ELM-TEXNİKA-İSTEHSAL:
ƏLAQƏ VƏ VƏHDƏT
İnsanın təbiətlə qarşılıqlı təsiri: seyr və praktika
Texnika anlayışı
Texnika və texniki tərəqqi
Elmi-texniki tərəqqi və elmi-texniki inqilab
Elm və texnikanın nisbi müstəqillik şərtləri və
əlaqə formaları
Elmin idarə olunması
Elmi biliklərin əsasında əməli fəaliyyət dayanır.
Qədim dövrün balladası
Əməli fəaliyyətin əsasında elmi bilik dayanır.
Yeni dövrün balladası
Elm–Texnika–İstehsal
395
İnsanın təbiətlə qarşılıqlı təsiri:
seyr və praktika
Koqnitiv və praktiki biliklərin formalaşması və qarşılıqlı təsirlərini
yalnız insanın yaranması və təbiətlə əks əlaqəsi kontekstində nəzərdən ke-
çirmək olar. Bu məqsədlə homo sapiensin tarixi genezisinə nəzər salaraq
insanın, xüsusən də onun şüurunun və özünüdərk prosesinin formalaşma-
sında seyrin və praktik fəaliyyətin rolunu təhlil etmək lazım gəlir.
İnsan sadəcə təbiətin bir hissəsi olmadığından, təbiətlə insanın qar-
şılıqlı təsirlərindən yalnız insanın təbiət hadisələri çərçivəsindən kənara çı-
xaraq keyfiyyətcə yeni əlamətlər əldə etməsi kontekstində söhbət aparmaq
mümkündür.
İnsan yalnız şüura və yaradıcı başlanğıca malik olması sayəsində tə-
biətdən qismən ayrıla və ona qarşı dura bilmişdir. Onun təbiətə, bütövlük-
də maddiyyata qarşı durması mənəviliyin bir növ rəmzi kimi çıxış edir. Bu
mənada onun təhlili mühüm fəlsəfi əhəmiyyət kəsb edir. Bundan başqa,
onların arasındakı qarşılıqlı təsirlərin strukturu və mexanizminin üzə çıxa-
rılması, insanın təbiətlə qarşılıqlı təsirlərində vasitə rolunu oynayan keçid
mühitinin təhlili də çox vacib məsələlərdən biridir.
Təəssüf ki, müasir fəlsəfi ədəbiyyatda insanın təbiətlə qarşılıqlı tə-
sirləri problemi əsasən cəmiyyətin təbiətlə qarşılıqlı təsirləri problemi kon-
tekstində araşdırılır. Problemin təhlilində çox vaxt ya vulqar antropolo-
gizm, ya da vulqar sosiologizm üstünlük təşkil edir. Fərdi insan fəaliyyəti-
nin bir çox aspektlərinin fəlsəfi təhlili aparılmamışdır (onlar əsasən psixo-
loji ədəbiyyatda öz əksini tapmışdır).
Biz insanın ictimai münasibətlər kontekstində təbiətlə qarşılıqlı tə-
sirlərinin, habelə fərdin idraki fəaliyyətinin başqa fərdlərin fəaliyyəti ilə,
bütövlükdə hakim ictimai münasibətlərlə sıx bağlı olması fikri ilə mübahi-
sə etmirik. V.J.Kelle yazır: “Geniş fəlsəfi mənada elmi biliyin sosiallığı in-
Elm haqqında elm
396
sanın gerçəkliyə idraki münasibətinin sosial vasitələnmiş olmasının nəti-
cəsidir. Elmi bilik yalnız cəmiyyətdə mövcud olub işləyir, inkişaf edir, icti-
mai mədəniyyətin bir elementini təşkil edir, onun tələbatını ödəyir. İnsanın
dünyanı dərk etməsi mahiyyət etibarı ilə cəmiyyətin dünyanı dərk etməsi-
dir”
5
1
.
Bu və bütün sonrakı mülahizələrində V.J.Kelle diqqətini insanı əsa-
sən təbii varlıq kimi, onun mənəvi qabiliyyətlərini isə yalnız onun cismin
varlığının xassələri kimi nəzərdən keçirən “metafiziki antropoloji materia-
lizm məntiqi olaraq bu qənaətə gəlirdilər ki, “idrakın subyekti yalnız mad-
di varlıq olan, onu təbiəti qavramağa və dərk etməyə qadir edən hisslərə və
zəkaya malik fərddir”
5
2
.
Fəaliyyət əslində ictimai xarakter daşısa da, insanın sosial mahiyyəti
heç də onun bioloji, təbii başlanğıca malik olmasını istisna etmir. Bundan
başqa, burada bizi maraqlandıran insanda təbii olanla sosial olanın nisbə-
tindən daha çox mənəvi olanla təbii və sosial olanın nisbətidir. Bu, proble-
min ən az öyrənilmiş sahəsidir.
Fərdi olanın sosial olanda “əridilməsi” nəticəsində fərdlə cəmiyyət
arasındakı ziddiyyətləri xarakterizə edən bütöv bir sahə tədqiqatın predme-
tindən kənarda qalmış olur. Bundan başqa, cəmiyyətlə təbiət arasında qar-
şılıqlı təsirlərin qərarlaşması, fərdi olandan ictimai olana yüksəliş bütöv bir
tarixi dövrü əhatə edir. Bunu nəzərə almadan idraki fəaliyyətlə dəyişdirici
fəaliyyətin yaranması və diferensiasiyası prosesinin tam mənzərəsini ya-
ratmaq mümkün deyil. (Çox vaxt biz cəmiyyətin insana münasibətdə nə isə
kənar bir şey olduğunu unuduruq. Şüurlu varlıq kimi insan özünü tək təbi-
ətdən deyil, bütövlükdə maddiyyatdan, o cümlədən obyektiv mövcud olan
ictimai münasibətlərdən ayırır).
Eyni zamanda bu problemlə məşğul olan tədqiqatçılar bir qayda
olaraq insanın təbiətlə qarşılıqlı təsirlərinin nəticələrinin təhlilindən uzağa
getmirlər. Halbuki, bir çox problemlərə, xüsusən də koqnitiv və praktiki
biliklərin genezisi probleminə işıq salmaq üçün “insan-təbiət”, “cəmiyyət-
təbiət”, “insan-cəmiyyət-təbiət” sistemləri çərçivəsində qarşılıqlı təsirlərin
strukturunu təhlil etmək lazım gəlir. Bu sistemləri təhlil edərkən onların
qeyri-reflektiv olduqlarını və bu səbəbdən də əlavə parametrlərin meydana
1
Келле В.Ж. Наука как компонент социальной системы. М., 1988. с.11.
2
Yenə orada.
Elm–Texnika–İstehsal
397
gəldiyini nəzərə almaq lazımdır. N.N.Moiseyev yazır: “Bütün ictimai, is-
tehsal, sosial orqanizmlər qeyri-reflektiv orqanizmlərdir. “Bioloji” halqala-
rı olan hər bir texniki idarəetmə sistemi də qeyri-reflektiv sistemlər sırası-
na aiddir. Bu gün elm onların təhlili və layihələşdirmə üsullarını verməli-
dir”.
5
1
N.N.Moiseyevin fikirlərinə görə, qeyri-reflektiv sistemlərin təhlilin-
də yalnız sosial deyil, həm də insanı biososial varlıq kimi xarakterizə edən
bioloji parametrləri də nəzərə almaq lazımdır. “İctimai sistemlərin fərd,
qrup, sosial-iqtisadi təşkilatlar kimi ayrı-ayrı halqalarının öz məqsədlərinin
olması faktının lazımınca qiymətləndirilməməsi planlaşdırma və idarəetmə
sisteminin səmərəliliyini aşağı sala bilər. Bu məqsədlər (arzular, meyllər)
obyektiv olmaqla cəmiyyətin bütün elementlərinə məxsusdır; onlar insanın
təkamül və tərbiyə prosesində formalaşan xassələri ilə şərtlənir...”
5
2
İnsanın bioloji, təbii başlanğıcı ilə bilavasitə bağlı olan məhz bütün
sosial münasibətlərin əsasında duran maddi tələbatdır. Buna görə də insan-
la təbiətin məqsədyönlü qarşılıqlı təsirləri prosesində insanın fərdi tələbat-
ları və təkamül etməkdə olan bioloji (psixi) imkanları üstünlük təşkil et-
mişdi. Cəmiyyətlə təbiətin qarşılıqlı təsirləri insanla təbiətin məqsədyönlü
qarşılıqlı təsirlərinin qərarlaşmasında yalnız növbəti bir mərhələ olmuşdur.
Bu prosesin insanın hələ subyekt kəsb etmədiyi ilk pilləsini isə insanın
biopsixoloji xüsusiyyətlərini nəzərə almadan izah etmək mümkün deyil.
Problemi daha ətraflı təhlil etmək üçün bütövlükdə insanla təbiətin
(sonralar isə cəmiyyətlə təbiətin) müəyyən zaman kəsiyində qarşılıqlı təsiri
prosesini aşağıdakı iki prosesə ayrımaq lazımdır: təbiətin insana təsiri və
insanın təbiətə təsiri. Təbiət hadisələrindən fərqli olaraq sosial hadisələrdə,
o cümlədən insanın şüurlu bir fenomen kimi iştirakı ilə baş verən istənilən
başqa bir prosesdə təsir və əks-təsir yalnız böyük zaman intervalı hüdudla-
rında determinasiya olunur, yəni oların bir-biri ilə qarşılıqlı əlaqələri təsi-
rin göstərildiyi anda üzə çıxmır. Buna görə də sosial proseslərdə hər bir tə-
rəfin hər bir zaman kəsiyində təsirini ayrıca araşdırmaq lazımdır.
Nəzərdən keçirdiyimiz halda təbiətin insana təsiri duyğu orqanları
vasitəsilə baş verir və müvafiq hissi obrazların yaranması ilə başa çatır. Öz
növbəsində bu hissi obraz artıq fəaliyyətdə olan dinamik informasiya
sisteminə qoşularaq idrak prosesinin tərkib hissəsinə çevrilir. Odur ki, əks
1
Н.Н. Моисеев. Слово о научно-технической революции. М., 1985. с.81.
2
Yenə orada, s. 82-83.
Elm haqqında elm
398
əlaqə bütövlükdə insanın maddi aləminin durumu ilə, bu obrazın idrak
prosesinin tendensiyaları ilə vasitələnir.
Burada çox vacib bir məqama diqqət yetirmək lazımdır: inikasla,
obyektiv gerçəkliyin insana təsir prosesinin istiqaməti ilə sonrakı idrak
prosesinin istiqaməti bir-biri ilə üst-üstə düşmür. İnsanın təbiətə, bütövlük-
də obyektiv gerçəkliyə əks-təsiri yalnız müəyyən müddətdən sonra – insan
artıq daha yüksək mənəvi, informasiya-idraki səviyyəyə çatdıqda – baş ve-
rir. Məsələyə bu cür yanaşdıqda daha bir məqamı nəzərə almaq lazım gəlir.
Təfəkkürün, ali idrak fəaliyyətinin subyekti insandırsa, təbiətin insana təsi-
rinin, o cümlədən, informasiya təsirinin subyekti təbiətdir. Xarici mühitin
verdiyi informasiya insanı onun iradəsindən asılı olmayaraq dəyişir, mənə-
viliyin yeni səviyyəsinə yüksəldir. Bu məqamda insan obyekt rolunda çıxış
etmiş olur. Belə olduqda insanı subyekt kimi nəzərdən keçirən ənənəvi ya-
naşmaya dəyişikliklər gətirmək lazım gəlir. Bu, bir növ anlaşmazlığa səbəb
ola bilir. Lakin məsələyə tarixi yanaşdıqda anlaşmazlıqlara əsas qalmır.
Bunun üçün insanın tarixəqədərki dövrünə qayıtmaq lazımdır. Hələ insanın
yaradıcı, şüurlu fəaliyyətin subyekti kimi çıxış etmədiyi dövrdə də təbiət
ona təsir göstərirdi (duyğu orqanları vasitəsilə). İnikas materiyanın xassəsi
olduğundan, ali heyvanlar eynilə insandakı kimi duyğu orqanlarına malik
olduğundan inikasın ali formasını inikas prosesinin tarixi inkişafından
ayırmaq düzgün olmazdı. İnikasın bütün səviyyələrində mərkəzi kom-
ponent (xarici təsirin əks olunduğu predmet) obyekt rolunda çıxış edir.
Subyekt rolunda isə təsirin mənbəyi, maddi mühit (bizim mövzu baxımın-
dan – təbiət, obyektiv gerçəklik) çıxış edir. İnikasın hər bir ali formasının,
keyfiyyətcə daha inkişaf etmiş mərkəzin yaranmasının səbəbləri, bir tərəf-
dən, mühitin təsiri olmuşdusa, digər tərəfdən, əks təsir prosesində müxtəlif
struktur səviyyələrinin getdikcə daha çox iştirak etməsi olmuşdur. Əks
təsirin nizamlanmış şəkildə vasitələnməsi inikasın ali səviyyəsinin əlaməti
və şərti kimi çıxış edir. Deməli, xarici amillərlə yanaşı, mərkəzi kompo-
nentin xarici mühitin, təbiətin təsiri altında açıqlanan daxili hərəkətverici
qüvvələri də nəzərə alınmalıdır. Məsələyə bu cür yanaşdıqda təfəkkür in-
sanla təbiətin qarşılıqlı təsirləri kontekstində əks təsirin vasitələnmə siste-
mi kimi çıxış etmiş olur. Passiv inikasla təfəkkür vasitəsilə əks təsirin ak-
tivləşdirilməsi prosesinin nisbəti probleminin bu cür qoyuluşu hərtərəfli və
dərin təhlil tələb edir ki, bu da tədqiqatımızın vəzifələrindən kənara çıxır.
Bundan başqa, bu problem hələ ki, lazımi fəlsəfi təhlili aparılmayan başqa
Elm–Texnika–İstehsal
399
səviyyələrdə və başqa formalarda da təzahür edir. Bu kimi problemlərə
kitablardan, başqa insanlardan və s. informasiyanın əldə edilməsini aid et-
mək olar. Burada informasiyanı qəbul edən insan təsirin obyekti kimi çıxş
edir, subyekt rolunu isə müəllim, başqa alim, alimlər birliyi, kitab müəllif-
ləri oynayır. Hər bir halın incəliklərinə varmadan, subyekt-obyekt münasi-
bətlərinin ümumi struktura malik olduğunu vurğulamaqla kifayətlənmək
istərdik. Lakin əsas məsələ ətraf mühitin və digər bilik mənbələrinin insana
təsiri prosedurunun gerçəklikdə yer almış daha mürəkkəb proseslərin
hissəsi kimi nəzərdən keçirilməsidir.
Təbiətin insana təsiri (passiv inikas) tarixən ilkin olmaqla insanla tə-
biətin qarşılıqlı münasibətlərinin sonrakı mürəkkəbləşmə (vasitələnmə)
prosesində səhnədən getmədi: o, mühüm komponentlərdən biri kimi yeni
struktura qatıldı. Tamamilə yeni bir təsirin – insan təsirinin meydana gəl-
məsi və bütün istiqamətlərdə insanın fəallığının artması ilə əlaqədar insan-
la təbiətin qarşılıqlı təsirlərinin strukturundakı bu ilkin element kölgədə
qalmış, tədqiqatçıların nəzərindən qaçmışdır.
“Spesifik insan fəaliyyəti” insanın xarici aləmə vasitələnmiş təsiri-
dir. Mahiyyət etibarı ilə bu, əvvəlki təsirin nəticələrinə, insanın aldığı in-
formasiyaya əsaslanan əks təsirdir. Buna görə də insan fəaliyyətinin spesi-
fikliyinə hələ ki, toxunmadan, inikas prosesinin xarakterinə bir daha qayıt-
maq lazım gəlir. Artıq şüurluluq statusunu əldə etmiş insan təbiətin in-
formasiya təsirinin passiv obyekti olaraq qalmadığından insanın fəallığını
nəzərə almaqla bu hadisənin strukturunun açıqlanmasına ehtiyac yaranır.
Bu fəallıq nədə özünü biruzə verir? İnsanın artıq nail olduğu mənəvi
səviyyəsi onda xaricdən daxil olan informasiyaya maraq oyadır. İnsanın
formalaşması prosesi bununla müşayiət olunur ki, o, inikasın passiv obyek-
tindən, bir tərəfdən, xarici mühitin informasiya təsirinə seçkili münasibət
bəsləyən, hətta onu tənzimləməyə çalışan aktiv obyektinə, digər tərəfdən
də xarici mühitə əks təsir göstərən subyektə çevrilir.
Deməli, insanın fəallığının artması ilə əlaqədar insan-təbiət sistemi
keyfiyyətcə yeni bir pilləyə keçir. Buna görə də onu aşağıdakı iki müstəvi-
də nəzərdən keçirmək lazımdır: xarici mühitin informasiya təsiri prosesin-
də insanın təşəbbüskar və tənzimləyici kimi iştirakı və insanın xarici mühi-
tə əks təsiri, şüurlu dəyişdirici fəaliyyəti. Bu, xarici mühitə fəal münasi-
bətdir. Lakin insanın fəallığının daha bir aspekti var ki, bu da daxilə yönə-
lən refleksiya prosesidir. İnsanın xarici aləmlə, ictimai və təbii mühitlə
Elm haqqında elm
400
rəngarəng qarşılıqlı əlaqələri olsa da, o, özinkişafda olan nisbi qapalı bir
sistemə çevrilir. Xaricdən alınan informasiya ya yad bir hadisə kimi passiv
yaddaşda qalır, ya da səmərəli mənəvi zəminə düşərək sanki canlanır, idrak
prosesinin üzvü elementinə çevrilir, refleksiv şüur sisteminə daxil olur.
Bu hadisə özündə üç müxtəlif yönlü komponentləri birləşdirən mü-
rəkkəb çoxpilləli bir prosesdir. Birincisi, praktiki fəaliyyət sahəsində mü-
əyyən bilik və vərdişlər tələb edən təbiətə məqsədyönlü təsirlər komponen-
tidir. Bu mərhələdə insan subyekt kimi çıxış edir. Bunun nəticəsində başqa
xarakterli digər bir mərhələ başlayır. Dəyişdirilmiş təbiət insana onun
duyğu orqanları ilə qavradığı əks təsir göstərir. Bu pillə mahiyyət etibarı
ilə insanın obyekt kimi çıxış etdiyi passiv inikasdan fərqlənmir. Lakin bü-
tövlükdə proses kontekstində “cismani fəaliyyət” olan insan “cismani
predmet” olan insan üzərində üstünlük təşkil edir. İnsan-təbiət qarşılıqlı tə-
sirlərinin polistrukturu kontekstində insan məcmu fəaliyyətin sanki yeganə
subyekti kimi göz önünə gəlir. Təbiət isə subyektdən bu fəaliyyətin vasi-
təsinə çevrilir. Həqiqətən də, lazımi informasiya alındıqdan sonra “canlı
seyrdən mücərrəd təfəkkürə” keçid baş verir. Mücərrəd təfəkkür və ya “xa-
lis idrak” mərhələsində biliklər nisbi müstəqil şəkildə, yəni praktika ilə əla-
qədən kənarda inkişaf edir. Lakin mücərrəd təfəkkürün zahiri bütövlüyü və
fasiləsizliyi əslində təbiətlə müntəzəm qarşılıqlı təsirlər yolu ilə təmin
olunur. Bu mürəkkəb təsir və vasitələnmiş əks-təsir proseslərinin sxematik
təsviri “”təcrübə” və “praktika” anlayışlarının da fərqini əyani surətdə gör-
məyə imkan verir (bax: sxem 7).
Təfəkkür
İnsan
Təbiət
Təcrübə
3
Praktika
3
Təcrübə
2
Praktika
2
Təcrübə
1
Praktika
1
Sxem 7.
Elm–Texnika–İstehsal
401
Biz insan ilə təbiətin qarşılıqlı təsirindən danışarkən hansı isə kon-
kret bir insanın hansı isə konkret bir təbiət guşəsi ilə qarşılıqlı münasibətini
nəzərdə tutmuruq. Bu qarşılıqlı münasibətin məkanı və zamanı bəşər tari-
xinə və ictimai praktikanın bütün coğrafi məkanına uyğun olaraq genişlən-
dirilir və beləliklə bütün bəşəriyyəti təmsil e
Dostları ilə paylaş: |