Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 
 
ƏDƏBİYYAT 
 
1.
 
 Losevin  bu  diskursunun  izahı  üçün  bax:  Mehdi  Niyazi.  Sənətin  arxeologiyası,  sənətin 
arxitektonikası. B.: Qanun, 2007, 342 s.,s.208-209;  
2.
 
 Курпатов А.В. 5 великаих тайн мужчины и женщины. М.: ЗАО «ОЛМА Медиа групп, 
2007, 256 с., с.26). 
3.
 
 Əliyeva Yeganə. Mədəni sahənin diplomatiyası. B.: Nəşriyyat yoxdur, 2013, 296 s., s.17  
4.
 
 
Исаев Б. А. Социология. Краткий курс. Спб: Питер, 2007, 224 с., с.42. 
5.
 
 Bax:  Benedict  Ruth.    The  Chrysanthemum  and  the  Sword:  Patterns  of  Japanese  Culture. 
Boston.  1989;  Misheva  Vessela.  Shame  and  Guilt.  Sociology  as  a  Politic  System.  Uppsala 
University. Department of Sociology. 2000, p.112-114. 
6.
 
 Мехти  Ниязи.  Средневековая  мусульманская  культура:  эстетика  проявленного  и  и 
философия сокрытого. Б.: Ганун, 1996, 191 с., с. 131-132  
7.
 
 Кулиев Г.Г. Архетипичные азери: лики менталитета. Б.: Ени несил, 2002, 246 
с., с.164-169 
8.
 
 Фуко Мишель. Слова и вещи. Архиология гуманитарных наук. М.: Прогресс, 1977, 488 
с., с.61-76  
9.
 
Фрэзер Джемс Джорж. Фольклор в Ветхом Завете. М.: Изд.-во Политической    

177 
 
  литературы, 1985, 511 с., с.174-179.(30/24) 
10.
 
Mehdi Niyazi. 110 nəsnə. Hərəsindən bir az. B.: Qanun, 2014, 448 s., c.31-34.  
11.
 
Леви-Стросс Клод. Структура и форма. Размышления об одной работе Владимира   
  Проппа // Семиотика. М.: Радуга, 1983, с.400., с.400-428,; 
12.
 
 К.Г.Юнг. Душа и миф: шесть архетипов. Психология образа трикстера.  
  http://www.upelsinka.com/Russian/classic_yung_2.htm  
13.
 
Hantinqtonun  İslam  münaqişələri  ilə  bağlı  gətirdiyi  statistika  belədir:  müsəlman  dövlətlərində   
konfliktlərin 53.5%-də zor, savaş tətbiq edilib. Hadbukt Britaniyada bu,11.5%,  ABŞ-da 17.9%, 
Sovetlərdə 28.8% olub (Samuel P. Hantington. The Clash of Civilization and the Remarking of 
World Order. Simon and Schuster p. 258) 
14.
 
 Попов Владимир. Меч Иисуса http://www.mirvboge.ru/2011/03/mech-iisusa/.  
15.
 
 Rahid Ulusel söyləyəndə ki, dünya layihələrlə yox, ritmlə idrə olunur, əslində,  harmoniyanın ritm 
variantındə təqdim edir (bax: Ulusel Rahid. Mədəniyyət və texnosivilizasiya. B.: Azərbaycan Milli 
Ensiklopediyası, 2003, 188 s., s.19)  
 
 
ABSTRACT 
Haleddin Sofiev 
Correlation of taxonomic and typological  
methods in culturology 
 
 
 
Taxonomy  and  typological  culturology  highly  reflect  significant  operation  of  the  idea.  This 
principal kind of  identification operation in cognition is taxonomy. Biology, geography, linguistics 
and sociology highly prefer taxonomy in  their methods.  In the researching sphere taxonomy joins 
events  of  this  sphere  on  a  certain  significant  basis.  Epistemological  paradigms  such  as 
“identification” and “differentiation” can be   joined and called the “identification-differentiation” 
paradigms. 
 
 
РЕЗЮМЕ 
Халеддина Софиев 
Соотношение таксономического и типологического  
методов в культурологи 
 
    
Таксономия  и  типологическая  культурология  на  высочайшем  уровне  отражают 
значительное  действие  мысли.  В  познании  этим  значительным  видом  идентификационного 
действия  является  таксономия.  Биология,  география,  языкознание  и  социология 
предпочитают  таксономию  по  своему  методе.  В  изучаемой  сфере  таксономия  на 
определенной  значительной  основе  объединяет  события  этой  сферы.  Воссоединив 
эпистолярные  парадигмы  «идентификация»    и    «дифференциация»    их  можно  назвать 
парадигмой «идентификация-дифференциация» .  
 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru
dosent V.Rzayev 
 
 
 
 

178 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
 NİSƏ ƏLYAROVA 
                                                   Naxçıvan Dövlət Universiteti 
UOT:377 
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ MUSİQİ VİKTORİNALARI 
 
Açar sözlər: Orta məktəbdə musiqi fənni, musiqi tərbiyəsi, musiqi viktorinaları, viktorinaların 
forma və növləri, musiqi viktorinalarının idrakı və tərbiyə əhəmiyyəti 
Key  words:  music  subject  at  secondary  school,  music  upbringing,  music  quizes,  forms  and 
types of quizes, perceptive and educational importanse of music quizes  
Ключевые  слова:  предмет  музыки  в  средней  школe,  музыкальное  поведение, 
музыкальные  викторины,  формы  и  виды  викторин,  моральные  иумственние  значение 
музыкальных викторин 
Musiqi  tərbiyəsi  məktəblilərin  estetik  tərbiyəsinin  inkişafında  əhəmiyyətli  yer  tutur.  Bu  tərbiyə 
istiqaməti şagirdlərin fərdi qabiliyyətlərinin aşkar edilməsi, onların musiqi üzrə istedadının,  maraq və 
meyllərinin üzə çıxarılması onların yaradıcı təfəkkürün inkişafı, təxəyyülünün, yaddaşının, qavrayış və 
hisslərinin zənginləşməsinə əsaslı təsir göstərir. Tədqiqatlar sübut edir  ki, uşaqlara hələ kiçik yaşlardan 
klassik  musiqi  (instrumental)  əsərlərini  dinləmək  və  öyrənmək  işi  müntəzəm  və  davamlı  aparılarsa 
onlarda  musiqini  sevmək,  bu  sahədə  müəyyən  tərbiyəvi  keyfiyyətlər  formalaşdırmaq  mümkündür. 
Musiqi uşaqların zövqünü və hisslərini tərbiyə etmək işində çox güclü təsir vasitəsidir. 
Yetişən  nəslin  musiqi  tərbiyəsinin  ardıcıllığı  və  sistemliliyi  onlarda  belə  demək  mümkünsə, 
Mosart  və  Bethoveni,  Qara  Qarayevlə  Fikrət  Əmirovu  fərqləndirmək  bacarıqlarının  formalaşmasına 
imkan yaradır. 
Uşaqlarda musiqi savadını inkişaf etdirmək üçün müxtəlif yol və vasitələr, forma və priyomlardan 
istifadə olunur. Musiqi məşğələlərində uşaqların musiqi təhsilini yaxşılaşdırmaq üçün viktorina forması 
əlverişli,  ideal  formalardan  biridir.  Lakin  təəssüflə  qeyd  edək  ki,  məktəb  təcrübəsində  bu  unikal 
formadan  lazımi  səviyyədə  istifadə  edilmir.  Musiqi  viktorinaları  yalnız  musiqiyə  məhəbbət  hissi 
aşılamaqla qalmır, həmçinin uşaqların real biliklərə yiyələnməsi işinə də müəyyən kömək göstərir. 
Musiqi viktorinalarının aşağıda göstərdiyimiz növlərini müəyyənləşdirmək olar: 
- “Şəkildə göstərilən bəstəkarı tap”; 
- “Mahnını tap”; 
- “Hansı mahnının mətnidir”; 
- “Musiqi ifaçısını tap”; 
- “Musiqinin bəstəçisini tap”; 
- “İfaçını tap”; 
- “Melodiyanı tap”; 
- “Düzgün cavabı tap”; (musiqi, yaxud bəstəkar haqqında) və s. 
Bundan başqa  “musiqini bilənlər üçün müsabiqə”, “musiqi  kolleydoskop” kimi  formalardan 
da  istifadə  olunması  faydalıdır.  Təcrübə  göstərir  ki,  uşaqların  meyl  və  maraqlarına  görə  təşkil 
olunan viktorinalara şagirdlər xüsusi həvəs göstərirlər. 
 Viktorinanın “Bəstəkarı tap”, yaxud “ Düzgün cavabı tap” forması şagirdlərin musiqi biliklərinin 
formalaşmasında  xüsusi  yer  tutur.  Musiqi  viktorinasının  bu  formasının  təşkili  o  vaxt  müvəffəqiyyət 
qazanar ki, bu prosesə qədər uşaqlar minimal səviyyədə olsa da klassik musiqi və bəstəkarlar haqqında 
məlumatlı olsun. Viktorinaların “Bəstəkarı tap”  forması  xüsusi hazırlıq tələb edir. Burada uşaq növbə 
ilə  müxtəlif  bəstəkarların  əsərlərindən  parçaları  dinləyir  və  bu  musiqi  parçalarının  hansı  bəstəkarın 
əsərindən olduğunu müəyyənləşdirməyə çalışırlar. Musiqi əsərlərindən hissələri dinləmə üç, yaxud beş 
dəqiqə olmalıdır ki, bu parçalar uşağın beynində tam şəkildə əks olunsun. Uşaq səsləndirilmiş musiqi 
parçasının kim tərəfindən yazıldığını dəqiq şəkildə ifadə etməlidir. 
Musiqi  viktorinası  uşağın  məşhur  musiqi  xadimləri  və  müğənnilərin  həyatı  və  yaradıcılığı 

179 
 
haqqında  məlumatlı  olmasına  imkan  yaradır.  Qeyd  edək  ki,  uşaqların  musiqi  savadının  hərtərəfli 
olmasına diqqət yetirmək lazımdır. Uşaqların müxtəlif üslub və istiqamətlər üzrə musiqi savadının 
olması  çox  vacibdir,  ona  görə  ki,  gəncliyin  bir  qisminin  klassik  musiqidən  uzaq  düşməsi,  yüngül 
musiqiyə üstünlük verməsi onların estetik zövqünün korlanması, mütərəqqi milli və bəşəri dəyərlər-
dən uzaq düşməsinə səbəb olan amillərdir. 
 Ümumtəhsil  məktəbində  musiqi  viktorinalarının  keçirilməsi  musiqi  fənninin  ayrılmaz  tərkib 
hissəsidir. Bu işdə uğur qazanmaq, tədris prosesində yaxşı nəticələr əldə etməyin bir vasitəsi hesab oluna 
bilər. Bu prosesdə sual-cavab prinsipi, xüsusilə cavabların doğruluğu və ifadəliliyi öyrənilən problemin 
uzun müddət yadda qalmasına imkan yaradır. Təqdim olunan sualların konkret və aydın olması başlıca 
tələb  olmalıdır.  Burada  çox  mərtəbəli  suallardan  istifadə  etmək  olmaz.  Sualların  səslənməsində 
variantlardan istifadə etmək olar ki, bu da cavabın doğru-düzgün alınması məqsədlərinə xidmət edir. 
Musiqi  viktorinaları  məzmunca  müxtəlif  müsabiqə  tapşırıqları  yerinə  yetirir.  Onun  iştirakçıları 
bütün  növ  musiqi  fəaliyyətində  iştirak  edir  ki,  bu  da  onların  musiqi  üzrə  təhsil  fəaliyyəti  prosesində 
aldığı  biliklərin  sistemli  olmasına  və  zənginləşməsinə  kömək  edir,  özünün  erudisiyasını,  fəhm  və 
zəkasını üzə çıxarır. Diqqət edilsə görərik ki, musiqi viktorinalarında oyun elementi var. Bu oyunda – 
viktorinada  yarış  başlıca  əlamət  kimi  özünü  göstərir.  Bu  cəhət  müəllim  –  pedaqoqun  nəzərindən 
qaçmamalı,  əksinə  yarışın  tərbiyəvi  xüsusiyyətlərinin  düzgün  məcraya  yönəldilməsi  üçün  bütün 
qüvvələrini səfərbər etməyə çalışmalıdır. 
Ümumtəhsil  məktəbində  şagirdlərin  idraki-musiqili  viktorinalarına  xüsusi  əhəmiyyət  verilməlidir. 
Öz doğma kəndini, bölgəsini, nəhayət vətəndaşı olduğu ölkəni sevmək, həqiqi vətənpərvər olmaq, milli 
mədəniyyətə  qovuşmaq,  dünya  mədəniyyətinin  inciləri  ilə  tanış  ola  bilmək  viktorinaların  əsas 
vəzifələrindən sayılır.  Musiqi  viktorinalarında  əyləncəlik də vacib tələblərdən biridir.  Bu  cəhət  tədbirin 
daha canlı  keçməsinə imkan yaradır, düşünmək imkanlarını daha yaxşı, optimal vəziyyətə gətirir. 
Musiqi  viktorinalarını  məktəbdə,  musiqi  gecələrində,  bayramlarda,  yubley  günlərində  təşkil 
etmək mümkündür. Musiqi viktorinaları çevik və sürətli tədbir formalarından biri kimi hər hansı bir  
vaxt  və şəraitdə aparıla bilər. Musiqi  viktorinaları cədvəl  formasında təqdim edilə bilər. Cədvəlin 
sol  hissəsində  seçilmiş  sualların  komplekti-sağ  tərəfdə  isə  cavabların  ifadə  olunma  növü 
yerləşdirilir. Qeyd edək  ki,  viktorinada sual komplektlərinin ifadə olunması  müxtəlifdir: məsələn, 
sözlə ifadə, şəkillə ifadə, musiqi alətləri ilə ifadə etmək və s. 
Musiqi  viktorinaları  çox  vaxt  komandalar  şəklində  təşkil  olunur  ki,  bu  komandalar  üzrə 
əvvəlcədən  müəyyən  hazırlıq  işləri  (komandanın  adını  düşünmək,  kapitan  seçmək,  tədbirin  devizini 
müəyyənləşdimək və s.) görülür. Adətən, tədbirin aparıcısı müəllimlərdən təyin olunur. Bəzi hallarda-
kiçik  yaşlı  məktəblilərlə  aparılan  viktorinalarda  musiqi  qabiliyyəti  və  bacarığı  ilə  seçilən  yuxarı  sinif 
şagirdləri də təyin olunur. Çox geniş və mürəkkəb proqrama malik viktorinalarda isə münsiflər heyəti 
təşkil olunur. Mükafatların təqdim olunması nəzərdə tutulmuş tədbirdə juri (mükafatı təyin edən ekspert 
heyəti)  yaradılır.  Juri  viktorinaya  yekun  vurub,  qaliblərə  diplom  və  mükafatlar  təqdim  edir.  Pedaqoji 
ədəbiyyatda  məktəblilər  üçün  suallara  cavab  viktorinalarının  bir  neçə  növündən  bəhs  olunur.  Bunları 
aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 
-  kiçik  və  orta  yaşlı  məktəblilərə  verilən  suallara  cavab  tapmaq  məqsədilə  təşkil  olunan 
viktorinalar; 
-  idraki  əsasa,  düşüncəyə  və  deməli  öyrənməyə  əsaslanan  viktorinalar.  Bu  növ  viktorinalar 
kiçik  və  orta  yaşlı  məktəblilərlə  musiqi  fənni  üzrə  aparılan  məşğələlər  zamanı  və  sinifdənxaric 
tədbirlər prosesində təşkil olunur; 
-  musiqi  alətləri  haqqında  viktorinalar.  Bu  növ  viktorinalar  şagirdlərin  musiqi  alətlərinə  aid 
bilik və təsəvvürlərinin genişlənməsi və zənginləşməsində istifadə edilir.  
 Viktorinaların  bu  növündə  suallar  aydın,  mənalı  olmalı,  düşüncəyə  əsaslanmaqla  musiqi 
fənni  üzrə  sistemli  biliklərin  daha  da  dərinləşdirilməsinə  xidmət  etməlidir.  Bu  cür  suallar 
komplektinə aşağıdakıları daxil etmək olar: 
- Musiqi incəsənətinin emblemi hansı musiqi alətidir? Cavab: lira 
- Hansı musiqi alətinin adı fransız dilinə tərcümədə “Şahənə” mənasını verir? Cavab:Royal  
- Hansı musiqi aləti iki terminlə- “möhkəm” və “səssiz” ifadə olunur? Cavab: Fortepiano 
- Hansı musiqi aləti özündə fortepiano və qarmonu birləşdirir? Cavab: Akkardion 

