Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə20/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

ELM FƏLSƏFƏSİ  

VƏ ELMİN METODOLOGİYASI

 

 

 



 

 

 



Elmi və fəlsəfi düşüncə:ayrılmalar, kəsişmələr və 

qovuşmalar 

 

 

Elm: fəlsəfənin bətnindəki dövr 

 

Elmi dünyagörüşün fəlsəfi əsasları 

 

Yeni Dövrün epistemologiyası  



 

 

Elmi dünyagörüşü və paradiqmalar



 

 

 



 

 

 



 

 

Fəlsəfədən ayrılıb çox uzaqlara gedən elm 



özünü dərk etmək üçün yenə  fəlsəfənin bətninə 

qayıtmağa möhtacdır.  

 

Əbu Turxan  

  

 



 

 


 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

269



 

 

 

 

 

 

Elmin məntiqi-qnoseoloji tədqiqinə dair 

 

 

Elmi məntiqi-qnoseoloji aspektdə uğurla tədqiq edə bilmək üçün əv-

vəlcə onu bütöv dinamik bir sistem kimi təsəvvür etmək və elmi səciyyə-

ləndirən müxtəlif hadisələr çoxluğu içərisində məntiqi təhlilin spesifik ob-

yektini müəyyənləşdirmək lazımdır. 

Elm bilavasitə idrakla bağlı olduğuna görə, onun öyrənilməsində 

məntiqi-qnoseoloji aspekt mühüm yer tutur. Lakin elm ayrıca bir fərdin de-

yil, ictimai fəaliyyətin məhsulu olduğundan, cəmiyyətə xas olan müəyyən 

xüsusiyyətlər elm hadisəsində də öz əksini tapır. Hər hansı bir dövrdə və 

hər hansı bir ölkədə elmi fəaliyyətin özünəməxsus cəhətləri, elmin qarşı-

sında qoyulan məqsəd və vəzifələr, elmi-tədqiqat istiqamətləri, elm adam-

larının  şəxsi keyfiyyətləri, bu və ya digər elmi axtarışa ictimai maraq və 

bundan asılı olaraq elmi axtarışların ağırlıq mərkəzinin dəyişməsi həmin 

dövrdə və həmin ölkədəki ictimai quruluşun xarakterindən, ümumi mədəni 

inkişaf səviyyəsindən də asılıdır və bu göstərir ki, yalnız məntiqi təhlillə 

elmin inkişaf qanunauyğunluqlarını  aşkar etmək mümkün deyildir. Buna 

görə də elmin sistemli tədqiqi zamanı bir tərəfdən məntiqi ilə tarixinin vəh-

dətindən çıxış etmək, digər tərəfdən də elmi mürəkkəb tədqiqat obyekti ki-

mi götürmək, onun həm qnoseoloji, həm də sosioloji en kəsiklərini nəzərə 

almaq mühüm şərtdir. 

Təəssüf ki, bir sıra hallarda elmin tədqiqindəki bu və ya digər aspekt 

mütləqləşdirilir, yalnız bir mövqeyi rəhbər tutaraq elmin mahiyyətini mü-

əyyənləşdirmək cəhdləri göstərilir. Maraqlıdır ki, müəyyən qrup əsərlərdə 

elm yalnız məntiqi-qnoseoloji aspektdə öyrənildiyi halda, başqa qrup əsər-

lərdə yalnız sosial aspektdə öyrənilir. Bu, elmin diferensial surətdə tədqiq 

olunması baxımından,  şübhəsiz ki, məqbul üsuldur. Lakin həm birinci, 

həm də ikinci qrup tədqiqatçıların təkcə öz mövqelərindən çıxış edərək bü-

töv elm sistemini, onun strukturunu və mahiyyətini izah etmək cəhdləri, 



Elm haqqında elm 

 

 



 

270


bizcə, birtərəfli təşəbbüsdür və uğurla nəticələnə bilməz.

3

1



 Elmin mahiyyəti 

yalnız müxtəlif tədqiqat aspektlərinin müqayisəli və sintetik surətdə  nə-

zərdən keçirilməsi, ümumiləşdirilməsi sayəsində müəyyənləşdirilə bilər. 

Dialektik məntiq və idrak nəzəriyyəsi vəhdətdə olduğundan elmin 

məntiqi tədqiqi bütövlükdə elmi idrakın tədqiqi ilə üst-üstə düşür ki, fəlsəfi 

ədəbiyyatda bu istiqamət çox vaxt elmin ümumi metodologiyası adlandırı-

lır. Elmşünaslıqda elm onun daxili məzmunundan asılı olmayaraq öyrənil-

diyi halda, elmin metodologiyası onun məzmunu ilə  sıx surətdə bağlıdır. 

Görünür, həm buna görə, həm də ənənəvi olaraq elmşünaslıq problemləri 

və elmin metodologiyası bir-birindən asılı olmayan müstəqil tədqiqat sahə-

ləri kimi inkişaf edir. Sovet fəlsəfi ədəbiyyatında elmin metodologiyasına 

geniş yer verilsə də, həmin sahənin elmşünaslıq aspekti və ya tərsinə, elm-

şünaslığın məntiqi-metodoloji aspekti nisbətən kölgədə qalmışdır. 

Qərb fəlsəfəsi, xüsusən pozitivizm, elmi formal məntiqi sxemlər 

əsasında təhlil etdiyi halda, marksizm fəlsəfəsi onu daha çox konseptual 

planda tədqiq edir, elmin yalnız dilini deyil, məzmununu da nəzərə alır. 

Digər tərəfdən də müasir sosiologiya elmə bütöv sosial sistem kimi baxır 

və onun sosioloji problemləri hərtərəfli surətdə tədqiq olunur. Lakin arada 

elə bir sahə vardır ki, hələ çox az öyrənilmişdir: bu, bütöv elm sisteminin, 

ümumictimai elmi fəaliyyət prosesinin məntiqi strukturunun açılmasıdır. 

Keçmiş sovet fəlsəfəsinin ən nüfuzlu nümayəndələrindən biri akade-

mik B.M.Kedrov elmin inkişaf konsepsiyasından danışarkən 11 aspekt 

göstərirdi: iqtisadi, sosial, mədəni-mənəvi, əxlaqi-etik, səhiyyə və ekoloji, 

psixoloji, təbiətşünaslıq və texniki, elmşünaslıq, elmlərin qarşılıqlı  təsiri, 

dünyagörüşü, dialektik-məntiqi aspekt.

3

2



 Bu aspektlərdən heç biri elmin 

məntiqi-qnoseoloji tədqiqini  əhatə etmir. Sonuncu, «dialektik-məntiqi as-

pekt, – müəllifin öz yazdığına görə, – dialektikanın əsas qanun və kateqori-

yalarının dialektik metodun özünün işlənib hazırlanması və zənginləşdiril-

məsi məqsədilə tədqiq olunur».

3

3



 Göründüyü kimi, burada dialektik mənti-

                                                 

1

 Bax: məs.: П.В.Копнин. Гносеологические и логические основы науки. М., 1974; 



Анализ  системы  научного  знания.  М., 1976; А.С.Кармин.  Природа  научного  позна-

ния:  логико-методологический  аспект.  Минск, 1979; Логико-методологический  ана-

лиз научного знания. М., 1979; В.С.Швырев. Научное познание как деятельность. М., 

1984;  Ст.Тулмин.  Человеческое  понимание,  Благовещенск, 1998; К.Р.Поппер

Объективное знание.  

2

 Б.М.Кедров. Ленин, наука, социальный прогресс. М., Политиздат, 1982, с. 137-148. 



3

 Yenə orada, s. 148. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

271



 

qin elm sisteminin öyrənilməsinə tətbiqindən deyil, onun özünün elmin bir 

sahəsi kimi tədqiqindən söhbət gedir. Elmşünaslıq aspekti isə elmin sosial 

sistem kimi nəzərdən keçirilməsi ilə məhdudlaşdırılır. Yalnız «təbiətşünas-

lıq və texniki aspektdə» elmi inqilabların da əhatə olunduğu nəzərdə tutu-

lur. Bu, elmin məntiqi-qnoseoloji aspektinə aid olsa da, onun çox məhdud 

bir sahəsidir. B.M.Kedrovun təsnifatında elmin məntiqi qnoseoloji aspekti-

nə xüsusi yer ayrılmaması müəyyən mənada eksternalizmə uymaq meyli 

kimi qiymətləndirilə bilər. 

Qərb fəlsəfəsində elmin məntiqi-qnoseoloji aspekti əsasən epistemo-

logiya adı altında öyrənilir və buraya ən çox demarkasiya problemi elmili-

yin meyarı və ya başqa sözlə, elmi biliyin qeyri-elmi bilikdən, xüsusən fəl-

səfədən fərqləndirilməsi məsələsi, nəzəri və empirik biliklərin əlaqəsi, nə-

zəriyyənin həqiqiliyinin yoxlanması  həqiqət problemi və s. daxil edilir. 

Qərb elmşünaslarının bu sahədəki pozitiv xidməti daha çox dərəcədə elm 

tarixinin məntiqi təhlili, elmi inqilabların strukturunun öyrənməsi ilə bağlı-

dır.

3

1



  Həm də bu pozitiv xidmət məhz pozitivizm mövqeyindən uzaqlaş-

maq, elmin qeyri-kumulyativist modellərini qurmaq sayəsində mümkün 

olmuşdur. 

Müasir fəlsəfi  ədəbiyyatda baxdığımız aspekt ən çox elmin meto-

dologiyası, elmi idrakın məntiqi tədqiqi adı altında öyrənilir və buraya ən 

çox elmi idrakın pillələri: nəzəri və empirik idrakın qarşılıqlı əlaqəsi, elm-

lərin inteqrasiyası və diferensiasiyası, elmi idrakın metod və formaları, nə-

zəriyyə  və eksperiment, nəzəriyyənin forma və strukturu kimi məsələlər 

daxil edilir. Bu qəbildən ədəbiyyatda «elm» anlayışı altında bir qayda ola-

raq biliklər sistemi nəzərdə tutulur və elmin əhatə etdiyi iki bilik səviyyəsi-

nin: empirik və nəzəri biliklərin qarşılıqlı əlaqəsi obyektiv gerçəkliyin ini-

kası hadisəsinin müvafiq mərhələləri arasında əlaqə kimi götürülür. Empi-

rik bilik obyektiv gerçəkliklə bilavasitə qarşılıqlı  təsirin nəticəsi olduğu 

halda, nəzəri bilik ən çox mücərrəd təfəkkür sayəsində elmi idrakın məlum 

metodlarından istifadə edərək aldığımız bilikləri əhatə edir ki, onun da ən 

mühüm forması nəzəriyyədir. Buna uyğun olaraq, biliyin həqiqiliyi proble-

mi də iki mərhələdə nəzərdən keçirilir. Birinci, empirik biliklərin obyektiv 

gerçəkliyə uyğunluğu; ikinci, nəzəri biliklərin, nəzəriyyənin ilkin empirik 

                                                 

1

 



Bax: məs.:

 

Т.Кун. Структура научных революций. М., 1977; Структура и разви-

тие  науки.  Из  Бостонских  исследований  по  философии  науки.  М., 1978; К.Поппер. 

Логика и рост научного знания. Избранные работы. М., 1983.

 


Elm haqqında elm 

 

 



 

272


materiala və nəticə etibarilə, yenə də obyektiv gerçəkliyə uyğunluğu. Qərb 

fəlsəfəsində, xüsusən pozitivizmin müxtəlif qollarında yalnız ikinci mərhə-

lənin birinci hissəsi problem kimi qoyulur; belə ki, obyektiv gerçəkliyə uy-

ğunluq məsələsi, ümumiyyətlə obyektiv gerçəkliyin qəbul olunması məsə-

ləsi metafizik (fəlsəfi) problem olduğundan, pozitivistlər onu elmi məsələ 

hesab etmirlər.  

Beləliklə, elm fəlsəfəsində, həm də ümumiyyətlə, Qərb fəlsəfəsində 

elmin məntiqi tədqiqinin çox ciddi aspektlərindən biri nəzəriyyənin həqiqi-

liyinin yoxlanması problemidir. Neopozitivizm verifikasiya prinsipini, se-

mantik fəlsəfə elmi dilin məntiqi təhlilini, postpozitivizm falsifikasiya 

prinsipini və s. həqiqətin əsas meyarı hesab edir. Marksizm isə bu proble-

min yeganə düzgün həllini praktika nəzəriyyəsində görürdü. 

Elmlərin, elmi bilik sahələrinin təsnifatı məsələsinə həm pozitivizm-

də, həm də fəlsəfədə geniş yer verilsə də biliklərin struktur səviyyələrinə 

görə bölgüsü çox az tədqiq olunmuşdur. Lakin bununla belə məhz elmi bi-

liyin digər biliklərdən fərqi demarkasiya problemi müasir Qərb fəlsəfəsi-

nin, xüsusən postpozitivizmin başlıca problemlərindən biridir. K.Popper və 

onun davamçılarının bir çox əsərləri bilavasitə bu məsələyə həsr olunmuş-

dur. Qərb aləmində bu problemin aktuallığını artıran və ön plana çəkən isə 

elmi fəlsəfədən ayırmaq cəhdidir. Əslində müasir pozitivistlər demarkasiya 

problemini heç də elmi tədqiq etmək naminə deyil, klassik pozitivizmin 

fəlsəfəyə inkarçı münasibətini «yeni vasitələrlə  əsaslandırmaq» üçün da-

vam etdirirlər. 

Elmiliyin meyarı problemi elmin məntiqi-qnoseoloji aspektinə və ya 

epistemologiyaya aiddir. Lakin «elm» və «elmilik» anlayışları müxtəlif 

əhatə dairələrinə malikdir. Məsələ burasındadır ki, elmilik şərti Qərb fəlsə-

fəsində bir qayda olaraq yalnız biliklə əlaqədar olaraq işlədilir, yəni bilik-

lərin elmiliyindən və ya başqa sözlə, elmi bilikdən söhbət gedir. Halbuki 

«elmi fəaliyyət», «elmi mübahisə», «elmi jurnal», «elmi müəssisə», «elmi 

işçi» və s. bu kimi çox müxtəlif obyekt və hadisələr üçün də elmilik meya-

rından danışmaq olar və bütün bu hadisələr «elm» anlayışında əhatə olun-

duğundan onun həcmi çox genişdir. Elmin müxtəlif en kəsiklərində, müx-

təlif aspektlərdə tədqiqinə ehtiyac da buradan irəli gəlir. 

Yuxarıda biz elmin B.M.Kedrov tərəfindən göstərilək tədqiqat as-

pektlərini saydıq. Bu siyahını daha da genişləndirmək, zənginləşdirmək 

mümkündür. Lakin söhbət elmin mahiyyətindən gedəndə ikinci dərəcəli 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

273



 

məsələlər deyil, bilavasitə elmin təbiətindən irəli gələn  ən ümumi istiqa-

mətlər nəzərdə tutulmalıdır. Elmin bu cür mühüm en kəsikləri və buna uy-

ğun olan tədqiqat istiqamətləri əsasən ikidir: məntiqi-qnoseoloji və sosial. 

Bütün digər aspektlər bu iki mühüm istiqamətin qol-budaqları kimi qiy-

mətləndirilə bilər. 

Müasir Qərb fəlsəfəsində bu aspektlərdən birinin və ya o birisinin ön 

plana çəkilməsi, məsələnin birtərəfli qoyuluşu elmin əsl mahiyyətini açma-

ğa imkan vermir. Xüsusən pozitivizmin bütün formaları elmi yalnız episte-

moloji aspektdə tədqiq edir və sosial aspekti nəzərə almır. Bu mövqe idea-

list fəlsəfə üçün tamamilə səciyyəvidir. Belə ki, müvafiq sosial problemlər 

elmin obyektiv ictimai hadisələrlə bağlılığından irəli gəlir və onların qəbul 

olunması həmin məsələdə materialist mövqeyə uyğundur. 

Qərb elmşünaslığı, çox yerdə elmi dilin məntiqi təhlili ilə  və ya 

«elm fəlsəfəsi» ilə üst-üstə düşür, problemin sosial aspekti isə ya işlənmir, 

ya da çox vaxt ayrıca, tam müstəqil bir məsələ kimi öyrənilir: elmin mənti-

qi-qnoseoloji tədqiqi ilə sosial (əslində yalnız statistik sosioloji) tədqiqatlar 

arasında heç bir əlaqə yaradılmır. Elmin başlıca vəzifəsi mütləq həqiqətlə-

rin əldə olunması kimi başa düşüldüyündən məsələ tezliklə həqiqət proble-

mi ilə eyniləşir. 

Real vəziyyət göstərir ki, əksər filosofların  əsərlərində Yeni Dövr 

fəlsəfəsinin ənənəvi müddəaları, o cümlədən, kumulyativ epistemologiya-

nın, xüsusən Kant epistemologiyasının bəzi tezisləri tənqidi surətdə nəzər-

dən keçirilmədən, özlüyündə  məlum bir şey kimi qəbul edilmişdir. Belə 

ənənəvi müddəalardan biri və  ən çox yayılanı elmin biliklər sistemi kimi 

qəbul edilməsidir. Bu mövqe nəinki monoqrafik ədəbiyyatda  ən çox rast 

gələn mövqedir, həm də kütləvi ədəbiyyata və dərsliklərə nüfuz etmiş, də-

rin kök salmışdır. Kumulyativist epistemologiyanın müddəalarına  əsasla-

nan bu mövqe elmin sosial aspektini nəzərə almağa imkan vermir və inter-

nalizmə uyğun gəlir. 

Əslində elm və bilik sistemləri yalnız müəyyən ümumi sahədə kəsi-

şir, qalan sahələrdə isə bir-birindən fərqli məzmunlara malikdir. Bu ümumi 

sahə – elmi bilikdir. Elmi bilik «elm» sisteminə daxildir. «Bilik» anlayışı 

elmi bilikdən başqa, əməli biliyi də əhatə edir ki, sonuncu «elm» sisteminə 

daxil deyildir. Yaxud da «elm» anlayışının əhatə etdiyi maddi tərəflər (el-

mi tədqiqat institutları, laboratoriyalar, «elmi texnikası» və s.) və yaradıcı-

lıq axtarışları «bilik» sisteminə daxil deyil. 


Elm haqqında elm 

 

 



 

274


Biliklər sistemi özündə  fəaliyyət momentini əks etdirmir. Elm isə 

məhz elmi axtarışlar, yaradıcılıq, tədqiqat prosesində – elmi fəaliyyət 

zamanı cəmiyyətin tərkib hissəsi kimi, ictimai hadisə kimi qarşıya çıxır. 

Beləliklə, elmə biliklər sistemi kimi baxmaq və elmi biliyin digər bi-

liklərə  nəzərən özünəməxsus cəhətini, elmilik meyarını axtarmaq «elm» 

sisteminin öyrənilməsi üçün kifayət deyil. Nəinki elmin bütöv bir sistem 

kimi öyrənilməsi, həm də onun məntiqi-qnoseoloji aspektdə tədqiqi də bu 

çərçivəyə  sığmır, müəyyən  şərtləri ödəyən biliklər sistemi ilə yanaşı, 

ümumictimai və fərdi elmi fəaliyyət proseslərinin də nəzərə alınmasını tə-

ləb edir. 

XX əsrin əvvəllərində ilk qeyri-kumulyativ konsepsiyalar C.Sarton, 

Q.Başlyar, A.Koyre tərəfindən irəli sürülmüşdür. 

C.Sarton elm hadisəsinə elmi biliklərlə yanaşı insan amilini də daxil 

etmiş, elmi fəaliyyətin subyekti olan insanların – elmi işçilərin dünyagörü-

şünü, mədəniyyətini, ictimai vəziyyətini də nəzərə almağa çalışmışdır. Sar-

tona görə, elm ümumi mədəni inkişaf fonunda, sosial kontekstdə öyrənil-

məlidir. Təsadüfi deyil ki, elm tarixşünaslıqda mədəni-tarixi istiqamət kimi 

tanınır. Mədəni-tarixi istiqamət elmin sosial tədqiqinin mühüm aspektlə-

rindən biridir. 

XX əsrin 30-40-cı illərinə qədər Qərbin «elm fəlsəfəsində» və elm-

şünaslığında kumulyativ epistemologiya ənənəvi olaraq hakim mövqe tu-

turdu. Kumulyativ epistemologiyaya görə elmin inkişafı elmi biliklərin 

müntəzəm olaraq artması, köhnə biliklərin yeni biliklərlə tamamlanması, 

eninə genişlənməsi yolu ilə həyata keçir. 

Elmin inkişafının bu cür yekrəng mənzərəsi həqiqətə bir o qədər də 

uyğun deyil. Elmdə eninə genişlənmə hadisəsi doğrudan da vardır. Lakin 

elmin inkişafı yalnız bu cür düzxətli yolla həyata keçmir. Xüsusən XIX-

XX əsrlər elmdə inqilablar dövrü kimi səciyyələnir və elmi inqilablar ku-

mulyativizm çərçivəsinə  sığmır. Təbii ki, bu vəziyyət Qərb filosoflarının 

da diqqətini cəlb etmişdir və artıq XX əsrin əvvəllərindən başlayaraq elmi 

inkişafı xarakterizə etmək üçün yeni, qeyri-kumulyativist modellər təklif 

olunmuşdur. 

Lakin kumulyativist konsepsiyalar Yeni Dövr fəlsəfəsinin ənənələri 

ilə sıx surətdə bağlı olduğundan uzun müddət fikir meydanından sıxışdırı-

lıb çıxarılmamışdır və neopozitivizmin istinad proqramlarından biri olaraq 

qalır. 


 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

275



 

Elmi biliyin inkişafının kumulyativ modeli aşağıdakı  cəhətləri 

özündə əks etdirir: 

1. Dəyişməyən,  əbədi, mütləq həqiqətlər vardır və elmin məqsədi 

tədricən bu həqiqətləri aşkar etməkdən ibarətdir. 

2. Yanılma elmi biliyin tərkib hissəsi olmadığına görə elmə aidiyyatı 

yoxdur. Belə ki, elm – biliklər sistemi olduğuna və elmi biliklər mütləq hə-

qiqəti əks etdirdiyinə görə yanılma məqamları və bu mənada uğurla nəticə-

lənməyən bütün elmi axtarışlar elmə daxil deyil. 

3. Elmin müəyyənləşdirilməsində demarkasiya problemi mühüm 

amil sayılır. Belə ki, elmin qeyri-elmi biliklərdən fərqləndirilməsi və bütün 

kənar hadisələrlə, o cümlədən də fəlsəfə ilə elm arasında sərhəd çəkilməsi 

zəruri hesab olunur. Elm tam müstəqildir və hər cür «metafizik prinsiplər-

dən» təmizlənməlidir. 

4. Əvvəllər əldə olunmuş elmi biliklər elmin sonrakı inkişafı zamanı 

dəyişilməz qalır, çünki onların inkişaf etdirilməsi daha mümkün deyil 

(mütləq həqiqətdirlər). Elmin inkişafı yalnız daha çox mütləq biliyin top-

lanması, yığılması kimi başa düşülür.

 

3

1



  

Bu konsepsiya Yeni Dövr fəlsəfəsində Dekart, Leybnis, Kant və 

Fixte tərəfindən inkişaf etdirilmişdir və xüsusən, klassik pozitivizmin 

(O.Kont, C.S.Mill, H.Spenser və s.) başlıca konsepsiyası olmuşdur. 

Nisbi və mütləq həqiqətlərin dialektikası haqqında təlim kumul-

yativizmin heç də yeganə mümkün elmi konsepsiya olmadığını göstərdi. 

İlk baxışda,  С.Sarton elmə internalist baxışdan uzaqlaşır və elmdə 

humanitar aspektin rolunu nəzərə almaqla onun cəmiyyətlə, ictimai mühit-

lə əlaqəsini qəbul edir. Lakin daha dəqiq təhlil göstərir ki, Sarton əslində 

elmin humanizasiyası dedikdə təbiətşünaslıqla humanitar elmlərin və mü-

vafiq elm adamlarının ittifaqından, bu iki elm sahəsinin vəhdətindən danı-

şır. Lakin Sarton qəti əmindir ki, elmi ideyalar sosial amillərlə təyin olun-

mur, elmi biliklər sosial əhatədən asılı deyil.

3

2



 

Sartona görə intellektual fəaliyyət tarixi dövrlərin spesifikasından 

asılı olmayan müəyyən sosial-psixoloji invariantlarla şərtlənir. 

                                                 

1

 В поисках теории развития науки (Очерки западноевропейских и американских 



концепций ХХ века). М., 1982; Т.И.Хилл. Современные теории познания (пер. с англ.) 

М., 1965 вя с. 

2

 Л.А.Маркова.  Идея  гуманизации  науки  в  работах  Дж.Сартона // В  поисках 



теории развития науки. М., 1982, с. 66. 

Elm haqqında elm 

 

 



 

276


Sarton konsepsiyasına görə, sosial amillər elmin daxili məntiqinə tə-

sir etmir və elmi bilik sosial xarakter daşımır. L.A.Markova yazır: «Bu tip 

sosial təsirlər elmin inkişafına təkan verir və ya onu ləngidir, lakin xarici 

təsir olmaqla elmi biliyin daxili məntiqini, strukturunu təyin etmir. Bura-

dan çox vaxt elmi biliyin ümumiyyətlə qeyri-sosial xarakter daşıması qə-

naətinə gəlirlər… Sarton da bu qənaətə gəlir».

3

1

 Sarton konsepsiyası, doğ-



rudan da, qüsursuz deyildir. Lakin məhz bu məsələdə – elmi biliyin qeyri-

sosial xarakter daşıması, sosial amillərlə şərtlənməsi fikrinə görə, Sartonun 

nə üçün tənqid olunduğu aydın olmur. Görünür, L.A.Markova hər bir 

dövrdə  və sosial şəraitdə  məhz hansı istiqamətdə axtarışlar aparılması  və 

hansı sahəyə dair yeni biliklər alınmasının həmin  şəraitdən, dövrün tələ-

bindən, texniki imkanlardan və s. asılılığını nəzərdə tutur. Lakin bunların 

elmi biliyin daxili məntiqi və strukturu ilə həqiqətən əlaqəsi yoxdur. 

L.A.Markova özünün fikrini K.Marksa əsaslanaraq isbata yetirmək 

istəyir. K.Marks «İqtisadi-fəlsəfi əlyazmaları»nda deyirdi: «…Hətta o vaxt 

ki, mən elmi fəaliyyətlə məşğulam, – elə fəaliyyətlə ki, onu mən çox nadir 

hallarda başqaları ilə bilavasitə ünsiyyətdə  həyata keçirə bilərəm, – hətta 

onda da mən ictimai fəaliyyətlə məşğulam, çünki mən insan kimi hərəkət 

edirəm. Mənə ictimai məhsul şəklində yalnız mənim fəaliyyətim üçün ma-

terial, – hətta mütəfəkkirin işlətdiyi dil özü, – verilməyib, mənim öz varlı-

ğım da ictimai fəaliyyətdir; ona görə  də o şeyi ki, mən özümdən düzəl-

dirəm, özümü ictimai mövcudluq kimi başa düşməklə, özümdən cəmiyyət 

üçün düzəldirəm».

3

2



 Lakin L.A.Markova K.Marksa istinad edərkən, bizcə, 

iki məsələni qarışdırır: əmək, əməli fəaliyyət və onun məhsulu harada isə 

eyniləşdirilir və  əslində yalnız elmi fəaliyyətə aid edilməli olan sosial 

şərtlənmə elmi biliyə, alınmış yeni elmi ideyalara və s. də aid edilir. 

Elmi fəaliyyətin ictimai xarakterinə baxmayaraq, elmi biliyin qeyri-

ictimai xarakteri sovet fəlsəfə məktəbində də etiraf edilmişdir. Elmi biliyin 

cəmiyyətlə əlaqəsi və ictimai amillərlə şərtlənməsi yalnız onun öz məzmu-

nundan doğa bilər. Yəni cəmiyyət hadisələrini əks etdirən elmi biliklər so-

sial amillərlə şərtləndiyi və sinfi xarakter daşıdığı halda, təbiət hadisələrini 

əks etdirən biliklər öz məzmunu etibarilə və məntiqi quruluşu etibarilə ic-

timai amillərdən asılı deyil. Beləliklə, L.A.Markova C.Sartonu interna-

                                                 

1

 Yenə orada, s. 72. 



2

 К.Маркс и Ф.Энгельс. Из ранних произведений. М., 1956, с. 590.  



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

277



 

lizmdə  təqsirləndirmək istəyərkən özü eksternalizm mövqeyinə enir. Bu 

cür halların aradan qaldırılması  və burjua filosoflarının yalnız həqiqətən 

qüsurlu olan fikirlərinin tənqidi, mütərəqqi fikirlərin isə pozitiv planda 

işıqlandırılması müasir dövrdə elmşünaslığın birgə səylərlə inkişaf etdiril-

məsi üçün çox mühümdür. 

Prof. A.F.Zotovun başqa bir Qərb filosofuna və onun elm konsepsi-

yasına münasibətində isə tamamilə  əks mövqe müşahidə olunur. Yəni 

Q.Başlyarın fəlsəfi mövqeyindəki açıq-aşkar antimarksist mövqe az qala 

müsbət planda şərh edilir (o dövr üçün belə bir mövqedə durmaq özü də 

cəsarət tələb edirdi). Belə ki, Q.Başlyarın «realizm»ə  tənqidi münasibəti 

müdafiə olunur, halbuki realizm adlandırdığı mövqeyi ona görə tənqid edir 

ki, burada nəzəri sxemlər reallığın özünə xas olan xassə və tərəflərin ade-

kvat ifadəsi hesab olunur, biliklərin məzmunu ilə obyektiv reallığın üst-

üstə düşdüyü qəbul edilir.

3

1



 Bu isə əslində materialist, həm də yalnız sadə-

lövh materializmə deyil, marksist materializmə də xas olan bir mövqedir. 

A.F.Zotovun dialektik materializmi Q.Başlyarın «realizm»indən fərqlən-

dirmək cəhdləri isə inandırıcı görünmür. Yəqin Q.Başlyar özü belə bir 

fərqləndirmə mövqeyindən çıxış etməzdi.  Əks təqdirdə o öz təsnifatına 

dialektik materializmin mövqeyini də ayrıca olaraq daxil edərdi. 

XX əsrin 30-cu illərindən etibarən elmi bəşər mədəniyyətinin ümumi 

kontekstindən kənarda və statik müstəvidə öyrənən neopozitisizmdən nis-

bətən mütərəqqi olan iki qol ayrılıb inkişaf etməyə başlamışdır. Elmi inki-

şafın  sosial-psixoloji rekonstruksiyası mövqeyindən çıxış edən T.Kun, 

S.Tulmin, P.Feyerabend və s.-in postpozitivizmi və K.Popper, İ.Lakatos, 

J.Aqassi və s.-in elmi inkişafın məntiqi rekonstruksiyası mövqeyi. 

Bu iki qol arasında bir sıra ümumi cəhətlər vardır: hər ikisi nəzəriy-

yəni empiriyadan üstün tutur, elmi idrakın və elmi inkişafın dinamikasını 

nəzərə alır, real elmi praktikaya istinad edir, fəlsəfə ilə elmin əlaqəsini 

qəbul edirlər. 

Birinci istiqamətin başlıca nümayəndəsi T.Kundur. O, kəsilməz, 

müntəzəm «elmi tərəqqi» anlayışının əleyhinədir. Paradiqmalar nəzəriyyə-

sini irəli sürür ki, bunun da məğzi aralarında müntəzəm keçid olmayan 

mərtəbələr sistemidir; bir sistemdən (paradiqmadan) digərinə sıçrayış elmi 

                                                 

1

 А.Ф.Зотов. Концепция науки и ее развитие в философии Г.Башляра // В поисках 



теории развития науки, М., 1982, с. 83. 

Elm haqqında elm 

 

 



 

278


inqilab hesab olunur. Paradiqmaların «dilləri» müxtəlif olduğundan bir 

paradiqma digər paradiqma mövqeyindən anlaşılmazdır. 

Kun konsepsiyasının  əsas nailiyyəti: «normal elm» və elmi inqilab 

bölgüsünün nəzərə alınmasıdır. Kuna görə əsil elm «normal elm»dir; sıçra-

yış  məqamları sosial-psixoloji sferada – elmdən kənar faktorlar baxımın-

dan izah olunmalıdır. 

İkinci istiqamətin başlıca nümayəndəsi K.Popperdir. O, özünün «El-

mi kəşfin məntiqi», «Obyektiv bilik», «Təsdiq və inkar» və s. fundamental 

əsərlərində elm fəlsəfəsinin alternativ modelini yaratmışdır. 

Birinci istiqamətin  əksinə olaraq, K.Popper sıçrayışları deyil, təka-

mülü əsas götürür; «elmi tərəqqi» anlayışı qəbul olunur. 

K.Popper «kafi əsas» ideyasına əsaslanan klassik epistemologiyadan 

fərqli olaraq relyativizmə əsaslanan tənqidi rasionalizm mövqeyindən çıxış 

edir, «üçüncü dünya» nəzəriyyəsini irəli sürür. 

Onun fikrinə görə, biliklər təbiətdən və insan aləmindən fərqli, nisbi 

müstəqil üçüncü bir dünya təşkil edir. Bu dünyanın öz sakinləri, daxili əla-

qələri, saxlanma və “yaşayış” üsulları vardır. İnsan bilik əldə etmək üçün 

bilavasitə hissi təcrübəyə müraciət etmədən,  əvvəlki nəsillərin yığıb-top-

lamış olduğu bu bilik dünyasına müraciət edə bilər.      

K.Popper elmi informasiyanın toplanmasını, saxlanmasını  və qab-

laşmasını simvolik olaraq “badya” anlayışı ilə ifadə edir. Söhbət müəyyən 

bir sahəyə aid biliklər üçün mənbə rolunu oynaya biləcək bütün faktların, 

təəssüratların, hisslərin, qavrayışların toplandığı qabdan – badyadan gedir. 

K.Popper biliyin mənbəyini ancaq təcrübədə görən, hiss orqanları vasitəsi-

lə əldə edilmiş bütün informasiyanın cəmi kimi başa düşən kumulyativ ya-

naşmanı “badya təlimi” adlandırır və epistemologiyada geniş yayılmış olan 

bu sadəlövh yanaşmanın tənqidini verməyə çalışır. Belə ki, təcrübədən gə-

lən ilkin informasiyanı bir fakt kimi qəbul edərək bizim aldığımız nəticə-

lərdəki səhvləri ancaq intellektual həzm mərhələsində axtarmaq təşəbbüs-

ləri  ən azı ona görə qüsurludur ki, badyada olan məlumatın özünü kor-

koranə olaraq düzgün başlanğıc kimi götürmək özü bir təhrifdir

3

1



K.Popperə qədər pozitivizmdə (neopozitivizm mərhələsi) əsas prin-

sip verifikasiya prinsipi hesab olunurdu. Yəni əgər hər hansı bir ideya təc-

rübədə  təsdiq olunursa, bu onun həqiqiliyinə  dəlalət edir. Təcrübi yox-

                                                 

1

 К.Р.Поппер. Объективное знание. Эволюционный подход, с.66-68. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

279



 

lanması mümkün olmayan bütün fikirlər qeyri-elmi hesab olunurdu. Xüsu-

silə  təbiətşünas alimlər bu mövqeni dəstəkləyirdilər və indi də  dəstəklə-

yirlər. Görkəmli nəzəriyyəçi-fizik R.Feynmanın yazdığına görə, “bizim 

bütün biliklərin məhək daşı  təcrübədir. Təcrübə, eksperiment elmi “həqi-

qətin” yeganə hakimidir.”

3

1

  Fəlsəfədə isə bu baxışlar F.Bekon və C.Lokk 



tərəfindən sistem halına salınan, “ağ lövhə” təlimi kimi məşhurlaşan empi-

ristik idrak nəzəriyyəsinə uyğun gəlir. Hətta İ.Q.Fixte kimi subyektiv idea-

list filosoflar da idrak məsələlərində  məhz bu mövqedən çıxış edirdilər: 

“Şüurlu varlıq təcrübədən kənarda heç nəyə malik deyil; təcrübə onun 

təfəkkürünün bütün materialını özündə saxlayır”.

3

2



 

Lakin Popper nəzərə alır ki, müəyyən bir biliyin təcrübədə özünü 

doğrultması da həqiqilik və elmilik meyarı kimi yetərli deyil. Xüsusilə nə-

zərə alsaq ki, o, cismani dünyanın hadisələrinə real şeylər kimi deyil, fikri 

obrazlar kimi baxırdı və bu obrazların şeylərlə eyniyyətini iddia edən sadə-

lövh realizmdən çox uzaq idi, onda, deməli, “təcrübə” də son instansiya 

ola bilməz. K.Popper öz “intellektual tərcümeyi-halında” yazır ki, “bizim 

nəzəriyyələr daha çox şüurumuzun məhsuludur və reallıq tərəfindən təlqin 

olunmur; ona görə  də onlar bizim “təcrübəmizin” sərhədlərini keçirlər”

4

3



Məhz bu səbəbdən də K.Popper elmi biliyin həqiqiliyini yoxlamaq üçün 

başqa bir meyarı: məntiqi surətdə təkzib oluna bilmək imkanını – falsifika-

siya olunanlıq prinsipini irəli sürür. Əslində məqsəd bütün elmi ideyalara 

inamsızlıq göstərmək və onları təkzib etmək deyil. Söhbət prinsipcə təkzib 

oluna bilməkdən gedir. Yəni nəzəriyyənin məntiqi quruluşu buna yol ver-

məlidir. 

Əslində Popperin falsifikasiya  olunanlıq prinsipi də verifikasiya  

prinsipi kimi biliyin həqiqiliyini yoxlamaq üçün kafi şərt deyil. Elmilik 

tələbini ödəmək üçün bir sıra zəruri şərtlər var ki, onlar ödənmirsə, deməli, 

bu müddəa, təlim, nəzəriyyə elmi deyil. Lakin “elmi deyil” hökmündən be-

lə  nəticə  çıxarılmamalıdır ki, deməli, yalnışdır. Xeyr, elmilik şərti ödən-

mirsə, ya onun tətbiqi üçün mühit-situasiya şərtləri məhdudlaşdırılmalı və 

                                                 

1

 Р.Фейнман, Р.Лейтон, М.Сэндс. Фейнмановские лекции по физике, вып. 1. М., 



«Мир», 1965, с. 22. 

2

 И.Г.Фихте.  Первое  введение  в  наукоучение // Сочинения  в  двух  томах,  т. 1, 



СПб., Мифрил, 1993, с. 451. 

3

 K.R.Popper. Unended quest. An Intellectual Autobiography. London and New York, 



1999, p.82. 

Elm haqqında elm 

 

 



 

280


konkretləşdirilməlidir, ya da onun qeyri-elmi bilik formalarından birinə aid 

olub-olmadığı yoxlanmalıdır. Belə ki, dini hökmlər, fəlsəfi müddəalar, 

məişət bilikləri, əxlaqi dəyərlər elmi deyil, amma bu, heç də onların həqiqi 

olmadığını və ya dəyərsizliyini göstərmir.   

K.Popper elmi metafizika ilə qarşılaşdırır və bu iki fərqli bilik sahəsi 

arasında dəqiq sərhəd çəkməyə (demarkasiya) çalışır.

4

1

 Bəli, Popper fəlsəfi 



ontologiya sahəsində biliklərin elmiliyini inkar edir. Amma bu o demək 

deyil ki, Popper ümumiyyətlə biliklərin əhatə dairəsini məhdudlaşdırmağa 

çalışır. Əksinə, onun terminologiyasında “bilik” anlayışı olduqca geniş bir 

diapazonu əhatə edir. O hətta heyvanların və bitkilərin biliyindən bəhs et-

məklə, istənilən orqanizmin nəyə isə yönəli olmasını, bəkləntisini (gözlə-

məsini) biliklər sisteminə daxil edir.

4

2

  İnsanı heyvandan fərqləndirən 



sadəcə biliyə yox, dərk olunmuş biliyə malik olmasıdır. Bu baxımdan, 

Popperin mövqeyi Təyyar de Şardenlə üst-üstə düşür. O yazır: “Təbii ki, 

heyvan da bilir. Amma, şübhəsiz, o nə bildiyini bilmir”.

4

3



 Məhz insana aid 

olan biliklər həm bütün dərk olunmamış – gizli bilikləri, həm də  dərk 

olunmuş – verballaşan bilikləri əhatə edir.  

Elmin arxitektonikasını biliklər üzərində qurmaq və ya başqa sözlə, 

ayrı-ayrı biliklərdən onun müəyyən qayda üzrə  təşkil olunmuş sisteminə 

doğru addım atmaq üçün əvvəlcə bazis kimi, tikinti materialı və ya hətta 

bu tikintinin kərpicləri kimi istifadə oluna biləcək biliklərin mötəbərliyinə, 

mükəmməlliyinə, sınanmışlığına əmin olmaq lazımdır. Yəni qurulan kons-

truksiyada daha effektli struktur seçməzdən əvvəl, ilk növbədə elementlər-

dən arxayın olmaq, yəni onların dəyişməzliyinə, sabitliyinə güvənə bilmək 

tələb olunur. Bu ehtiyac epistemologiyada biliklərin həqiqiliyi problemini 

daha da aktuallaşdırır. Nəticədə müasir elm fəlsəfəsində bu problem o 

dərəcədə önə çıxmışdır ki, sanki hər şey məhz həqiqiliyin şərtlərini düzgün 

müəyyənləşdirməkdən asılı imiş. Təsadüfi deyil ki, elmiliyin meyarları 

içərisində də ən əsas şərt əksər hallarda alınan elmi nəticənin, yeni biliyin 

həqiqiliyini müəyyənləşdirmək qaydaları hesab olunur. Lakin məsələnin 

bu cür qoyuluşundan kənara çıxdıqda, yəni elm sistemini kristallik qəfəs 

                                                 

1

 К.Поппер.  Предположения  и  опровержения.  Рост  научного  знания.  М.,  АСТ, 



2004, с. 423. 

2

 К.Поппер. К эволюционной теории познания // Эволюционная эпистемология и 



логика социальных наук: Карл Поппер и его критики. М., 2000, с.194-201. 

3

 Т. де Шарден. Феномен человека. М., Наука, 1987, с. 137. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

281



 

modelinə uyğun olaraq, təpə nöqtələrində mütləq, dəyişməz biliklər daya-

nan konfiqurasiya kimi təsəvvür etməyin yeganə yol olmadığı, gerçək elmi 

yaradıcılıq proseslərinin təsviri üçün fərqli modellərə ehtiyac yarandığı 

bəlli olduqdan sonra alternativ epistemoloji konsepsiyalar irəli sürüldü.  

Ənənəvi modelə birinci zərbə mütləq və ya həqiqi bilik axtarışları-

nın şübhə altına alınması oldu. Yəni elmi inkişaf prosesində həmişə sabit 

qalan, toxunulmaz mütləq bilik axtarışının əbəs olduğu getdikcə daha çox 

dərəcədə özünü göstərdi. Nəticədə bir çox elmşünaslar elmin yeni informa-

sion modelini hazırlayarkən, onu sabit kəmiyyət kimi yox, dəyişkən kom-

ponent kimi götürməyə üstünlük verirlər. V.Sadovski və E.Mirskinin qeyd 

etdiyi kimi, biliyi tədqiqat obyekti kimi fiksə etmək, kvantlamaq çox çətin 

olduğundan, elmdə informasiyanı proses halında götürmək lazım gəlir.

4

1



 

Təyyar de Şarden  şeylərin təməlini, atomları  nəzərdə tutaraq yazır: “Əv-

vəlcədən biz təcrübənin belə bir əsaslı  şərti ilə qarşılaşırıq ki, hər  şeyin 

başlanğıcına getdikcə, onun duyğularla qavranılması qeyri-mümkünlüyə 

çevrilir”.

4

2



 Eyni mülahizəni biz elmi konstruksiyaların: nəzəriyyə, təlim, hi-

potez və s. təşkil olunduğu elementar biliklərin – koqnitiv atomların haq-

qında da söyləyə bilərik. Yəni təlimin ideyası, epistemoloji strukturu, ehti-

va etdiyi alt sistemlər – lokal nəzəriyyə və müddəalar, konseptlər özlüyün-

də aydın olsa da, onların hamısının əsasında duran ilkin biliklər və anlayış-

ların konturlarını kəskin cizgilərlə çəkmək mümkün olmur. Elə lap təməl-

dəcə bir yayınıqlıq, qeyri-səlisliklə rastlaşırıq. Təmələ yaxınlaşdıqca, ay-

dınlıq itir. Və əksinə, çox aydın təməl prinsiplərdən çıxış etməklə mükəm-

məl bir nəzəri konstruksiya qurmaq çətinləşir. Səbəbi isə budur ki, ancaq 

rasional, məntiqi yolla qurulan bir nəzəriyyədə istifadə olunan ilkin biliklər 

– atomlar guya özlüyündə məlum, qapalı, bölünməz, dəyişməz bir şey kimi 

götürülür. Və məhz sabitlərin üzərində konstruksiya qurulur. Məntiq ancaq 

strukturu açır. Təpə nöqtələrindəki atomar biliklər isə riyazi nöqtə kimi 

idealizə olunur. Formal məntiqin və  hər cür riyaziyyatın  şərtlərindən biri 

təməl nöqtələri maddi müstəvidə bir heç kimi, sıfır kimi götürməkdir. La-

kin əgər biz bu konstruksiyanı qurduqdan sonra təməl nöqtələrin – atomar 

biliklərin üzərinə getsək və onları açmağa çalışsaq, bir qeyri-müəyyənliklə 

rastlaşacağıq. Burada müəyyənlik yaratmaq istəsək və bu biliklərin öz 

                                                 

1

 Э.М. Мирский, В.Н.Садовский. Проблемы исследования коммуникации в науке // 



Коммуникация в современной науке. М., «Прогресс», 1976, с. 9.    

2

 Т. де Шарден. Феномен человека. М., Наука, 1987, с. 80.  



Elm haqqında elm 

 

 



 

282


strukturunu nəzərə almağa çalışsaq isə, onda bütöv təlim üçün qurduğu-

muz makrostruktur, ümumi konfiqurasiya pozulacaqdır. Dediyimiz prinsip 

əslində Heyzenberqin məşhur qeyri-müəyyənlik prinsipini xatırladır. Bu 

epistemoloji kontekstdə, idrak fəzasında qeyri-müəyyənlik prinsipidir! 

Bu prinsip əslində həm də rasional və irrasionalın tam uyğunlaşma-

sının qeyri-mümkünlüyü prinsipidir. Belə ki, biliklərin tam aydınlığı ancaq 

intuitiv  şəkildə, irrasional yolla mümkündür. Və  həmin biliklər üzərində 

qurulmuş rasional konstruksiya atomar biliklərin həqiqiliyini izah edə bil-

mir. İstər-istəməz nə isə aprior şəkildə qəbul olunmalıdır.  

Burada formal məntiqin və rasionalizmin biliklərimizin hüdudunu 

məhdudlaşdırması faktı ilə də razılaşmaq lazım gəlir. Məhz bu ehtiyacdan-

dır ki, qeyri-səlis məntiq yaranmışdır.

4

1

  



Əslində elmi biliyin iki əsas formasına münasibət də fərqlidir. Söh-

bət elmi fakt-dan və elmi nəzəriyyə-dən gedir. Birincinin həqiqiliyi təcrübə 

vasitəsi ilə, ikincinin həqiqiliyi riyazi-məntiqi üsulla isbata yetirilmiş sayı-

lır. Və burada təcrübənin özünün nə dərəcədə güvənli olması, həm də mən-

tiqin və riyaziyyatın güvən şərtləri gündəmə gəlir. Digər tərəfdən də, müa-

sir yanaşmalara görə, fakt ancaq obyektiv bir hadisə kimi, gerçəyin ade-

kvat inikası kimi götürülə bilməz. Çünki təcrübədən gələn informasiya 

nəinki tədqiqatçının müvafiq ilkin bilikləri və dünyagörüşü ilə, habelə 

onun konkret bəkləntisi (gözləməsi) ilə  sıx surətdə bağlıdır. Hələ Platon-

dan gələn məlum yanaşmaya görə, insan məhz görmək istədiyini görür. 

K.Bernarın dediyi kimi, nə axtardığını öncədən bilməyən alim nə tapdığını 

da anlaya bilməz.

4

2

 Məlum biliklər sistemindən və ya elm tarixindən hansı 



isə fikir və ya bilik istifadə olunarkən hər dövrün nümayəndəsi, hər bir 

konkret alim öz maraq dairəsinə  və dünyagörüşünə uyğun material seçir. 

Molekulyar biologiyanın yaradıcılarından biri olan C.Uotson yazır: “İki 

adam eyni hadisəni həmişə  fərqli görür. Bu mənada heç kim DNT-nin 

strukturunun kəşfinin son qəti tarixini yaza bilməz”.

4

3



 C.Uotson bunu belə 

                                                 

1

 Bax: B. Bishop. Shades of Reality. How the New Fuzzy Philosophy will Change Your 



World View. Glenbridge Publishing Ltd, 1998; F.Zadə.  Qeyri-səlis məntiqin atası….Bakı, 

Qafqaz, 2006. 

2

 С.Р.Микулинский. Несколько замечаний об анализе концепций развития наук /



В поисках теории развития науки/ Очерки западноевропейских и американских кон-

цепций ХХ века. / М., 1982, с. 7-8.  

3

 Дж.Д.  Уотсон.  Двойная спираль.  Воспоминания  об  открытии  структуры ДНК. 



М., «Мир», 1969, c.10. 

 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

283



 

izah edir ki, ən azından müxtəlif iştirakçılar bu hadisəni fərqli formalarda 

yadda saxlayırlar. O, dediklərini ümumiləşdirərək və insan amilinin rolunu 

nəzərə alaraq belə qənaətə gəlir ki, elmi tədqiqatın yolları da insan xarakte-

ri kimi müxtəlifdir. 

4

1



 

V.İ.Vernadskinin dediyi kimi, hər bir elmi nəsil keçmişdən yeni ça-

larlar əxz edir.

4

2



 Zaman keçdikcə, sanki keçmiş özü də dəyişir və özünü hər 

dəfə yeniləşdirir. Xüsusilə əvvəlki dövrlərdə əldə olunmuş biliklərin o vaxt 

bəlli olmayan yeni dəyərləri ortaya çıxır. Lakin yeni zamanın aşkar etdiyi 

təkcə yeni dəyərlər deyil, həm də çatışmazlıqlar, nöqsanlardır. Yəni əvvəl 

mütləq həqiqət kimi qəbul olunan biliklər min illərin sınağından keçib gəl-

sələr də, günlərin bir günü yeni bir situasiyada şübhə obyektinə çevrilə 

bilər. 

Əsas məsələlərdən biri məlum bir biliyin hansı yeni kontekstə daxil 



edilməsidir. Çünki müəyyən bir biliklər sistemində özünü çox rahat hiss 

edən, başqa biliklər tərəfindən tamamlanaraq öz mötəbərliliyini daha da 

artıran konkret bir müddəa, tezis, postulat başqa bir ideya kontekstində eti-

barlı görünməyə bilər; çünki hər hansı bir bilik daxil olduğu yeni sistemdə 

aparıcı fikirlərlə və təməl kimi qəbul olunmuş biliklərlə uyğunlaşa bilmir-

sə, deməli, onun öz həqiqiliyi də şübhə altına düşür.  

Müasir elm fəlsəfəsində kontekstdən çıxarılmış, ayrılıqda götürül-

müş bir biliyin həqiqiliyi məsələsinə ciddi yanaşılmır. Belə ki, biliyin həqi-

qiliyi ancaq təcrübə ilə yoxlanıla bilməz; o, həm də başqa sınaqdan çıxmış 

biliklərlə vahid bir sistemdə özünə yer etmiş olmalıdır. Bu sistem daha bö-

yük bir nəzəriyyə, təlim, paradiqma, düşüncə tərzi və metodologiya ola bi-

lər. Ona görə

 

də, hər bir yeni ideya



 

elmdə artıq qəbul olunmuş əvvəlki ide-

yalardan, metodlardan, metodoloji prinsiplərdən, alimlər birliyinin rəyin-

dən, yəni  ənənəviləşmiş meyarlardan asılı  vəziyyətdə olur. Hər hansı bir 

uyğunsuzluq yarandıqda, yaxud yeni ideya təcrübədə özünü doğrultmadıq-

da, onun arxasında durmaq çətinləşir. Və alim öz ideyasından könülsüz də 

olsa, əl çəkməli olur. Halbuki, yanılan təcrübə də ola bilər, ənənəvi fikir və 

qəliblər də. Ola bilsin ki, müəyyən bir şəraitdə yeni ideyanı təsdiq etməyən 

eksperiment, başqa şəraitdə və bir az başqa yöndə qoyulduqda, tam əksinə 

dəlalət edəcəkdir. Yaxud ənənəvi baxışlar sistemi və  elmi  birliyin  qəbul 

                                                 

1

 Yenə orada, s.11. 



2

 В.И. Вернадский. Избранные труды по истории науки. М., 1981, с.191 



Elm haqqında elm 

 

 



 

284


etdiyi təsəvvürlər fonunda yad ünsür təsiri bağışlayan və qüsurlu hesab 

edilən yeni ideya fərqli baxışlar sistemində doğma görünsün və paradiqma-

nın özünün dəyişilməsi üçün stimul yaratsın.  

Pol Feyerabend yeni ideyaya mane olan, çəpər çəkən hər hansı bir 

ənənəvi metodu, qaydaları, meyarları, hətta alimlər birliyinin rəyini inkar 

edərək tam bir epistemoloji azadlıq mövqeyindən çıxış edir. O, həm kon-

septual, həm də sosial məhdudlaşdırıcı amillərin aradan qaldırılması  və 

elm adamının heç olmazsa, müəyyən bir müddət  ərzində bu amillərdən, 

mühitin təlqin etdiyi şablonlardan xilas olaraq tam azad düşünmək imka-

nına bir zərurət olduğunu əsaslandırmağa çalışır. 

Bəzi elmşünas alimlər nəinki bilik anlayışını, hətta elm anlayışını da 

çox geniş  mənada götürürlər. Xüsusilə  Şərqdə  əksər hallarda biliklə elm 

arasında ciddi fərq qoyulmamışdır. Bu ənənə üstüörtülü şəkildə indi də da-

vam edir. Yaponiya və Çində bu ad altında ümumiyyətlə yazılı ədəbiyyat 

nəzərdə tutulur. Sənət, poeziya, fəlsəfə  nəinki biliyin sahələri kimi qəbul 

olunur, bir çox təsnifatlarda elm anlayışına da daxil edilir.

4

1

 Nəticədə “el-



milik” anlayışı ilə elm anlayışının əhatə dairəsi fərqləndirilməli olur. Belə 

ki, geniş mənada bir elm adı altında  əhatə olunan bir çox sahələr elmilik 

şərtlərini ödəmir.  

Elmi biliklər həm verifikasiya, həm də falsifikasiya olunanlıq prin-

siplərini ödəməlidir. Verifikasiya prinsipinin ödənilməsi həqiqiliyin isbatı 

üçün ona görə yetərli sayılmır ki, yüz dəfə  təcrübədə  təsdiqlənmək hələ 

yüz birinci dəfədə kənaraçıxma ola biləcəyini istisna etmir. Eyni şeyi falsi-

fikasiya olunanlıq prinsipi haqqında da demək olar. Yəni Popper nə qədər 

deduktivliyə meyl etsə  də,  əslində  hər iki prinsip induktivdir. Ayrı-ayrı 

halların həqiqiliyindən ümumiləşmiş prinsip çıxarmaq olmaz. Daha doğru-

su, ümumiləşmiş hökm ancaq müəyyən ehtimalla verilə bilər. R.Feynman 

öz mühazirələrində həqiqətə gedən yolu belə təsvir edir: “Təbiətin öyrənil-

məsində hər addım – həmişə həqiqətə doğru yaxınlaşmağın bir pilləsidir”.

4

2

  



Falsifikasiya olunanlıq prinsipinin ödənməsi də fikrin birinci, ikinci 

və ya yüzüncü dəfə alternativ variantlarını tapmağın mümkünlüyünü, prin-

sipcə təkzib oluna bilməsini, amma hər dəfə təkzib olunmadığını göstərir. 

Əgər fikir hər dəfə  sınaqdan çıxırsa və onu məntiqi planda təkzib etmək 

                                                 

1

 Bax: Тосака Дзюн. Теория науки. М., Наука, 1983, с. 13-14. 



2

 Р.Фейнман, Р.Лейтон, М.Сэндс. Фейнмановские лекции по физике, c. 22. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

285



 

cəhdi uğursuzluğa düçar olursa, bu hələ o demək deyil ki, həmin fikir, nə-

zəriyyə, təlim yüz birinci təkzib variantında da sınaqdan çıxa biləcəkdir. 

Yəni günlərin bir günü elə arqumentlər irəli sürülə bilər ki, təlim buna tab 

gətirə bilməz, çat verər və ya tamamilə “yıxılar”. Beləliklə, verifikasiya 

prinsipi təcrübi yoxlamanın induktivliyini ifadə edirdisə, falsifikasiya olu-



nanlıq prinsipi də  məntiqi yoxlamanın induktivliyini ifadə edir. Bax, bu 

mənada Popperin bütün cəhdlərinə baxmayaraq, onun demarkasiya şərtləri 

məntiqi-induktiv yanaşmanın məhdudiyyətindən xilas ola bilmir. 

Beləliklə, elmi yaradıcılıq prosesinin mürəkkəbliyini kifayət dərəcə-

də  nəzərə almayanlar və elmilik meyarlarını  məntiqi çərçivə ilə  məhdud-

laşdırmağa çalışanlar, elmin həqiqi mənzərisini yarada bilməzlər. Elm 

empirizm çərçivəsinə sığmağı kimi, rasionalizm çərçivəsinə də sığmır. 

 

İlkin mənbəyindən asılı olmayaraq, məlum olan biliklərdən yeni bi-



liklərin, məlum anlayış, mühakimə, qanun və nəzəriyyələrdən yeni nəzəriy-

yələrin rasional yolla alınması mexanizmi elmşünaslıqda  ən çox dis-

kussiyaya səbəb olan məsələlərdən biridir. Elə bil ki, çox böyük fikir ehti-

yatı – material vardır ki, bunlardan müxtəlif sistemlər düzəldilə bilər. 

«Fikir» sözü çox ümumi və mücərrəd olduğuna görə, qeyd edək ki, 

biz burada elmi ədəbiyyatda artıq istifadə olunan anlayışları, istilahları, qa-

nun və hipotezləri, nəzəriyyələri, hətta bütöv fənləri nəzərdə tutmaqla ya-

naşı, yeni təcrübələrdən alınan ilkin empirik bilikləri, habelə qeyri-elmi 

mənşəli fikirləri də  nəzərdə tuturuq. Prinsipial əhəmiyyətə malik məsələ-

lərdən biri yeni empirik biliyin məlum nəzəriyyələrə daxil edilməsidir. Ye-

ni bilik məlum nəzəriyyəyə uyğun gəlmədikdə isə, onu ehtiva edə bilən, 

habelə köhnə nəzəriyyələrin üstün cəhətlərini özündə saxlayan – uyğunluq 

prinsipi – yeni nəzəriyyələr, nəzəri sistemlər yaratmaq lazım gəlir ki, bu-

nun üçün tədqiqatçıdan müəyyən yaradıcılıq və individual yaxınlaşma tə-

ləb olunur. 

Bizim işlətdiyimiz «fikir ehtiyatı, material» ifadəsinin bir növ analo-

qu olan «elmi nəzəriyyənin inşaat meşələri» (ENİM-SLENT) ifadəsi fəl-

səfi və təbii-elmi ədəbiyyatda artıq işləndiyindən, biz onun qısaca şərhini 

vermək istəyirik. Sovet fəlsəfi  ədəbiyyatında ilk dəfə E.M.Çudinov tərə-

findən işlədilən bu ifadə

4

1



 M.D.Axundov və L.Bajenov tərəfindən bir ter-

                                                 

1

 Идеалы и нормы научного исследования. Минск, 1981. 



Elm haqqında elm 

 

 



 

286


min kimi təklif olunmuşdur.

4

1



 Bu müəlliflərin fikrincə, «SLENT-ə ilk növ-

bədə nəzəriyyənin formalaşmasında evristik rol oynayan, lakin son formu-

lirovkaya düşməyən elmi ideyalar daxildir».

4

2



 Müəlliflər SLENT-ə elmin 

digər ictimai şüur formaları ilə  əlaqəsini açmaq üçün bir vasitə kimi ba-

xırlar. Belə ki, son nəticəyə daxil olmayan, lakin nəzəriyyənin formalaş-

masına xidmət edən müəyyən metaelmi fikirlər – metodoloji, fəlsəfi, tarixi 

biliklər, habelə müəllifin dini-əxlaqi, siyasi mövqeyi və s. yalnız SLENT-

in tədqiqi zamanı ortaya çıxarıla bilər. 

Diqqətlə yanaşıldıqda SLENT ideyasını K.Popperin “badya” ideyası 

çox yaxın olduğu və eyni bir zərurətdən meydana çıxdığı aydınlaşar. 

Bu və ya digər bir sistemin təşkil edilməsi, yaradılması tədqiqatçıla-

rın individual mövqe və keyfiyyətləri də  əlavə olunmaqla həmin dövrdə 

məlum olan elmi idrak metod və formalarından, onların mükəmməllik də-

rəcəsindən, hakim təfəkkür tərzindən, tədqiqatçıların çıxış etdiyi metodolo-

ji mövqedən və deməli, ümumiyyətlə metodologiya və fəlsəfi fikir sahəsin-

də gedən mübahisələrin nəticələrindən, mövcud sosial şərait və hakim dün-

yagörüşündən və s. asılıdır. Marksizm fəlsəfəsinə görə, bunlardan əlavə ən 

böyük təsiredici amil praktik ehtiyac, istehsalatın qoyduğu tələblərdir. Mü-

əyyən bir nəzəri sistemin sistemlilik şərti özünü bunda göstərir ki, burada 

bir sıra «elementar biliklər» vahid qanunauyğunluq kimi, müəyyən bir 

strukturun təpə nöqtələrini təşkil edir; bu struktura həmin qanunauyğunlu-

ğa müvafiq gələn, lakin əvvəllər təcrübədən məlum olmayan yeni biliklər 

də daxil olur. Onların təcrübi yoxlanması imkanı (verifikasiya prinsipi), 

nəzəri izahın təklif olunması hələ onun məlum fikir materialı əsasında qu-

rulmuş yeganə, mümkün sistem olduğunu göstərmir.  Əksinə, məsələn, 

K.Popperə görə, ikinci belə bir nəzəriyyə irəli sürmək mümkün deyilsə, bi-

rinci nəzəriyyənin doğruluğu həmişəlik şübhə altında qalır.

4

3



 Əslində, Pop-

per heç də demək istəmir ki, hər hansı bir mühakimə, fikir, nəzəriyyə inkar 

olunursa – elmidir. K.Popperə görə, nəzəriyyə, mühakimə prinsipcə inkar 

oluna bilmək imkanını özündə saxlamalıdır. Yəni mühakimə məntiqi quru-

luşuna görə elə olmalıdır ki, onu inkar edən başqa mühakimə də irəli sür-

mək mümkün olsun. Ancaq belə alternativ nəzəriyyə  və ya mühakimə 

                                                 

1

 М.Д.Ахундов,  Л.Б.Баженов.  О  понятии  «СЛЕНТ»-а. – Структура  и  развитие 



научного знания. Системный подход к методологии науки. М., 1982. 

2

 Yenə orada, s. 87. 



3

 К.Поппер. Логика и рост научного знания, с. 94. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

287



 

təcrübədə özünü doğrultmursa, onda birinci mühakimənin həqiqiliyindən 

danışmaq olar. Lakin yuxarıda artıq göstərdiyimiz kimi, həqiqiliyin isbatı 

üçün bu şərt də yetərli deyil. Görünür, məhz bu səbəbdəndir ki, Şərq (is-

lam) filosofları həqiqətin ancaq vergi və sezgi sayəsində; ilham, vəcd, kəşf 

və nəhayət, vəhy məqamında, yaxud işraqilik termini ilə desək, nurlanma 

yolu ilə əldə edilə bilməsi haqqında təlimdə israrlıdırlar. 

Əksər materialist filosoflara görə, elm – növlərin dərk olunması, 

ümumilər arasında əlaqə yaradılmasıdır.

4

1



 Məsələnin bu cür qoyuluşu əslin-

də Aristoteldən gəlir. Onun fikrinə görə, tərif verərkən şeylərin hansı növə 

aid olduğu müəyyənləşdirildiyi kimi, hər bir elm də ancaq növləri, ümumi-

ləri öyrənir.

4

2

 Buna uyğun olaraq məntiqi pozitivizm (Rassel, Uaythed və 



s.) məntiqdə ciddi universal mülahizələri elmi mülahizə sayırlar. Popper 

həmin mövqeyi davam etdirir: «Təbiətşünaslıq nəzəriyyələri, həmçinin tə-

biət qanunları, məntiqi forma baxımından, ciddi universal mülahizə şəklin-

də olurlar. Buna görə  də, onlar ciddi ekzistensional mülahizələrin inkarı 

formasında ifadə oluna bilərlər».

4

3



 Ekzistensional mülahizəyə misal olaraq 

Popper «Qara qarğalar mövcuddur» mülahizəsini gətirir. Bu fikri «heç ol-

masa bir dənə qara qarğa var» şəklində də ifadə etmək olar. Popper göstə-

rir ki, ekzistensional mülahizələrin inkarı universal mülahizələrlə üst-üstə 

düşür. Və ya tərsinə, ciddi universal mülahizələrin inkarı ciddi ekzistensio-

nal mülahizəyə ekvivalentdir.

4

4

 Ciddi universal mülahizə «bütün qarğalar 



qaradır» şəklində olur. Onun inkarı isə «bütün qarğaların qara rəngdə ol-

ması düz deyil» – olacaqdır. Bu mülahizə isə yuxarıda ekzistensional mü-

lahizəyə misal gətirilən «heç olmazsa bir dənə qara qarğa var» mülahizə-

sinə ekvivalentdir. 

K.Popper ciddi universal və ciddi ekzistensional mülahizələr arasın-

dakı bu əlaqəni, habelə elmi mülahizələrin ciddi universal xarakteri haq-

qındakı fikri mütləqləşdirərək belə qənaətə gəlir ki, elmi mülahizələr, xü-

susən təbiət qanunları falsifikasiya imkanını özündə saxlamalıdır.

4

5

  



Falsifikasiya prinsipi demarkasiya şərti kimi «isbat edildikdən» son-

ra isə Popper marksizmi bu prinsipi ödəmədiyinə görə qeyri-elmi ad-

                                                 

1

 Л.Фейербах. Избранные философские произведения, т.2, М., 1955, с. 30.  



2

 Аристотель. Метафизика, c. 273. 

3

 К.Поппер. Логика и рост научного знания, с. 94. 



4

 Yenə orada. 

5

 Yenə orada, s. 95. 



Elm haqqında elm 

 

 



 

288


landırır.

4

1



 Lakin bir sıra sovet filosofları da öz növbəsində Popperin möv-

qeyini məhz marksizm mövqeyindən təhlil edərək onu qeyri-elmi hesab 

edirdilər.

4

2



  

Qərb fəlsəfi ədəbiyyatında bu və ya digər elmi nəzəriyyənin obyek-

tiv həqiqiliyi məsələsinə bir qayda olaraq, mənfi cavab verilir. Ən çox ya-

yılmış  nəzəriyyələrdən biri (bu cür relyativist mövqedən) konvensiona-

lizmdir. Əsasən A.Puankare tərəfindən formulə olunan bu mövqe neopozi-

tivizm və praqmatizm nümayəndələri arasında geniş yayılmışdır və  hətta 

özlüyündə aydın bir şey hesab olunur.  

Praqmatizmin banilərindən olan Ç.Pirsin mövqeyinə görə, habelə bu 

məsələdə onunla həmfikir olan neopozitivist N.Kempbellə görə, elm – «elə 

mühakimələrin öyrənilməsidir ki, onlara dair ümumi razılıq əldə edilə bi-

lər».

4

3



 Göründüyü kimi, «ümumi razılıq» kimi subyektiv bir amil elmiliyin 

kriteriyası, meyarı kimi götürülür (Qərbdə demarkasiya probleminin 

Popperə qədərki həlli). Belə asan üsullardan istifadə edilməsi təsadüfi de-

yil; onun qnoseoloji kökləri, görünür, daha ciddi fəlsəfi sistemlərdə elmili-

yin meyarı kimi götürülən obyektiv həqiqətin aşkara çıxarılması kriteriya-

sındakı məntiqi çətinliklərlə bağlıdır. Belə ki, nəzəriyyə mürəkkəb sistem 

olduğuna görə, onu təşkil edən elementar biliklərin bir və ya bir neçəsinin 

təcrübi olaraq (praktikada) yoxlanması kifayət deyildir. 

Birincisi, bunun üçün bütün belə elementar biliklərin təcrübi yoxlan-

ması tələb olunur. Lakin mürəkkəb nəzəri sistemlərdə bu nəzəriyyənin ya-

radılması üçün material olmuş ilkin elementar biliklərlə yanaşı, sonradan – 

nəzəriyyədən alınan potensial-verifikativ biliklər də vardır. Mümkündür ki, 

elmi nəzəriyyə təzə irəli sürüldüyü vaxtlarda bu nəticələrin hamısını almaq 

və yoxlamaq üçün böyük «qara» iş bir qayda olaraq həyata keçirilmir və 

ya praktik tələbatın inkişaf istiqamətinə uyğun olaraq sonralar həyata 

keçirilir. A.L.Nikiforov haqlı olaraq qeyd edir ki, elmi təlimin bütövlükdə 

və prinsipcə  təcrübi yoxlanması  və ya gerçəkliklə müqayisə olunması 

                                                 

1

 Yenə orada, s. 29, 240-290. 



2

 Т.И.Ойзерман.  Некоторые  проблемы  научно-философской  теории  истины. // 

Вопросы философии, 1982, №7, с.71-80; И.С.Нарский. Методология и эпистемология. 

К.Поппера в их существе и следствиях. // «Критический рационализм». М., 1981, с. 

110-114 və s. 

3

 Структура и развитие науки. Из Бостонских исследований по философии науки 



(пер. с.англ.), М., 1978. 

 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

289



 

mümkün deyil.

4

1

 Bundan çıxış edərək tədqiqatçı ümumiyyətlə  həqiqətin 



elmilikdə bir meyar və prinsip kimi saxlanıb-saxlanmaması məsələsini irəli 

sürür. Düzdür, sonrakı mühakimələrində özü də bu qənaətə  gəlir ki, “hə-

qiqət” meyarı itərsə, ümumiyyətlə elmin tərəqqisindən danışmaq mümkün 

olmaz, hər halda, məsələnin bu cür qoyuluşu elm fəlsəfəsində böhrandan 

xəbər verir.

4

2



   

İkincisi, nəzəri sistemin təpə nöqtələrində duran elementar biliklər 

heç də hamısı verifikativ xarakter daşımaya bilər. (Buraya ilk növbədə 

analitik mühakimələr aiddir. Analitik mühakimələr üçün dekarmasiya 

problemi neopozitivizmin başqa bir aspekti – linqvistik fəlsəfə, semantika 

və ümumiyyətlə, məntiqi pozitivizm üçün xarakterikdir). 

Üçüncüsü, hər hansı bir nəzəriyyə həm verifikasiya prinsipini, həm 

də dil qanunlarını ödəmək baxımından özünü doğrultsa da, müvafiq ele-

mentar bilikləri əhatə edən və müəyyən zəruri şərtləri ödəyən elə yeni nə-

zəriyyələr irəli sürülə bilər ki, onlar elmi istifadə baxımından daha əlverişli 

olsun. Məsələn, riyazi olaraq daha kompakt ifadə edilə bilsin, əyani təsəv-

vür üçün daha əlverişli olsun və ən başlıcası, daha çox elementar biliyi və 

əvvəllər sınaqdan keçmiş nəzəriyyələri əhatə etsin. Bax, bu son səbəbdən 

də «mümkün nəzəriyyələr» içərisindən bu və ya digər bir nəzəriyyənin el-

mi istifadəyə daxil edilməsi məsələsində alimlərin «sazişçi» mövqeyi, doğ-

rudan da, böyük rol oynayır. 

Konvensionalizm müasir postpozitivist konsepsiyalarda da zəruri bir 

tərkib hissəsi kimi saxlanılır. Məsələn, K.Popper elmdə elmi ictimaiyyətin 

rəyi məsələsini «açıq elm» konsepsiyasında daha da inkişaf etdirmişdir. 

Lakin «saziş» (əslində heç bir aşkar sazişdən söhbət getmir, bu və ya 

digər nəzəriyyənin kortəbii yolla, elmin təbii inkişafı prosesində özünə yer 

etməsindən, üstünlük qazanmasından, rəqabətdə qalib gəlməsindən söhbət 

getməlidir) subyektiv xarakter daşıdığından, nəzəriyyənin obyektiv gerçək-

liyi nə dərəcədə düzgün inikas etdirdiyi yox, onun həmin dövrdə aktual gö-

rünən məsələlərin şərhi və izahı üçün nə dərəcədə sərfəli olduğu ön plana 

çəkildiyindən, bəzən elmin inkişafına böyük ləngidici təsir də göstərir. 

Beləliklə, istər demarkasiya probleminin, istərsə  də elmin məntiqi-

qnoseoloji tədqiqində ortaya çıxan digər konkret problemlərin yalnız sis-

                                                 

1

 А.Л. Никифоров. Философия науки: история и методология. М., Дом интел.кни-



ги, 1998, с. 226. 

2

 Yenə orada, s. 227-228. 



Elm haqqında elm 

 

 



 

290


temli tədqiqi elmin bütöv bir fenomen kimi öyrənilməsi, onun məntiqi 

strukturunun keçdiyi tarixi inkişaf yolunun izlənilməsi və müasir dövrdə 

onun ümumi inkişaf meyllərinin müəyyənləşdirilməsi üçün real imkan ya-

radır. Elmin tədqiqi  şablonlaşdırıldıqda, çərçivəyə salındıqda və ya hər 

hansı bir – izm tərəfindən təhrif edildikdə elmin adekvat modelinin yaradıl-

ması onun inkişaf meyllərinin öyrənilməsi və ictimai həyatın tələbləri ilə 

əlaqələndirilməsi imkanı da aradan qalxmış olur. 


 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

291



 

 

 



 

 

 



Elmi və fəlsəfi düşüncə: 

ayrılmalar, kəsişmələr və qovuşmalar 

 

 



Fizikanın onu ümumiləşdirən və adi 

danışıq dilində ifadə edən fəlsəfəyə ehtiyacı 

vardır. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin