DĠOKSĠNLƏR VƏ ONA OXġAR BĠRLƏġMƏLƏR
Dioksinlər çox zəhərli birləşmələr olub mutagen (hüceyrələrdə
mutasiya dəyişgənliyi yaratmaq xassəsi) kanserogen (xərçəng
xəstəlikləri əmələ gətirmək xassəsi) və teratogen xassələrə malikdirlər.
Dioksinlər pestisidlər, plasmass, kağız və defoliantlar istehsalının
əlavə məhsulu kimi əmələ gəlir və bu məhsulların tərkibində az da olsa
qalaraq təhlükəyə çevrilir.
Dioksinlər metallurgiya zavodlarının tullantılarında, kağız və ağac
emalı müəssisələrinin ətraf zonalarında, zibillərin yandırılaraq
utilizasiyası zamanı, istilik elektrik stansiyalarında, avtomobillərdən
çıxan qazların tərkibində, sintetik örtüklərin yanması zamanı da aşkar
edilmişdir.
Pambığın maşınlarla yığılması zamanı defoliantlardan istifadə
olunur. Bu zaman onların tərkibində olan 0,0003% dioksinlər əkin
sahələrinə çökərək uzun müddət zəhər mənbəinə çevrilir.
1962-1971-ci illərdə Vyetnam müharibəsi zamanı Amerika
Birləşmiş Ştatlarının hərbi hava qüvvələri 57000 ton defoliantdan
istifadə etmişdir ki, onun da tərkibində 170 kq dioksin olmuşdur.
Nəticədə istər Vyetnamlılarda, istərsə də müharibə iştirakçıları ABŞ
əsgərlərində bir sıra xəstəliklər, o cümlədən xərçəng xəstəlikləri
müşahidə edilmişdir.
Dioksin qrupu birləşmələr 100-dən çox olub, hamısı da çox
zəhərlidirlər. Onlardan ən təhlükəlisi 2, 3, 7, 8 –tetraxlordibenzopara-
dioksin (TXDD) olub quruluşu aşağıdakı kimidir:
О
О
Ъл
Ъл
143
TXDD-klassik dioksin adlandırılaraq sianidlərdən, strixinindən,
zoman və zarindən daha təhlükəli zəhərdir. Qorxulu xassələri –
oksidləşmə və hidrolizə uğramır, yüksək temperaturda stabildir
(750
0
C-də parçalanır), turşu və qələvilərə qarşı davamlıdır və üzvi
həlledicilərdə yaxşı həll olunur – dioksinlərin təhlükəli maddə
olmasını göstərir.
Aromatik həlqədə əvəzləyicilərin dəyişməsi nəticəsində bir sıra
homoloqlar və izomerlər alınır. Məsələn, TXDD 22 izomeri vardır.
Ətraf mühitə tökülən dioksinlər torpaqda toplanaraq su hövzələrinə,
oradanda kənd təsərrüfatı məhsulları vasitəsilə insan orqanizminə daxil
olaraq, dəyişmədən miqrasiya edir.
Orqanizmə dioksinlər əsasən qida vasitəsilə daxil olurlar.
Dioksinlərin ən çox toplandığı ərzaq məhsulları heyvan və bitki
yağları, ət və süd məhsulları, yağlı balıqlar olur. Dioksinlər yağda
yaxşı həll olduğundan yağ vəzilərində toplanır. Orqanizmdən süd
vasitəsilə xaric olduğundan inək südündə heyvan toxumalarına
nisbətən 400-500 dəfə çox dioksin olur.
Dioksinlər üçün YMH (Yol verilən miqdar həddi) yoxdur, çünki
bütün konsentrasiyalarda təhlükəlidir. Dioksinlər insan və heyvan
orqanizmlərində yüksək spektrli təsir mexanizminə malikdirlər: Aşağı
dozalarda belə mutagen effekti yaradaraq, kumilyativ xassəyə
malikdirlər; orqanizmdə olan fermentlərə dağıdıcı təsir yaradaraq
onların effektivliyini azaldır; hüceyrələrdə bölünmə zamanı DNT-yə
təsir göstərərək genetik dəyişikliklər törədirlər. Yuxarıdakı təsirinə
görə dioksinlər superkotoksikantlar sırasına aid edilirlər.
Dioksinlərin sanitar normaları ölkələrdən asılı olaraq müxtəlif
kriteriyalarla ölçülür. Məsələn, ABŞ-da immuno toksikant (imun
sistemini məhv etdiyinə görə) kimi, Avropada onkogennost (xərçəng
şişləri əmələ gətirdiyinə görə) kimi qəbul edilməkdədir.
Dioksinlərin Yol verilən Gündəlik Qəbul (YVGQ) norması
70 il ömür zamanı gündəlik norma 10
-11
q/kq-dan artıq olmamalıdır.
Dioksinotoksikantlar üçün hazırda nəinki alimlər hətta dövlət
rəhbərləri də narahat olmağa başlamış və onların bütün planetimiz
üçün təhlükə törətməsinin qarşısını almaq üçün profilaktik tədbirlər
planı hazırlanmışdır.
Əksər dövlətlərdə dioksinlərlə mübarizə üsulu kimi ekoloji
144
monitorinq laboratoriyaları yaradılmışdır. Azərbaycanda ilk belə
laboratoriya
Azərbaycan
Kənd
Təsərrüfatı
Akademiyasında
yaradılmışdır və Almaniya dövləti tərəfindən maliyə dəstəyi göstərilir.
Dünya ölkələrindən ABŞ-da və Avropada texnoloji proseslərə
nəzarət gücləndirilmiş, məişət tullantılarının çeşidlənməsi və
utiliraziyası zamanı təhlükəsizlik texnikasına əməl olunması
nəticəsində yüksək nəticələr əldə olunmuşdur.
İsveç dövləti artıq 10 ilə yaxındır ki, plasmas sənayesində və kağız
istehsalında dioksinlərin minimum hədd daxilində alınmasına nail
olmuşlar. Almaniya, ABŞ, Hollaniya, Fransa və Yaponiyada
antidioksin filtirləri quraşdırılmışdır.
Bəzi elementlər əsasən ağır metallar-qurğuşun, kadmium, civə –
radiasiya, nitrat-nitritlər, xlorfenollar və kükürdlü üzvü birləşmələr
dioksinlərin təsir dərəcəsini xeyli artıraraq sinergetizm yaradırlar.
ÇOXNÜVƏLĠ AROMATĠK KARBOHĠDROGENLƏR
Çoxnüvəli aromatik karbohidrogenlərin (ÇAK) 200-ə qədər
nümayəndəsi kanserogen xassəli olub ətraf mühiti çirkləndirən
təhlükəli maddələr hesab olunurlar.
Bu karbohidrogenlərin ən təhlükəli hesab olunanı 3,4-benzopiren
olub aşağıdakı quruluş sxeminə malikdir:
O, ilk dəfə 1933-cü ildə kanserogen maddə kimi qeydə alınmışdır.
Sonralar
çoxnüvəli
aromatik
karbohidrogenlərin
digər
nümayəndələrində də – xlorantren, perilen, tribenzopiren – bu xassə
aşkar edilmişdir.
Bu karbohidrogenlərin bir sıra nümayəndələri – antrasen, fenantren,
piren, flüoranten – az zəhərli maddələr sırasına daxil edilmişlər.
145
ÇAK-ların kanserogen aktivliyinin 70-80%-i benzopirendə
toplanmışdır.
Kanserogen ÇAK-lər təbiətdə həmçinin abiogen yolla da əmələ
gəlir. Hər il minlərlə ton benzopiren təbii yolla əmələ gələrək
biosferə yayılır. Bundan bir neçə dəfə çox texnogen yolla əmələ gəlir.
ÇAK-lar neft məhsullarının, kömürün, odunçağın, məişət
tullantılarının, ərzaq məhsullarının, tütünün yanmasından əmələ gəlir.
Temperatur aşağı olduqda ÇAK-ların alınması çoxalır.
Hətta ekoloji təmiz bitki məhsullarında belə benzopirenin miqdarı
0,03-0,1 mkq/kq olur. Termiki işlənmə zamanı isə miqdar artaraq 50
mkq/kq-a çatır ki, bu da təhlükəli hesab olunur.
Məişətimizə daxil olan polimer materiallardan hazırlanmış paketlər,
stəkanlar, torbalar benzopiren mənbəi hesab olunurlar. Benzopiren
yağlarda və süd məhsullarında həll olduğundan onların qablaşdırılması
zamanı polimer materiallardan istifadə məsləhətli deyildir.
Benzopiren tütünün yanması zamanı, papiros tüstüsündə ən çox rast
gəlinir.
Yaşlı insan yemək vasitəsilə il ərzində 0,006 mq benzopiren qəbul
edir. Ekoloji çirklənən yaşayış massivlərində və böyük şəhərlərdə bu
rəqəm 5-6 dəfə artır. Benzopirenin YMH (yol verilən miqdar həddi)
atmosferdə – 0,1 mkq/100 m
3
, suda –0,005 mq/l, torpaqda – 0,2 mq/kq
hesablanmışdır.
Aşağıdakı cədvəldə ərzaq məhsullarının tərkibində benzopirenin
miqdarı mkq/kq tərtibində göstərilmişdir. Cədvəldən göründüyü kimi
əksər ərzaq məhsulları əvvəllər kanserogen maddələr sinfinə aid
edilmirdi.
Mal əti
tapılmamışdır Xörək duzu
0,03-0,50
Dana əti
tapılmamışdır Taxıl
0,17-4,38
Donuz əti
tapılmamışdır Un
0,2-1,6
Zeytun yağı
tapılmamışdır Əla növ un
0,09
Kolbasa
0,26-0,50
Kələm salatı
12
Kolbasa hisə verilmiş
0,72
Kartof
1-16,6
Qızardılmış dana əti
0,18-0,63
Kofe-qovrulmuş
0,3-0,5
Balıq (qırmızı)
0,7-1,7
Qurudulmuş meyvələr:
Kambala (təzə)
15-16
Qara gavalı
23,9
Süd
0,01-0,02
Albalı
14,2
146
Kərə yağı
0-0,13
Armud
5,7
Günəbaxan yağı
0,93-30,0
Alma
0,3
Şəkər
0,23
Qoz
0,2
Fındıq
0,4
Sual və tapşırıqlar
1. Dioksinlər hansı kimyəvi birləşmələrdir?
2. Dioksinlər təbii və antropogen yolla necə alınır?
3. Dioksinlərin zəhərli xassələrini söyləyin.
4. Çox nüvəli aromatik karbohidrogenlərin ekoloji mühiti
çirkləndirən nümayəndələrini göstərin.
5. Ən çox dioksin və zərərli maddələr olan qida məhsulları
hansılardır?
____________________
ÇOX TƏHLÜKƏLĠ DĠGƏR ÇĠRKLƏNDĠRĠCĠ MADDƏLƏR
Atmosferə atılan kimyəvi birləşmələr arasında zəhərli və ya zərərli
hesab edilən bir çox maddələr vardır. Atmosferi çirkləndirən belə
təhlükəli maddələrə demək olar ki nəzarət edilmir və onların
çirkləndirici kimi atmosferdə olan miqdarı da təyin edilmir.
Lakin qeyd etmək lazımdır ki, bu maddələrə xüsusi nəzarət günün
ən vacib məsələlərindən biri olmalıdır. Belə təhlükəli çirkləndirici
maddələrə civə suxarları, vinilxlorid və benzol aiddir.
Atmosferin potensial təhlükəli çirkləndiriciləri
Adı
Kimyəvi formulu
Zəhərliliyi
Orta
konsentrasiyası,
trln.
-1
Halogenli metanlar
Metil-xlorid
CH
3
Cl
Bm
788
Metilbromid
CH
3
Br
Bm
141
Metilyodid
CH
3
J
PK, BM
2,7
147
Adı
Kimyəvi formulu
Zəhərliliyi
Orta
konsentrasiyası,
trln.
-1
Metilen xlorid
CH
2
Cl
2
Bm
978
Xloroform
CHCl
3
PK BM
346
Dördxlorlukarbon
CCl
4
PK BM
221
Halogenli etan və propanlar
Etilxlorid
C
2
H
5
Cl
-
100
1,2 dixloretan
CH
2
ClCH
2
Cl
PK BM
558
1,2 dibrometan
CH
2
BrCH
2
Br
PK
32
1,1,1 Trixloretan
CH
3
CCl
3
Zəif BM
512
1,1,2 TRixloretan
CH
2
ClCH
2
Cl
PK BM
29
1,2 Dixlopropan
CH
2
ClCHClCİ
3
BM
60
1,1,2,2 Tetraxloretan
CHCl
2
CHCl
2
PK BM
10
Xloralkenlər
Viniliden xlorid
CH
2
=CCl
PK BM
19
Trixloretilen
CHCl=CCl
2
PK BM
143
Tetraxloretilen
CCl
2
=CCl
2
PK
401
Allixlorid
ClCH
2
CH=CH
2
PK
5
Heksanlar
1,3-butadien
Cl
2
C=CClCH=CCl
2
BM
5
Xlor aromatik birləşmələr
Monoxlorbenzol
C
6
H
5
Cl
-
280
- xlortoluol
C
6
H
5
CH
2
Cl
BM
5
0 - Dixlorbenzol
0-C
6
H
4
Cl
2
-
12
M - Dixlorbenzol
M-C
6
H
4
Cl
2
-
6
1,2,4 Trixlorbenzol
1,2,4-C
6
H
3
Cl
3
-
5
Aromatik karbohidrogenlər
Benzol
C
6
H
6
PK
3883
Oksigenli və azotlu birləşmələr
Formaldehid
HCHO
PK BM
14200
Fosgen
COCl
2
PK BM
20
Peroksiasetilnitrat
CH
3
COONO
2
Foto- zəhərli
589
Peroksipropionil-nitrat
CH
3
CH
2
COOONO
2
Fotozə-hərli
103
Akrilonitril
CH
2
=CH-CN
PK
103
Burada: BM – mutagen bakterialar aktivliyi
NBM – mutagen aktivlik yoxdur
PK – konseragen aktivliyi şübhəli.
148
Bu cədvəldən göründüyü kimi, bir neçə birləşmə potensial
mutagendir və şəhər atmosferində onlara təsadüf edilmir. Bu
birləşmələrə əsasən halogenli metan, etan, propan, xlorargenlər, xlorlu
aromatik birləşmələr, qaz halında olan oksigenli birləşmələr və
tərkibində azot olan birləşmələr aiddir.
Diqqəti cəlb edən məsələlərdən biri və əsası təhlükəli qaz halında
olan çirkləndiricilərdir. Çünki onların havada və örtülü oltaqlarda qala
bilmək təhlükəsi var. Bunlara Radioaktiv qazlar, radon, formaldehid
buxarı misal ola bilər.
Benzol
Benzol təhlükəli çirkləndiricilərdən biridir. O rəngsiz, asan uçucu
məhlul halında maddədir. Molekul formulu C
6
H
6
olmaqla heksaqonal
strukturaya malikdir və bir neçə hibrid halıda mövcuddur. Benzolda
ikiqat rabitələrin təbiəti sabitdir, reaksiya girmə qabiliyyəti nisbətən az
olan birləşmədir. Kimyəvi əlaqənin uzunluğu C-C 1,39 A
0
, C-H
əlaqəsinin uzunluğu 1,08 A
0
bərabərdir.
Benzolun fiziki xassələri aşağıda göstərilir:
Ərimə temperaturu, C
0
5,553
Qaynama temp., C
0
80-100
Sıxlığı 25
0
C-də, q/ml
0,8737
Buxar təzyiqi 26,075
0
C-də, mm
HgC100
İşıq sındırma əmsalı P
d
25
1,49792
Özlülüyü (mütləq) 20
0
C, Pa
0,6468
Kritik təzyiqi, Atm
48,6
Kritik sıxlığı, q/ml
0,300
Bağlı qabda alovunun temp., C
0
11,1
Havada alovunun temp., C
0
538
Ərimə istiliyi, kkal/mol
2,351
Buxarlanma istiliyi kkal/mol
80-100
0
C-də 8,090
Daimi təzyiqdə yanma istiliyi (C
6
H
6
məhlulu, H
2
O
və qaz halında CO
2
), kkal/q
9,999
Suda həll olması, 25
0
Cq/100 q
0,180
Adi şəraitdə benzol kimyəvi reaksiyalara girmir, lakin buna
baxmayaraq benzol kimya sənayesində mühüm xammaldır. Bundan
149
etilbenzol, fenol, tsikloheksan və malein anhidridinin alınmasında
istifadə edilir.
Xam neftin distilləsi zamanı benzol alınır. Bildiyimiz kimi benzol
da benzinin ən mühüm kompanentlərindən biridir.
Benzolun atmosferdə reaksiya qabiliyyəti çox aşağıdır. İşıq
dalğasının uzunluğu 2800 Å artıq olduqda benzol fotolizə uğramır.
Benzol suda azda olsa həll olur. Buna görə də su ambarlarında onun
yüksək konsentrasiyasıda olması qeydə alınmışdır.
Ətraf mühitin benzolu çıxarmaq üçün bakterialarla parçalanma
üsulundan istifadə olunur.
Vinilxlorid
Vinilxlorid (CH
2
=CHCl) rəngsiz, şirintəhər iyli, qaz halında
maddədir. 0,13,4
0
C qaynayır, buxarının təzyiqi 25
0
C, 2600 mm civə
stununa bərabərdir. Qızdırıldıqda vinilxlorid asanlıqla parçalanır və
fosgen əmələ gətirir, suda az həll olur.
İş otağında onun yolverilməz konsentrasiyası 8 saat ərzində 1 mln.
-
1
, 15 dəqiqə ərzində isə 5 mln hesab olunur. ABŞ-nın ətraf mühitin
mühafizəsi agentilyi vinilxloridi xüsusi təhlükəli çirkləndirici
maddələrə aid edir.
Vinilxlorid konsentrastiyası 1 mln.
-1
-dən artıq olduqda onun təsiri
altında işçilərdə qaraciyərin anqiosərkoması xəstəliyi əmələ gəlir. Bir
sıra tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, vinilxlorid rak
xəstəliyinin bir neçə formasının əmələ gətiricisidir. Ona görə də atılan
qazlar içərisində vinilxloridin miqdarı 10 mln.
-1
artıq olmamalıdır.
Vinilxloridi
1,2-dixloretanın
dexlorlaşmasından,
etilenin
xlorlaşmasından və yaxud etilenin oksixlorlaşması ilə almaq olur:
2CH
2
= CH
2
+ 2Cl
2
2CH
2
Cl- CH
2
Cl
2CH
2
= CH
2
+ O
2
+ 4HCl
2CH
2
Cl- CH
2
Cl+ 2H
2
O
CH
2
Cl- CH
2
Cl
CH
2
= CHCl+ HCl
150
Vinilxlorid istehsalı zamanı atılan tullantıların miqdarı ildə 100
min. tonla qiymətləndirilir. Bu tullantıların 90% polivinil xlorid
istehsalı zamanı əmələ gəlir.
Ətraf mühitdə vinilxloridin konsentrasiyası 5 tr.ln
-1
bərabərdir.
Vinilxlorid fotokimyəvi reaksiyalarda iştirak edə bilir. Bu da
atmosferin çirklənməsində mühüm rol oynayır. Vinilxloridin
atmosferdə oksidləşmə məhsullarına formaldehid, qarışqa turşusu və
hidrogen-xlorid aiddir.
151
ƏTRAF MÜHĠTĠN RADĠOAKTĠV
ÇĠRKLƏNMƏSĠ
Radioaktivliyin mənbəi əsasən ərzaq məhsulları olub, aşağıdakı
sxem üzrə yayılır: atmosfer-külək,-yağış-torpaq-bitkilər-heyvanlar-
insan.
Günəşdə gedən yanma prosesi nəticəsində milyon dərəcə istiliklə
bərabər radioaktiv şüalar əmələ gələrək yer kürəsində radiasiya
mənbəinə çevrilir və təbii radiasiya yaradır. Digər tərəfdən Yer planeti
yaranarkən radioaktiv elementlərin parçalanma məhsulları üzvi və
qeyri-üzvi aləmdə toplanaraq radiasiya mənbəinə çevrilmişdir. Odur
ki, planetimizin hər yerində radiasiya mövcud olub, yerlərdən asılı
olaraq 10 dəfə az və ya çox miqdarda qeyd edilməkdədir.
Radioaktiv mənbələr (bunlara radionuklid deyilir) təbii və süni
olmaqla iki qrupa ayrılır: birinci qrup radionuklidlər kosmogen olub
3
H,
7
Be,
14
C,
22
Na,
24
Na radioaktiv izotoplardan ibarətdir; ikinci qrup
radionuklidlər ətraf mühitin çirklənməsi zamanı mövcud olmaqla
40
K,
238
U,
232
Th izotoplarından ibarətdir.
İlk dəfə insanlar tərəfindən kəşf olunan radionuklid Radiumdur.
Onu 1898-ci ildə Mariya Küri Skladovskaya və həyat yoldaş Pyer Küri
Uran filizindən aldılar. Bu kəşfə görə onlara 1903-cü ildə Nobel
mükafatı verildi.
İkinci süni radionuklid – Radon 1908-ci ildə alman alimi Ramzay
tərəfindən sintez edildi. Bu radioaktiv təsirsiz qazın
26
Rn
izotopu
müalicə məqsədilə (radon vannaları) istifadə olunmasına baxmayaraq,
orqanizmdə hüceyrələrin funksiyasını poza bilir.
Radon orqanizmə inqalyasiya yolu ilə daxil olur. İnsanlar radonla
daimi təmasda olur. Kərpic və daş binalar, əsasən zirzəmi və birinci
mərtəbə radonla zəngin olur. Tikinti materiallarının radioaktivliyi (mk
3b/il hesabı ilə ) aşağıdakı kimidir: ağac materialı-0; əhəng daşı və
qum 0-100; kərpic, beton – 100-200; təbii daş, gips 200-400; qranit
400-2000. Radonun ən çox mövcud olduğu yerlərdən biri də sudur.
İnsanların istehsal fəaliyyəti nəticəsində, faydalı qazıntıların
çıxarılması və emalı, üzvi yanacaqların yandırılması, mineral
gübrələrin istehsalı zamanı atmosfer radionuklidlərlə zənginləşir və
daimi dəyişir.
152
Nüvə enerjisinin əldə olunması ilə bərabər insanlar tərəfindən xeyli
miqdarda radioaktiv mənbələr təbiətə yayılır.
Atom bombalarının sinağı zamanı, istər quruda istərsədə suda, atom
elektrik stansiyalarının qurulması zamanı biosfer çirklənir və bunun
ağır nəticələri hiss olunmaqdadır.
Süni sintez olunan radionuklidlər 21 olub, onlardan 8-i əhalinin
şüalanma mənbəi kimi qeyd olunmaqdadır:
14
C,
137
Cs,
90
Sr,
89
Sr,
106
Rn,
144
Ce,
131
İ,
95
Zr.
Radioaktiv maddələr əsasən 3 yolla orqanizmə daxil olur: a)
radioaktiv maddə ilə çirklənmiş hava ilə tənəffüs etməklə; b) su və
qida məhsulları ilə mədə-bağırsaq vasitəsilə; c) dəri vasitəsilə.
Süni radioaktiv maddələrdən ən təhlükəlisi yaşama müddəti çox
olan
90
Sr,
137
Cs və «qısaömürlü»
131
İ izotopları hesab olunur. Hazırda
onların orqanizmə daxil olma, yayılma, toplanma və xaric olma prosesi
yaxşı öyrənilmişdir. İnsan orqanizminin radioaktiv məhsullardan
qorunması əsas profilaktiki tədbir hesab olunur.
Orqanizmə daxil olan radioaktiv maddələr aşağıdakı sxem üzrə
yayılır: biomolekullar – hüceyrə möhtəviyatı-hüceyrə-toxuma-
orqanizm.
Şualanmaya daha həssas olan hüceyrələrin orqanellarıdır.
Məməlilərdə hüceyrənin nüvəsi və mitoxondrilər ən az şüalanmadan
tez zədələnir. Bu zaman hüceyrələrdə gedən oksidləşmə, fosforlaşma
prosesi pozulur, nukleoproteidlərin fiziki-kimyəvi xassələri dəyişir və
bunun nəticəsi olaraq DNT-nin (dezoksinuklein turşusu) kəmiyət və
keyfiyyət dəyişikliyi baş verir. Bundan başqa hüceyrə mem-
branlarında K
+
, Na
+
ionlarının mübadiləsi pozulur.
Şüalanma çox olduqda bütün növ mütasiya dəyişgənliyi baş verir:
genomik mutasiya-xromosom cütlərinin sayı dəyişir; xromosom
mutasiyası – xromosomla rın miqdarı və quruluşu dəyişir; gen
mutasiya – genlərin molekulyar quruluşu dəyişir və bunun nəticəsi
olaraq bioloji aktiv olmayan zülallar sintez olunur.
Hüceyrələrin radioaktiv zədələnməsinin üç mərhələsi nəzərdə
tutulur:
Birinci
mərhələdə
makromolekulların ionlaşması və
həyəcanlanması baş verir ki, buna fiziki mərhələ də deyilir. Bu zaman
enerjinin udulması aminturşuların zəif rabitələrində (-SH qruplarında,
xromofor timin qruplarında və lipidlərdə ikiqat rabitələrdə) həyata
153
keçirilir.
İkinci mərhələdə kimyəvi çevrilmələr baş verdiyindən, bu zaman
zülalların, nuklein turşularının, lipidlərin radikalları su molekulları və
oksigenlə qarşılıqlı təsirdə olurlar. Bu da öz növbəsində peroksid
birləşmələrin əmələ gəlməsi ilə yanaşı, oksidləşmə prosesini
sürətləndirərək molekulların dəyişməsi baş verir. Nəticədə bioloji
membranların quruluşu dəyişir, dağılma prosesi sürətlənir, fermentlə-
rin funksiyası dəyişərək onların aktivliyi dəyişir.
Üçüncü mərhələdə biokimyəvi dəyişiklər baş verir. Bu zaman bir
fermentin aktivliyi azalaraq, digərinin aktivliyi həddindən çox artır.
Nəticədə lazımı molekulların sintezi ləngiyərək biokimyəvi proseslər
getmir. Bu mərhələdə, həmçinin fosforun oksidləşməsi getmir. 100 rad
şüalanmadan 20-30 dəqiqə sonra bu proses baş verir ki, bu zaman
həyat fəaliyyətinin əsas tənzimləyicisi olan adipin tri fosfat (ATF)
molekulunda genləşmə sistemi dağılır.
Radiasiyaya həssas olan molekullardan biri də Dezoksirubenuklein
turşusu (DNT) və onun kompleksləridir. Ehtimal olunur ki, bu zaman
əsas etibarı ilə zülal-zülal və zülal DNT əlaqəsi dağılır.
Orqanizmin tam şüalanması zamanı skelet əzələlrində, qaraciyərdə
və digər toxumalarda qlikogenin miqdarı aşağı düşür. Bundan başqa
qlikozanın parçalanması prosesi - qlikoliz də pozulur.
Şüalanma zamanı lipidlərdə sürətli oksidləşmə prosesi nəticəsində
aşağıdakı reaksiya ilə müşayət olunan peroksidlərin əmələ gəlməsi
prosesi baş verir. ROOH
R – və ROOH
ROO- çevrilməsi
baş verərək ilkin radikallar yaranır, bu radikallar da öz növbəsində
oksidləşərək peroksidlər əmələ gəlir:
R- + O
2
RO
2
- və ROO- + RH
ROOH + R-
Proses zəncirvari olduğundan sürətli baş verir və hüceyrələrin məhv
olması ilə nəticələnir.
Orqanizm şüalanmaya məruz qaldıqda lipidlərin miqdarının
azalması ilə yanaşı, onların qanda, qara çiyərdə və digər toxumalarda
paylanması pozulur.
Radioaktiv maddələrin orqanizmdə yayılması xüsusiyyətləri əsasən
üç qrupla xarakterizə olunur:
1. Skeletlərdə toplanan izotoplar – buraya stronsium barium və
154
radiumun radioaktiv izotopları daxildir.
2. Qara çiyərdə toplanan izotoplar - buraya serium, lantan,
plutonium və digər aktinoidlərin izotopları daxildir.
3. Orqanizmdə bərabər paylanan radioaktiv izotoplar buraya hidrogen,
karbon, təsirsiz qazlar, dəmir və digər elementlərin radioaktiv izotopları
daxildir. Bunlar da orqan və toxumalarda sellektiv olaraq toplanırlar.
Məsələn, kalium, ribidium, sezium əzələlərdə, niobium, rutenium dalaxda,
böyrəküstü vəzdə, limfa düyünlərində daha çox toplanırlar. Radioaktiv
yod isə əsasən qalxanabənzər vəzdə toplanır və onun bədxassəli şiş əmələ
gətirməsinə səbəb olur.
Yuxarıdakıları analiz etdikdə radioaktiv çirklənmədən qorunmaq
üçün aşağıdakı profilaktiki tədbirlər alınmalıdır: təbii ekran kimi Bizi,
Günəşdən gələn radioaktiv kosmik şüalardan qoruyan Yer atmosferinin
qorunması; radioaktiv elementlərin çıxarılması, istehsalı tətbiqi və
saxlanması zamanı yüksək təhlükəsizlik texnikasına əməl olunması.
Radionuklidlərin orqanizmdə toplanmasının qarşısını almağın
yollarından biri də düzgün qidalanmadır. Bu zaman orqanizmə daxil
olan və yarım parçalanma dövrü 10 ildən çox olan radionuklidlərin
toplanması və miqrasiyası aradan qalxır.
Radioaktiv zədələnmələrə həssas olan toxumalar – onurğa beyni və
sümüklər bəd xassəli şişlərin əmələ gəlmə riskinə görə ilkin yerlərdən
birinə sahibdir.
Tədqiqatlar göstərmişdir ki, qida rasionu balıq məhsulları,
kalsiumla, flüorla zəngin qidalar, antioksidant xassəli A, E, C
vitaminləri, eləcə də tam mənimsənilməmiş karbohidratlar (pektin)
orqanizmdə baş verə biləcək onkoloji xəstəliklərin riskini azaldır. Bu
cür qidalanma əsas profilaktiki tədbirlərdən biri olub ağır metalların və
digər zəhərli maddələrin orqanizmdə toplanması və miqrasiyasının
qarşısını almaqla, onların orqanizmdən kənar olmasını sürətləndirən
bir vasitədir.
Ətraf mühitin radioaktiv çirklənməsi prosesi əsasən 1940-1950-ci
illərdən başlayaraq yarandı. Bu illərdə atom bombasının hazırlanması
və tətbiqi (avqust, sentyabr 1945-ci il Naqasaki və Xerosima şəhərləri
– Yaponiya) nəticəsində antropogen radiasiya yarandı. Nüvə
silahlarının təkmilləşməsi, quruda və suda nüvə sınaqlarının
keçirilməsi tələbi yarandığından, planetimiz radionuklidlərdə zəngin-
155
ləşməyə başladı.
Təbii radioaktiv filizlərin çıxarılması, onların yenidən işlənərək
Uran-235-in ayrılması, Atom elektrostansiyaların (AES) istifadəyə
verilməsi, bütün bunlar bilavasitə yer qabığında və atmosferdə
radioaktiv izotopların yayılmasına səbəb oldu.
Bu dövrə qədər planetimizdə təbii olaraq radiasiya fonu mövcud idi
və canlı orqanizmlər bu fona adaptasiya olunmuş hesab edilirdi.
XX əsrin ortalarından başlayaraq radiasiya fonu bir neçə dəfə
artmağa başladı. Digər tərəfdən insanların radioaktiv şüalarla
şüalanması rentgen diaqnostikanın yaranması nəticəsində də baş
vermiş oldu.
Radioaktivlik vahidi kimi Bekkerel (Bk) qəbul edilmişdir ki, bu da
bir saniyədə nüvə parçalanmalarının sayı ilə ölçülür.
Radioaktivliyi həmçinin Küri (Ki) ilə də göstərirlər 1Ku=3,7
10
10
dağılma /saniyə, 1Bk=2,7
10
-11
Ku. Son zamanlar ekspozisiya dozası
kimi rengen vahidindən də istifadə olunur.
1 Rentgen
- şüalanma 1 sm
3
havada 2,08
10
8
çüt ion əmələ
gəlməsilə ölçülən şüalanmaya bərabərdir.
Təbii radiaktiv fon kosmogen və geogen yolla yaranır. Yer kürəsi
daimi olaraq proton və neytron bombardmanına məruz qalır. Kosmik
şüaların təsirindən atmosfer azotu və hidrogeni dəyişərək
3
H,
14
C,
7
Be
və
10
Be kimi radionuklidlərin əmələ gəlməsinə səbəb olur.
Məsələn, azot atomunun nüvəsi kosmik neytronların bombardmanı
nəticəsində
14
C izotopu əmələ gəlir.
14
7
N+
1
o
P
14
6
C +
1
1
H
Bu zaman əmələ gələn
14
6
C izotopunun yarımparçalanma dövrü
5730 il olub aktivlik cəmi isə 8,5
10
18
Bk-lə bərabərdir.
Eyni zamanda atmosfer azotunun nüvəsi günəşdən gələn kosmik
protonlarla bombardman edildikdə aşağıdakı çevrilmə baş verir.
14
7
N +
o
1
P
2
7
4
Be
7
4
Be izotopunun yarımparçalanma dövrü 53 gün olub yağış
vasitəsilə milyon tonlarla yer qabığına çökür. Bu zaman yağış suyunun
ümumi aktivliyi 700 Bk/m
3
bərabər olur.
156
Geogen mənşəli radioaktiv izotoplar təxminən 300 olub, onlardan
ən çox yayılanı
40
K izotopudur. Onun yarımparçalanma dövrü 1,32
10
9
il olub, radioaktiv izotopların 0,0119%-ni təşkil edir. Bu izotopun
radiokimyəvi parçalanması iki istiqamətdə gedir. Birinci istiqamət
-
parçalanma olmaqla izotopun 89%-ni əhatə edir.
40
K
40
Ca +
İkinci istiqamət zamanı
40
K izotopu elektron udaraq arqon
elementinə çevrilir:
40
K + e
40
Ar +
Geogen radionuklidlərdən Uran və Torium yer qabığında az və
səpələnmiş halda yayılsada (Uranın klarkı - 2,6
10
-40
%, Toriumunki
isə 1,6
10
-40
%) canlı varlıqlarda onların miqdarı 8 mqr/kq təşkil edir.
Çay sularında Uran və Toriumun miqdarı 0,3
0,5 mkq/l olur və hər il
okean və dənizlərə 70 ton Uran, 189 ton Torium axıdılır.
Dostları ilə paylaş: |