180 
 
- Hansı kilsə musiqi aləti dilli alətlərin ən böyüyü adlanır? Cavab: Orqan 
- Hansı musiqi aləti italyanca “külək, meh” kimi adlanır? Cavab: Fleyta 
- Hansı yunan sözü “həmahəng, həmavaz” kimi tərcümə edilir? Cavab: Harmoniya 
- Qobustan qayaüstü təsvirlərində qədim əcdadlarımız hansı rəqsi  ifa edirlər? Cavab: Yallı 
- Hansı  tarzən qədim musiqi  alətimiz olan tarı  ilk dəfə olaraq diz üstündə  yox, sinə üstündə 
çalmışdır? Cavab: Mirzə Sadıqcan 
- İlk Azərbaycan uşaq baletinin müəllifi kimdir? Cavab: Əşrəf Abbasov, “Qaraca qız” baleti. 
- Azərbaycanda musiqiyə dair nəşr olunmuş ilk kitabın müəllifi kimdir? Cavab: Mir Möhsün 
Nəvvab, “Vüzuh-ül-Əqram” və s. 
Bir  cəhəti  də  qeyd  edək  ki,  sinifdən-sinfə  keçdikcə  musiqi  viktorinalarını  məzmunca  daha 
keyfiyyətli və nisbətən dərinləşdirilmiş, əgər belə demək mümkünsə, çətinləşdirilmiş şəkildə təşkil 
etmək  vacibdir.  Ümumən,  viktorinaların  təşkili  və  keçirilməsi  uşaqların  yaş  və  bilik  səviyyəsinə 
uyğun aparılmalıdır. Belə bir pedaqoji tələbin nəzərə alınması tədbirin səmərəli və faydalı olmasına, 
bu sahədə yeni-yeni uğurların əldə edilməsinə imkan yaradır. 
Müşahidə və təhlillərimiz göstərir ki, ümumtəhsil məktəbində musiqi viktorinaların ardıcıl və 
sistemli  şəkildə  aparılması  uşaqların  qavrayışı,  duyğu  və  hissləri,  intellektual  səviyyəsinin 
inkişafına  olduqca  müsbət  təsir  göstərir.  Bu  həm  də  yüksək  tərbiyəvi  əhəmiyyətə  malikdir.  Ona 
görə də məktəblilərin musiqi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi qayğısına qalmaq, 
bu  sahədə  əldə  edilmiş  qabaqcıl  təcrübənin  öyrənilib  ümumiləşdirilməsinə,  ondan  istifadə 
imkanlarının müəyyənləşdirilməsinə diqqət yetirmək xüsusi vaciblik qazanır. 
Məktəbliləri  musiqi  fəaliyyətinə  hazırlamaq,  onların  xüsusilə  ifaçılığını  təkmilləşdirmək,  bu 
istiqamətdə fəallığına nail ola bilmək indiki  halda xüsusi əhəmiyyətə malikdir. Çünki  məktəblinin 
musiqi savadına yiyələnməsi, onun mənalı və ifadəli emosiyaya malik olması, müəyyən səviyyədə 
harmoniyanı  qavraya    bilməsi,  birgəlik  tələb  edən  bədii  musiqili  tədbirlərdə  qarşılıqlı  şəkildə 
iştirakı, bu zaman kollektivlə ünsiyyət və münasibətlərdə olması şagird şəxsiyyətinin formalaşması 
komponenti kimi xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar müxtəlif formalardan, növ və vasitələrdən 
istifadə etməyi tələb edir ki,bu işdə sinif şəraitində və sinifdənxaric işlərdə musiqi viktorinalarından 
istifadə şagirdlərdə musiqi mədəniyyətinin formalaşmasına təsir səviyyəsi ilə seçilir. 
Məsələn, “Düzgün cavabı tap” forması aşağıdakı qaydada təşkil oluna bilər. 
Tövsiyə  olunan  suallar  üzrə  üç  cavab  təklif  edilir.  Lakin  bu  cavablardan  ikisi  doğru  deyil. 
Düzgün cavabı tapmağa təşəbbüs edin. 
1. Hansı bəstəkar Azərbaycan milli operasının yaradıcısıdır? 
    Ü.Hacıbəyov, M.Maqamoyev, A.Zeynallı 
2. Bu bəstəkarlardan hansı həm də dünya şöhrətli dirijor olmuşdur? 
     Ü.Hacıbəyov, A.Məlikov, Niyazi 
3. İlk Azərbaycan baleti hansı bəstəkar tərəfindən yazılmışdır? 
    F.Əmirov (“Min bir gecə”), Ə.Bədəlbəyli (“Qız qalası”). Q.Qarayev  
   (“İldırımlı yollarla”) 
4. “Füzuli” kantatası hansı bəstəkarındır? 
     V.Adıgözəlov, S.Rüstəmov, C.Cahangirov 
5. “Azad” operası hansı bəstəkara məxsusdur? 
     C.Cahangirov, C.Ələsgərov, C.Hacıyev 
6.  “Ölkəm” poemasının bəstəkarı və şerin müəllifini tapın? 
     A.Zeynallı – Cəfər Cabbarlı, F.Əmirov- Cəfər Cabbarlı, T.Quliyev – Rəsul Rza 
7. Aşağıda göstərilən hansı musiqi əsərləri Tofiq Quliyevindir? 
    1. Sənə də qalmaz, Ağacda leylək, Badamlı 
    2. “Sürəyya”, Alagöz, Kəndimiz 
    3. Mən səni araram, Bahar gəlir, Azərbaycan elləri 
8. “Min bir gecə” baleti hansı bəstəkarındır? 
    Süleyman Ələsgərov, Arif Məlikov, Fikrət Əmirov 
9. Arif Məlikovun dünyanın 50-dən artıq teatrında tamaşaya qoyulmuş baleti  
    hansıdır? 
    “Nəsimi”, “Yeddi gözəl”, “Məhəbbət əfsanəsi” 
10. Azərbaycan muğamları əsasında yazılmış simfonik əsərlərin sırasını  
      göstərin  

181 
 
      1. Segah, Cahargah, Rahab, Zabul simfonik muğamları 
      2. Şur, Bayatı – Şiraz, Kürd ovşarı, Rast  
      3. Şur, segah, Rahab, Bayatı-Şiraz 
11. Təntənəli dövlət mahnısı necə adlanır. 
      1. Oda 2. Himn, 3.Kantata 
12. Rus bəstəkarlıq məktəbinin nümayəndələrinin sırasını göstərən bəndi  
      seçin:   
      1. İ. Qilinka, P.İ.Çaykovski, D.Şostokoviç 
      2. İ. Qlinka, S.S.Prokofyev, D.Rossini 
      3. D.Rossini, N.A. Rimski – Korsakov, D. Şostokoviç 
13. Alman bəstəkarlarının sırasını müəyyənləşdirin. 
      1. A.Vivaldi, C.Verdi, N.Paqanini 
      2. L.Bethoven, İ.Brams, R.Şuman 
      3. H.L.Berlioz, J.Bize, Ş.F.Quno 
14. Opera sənətinin yaranma tarixi 
      1. XII-XIII əsrlər, 2. XVII-XVIII əsrlər, 3. XIX əsr 
15. İlk Azərbaycan operası və yaranma tarixi 
      1. Ü.Hacıbəyov (“Koroğlu”) 1937-ci il 
      2. Ü.Hacıbəyov “Leyli və Məcnun”, 1908  
      3.R.M. Qliyer, “Şahsənəm”, 1936 
Göründüyü kimi, musiqi viktorinaları məktəbdə musiqi tərbiyəsi prosesində çox kütləvi tədbir 
formasıdır.  Şagirdlər  tərəfindən  sevilən,  unikal  kompoziya  xüsusiyyətlərinə,  yüksək  idrakı  və 
tərbiyəvi funksiyaya malik viktorinalardan tədris prosesində müntəzəm, ardıcıl və sistemli şəkildə 
istifadə etmək pedaqoq-müəllimlərin əsas vəzifələrindən olmalıdır. 
 
 
 
 
ƏDƏBİYYAT 
1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün musiqi fənni üzrə təhsil  proqramı 
(kurikulumu). (I-IX siniflər), Bakı, 2013 
2. Апраксина О.А. Методика музыкального воспитание в школе, Москва, Просвещение, 1993 
3. Радынова О.П.Слушаем музыке, Москва, Просвещение, 1990 
ABSTRACT 
Nisa Alyarova 
Music quizes at secondary schools 
The article deals with organizing and holding methods of music quizes in teaching process of 
music subject at secondary school. Here the contents, perceptive and educational importance, forms 
and  types  ot  music  quizes  are  cleared,  widely  usage  of  this  type  of  measure  at  school  practice  is 
recommended. It is stated that, studying of practice on music quizes, searching pedagogical bases of 
this  branch  would  influence  positively  to  the  teaching-upbringing  process  at  secondary  school, 
would turn to significant means in the formationof child personality 
 
РЕЗЮМЕ 
Ниса  Алиярова 
Музыкальные викторины в средных школах 
В стате  говорится о методике организации и проведения  музыкальных викторин а процессе 
обучения предмета музыки в общеобразовательных школах.  
Здесь  показывается    содержание,  восприятие  и  воспитательное  значение,  вид  и  форма 
музыкальных викторин, рекумендуется  широко использовать в  школькой практике этим видем 
мероприятия. Также говорится о том, что учение по  практике музыкальных викторин, изучение 
основы  педагогики  этого  отрасля,  оказывает  положительное  влияние  на  течение  процесса 
обучения-воспитания  в  общеобразовательных  школах,  может  стать  значимым  сретствам  в 
формиравании личности детей.  
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, 
dosent V.Rzayev 
 

182 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
SƏNƏTŞÜNASLIQ 
 
                                                                                            
ƏLƏKBƏR QASIMOV 
                                                                                        AMEA Naxçıvan Bölməsi 
                                                                                e-mail: elekberqasimov@mail.ru 
UOT:
 785. 
AZƏRBAYCANIN  İNCƏSƏNƏT  NÖVLƏRİNDƏ 
KOROĞLU  OBRAZI 
Açar sözlər:  xalq qəhrəmanı, teatr, sənətkar, rəsm, heykəl, nəğmə 
Key words:  hero of people, theatre, artisan, painting, monument, song 
Ключевые слова: народный герой, театр, мастер, рисунок, памятник, песня 
Məqalədə XX əsrin 30-cu illərindən üzübəri “Koroğlu” dastanından qaynaqlanaraq folklor 
mütəxəssisləri,  bəstəkarlar,  rəssamlar,  teatr  və  kino  xadimlərinin  yaratdıqları  əsərlərdən  söhbət 
açılır.  Burada  həmçinin  müğənnilərin,  aşıqların,  el  sənətkarlarının  bu  xalq  qəhrəmanına  həsr 
etdikləri  nəğmələr,  dekorativ-tətbiqi  sənət  nümunələri,  aşıq  havaları  yada  salınır,  Azərbaycanda 
Koroğluya ilk dəfə 1988-ci ildə, Naxçıvanda heykəl ucaldılması vurğulanır. 
Beləcə, Koroğlu mövzusu bu gün də Azərbaycanın  sənət dünyasında bir Günəş kimi daim 
parlamaqdadır. 
Türk  dünyasının  qəhrəmanlıq  simvollarından  biri  olan  Koroğlu  ilk  olaraq  Azərbaycan 
folklorunda  “Koroğlu”  dastanı  ilə  tanıdılmışdır.  Azərbaycanda  yaranan    “Koroğlu”  dastanının  17 
qolu vardır. Lakin bir neçə il əvvəl Gürcüstanda bu dastanın Azərbaycan dilində “28 qoldan ibarət 
daha mükəmməl variantı tapılmışdır.” (2, s. 519). 
 
 XX  əsrin  30-cu  illərindən  başlayaraq  “Koroğlu”  dastanı  və  Koroğlu  şəxsiyyəti 
Azərbaycanda elm adamları  – folklor mütəxəssislərilə bərabər, bəstəkarların, rəssamların, teatr və 
kino xadimlərinin da diqqətini  çəkmişdir. Onlar da bu mövzuda yeni sənət əsərləri yaradaraq xalq 
qəhrəmanı Koroğlunu yalnız Azərbaycanda deyil, bütün Sovet İttifaqında məşhur etmişlər. 
Azərbaycanın  dahi  bəstəkarı,  milli  operamızın  banisi,  Şərqdə  ilk  operanın  müəllifi  Üzeyir 
Hacıbəyov  bu  dastandan  ruhlanaraq  və  ondan  bəhrələnərək  1937-ci  ildə  “Koroğlu”  operasını 
yaratdı.  Bəstəkarın şah əsəri sayılan bu operanın ilk tamaşası həmin il aprelin 30-da Azərbaycan 
Dövlət Opera və Balet Teatrının səhnəsində oldu.    
Bu  məşhur  operanın  ilk  quruluşçu  rejissoru  İsmayıl  Hidayətzadə,  ilk  quruluşçu  rəssamı 
Rüstəm Mustafayev, ilk dirijoru Əşrəf Həsənov olmuşdur. Köroğlunu səhnədə ilk dəfə canlandıran, 
sonralar  Azərbaycanın,  həm  də  SSRİ-nin  Xalq  artisti  adını  almıış  Bülbül,  20  ildən  artıq  bu 
möhtəşəm rolu ilə tamaşaçılarını sevindirmişdir.  
30 apreldə - premyerada Nigarı Gülarə İskəndərova, Həsən xanı M. Bağırov, Ehsan paşanı 
E.  Zülalov,  Həmzə  bəyi  K.  Huseynov  oynamışlar.  İlk  tamaşa  günü  bu  opera  büyük  coşqu  və 
rəğbətlə  qarşılanmış, dəfələrlə alqışlanmışdır.  
1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti ongünlüyü”ndə “Koroğlu” operası 
da  tamaşaçılara  təqdim  olunmuşdur.  Bolşoy  Teatrda  göstərilən  bu  tamaşa  böyük  müvəffəqiyyət 
qazanaraq  yüksək  dəyərləndirilmiş,  “ongünlük”  iştirakçılarından  ali  dövlət  mükafatları  ilə  təltif 
olunanlar arasında Üzeyir Hacıbəyov, Bülbül və İsmayıl Hidayətzadə də olmuşdur. 
1943-cü ildə “Koroğlu” Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində rus dilində 
tamaşaya qoyulmuş, 1959-cu ildə isə opera Azərbaycan dilində yeni quruluşda hazırlanmışdır. Bu 
yeni quruluşun rejissoru Mehdi Məmmədov, dirijoru Niyazi idi. 
Məhz
 
1959-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyətini davam etdirən 
gənc aktyor-müğənni Lütfiyar İmanov Niyazinin tövsiyəsi, Bülbülün xeyir-duası ilə “Koroğlu”nun 

183 
 
yeni quruluşunda ilk dəfə olaraq baş rolda səhnəyə çıxdı (5). 
L.İmanov  sonrakı  rollarının  tacı  olan  Koroğlu  obrazını  30  ildən  artıq  bir  müddətdə, 
yorulmadan, böyük şövqlə və ustalıqla ifa etmişdir. Yeni quruluşun hər üç əsas yaradıcısı – Mehdi 
Məmmədov,  Niyazi  və  Lütfiyar  İmanov  sonralar  SSRİ  Xalq  artisti  kimi  yüksək  ada  layiq 
görüldülər.
 
ADOB Teatrı 1967-ci və 1975-ci illərdə yeni quruluşlarda “Koroğlu”ya müraciət etmişdir. 
1975-ci  ildə əsaslı bərpa olunan tamaşanın  quruluşçu rejissoru Firudin  Səfərov, quruluşçu rəssamı 
Tahir  Salahov,  dirijoru  Rauf  Abdullayev  idi.  Baş  rolu  Lütfiyar  İmanov,  Nigarı  Fidan  Qasımova 
(sonralar SSRİ xalq artisti), Həmzəni Firudin Mehdiyev ifa etmişlər. Bu yeni tamaşa Leninqradda 
(Sankt-Peterburqda), Kiyevdə, Tbilisidə, Təbrizdə nümayiş etdirildi və Azərbaycan sənətkarları hər 
yerdə böyük sevgi və alqışlarla qarşılandı. 
“Koroğlu”  operasının  1952-ci  və  1970-ci  illərdə    klaviatüralı  və  partituralı  kitabları  nəşr 
olunmuş, 1976-cı ildə isə Moskvanın “Melodiya” Firması tərəfindən Azərbaycan dilində val dəsti 
buraxılmışdır. 
1990-cı  illərdə  İstanbul  Dövlət  Opera  və  Balet  Teatrında,  İzmirde,  9  Eylül  (Sentyabr) 
Universitetinin  Konservatoriyasında  fəaliyyət  göstərmiş  professor  Lütfiyar  İmanov  1997-ci  ildə 
həmişəlik Bakıya döndükdən sonra – 75 yaşında, son dəfə Koroğlu kimi ADOB Teatrının səhnəsinə 
çıxdı və ənənəvi alqışlarını yenidən qazandı.  
2000-ci ildən üzübəri Azərbaycan Dövlət Opera və Balet Teatrında üç gənc – Samir Cəfərov 
(indi  xalq  artisti),  Ülvi  Qılınc  və  Ramil  Qasımov  Koroğlu  rolunda  səhnəyə  çıxmış,  hərəsi 
özünəməxsus ifa tərzilə tamaşaçı alqışı qazanmışlar. Bu gün də “Koroğlu” Azərbaycan səhnəsində 
yaşamaqdadır. 
2012-ci  ildə  Naxçıvanda  Dövlət  Universiteti  Dövlət  Filarmoniyası  ilə  birgə  “Koroğlu” 
operasının  ayrı-ayrı  pərdələrindən  hissələr  hazırlayıb  Dövlət  Musiqili  Dram  Teatrının  səhnəsində 
göstərdilər.  İfaçıları  universitetdən  musiqiçiləri  filarmoniyadan  olan  bu  tamaşada  baş  rolları  indi 
Azərbaycan  Respublikasının  Əməkdar  artistləri  olan  Mübariz  Əsgərov  (Koroğlu)  və  Gülyanaq 
Fərzəliyeva  (Nigar),  əsas  rolları  Əli  Davudi  (Həsən  xan)  və  Naxçıvan  MR  Əməkdar  artisti  Elçin 
Nağıyev (Həmzə) ifa etmişlər. Bu tamaşanın quruluşçu rejissoru AR Xalq artisti Kamran Quluyev, 
quruluşçu rəssamı Naxçıvan MR Əməkdar rəssamı Səyyad Bayramov, musiqi rəhbəri AR Əməkdar 
artisti  Elman  Əliyev,  dirijoru  AR  Xalq  artisti  Çingiz  Axundov  olmuşdur.  Akademik  İsa 
Həbibbəylinin  bu  tamaşa  haqqında  “Azərbaycan”  qəzetində  dərc  olunmuş  geniş  resenziyasından 
bəzi  sətirləri  xatırlamaq  yerinə  düşər:  “Demək  olar  ki,  teatrlarda  oynanılan  əsərlərin  mütləq 
əksəriyyətinin "səhnə variantı" mövcuddur. "Koroğlu" operasının Naxçıvan tamaşasının dramaturji 
mətnindəki qeyd edilən "əməliyyatlar" da o qədər yaradıcılıqla və bacarıqla, həssaslıqla edilmişdir 
ki,  librettonun  tam  mətni  ilə  tanış  olmayanlar  bunu  hiss  edə  bilməzlər. Bütün  bunlara  ixtisarlar 
deyil, "Koroğlu" operasının "Naxçıvan tamaşasının "səhnə variantı"nın hazırlanması kimi baxmaq 
daha  doğru  olardı.  Bizə  görə,  Naxçıvan  Teatrında  oynanılan  "Koroğlu"  operasını  "kompozisiya" 
kimi təqdim etmək yalnız Üzeyir Hacıbəyovun böyük sənətinə məsuliyyətli bir münasibətdən irəli 
gəlir.  Əslində  isə  Naxçıvan  səhnəsinin  "Koroğlu"  operasından  alınan  təəssürat  tamdır.  Operanın 
bütün əsas inkişaf mərhələləri səhnədə öz əksini tapmışdır.” (1). 
“Koroğlu”  dastanı  Azərbaycan  kino  xadimlərinin  də  diqqətini  cəlb  etmişdir.    1960-cı  ildə 
“Azərbaycanfilm” Kinostudiyasında milli kino tarixində ilk genişekranlı film sayılan eyniadlı film 
çəkilmişdir (4, s, 53)  
Filmin ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru  Hüseyn Seyidzadədir. Koroğlunu  
Əfrasiyab Məmmədov,  Nigarı  Leyla Bədirbəyli, Həsən xanı  Ağadadaş Qurbanov, vəziri  İsmayıl 
Dağıstanlı, dayəni  Mərziyə Davudova, Alı kişini və aşıq Cünunü  Əli Qurbanov, Alagözü  Tamilla 
Ağamirova,  keçəl  Həmzəni  Möhsün  Sənani,  Dəli  Həsəni  Atamoğlan  Rzayev,  Kosa  Səfəri  
Məmmədsadıq Nuruyev, Ərab Reyhanı Salman Dadaşov, Bolu bəyi Məlik Dadaşov, Dəmircioğlunu 
Muxtar Maniyev, Gürcüoğlunu Givi Toxadze çox müvəffəqiyyətlə yaratmışlar. 
Məşhur  bəstəkarımız,  Azərbaycan  SSR  Xalq  artisti  Cahangir  Cahangirov  bu  filmə  gözəl 
musiqi  və  mahnılar  yazmışdı  ki,  onları  da  xalq  artistləri  Şövkət  Ələkbərova,  Lütfiyar  İmanov, 
Əlibaba Məmmədov səsləndirmişlər. 

184 
 
Məhz  bu  film  bir  sıra  sənətkarların  –  geyim  rəssamı  Bədurə  Əfqanlının,  operator  Şərif  
Şərifovun, aktyor  Ələddin Abbasovun (səfir) kinoda debütü oldu.  
“Koroğlu”  filminin  ilk  nümayişi  1965-ci  ildə  Finlandiyada  olmuş,  yalnız  bundan  sonra  Sovet 
İttifaqının dörd bir yanında, həmçinin bir sıra xarici ölkələrdə nümayişə buraxılmışdır. 1962-ci ilin 
dekabrında  SSRİ-də  ən  mərkəzi  mətbuat  orqanı,  birinci  qəzet  sayılan  “Pravda”  bu  filmlə  bağlı 
yazmışdı  “Koroğlu”  filmi  ikinci  həftədir  ki,  Tehranın  ən  iri  kinoteatrlarının  ağzınacan  dolu 
zallarında  nümayiş  etdirilir.  Bu  film  Azərbaycan  xalq  eposunun  kino  həvəskarları  arasında  təbliğ 
olunmasına və populyarlaşmasına kömək edir.” (6).   
2003-cü ildə isə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Koroğlu” adlı ikinci bir film 
çəkilmişdir. Bu, əslində dastan əsasında musiqili televiziya filmidir.  
Ssenari  müəllifi  Aydın  Qurbanoğlu,  quruluşçu  rejissoru  Rövşən  Almuradlı,  quruluşçu 
rəssamı Nabat Səmədova, bəstəkarı Sərdar Fərəc olan filmdə Koroğlunu Zöhrab Məmmədli, Nigarı 
Zülfiyyə Aşıqlı, Aşıq Cünunu Salam İsmayıl canlandırmışlar. 
1950-ci  illərdən  bu  yana  Koroğlu  mövzusunda  bir  sıra  Azərbaycan  rəssamının  portret, 
qrafika,  yağlı  və  sulu  boya,  döymə,  ağac  üzərində  oyma  kimi  təsviri  sənət  janrlarında  əsərləri 
yarandı. 
 Dünyaşöhrətli  rəssamlarımızdan  Tahir  Salahov  Koroğlunun  çox  gözəl  portretini  yaratmış 
(2, s. 519), Mikayıl Abdullayev isə ADOB Teatrında “Koroğlu”nun 1967-ci il quruluşunun rəssamı 
olmuşdur  (3,  s.  18).  Digər  rəssamlarımızın  da  xalq  qəhrəmanına  həsr  etdikləri  portretlər  keçmiş 
Sovetlər İttifaqının məşhur muzey və sərgi salonlarında dəfələrlə nümayiş etdirilmişdir.  
Azərbaycanın digər məşhur teatr və kino  rəssamları da səhnədə və filmlərdə bu mövzu ilə 
bağlı  çox  baxımlı  dekorasiya,  geyim,  qrim  eskizləri  işləmişlər.  Onlar  eyni  zamanda  o  dövrün 
silahlarının, butafor əşyalarının da tam eynisi olması çox çalışmışlar. 
Ölkəmizdə  xalça  sənətində,  dekorativ-tətbiqi  sənət  sahəsində  də  xalq  sənətçilərinin 
Koroğluya  aid  çox  sayda  çeşidli  işləri  olmuşdur.  Bu  əl  işləri  sərgilənərkən  həmişə  yüksək 
dəyərləndirilmişlər. 
Azərbaycanın  müstəqilliyi ərəfəsində və sonrakı illərdə Koroğlu mövzusuna müraciət daha 
aktual  xarakter  almışdır.  1988-ci  ildən  başlanan  xalq  hərəkatı  sənət  adamlarını  da  bu  mövzuda 
əsərlər yaratmağa ruhlandırmışdır. 
Yenə də rəssamlar, bəstəkarlar, xalq  sənətçiləri,  heykəltəraşlar Koroğludan  yan keçməmiş, 
yeni-yeni  əsərlər  yaratmışlar.  1990-cı  illərin  ortalarına  qədər  Bakıda,  başqa  bölgələrdə  Koroğlu 
rəsmləri, nəğmələri xalqı birliyə, təcavüzkar düşmənə qarşı döyüşə səsləmişdir. 
1988-ci  ilin  iyun  ayında  Azərbaycanda  ilk  olaraq  məhz  Naxçıvan  şəhərində  böyük  təntənə 
ilə  Koroğluya möhtəşəm bir heykəl ucaldıldı. Müəllifi Azərbaycan Respublikasının  Xalq rəssamı 
Hüseynqulu Əliyev olan bu heykəl – Qırat üzərində, kürəyindən saz asılmış. misri qılıncını irəliyə 
doğru qaldırmış xalq qəhrəmanı Koroğlu çox əzəmətli görünür. 
2013-cü ildə isə  Bakıda  Koroğluya daha uca bir  heykəl  qoyuldu.  Onun açılış  mərasimində 
ölkə Prezidenti İlham Əliyev iştirak etdi. Bu abidənin müəllifisə Azərbaycan Respublikasının Xalq 
rəssamı Tokay Məmmədovdur.  
“Azərbaycan  aşıqları  “Koroğlu”nun  poetik  mətni  əsasında  “Koroğlu  cəngisi”,  “Piyada 
Koroğlu”,  “Atlı  Koroğlu”,  “Bozuğu  Koroğlu”,  “Qaytarma  Koroğlu”,  “Misri  Koroğlu”...  (2,  520) 
kimi  yaratdıqları  havaları  istər  xalq  şənliklərində,  istər  bayram  tədbirlərində,  istərsə  də  döyüş 
bölgələrində, hərbi hissələrdə əsgərlər, zabitlər qarşısında söyləyib oxuyurlar. 
Dünyaşöhrətli  müğənni  Lütfiyar  İmanov  1990-cı  illərdə,  Türkiyədə  işlədiyi  zamanlarda 
özünün bəstələdiyi “Bu dağlar Koroğludan oxuyur hələ” mahnısını hər bir konsertində ifa etmişdir. 
Bakıya  döndükdən  sonra  buraxılan  yeni  disk-albomunda  da  yer  alan  bu  mahnı  bir  neçə  dünya 
ölkəsinə də yayılmışdır. 
Azərbaycan  Respublikasının  Xalq  artisti,  Dövlət  Opera  və  Balet  Teatrının  solisti  Baba 
Mahmudoğlu bir zamanlar – 1980-ci illərin sonunda özünün yaratdığı “Dastan” folklor ansamblında 
“Döşəmə Koroğlu”, “Giziroğlu Mustafa bəy” və sair bu kimi nəğmələri böyük şövqlə oxumuşdur. 
Beləcə, Koroğlu mövzusu bu gün də Azərbaycanın  sənət dünyasında bir Günəş kimi daim 
parlamaqdadır. 

185 
 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin