ƏDƏBİYYAT
1. “Aərbaycan” qəzeti, 12 iyul 2012-ci il
2. Azərbaycan Sovet Ensiklopediyası, 10 cilddə, V c., Bakı, Qızıl Şərq,1981,
592 s.
3. Azərbaycan Sovet Ensiklopediyası, 10 cilddə, I c., Bakı, Qızıl Şərq,1981,
592 s.
4. Kazımzadə A. Azərbaycan kinematoqrafçıları. Bakı, Mütərcim, 2002, 224 s.
5. Lütfiyar İmanov (yaradıcılıq bukleti). Bakı, Kommunist, 1989
6. “Pravda” qəzeti, 10 dekabr 1962-ci il
7. İnternet: üzeyir.musigi-dunya.az/az/artikle10.html
РЕЗЮМЕ
Алекбер Гасымов
Образ кероглу в разных жанрах искусства Азербайджана
В статье рассказывается, что начиная с 30-х годов ХХ века вдохновленные от эпоса
«Кероглу» как создавали свои произведения фольклористы, композиторы, художники,
деятели театра и кино. Здесь также вспоминаются песни, ашугские мелодии, декоративно-
прикладные образцы народных мастеров посвещенные этому народному герою.
Подчеркивается, что впервые в Азербайджане памятник Кероглу был поставлен в 1988 году
в городе Нахчыван.
Итак, тема Кероглу и сегодня сверкает как Солнце в мире искусств Азербайджана.
ABSTRACT
Alakbar Gasimov
In Koroghlu and the genre arts of Azerbaijan
In the beginning 30 of XX century the epos “Koroghlu” and the personality of Koroghlu
fascinated the men of sciences – folklore specialists, composers, artists, the specialists of theatre
and cinema. They created new works about this theme and made popular not only in Azerbaijan but
in the Soviet Union.
The artists, composers the men of art, sculptors created new works a gain. The monument to
Koroghlu was put in Nakhchivan for the I time in Azerbaijan in 1988.
So the theme of Koroghlu attracted as the sun in the art of Azerbaijan.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
186
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
FƏRİDƏ AĞAYEVA
Naxçıvan Dövlət Universiteti
UOT:785
FİKRƏT ƏMİROV VƏ ELMİRA NƏZİROVANIN
“ƏRƏB MÖVZULARI ƏSASINDA” FORTEPİANO
İLƏ ORKESTR ÜÇÜN KONSERTİ HAQQINDA
Açar sözlər: Fikrət Əmirov, Elmira Nəzirova, fortepiano konserti, ərəb mövzusu, Şərq
musiqisi
Key words: Fikret Amirov, Elmira Nazirova, piano concert, Arabic theme, Eastern music
Ключевые слова: Фикрет Амиров, Эльмира Назирова, фортепианный концерт,
арабская тема, Восточная музыка
Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeylərindən biri olan Fikrət Əmirovla,
peşəkar fortepiano məktəbinin nümayəndəsi, Elmira Nəzirovanın yaradıcılıq əməkdaşlığı
nəticəsində təkrar olunmaz musiqiyə malik “Ərəb mövzuları əsasında” yazılmış fortepiano ilə
orkestr üçün konserti Azərbaycan musiqisinin inciləri sırasına daxil oldu. Hər iki bəstəkarın
zəngin yaradıcılığı musiqimizin inkişafında mühüm rol oynamışdır.
F.Əmirovun yaradıcılıq üslubu iki özəyin-Şərq və Qərb musiqi ənənələrinin qovuş–
masından yaranmışdır. Fikrət Əmirov Şərq musiqi mədəniyyətinin inkişafında böyük rola
malik sənətkarlardandır. Azərbaycan musiqi mədəniyyəti tarixində F.Əmirovun yaradıcılığı
həm Şərq, həm də Qərb musiqisini eyni dərəcədə zənginləşdirən xüsusi səhifəni təşkil edir.
Fikrət Əmirov deyirdi: "Azərbaycan və ərəb musiqisi bir çox ümumi cəhətlərə malikdir. Bir
çox Şərq ölkələrində səfərdə olarkən dərk etdim ki, həqiqətən də Şərq xalqları vahid mədəniy-
yətə malikdir. Bundan başqa, xarici Şərq musiqisini dinlədikcə, bizim Azərbaycan melodiyala-
rından, ritmlərindən o qədər də fərqlənmədiyinin şahidi oldum".
Fikrət Əmirov və Elmira Nəzirova qarşılarına belə bir məqsəd qoymuşlar ki, ərəb
musiqisinin vasitəsi ilə bu xalqın müasir həyatının musiqi obrazını yaratsınlar. Konsertin fortepiano
üslubu onun kadensiyasında özünü bariz şəkildə nümayiş etdirir.
F.Əmirov və E.Nəzirova klassik üsullarla yanaşı fortepiano fakturasının yeni üsullarından da
istifadə etmişlər. Buradakı bəzi üsulların istifadə olunması ilə, ərəb musiqi alətlərinin zəngin səslənmə
tərzini simfonik orkestr alətlərində canlandırmaq mümkün olmuşdur. Əsasən ərəblərin qanun alətinin
dalğavari inkişafı fortepianoda tez-tez təcəssümünü tapır. Xalq musiqisinin təsiri konsertdə özünü
biruzə verir. Konsertin musiqisi dərin məzmunu, zənginliyi, incəliyi, parlaq və şəffaf
orkestrləşdirilməsi, təravətliliyi və sözün əsl mənasında xəlqiliyi ilə özünə cəlb edir. Burada obrazlılıq,
təbiət lövhələrinin rolu -bir sözlə desək, proqramlılıq böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, Şər-
qin malik olduğu qədim və zəngin musiqi folklor irsi sənətkarların daim diqqət mərkəzində olmuşdur
.
Fortepiano və orkestr üçün “Ərəb mövzuları əsasında” yazılmış konsert daha böyük hazırlıq tə-
ləb edirdi. Fikrət Əmirov Misir və Suriyada nota yazdığı xalq nəğmələrini və rəqslərini konsertdə Azər-
baycan melodiyaları ilə növbələşdirir. Bəstəkarın bu ardıcıllıqdan ustalıqla istifadə etməsi, konsertin
əsas mövzularında nəzərə çarpır. Bu melodiyaların səslənməsinə qulaq asıb, melodik hərəkət forma-
larına nəzər yetirdikcə, belə qənaətə gələ bilərik ki, ümumi kolorit baxımından Şərqə ümumilikdə
xas olan art2, miksolidik lad, sekvensiyalı hərəkətlərə meyllilik özünü büruzə verir. Ərəb musiqisi
üçün özünəməxsus kolorit, rəngarəng melizmlər, məqam xüsusiyyətlərindən irəli gələn cəhətlər,
akkordaların, unison səslərin geniş tətbiq olunması və zəngin ritm səciyyəvidir. Burada melodiyanın
parlaq, emosional-gümrah, ürəyəyatımlılığının şahidi oluruq. F.Əmirovun istifadə etdiyi xalq mahnı
intonasiyaları xüsusi əhəmiyyət kəsb edərək, ərəb mövzularında yazılan əsərlərdə intonasiya cəhət-
dən melodik xəttin plastikliyinə görə diqqəti cəlb edir. Folklordan geniş istifadə etsə də, bu zəngin
irsdən "mexaniki" şəkildə deyil, yaradıcı surətdə bəhrələnmişdir.
187
Buradakı kantilenalı, mahnıvari - rəqsvarilik, çoxsaylı nüanslar, cazibədar melos, obrazlı -
emosionallıq - həmçinin ritminə görə də diqqəti cəlb edir. Müəlliflər ümümərəb regionuna xas
olan ritm sisteminin son dərəcə zənginliyini konsertə tətbiq etmişlər. Bu musiqinin emosio-
nallığı və ehtiraslı - coşğun ab-havası, ümumi dinamikliyi məhz ritmlə əlaqədardır. Orkestrin
səslənməsində ərəb milli koloritini daha da qüvvətləndirmək məqsədilə partiturada zərbin - rit-
min rolu ön plana çəkilmişdir. Belə prinsip orkestrin səslənməsinə təbiilik və orjinallıq gətir-
məkdən əlavə, konsertin musiqi obrazında milli-ərəb koloritini də artırır. Nəticədə, koloristik
və rəngarəng musiqi dili ilə ərəb aləmini təcəssüm etdirmək mümkün olmuşdur.
Burada melizmlərdən, təravətli harmonik komplekslərdən geniş istifadə olunmuşdur.
Partitura ustalıqla işlənmiş zəngin bir orkestrovkaya əsaslanır. Orkesttrovkanın tərkibində olan
bütün qrupların fəallığı nəticəsində dolğun səsləndirmə mümkün olmuşdur. Konsert orkestrin
ifasında kiçik, lakin təntənəli girişlə başlanır. Girişdə səslənən melodiya marş və rəqs xarakterlidir.
Konsertin başlanğıc səslənməsində ifanın dəqiqliyinə nail olmaq üçün əsas amillərdən biri
applikaturanın dəqiq olmasıdır. Bu hissəni dolu, güclü səslə və imkan daxilində legato ifa etmək
lazımdır. Hərəkətli, zərif musiqi dinləyicinin diqqətini cəlb edir. İfa zamanı müəyyən çətinlikləri
aradan qaldırmaq üçün, pianoçu əvvəlcədən texniki çalışmalar üzərində işləməlidir.
Bu Konsert Azərbaycan Bəstəkarlar İttifaqında müzakirə olunduqdan sonra dahi bəstəkar
Dmitri Şostakoviç demişdir -“ Əla yazılmış fortepiano partiyası, çoxlu maraqlı tapıntılarla və
şəffaf orkestrləşdirmə ilə dolu olan partitura-bu konsertin əsas məziyyətlərindəndir”. Yarandığı
gündən bu günümüzə qədər bu konsert ən məşhur pianoçuların repertuarından düşmür. Həmçinin
ali və orta ixtisas tədris proqramlarına daxil edilərək hal-hazırda da tələbələrin sevə-sevə ifa
etdikləri əsərdir.
ƏDƏBİYYAT
1.
Əmirov F. "Musiqi aləmində". Bakı, 1983
2.
Виноградов В. "Мир музыки Амирова". Bakı, 1983
3.
Qaraev Q. “F. Amirovun Simfonik muğamları”. Bakı, 1949
4.
Əmirov F. "Musiqi düşüncələri". Bakı, 1971
5.
Zöhrabov R. “Bəstəkarlarımızın portreti”. Bakı, 1997
ABSTRACT
Farida Agayeva
About the consert Fikret Amirov and Elmira Nasirova
For piano and orchestra "in Arabic Theme"
Article devoted to the work of two prominent composers of Azerbaijan - Fikret Amirov and
Elmira Nasirova. Their common interest in Eastern music led to creative cooperation, in
consequence of which was written by the very successful "Concert for Piano and Orchestra by Arab
themes". With great skill and professionalism used Arabic Azerbaijani motives merged into a single
harmonious whole music.
РЕЗЮМЕ
Фарида Агаева
О концерте Фикрета Амирова и Эльмиры Назировой
для фортепиано с оркестром « на арабские темы»
Статья посвящена творчеству выдающегося композтора Азербайджана Фикрета
Амирова и профессиональной исполнительницы Эльмиры Назировой. Их общий интерес к
восточной музыке привёл к творческому сотрудничеству, в последствии которого был
написан весьма удачный Концерт для фортепиано с оркестром «На Арабские темы». С
большим искусством и профессионализмом использованные арабские и азербайджанские
мотивы слились в единую гармоничную целую музыку.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
188
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
SEVDA HÜSEYNOVA
Naxçıvan Dövlət Universiteti
gunelmamadova@yahoo.com
UOT: 782/785
AVROPA MUSİQİ MƏDƏNİYYƏTİNDƏ KLASSİSİZMİN MAHİYYƏTİ.
VYANA MƏKTƏBİNİN NÜMAYƏNDƏLƏRİ
Açar sözlər: klassisizm, Avropa musiqi mədəniyyəti, Vyana məktəbi, Mosart, Bethoven,
Haydn, klassiklər, Nikola Bualo
Keywords: сlassicism, the European musical culture, the Viennese school, Mozart,
Beethoven, Haydn, classics, Nicolas Boileau
Ключевые слова: классицизм, Европейская музыкальная культура, Венская школа,
Моцарт, Бетховен, Гайдн, классики, Никола Буало
Tarix elminin mühüm dayaqlarından biri olan dövrləşdirmə ümumi inkişaf dinamikasının
hərəkətverici və qapanma nöqtələrini ayırd etmək, tədqiqat materialını sistemləşdirmək vasitəsidir.
Əlbəttə, hər bir dövrləşdirmə zaman keçdikcə düzəlişlərə məruz qala bilər.
Klassisizmin kökləri Platona və Aristotelə qədər gedib çıxsa da, əslində, cərəyanın tam olaraq
təşəkkül tapması XVII əsrlə bağlıdır. Sənətə, sənətkara sərt tələblər qoyan bu cərəyanın izləri
özündən sonrakı bütün cərəyanlarda görmək mümkündür, lakin bu cərəyana qarşı münasibət heç
vaxt birmənalı olmayıb.
XVIII əsrin ortalarında gərgin emosiyalı, əzəmətli barokko musiqisi öz əhəmiyyətini tədricən
itirməyə başlayır. Daha dürüst, tarazlaşdırılmış musiqi formalarına meyl yeni, klassisizm
cərəyanının bərqərar olmasına gətirib çıxarır. O zaman Avropanın «musiqi paytaxtı» sayılan
Vyananın zəngin bədii ənənələrindən bəhrələnmiş Haydn, Mosart və Bethoven yaradıcılığı
klassisizm üslubunun ən parlaq təzahürüdür. Bu üç dahi sənətkar musiqi tarixinə Vyana klassikləri
adı ilə daxil olmuşlar. Vyana klassiklərinin bədii nailiyyətləri musiqi sənətinin inkişafında çox
yüksək, tarixi əhəmiyyətə malikdir. Belə ki, Avropa musiqisinin ən nəhəng janrı simfoniya, eləcə də
onun «yaxın qohumlar»ı sonata və kvartet məhz bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə
çatdırılmışdır. Avropa musiqisinin yaraşığı və fəxri olan simfonik orkestr də Haydn, Mosart və
Bethovenin əsərlərində formalaşmışdır. Vyana klassik məktəbini təmsil edən hər bəstəkar
özünəməxsus obrazlar aləmi və fərdi dəst-xətti ilə seçilir.
XVIII əsrin ortalarında gərgin emosiyalı, əzəmətli barokko musiqisi öz əhəmiyyətini tədricən
itirməyə başlayır. Daha dürüst, tarazlaşdırılmış musiqi formalarına meyl yeni, klassisizm
cərəyanının bərqərar olmasına gətirib çıxarır. O zaman Avropanın «musiqi paytaxtı» sayılan
Vyananın zəngin bədii ənənələrindən bəhrələnmiş Haydn, Mosart və Bethoven yaradıcılığı
klassisizm üslubunun ən parlaq təzahürüdür. Bu üç dahi sənətkar musiqi tarixinə Vyana klassikləri
adı ilə daxil olmuşlar. Vyana klassiklərinin bədii nailiyyətləri musiqi sənətinin inkişafında çox
yüksək, tarixi əhəmiyyətə malikdir. Belə ki, Avropa musiqisinin ən nəhəng janrı simfoniya, eləcə də
onun «yaxın qohumlar»ı sonata və kvartet məhz bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə
çatdırılmışdır. Avropa musiqisinin yaraşığı və fəxri olan simfonik orkestr də Haydn, Mosart və
Bethovenin əsərlərində formalaşmışdır. Vyana klassik məktəbini təmsil edən hər bəstəkar
özünəməxsus obrazlar aləmi və fərdi dəst-xətti ilə seçilir.
Yeni dövrdə bədii mədəniyyətin inkişafı və rasionalizm fəlsəfəsi təliminin yaranması
klassisizm cərəyanının təşəkkülünün əsas səbəbi oldu. Bu təlimin banilərindən biri olan Rene
Dekart insan ağlına yüksək qiymət verərək onu yeganə idrak vasitəsi hesab edir. «Düşünürəmsə,
189
demək varam» deyən filosof düşünmək qabiliyyəti vasitəsilə insanın ucaldığını söyləyirdi. Məhz bu
təsəvvürlər incəsənətdə yeni üslubun – klassisizmin formalaşmasına gətirib çıxardı. Üslub sistemi
baxımından klassisizm barokkoya nisbətən daha bitkin, zərif, mükəmməl və ciddidir.
Latınca «klassisus»-nümunəvi sözündən olan klassisizm doğrudan da klassikaya əsaslanaraq
bədii və mənəvi ideala çevrilən mükəmməl sənət əsərləri yaradır. Bu üslubun yaradıcıları hesab
edirdi ki, obyektiv olaraq mövcud olan gözəllik qanunları da ağılın köməyilə dərk edilir, incəsənətin
məqsədi – insanın və dünyanın məhz bu qanunlar üzrə dəyişdirilməsi, idealın real məkanda həyata
keçirilməsidir.
Antik incəsənətin dirçəlişi, klassik ənənələrə pərəstiş İntibah dövründən başlasa da, klassisizm
məhz XVII əsrdə cərəyan kimi formalaşır. 300 ilə yaxın (XVI –XIX əsrin 30-cu illəri) bir dövrü
əhatə edən klassisizm antik incəsənətin qanunauyğunluqlarını üzə çıxarmağa, sənət nəzəriyyəsi,
milli ədəbi dil və yeni dramatik teatr yaratmağa çalışan XVI əsr italyan humanistlərinin bədii və
nəzəri fəaliyyəti nəticəsində yaranmağa başlayır. D.D. Trissino, Y. Skaliger, Lyudoviko Kastelvetro
(dram haqqında 3 vəhdət qanununu işləyib), T. Tasso və b. öz nəzəriyyələrində antik poetikanın
təhlilinə əsaslanmışlar.
Əgər İntibah dövründə mədəniyyətin bütün elementlərinin inkişafı İtaliya ilə bağlı idisə,
klassisizm dövründə bu dalğa Fransaya keçir. Çünki XVII əsrdə İtaliyada incəsənət daha əvvəlki
nüfuza malik deyildi. Memar və heykəltəraş Bernininin, memar Borromininin, rəssam Karavaconun
rəsmi cərəyan olan barokko ilə yanaşı öz yaradıcılığında realizm ənənələrini saxlayan Krespi və b.
yaradıcılığı İntibah İtaliyası ilə müqayisədə dəryada damla kimi görünürdü.
Digər İntibah ölkələri də müəyyən tənəzzülə düçar olmuşdu. Məsələn, İngiltərədə puritanizm
incəsənətin inkişafına əvvəlki kimi güclü təsir göstərə bilmir. Elm, ədəbiyyat inkişaf etsə də, təsviri
sənət sahəsində canlanma yalnız XVIII əsrdə başlayır.
Klassisizmin təhsil sistemi başdan-başa antik dövrün və intibah incəsənətinin öyrənilməsini
nəzərdə tuturdu. Yaradıcılıq prosesində əsas şərt – qanunlara riayət etmək, süjeti antik tarixdən və
ya mifologiyadan götürmək oldu. Avropanın iri dövlətlərində, həmçinin Fransada mütləq
hakimiyyətin bərqərar olduğu şəraitdə Fransız incəsənətinin novator ruhu parlaq şəkildə nəzərə
çarpmağa başladı. XVII əsrdə mərkəzləşdirilmiş vahid milli dövlət yaratmaq üçün feodal
pərakəndəliyinin qalıqlarına qarşı mübarizədə Fransa burjuaziyası müvəqqəti olaraq öz qüvvələrini
Kral hakimiyyəti ilə birləşdirdi. Fransadakı mütləq monarxiya şəhərlərdə burjua üsul idarəsini
Avropanın digər ölkələrinə nisbətən daha sürətlə tətbiq edir, manufakturaların çiçəklənməsinə şərait
yaradırdı. Klassisizm – məhz mütləq monarxiya dövrünün məhsuludur. Mütləq monarxiyanın
mədəni siyasəti və onun estetik doktrinası olan klassisizm sinfi xarakter daşıyırdı. Monarx sarayları
bütün bədii qüvvələri mərkəzi təşkilata tabe etməyə can atırdı. İlk dəfə İtaliyada yaranan bu cür
təşkilatlar humanist fikirli insanların könüllü birliyi olan akademiyalar idi. 1634-cü ildə Parisdə,
XIII Lüdovikin dövründə kardinal Rişelye ədəbiyyat və dil sahəsində rəsmi mərkəz olan fransız
akademiyasını yaratmaqla onları mütləq hakimiyyət alətinə çevirdi və klassisizm aparıcı üslub oldu.
Bu, ilk növbədə, faciə janrında öz əksini tapdı. XVII əsrin II yarısında Fransada mütləqiyyət
bərqərar oldu, feodalizm qalıqları yox edildi. Avropa mütləqiyyətinin zirvəsi sayılan Kral XIV
Lüdovikin sarayı mədəni mərkəzə çevrildi. XIV Lüdovikin iqamətgahı olan Versal yeni zadəgan
mədəniyyətinin mərkəzi oldu. 1648-ci ildə rəssamlıq və heykəltəraşlıq üzrə Kral Akademiyası,
1671-ci ildə isə Memarlıq Akademiyası yaradıldı. Fransa incəsənəti çiçəklənməyə başladı. Kral
sarayının mədəniyyətə böyük təsiri olduğundan XVII əsr Fransasını çox vaxt «XVI Lüdoviq
üslubu» adlandırırlar. Bu üslub italyan barokkosuna bənzəməyən fransızsayağı barokkodur. Onun
əsas xüsusiyyəti klassisizmlə sintezdə olmasıdır.
«Klassisizm» adını bu cərəyana XVIII əsrin sonu – XIX əsrin əvvəllərində romantizmin
nümayəndələri vermişlər. Rüşeymləri intibah dövründə İtaliyada yaranan bu üslub Fransada şair
Malerb və nasir Keyz de Balzak tərəfindən əsaslandırılıb. Şaplen, abbat Dubinyak, Bualo, Filebyen
və b. fransız klassisizminin nümayəndələridir. Simon Buye Fransa saraylarında bu dövrdə rəsmi
incəsənət olan barokkonun başçısı idi. Barokko ilə yanaşı klassisizm və realizm də formalaşır.
XVII əsr faciəsi qəhrəmanlıq fəaliyyəti ilə bağlıdır. Burada nə lirika, nə də fəlsəfi düşüncələr
yoxdur. Faciə qəhrəmanları çox vaxt bu işə öz arzularının əksinə olaraq qoşulmuşlar. Lakin
190
hadisələr xüsusi qaydalara əsasən açılır. 1630-cu ildən başlayaraq faciə əsərlərindən 3 vəhdət
qanununa – zaman, məkan və hərəkətin vəhdətinə riayət olunması tələb edilirdi.
Klassisizmin ən məşhur nəzəriyyəçisi, bu cərəyanın prinsiplərini işləmiş Nikola Bualodur. O
öz nəzəriyyəsini «Poeziya sənəti» adlı traktatında, şeir dili ilə şərh edib. Bualonu da müəyyən
mənada karteziançı adlandırmaq olar. O, dekart fəlsəfəsindən qidalanaraq incəsənətdə əqlin rolunu
yüksək qiymətləndirir. Onun fikrincə, əqli başlanğıc hiss və təxəyyüldən üstün olmalıdır. «Poeziya
sənəti» (1674) dörd hissədən ibarətdir. Birinci hissədə şairin vəzifəsindən, mənəvi məsuliyyətindən,
poetik sənətə yiyələnməyin zəruriliyindən söhbət açılır. İkinci hissədə lirik janrlar: oda, elegiya,
ballada, epiqramma, idilliya analiz edilir. Üçüncü hissədə faciə və komediya janrlarından, dördüncü
hissədə şairdən, yaradıcılığın etik problemlərindən danışılır. Bualo antik dövrü, mifologiyanı örnək
kimi qəbul etməyi tələb edir. Bualo gözəlliyin obyektiv əsasa malik olmasını söyləsə də, mənbəyini
mənəvi varlıqla bağlayır. Ona görə də sənət əsəri təbiətdən yüksəkdə dayanır. Təbiət incəsənətə
nümunə ola bilməz. O, təbiəti təqlid etməyə çağırsa da, hesab edir ki, təbiət öz ilkin qabalığından
azad olmalı, əqlin fəaliyyəti ilə nizamlanmalıdır. Həqiqətdən kənarda gözəllik yoxdur. Gözəlliyə
emosiyalarla yox, ağılla çatırlar. Anlaşılmaz şeylər gözəl ola bilməz. Dini, xristian süjetlər
irrasional olduğu üçün incəsənətdən çıxarılmalıdır. Hadisələr vahid zamanda, 24 saat ərzində baş
verməlidir. Buna görə də təsvir edilən xarakter dəyişməməlidir, inkişafda verilməlidir. Bualo bu
tələblərə riayət etmədiyinə görə ispan dramaturqu Lope de Veqanı tənqid edir, öz dövrünün bədii
təcrübəsini isə təqdirəlayiq hesab edir. Doğrudan da Molyerin xarakterləri statikdir, məsələn,
Qarpaqon əvvəldən axıra kimi xəsis, Tartüf ikiüzlü və riyakar olaraq qalır.
Klassisizmdə tipik obrazlar fərdi cəhətlərə malik deyillər, tipikləşmə üsulu XVII əsr fəlsəfəsi
və təbiətşünaslığı ilə həmahəng olub, metafizik xarakter daşıyır. Bu, bilavasitə mütləq borcu yerinə
yetirmək üçün şəxsi mənafeyi ümumiyə tabe etməyi tələb edən klassisist dünyagörüşünün
xüsusiyyətlərindən irəli gəlirdi. Klassisistlər şəxsiyyətə pərəstiş prinsipini əsas tutur, kralları əsər
qəhrəmanı edir, xalqa isə yalnız «aşağı janr»da – komediyada yer verirdilər ki, bu da tarixi
ziddiyyətləri daha düzgün təsvir etməyə mane olurdu. Bu hal Bualoya xas idi. Klassisitlər eyni
zamanda incəsənətdə mühüm ideyaların – vətənpərvərlik, borc hissi, eqoist hisslərə üstün gəlmək,
qəhrəmanlıq və s. təcəssümünü təbliğ edirdilər. Klassisitlərin normaları nə qədər doqmatik olsa da,
onların çoxu bu gün də öz əhəmiyyətini itirməmişdir. Məsələn, tipin xarakteristikasının aydın
olması, incəsənətin növ və janrlarına, faciəvilik və komikliyə hədd qoyulması, əsərin
kompozisiyasının ahəngdar olması, dilin aydınlığı və ardıcıllığı, təsvir edilənin inandırıcı və
həqiqətəbənzər olması tələbləri. Bu tələblər doqmatik bəzək-düzəkdən təmizləndikdən sonra
rasional məna əldə edir. Hətta üç vəhdət prinsipində də rasional məzmun yox deyil.
Klassisizmdə janrların iyerarxik bölgüsünə görə «yüksək janrlara» faciə, epopeya, oda, tarix,
mifologiya, dini təsvir və s., «aşağı» janrlara isə komediya, satira, təmsil və s. aiddir.
Almaniyada klassik komediyanın təşəbbüskarı olan Şlegel də Qotşedin fikirlərinə etiraz
edərək klassisist faciənin əsas tələblərinə qarşı çıxır, milli və məhdud (lokal) xarakterli qəhrəman
yaratmağı təklif edirdi. Müxtəlif cərəyanların və milli məktəblərin nailiyyətlərini ümumiləşdirən
görkəmli sənətkarlar klassisizmə xas metafizikliyi və doqmatizmi dəf edərək, zənginləşdirilmiş,
şərtilik və qəddar normalardan azad, yeni tipli klassisizm yaratdılar. Veymar məktəbi (Şiller, Höte),
Vyana məktəbi (Haydn, Motsart, Bethoven) buna misaldır.
Musiqidə klassisizm özünü opera janrında daha çox büruzə verir. Fransada lirik faciə,
İtaliyada opera seriyası buna misaldır. Vyana klassik məktəbinin nümayəndələri – Haydn, Motsart
və Bethovenin yaradıcılığı klassisizm tələblərinə uyğun gəlir.
L.V. Betxoven musiqi mədəniyyətinə təsir göstərmiş dahilərdən biridir. Onun yaradıcılığı
XVIII-XIX əsrləri əhatə edir. Klassisizm cərəyanına aiddir. Bəstəkarın ən sevimli janrı-sonatadır,
çünki sonata onun simfonik təfəkkürünə yaxındır. Sonatanı çox vaxt onun yaradıcılıq laboratoriyası
adlandırırlar. Məs. 25, 26, 27-ci sonatalar, 23 sonata (Apposionata-ehtiraslı f-moll).
Bu janrın ən yüksək zirvəsi sayılır. 6,7,8-sonatalar pastoral xarakterlidir. 32-ci sonata mövzu
və variasiyalardan ibarətdir. 14 sonatası-“Ay sonatasi” Bethoven ilk bəstəkardır ki, sonataları
polifonikləşdirir (29-32 sonatalar). Gələcəkdə Şumanın variasiyalarına çığırda məhz Bethovenin
variasiyalarından ibarətdir. Bethovenə 9 simfoniya, 11 uvertura, həmçinin konsertlər də aiddir.
191
Lakin Bethovenin simfoniyaların heç biri o birisinə bənzəmir. 9 simfoniyanın hər biri sanki bir
aləmdir. Təkrar olan epizodlar yoxdur. Onun simfoniyaları 4 pərdədən ibarət instrumental dram
kimi yozurdu. Onun simfoniyalarında əsas dramatoloji ağırlıq 1-ci və sonuncu hissəyə düşür. 2-ci
hissə hadisələrin lirik və ya faciəvi aspektini verir. 3-cü məişət lövhəsidir.” Fidelio” operası,
“Təntənəli messa”, 6 trio, 16 simli kvartet, ”Karolian”, ”Eqmont”, ”Leonora” uvertüralarıda vardır.
J. Haydn görkəmli Avstriya bəstəkarıdır. Onun yaradıcılığı Vyana klassik məktəbinin ən
dəyərli səhifəsi və dünya musiqi məktəbinin yüksək zirvələrindən sayılır. Jozef Haydnı
"simfoniyanın atası" adlandırırlar. Doğrudan da, 100-dən artıq simfoniya bəstələmiş Haydn faktiki
olaraq bu janrın təməlini qoymuş, onun gələcək inkişafına dəyərli töhfələr vermişdir. Haydn
həmçinin "kvartetin atası" hesab olunur. 100-dən artıq kvarteti, eləcə də trioları, fortepiano
sonataları, konsertləri klassisizm dövrünün instrumental musiqisinin ən gözəl səhifələrindəndir.
Haydn demək olar ki bütün janrlarda əsər yazıb. Haydının klavir əsərləri (sonata, rondo, variasiya)
içərisində sözün əsl mənasında bu günə qədər də əhəmiyyətini itirməyən şedevrlər var. İlk
sonatalarda F.E. Baxın klavir yaradıcılığının təsiri duyulur. Haydının sonataları 3 hissəli sikldir. Bu
əsərlər içərisində D-dur, e-moll, Es-dur tonallıqlı sonatalarını xüsusilə qeyd etmək lazımdır. Onun
yaradıcılığında klassik simfoniyanın 4 hissəli quruluşu təsdiqlənir. 1 hissə - girişlə başlayır, sonra
sonata - allegrosu gəlir; 2 hissə - (yavaş hissədir) adətən 3 hissəli formada olur, lirik hissədir; 3
hissə (menuet)-xalq mahnı və rəqslərinə dayaqlanan 3 hissəli formadadır; 4 hissə-final-məişət
xarakterlidir, rondo-sonata formasındadır. Haydn 100-dən çox simfoniya müəllifidir. ”London
simfoniyası” mükəmməlliyi ilə fərqlənir. Yalnız 1 simfoniyadan başqa bütün simfoniyalar major
tonallığındadır. Haydının vokal əsərləri içərisində-oratoriyaları xüsusilə qeyd etmək lazımdır.
”Tovinin qayıtması”, ”Dünyanın yaradılması” (1798) - Con Miltonun “İtirilmiş cənnət” əsəri
əsasında yazılmışdır. Oratoriya 3 hissədən ibarətdir. ”İlin fəsilləri” (1801) - əsər Ceyms Tomsinun
poeması əsasında yazılmışdır. Haydn 24 opera müəllifidir. “Aptekçi”, ”Balıqçı qızlar” (buffa),
“Axsaq şeytan” (zinqşpil), “Asis və Qalateya” (seriya) operalarının adını çəkmək olar.
Volfqanq Amadeus Motsart – dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu
nümayəndələrindən biri.
Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, klavesin və
orqan ifaçısı və dirijor da olmuşdur. Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano,
xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən
nüfuzlu orkestralarının konsert reperturlarının ayrılmaz parçasını təşkil edir. Motsarın ömrünün qısa
olmasına baxmayaraq dünya musiqi tarixinin qızıl fonduna daxil olan əsərlər yaratmışdır.
Bunlardan-“Fiqaronun toyu”, ”Don Juan”, ”Sehrli fleyta” kimi operaları, si minor (40), do major
(41) simfoniyalarını, orkestr üçün yazılmış “Serenada əsərini göstərmək olar. Motsart 41 simfoniya,
33 serenada bəstələmişdir.
Q-moll simfoniyası bəstəkarın yaradıcılığında mühüm yer tutur. 4 hissədən ibarətdir. Onun 1-
ci hissəsi sonata-allegrosu formasında yazılıb. Motsart musiqi tarixinə opera janrının reformatoru
kimi daxil olmuşdur. Bəstəkar hesab edirdi ki müxtəlif opera janrlarında yazan bəstəkarlar, hər bir
janra digər janrlara xas olan elementləri daxil etməlidir. Məsələn onun Buffa üslubunda yazılmış
“Fiqaronun toyu” operasında seriyanın elementləri daxil edilmişdir. Motsart bütün opera üslublarına
müraciət etmişdir. “Sehrli fleyta” operası (1791) fəlsəfi etik və humanist məzmuna malik nağıldır.
Əsərin ideyası xeyrin şər üzərində qələbəsi dayaqlanır.
Dostları ilə paylaş: |