Elman Mövsümov Laləzar Quliyeva


HEKSAXLORSĠKLOHEKSAN (HXSH)



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix03.02.2017
ölçüsü1,71 Mb.
#7578
1   ...   8   9   10   11   12   13   14   15   16

 
HEKSAXLORSĠKLOHEKSAN (HXSH) 
 
DDT  pestisid  kimi  istifadədən  kənarlaşdırıldıqdan  sonra,  digər 
xlorlu pestisid tətbiq edildi-heksaxlorsikloheksan C
6
H
6
Cl
6
. Bu pestisid 
dünyada  istifadəsinə  görə  yalnız  DDT-dən  geri  qalmışdır.  Onu 
fotokimyəvi yolla benzolu xlorlaşdıraraq sintez edirlər 
 
C
6
H
6
+3Cl
2
             C
6
H
6
Cl

 
Reaksiya 
 
zəncirvari 
xarakterlidir. 
Texniki 
yolla 
alınan 
heksaxlorsikloheksan  təmiz  olmayaraq  tərkibində  digər  izomerlər 
hepta  –  və  oktaxlorsikloheksan,  həmçinin  digər  aralıq  məhsullar  da 
olur.  Preparatın  bütün  izomerləri  üzvi  həlledicilərdə  –  benzol,  toluol, 
ksilol, metil və etil spirtləri, xloroform, etilen xlorid, aseton, efirlər və 
щу 

 
127 
s. yaxşı həll olurlar. 
Bütün izomerlər sulfat, nitrat, xlorid turşularına qarşı davamlıdır. 
İzomerlərdən 

  -  izomer-  lindanın  tərkibində  99-100%  heksaxlor-
sikloheksan  olub,  bitki  zərərvericilərinə  qarşı  güclü  preparat  kimi 
tətbiq edilir. 
Bu qamma – izomer, kristallik maddə olub, 112,8
0
C-də əriyir, suda 
həll  olmur  və  xoşagəlməz  iyə  malikdir.  Bu  insektisid  həm  «kontakt» 
həm də bağırsaq vasitəsilə təsirə malikdir. Toxumların kimyəvi üsulla 
təmizlənməsində  istifadə  olunan  HXSH,  tərkibinə  əlavə  edilmiş 
kimyəvi  birləmələrə  görə  müxtəlif  adlarda  buraxılır:  Heksaqamma  - 

 
HXSH  və    heksoxlorbenzol  qarışığı;  merkuran  - 

  HXSH  və 
etilcivəxlorid qarışığı, fentiuram - 

 HXSH və mistrixlorfenolyat qarı-
şığı. 
Heksaxlorsikloheksan  insektisid  xassəsindən  başqa,  bitkilərin 
inkişafını sürətləndirən keyfiyyətə də malikdir. 
Bioloji  obyektlərdə  HXSH  təyin  etmək  üçün  altı  atom  xlor  metal 
natrium  vasitəsilə  çıxarılır  və  yerdə  qalan  məhlul  güclü  qələvi 
məhlulda metiletilketonla bənövşəyi qırmızı rəng verir. 
Heksaxlorsikloheksanın  toksiki  təsiri  müxtəlif  olub  dozasından  və 
obyektdən  asılıdır.  Gəmiricilər  üçün  LD
50
 

  izomer  üçün  200  mq/kq 
təşkil  edir.  Bütün  istiqanlı  heyvanlar  və  o  cümlədən  insanlar  üçün 
təhlükəli  zəhərdir.  Zəhərlənmənin  əlaməti  baş  ağrısı  ilə  başlayır,  sinir 
sistemini  iflic  vəziyətə  salaraq  ölümlə  nəticələnir.  İnsanlar  üçün 
öldürücü doza müəyyən edilməmişdir. 
 
KARBAMĠN TURġUSUNUN TÖRƏMƏLƏRĠ 
 
Geniş  istifadə  olunan  pestisidlərdən  biridə  sevin  olub  karbamin 
turşusundan – HO - C- NH
2
 alınır. O, 

 - naftolla  
||
O
 
metilkarbamin turşusundan alınır 
 
 
 
 
О
 
Ъ 
О
 
Н
 
Щ 
ЪЩ
3
 

 
128 
 
 
Sevin  ağ  rəngli  kristal  maddə  olub  142
0
C-də  əriyir,  suda  pis,  üzvi 
həlledicilərdə  isə  yaxşı  həll  olur.  Adi  şəraitdə  oksidləşmir  və  suda  öz 
xassəsini saxlayır, lakin qələvi mühitdə hidrolizə uğrayaraq parçalanır 
və öz təsirini itirir.  
Sevin  həşaratları  və  gəmiriciləri  məhv  etmək  üçün  işlədilir.  Onu 
təyin etmək üçün 2%-li civə 2-xlorid məhlulu ilə qarışdırıb saxlayırlar. 
Rəngsiz  kristalların  alınması  Sevinin  olduğunu göstərir.  Reaksiya  çox 
həssas olub 10 mkq sevin olduqda belə təyin edilə bilir. 
Sevinin zəhərləyici təsiri onun xolinesteraza fermentinin ingibitoru 
olmasına əsaslanır. Yəni onun sintezini məhdudlaşdırır və orqanizmin 
müdafiə qabiliyyətini azaldır. 
 
 
FOSFORLU PESTĠSĠDLƏR 
 
Fosforlu  üzvi  birləşmələr  pestisid  kimi  geniş  istifadə  edilir.  Onlar 
tiofosfat H
3
PO
3
S, ditiofosfat H
3
PO
2
S
2
 və pirofosfat turşusunun H
4
P
2
O
7
 
efirləri  olub  ilk  dəfə  1846-cı  ildə  Tenar  tərəfindən  sintez  edilmişdir. 
Praktiki  əhəmiyyəti  isə  XX  əsrin  əvvəllərində  müəyyən  edilmişdir. 
Fosforlu üzvi birləşmələr xalq təsərrüfatında pestisid kimi – insektisid, 
akarisid-  geniş  istifadə  olunur.  Üstün  cəhətlərindən  biri  insan  və 
heyvanlar  üçün  təhlükəsiz  olmasıdır.  Kənd  təsərrüfatında  fosforlu 
pestisidlərin 80-a yaxın növləri tətbiq edilir. 
Əsasən  pambıq  dənli  bitkilər,  tərəvəz,  meyvə  ağaclarının 
zərərvericilərinə qarşı tətbiq edilir. Eyni zamanda evdə olan milçəklər, 
ağcaqanadlar, ev quşları və ev heyvanlarının parazitləri üçün əlverişli 
pestisiddir. 
Onlardan  metafos  və  tiofos  geniş  tətbiq  edilməkdədir,  bütün 
istiqanlı  heyvanlar  və  insanlar  üçün  güclü  zəhər  hesab  olunur.  İlk 
növbədə  tənəffüs  yollarına  təsir  edir,  mədə-bağırsaq  sisteminin  işini 
pozaraq  halsızlıq  yaradır  və  yüksək  dozada  –  LD
50
=800  mq/kq  – 
öldürücü təsir göstərir. Odur ki, onun daşınması, saxlanması və istifadə 
qaydalarına  ciddi  əməl  olunmalıdır.  Torpaqda  uzun    müddət    qalaraq 
ekologiyanı korlayan pestisid hesab olunur. 

 
129 
Xlorofos ilk dəfə 1952-ci ildə sintez edilmişdir. 
 
 
                                     Cl 
   CH
3
O    
 
 
 
 
    
   P – OH + HC – C         Cl     
  
    CH
3
O           O                             Cl 
 
 O 
CH
3

                                  Cl 
              P – CH – C        Cl 
                                    Cl 
                        CH
3
O                 OH 
 
Xlorofos rəngsiz kristallik maddə olub 82
0
C-də əriyir. Suda və üzvi 
həlledicilərdə yaxşı həll olur. 
 
CH
3

 
 O     H 
Dixlorofos                     P                               Cl 
 
CH
3
O               O – C = C       Cl 
 
O,  xlorofosun  metabolizminin  məhsulu  olub  ilk  dəfə  1965-ci  ildə 
sintez  edilmişdir.  Dixlorofos  rəngsiz  məhlul  olub,  suda  az  (1%),  üzvi 
həlledicilərdə  ilə  yaxşı  həll  olur.  Qaynaması  35
0
C-də  başlayır  və 
120
0
C-yə qədər davam edir. 
LD
50
 gəmiricilər üçün 50-330 mq/kq, ev dovşanları üçün 50 mq/kq 
təşkil edir. 
Xlorofos  və  dixlorofos  insan  və  istiqanlı  heyvanlar  üçün  də  çox 
təhlükəlidir.  Bu  pestisidlər  orqanizmdə  xolinesteraza  fermentinin 
sintezini  dayandıraraq,  asetilxolinin  torplanmasına  səbəb  olur  və  
ölümlə nəticələnir. 
Heyvanlar  bu  preparatlarla  zəhərləndikdə  ağız  suyunun  ifrazı 
çoxalır,  gözlərindən  su  gəlir,  tez-tez  sidik  ifraz  edərək  hərəkətləri 
pozulur.  Bir  qədərdən  sonra  əsməyə  başlayır  və  qan  təzyiqi  əvvəlcə 
qalxır, sonra isə aşağı düşür. Zəhərlənmə 10-15 dəqiqə ərzində məlum 

 
130 
olur.  Bu  da  xlorofos  və  dixlorofosun  qana  sürətlə  keçməsilə 
əlaqədardır. 
İnsanlarda  xlorofos  və  dixlorofosla  zəhərlənmə  20-30  dəqiqədən 
sonra  aşkar  edilir.  Bu  zaman  kəskin  baş  ağrısı  ilə  ağız  suyunun  və 
sidiyin  ifrazı  çoxalır,  bronxial  asma  əlamətləri  başlayaraq  tənəffüs 
çətinləşir.  İnsan  huşunu  itirməyə  başlayır  və  qan  təzyiqinin  sürətlə 
aşağı düşməsi nəticəsində ürək fəaliyyəti dayanır. 
Xlorofos  və  dixlorofos  orqanizmdə  metabolizm  prosesinə  uğra-
yaraq, dehidroxlorlaşma reaksiyası ilə müşayət olunan çevrilmənin son 
məhsulu, qlükon turşusu olur. 
Xlorofos  qəbulundan  5  dəqiqə  sonra  o  qana  keçmiş  olur.  O,  hey-
vanların  ətində,  südündə  və  yağında  dəyişməz  formada  aşkar 
edilmişdir. 
Xlorofos orqanizmdə bir molekul HCl ayıraraq dixlorofosa çevrilir. 
Bu  isə  fermentlərin  təsirilə  tezliklə  hidrolizə  uğrayır.  Son  məhsullar 
uzun  müddət  (hətta  3  ay)  orqanizmdə  qala  bilir.  Odur  ki,  bu 
pestisidlərdən  istifadə  edildikdə  təhlükə  sizlik  texnikasına  əməl 
edilməlidir.  İstehsal    tullantıları  isə  çaylara  və  su  hövzələrinə 
axıdılmamalıdır.  Suda  və  torpaqda  dəyişikliyə  uğramadan  uzun 
müddət qalır. 
 
Sual və tapşırıqlar 
 
1. Pestisidlər hansı kimyəvi maddələrə deyilir? 
2. Kənd təsərrüfatında ən çox istifadə olunan pestisidləri göstərin.  
3. Pestisidlər canlı orqanizmə necə və hansı yollarla daxil olurlar?  
Onların törətdikləri xəstəlikləri göstərin. 
4. İnsektisidlər hansı maddələrə deyilir?  Onların əhəmiyyətini və 
ziyanlı xassələrini göstərin. 
5. Defolianlar hansı məqsədlər üçün istifadə olunur? Onlar canlı 
aləmi necə çirkləndirirlər? 
6.  Halogenli  pestisidləri  göstərin  və  onların  əsas  cəhətlərini  izah 
edin. 
7.  Pestisidlərin  və  defoliantların  zəhərlilik  dərəcəsi  necə 
göstərilir? 
____________________ 

 
131 
 
 

 
132 
TOKSĠKĠ METALLAR 
 
Ətraf  mühitin  çirklənməsində  və  canlı  orqanizmlər  üçün  təhlükə 
mənbət  olan  maddələrdən  biri  də  zəhərli  elementlərdir.  Bunlar  14 
element  olub  onların  toksiki  xassələri  şübhəsiz  konsentrasiyadan  çox 
asılıdır: 
Hg, Pb, Cd, As, Sb, Sn, Al, Be, Fe, Cu, Ba, Cr, Ti. 
Bunlardan  bəziləri  aşağı  qatılıqda  normal  həyat  fəaliyyəti  üçün 
lazımlı elementlərdir. Odur ki, bəzi maddələrin əhəmiyyətli və zərərli 
xassələrini müəyyən edən dəqiq sərhəd yoxdur. 
Su  hövzələrinin,  atmosferin,  torpağın,  kənd  təsərrüfatı  bitkilərinin 
və ərzaq məhsullarının toksiki metallarla çirklənməsi aşağıdakı yollarla 
baş verir: 
-  sənaye  müəssisələrinin  tullantıları  –  xüsusən  daş  kömür, 
metallurgiya və kimya zavodları; 
-  şəhər  nəqliyyatının  tullantıları  –  qurğuşun  etilatlı  benzinlərdən 
istifadə edildikdə. 
-  konservləşdirmə  zamanı  qabların  iç  divarına  keyfiyyətsiz  örtük 
çəkilməsi və keyfiyyətsiz lehimləmə zamanı; 
-  sənaye  avadanlıqları  ilə  təmas  nəticəsində  –  yeyinti  sənayesində 
çox az hallarda paslanmayan poladdan istifadə edilir; 
-  alüminium  və  qurğuşun  folqalardan  ərzaq  məhsullarının 
qablaşmasında istifadə olunduqda. 
Ağır  metallar  Pb,  Hg,  Cd,  Arsen,  Stibium  və  s.  hətta  birləşmələr 
halında orqanizmə daxil olduqda güclü zəhərlənmələr baş verir. Onlar, 
qanda  olan  aminturşularla,  fermentlərlə  və  vitaminlərlə  kompleks 
birləşmələr  əmələ  gətirərək  onları  «xidmət  sahələrindən»  çıxararaq 
orqanizmin həyat fəaliyyətinə ciddi təsir göstərirlər. 
Qurğuşun  və  onun  birləşmələri  məişətdə  çox  istifadə  edilir.  Qur-
ğuşun  filizlərinin  çıxarılması,  akkumlyatorların  istehsalı,  qurğuşun 
əridilməsi  zavodları,  belil  və  surik  kimi  rənglərin  istehsalı  zamanı 
qurğuşun zəhərlənmələri baş verir. 
Məişət  qablarının  emal  qatları  PbSiO
3
-dən  ibarət  olur.  Kərpiç, 
fosfor-fayans əşyaları, məişət qabları və s-nin üzünə keyfiyyətsiz emal 
çəkildikdə mətbəx zəhərlənmələri baş verir. 
Qurğuşun  zəhərlənmələri  içməli  sudan  (su  qurğuşun  trubadan 

 
133 
keçərsə),  tütündən,  ərzaq  məhsullarının  qurğuşun  lövhəyə  bükülməsi 
zamanı və qurğuşun gübrələrindən də ola bilər. 
Qurğuşun protoplazmatik zəhər olub əsasən sinir sisteminə, qana və 
sümüklərə  təsir  edir.  Qurğuşun  və  birləşmələri  mədə  şirəsində  həll 
olduğuna  görə  təhlükəlidir.  Ölüm  dozası  qurğuşun  birləşmələrindən 
çox  asılıdır.  Uşaqlarda  zəhərlənmə  hadisəsi  tez  baş  verir.  Hətta 
qurğuşun  istehsalı  ilə  məşğul  olmayan  insanlar  orta  hesabla  0,5  mq 
qurğuşun qəbul edir. Bu birləşmələr əsasən sümük toxumasında, qara 
ciyərdə  və  böyrəklərdə  toplanır.  Qəbul  edilmiş  qurğuşun  və  onun 
birləşmələrinin  10%-ə  qədəri  orqanizmdə  uzun  müddət  qala  bilir. 
Qalan hissəsi mədə-bağırsaq yolu ilə kənar edilir. 
Qurğuşun birləşmələrindən ekoloji təhlükəli olanı qurğuşun etilatdır 
–  Pb(C
2
H
5
)
4
;  O,  əsasən  antidedanator  kimi  benzin  yanacaqlarında 
istifadə olunur. Qurğuşun etilat əlavə edilməklə Aİ-90,  92, 93, 95,  98 
markalı benzin yanacağı istehsal edilir. 
 
Barium 
 
Barium və onun birləşmələri orqanizm üçün güclü zəhər hesab olunur. 
Orqanizmə  daxil  olan  barium    aminturşularla  birləşərək  onların  bioloji 
rolunu aradan qaldırır və funksional pozğunluqlar yaradır. 
Bariumun  birləşmələri  kənd  təsərrüfatında  (BaCl
2
,  BaSiO
3

sənayedə  şüşə  və  saxsı  istehsalında  geniş  tətbiq  edilir.  BaSO
4
 
duzundan  mədə-bağırsaq  yollarının  rentgen  analizi  zamanı  kontrast 
maddə kimi istifadə olunur. Odur ki, ətraf mühitin barium birləşmələri 
ilə  çirklənməsi  qarşısı  alınmaz  prosesdir.  Barium  birləşmələrinin 
filizlərdən  alınması  zamanı,  zavod  tullantılarını  su  hövzələrinə 
axıtdıqda canlılar üçün təhlükə mənbəinə çevrilir. 
Tədqiqat nəticəsində məlum olmuşdur ki, BaCO
3
-ın 0,8-0,9 qramı ürək 
əzələlərinin paralicinə səbəb olaraq ölümlə nəticələnə bilir. 
Tibbdə kontrast maddə  kimi (adətən rentgen annalizində 100 qram 
duzdan  istifadə  edilir)  BaSO
4
-ın  tərkibində  BaCO
3
  ola  bilər  ki,  bu  da  
BaCO
3
-ın  mədə  şirəsində  olan  xlorid  turşusunun  təsirindən  asanlıqla 
reaksiyaya daxil olması ilə əlaqədardır. 
Ba duzları ilə zəhərlənmə qan təzyiqinin dəyişməsi, mədə divarlarının 
zədələnməsi nəticəsində qanaxma baş verməsi və qaraciyərdə funksional 

 
134 
pozğunluqların baş verməsi ilə xarakterizə olunur. 
 
Manqan 
 
Son  illərdə  manqanın  birləşmələri  xalq  təsərrüfatında  geniş  tətbiq 
edilməkdədir.  Manqan  elementinin  orqanizmdə  mikroelement  kimi 
əhəmiyyəti ilə yanaşı, onun çox miqdarı güclü zəhər olub hüceyrənin 
protoplazmasını dağıdaraq ağır təsadlar əmələ gətirir. 
Manqan birləşmələri mərkəzi sinir sisteminin, böyrəklərin, ağ ciyər 
və qan-damar sisteminin fəaliyyətinə güclü təsir göstərir. 
Manqan  birləşmələri  şüşə  istehsalında  (rəngli  şüşələrin  alınması), 
metallurgiyada  (ərintilərin  alınması),  tekstil  sənayesində  (parçalar 
üzərində  rəngli  naxışların  və  şəkillərin  alınması),  məişət  qablarına 
emal örtüklərin çəkilməsində istifadə olunur. 
Kalium  permanqanat  duzundan  isə  tibbdə  istifadə  olunur.  Onun 
istifadəsi 
zamanı  tətbiq  dozasına  əməl  olunmadıqda  güclü 
zəhərlənmələr  baş  verir.  Ölüm  dozası  15-20  qram  olaraq 
müəyyənləşdirilmişdir. 
Kalium  permanqanat  güclü  oksidləşdirici  olduğundan  mədə-
bağırsaq qişasını dağıdaraq qanaxmaya səbəb olur. 
Orqanizmdə  manqan  qaraciyərdə  və  böyrəklərdə  birləşmələr  şək-
lində  toplanır.  Orqanizmdə  1,8  milliqram  manqan  element  şəklində 
vardır.  Bu  miqdar  çox  olduqda  mənfi  təsir  göstərməyə  başlayır.  Belə 
ki,  qanın  hemoqlobinində  dəmirin  antoqonistinə  çevrilərək  qan 
dövranının normal funksiyasını pozur. 
Manqan  filizlərindən  MnO
2
  alınarkən  texnoloji  prosesə  düzgün 
əməl  olunmadıqda  manqan  birləşmələri  toz  halında  atmosferə  yayılır. 
Bu  cür  hava  ilə  tənəffüs  etdikdə  mərkəzi  sinir  sisteminin  pozulması 
halları müşahidə edilir. 
Manqan  birləşmələrinin  havada  miqdarı  0,0003  mq/l-dən  çox 
olmamalıdır.  SSRİ  zamanında  Bakıda  MnO
2
  istehsal  olunurdu.  Bu 
zaman ekologiyanın çirklənməsi labüd proses olaraq qalırdı. 
 
Xrom 
 
Xrom  birləşmələri  xalq  təsərrüfatında  geniş  istifadə  edilir.  Dəmiri 

 
135 
korroziyadan  qorumaq  üçün  üzərinə  Xrom  təbəqəsi  çökdürülür.  Dəri-
gön  məmulatlarının  aşınlanması  və  rənglənməsi  zamanı  xrom 
birləşmələrindən  istifadə  olunur.  Əvvəllər  xrom  birləşmələrindən 
(xromat və bixromatlar) kənd təsərrüfatında insektsid kimi istifadə olu-
nurdu.  Qüvvətli  zəhər  hesab  edildiyindən  onların  tətbiqi  da-
yandırılmışdır. 
Buna  baxmayaraq  xrom  birləşmələrinin  istehsalı,  xromlu  məişət 
əşyalarının hazırlanması zamanı tullantıların su hövzələrinə axıdılması 
baş verir ki, bu da ekologiyanın korlanması ilə müşahidə olunur. 
 
Mis 
 
Misin  birləşmələri  sənayedə  və  kənd  təsərrüfatında  geniş  tətbiq 
edilməkdədir. 
Parçaların 
rənglənməsində, 
inşaat 
rənglərinin 
alınmasında  mis  birləşmələrindən  –  CuO,  CuCl
2
,  Cu(NO
3
)
2
,  CuCO
3

Cu(OH)
2
  malaxitdən  geniş  istifadə  olunur.  CuSO
4
-duzandan 
qalvanoplastikada,  yazı  rənglərinin  hazırlanmasında,  ağac  mate-
riallarının  uzun  müddət  çürüməsinin  qarşısını  almaq  üçün  hopdurucu 
maddə kimi istifadə olunur. 
Bir  sıra  birləşmələri    zəhərli  olduğundan  kənd  təsərrüfatında 
insektofunksid  kimi  tətbiq  edilir.  CuO,  CuCl
2
,  Cu(OCl
2
)
2
,  CuCO
3
Cu 
(OH)
2

 
CuSO
4
-ın 
10 
qramı  insanların  ölümlə  nəticələnən 
zəhərlənməsinə səbəb olur. 
Mis  atomları  zəhərli  olduğundan  məişət  qablarında  xörək 
bişirilərkən  mütəmadi  zəhərlənmə  hadisələri  baş    verirdi.  Bunun 
qarşısını almaq üçün mis qabları qalay örtüklə örtməyə başladılar. 
Mis  birləşmələri  sintez  olunan  zavodlarda  zəhərlənmə  hadisələri  
çox  olur.  məs.  insektofunksid  kimi  tətbiq  edilən  paris  yaşılı  – 
Cu(CH
3
COO)
2

3Cu(AsO
2
)
2
  və  şeele  yaşılı  –  Cu
2
As
2
O
5
  çox  zəhərli 
olduğundan  (1-1,5  qramı  ölümlə  nəticələnə  bilər)  onun  istifadəsi  və 
saxlanması zamanı təhlükəsizlik texnikasına əməl olunmadıqda ekoloji 
çirklənmələr  baş  verir.  Suda  asan  həll  olunduğundan  su  hövzələrində 
toplanaraq təhlükə yaradır. Torpaqda isə uzun müddət qalaraq bitkilər 
vasitəsilə  insanlara  keçə  bilir  ki,  bu  da  kannserogen  (xərçəng  şişləri 
əmələ gətirən maddələr –kanserogen adlanırlar) xassəyə malik olur. 
Mis  və  onun  birləşmələri  paxlalı  bitkilərin  toxumlarında  və  qara 

 
136 
ciyərdə toplanırlar. 
 
Stibium-sürmə 
 
Stibiumun 
birləşmələri 
xalq 
təsərrüfatında 
geniş 
tətbiq 
edilməkdədir.  Stibium  -  kalium    tartarat  SbO  (C
4
H
4
O
6
)  K

  0,5H
2
O, 
Sb
2
O
3
, Sb
2
O
5
, Sb
2
S
5
-qabların üzərinə emal təbəqəsi çəkmək üçün, şüşə 
istehsalında,  toxuculuq  sənayesində,  oda  davamlı    parçaların,  rezinin 
istehsalında istifadə olunur. 
Stibium  birləşmələri  tibbdə  və  kosmetikada  geniş  tətbiq  edilir. 
Surmin, 
stibenil, 
neostibazon, 
solyusurmin 
kimi 
dərman 
preparatlarında stibium birləşmələri  əsas tərkib hissəni təşkil edir. 
Stibium  birləşmələri  böyük  dozada  istifadə  edildikdə  zəhərlənmə  
hadisələri    baş    verir.  Belə  ki,  SbO  (C
4
H
4
O
6
)  K

  0,5H
2
O-nun  150 
milliqramı ölüm dozası hesab olunur. 
Qədimdə 
qadınlar 
stibiumdan 
qaşların 
və 
kirpiklərin 
rənglənməsində  istifadə  edirdilər.  Sürmə-stibium  türk  sözü  olub 
onların birləşmələrinin tətbiqi zamanı meydana gəlmişdir. 
Stibiumun 
birləşmələri 
orqanizmdə 
uzun 
müddət  qalaraq 
qaraciyərdə  və  böyrəklərdə  toplanır  ki,  bu  da  patoloji  xəstəliklər 
törədir. 
Odur  ki,  stibium  birləşmələrinin  istehsalı  və  tətbiqi  zamanı 
ekologiya  çirklənir.  Zavod  tullantıları  atmosferə  və  yer  qabığına 
yayılaraq uzun müddət dəyişmir. 
 
Arsen 
 
Arsenin  birləşmələri  qədim  zamanlardan  indiyə  qədər  farmasevtlərin, 
toksikoloqların və kimyaçıların diqqətini cəlb etməkdədir. 
Arsen birləşmələri çox zəhərli olduğundan insanların qisas məqsədi 
ilə istifadə silahına çevrilmişdir. Ən qorxulu cəhət odur ki, bu zəhərlər 
iysiz olub şirintəhər dada malikdir. Arsenin zəhərli  birləşmələri çox az 
miqdarda  istifadə  edilirdi  ki,  bu  da  uzun  müddətli  təsir  göstərərək 
ölümün  sirinin  açılmamasına  səbəb  olurdu.  Arsenin  qeyri-üzvi 
birləşmələrinin  0,05-0,1  qramı  ölüm  dozası  hesab  olunur.  Odur  ki,  az 
miqdarından cinayət məqsədi ilə istifadə edilmiş və edilməkdədir. 

 
137 
Arsenin birləşmələrindən hazırda da xalq təsərrüfatında geniş tətbiq 
edilir. 
As
2
O
3
-dən  kənd  təsərrüfatında  insektisid  və  konservant  kimi, 
şüşələrin  rəngsizləşdirilməsində,  gön-dəri  sənayesində  və  tibbdə 
istifadə olunur. 
Natrium arsenatdan – Na
3
AsO
3
 kənd təsərrüfatında insektisid kimi, 
kalsium 
arsenitdən 
Ca(AsO
2
)

çəyirtkələr,  ağcaqanadlar  və 
gəmiricilərlə mübarizədə istifadə olunur. 
Kalsium  arsenatlar [Ca
3
(AsO
4
)
2

CaHAsO
4
]  insektisid  kimi  hazırda 
da  tətbiq  edilməkdədir.  Arsenin  tibbi  preparatları-Fauler  məhlulu, 
natrium arsenat, miarsenol, novarsenol, osarsol və başqaları toksikoloji 
əhəmiyyətə malikdir. 
Arsenin  hidrogenli  birləşməsi  –  AsH
3
  qaz  halında  olub  çox 
zəhərlidir. Sənaye obyektlərində və məişətdə arsen hidridlə zəhərlənmə 
halları tez-tez baş verir. 
Orqanizmə daxil olan arsen fermentlərin – SH qrupları ilə birləşərək 
onların fosforlu birləşmələrin çevrilmələrindəki rolunu aradan qaldırır. 
Digər  tərəfdən  toxumalara  daxil  olan  arsen  onları  iflic  vəziyyətə 
salaraq məhv edir. 
Arsenlə  zəhərlənmə  zamanı  ağızda  metal  tamı  əmələ  gəlir,  kəskin 
mədə  ağrılar  ilə  müşahidə  olunan  mədə  bağırsaq  işləmələri,  susuzluq 
və qusma hadisələri özünü göstərir. 
Orqanizmə daxil olan arsen sidik və mədə-bağırsaq möhtəviyatı ilə 
xaric  olunur.  Toxumalarda  isə  uzun  müddət  qala  bilir.  Qara  ciyərdə 
toplanaraq  toxumaları  məhv  edir  və  orqanın  funksiyasını  pozaraq 
serroz baş verir. 
Arsenlə zəhərlənmə hadisəsi bir neçə ildən sonra da müəyyən edilir. 
Çünki  sümükdə,  dırnaqlarda  və  saç  tükündə  arsen  dəyişmədən  uzun 
müddət qala bilir. 
Arsenli  birləşmələrin  sintezi  zamanı  onun  müəyyən  miqdarı  toz 
halında atmosferə, məhlul halında yer qabığına yayılır ki, bu da ekoloji 
çirklənmə törədir. 
Arsen təbii halda yer qabığında birləşmələr şəklində geniş yayılmış 
elementlər  sırasına  daxildir.  Torpaqda,  suda,  bitki  və  heyvan  mənşəli 
yeyinti məhsullarında eləcə də kal meyvə və tərəvəzlərdə xeyli miqdar 
arsenli birləşmələr toplana bilir. 

 
138 
İnsanlar  tərəfindən  arsenin  gündəlik  qəbul  dozası  1  milliqrama 
qədər olur ki, bu da normal hal sayılır. Bu zaman zəhərlənmə hadisəsi 
baş vermir. 
Bismut 
 
Bismut metal və birləşmələr halında xalq təsərrüfatında geniş tətbiq 
edilir.  Metal  bismut  aşağı  temperaturda  əriyən  ərintilərin  alınmasında 
istifadə  edilir.  Bismut  birləşmələrindən  fotoqrafiyada,  kosmetik 
preparatların  hazırlanmasında,  tibbdə  [BiOCL;  Bi(NO
3
)
3

5H
2
O; 
Bi(NO
3
)
3

Bi  (OH)
3
]    istifadə  olunur.  Bismut  oksiddən  –  Bi
2
O
3
  billur 
şüşə istehsalında istifadə olunur. 
Bismutun  suda  həll  olan  duzlarından  tibbdə  dəri-zöhrəvi 
xəstəliklərində  indi  də  istifadə  olunur.  Onların  tətbiqi  zamanı 
orqanizmdən  və  tətbiq  dozasından  asılı  olaraq  zəhərlənmə  hadisələri 
baş verə bilər. 
Bismut  birləşmələri  ilə  zəhərlənmə  zamanı  sinir  sisteminin 
pozğunluqları  müşahidə  olunur.  Orqanizmə  təbii  yolla  daxil  olan 
bismut  birləşmələri  mədə  şirəsində  olan  birləşmələrlə,  süd  turşusu  və 
başqa üzvi maddələrlə asan həll olan kompleks  duzlar əmələ gətirərək 
asanlıqla qana sorula bilir.  
Bismut birləşmələri orqanizmdə uzun müddət qala bilir. Tər vəzləri 
ilə xaric olunan bismut birləşmələri dəridə səpişiklər və yaralar əmələ 
gətirmək xassəsinə malikdir. 
 
Kadmium 
 
Kadmium və birləşmələri xalq təsərrüfatında geniş tətbiq edilir. Tez 
əriyən  ərintilərin,  qələvi  akkumlyatorlarında  elektrodların,  kadmium 
lampalarının, mətbəə şriflərinin hazırlanmasında kadmium metalından 
istifadə olunur. 
Kadmium  metalı  əridilərkən  çox  zəhərlidir.  Onun  oksidi  daha 
zəhərli  olub  mədə  turşusunda  (HCl)  həll  olaraq  xlorid  şəklində  qana 
tez keçir. 
Kadmiumdan  məişət  qablarının  üzərinə  örtük  çəkilir.  Həmin 
qablarda  turş  yeməklər  hazırladıqda  kadmiumla  zəhərlənmələr  baş 
verir. 

 
139 
Həzm  sisteminə  düşən  kadmium  birləşmələri  böyrəklərin 
fəaliyyətinə  təsir  edərək  onların  tez  sıradan  çıxmasına  səbəb  olur. 
Eləcə  də  qaraciyərin  və  ürəyin  piylənməsinə,  bağırsaq  qanaxmalarına 
şərait yaradır. 
Kadmium birləşmələri tütündə daha çox olur. Odur ki, siqaret çəkən 
zaman  kadmium  oksid  tüstü  ilə  birlikdə  tənəffüs  yollarına,  oradan  da 
qana keçərək böyrəklərdə və qara çiyərdə toplanır. 
Kadmiumun  ölüm  dozası  insanlar  üçün  müəyyən  edilməmişdir. 
Lakin, onun havada miqdarı 0,0001-0,001 mq/m
3
 miqdarında ola bilər. 
Oksidinin aerozulu atmosferdə 2500-2900 mq/m
3
 olduqda ölüm dozası 
hesab olunur. 
Orqanizmdən  kadmium  çox  gec  xaric  olur.  Ağır  metal  kimi  amin, 
karboksil və merkapta qruplu zülallarla həll olmayan birləşmələr əmələ 
gətirərək  toxumalarda  toplanır.  Kadmium  mikroelement  kimi  bir  sıra 
bitkilərin  tərkibində  olmasına  baxmayaraq,  onların  qəbulu  zamanı 
zəhərlənmə hadisələri baş vermir. 
1955-ci  ildə  Yaponiyada  kadmium  birləşmələrinin  əmələ  gətirdiyi 
xəstəlik müşahidə edilmiş  və buna  «itai-itai» adı verilmişdir. Əksərən 
yaşlı  qadınlarda  əmələ  gələn  bu  xəstəliyin  baş  vermə  səbəbləri  təhlil 
edildikdə  məlum  olmuşdur  ki,  orta  Yaponiyanın  İtsu  çayı  sahilində 
istismar  olunan  sink  mədənlərindən  suya  kadmium  birləşmələri 
keçərək  suvarılan  düyü  plantasiyalarında  məhsula  daxil  olur  və  belə 
düyü ilə qidalanan insanlarda, kadmium sümükdə olan kalsiumu əvəz 
edərək, sümüklərin elastikliyini azaldır və sümüklərin azacıq təzyiqdən 
belə qırılmasına səbəb olur. 
Digər  tərəfdən  orqanizmə  daxil  olan  kadmium  sink  metalını  onun 
fermentlərində  əvəz  edərək  fermentlərin  funksiyasını    pozur.    Nəticədə  
proteinuriya (sidikdə zülalın miqdarının artması) baş verir. 
Kadmium  və  birləşmələri  sintez  edilən  zavodlarda  kadmiumla 
zəhərlənmələr tez-tez baş verir. Odur ki, təhlükəsizlik texnikasına əməl 
olunmalı  və  zavod  tullantıları  atmosferə  və  su  hövzələrinə 
yayılmamalıdır. 
 
Sink 
 
Sinkin bir sıra birləşmələri sənayedə, kənd təsərrüfatında, məişətdə 

 
140 
və tibbdə geniş istifadə edilir. 
Onun suda həll olan duzları çox zəhərlidir. Sink xloriddən dəmiryol 
şpallarının  çürüməsinin  qarşısını  almaq  üçün  hopdurucu  maddə  kimi 
istifadə edilir. Lehimləmə prosesində də sink xloriddən  istifadə edilir. 
Sink  fosfiddən  –  Zn
3
P
2
  gəmiriciləri  məhv  etmək  üçün,  sink  sulfatdan 
isə parçaların rənglənməsi zamanı istifadə olunur. 
Odur  ki,  sink  birləşmələri  ekoloji  çirklənmə  yarada  bilir.  Dəmir 
əşyaları  korroziyadan  qorumaq  üçün  üzəri  sink  təbəqəsi  ilə  örtülür. 
Sinklənmiş  məişət  qablarında  yemək  bişirilərkən  sink  birləşmələri  ilə 
zəhərlənmə hadisələri baş verir. 
Sinkin  az  miqdarı  mikroelement  kimi  orqanizm  üçün  vacib 
elementlərdən olub, onun çatışmaması zamanı xərçəng xəstəliyi əmələ 
gəlir.  Çox  miqdarı  isə  güclü  zəhər  olub  mədəaltı  vəzdə  toplanaraq 
onun fəaliyyətini məhdudlaşdıraraq hormonların sintezini dayandırır. 
Sink duzları ilə zəhərlənmə zamanı güclü qusma hadisəsi baş verir 
ki,  bu  da  müdafiə  refleksi  olaraq  sinkin  orqanizmdən  xaric  olmasını 
təmin edir. 
Sink  filizlərinin  çıxarılması,  latun  və  bürünc  istehsalı  ilə  məşğul 
olan fəhlələrdə  tez-tez  zəhərlənmə  hadisəsinə rast gəlinir. Bu zaman 
bədən temperaturası 39-40
0
C qalxa bilir. 
Sink  birləşmələri  sintez  edilən  zavod  tullantıları  təbiətə  yayıldıqda 
ekoloji çirklənmə yaradır. 
 
Tallium 
 
Tallium  birləşmələri  şüşə  sənayesində,  elektrik  lampalarının 
hazırlanmasında  kənd  təsərrüfatı  ziyanvericiləri,  əsasən  gəmiricilərlə 
mübarizədə, funqsid məqsədilə geniş tətbiq edilir. 
Tallium duzlarından az  miqdarda tibbdə tüklərin  tökülməsi zamanı 
istifadə  edilir.  Talliumun  bütün  birləşmələri  çox  zəhərli  olub,  ilk 
növbədə tüklərin tökülməsi ilə müşahidə  olunur. Zəhərlənmə zamanı 
həzm  sisteminin  funksiyası  pozulur,  böyrəklər  və  qara  çiyər  zədələnir 
və sinir sisteminin iflici baş verir. 
Tallium  sulfatın  ölüm  dozası  0,1-0,2  qram  miqdarında  müəyyən 
edilmişdir.  Talliumun  mikroelement  kimi  orqanizmdə  rolu  müəyyən 
edilməmişdir.  Odur  ki,  təbbi  şəkildə  onun  birləşmələrinə  orqanizmdə 

 
141 
rast gəlinmir. 
Tallium  birləşmələrinin  istehsalı  və  tətbiqi  zamanı  texnoloji 
proseslər düzgün aparılmadıqda ekoloji  çirklənmələr müşahidə edilir. 
 
Civə 
 
Civə  sərbəst  metal  halında  və  birləşmələr  şəklində  xalq 
təsərrüfatında  geniş  tətbiq  edilməkdədir.  Civədən  lüminesens 
lampaların,  ölçü-nəzarət  cihazlarının,  civə  nasoslarının  və 
düzləndiricilərin  istehsalında  istifadə  olunur.  Xlorun  elektroliz  üsulu 
ilə  alınmasında,  qızıl  və  gümüşün  filizlərindən  ayrılmasında,  kimyəvi 
qabların kalibirləşməsində civə metalından istifadə  olunur. 
Civənin  birləşmələrindən  civə  nitrat,  civə  sulfid,  civə  amidoxlor, 
sulema, civə yodid, civə oksisianid və civənin üzvi birləşmələri tibbdə 
və başqa sahələrdə geniş tətbiq edilir. 
Odur  ki,  insanların  civə  və  civə  birləşmələri  ilə  təması  qaçılmaz 
olub,  onunla  zəhərlənmə  hadisələri  tez-tez  baş  verir.  Metal  civə  adi 
şəraitdə  tez  buxarlandığından  civə  termometrləri  sınarkən  onun 
buxarları  tənəffüs  yolu  ilə  orqanizmə  daxil  ola  bilir.  Bu  zaman  sinir 
sistemini və ilk növbədə baş beyin yarımkürələrini zədələyir. 
Civə  2-xlorid  sulema  ilə  zəhərlənmə  zamanı  aminturşularda  gedən 
reaksiyalar  zamanı  həll  olmayan  birləşmələr  əmələ  gəlir.  Sulemanın 
ölüm dozası 0,2-0,3 qram olub müalicəsi mümkün olmayan hadisələr 
törədir. 
Orqanizmdən civə birləşmələri çətin ixrac olur və əsasən böyrəkdə, 
qaraciyərdə  və  dalaqda  toplanır.  Onun  təbii  yolla  orqanizmə  daxil 
olması da mümkün olub 0,0001 mq təşkil edir. 
 
Sual və tapşırıqlar 
 
1.  Toksiki  elementlər  hansılardır?  Onlar  ətraf  mühitə  necə 
yayılırlar? 
2. Toksiki metalların təsir mexanizmini izah edin.  
3. Qurğuşun, civə və kadmiumun toksiki xassələrini göstərin.  
4. Ətraf mühitin çirklənməsində ağır metalların rolunu göstərin.  
5. Məişətdə ən çox yayılmış ağır metallarla zəhərlənmənin qarşısı 

 
142 
hansı yollarla alına bilər? 
____________________ 
 
 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin