  olub  hər  bir  pestisid  üçün  xüsusi  həlledicilər  və 
reaktivlər tələb olunur. 
Qeyri-üzvi  pestisidlərin  sayı  az  olduğundan  onların  ayrılması  və 
təyini metodu işlənib hazırlanmışdır. 
Pestisidlərin  bioloji  materiallardan  ayrılması  üzvi  həlledicilər 
vasitəsilə  ekstraksiya  yolla  həyata  keçirilir.  Bu  zaman  pentan,  n-
heksan,  heptan,  petroleum  efiri,  xloroform  və  karbon  4-xlorid  kimi 
həlledicilərdən istifadə olunur. 
Hələlik ümumi bir universal üsul olmadığından pestisidlərin bioloji 
obyektlərdən ayrılması və təmizlənməsi çox vaxt aparan bir əməliyyat 
hesab olunur. 
Üzvi pestisidlərin tərkibindən asılı olaraq onların müəyyən qrupları 
üçün  xüsusi  metodlar  işlənib  hazırlanmışdır.  Xlorüzvi  birləşmələrin 
pestisid kimi istifadə olunan qrupları üçün ümumi sxem  məlumdur. 
Ətraf  mühitin  spesifikliyindən  asılı  olaraq  –  hava,  torpaq,  su, 
bitkilər  və  onların    məhsulları,  ət-süd    məhsulları-pestisidlərin 
ayrılması və analizi fərdi yanaşma tələb edir. 
Əsas tətbiq olunan üsullar – üzvi həlledicilər vasitəsilə ekstraksiya, 
su  buxarı  vasitəsilə  ayrılma,  kristallaşma  –  effekt  vermədikdə  nazik 
təbəqə  xromotoqrafiyası  və  qazxromotoqrafiyası  metodlarından 
istifadə olunur. 
Kəmiyyət  və  keyfiyyət  analizi  nəticəsində  ayrı-ayrı  pestisidlərin 
ilkin tərkibindən başqa, onların çevrilmə məhsulları da müəyyən edilir. 
Ekologiyanı  çirkləndirən  və  ən  çox  zəhərlənmələrə  səbəb  olan 
pestisidlər  hallogenli,  fenoltörəmələri,  karbamid  birləşmələri,  fosfat 
turşusunun müxtəlif efirləri və element üzvi birləşmələrdir. 
 
HALLOGENLĠ PESTĠSĠDLƏR 
 
Ən  çox    istifadə  olunan    xlorüzvi    birləşmələrdən  DDT  qrup 
insektisidlərini göstərmək olar. 

 
125 
DDT-4-4dixlor – difeniltrixlor metil metan – C
14
H
9
Cl
5
-1939-cu ildə 
İsveçrəli  Paul  Müller  tərəfindən  sintez  olunmuşdur.  Yeni  insektsid 
malyariyaya  qarşı  effektiv  təsir  göstərdiyinə  görə  1948-ci  ildə 
P.Müllerə Nobel mükafatı təqdim edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox tətbiq olunan insektisidlərdən olub, 1964-cü ildə Birləşmiş 
millətlər  təşkilatı  (BMT)    tərəfindən  istifadəsinə  qadağa  qoyulmasına 
baxmayaraq  SSRİ-də  70-ci  illərdə,  Azərbaycanda  isə  80-ci  illərdə  də 
istifadə  edilirdi.  İstiqanlı  ziyanvericilər  üçün  güclü  zəhər  olub  LD
50
 
200  mq/kq  təşkil  edir.  DDT-ni  sulfat  turşusunun  (katalizator  kimi) 
iştirakı ilə xloral və xlorbenzoldan alırlar: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DDT  ağ  rəngli  iysiz,  dadsız  kristallik  maddə  olub  su,  turşu  və 
qələvilərdə  həll  olmur.  Bir  çox  üzvi  həlledicilərdə  və  yağlarda  yaxşı 
həll  olur.  DDT  həşəratların  məhv  edilməsi  nöqteyi-nəzərindən  əvəz 
olunması  pestisid  olub  bir  başa  təmas  nəticəsində  təsir  edir.  Bütün 
istiqanlı  heyvanlar  və  insanlar  üçün  təhlükəli  zəhər  hesab  olunur.  O, 
mərkəzi  sinir  sistemini  korlayaraq  qara  ciyər  və  böyrəkləri  sıradan 
Ъ 
Ъл 
Ъ 
Ъ 
Ъ 
Ъ 
Ъ 
Щ 
Щ 
Щ 
Щ 
Ъ 
Ъ 
Щ 
Ъл 
Ъл 
Ъл 
Ъ 
Ъ 
Ъ 
Ъ 
Ъ 
Щ 
Щ 
Щ 
Щ 
Ъ 
Ъл 
Ъл  Ъ 
Ъл 
Ъл 
Ъ 
О 
Щ 

Щ 
Щ 
Ъ
6
Щ
4
-Ъл 
Ъ
6
Щ -Ъл 
Щ
2
СО
4
 
Щ
2
О 

Ъл
 
Ъ 
Ъл 
Ъл 
Ъ
6
Щ
4
Ъл 
Ъ
6
Щ
4
Ъл 
Щ
2
СО
4
 

 
126 
çıxarır. Orqanizmə daxil olan 1 qram DDT müalicə olunmaz fəsadlar 
törədir. 
Tərkibində  daha  çox  yağ  olan  meyvələr  DDT  ilə  təmasda  olduqda 
daha  təhlükəlidir.  Onun  yağlı  qarışığı  asanlıqla  orqanlara  yayılır. 
Kumilyativ pestisid olub orqanizmdə 20 gün qala bilir. Davamlılığına 
və  uçuculuğuna  görə  uzun  müddət  sərbəst  qala  bilir.  Cəmi  3-4  həftə 
ərzində  Yer  kürəsini  dolaşa  bilir,  hətta  DDT-yə  Antarktidada  rast 
gəlinmişdir. 
DDT-nın  keyfiyyət  analizini  aşağıdakı  üsulla  aparmaq  olar:  qatı 
sulfat  turşusu və  natrium  nitratın iştirakı ilə 125-130
0
C-də nitrolaşma 
aparılır  və  reaksiyanın  son  məhsulunu  natrium  metilat  əlavə  etdikdə 
məhlul  bənövşəyi  rəngə  çevrilərsə  deməli  nümunədə  DDT-nin  varlığı 
aşkar edilir. Reaksiya çox həssas olub 0,5 mq DDT olduqda belə təyin 
edilə bilər. 
Deyildiyi  kimi DDT-nin orqanizmdən kənar olunması xeyli zaman 
tələb  edir.  Mədə-bağırsaq  vasitəsilə,  sidiklə  və  süd  vasitəsilə  kənar 
edilir.  Bu  zaman  böyrəkləri  və  süd  vəzlərini  zədələyərək  bəd  xassəli 
şişlərin yaranmasına səbəb olur. 
DDT  orqanizmdə  qismən  dehidroxlorgenaza  fermentinin  təsiri  ilə 
zərərsizləşdirilərək dixlordifenil sirkə turşusuna çevrilir və sidiklə ifraz 
olunur. 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin