Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix03.02.2017
ölçüsü1,71 Mb.
#7578
1   ...   8   9   10   11   12   13   14   15   16

 
LABORATORĠYA ĠġĠ №5 
 
Laboratoriyada SO
2
 miqdarının təyini 
 
Avadanlıqlar:1)  uducu  şüşələr;  2)  axacaq  kranı  olan  şüşə  qab 
(aspirator); 3) rezin boru. 
Reaktivlər: 1) yod (0,0001%-li); 2) 0,3%-li nişasta məhlulu. 
Bu  üsul  SO
2
  qazı  vasitəsilə  sərbəst  yodun,  hidrogen  yodidə 
çevrilməsinə əsaslanır. 
 
J
2
+H
2
O+SO
2


SO
3
+2HJ 
 
İşin  gedişi:  Uducu  qaba  1  ml  miqdarında  yod  məhlulu  və  0,3% 
nişasta  məhlulu  tökülür.  Dibinə  yaxın  yerdə  kranı  olan  və  üzərində 
şkalası olan (şəkil 1) qaba su doldurularaq qurğu quraşdırılır.  
 

 
168 
 
Şəkil 1. 
 
Qabın  kranını  açaraq  içərisindəki  su  dəqiqədə  10  ml  olmaqla 
boşaldılır.  Məqsəd  su  boşaldıqca  havanı  sormaqdır.  Təcrübə  uducu 
kamerada  (a)  rəngin  dəyişməsinə  qədər  davam  etdirilir.  Boşaldılan 
suyun  həcmi,  sorulan  qazın  həcminə  bərabər  olduğundan  nə  qədər 
hava  istifadə  edildiyi  məlum  olur.  Cədvəldən  istifadə  edərək  havada 
SO
2
-nin miqdarı tapılır. 
 
Havanın həcmi 
ml-lə 
SO
2
-nin qatılığı 
mq/m
3
 
Havanın həcmi 
ml-lə 
SO
2
-nin qatılığı 
mq/m
3
 
10 
320 
100 
32 
20 
160 
110 
29 
30 
107 
120 
27 
40 
80 
130 
24 
50 
64 
140 
22 
60 
53 
150 
20 
70 
46 
200 
16 
80 
40 
250 
12 
90 
35 
300 
10 
 
 

 
169 
LABORATORĠYA ĠġĠ №6 
 
Atmosfer yağıntılarında həll olan və həll olmayan bərk maddələrin 
ümumi kütləsinin təyini 
 
Ləvazimatlar:  1)  şüşə  və  ya  plastik  qab.  Qabın  ağzının  sahəsi  50 
sm
2
-dən az olmamalıdır, 2) kimyəvi stəkan; 3) ölçü silindiri-menzurka; 
4) quruducu şkaf; 5) analitik tərəzi. 
Yağıntının  toplanması.  Qar  və  ya  yağış  şəklində  atmosfer 
yağıntısını  toplamaq  üçün  təmiz  şüşə  və  ya  plastik qab  götürülərək  2 
metr hündürlükdə qoyulur. Yağıntını çox götürmək üçün plastik vedrə 
və  ya  vannadan  da  istifadə  etmək  olar.  Qab  açıq  havada  qoyulur. 
Mümkün qədər nümunə həmin gün analiz edilməlidir. 
Analizin  gedişi:  təmiz  və  quru  kimyəvi  stəkan  analitik  tərəzidə 
dəqiq  çəkilir.  Nümunədən  100  ml  götürülərək  stəkana  tökülür  və 
quruducu  şkafda  100-110
0
C-də  buxarlandırılır.  Tam  qurudulduqdan 
sonra stəkan qalıqla birlikdə çəkilərək çöküntünün miqdarı tapılır. 
Alınan  rəqəm  vasitəsilə  1  m
2
  sahəyə  düşən  yağıntıda  bərk 
hissəciklərin miqdarı hesablanır. 
 
 
 
LABORATORĠYA ĠġĠ №7 
 
Ġstixana effektinin müĢahidə edilməsi 
 
Ləvazimatlar:  1)  şəffaf  plasmas  yeşik  və  ya  akvarium  (hökmən 
qapağı  olmalıdır);  2)  çiləyici;  3)  termometr  (oturacaqlı);  4)  elektrik 
lampası; 5) tünd rəngli torpaq; 6) açıq rəngli  torpaq. 
Təcrübənin  gedişi:  1)  Götürülmüş  qaba  –3  sm  qalınlığında  tünd 
rəngli torpaq tökülür. 
2) torpaq pulverizatorun köməyi ilə nəmləndirilir. 
3) kartondan termometr üçün oturacaq düzəldilir. 
4) termometr torpağa sancılaraq bərkidilir. Bu şərtlə ki, kürə hissəsi 
yuxarıda olsun. Bundan sonra qab qapakla örtülür. 
5)  elektrik  lampası  qabdan  20-30  sm  aralıda  elə  qoyulur  ki, 
termometrin kürə hissəsinə işıq düşsün. 

 
170 
6)  lampanı  işə  salaraq  qabdakı  temperaturun  otaq  temperaturuna 
bərabərləşməsinə qədər gözləməkdir. Alınan temperatur jurnalda qeyd 
edilir. 
7) qabın qapağını açmadan, lampa söndürülür və hər 20 dəqiqədən 
bir temperatur ölçülərək qeyd edilir. 
8)  lampa  təkrar  işə  salınır  və  qabdakı  temperatur  otaq  temperaturu 
ilə eyniləşdirilir. Torpaq yenidən nəmləndirilir. 
9)  qrafiq  qurularaq  ordinat  oxu  üzərində  temperatur,  absiss  oxu 
üzərində isə zaman qeyd edilir. 
10)  tünd  torpağı  açıq  torpaqla  əvəz  edərək  təcrübə  olduğu  kimi 
təkrar edilir. 
Nəticə aşağıdakı cədvəl vasitəsilə qeyd edilir. 
 
S.n. 
Zaman, dəqiqə 
Temperatur,
0

Qapaqsız 
Örtülü halda 

 
 
 

 
 
 

 
 
 

 
 
 

 
 
 
20 
 
 
 
 
Aşağıdakı suallar cavablandırılır: 
1. Qabın ağzı qapandıqda temperaturun qalxmasını izah edin. 
2.  Müşahidə  olunan  prosesi  yerin  «istixana  effekti»  ilə  müqaisə 
edin. 
3.  Temperatur  əyriləri  tünd  və  açıq  rəngli  torpaqlar  üçün  necə 
fərqlənir? 
4. Buludluluğun artması havanın temperaturuna necə təsir göstərir? 
 

 
171 
LABORATORĠYA ĠġĠ №8 
 
Atmosfer çöküntülərinin turĢu-əsasi xassələrinin təyini 
 
Avadanlıqlar: 1) ionomer və ya pH metr; 2) şüşə elektroq ESL-43-
07;  3)  gümüş  xloridlə  doydurulmuş  elektrod;  4)  laboratoriya 
termometri 10-50
0
C; 5) ölçü menzurkası; 6) 50 və  100  ml-ik kimyəvi 
stəkanlar; 7) süzgəc kağızları. 
Reaktivlər:  1)  kalium  xlorid  duzu  –  kimyəvi  təmiz;  2)  bufer 
məhlulları hazırlamaq üçün standart titrlər; 3) distillə edilmiş su. 
Analiz  üsulunun  mahiyyəti  ondan  ibarətdir  ki,  selektiv  şüşə 
elektrodu  ilə  gümüş  xlorid  elektrodu  arasındakı  potensiallar  fərqi 
ölçülür  və  distillə  suyunda  hesablandıqdan  sonra  qeyd  edilir.  Analiz 
edilən  atmosfer  çöküntüsü  istifadə  edilməklə  bir  neçə  dəfə,  həmin 
qayda  ilə  ölçülür  və  müqaisə  edilərək  hidrogen  ionlarının  miqdarı 
hesablanır. 
Nümunənin götürülməsi və təyini. Atmosfer çöküntüsü (qar və ya 
yağış) götürüldükdən sonra laboratoriya mühitində 6 saat saxlandıqdan 
sonra  analiz edilməlidir. 
pH metr standart bufer  məhlulları ilə nizamlanır. Bu  əməliyyat hər 
gün aparılmalıdır. 
Elektrod  cütləri  analiz  ediləcək  suya  salınır  və  əqrəbin  tam 
sakitləşməsindən sonra qiymət qeyd edilir. İş zamanı pH metr 6,86 pH-
ı  olan  bufer  məhlulu  ilə  nizamlanmalıdır.  Əgər  fərq  0,04-dən  çox 
olarsa nizamlanma təkrar olunmalıdır. Hər ölçmədən sonra pH metrin 
elektrodu  distillə  suyu  ilə  yuyulmalı  və  süzgəc  kağızı  ilə  qu-
rulanmalıdır. 
Ölçmə  yerinə  yetirildikdən  sonra  qar  və  ya  yağış  suyunun  pH-ı 
qeyd edilərək atmosferin turşu və qələvi xassəsi aşkarlanır. 
PH=7 neytral olduğundan pH

7 qələvi, pH

7 isə turşuluğu göstərir. 
pH

5,6 olduqda turşuluğun olması qəti olaraq təsdiq edilir. 
 

 
172 
LABORATORĠYA ĠġĠ №9 
 
Havada olan qaz qarıĢıqlarının analizi 
 
Böyük  şəhərlərin  havası  müxtəlif  yanma  prosesləri  nəticəsində 
atmosferə buraxılan toz hissəcikləri və qaz qarışıqları vasitəsilə çirklənir. 
Hesablamalar  göstərmişdir  ki,  il  ərzində  ətraf  mühitə  100  milyon  ton 
bərk maddə hissəcikləri, 150 milyon ton SO
2
, 300 milyon ton dəm qazı 
– CO və 50 milyon ton azot oksidləri buraxılır. 
Bərk və maye yanacaqlar yandırılarkən kanserogen xassəli aromatik 
karbohidrogenlər  əmələ  gəlir.  Bunların  içərisində  3-4  benzopiren 
C
20
H
12
  ən  güclü  kanserogen  maddə  sayılır.  Onun  havada,  suda  və 
torpaqda  Yolverilə  bilən  miqdar  qatılığı  (YMQ)  0,015  q/m
3
  nəzərdə 
tutulmuşdur. 
Kimya  sənayesinin  atmosfer  tullantılarının  tərkibi  təxmini  olaraq 
aşağıdakı kimidir: 
NO,  NO
2
,  NH
3
,  HCl  qazı,  Cl
2
,  P
2
O
5
,  HF  qazı,  CO,  H
2
O,  H
2
S,  Hg 
buxarları,  CH
3
OH,  C
2
H
2
,  CS
2
,  asetaldehid  CH
3
COH,  CH
3
COOH, 
duda,və müxtəlif gübrə tozları. 
Hava  hövzəsinin  çirklənməsini  azaltmaq  üçün  yanacağın  tam 
yanmasına şərait yaradılmalıdır ki, aralıq məhsullar alınmasın. Çünki, 
aralıq  məhsulların  reaksiyaya  girmək  qabiliyyəti  daha  yüksək 
olduğundan biosfer üçün təhlükə mənbəinə çevrilir. 
İnsanlar  təmasda  olduqları  bir  sıra  qazları  xarakter  iylərinə  görə 
fərqləndirə bilirlər ki,  bu orqanometrik üsul adlanır. 
Hidrogen  sulfid,  xlor  qazı,  ammonyak,  kükürd-4  oksid,  fosfor 
oksidləri,  merkaptanlar,  aminlər  və  b.  xarakter  iyə  malikdirlər.  Dəm 
qazı iysiz və rəngsiz olduğu üçün çox təhlükəli zəhər hesab olunur. O 
qanın  tərkibindəki  hemoqlobin  dəmiri  ilə  birləşərək  karbonil 
kompleksi  Fe(CO)
5
  əmələ  gətirərək  hemoqlobinin,  oksigen  daşıyıcısı 
funksiyasını sıradan çıxarır. Nəticədə insan yuxuya gedərək ölür. 
Odur  ki,  havada  qaz  qarışığının  varlığını  analitik  metodla  təyin 
etmək lazım gəlir. 
İstifadə  olunan  ləvazimatlar:  1)  müxtəlif  indiqator  hopdurulmuş 
süzgəc  kağızları;  2)  yod-nişasta  məhlulu;  3)  qurğuşun  asetat 
hopdurulmuş kağız. 

 
173 
Qeyd:  indiqator  hopdurulmuş  kağızlar  təzə  olmalı  və  xüsusi  ağzı 
örtülü qablarda saxlanılmalıdır. 
Bu  üsulla  havanın  analizinin  nəticələri  aşağıdakı  cədvəl  əsasında 
standart məlumatlarla tutuşdurulmalıdır. 
 
İndiqator kağızların və reaktivlərin təsir mexanizmi 
 
Kağız 
Qazlar 
Alınan rəng 
Qırmızı lakmus 
NH
3
 
Göy rəngə boyanır 
Qırmızı lakmus 
NO, HCl, H
2
S, SiF
4
, SO
2
, CO
2
 
Rəng dəyişmir 
Göy lakmus 
HCl, H
2
S, NO
2
, NO, SiF
4
 
Rəng dəyişmir 
Göy lakmus 
SO
2
, CO
2
 
Qırmızı rəngə 
boyanır 
Yod-nişasta 
Cl
2
, Br
2
 
Göyərir 
Qurğuşun asetat 
hopdurulmuş kağız 
H
2

Qaralır 
 
Havada  qazların  miqdari  təyini  qravimetrik  üsulla  həyata  keçirilir. 
Havada CO
2
, SO
2
, NO
2
 miqdarı bu üsulla təyin edilə bilər. 
Qələvilərlə  duz  əmələ  gətirən  turşu  oksidlərinin  miqdarı  titrimetrik 
üsulla  tapılır.  Müəyyən  həcm-hava  NaOH  məhlulu  içərisindən  keçirilir. 
Alınan  məhlul,  titri  əvvəlcədən    məlum  olan  turşu  vasitəsilə 
neytrallaşdırılır  və  alınan  duzun  miqdarına  əsasən  havadakı  turşu 
anhidridinin miqdarı tapılır. 
 
 
LABORATORĠYA ĠġĠ №10 
 
 
Torpağın analizi 
 
 
Kənd  təsərrüfatının  nəzəri  və  praktiki  məsələlərinin  həlli  torpağın 
quruluşu  və  tərkibindən  çox  asılıdır.  Torpaqların  kimyəvi  tərkibinin 
xarakteristikasının öyrənilməsi aqrotexniki tədbirlərin hazırlanmasında və 
ekoloji monitorinq zamanı böyük əhəmiyyət kəsb edir. 
Ətraf  mühitin  çirklənməsi  zamanı  torpaqlar  daha  çox  zəhərli 
maddələrin  akkumlyasiya  olunmasında  rol  oynayırlar.  Radionuklidlər, 

 
174 
ağır  metallar,  kənd  təsərrüfatı  ziyanvericilərinə  qarşı  istifadə  olunan 
zəhərli  maddələr,  pestisidlər,  defolyantlar,  herbisidlər  və  digər 
çirkləndiricilər  torpağa  hoparaq  onların  istifadəsi  zamanı  biosistemə 
böyük ziyan verir. 
Odur ki, torpağın analizi ekoloji və analitik kimyanın vacib sahələrdən 
biridir.  Məlumdur  ki,  çirkləndiricilər  qeyri-üzvi  və  ya  üzvi  maddələrdir. 
Torpağın analizi zamanı orada olan maddələrin təbiətindən asılı olaraq ilk 
növbədə həlledici seçilməlidir. 
Əgər  defolyantlar,  pestisidlər,  herbisidlər  təyin  olunarsa  deməli  üzvi 
həlledicilərdən  istifadə  edilməlidir.  Analitik  məqsədin  tələbindən  asılı 
olaraq  qarşıya  qoyulan  məsələ  əvvəlcədən  məlum  olmalı  və  bunun 
əsasında analiz başlanmalıdır. 
Torpaqda qeyri üzvi duzlar, ağır metallar təyin olunduqda isə həlledici 
kimi  sudan,  zəif  qələvi  və  zəif  turşu  məhlulundan  istifadə  etmək  lazım 
gəlir. 
Analiz  zamanı  torpaq  nümunəsi  hazırlanır.  Qarşıya  qoyulan  məqsədə 
görə  torpağın  üst,  orta  və  dərin  qatı  götürülür.  İlk  növbədə  torpaq 
nümunəsi  quru  olmalıdır.  O  həvəngdə  əzilməli  və  diametri  1  mm  olan 
ələkdən keçirilməlidir. 
Torpağın  tərkibində  olan  maddələrin  bir  qismi  suda  yaxşı  həll 
olduğundan,  narınlaşmış  torpaqdan  10  q.  götürülərək  0,5  litr  həcmi  olan 
təmiz  kimyəvi  stəkana  tökülür  və  üzərinə  400  ml  distillə  suyu  əlavə 
edilərək  təmiz  şüşə  çubuqla  1-2  dəqiqə  qarışdırılaraq  sərbəst  buraxılır.  5 
dəqiqədən  sonra  yenidən  1  dəqiqə  qarışdırılaraq  suzgəc  kağızı  vasitəsilə 
süzülür. Məhlulun analizi – məhlulla qələvi və qələvi torpaq metallarının 
həll  olan  duzları  və  suda  həll  olan  üzvi  maddələr  ola  bilər.  Həmin  kati-
onlar  xüsusi  reaktivlər  əsasında  vəsfi  təyin  olunur  və  ümumi  nəticə 
çıxarılır. 
Torpağın  duzluluğunu  təyin  etmək  üçün  məhluldan  100  ml  götürüb 
çəkisi əvvəlcədən  məlum olan təmiz kimyəvi stəkana tökülərək su və  ya 
qum  hamamında  buxarlandırılır.  Soyuduqdan  sonra  çəkilərək  quru 
kütlənin miqdarı  tapılır. 
Torpaqda  gözlənilən  duzlar  zəhərlilik  dərəcəsinə  görə  aşağıdakı  kimi 
sıralanır: Na
2
CO
3

NaHCO
3

NaCl

CaCl
2

 Na
2
SO
4

MgCl
2

MgSO
4

Duzlu  torpaqlarda  NaHCO
3
  sinergetik  effekt  yaradaraq  bitkilərin 
inkişafını  dayandırır.  Turş  torpaqlarda  Al
3+
,  Fe
2+
,  Mn
2+
  kationlarının 
duzları olduqda bitkilər üçün olduqca zərərlidir. 
Torpaqların  şorlaşma  dərəcəsinə  görə  təsnifatı  aşağıdakı  cədvəldə 

 
175 
göstərilmişdir: 
 
Şorlaşma dərəcəsi 
Şorlaşmanın növü, %-lə 
Xloridli 
Sulfatlı, 
xloridli 
Sodalı xloridli 
və sodalı-
xloridli 
Sodalı-sulfatlı 
və sulfatlı-
sodalı 
Şorlaşmış 
0,35 
0,5 
0,1 
0,15 
Zəif şorlaşmış  
0,1-0,3 
0,05-0,12 
0,1-0,15 
0,15-0,20 
Orta şoran 
0,2-0,34 
0,12-0,35 
0,15-0,30 
0,25 
Güclü şorlaşmış 
0,35-0,60 
0,35-0,70 
0,30-0,50 
0,35 
Həddindən çox  
şorlaşmış 
0,65 
0,75 
0,55 
0,6 
 
 
LABORATORĠYA ĠġĠ №11 
 
Torpaqlarda ümumi qələviliyin təyini 
 
Torpaqda  qələvi  metallar  hidrokarbonatlar  şəklində  olur.  Odur  ki, 
ümumi qələvilik HCO
3
-
 ionlarına görə təyin edilir. 
Lazım olan avadanlıqlar və reaktivlər: 
1. Təmiz 400 ml-ik kimyəvi stəkanlar. 
2. Həcmi 100 ml olan iki ədəd konusvari  təmiz kolba 
3. Süzgəc kağızı və qıf. 
4. Metiloranj indiqatoru. 
5. 0,01 normal H
2
SO
4
 məhlulu. 
6. Müxtəlif zonalardan götürülmüş torpaq nümunələri. 
İşin gedişi. Torpaq qurudulduqdan sonra həvəng vasitəsilə əzilir və 
50 q çəkilərək  təmiz kimyəvi stəkana tökülür. Üzərinə 200  ml distillə 
suyu  tökülərək  qarışdırılır  və  süzülür.  Süzüntü  100  ml  kolbalara 
köçürülərək  hər  birinə  1-2  damcı  indiqator  tökülür  və  0,01  n  H
2
SO
4
 
məhlulu ilə qızıl gül rəngi alınana qədər titrlənir. 
Ümumi qələvilik aşağıdakı düsturla hesablanır: 
 
W=0,00061

 V

 K

 20 
 
X=                        =0,2 

V

 K
ekv. 

HCO
-

W
¸1000
 
61 

 
176 
 
Burada  W  –  təyin  olunan  maddənin  kütlə  payı-%,  X-100  qr. 
torpaqda  təyin  olunan  maddənin  qramlarla  miqdarı–M
ekv
,  V–5  ml  su 
ekstraktına  sərf  olunan  0,01  n  H
2
SO
4
  məhlulunun  həcmi,  
K–H
2
SO
4
 məhlulunun titrinin düzəliş əmsalıdır. 
 
 
LABORATORĠYA ĠġĠ №12 
 
Torpaq nümunəsində sulfat ionunun qravimetrik üsulla təyini 
 
Lazım olan avadanlıqlar və reaktivlər: 
1. Təmiz kimyəvi stəkan-400 ml-lik 3 ədəd 
2. Torpağı xırdalamaq üçün həvənğ 
3. 10%-li 100 ml NH
4
OH məhlulu 
4. 10%-li 100 ml HCl məhlulu 
5. 10%-li 100 ml BaCl
2
 məhlulu 
6. 10%-li 00 ml H
2
SO
4
 məhlulu 
7. Metiloranj indiqatoru 
8. Analitik tərəzi 
9. 700
0
C istilik verən mufel peçi 
10. Odadavamlı forfor puta 
11. Quruducu eksikator 
12. Zamanı ölçmək üçün saat 
13. Analiz ediləcək torpaq nümunəsi 
14. Titirləmə büreti 
İşin  gedişi:  qurudulmuş  torpaq  nümunəsi  həvəng  vasitəsilə 
xırdalandıqdan  sonra  20  q  götürüb  təmiz  kimyəvi  stəkana  tökülərək 
üzərinə  200  ml  distillə  suyu  əlavə  edilir  və  bir  neçə  dəqiqə  yaxşıca 
qarışdırılır. 
Qarışıq  süzgəc  kağızı  vasitəsilə  təmiz  kimyəvi  stəkana  süzülür. 
Süzüntüdən 50 ml götürüb 200 ml-lik təmiz stəkana tökülür. Məhlulun 
üzərinə  bir  qədər  NH
4
OH  məhlulu  əlavə  edilərək  neytrallaşdırılır  – 
yəni pH-ı 7-yə çatdırılır. 
Alınan məhlul 10% HCl məhlulu ilə, metil qırmızışi indiqatorunun 
köməyi  ilə  qızıl  gül  rəngi  alınana  qədər  titrlənir  və  əlavə  olaraq  1  ml 

 
177 
HCl məhlulu əlavə edilir. 
Titrlənmiş  və  turşulaşdırılmış  məhlul  qaynadılır  və  üzərinə  10%-li 
BaCl
2
 məhlulu əlavə edilərək çökdürülür. 
Alınan çöküntü –3 dəqiqə qaynadılır və 2 saat isti yerdə saxlanılır. 
Alınan  çöküntü  qalın  süzgəc  kağızı  vasitəsilə  süzülür.  Süzmə 
prosesinin  sonunda  distillə  suyu  ilə  yuyulur  və  10%  HCl  məhlulu  ilə 
təkrar yuyulur. 
Qıfda olan süzgəc kağızı çöküntü ilə birlikdə qurudulur və çəkilir. 
Süzgəc  kağızının  çəkisi  əvvəlcədən  məlum  olduğundan  çöküntünün 
miqdarı  təyin  edilir.  Çöküntü  20-25  dəqiqə  ərzində  120
0

temperaturda qurudulmalıdır. 
SO
2-
4
 ionunun miqdarı aşağıdakı düsturla hesablanır: 
 
W=m

0,414

10 k H
2
O  
 
 
Burada:  m  –  BaSO
4
  çöküntüsünün  qramlarla  miqdarı,  0,414  
BaSO
4
-ə  görə  hesablamə  əmsalı,  W-SO
2-
4
  ionunun  kütlə  payı  %-lə, 
kH
2
O quru torpağa görə hesablanmış əmsaldır. 
100  q  torpaq  nümunəsində  olan  SO
2-
4
  ionunun  miqdarı  aşağıdakı 
düsturla hesablanır: 
 
W 100
Õ = 
48 0,31


 
 
LABORATORĠYA ĠġĠ №13 
 
Suyun analizi 
 
İstifadə  etdiyimiz  sular  ekoloji  çirklənməyə  məruz  qalır.  Odur  ki, 
suların  təmizlənməsi  son  illər  birinci  dərəcəli  problemə  çevrilmişdir. 
Hidrosferin  çirkləndiriciləri  bəhsində  bu  barədə  ətraflı  məlumat 
verilmişdir. 
Bütün  suları  təmizlilik  dərəcəsinə  görə  4  qrupa  bölürlər:  içməli 
sular, təbii sular; sənaye suları və çirkab suları. 
İçməli  suların  yararlılığı  müxtəlif  analizlərdən  sonra  təyin  edilir. 
Təbii  sular  heç  zaman  ekoloji  təmiz  olmur.  Bulaq  suları  müstəsnalıq 

 
178 
təşkil edir. 
Quru  qalıq.  Suda  həll  olan  üzvi  və  qeyri-üzvi  maddələrin  ümumi 
miqdarı quru qalıq adlanır. 
Suyu 100-120
0
C-də buxarlandırmaqla  quru  qalıq  alınır.  Quru qalıq 
mq/l-lə  ifadə  olunur  və  çay  sularının  əksəriyyəti  üçün  bu  rəqəm  100-
600 mq/l olaraq qəbul edilmişdir. 
Suyun codluğu və onun təyini. 
Suların tərkibində Ca
2+
 və Mg
2+
 kationlarının suda həll olan duzları 
olduqda  belə  sular  cod  su  adlanır.  Codluq  müvəqqəti  və  daimi  olaraq 
iki cür olur. Müvəqqəti cod sularda kationlar hidrokarbonatlar şəklində 
olur ki, belə su qızdırıldıqda codluq aradan qalxır: 
 
Ca(HCO
3
)
2
 


S
t
0
 CaCO
3
↓+H
2
O+CO

 
Mg(HCO
3
)



S
t
0
 MgCO
3
↓+H
2
O+CO

 
Daimi cod sularda isə Ca
2+
 və Mg
2+
 kationları sulfatlar, xloridlər və 
az  miqdarda  silikatlar  şəklində  olur  ki,  belə  suları  qızdırdıqda  codluq 
aradan qalxmır. 
Cod  sularda  yuma  prosesi  yaxşı  getmir,  su  qızdırıcılarının 
divarlarında  getdikcə  qalınlaşan  ərp  təbəqəsi  yaranır  ki,  bu  təbəqə 
əlavə  enerji  sərfinə və  su  çənlərinin tez xarab olmasına səbəb olur. 
Odur  ki,  texniki  suların  istifadəsindən  əvvəl  codluğu  aradan 
qaldırmaq lazımdır. 
Codluq  mq-ekv/l-lə  ölçülür.  Kalsium  ionunun  qram  ekvivalenti 
20,04  mq/l,  maqneziumun  qram  ekvivalenti  12,16  mq/l  olaraq 
götürülür.  Bu  rəqəmlərdən  istifadə  edərək  suyun  ümumi  codluğunu 
hesablamaq olar. 
Məsələn, suda 150,3 mq/l kalsium və 30,04 mq/l maqnezium ionları 
olarsa ümumi codluq aşağıdakı kimi hesablanır: 
 

ümumi
 = 
öì óì è
150,3
30,4
Ú


= 7,5+ 2,5= 10 ì ã.åêâ/ëèòð
20,04
22,16
10 mq. ekv/litr 
 
 
 

 
179 
ƏLAVƏLƏR  
Yaşayış məskənlərinin atmosfer havasında bəzi 
çikrləndirici maddələrin İVQ-si 
 
Maddələr 
M
ak
si
-
mu
m
 b
ir
-
d
əf
əlik
 
İVQ

mq
/m
3
 o
rt

su
tk
al
ıq
 
T
əh


lili
k
 si
n
fi
 
Azot dioksid 
0,085 
0,04 

Azot monooksid 
0,6 
0,06 

Akrolein  
0,03 
0,03 

Yağ aldehidi 
0,015 
0,015 

Ammonium nitrat 

0,3 

Alifatik aminlər C
15
-C
20
 
0,003 
0,003 

Amonyak 
0,2 
0,04 

Sirkə anhidridi 
0,1 
0,03 

Anilin 
0,05 
0,03 

Asetaldehid  
0,01 
0,01 

Aseton  
0,35 
0,35 

Barium karbonat (bariuma  
hesablanmaqla) 

0,004 

Zülal vitamin konsentrat 

0,001 

Benz(a)piren 

0,1 mkq/100m
3
 

Benzin  (neftdən,  az  kükürdlü,  karbona 
hesablanmaqla) 

1,5 

Şist benzini (karbona  
hesablanmaqla) 
0,05 
0,05 

Benzol  
1,5 
0,1 

Brom  

0,042 

Butan  
200 


Butadien-1,3 (divinil) 



Vanadium (V)oksid 

0,002 

Heksan 
60 


Dimetilamin  
0,005 
0,005 

Dixloretan  



Etilxlorid  

0,2 

Etilbenzol  
0,02 
0,02 

Etilen  



Etilen amin 
0,001 
0,001 

 

 
180 
Su obyektlərində bəzi zərərli maddələrin İVQ-si 
 
İnqredientin adı 
Təsərrüfat-içməli və 
mədəni-məişət su 
obyektləri 
Balıqçılıq təsərrüfatı üçün 
su obyektləri 
ZLG* 
İVQ 
ZLG 
İVQ 
Anilin 
Sanitar-
toksikoloji 
0,1 
Toksikoloji 
0,0001 
Amonyak 
Ümumi sanitar 
2,0 
«----» 
0,05 
Benzol 
Sanitar-
toksikoloji 
0,5 
«----» 
0,5 
Dixlordifeniltrixlor 
etan (DDT) 
Sanitar-
toksikoloji 
0,1 
«----» 
Yol 
verilmir 
Dəmir 
Orqanoleptik 
0,5 
«----» 

Kadmium 
Sanitar-
toksikoloji 
0,01 
«----» 
0,005 
Kerosin 
Orqanoleptik 
0,1 
«----» 

Mis 
Orqanoleptik 
1,0 
«----» 
0,001 
Arsen 
Sanitar-
toksikoloji 
0,05 
«----» 
0,005 
Neft (çox kükürdlü) 
Orqanoleptik 
0,1 
Balıq 
təsərrüfatı 
0,05 
Nikel 
Sanitar-
toksikoloji 
0,1 
Toksikoloji 
0,01 
Civə 
Ümumi sanitar 
0,05 


Qurğuşun 
Ümumi sanitar 
0,1 
Ümumi 
sanitar 
0,1 
Stirol 
Orqanoleptik 
0,1 
Orqanoleptik 
0,1 
Fenol 
Orqanoleptik 
0,001 
Balıq 
təsərrüfatı 
0,001 
Formaldehid 
Ümumi sanitar 
0,05 


Flüor 
Sanitar-
toksikoloji 
1,5 
Toksikoloji 
0,05 
Aktiv xlor 
Ümumi sanitar 
yox 


Xrom 
Orqanoleptik 
0,1 
Sanitar-
toksikoloji 
0,001 
Sianid 
Sanitar-
toksikoloji 
1,0 
Toksikoloji 
1,0 
Sink 
Ümumi sanitar 
1,0 
Toksikoloji 
0,1 
 

 
181 
*- zərərliliyin limitləşdirici göstəricisi (ZLG) 
 

 
182 
Torpaqda bəzi çirkləndirici maddələrin İVQ-si 
 
Maddə 
İVQ, mq/kq 
Maddə 
İVQ, mq/kq 
Manqan 
1500 
Bromfos 
0,4 
Arsen 

Perxlorvinil 
0,5 
Civə 
2,1 
 
 
Qurğuşun  
20 
P
2
O
5
 
200 
Xrom  
0,05 

-metilstirol 
0,5 
Benz(a) pren 
0,02 
Formaldehid 

 
Bəzi metalların insanda xəstəlik törədə bilən təbii  
miqdarları (mq/kq) 
 
Metal 
Dağ 
süxur-
larında 
Kömürdə 
Dəniz 
suyunda 
Bitkilərdə 
(quru 
çəkiyə) 
Heyvanlar-
da (quru 
çəkiyə) 
Kadmium 
0,2 
0,25 
0,0001 
0,1-6,4 
0,1-3 
Xrom 
100 
60 
0,00005 
0,3-4 
0,02-1,3 
Kobalt  
25 
15 
0,00027 
0,2-5 
0,3-4 
Qurğuşun  
12,5 

0,00003 
1,8-50 
0,3-35 
Civə 
0,08 

0,00003 
0,02-0,03 
0,05-1 
Nikel  
75 
35 
0,0045 
1,5-36 
0,4-26 
Gümüş  
0,07 
0,1 
0,0003 
0,97-0,25 
0,006-5 
Tallium  
0,45 
0,05-10 
0,00001 
1,0-80 
0,2-160 
Qızıl  
0,004 
0,125 
0,00001 
0-0,012 
0,007-0,08 
Vanadium  
135 
40 
0,002 
0,13-5 
0,14-2,3 
 
 
 
 
 
 

 
183 
Kimyəvi elementlər üçün qida məhsullarında 
İVQ, mq/kq məhsul 
 
Element 
Məhsulların növləri 
Balıq
 
Ət
 
S
üd
 
Ç
ör
ək

buğda
 
T
ər
əv
əz
 
Meyv
əl
ər
 
Ş
ir
əl
ər
 
Alüminium  
30,0 
10,0 
1,0 
20,0 
30,0 
20,0 
10,0 
Dəmir 
30,0 
50,0 
3,0 
50,0 
50,0 
50, 
15,0 
Yod 
2,0 
1,0 
0,3 
1,0 
1,0 
1,0 
1,0 
Kadmium  
0,1 
0,05 
0,01 
0,022 
0,03 
0,03 
0,002 
Mis 
10,0 
5,0 
0,5 
5,0 
10, 
10,0 
5,0 
Arsen 
1,0 
0,5 
0,05 
0,2 
0,2 
0,2 
0,2 
Nikel 
0,5 
0,5 
0,1 
0,5 
0,5 
0,5 
0,3 
Qalay 
200,0 
200,0 
100,0 

200,0 
100,0 
100,0 
Civə  
0,5 
0,03 
0,005 
0,01 
0,02 
0,01 
0,005 
Qurğuşun 
1,0 
0,5 
0,05 
0,2 
0,5 
0,4 
0,4 
Selen 
1,0 
1,0 
0,5 
0,5 
0,5 
0,5 
0,5 
Bismut  
0,5 
0,1 
0,05 
0,1 
0,3 
0,3 
0,2 
Flüor  
10,0 
2,5 
2,5 
2,5 
2,5 
2,5 
2,5 
Xrom  
0,3 
0,2 
0,1 
0,2 
0,2 
0,1 
0,1 
Sink  
40,0 
40,0 
5,0 
25,0 
10,0 
10,0 
10,0 
 
 
 
 
 
 
 
 
 
 

 
184 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin