Elmи мяъмуяси



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
#16979
1   2   3   4   5   6   7   8   9   ...   37

 

İlahi murad 

Deməklə demək istəmək bir-birindən fərqlidir. Bunlardan birincisi sırf 

dil müstəvisini, ikincisi isə söz sahibinin qəsdini bildirir. Sözün sırf dil 

müstəvisinə uyğun olaraq ifadə etdiyi məna ilə söz sahibinin qəsd etdiyi 

məna hər zaman üst-üstə düşməyə bilər. Söz sahibinin qəsdi sırf dil 

müstəvisinə uyğun olan mənadan müstəqil olmamaqla yanaşı, bəzən söz 

sahibinin qəsdi sırf dil müstəvisinə uyğun olan mənanı aşar. Belə olan halda 

danışanın qəsdi ya da muraddan danışmaq olar. Qəsd isə  mənadan daha 

mühümdür; xitab qəsdi çatdırmaq üçündür. Danışanın qəsdini doğru 

anlamağın yolu da bu ikisi arasındakı münasibətin doğru qurulmasından 

keçər. Əksi təqdirdə danışanın qəsdi eşidənin mənanı özlüyündə qurmasına 

tərk edilmiş olar. 

Quranın bir çox ayəsində bu məsələ özünü bir problem kimi göstərir. 

Fiqh üsulu elmində əhəmiyyətli yer verilən məcaz, kinayə, iqtizanın dəlaləti 

kimi dəlalət növləri bu problemin qarşısını almaq üçün qoyulmuş 

metodlardandır. 

İlahi murad, əgər belə demək mümkünsə Allahın “demək istədikləri”ni 

ifadə edir. Bundan məqsəd Allahın qəsdinin kəlamını aşdığıdır. Yəni sırf dil 

müstəvisini ifadə edən kəlam, əsl hədəf olan qəsdin daşıyıcısı olmaqla yanaşı 

Allahın qəsdi (məqasiduş-şəriə) kəlamdan daha əhəmiyyətlidir. Sırf kəlama 



Tarixilik məfhumu məzmununda nəssi anlama məsələsi 

25 


bağlı qalaraq mənanı dil müstəvisində axtarmaq Quranı  hərfi mənaya həbs 

edər. Bu isə Quranın əsl ümumbəşər mesajının kölgələnməsidir. 

Bunu bir misalla belə izah etmək olar: Quranın ictimai islahatlarından biri də 

çox-arvadlılıqdır. Bu məsələ Nisa surəsinin 3-cü ayəsində belə izah edilir: 



Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə)  ədalətlə  rəftar 

edəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki, 

üç və dörd nəfərlə nigah bağlayın!  Əgər onlarla ədalətlə dolanmağa  əmin 

deyilsinizsə, o halda təkcə bir nəfər qadın və ya sahib olduğunuz kənizlə 

evlənin (yaxud kifayətlənin). Bu, ədalətli olmağa daha yaxındır. 

Bu ayədəki  əsl qəsdi doğru analaya bilmək üçün başqa ayələrə  də 

müraciət etmək lazımdır. Bu ayənin əvvəlindəki ayədə insanlara “yetimlərin 

mallarının özlərinə verilməsi və onların mallarının öz mallarına 

qarışdırılaraq yeyilməməsi”  əmr edilir. Bu hal, o dövrün cəmiyyətində 

yetimlərin haqlarının tapdandığını göstərir. Hətta Məkkə dövrünə aid 

ayələrdə də bu ictimai problemə işarə edilmişdi: “Yetimin malına xeyirxah 

məqsəd istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin”

10

. Daha 


sonra isə bu məsələ haqqında daha ciddi tədbirlər alındı: “Həqiqətən, 

yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda 

çeviriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər”

11

. O zaman, həm 



yuxarıda qeyd edilən Nisa surəsi 3-cü ayəsinin öncəsi həm də digər işarə 

olunan ayələr çox-arvadlılıq haqqındakı icazənin yetimlər haqqında 

olduğunu göstərir. Sonrakı dövrlərdə bu ayə  əsl mənasından çızarılaraq 

ümumiləşdirilərək bütün qadınlara şamil edilmişdir

12



 



Doğru anlamanın ölçüləri 

Quranı doğru anlamanın ölçüləri bir məqalənin mühtəvasına sığmayacaq 

dərəcədə geniş  və  təfsilatlıdır. Burada təhlil etməyə çalışacağımız cəhət 

tarixilik məfhumuna bağlı olaraq Quranın doğru anlaşılmasının imkanı 

olacaqdır. Bundan məqsəd tarixiliyin Quranın anlaşılmasında nə kimi 

mövqeyə sahib olduğudur. 

                                                 

10

 Ənam, 6/152. 



11

 Nisa, 4/10. 

12

 Çiftçi Adil, Fazlur Rahman ilə İslamı Yenidən Düşünmək, Ankara 2001, s. 266-



267. 

 Dr. Mübariz CAMALOV 

26 


Məna və kontekst 

Quran mətn olmazdan əvvəl bir xitabdır. Xitabdakı məna, mətndəkindən 

fərqli olaraq sadəcə dillə  məhdudlaşmaz; burada dil ünsürü xaricində 

mövcud olan və xitabın daşıdığı  mənanın təşəkkülündə  və çatdırılmasında 

mühüm rol oynar. Buna kontekst deyilir. Konteksti bilən və hətta kontekstin 

bir parçası olan eşidən mənanı tam olaraq anladığı halda, bu şərtlərə sahib 

olmayan oxucu mənanı ya əksik ya da yanlış anlar yaxud anlaya bilməz. 

Vəhyin ilk dinləyicilərinin bir anlama problemi yaşamamalarının səbəbi 

budur. Çünki onlar vəhyin gəliş  səbəbi, yeri, şərtləri, bağlı olduğu hadisə 

yaxud şəxsləri bilirdilər, hətta bəzən bütün bunların iştirakçısı belə olurdular. 

Bu ilk dinləyicilər xaricindəki oxucuların mənanı tam və doğru anlaya 

bilmələri üçün mətnlə birlikdə bu konteksti də bilmələri və bununla birlikdə 

mətnə müraciət etmələri lazımdır. Bir kontekstdə varlıq tapan mənanın o 

kontekst xaricində ilk halını qoruya bilməməsi, hələ aradan yüz illər 

keçdikdən sonra qaçınılmazdır. 

Bilindiyi kimi, aralarında bir bənzərlik olmasına baxmayaraq kontekst 

əsbab-ı nüzuldan daha geniş mənalıdır. Bir ayənin nazil olmasına səbəb olan 

hadisə mənasındakı əsbab-ı nüzul bir hadisə ilə bağlı olduğu halda, kontekst 

o hadisə ilə yanaşı başqa faktorları da əhatə edir. Bu faktorlar ümumi olaraq 

Peyğəmbər və  cəmiyyəti ilə Quranın nazil olması arasındakı yaxın 

münasibətlərin bütünüdür. Quranın, nazil olduğu mühitlə yaxın 

münasibətinin olması onun ümumbəşərliyinə xələl gətirməz. Çünki Quranın 

tarixi hadisələrə yaxud bağlı olduğu faktorlara işarə etməsi onun üslubudur; 

vəhyin əsas məzmunu insanlara çatdırılarkən dövrün mühüm hadisələri izah 

vasitəsi kimi seçilir. Bu hadisələr vasitə olmaqdan çıxarılaraq hədəf kimi 

qəbul edilərsə o zaman Quran mənfi mənada tarixi bir kitab olmağa məruz 

qalar. Misal olaraq Ali-İmran surəsinin 188-ci ayəsini göstərmək olar. Bu 

ayədə belə deyilir: “(Ya Rəsulum!) Etdikləri  əmələ görə sevinən və 

görmədikləri işlərə görə  tərif olunmağı sevən kimsələrin  əzabdan xilas 

olacaqlarını güman etmə. Onları  şiddətli bir əzab gözləyir!”. Bu ayəni 

oxuyan ancaq nazil olma səbəbini bilməyən Mərvan ibn Hakim ayədəki 

əzabın möminlərə aid olduğunu sanmış və İbn Abbasa bir adam göndərərək 

bu əzabdan qurtulmağın çox çətin olacağını bildirmişdir. İbn Abbas ayənin 

nüzul səbəbini qeyd edərək belə bir izah vermişdir: “Peyğəmbər Yəhudiləri 

çağırıb onlardan bildikləri bir şey haqqında soruşmuşdu. Onlar isə 


Tarixilik məfhumu məzmununda nəssi anlama məsələsi 

27 


bildiklərini gizləmiş  və yanlış bir məlumat vermişlər. Beləcə onlardan 

soruşulanı gizlədikləri halda Peyğəmbərə yaxşılıq etdiklərini göstərməyə 

çalışmış və gizlədikləri məlumatdan ötrü qazanc əldə etdiklərini sanmışlar”. 

Göründüyü kimi bu hadisə ayənin daha doğru anlaşılmasına səbəb olmuşdur. 

Əksi təqdirdə bu ayədən tam zidd olan bir məna başa düşülərdi.  

 

Bütünlük 

Bütünlük Quranın əsas xüsusiyyətlərindən biridir. Quranın bütünlüyü iki 

mənanı ifadə edir: birincisi, Qurana aid xüsusiyyətlərin bütünlük içində ələ 

alınması; ikincisi isə Quran mətninin bütünlük içərisində  dəyərləndiril-

məsidir.  

Yuxarıda da qeyd olunduğu kimi Quranın bir çox xüsusiyyəti var. Bu 

xüsusiyyətlər bir-birinin tamamlayıcısıdır. Məsələn Quran eyni zamanda 

həm tarixi bir kitabdır, həm də ümumbəşərdir; yəni həm tarixin müəyyən bir 

dövründə nazil olması baxımından, həm də üzərində o tarixin izlərini 

daşıması baxımından tarixidir, bəşəriyyət yaşadığı müddətcə varlığını 

qoruya biləcək olması və bütün bəşəriyyətin ehtiyaclarına cavab verə bilməsi 

baxımından da ümumbəşərdir. Bu xüsusiyyətlərdən hər hansı biri gözardı 

edilərsə Quran tam mənasıyla anlaşılmaz. 

Quran mətninin bütünlüyü həm Quranın doğru anlaşılması, həm də buna 

bağlı olaraq əsas məqsəd olan İslam dininin anlaşılması  məsələsində çox 

həlledici  əhəmiyyətə sahibdir. Çünki, Quranın  ən yaxşı izahı yenə 

Qurandadır; bir ayənin xülasə olaraq qeyd etdiyi bir məsələnin başqa bir 

ayədə  təfsilatına rastlamaq mümkündür. Müfəssirlə buna Quranın Quranla 

təfsiri deyirlər. Anlaşılmasında çətinlik çəkilən bir ayənin araşdırılmasına da 

ilk olaraq bu metodla başlanar, daha sonra əsər və rəy kimi yollara müraciət 

edilər. 

Quranın surə, ayə, kəlmə kimi parçalarına müstəqil baxıldığı zaman 

bunların tək başına çox da mənalı ola bilməyəcəyi görülər. Bunlar arasında 

məna baxımından güclü bir bütünlük vardır. Quranın özünü “ən gözəl söz”

13

 

olaraq adlandırması bu baxımdan çox əhəmiyyətlidir. Yəni Quran böyük bir 



söz yaxud cümlə ya da bir nitq kimidir; onun hərfləri, sözləri və kəlmələri 

ayrılıqda bir məna ifadə etməz. Məsələn, Allahın diləməsini (məşiət) Qurana 

                                                 

13

 Zümər, 39/23. 



 Dr. Mübariz CAMALOV 

28 


görə araşdırarkən,  əlaqədar ayələrlə birlikdə Onun yaratması, qüdrəti, 

ədaləti, hikməti, insanın məsuliyyəti, iradəsi kimi məsələlərdən danışan 

ayələri də nəzərə almaq lazımdır. Əksi təqdirdə qədər məsələsi haqqında çox 

radikal nəticələr  əldə edilər ki bu da Quranın məsələyə dair həqiqi 

münasibətinin anlaşılmadığı mənasına gələr.

14

  



 

 

Resume 

 

Koran is a very important source of Islam. Scholars try to put rules for 



understand Koran during history. In this article we try to research some 

features of Koran front of historicity and effect of that features to understand 

Koran. Koran has many features; we emphasize here historicity and 

universality. This features must be commented together. For criterion of 

understanding  we consider two concept: meaning and context and 



wholeness. This two approach provides chance to understand Koran 

according to its features historicity and universality. 

 

 

Резюме 



 

Коран  является  основным  источником  Ислама.  Ученые  в  течении 

всей  истории,  работали  над  созданием  правил  методологии 

комментирования  Корана.  В  этой  статье  мы  исследовали  понятие 

историчности  некоторых  коранических  особенностей  и  их  влияние  на 

понимание  Корана.  Коран  обладает  многими  характерными  чертами; 

тема  нашей  статьи  это-  историчность  и  универсальность.  Коран 

должен комментироваться в свете этих особенностей. Существуют две 

концепции,  которые  являются  основными  критериями  в  правильном 

понимании Корана: смыслконтекст и. целостность. Эти две понятия 

можно  принять,  как  принципов  обеспечивающих  правильное 

понимание Корана. 

                                                 

14

 Ahmet Nedim Serinsu, Kur’anın Anlaşılmasında Esbab-ı Nüzul’ün Rolü, İstanbul 



1994, s. 294-296. 

Tarixilik məfhumu məzmununda nəssi anlama məsələsi 

29 


 

ƏDƏBİYYAT 

 

Akarsu Bedia, Felsefe Terimleri Sözlüğü, İstanbul, 1988. 



Apaydın Yunus, Klasik Fıkıh Usulünün Yapısı ve İşlevi, İslam Hukuku 

Araştırmaları Dergisi, № 1, 2003. 

Cündioğlu Dücane, Anlam’ın Tarihi, İstanbul, 2005. 

Cündioğlu Dücane, Anlamın Buharlaşması ve Kur’an, İstanbul. 

Cündioğlu Dücane, Kur’an ve Dile Dair, İstanbul, 2005. 

Çiftçi Adil, Fazlur Rahman ilə İslamı Yenidən Düşünmək, Ankara 2001. 

Fazlur Rahman, İslam, tərc. Mehmet Dağ, Mehmet Aydın, Ankara 2000. 

Kur’an’ı Anlamada Tarihsellik Sorunu, (Sempozyum Tebliğ ve 

Müzakereler), Bursa 2005. 

Mehmet Paçacı, “Kur’an ve Tarihsellik Tartışması”, Kur’anı Anlamada 

Tarihsellik Sorunu, Bursa, 2005. 

Özsoy Ömer, Kur'an ve Tarihsellik Yazıları, Ankara 2004. 

Serinsu Ahmet Nedim, Kur’anın Anlaşılmasında Esbab-ı Nüzul’ün Rolü

İstanbul 1994. 

Soysaldı Mehmet, Kur’an’ı Anlama Metodolojisi, Ankara, 2001. 

 


Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər 

31 


 

 

QURANİ-KƏRİM VƏ SÜNNƏ İŞIĞINDA 

İSLAM HƏRB HÜQUQUNUN İNSANA VERDİYİ DƏYƏR 

(TERRORİZM İFTİRASI ÜZƏRİNƏ) 

 

Dr. Elşad MAHMUDOV



 



İlahiyyat Elmləri Namizədi

 

 



 

Qloballaşan dünyada çox böyük sürətlə baş verən siyasi, ictimai, iqtisadi 

və  mədəni dəyişikliklər, müxtəlif azadlıq hərəkatları, meydana gələn 

müharibələr, törədilən terror hadisələri eyni zamanda yeni məfhumların 

ortaya çıxmasına da zəmin hazırlayır. Bu məfhumlar arasında xüsusilə 2001-

ci il 11 Sentyabr terror hadisələrindən sonra dünya gündəmindən düşməyən 

və böyük təəssüflə qeyd etmək lazımdır ki, barış, sülh və  rəhmət dini olan 

İslama aid edilən və belə desək daha doğru olar ki, İslamla yanaşı adı 

çəkilməsi heç cür uyğun olmayan terrorizm məfhumu gəlir. Yenə  təəssüflə 

qeyd etmək lazımdır ki, uzun illərdir bu məfhum  ətrafında aparılan yalnış 

təbliğatlar nəticəsində dünya əhalisinin  əksəriyyətini təşkil edən 

müsəlmanlar, onların dinləri və müqəddəs dəyərləri təhqir edilir və 

edilməktədir. Müsəlmanların müqəddəs kitabı Qurani-Kərim və bu kitabın 

bəzi ayələri xüsusilə  Qərb dünyasında və  mətbuatında bəzi insanlar 

tərəfindən yalnış  dəyərləndirilərək terrorizmin bir qaynağı olaraq görülür, 

İslam Peyğəmbəri isə bu fəaliyyətləri həyata keçirən bir şəxs kimi qələmə 

verilir, dünya müsəlmanları bu fonda tanıdılır, nəticə etibarilə bu məsələlər 

ətrafında çox ciddi qalmaqallar, narazılıqlar və narahatçılıqlar meydana 

gəlir. Bu hadisələr istər-istəməz dini və dünyəvi baxımdan cihad, hərb, 

müharıbə, döyüş, qətl, bu məsələlərlə bağlı prinsiplər, mədəniyyətlər arası 

toqquşma və ya dinlərarası dialoqlar kimi məsələləri də aktuallaşdırır. Lakin 

onu da demək lazımdır ki, yuxarıda qeyd edilən məsələlər hər zaman 

intellektual səviyyədə müzakirə edilmir, insanların inanc dəyərlərinə 

toxunduğu və mənəvi-hissi dünyaları ilə bilavasıtə əlaqədar olduğu üçün bu 

                                                 

 BDU. İlahiyyat Fakültəsi İslam Elmləri Kafedrasının müəllimi. 



Dr.  Elşad MAHMUDOV 

32 


kimi məsələlərə reaksiyalar bəzən sərt olur və hətta şiddətli hadisələrə belə 

səbəb olur ki, bu da ardı-arxası  kəsilməyən mübahisələrə, yeni ittihamlara, 

radikal qərarlara, qarşılıqlı anlaşmazlıqlara, ciddi münaqişələrə və s. gətirib 

çıxarır. Biz bu məqaləmizdə müsəlmanların müqəddəs dəyərlərini təhqir 

edən bu və buna bənzər fikir və düşüncələrin məqsədini, hədəfini, arxa 

planını, səbəb və  nəticələrini deyil, terrorizm kimi irqindən, fikrindən, 

dinindən, millətindən, yaşından və düşüncəsindən asılı olmayaraq hər bir 

canlını  məhv etmək kimi neqativ bir hadisənin  İslamla heç bir əlaqəsinin 

olmadığını, humanizmin zirvə nöqtəsini özündə  əks etdirən  İslam dininin 

insan həyatına verdiyi dəyəri, insan tələfatının qarşısının alınmasında  ən 

kritik zaman olan hərb zamanı belə  hər hansı bir canlını qorumaq üçün 

yürütdüyü siyasəti, xüsusilədə bu mənada yersiz tənqid və təhqirlərə məruz 

qalan Muhəmməd Peyğəmbərin hərb siyasəti üzərində bir elmi məqalənin 

imkanları daxilində durmağa çalışacağıq. 

Əvvəlcə onu qeyd etmək lazımdır ki, İslam kəlməsinin mənaları arasında 

sülh,  əminamanlıq, barış kimi müharibəyə, hərbə  və bu mənada insan 

tələfatına ziddiyyət təşkil edən sözlər də yer alır. Buna görə  də  İslam dini 

həm kəlmə  mənası  həm də  gətirdiyi ümumi prinsiplər baxımından sülh və 

barış dini olaraq bilinir. İslamın müqəddəs kitabı olan Qurani-Kərim sülh və 

barışı  əsas prinsip olaraq qəbul edir və bir çox ayəsində insanları sülhə, 

barışa,  əminamanlığa dəvət edir.

1

 Yenə Qurani-Kərimdə Allahın xəlifəsi, 



canişini olaraq yaradılan insanın

2

 yer üzərində ən ali və uca varlıq olduğu,



3

 

bu varlığın can toxunulmazlığı  nəzərə çatdırılır və onun haqsız yerə 



öldürülməsi qadağan edilir və böyük bir günah olaraq dəyərləndirilir.

4

 Allah 



Təala Qurani-Kərimdə insan oğlunun canını, bədənini, ona verilən həyatı 

toxunulmaz elan edir və bir cana qıymağı haram buyuraraq hər hansı bir 

insanın öldürülməsini bütün insanların, bəşəriyyətin məhv edilməsi, bir 

insanın ehya edilməsini, dirildilməsini isə bütün insanlığın dirildilməsi 

                                                 

1

  əl-Bəqərə, 2 / 208; əl-Ənfal, 8 / 61; əl-Casiyə, 45 / 14; əl-Hucurat, 49 / 9; əl-



Mumtəhinə, 60 / 7.  

2

 əl-Bəqərə, 2 / 30. 



3

 ət-Tin 95 / 4. 

4

  əl-İsra, 17 / 33; İslam Peyğəmbərinin eyni mənada söylədiyi hədisi üçün baxın: 



Buxari, "Vəsaya", 23; "Tibb", 48; "Hüdud", 44; Müslim, "İman", 144; Əbu Da-

vud, "Vəsaya", 10. 



Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər 

33 


olaraq qələmə verir.

5

 Burada xüsusilə vurğulamaq lazımdır ki, Allah Təala 



yaradıcı sifətilə insandan, ona verilən dəyərdən və onun canına qəsd 

edilməməsindən bəhs edərkən inanan, inanmayan, mömin-kafir ayırımına 

getməyərək "nəfs" kəlməsindən istifadə edir və insana canlı olduğuna görə 

belə yüksək dəyər verilməsinin zərurətini insanlara bildirir. Buna görə  də 

İslamda adam öldürmə bir cinayət olaraq böyük günahlardan sayılır.  İslam 

ənənəsində daha sonrakı dövrlərdə məşhur olan "yaradılanı sev yaradandan 

ötrü" sözləri də  məhz yuxarıda qeyd olunanların bir təzahürüdür.  İslam 

sadəcə başqalarının həyatına deyil insanın öz həyatına qəsd etməsini, yəni 

intharı qadağan edərək Allahın insana əmanət etdiyi bədənə  və  həyat 

nemətinə xəyanət etməməyi buyurur.

6

 

Bundan başqa Qurani-Kərim insan tələfatına gedən digər bütün yolları 



da zərurət meydana gəlmədikcə bağlı elan edir. Bu zərurətlər arasında əlbəttə 

nəfsi, dini, insanları, torpaq və dövləti qanuni müdafiə kimi mühüm səbəblər 

gəlir. Qurani-Kərim haqsız yerə  hər hansı bir təcavüzü, terroru (hirabə) 

qadağan edərkən yer üzərində  həddi aşanların, fitnə  və  fəsad çıxaranların 

cəzalandırılmalarını istəyərək, bu hadisələri törədənlərin aqibətlərinin çox 

pis olacağını xəbər verir

7

 və insanları bu cür nalayiq hərəkətlərdən uzaqlaş-



mayı  əmr edir. Çox maraqlıdır ki, müharibənin bəşər həyatında qaçınılmaz 

bir fakt olduğunu nəzərə alsaq, İslamda müsəlmanlara səbəbsiz yerə döyüş-

mək, hərbə başlamaq, bu mənada qənimət əldə etmək, ölkələri xarabalıqlara 

çevirmək, təbiətə zərər vurmaq, insanları haqsız yerə əsir etmək

8

 kimi insan 



həyatında və onun şəxsiyyəti üzərində  mənfi izlər buraxan hallara icazə 

verilməmişdir. Qurani-Kərim üçün insan o qədər dəyərli və hörmətlidir ki, 

İslam düşmənlərinin, ortaya qoyduğu düşmənçiliyi ilə müsəlmanlara hər cür 

                                                 

5

 əl-Maidə, 5 / 32. 



6

 əl-Bəqərə, 2 / 30, 195; Buxari, Tibb, 56; TDV, İlmihal, İslam və Toplum, II, 182-

184. 

7

 əl-Bəqərə, 2 / 11-12, 190-191; əl-Maidə, 5 / 33, 87; əl-Əraf 7 / 56. 



8

  əş-Şura 42 / 42; əl-Bəqərə 2 / 190; əl-Mumtəhinə, 60 / 9;əl-Həcc 22 / 39; Bu 

məsələlərlə bağlı  Həzrəti Peyğəmbərin həyatında olan nümunələr üçün baxın: 

Vaqıdi, II, 757-758; İbn Sa‘d, II, 119; Dimyati, s. 231; Şami, VI, 229, 231; 

Diyarbəkri, II, 70; Elşad Mahmudov, Sebep ve Sonuçları Açısından Hz. 

Peygamber’in Savaşları, Tez (Doktora), Marmara Üniversitesi Sosyal Bilimler 

Enstitüsü  İlahiyat Anabilim Dalı  İslâm Tarihi ve Sanatları Bilim Dalı,  İstanbul 

2005, s. 445. 


Dr.  Elşad MAHMUDOV 

34 


pislik edən, Uhud döyüşündə müsəlman şəhidlərin cəsədlərini parçalayaraq 

onların müxtəlif orqanlarını  və  bədən üzvlərini kəsib gözlərini oyaraq 

cəsədləri tanınmaz hala gətirən müşriklərdən eyni şəkildə intiqam alınmasına 

ki, buna "müslə" deyilir, icazə verməmiş, müsəlmanları səbirli və humanist 

olmağa, döyüş meydanında insan cəsədləri üzərində bu cür çirkin davranışlar 

etməməyə və bu şəkildə həddi aşmamağa dəvət etmişdir.

9

 

Qurani-Kərimin  əmrlərini öz həyatında hər tərəfli tətbiq edərək bir 



mənada onun açıqlayıcısı, təfsirçisi və  şərhçisi olan Muhəmməd Peyğəm-

bərin sünnəsi və həyatı da eynilə Qurani-Kərimin insana verdiyi dəyəri təs-

diqləyici mahiyyət daşıyır.  İslam peyğəmbərinin həyatında buna aid saysız 

hesabsız nümunələrə rast gəlmək olar. Biz məsələni həyatın digər 

sahələrindən daha çox hərb siyasəti nöqteyi-nəzərindən ələ almaq istəyirik. 

Onu qeyd edək ki, İslam Peyğəmbəri Qurani-Kərimdə  də qeyd edildiyi 

və  əsas prinsip olaraq qəbul etdiyi kimi səbəbsiz yerə heç bir zaman heç 

kimlə müharibə etməmişdir. Həzrəti Muhəmməd dünyaya rəhmət və 

mərhəmətin nümayəndəsi olaraq göndərilən və  bəşər övladı üçün həyatın, 

demək olar ki, hər sahəsində nümunə göstərilən bir şəxsiyyətdir.

10

 Onun hər 



sözü və  hərəkətində insanlığa rəhmət vardır. O, müsəlmanların qarşıla-

şacaqları problemlərin və  məsələlərin həlli üçün din, siyasət, iqtisadiyyat, 

təhsil, sosial və  mədəniyyət kimi müxtəlif sahələrdə böyük dəyişikliklərə 

imza atmışdır.  İnsanlara sülh, hüzur, ədalət, barış, qardaşlıq, mərhəmət və 

sevgi kimi dəyərləri aşılamış, bununla da böyük bir mədəniyyətin təməlini 

meydana gətirən Rəhmət Peyğəmbəri olmuşdur. Bununla bərabər, O, lazım 

olduğu zaman və çox zaman da məcburiyyət qarşısında qalaraq müharibələr 

etmiş  və müxtəlif döyüşlərdə  iştirak etmişdir. Belə ki, bu döyüşlər onun 

həyatının önəmli anlarını meydana gətirmiş, məqsədlərini həyata keçirməkdə 

və müvəffəqiyyətlər  əldə etməsində  əhəmiyyətli rol oynamışdır. Həzrəti 

Muhəmməd bunun əhəmiyyətini vurğulamaq üçün bir “rəhmət peyğəmbəri” 

olması ilə  bərabər, eyni zamanda, bir “döyüş peyğəmbəri” olduğunu da 

                                                 

9

 ən-Nahl 16 / 126; İbn İshaq, s. 314-315; Vaqıdi, I, 290; Təbəri, II, 529; Beyhaqi, III, 



288; Fəsəvi, III, 284; Maqrizi, I, 168; Ahmet Yaman, İslâm Devletler Hukukunda 

Savaş, s. 28; Mehmet Erdoğan, Fıkıh ve Hukuk Terimleri Sözlüğü, s. 342. 

10

 əl-Ənbiya 21 / 107; əl-Əhzab 33 / 21. 



Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər 

35 


şəxsən özü ifadə etmişdir.

11

 O zaman bir “rəhmət peyğəmbərinin” nə üçün 



eyni zamanda bir “döyüş peyğəmbəri” olduğunu anlamaq üçün tarixə nəzər 

salmaqda fayda var. Çünki tarix bizə bu mövzuda İslam Peyğəmbərinə 

istsqamətlənmiş yersiz ittihamlara cavab verməkdə yol göstərəcəkdir. Belə 

ki, qırx yaşında ilahi vəhyə nail olan və əsas vəzifəsi dini təbliğ olan Həzrəti 

Peyğəmbər həyatının təqribən əlli üç, Peyğəmbərliyinin də on üç ilini anadan 

olduğu Məkkə  şəhərində keçirdi. Peyğəmbərliyini  əvvəlcə ailəsi və çox 

etibar etdiyi, inandığı dostlarından başlayaraq yaxın qohumlarına təbliğ edən 

Həzrəti Peyğəmbər bu təbliğ halqasını Qureyş  qəbiləsi və sonra da başqa 

ərəb qəbilələrinə doğru genişləndirdi. Allah tərəfindən ona verilən Quran 

vəhyini hər fürsətdə eşitdirməyə və başa salmağa çalışdı. Lakin bu vəzifəni 

yerinə yetirmək istədiyi ilk günlərdən etibarən böyük qarşıdurmalarla 

üzləşdi. Risalətinə qarşı  əvvəlcə münaqişə  və mübahisələrlə başlayan fərdi 

narazılıqlar, getdikcə güclü və sistematik bir müxalifətə çevrildi. Mənsub 

olduğu Qureyş  qəbiləsi, elə peyğəmbərliyinin başlanğıcından etibarən bu 

müxalifətin başına keçdi. Önündə olan sərt və zalım, eyni zamanda, çox 

güclü olan bu müxalifətin hər cür zülmünə baxmayaraq, İslam Peyğəmbəri 

təqribən on üç il risalət vəzifəsini Məkkədə yerinə yetirdi. Risalətinə qarşı 

formalaşan bu müxalifət Məkkə dövrü ilə  məhdud qalmadı. Hicrətlə 

başlayan Mədinə dövründə bu mübarizə  Məkkənin müsəlmanlar tərəfindən 

fəth edilməsinə  qədər müxtəlif  şəkillərdə davam etdi. Həzrəti Peyğəmbər, 

həyatında Qureyş müşrikləri kimi heç bir düşmən gücə qarşı belə uzun, çətin 

və  məşəqqətli bir mübarizə aparmamışdır. Bu mübarizə  nəticəsində 

Məkkədən Mədinə  şəhərinə edilən hicrət də  vəziyyəti dəyişmədi. Belə ki, 

Mədinədə müsəlmanlar və düşmənləri arasındakı münasibətlər yeni bir şəkil 

aldı. Lakin Həzrəti Peyğəmbər burada da müxalifət gücünün getdikcə 

artdığını müşahidə etdi. Daha əvvəl Məkkədə bir qəbilənin müxalifəti ilə 

başlayan qarşıdurma Mədinə dövründə müxtəlif qəbilələrin, beynəlmiləl 

dini, etnik, siyasi qrupların düşmənçiliyi ilə davam etdi. Bu vəziyyət 

müsəlmanları  hədələməyə,  İslamı yayma siyasətinin qarşısını almağa və 

ortadan qaldırmağa istiqamətlənmiş olduğu üçün Həzrəti Peyğəmbər 

mövcud olan maneələri aradan qaldırmaq adına bir çox addımlar atdı. 

                                                 

11

 Bu hədisi  Əbu Musa əl-Əşari rivayət etmişdir. Hədis  Əhməd  İbn Hənbəlin 



Müsnəd adlı əsərində 18704 və 18975-ci nömrədə yer alır.  

Dr.  Elşad MAHMUDOV 

36 


Risalətindən hicrətə  qədər olan 13 illik hücum və  çətinliklərlə keçirdiyi 

həyat və siyasi hakimiyyətdən məhrum bir təbliğin müntəzəmliyi, 

davamlılığı  və yayılmasının imkansızlığı onu Mədinədə  bəzi köklü 

islahatları həyata keçirməyə sövq etdi.

12

 

Dövlət formasının ilk ünsürlərinin meydana gəlməsi ilə müsəlmanlar və 



müxalifləri arasındakı münasibətlər yeni bir forma qazandı. Mədinədə İslam 

dövlətinin qurulması ilə başda Məkkə müşrikləri, Mədinədə yaşayan 

yəhudilər və  Ərəbistanda olan digər müşrik  ərəb qəbilələri olmaqla bütün 

İslam düşmənləri özləri üçün təhlükəli hesab etdikləri bu dövləti daha 

meydana gəlmədən yox etmək istədilər. Tərəflər arasında bir-birinə zidd 

olan arzuların toqquşması  səbəbi ilə silahlı qarşıdurma qaçılmaz oldu. 

İslamiyyəti və müsəlmanları ortadan qaldırmaq məqsədi ilə düşmənlərindən 

gələn hücum və hədələmələr tərəflər arasında müharibə vəziyyətini meydana 

gətirincə müsəlmanlar özlərinə yönəldilmiş  təcavüzün qarşısını almaq, 

müdafiə haqlarından istifadə etmək, canlarını  və mallarını qorumaq və 

beləcə İslamı azad yaşamaq, yaşatmaq və təbliğ etmək məqsədi ilə məcburən 

silahlı mübarizəyə girişdilər. Göründüyü kimi əsas vəzifəsi təbliğ olan 

Həzrəti Peyğəmbər,  qarşı  tərəfdən, yəni düşmənlərindən hücum, şiddət və 

müəyyən bir zamandan sonra silahlı mübarizə görüncə artıq silahla cavab 

verməkdən başqa çarə tapmamış, bu hadisələr nəticəsində Ona hərb icazəsi 

verilmiş və o, düşmənlə müharibələr etmişdir. Döyüşə icazə verilməsi İslama 

və ona bağlananlara qarşı qoyulan düşmən münasibətin nəticəsində olmuş, 

cəmiyyətin varlığını qoruya bilməsi üçün qaçılmaz sayılan din, can, ailə, 

dövlət və  torpaq  kimi  dəyərləri qorumaq və ona yönəlmiş düşmən 

hücumlarından müdafiə üçün cihadın silahlı  şəkli  əmr edilmişdir. Bundan 

yola çıxaraq belə demək olar ki, Həzrəti Peyğəmbərin qəzvə  və  səriyyə 

şəklində  təşkil etdiyi döyüşlərin  əsasını  təşkil edən, həyata keçirdiyi 

siyasətinin əsas səbəblərini meydana gətirən və girişdiyi fəaliyyətlərin arxa 

planını meydana gətirən əsas səbəb özünü müdafiə, düşmən hücumlarını dəf 

etmək, din və dini təbliğin qarşısındakı maneələrin qaldırılması olmuşdur. 

Yəni Həzrəti Peyğəmbər heç bir zaman təcavüzkar siyasət yürütməmiş, 

bağladığı müqavilələrə  hər zaman sadiq qalmış, səbəbsiz olaraq heç kimlə 

döyüşməmiş, bəzi İslam tənqidçilərinin idiia etdiyi kimi “insanlar müsəlman 

                                                 

12

 Mahmudov, Sebep ve Sonuçları Açısından Hz. Peygamber’in Savaşları, 21-25. 



Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər 

37 


deyil” deyə heç bir zaman onlara müharibə elan etməmiş, qılıncla  İslamı 

təbliğ etməmişdir. O, İslam dinini yaşatmaq, özünü, müsəlmanları və hicrət 

etdikdən sonra Mədinədə qurduğu dövləti, bu dövlətin torpaqlarını qorumaq, 

eyni zamanda din hürriyyətini təmin etmək və dini insanlara çatdırmaq, 

bununla da insanları haqqa dəvət etmək, onların inancda və əməldə doğrunu 

tapmaları üçün lazımi yolları açmaq və  əngəlləri ortadan qaldırmaq üçün 

hərbi səfərlər hazırlamışdır. Buna görə Həzrəti Peyğəmbərin həyata keçirdiyi 

silahlı cihad qərbli  şərqşünasların iddia etdiyi kimi bütün dünya müsəlman 

oluncaya və ya İslam hakimiyyətinə tabe oluncaya qədər müsəlman 

olmayanlarla müqəddəs savaş  və ya insanların haqsız yerə canına qıyıldığı 

terrorist fəaliyyəti deyil, özünü müdafiə xarakteri daşıyan haqlı  səbəblərə 

görə həyata keçirilən hərbi fəaliyyətlər idi.

13

 Bu minvalla İslam Peyğəmbəri 



müxtəlif aralıqlarla Mədinədə yaşadığı 11 il ərzində 29-u qəzvə digərləri isə 

səriyyə olmaqla böyüklü-kiçikli 120 hərbi  əməliyyat həyata keçirdi. 

Muhəmməd Peyğəmbərin həyata keçirdiyi bu hərbi  əməliyyatların  ən 

mühüm xüsusiyyətlərindən biri də müharibə kimi insan itkisi, yaralanması, 

əlil olması, əsir edilməsi, kölələşdirilməsi, təbiətin və yaşayış məskənlərinin 

xarab edilərək dağıdılması şəklində insan varlığı üçün məhvedici təsiri olan 

bir çox mənfilikləri özündə  cəmləşdirən neqativ bir hadisədə insana, onun 

həyatına və uca varlığına verilən dəyərdir. Rəsuli-Əkrəm həyata keçirdiyi bu 

hərbi fəaliyyətində idarəsi altına aldığı bütün Ərəb Yarımadası düşünüldü-

yündə elə bir siyasət izləmişdir ki, istər müsəlman istərsə  də düşmən tərəf 

olsun hər iki cəbhədən çox qan tökülməsinə imkan verməmişdir. Onun 11 

ildə  həyata keçirdiyi 120 hərbi  əməliyyatında  İslam mənbələrindəki səhih 

məlumatlar  əsas alındığında müsəlmanlardan təxminən 340, düşmən tərəf-

dən isə təxminən 800 nəfər olmaqla cəmi 1200 nəfər insan itkisi olmuşdur. 

Bu sayları hesab etmədən sadəcə Həzrəti Peyğəmbərin şəxsən özünün iştirak 

etdiyi qəzvələr əsas alınarsa, 29 qəzvənin 16 dənəsində qarşılıqlı olaraq heç 

bir döyüş meydana gəlməmiş, lakin qarşıya qoyulan məqsəd yerinə 

yetirilmişdir. 13 qəzvədə isə bilavasitə düşmənlə döyüş baş vermiş  və bu 

döyüşlər nəticəsində müsəlmanlardan 140 nəfər  şəhid olmuş, düşmən 

tərəfdən isə 335 nəfərə yaxın adam öldürülmüşdür.  İslam Peyğəmbərinin 

silahlı mübarizə illəri və hərbi əməliyyatlarının sayı diqqətə alınarsa sadəcə 

                                                 

13

 Mahmudov, Sebep ve Sonuçları Açısından Hz. Peygamber’in Savaşları, 443-442. 



Dr.  Elşad MAHMUDOV 

38 


qəzvələrdə  hər iki tərərfdən cəmi 500 nəfər itkinin olması  zənnimizcə çox 

qan axıdılmsının qarşısının alınması  və insan həyatına verilən dəyər 

baxımından böyük əhəmiyyət kəsb edir. Bu şəkildə  Rəsuli-Əkrəm bir çox 

yeri cəbhə açmadan, silahdan istsfadə etmədən, siyasətlə özünə bağlamağı və 

yenə bir çox yeri imanlarıyla təslim almağı daha üstün hesab edərək silahdan 

istifadə etməkdən çəkinmiş, bəzən siyasət və diplomatiyanı  kəşfiyyatla 

birləşdirərək böyük bacarıqla düşməni döyüşməkdən uzaqlaşdırmış  və bu 

şəkildə az qan axıdılmasını  təmin etmişdir.

14

 Bu eyni zamanda İslam 



Peyğəmbərinin daim bir prinsip olaraq düşməni məhv etməyi deyil, onu 

qazanmağa üstünlük verdiyini göstərir. Yuxarıda 11 il ərzində 120 hərbi 

əməliyyatda baş verən insan itkisilə bağlı verilən rəqəmlər nə  qədər də 

düşündürücüdür. Çünki bu gün müsəlmanların müqəddəs kitabı olan Qurani-

Kərimə  və müsəlmanların peyğəmbərlərinə terror iftirası ilə hücum edən 

"inkişaf" etmiş  Qərb mədəniyyətinin XX-əsrdə  səbəb olduğu dünya 

müharibələrində  rəsmi statistik məlumatlara görə yarısı silahsız olmaqla 

öldürülən insanların sayı  təxminən 100.000.000-dan çoxdur. Doktrin və 

diktatorluqların səbəb olduğu qətliyam və soyqırımlarda oldürülən insanların 

sayı yenə 100.000.000 civarındadır. Buna görə XX əsrin başlarından 

günümüzə  qədər edilən müharibələrdə  qətl edilən insanların sayı, dünya 

tarixinin başanğıcından XX əsrə qədər olan zaman zərfində meydana gələn 

müharibə qurbanlarından daha çoxdur.

15

 Məsələni daha da dərindən anlamaq 



üçün bir başqa statistik məlumatlara diqqət edək. Müsəlmanların Həzrəti 

Peyğəmbər dövründə 11 il ərzində haqlı səbəblərlə həyata keçirdikləri hərbi 

əməliyyatlarda ölən insanların sayı sadəcə bir gündə, yəni 1992-ci il Fevralın 

26-da Ermənilərin, Rus hərbi birliklərinin dəstəyi ilə Azərbaycan Türklərinə 

qarşı törətdiyi Xocalı soyqırımında qətl edilənlərin sayından daha azdır. Eyni 

şəkildə 1918-ci ilin 31 Martında soyqırıma məruz qalaraq bir neçə gün 

ərzində  vəhşicə öldürülən 50. 000-dən çox müsəlman Azərbaycan 

Türklərinin sayısı bu məsələdə  nə  qədər də ibrətamizdir. Orta əsrlərdə 

Avropanın inkivizisiya məhkəmələrində qadın, yaşlı, gənc demədən edam 

edilənlərin sayı isə on minlərlə hesab olunur. Bu rəqəmlər  İslama terror 

iftirası atanların necə də tez yadlarından çıxır.  

                                                 

14

 Mahmudov, Sebep ve Sonuçları Açısından Hz. Peygamber’in Savaşları, s. 444. 



15

 Ramazan Özey, Günümüz Dünya Sorunları, İstanbul 2001, səh. 121-123. 



Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər 

39 


İslamda deyil sülh və  əminamanlıq zamanı müharibə  və döyüş anında 

belə insana yüksək dəyərin verildiyini İslam Peyğəmbərinin həyatından daha 

ətraflı öyrənirik. Həzrəti Peyğəmbər insanların qəlbini  İslama açmağı  əsas 

prinsip etmələrinin zərurətini vurğulayaraq müharibəyə gedən  əsgərlərinə 

hər  şeydən  əvvəl düşməni İsalama dəvət etmələrini, dəvətə müsbət qarşılıq 

verdikləri halda onlarla qətiyyən döyüşməmələrini,  əgər bu və ya digər 

şəkildə döyüş baş verərsə sözlərində durmalarını, həddi aşmamalarını, 

müqavələləri və  əhdnamələri pozub zülm etməmələrini, boş yerə insanları 

öldürməmələrini, xüsusilə kölələrə, uşaqlara, qadınlara, yaşlılara, kilsə  və 

sinaqoq kimi öz ibadətxanalarında inzivaya çəkilmiş qeyri-müsəlman din 

mənsublarına toxunmamalarını, təbiətə, bitki və heyvanat alıminə, xüsusilə 

də xurmalıqlara zərər verməmələrini, ağacları  kəsməmələrini və binaları 

yıxmamaları onlara tapşırmışdır.

16

 Döyüş meydanında düşmənə yönəlmiş 



hər hansı bir şiddət,  əziyyət, işkəncə verilməsini və bu məsələdə  həddi 

aşmağı, bundan başqa yuxarıda qeyd etdiyimiz "müsləni" yəni ölülərin 

bədən üzvlərinin kəsilməsini qadağan edən Rəsulullah döyüş zamanı  qətl 

edilən düşmən  əsgərlərinin dəfn edilməsinə icazə vermiş  və imkan 

tanımışdır.

17

 



İslam hərb hüququnda insana verilən dəyəri ifadə etmək üçün məşhur 

səhabə Üsamə  İbn Zeydin (r.a) Rəsulullah dövründə baş verən bir hadisəsi 

çox məşhurdur.  İslam tarixçilərinin verdiyi məlumatlara görə, hicrətin 8-ci 

ilinin Səfər ayında (İyun 629-cu il) Qalib İbn Abdullahın Fədək (Bəni 

Murrə) səriyyəsində  çıxan  bir döyüş zamanı Üsamə  İbn Zeyd düşməni ilə 

vuruşarkən, qələbə çalacağı anda vuruşduğu müşrik kəlmeyi-şəhadət 

gətirərək tövhidi təsdiq edir və (lə ilahə illəllah) deyir. Lakin Üsamə  İbn 

Zeyd düşməninin bu təsdiqini, onun ölümdən canını qurtarmaq üçün etdiyinə 

hökm verərək, düşmənini öldürməkdə  tərəddüd etməz və onu öldürər. 

                                                 

16

 İbn İshaq, s. 305; İbn Hişam, IV, 210; Vaqıdi, I, 220-225; II, 561, 757-758; İbn 



Sa‘d, II, 37, 85, 119; Bələzuri, I, 387; Beyhaqi, III, 209; Dimyati, s. 211, 231; İbn 

Seyyidünnas, II, 143; Şami, VI, 149, 229, 231; Diyarbəkri, II, 70; Hələbi, III; 184-

185. 

17

 İbn İshaq, s. 314-315; Buxari, Məğazi, 8; Vaqıdi, I, 290; Təbəri, II, 529; Beyhaqi, 



III, 92, 288; İbnü’l-Cövzi, II, 681; İbn Kəsir, V, 153; İbn Həcər, XV, 167. Fəsəvi, 

III, 284; Maqrizi, I, 168; Ahmet Yaman, İslâm Devletler Hukukunda Savaş, s. 28. 



Dr.  Elşad MAHMUDOV 

40 


Mədinəyə dönüşdə  vəziyyət Rəsulullaha (s.a.s) çatdırılanda o bu hadisəyə 

görə çox üzülər və Üsamə İbn Zeydi etdiyi bu əmələ gorə qınayar: 

"Ey Üsamə, Lə iləhə illəllah deyən bir adamı axı  nə üçün 


Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin