Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

Problemin  aktuallığı.    Ali  təhsil  müəssisəsində  müstəqil  işlərin  təşkili  özünəməxsus 
əhəmiyyətə  malikdir.  Lakin  müstəqil  işlərin  yerinə  yetirilməsinə  rəhbərlik  həyata  keçirilməlidir.  bu 
proses də müəllim tərəfindən idarə olunmalıdır. Problemin aktuallığını nəzərə alaraq, məqalə müəllifi 
bu problemə müraciət etmişdir.  
Problemin yeniliyi. İnstitut və universitetlərdə yerinə yetirilən müstəqil işlərin təşkili zamanı 
tələbə  auditoriyasının  idarə  olunması  istiqamətində      müəllimin  rəhbərliyinə  dair  xüsusi  tədqiqat 
əsəri yoxdur. Bu problemə müraciət edilməsi ilk təşəbbüs kimi dəyərləndirilə bilər. 
Problemin  praktik  əhəmiyyəti.  Müəllimlər  məqalədə  öz  ifadəsini  tapmış  məsələlərdən 
istifadə edəcəklər. 
 
 

163 
 
ƏDƏBİYYAT 
 
1. Ali məktəblərin bakalavr pilləsinin buraxılış işlərinin hazırlanması qaydalarının təsdiqi barədə 
Azərbaycan  Respublikasında  Təhsil  nazirinin  13  mart  1997-ci  il  tarixli,  152  №-li  əmri.
 
http://www.edu.gov.az/upload/file/bakalavr-ali-mekteblerin-buraxilish-
qaydalar%5B1%5D.pdf 
2.  Ali  məktəblərin  bakalavr  pilləsinin  buraxılış  işlərinin  hazırlanması  qaydaları. 
 
http://www.edu.gov.az/upload/file/bakalavr-ali-mekteblerin-buraxilish-
qaydalar%5B1%5D.pdf 
3. “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında 
Əsasnamə”. http://edu.gov.az/az/page/112/627 
4. “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında 
Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri 20 aprel 1998-ci 
il tarixli, 202 №-li əmri. http://edu.gov.az/az/page/112/627 
5. Hüseynzadə R.L.  Magistr dissertasiyası (metodik vəsait). Bakı, Nurlar, 2009,  104 s. 
 
ABSTRACT 
S. Mammadov 
Management students' independent work 
 
The article is devoted to the problem of management of independent work of students. It is 
an organization of independent work of students in higher educational institutions. The analysis and 
study of methodological and technological aspects of management of students’ independent work. 
Sanctifies  the  issues  related  to  the  preparation  and  defense  of  the  final  work  on  the  bachelor's 
degree of higher institutions and master's theses in the master's degree. In carrying out independent 
work in the spotlight is the role of the teacher. The article purposeful organization of independent 
work is regarded as an effective means of managing the student audience. 
Students’  independent  work  under  the  control  of  the  teacher  is  teaching  software 
development  target  of  readiness  for  professional  self-education  and  didactic  means  of  the 
educational process. Organization of independent work under the guidance of a teacher is one of the 
most significant trends in the educational process, developing independent creative activity. 
 
РЕЗЮМЕ                                                                        
            С. Мамедов 
Управление самостоятельными работами студентов 
 
Статья    посвящена  проблеме  управления  самостоятельной    работой  студентов.  Речь 
идет  об  организации  самостоятельных  работ  студентов  в  высших  учебных  заведениях. 
Проводится  анализ  и  обоснование  методологических  и  технологических  аспектов 
управления  самостоятельной    работой  студентов.  Освящаются  вопросы,  связанные  с 
подготовкой  и  защитой  выпускных  работ  на  степень  бакалавра  высшего  заведения  и 
магистерских  диссертаций на  степень  магистра.  При  выполнении  самостоятельных  работ  в 
центре  внимания  стоит  роль  педагога.  В  статье  целенаправленная  организация 
самостоятельных работ рассматривается как эффективное средство управления студенческой 
аудитории. 
Cамостоятельная  работа  студентов  под  управлением  преподавателя  является 
педагогическим  обеспечением  развития  целевой  готовности  к  профессиональному 
самообразованию  и  дидактическое  средство  образовательного  процесса.    Организация 
самостоятельной работы под руководством преподавателя является одним из значительных 
направлений в учебном процессе, развивающим самостоятельную творческую деятельность. 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru
dosent V.Rzayev 

164 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
SAHİLƏ ABBASOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:373 
İBTİDAİ SİNİFLƏRİN ANA DİLİ TƏLİMİNDƏ FOLKLOR NÜMUNƏLƏRİ İLƏ BAĞLI 
İŞİN TƏŞKİLİ METODİKASI 
 
Açar sözlər: kiçik folklor, folklor, ibtidai sinif, janr, poetika, ana dili 
Keywords: Small folklore, folklore, primary school, genre, poetics, native language 
Ключевые слова: Малые жанры фольклора, фольклора, начальных классов, поэтика, 
родного языка, 
Təhsilin  bünövrəsi  sayılan  ibtidai  sinifdə  insanın  gələcək  xarakterinin,  yaradıcılıq 
meyllərinin  əsası  qoyulur.  Bu  işdə  isə  oxunan  ilk  kitabların,  bədii  əsərlərin  əhəmiyyəti  xüsusi  ilə 
böyükdür. 
Çox zaman ibtidai məktəbdə oxunan bədii kitabların əhəmiyyətindən danışarkən ana dilinin 
mənimsənilməsi və estetik tərbiyəsi ön plana çəkilir. Bədii ədəbiyyatın imkanları məhdud dairədə 
təsvir  olunur.  Halbuki,  yaxşı  bədii  əsər  uşağın  həm  estetik  tərbiyəsinə,  həm  də  onun  intellektinə 
təsir  edir.  Deməli,  biz  uşağa  yaxşı  bədii  əsər  versək  onun  həm  estetik,  həm  də  intellektual 
tərbiyəsinə güclü təsir edə bilərik. Bunun nəticəsində isə güclü varlıq kimi doğulmuş uşağı kamil 
bir insana  çevirə bilərik. Bu isə ibtidai fəlsəfənin əsas atributlarından biridir. 
Bu  vəzifələri yerinə yetirmək üçün uşaq oxusuna cəlb olunan əsərlərdən çox şey asılıdır. 
Tədqiqatçıların  şərti  olaraq  "kiçik  folklor"  adlandırdıqları  şifahi  xalq  ədəbiyyatı 
nümunələrinin  yaranma  tarixini  kimsə  bilmir.  Lakin  hər  bir  tədqiqatçı  onların  yaranmasından 
danışanda  min  illikləri  ölçü  vahidi  kimi  götürür.Yaşı  min  illərlə  ölçülən  janrların  bu  qədər  uzun 
yaşamasının  sirri  şübhəsiz  ki,  onların  mahiyyətindəki  obrazların  mükəmməlliyində,  xalq  həyatına 
bağlılığındadır. Bu mükəmməllik folklordakı xalq dilinə məxsus obrazlı söz və ifadələrin zənginliyi 
ilə bağlıdır. Həmin obrazlı söz və ifadələrin mahiyyətini şagirdə başa salmaq mümkün olsa, onda 
məktəbli ümumən ədəbiyyatın cövhərini dərk edə bilər. Hər bağçada və  evdə ikən layla, oxşama, 
bayatı, atalar sözləri və məsələlərlə tanış olan uşağa həmin nümunələrin mahiyyətini başa salmaq 
ibtidai  sinif  müəlliminin  öhdəsinə  düşür.  Müəllim  necə  etməlidir  ki,  uşaq  həmin  folklor 
nümunəsinin  poetikasını  dərk  etsin,  ədəbiyyatşünaslıq  elementləri  ilə  tanış  olsun?  Bu  sualın 
cavabını tapmaq hazırkı şəraitdə xüsusilə vacibdir. 
 
Folklor  nümunələrinin  mümkün  qədər  daha  effektli  tədrisi  üçün  həm  ənənəvi,  həm  də 
müasir təlim texnologiyalarının təcrübəsindən istifadə  etmək zəruridir. 
 
Folklor  elə  bir  sahədir  ki,  onun  janrları  haqqında  mülahizə  yürüdərkən    başdansovdu 
danışmağa, boğazdan - yuxarı mülahizələr yürütməyə çəkinmək lazımdır. Atalar sözü və məsəllər 
çox zaman bir yerdə yazılsa da, hər bir müəllim, metodist və tədqiqatçı  bilməlidir ki, onların ikisi 
eyni  janr  deyil.  Onların  məqsədinə  gəldikdə  isə  atalar  sözləri  uşağa  danışmaqdan  daha  çox 
düşünmək  qabiliyyətini  öyrədir.  Şagird  daha  dərin  məzmunlu  bir  cümlənin  ifadə  etdiyi  məna 
üzərinə düşünür və həyatda çox mətləblərin açarını tapmış olur. 
Dünya  uşaq  ədəbiyyatının  korifeylərindən  biri,  görkəmli  italyan  yazıçısı  Janni  Rodari 
"Roma  fantaziyaları"  kitabının  rus  nəşrinə  yazdığı  ön  sözdə  göstərir  ki,  ".......  düşünmək  çox 
əhəmiyyətli işdir, hətta elə ola bilər ki, ən əhəmiyyətli sayılan başqa şeylərin hamısından vacibdir. 
Məncə, hər bir adam gündə heç olmasa yarım  saat düşünməlidir!".                      
 
C.Rodari  hələ  ibtidai  sinifdə  dərs  deyərkən  şagirdlərin  düşünmək  qabiliyyətini    inkişaf 
etdirmək üçün maraqlı priyomlardan istifadə edirdi. Həmin priyomları öyrənib bizim məktəblərə də 
tətbiq  etmək  olar.  Amma  əvvəlcədən  deyim  ki,  bu  işi  yalnız  xüsusi  istedadı  olan  müəllimlər  edə 
bilər. Belə adamlar isə məktəbimizdə yəqin ki, o qədər də çox deyil. 

165 
 
 
C.Rodari  çox  zaman  dərsə  başlamazdan  əvvəl  yazı    lövhəsində    bir  söz  yazardı  və  həmin 
sözün  ətrafında  uşaqları  düşündürər  və  onların  iştirakı  ilə  bir  hekayə  yazardı.  Bu  vərdiş  sonralar 
Rodarini  daha  da  həvəsləndirdi  və  həmin  priyomdan  istifadə  edərək  italyan  radiosunda    uşaqlara 
müraciətlə bir əhvalat danışır. Bu əhvalatın necə inkişaf edəcəyi barədə onların fikirlərini öyrənir, 
onun əsasında povestlərini yazırdı. Bu barədə o, "Fantaziyanın qrammatikası" kitabında ətraflı bəhs 
etmişdir. 
 
C.Rodarinin  dərslərindən  bir  nümunəni  diqqətinizə  çatdırıram.  Müəllim  sinfə    girir  və 
lövhəyə məsələn, "daş" sözünü yazır. Rodarinin fikrincə, bu tipli dərslərdə əsas  məsələ uşağa nece 
müraciət etməkdir. O, həmin sözü yazdıqdan sonra uşaqlardan soruşur: 
- Görəsən, daş nə edirdi? Bu sualın özündə obrazlı cümləyə istiqamət var. Müəllim uşaqlara 
daşın canlı olmasını xatırladır. Onlara işarə vurur ki, siz daşa aid cansız əşya kimi baxmayın, canlı 
bir varlıq kimi baxın. 
 
Uşaqların hərəsi bir söz  deyir: daş yola düşmüşdü, daş susurdu, daş düşünürdü. Aha, obrazlı 
söz tapıldı: daş düşünürdü. Müəllim lövhəyə yazır və ikinci sualını verir: 
- Görəsən, daş nə düşünürdü? 
 
Uşaqların  yaradıcılıq  fantaziyasını  hərəkətə  gətirən  bu  suala  da  çoxlu  cavablar  alınır. 
Uşaqlardan biri deyir: 
 
- Daş düşünürdü ki, görəsən burada niyə boş bekar dayanıb? 
 
Olduqca  uğurlu  bir  cümlə  də  tapılır.  Müəllim  həmin  cümləni  də  əvvəlkinin  ardına  yazır. 
Müəllim üçüncü sualını verir: 
 
- Bu cür düşünən daş nə etdi? 
 
Əlbəttə, bu sualın cavabı asandır. Xeyli cavablar içərisində ən uğurlu seçilir: 
 
-  Daş  gedib  sökülmüş  bir  divara  hörüldü.  Beləliklə,  cəmi  üç  cümlədən  ibarət  gözəl  bir 
hekayə  yazıldı. Bu hekayə şagirdlərin iştirakı ilə yazıldığına görə onlarda  yaradıcı fantaziya üçün 
bünövrə rolunu oynayır. 
 
Bu nümunə nağılların tədrisi prosesində  də istifadə oluna bilər. 
 
İlk  ibtidai  məktəb  dərslərimizdə  folklora    demək  olar  ki,  yer  verilmirdi.  Bunun  başlıca 
səbəbi aydın idi. Çar Rusiyası Azərbaycan  uşaqlarının öz milli keyfiyyətlərini dərk etməsinə imkan 
yaratmırdı.  Bu  onun  siyasi  maraqlarına  uyğun  idi.  XIX  əsrin  sonu  XX  əsrin  əvvələrində  yetişən 
milli  ziyalılarımız  isə  başa  düşürdü  ki,  xalq  ədəbiyyatından  kənar  düşən  şagird  əsl  vətəndaş  kimi 
böyüyə  bilməz.  Bu  sahədə  F.Köçərlinin  "Balalara  hədiyyə"  kitabı  xüsusilə  maraqlı  bir  fakt  kimi 
meydana çıxdı. 
 
Bundan  sonrakı  illərdə  folklor  materiallarının  ibtidai  sinif  dərsliklərinə    daxil  edilməsi 
yüksələn bir xəttlə gedir. 
 
Azərbaycanda  ibtidai  siniflər  üçün  dərsliklərin,  xüsusilə  proqramların  yaranması,  pedaqoji 
elmlər  doktoru  professor  Yəhya  Kərimovun  adı  ilə  sıx  bağlıdır.  60-cı  illərdən  başlayaraq  ibtidai 
sinif proqramlarında xalq ədəbiyyatı nümunələrinə geniş yer verilməsi sahəsində Yəhya Kərimovun  
rolu böyükdür. 
 
Kiçik folklorla uşaq beşikdə ikən tanış olur. Anaların ilk beşik başında oxuduğu nəğmələr 
körpənin eşitdiyi ilk poeziya nümunələridir. Deməli, uşaq məktəbə ayaq açmamış  kiçik folklorun 
sehrli  poetikası,  zəngin  dili  onu  öz  ağuşuna  alır.  Uşaq  kortəbii  bir  instinklə  xalqın  söz  dünyasını 
sevir, ona dərin bir rəğbət bəsləyir. 
 
Məktəbə  hazırlıq  illərində  uşaq  folklorunu  tapmaca,  oyun  sözləri,  düzgü,  cırnatma, 
təkərləmə, kiçik nağıl, rəvayət və sair janrlardan müxtəlif nümunələri öyrənmiş olur. Bu tanışlıq bir 
sıra hallarda uşağın passiv eşitməsi şəraitində olduğuna görə folklor poetikasını öyrənmək vəzifəsi 
valideynin üzərinə düşür. 
 
Məktəb valideynin gördüyü işi sadəcə davam etdirmir. Müəllim ailənin verdiyi bilikləri elmi 
şəklə salır, uşağa xalq poetikasının sirrlərini öyrətmək vəzifəsini öhdəsinə götürür. 
 
İbtidai  siniflərin  ana  dili  dərsliklərində  də  xeyli  folklor  nümunəsi  verilmişdir.  Müxtəlif 
vaxtlarda  bu  nümunələrin  sayı  artıb-azalsa  da  ümumi  miqdarı  qorunub  saxlanır.  Bu  da  dərslik 
müəlliflərinin  folklora  böyük  əhəmiyyət  verdiklərinə  gözəl  nümunədir.  İbtidai  məktəbdə  kiçik 
folklorun  çox  böyük  bir  şəbəkəsi  vardır.  Müxtəlif  janrlarda  yaranan  bu  əsərlər  vasitəsi  ilə  xalq 

166 
 
ədəbiyyatının  aparıcı  ideyası,  süjet  və  kompozisiya,  dil-üslub,  forma  və  məzmun  kimi 
xüsusiyyətlərini öyrənmək mümkündür. 
 
Bildiyimiz kimi uşaqların ən çox sevdikləri və oxuduqları bədii ədəbiyyat növlərindən biri 
də nağıllardır. 
 
Nağıllara  bu  gün  biz  uydurma,  əfsanə  kimi  baxırıq.  Nağıllardakı  zülmət,  əfsun,  divlər, 
əjdahalar,  pəri  qızları,  əcinnələr-bütün  bu  mövhumu  aləm  nağılın  real  varlıqla,  həyatla  əlaqəsi 
olmadığını  göstərir.  Sehrli  nağıllarda  ifritə  qarılardan,  40  başlı  əjdahalardan,  "abi-həyatdan", 
zülmətdən, cəhənnəm dərəcəsindən, insanın heyvan, quş və daşa çevrilməsindən və s. əcaib-qəraib 
hadisə də var. 
 
Bu  nağıllar  əksərən  dialoq  şəklində  olur.  "Tülkü",  "Qarı  və  Pişik",  "Nazikbənazik-
Tazikbətazik", "Şəngülüm, Şüngülüm, Məngülüm" bu tipli nağıllardandır. 
 
Dərslikdə şifahi xalq ədəbiyyatının başqa növləri ilə yanaşı, çoxlu tapmacalar da verilmişdir. 
Axı,  tapmacalar  uşaqları  düşündürən,  zehni  fəaliyyətə  şövq  edən  ən  maraqlı  ədəbi  növdür. 
Dərslikdə tapmacaların cavabı ənənəvi qaydada deyil, qarışıq verilmişdir. 
 
Bu  gün  tapmacaların,  demək  olar  ki,  hamısı  keçmişdəki  əhəmiyyətini  itirmiş,  onlara  yeni 
məzmun və keyfiyyət verilmişdir. İndi tapmacalardan ancaq zehnin inkişafına kömək edən, uşaqları 
maraqlandıran,  onları  düşündürməyə,  axtarmağa  sövq  edən,  onlarda  təxəyyülün  inkişafına  vasitə 
olan bir amil kimi istifadə edilməlidir.Yaxşı müəllim üçün tapmacalar çox maraqlı mövzudur. 
 
K.D.Uşinski  qeyd  edir  ki,  ibtidai  məktəbdə  uşaqların  mühakimə  və  zehinlərini  inkişaf 
etdirmək üçün tapmacaların xüsusi əhəmiyyəti vardır. O  yazırdı:  "Mən tapmacalara  əşyanın  bədii 
təsvir lövhəsi kimi baxıram". 
 
 
 
 
Bir quşum var, o hanı? 
 
 
 
 
Gəzər cümlə cahanı 
 
 
 
 
Götürrəm öldürməyə, 
 
 
 
 
Nə əti var, nə qanı 
 
 
 
 
 
 
 
 
(fikir). 
 
Bu  tapmacada  doğrudan  da  fikrin  bədii  təsviri  verilmişdir.  Onu  gözlə  görmək  mümkün 
deyildir.  Onunla  ən  qısa  bir  müddətdə,  göz  açıb  yumuncaya  qədər  bütün  dünyanı,  hətta  bütün 
kainatı gəzmək olar. 
 
Uşaqları həvəsləndirən, onları həyatla, təbiətlə tanış edən bu cür tapmacaları məktəb inkişaf 
etdirməli və onlardan istifadə etməlidir.Tapmacalar uşaqların zehinlərini inkişaf etdirmək üçün ən 
yaxşı ədəbi oyunlardan biridir. 
 
İbtidai siniflərdə ən çox tədris olunan lirik folklorlardır. Bu növün janrları və hər janrın da 
öz  xüsusiyyətlərini  müəllim  dərindən  öyrənməli,  ondan  təlim  və  tərbiyə  işində  məharətlə  istifadə 
etməyi bacarmalıdır. 
 
Lirik  folklor  birinci  növbədə  hiss  və  duyğularının  bolluğu  ilə  səciyyələnir.  Lakin  müəllim 
hər bir nəğmənin süjet və kompozisiya elementlərinə, ifadə vasitələrinə  diqqət yetirməlidir. 
 
Lirik folklorda süjet çox  zəif olduğuna görə onun kompozisiyası da nəzərə çarpmır. Lakin 
müəllim bu əlamətləri özü üçün aydınlaşdırmalıdır. 
 
Ənənəvi  lirik  nəğmənin  sadə  və  geniş  yayılan  kompozisiya  formalarından  biri  monoloq 
formasıdır. Layla ən çox poeziyanın lirik növünə uyğun gəlib, lirik qəhrəmanın fikir və hisslərini 
birbaşa ifadə edir. 
 
 
 
 
 
Laylay  beşiyim laylay 
 
 
 
 
 
Evim-eşiyim laylay 
 
 
 
 
 
Sən get şirin yuxuya  
 
 
 
 
 
Çəkim keşiyin laylay. 
 
İbtidai siniflərdə "Mövsüm nəğmələrindən" xeyli istifadə olunmuşdur. Bu nəğmələr günəşə 
xitabən deyilir. 
 
 
 
 
 
Gün çıx, gün çıx 
 
 
 
 
 
Kəhər atı min çıx 
 
 
 
 
 
Oğlun qayadan uçdu 
 
 
 
 
 
Qızın təndirə düşdü 

167 
 
 
 
 
 
 
Keçəl qızı evdə qoy 
 
 
 
 
 
Saçlı qızı götür çıx. 
 
Kiçik folklor janrlarına daxil olan atalar sözləri və məsəllərin də poetikası maraqlıdır.Atalar 
sözü ilə məsəllər quruluş etibarilə və məzmun etibarı ilə bir-birlərinə çox bənzəyirlər.Bu bənzəyiş o 
dərəcədədir ki, hətta ilk baxışda bunların arasında heç bir fərq olmadığı zənn edilir. 
 
Xalq  təsərrüfatının  müxtəlif  sahələri  ilə  bağlı  əməyi,  zəhməti,  peşəni,  sənəti,  elmi,  ağılı 
təqdir  və  təbliğ;  insana  xas  olan  nəcib  sifətləri  tərbiyə  edən;  tənbəllik,  bekarçılıq,  yalançılıq, 
ikiüzlülük, paxıllıq və s. bu kimi eybəcər sifətləri pisləyən, əxlaq-tərbiyə, ailə-məişət məsəlləri ilə 
bağlı; vətən, el, xalq, hüquq, din və s. məsələlərə toxunan atalar sözü və məsəllər vardır. 
 
 
 
 
         
 
ƏDƏBİYYAT 
 
1. Allahverdiyev M.A. Qaravəllilər, tapmacalar. Bakı, Gənclik, 1970 
2. Atalar sözü və məsəllər. Bakı, Gənclik, 1982 
3. Azərbaycan folkloru antologiyası. I kitab, Bakı, 1968 
4. Azərbaycan folkloru  antologiyası. II kitab, Bakı, 1969 
5. Azərbaycan şifahi  xalq ədəbiyyatına dair tədqiqatlar. IV kitab, Bakı, 1973 
6. Azərbaycan folklorşünaslığı məsələləri. Bakı, 1983 
7.  Ələkbərli  Q.,  Zeynalov  Y.,  Qafarlı  Ə.,  Ələkbərov  M.,  İbtidai  məktəbdə    Azərbaycan  dilinin 
tədrisi metodikası. Bakı, Maarif, 1970 
 
 
ABSTRACT 
Sahile Abbasova 
The more our litrary critics investigated our folklore, the more they didn't touch its poetics. 
It apears as main duty of a teacher to study typical aspects of each genre.  
We understood the necessity to dictate litrary elements as composition language, and style in 
folklore. 
 
РЕЗЮМЕ 
Сахиле Аббасова  
Обучение и методику работы связанные много с образцами фольклора в изучение 
родного языка в начальных классах 
 
 
Не смотря  на то, что литератураведы много ислодовали наш фольклор, можно сказать 
что  не  коснулись  на  его  поэтику.  Изучение  спечциальных  сторон  каждого  жанра  одно  из 
основных объязанностей учителя.  
 
Сознование  сюжета  композицию  язык  и  стиль  фольклора  является  необходимым 
элементом литератураведов.  
 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, 
dosent V.Rzayev
 
 
 
 
 

168 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
                                                                                            
 MÜSLÜM NƏZƏROV 
                                                                 Azərbaycan Dövlət Pedaqoji Universiteti 
                        NİZAMİ QULİYEV            
                       Naxçıvan Dövlət Universiteti   
UOT:378 
                            QLOBALLAŞMA:   TƏHDİDLƏRİ VƏ AÇDIĞI  İMKANLAR  
Açar sözlər: qloballaşma, təhsil,  Boloniya prosesi, səriştəlilik, risk 
Key words:  globalization, education, Bologna process, competence, risk 
Ключевые слова: глобализация,образование, Болонский процесс, компетенции, риск 
Tarixi  mənada  qloballaşma  prosesləri  yeni    hadisə  deyil.  Belə  ki,  beynəlxalq  ticarət  XX  əsrin 
əvvəllərində  bu  gün  ilə  müqayisə  oluna  biləcək  səviyyədə  idi.  Birinci  dünya  müharibəsi  ilə  dünya 
ticarətində proteksionizm fazası başladı ki, bu da ikinci dünya müharibəsindən sonra dünyanın Şərq və 
Qərbə  bölünməsi  ilə  nəticələndi.  Buna  baxmayaraq,  1980-cı  illərin  ortalarından  etibarən  iqtsadi 
transaksiyalardan  başlayıb  informasiya  və  mədəni  sahələrdə  mübadilə  proseslərinədək  beynəlxalq 
transaksiyaların intensivliyi və miqyası kəskin şəkildə artdı. Bu mərhələnin yeniliyi ondan ibarət idi ki, 
dəmir pərdə götürüldükdən və Asiya ölkələrinin tədricən dünya bazarına inteqrasiyasından sonra 1980-
ci illərin sonundan etibarən əmək məhsuldarlığı, sosial standartları, həyat səviyyəsi  yüksək olan inkişaf 
etmiş dövlətlər bir-biri ilə ciddi rəqabətə girdilər. Eyni zamanda 80-ci illərin sonundan etibarən dünya 
yeni kommunikasiya və informasiya texnologiyaları sayəsində misilsiz dərəcədə  bütövləşdi.  
 Bu məqalədə biz qloballaşmanın gətirdiyi həm təhdidləri, həm də şansları araşdırmağa cəhd 
göstərəcəyik. Bu zaman təhdidlərin əsasən ölkələrin təhsil və tərbiyə sistemləri ilə əlaqəli olduğunu 
vurğulamaq gərəkdir. Axı ali məktəblər qloballaşan reallığın bir hissəsidir. Qlobal mexanizmlərdən 
kənarda dayanmaq istəyən iqtisadiyyatın qloballaşmış mühitdə yeri olmadığı kimi, ali məktəblərin 
də belə bir mühitdə yeri yoxdur.   
Qeyd etmək lazımdır ki, təhdidlər fərdi səviyyədə (ayrı-ayrı aktorlar səviyyəsində)  müxtəlif 
dərəcədə  əks  olunur.  Bu  risklərdən  daha  çox  sığortalanmayan  müəyyən  ictimai  qruplar,  məsələn, 
təhsil  səviyyəsi  aşağı  olan  insanlardır.  Bu  gün  təhsil  işçi  qüvvəsi  bazarının  açarıdır.  Yaxşı  təhsil 
uğurlu  məsuliyyətli  ömür  və  sosial  iştirak  üçün  təməl,  işsizlik  riskindən  ən  yaxşı  müdafiədir. 
Hesablamalara  görə,  təhsili  olmayan  insanların  işsiz  qalmaq  riski  peşə  diplomu  olan  insanlardan 
demək  olar  ki,  3  dəfə  çoxdur.  Buna    görə  də  məqalədə  məqsəd  qloballaşma  proseslərinin  təklif 
etdiyi şanslardan çoxlarının istifadə edə biləcəyini əsaslandırmaqdır.  
Bu  gün  “qloballaşma”  anlayışının  dəqiq  tərifi  yoxdur.  Biz  hesab  edirik  ki,  təhsil  sistemi 
kontekstində    beynəlxalq  əmək  prosesləri  ilə  bağlı  olan  sosial  fenomen    kimi  qloballaşmanı 
mübadilə proseslərini asanlaşdırmaq üçün dövlətlər üstü təşkilatları hədəf götürən qloballaşmadan 
fərqləndirmək lazımdır.   
Fərdin  qloballaşma  proseslərini  anlaması  və  bu  proseslərdə  fəal  iştirak  etməsi  üçün    onun 
aşağıdakı üç amilə ehtiyacının olduğu qeyd etmək olar: qeyri-stabilliyin stabil dərki,   predmet  və 
strateji  biliklər, texniki və koqnitiv səriştəlilik.  
Qeyri-stabilliyin  stabil  dərki.    dəyişikliklərə  qarşı  həssaslığı,  çevikliyi,  habelə  kor-reksiyaya  
hazır olmanı ifadə edir.  
Predmet və strateji biliklər: daha çox biliyin olması daha çox səriştəli olmaq deməkdir. Bu, 
təkcə qərar qəbuletmə situasiyalarında deyil, başqa səbəbdən də faydalıdır: insanın özünü səriştəli 
hiss  etməsi  onun  qeyri-müəyyənliyə  münasibətini  şərtləndirir.  Öz  biliklərinə  arxalanmaqla  insan 
özünü  səriştəli  bilir,  deməli,  ikimənalı  situasiyalara  da  az  düşür  və  realistik  qərarlar  qəbul  etmək 
iqtidarında  da olur.   
Aşağıdakı bilik kateqoriyalarını qeyd etmək lazımdır:  
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin