İlahi murad
Deməklə demək istəmək bir-birindən fərqlidir. Bunlardan birincisi sırf
dil müstəvisini, ikincisi isə söz sahibinin qəsdini bildirir. Sözün sırf dil
müstəvisinə uyğun olaraq ifadə etdiyi məna ilə söz sahibinin qəsd etdiyi
məna hər zaman üst-üstə düşməyə bilər. Söz sahibinin qəsdi sırf dil
müstəvisinə uyğun olan mənadan müstəqil olmamaqla yanaşı, bəzən söz
sahibinin qəsdi sırf dil müstəvisinə uyğun olan mənanı aşar. Belə olan halda
danışanın qəsdi ya da muraddan danışmaq olar. Qəsd isə mənadan daha
mühümdür; xitab qəsdi çatdırmaq üçündür. Danışanın qəsdini doğru
anlamağın yolu da bu ikisi arasındakı münasibətin doğru qurulmasından
keçər. Əksi təqdirdə danışanın qəsdi eşidənin mənanı özlüyündə qurmasına
tərk edilmiş olar.
Quranın bir çox ayəsində bu məsələ özünü bir problem kimi göstərir.
Fiqh üsulu elmində əhəmiyyətli yer verilən məcaz, kinayə, iqtizanın dəlaləti
kimi dəlalət növləri bu problemin qarşısını almaq üçün qoyulmuş
metodlardandır.
İlahi murad, əgər belə demək mümkünsə Allahın “demək istədikləri”ni
ifadə edir. Bundan məqsəd Allahın qəsdinin kəlamını aşdığıdır. Yəni sırf dil
müstəvisini ifadə edən kəlam, əsl hədəf olan qəsdin daşıyıcısı olmaqla yanaşı
Allahın qəsdi (məqasiduş-şəriə) kəlamdan daha əhəmiyyətlidir. Sırf kəlama
Tarixilik məfhumu məzmununda nəssi anlama məsələsi
25
bağlı qalaraq mənanı dil müstəvisində axtarmaq Quranı hərfi mənaya həbs
edər. Bu isə Quranın əsl ümumbəşər mesajının kölgələnməsidir.
Bunu bir misalla belə izah etmək olar: Quranın ictimai islahatlarından biri də
çox-arvadlılıqdır. Bu məsələ Nisa surəsinin 3-cü ayəsində belə izah edilir:
Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar
edəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki,
üç və dörd nəfərlə nigah bağlayın! Əgər onlarla ədalətlə dolanmağa əmin
deyilsinizsə, o halda təkcə bir nəfər qadın və ya sahib olduğunuz kənizlə
evlənin (yaxud kifayətlənin). Bu, ədalətli olmağa daha yaxındır.
Bu ayədəki əsl qəsdi doğru analaya bilmək üçün başqa ayələrə də
müraciət etmək lazımdır. Bu ayənin əvvəlindəki ayədə insanlara “yetimlərin
mallarının özlərinə verilməsi və onların mallarının öz mallarına
qarışdırılaraq yeyilməməsi” əmr edilir. Bu hal, o dövrün cəmiyyətində
yetimlərin haqlarının tapdandığını göstərir. Hətta Məkkə dövrünə aid
ayələrdə də bu ictimai problemə işarə edilmişdi: “Yetimin malına xeyirxah
məqsəd istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin”
10
. Daha
sonra isə bu məsələ haqqında daha ciddi tədbirlər alındı: “Həqiqətən,
yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda
çeviriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər”
11
. O zaman, həm
yuxarıda qeyd edilən Nisa surəsi 3-cü ayəsinin öncəsi həm də digər işarə
olunan ayələr çox-arvadlılıq haqqındakı icazənin yetimlər haqqında
olduğunu göstərir. Sonrakı dövrlərdə bu ayə əsl mənasından çızarılaraq
ümumiləşdirilərək bütün qadınlara şamil edilmişdir
12
.
Doğru anlamanın ölçüləri
Quranı doğru anlamanın ölçüləri bir məqalənin mühtəvasına sığmayacaq
dərəcədə geniş və təfsilatlıdır. Burada təhlil etməyə çalışacağımız cəhət
tarixilik məfhumuna bağlı olaraq Quranın doğru anlaşılmasının imkanı
olacaqdır. Bundan məqsəd tarixiliyin Quranın anlaşılmasında nə kimi
mövqeyə sahib olduğudur.
10
Ənam, 6/152.
11
Nisa, 4/10.
12
Çiftçi Adil, Fazlur Rahman ilə İslamı Yenidən Düşünmək, Ankara 2001, s. 266-
267.
Dr. Mübariz CAMALOV
26
Məna və kontekst
Quran mətn olmazdan əvvəl bir xitabdır. Xitabdakı məna, mətndəkindən
fərqli olaraq sadəcə dillə məhdudlaşmaz; burada dil ünsürü xaricində
mövcud olan və xitabın daşıdığı mənanın təşəkkülündə və çatdırılmasında
mühüm rol oynar. Buna kontekst deyilir. Konteksti bilən və hətta kontekstin
bir parçası olan eşidən mənanı tam olaraq anladığı halda, bu şərtlərə sahib
olmayan oxucu mənanı ya əksik ya da yanlış anlar yaxud anlaya bilməz.
Vəhyin ilk dinləyicilərinin bir anlama problemi yaşamamalarının səbəbi
budur. Çünki onlar vəhyin gəliş səbəbi, yeri, şərtləri, bağlı olduğu hadisə
yaxud şəxsləri bilirdilər, hətta bəzən bütün bunların iştirakçısı belə olurdular.
Bu ilk dinləyicilər xaricindəki oxucuların mənanı tam və doğru anlaya
bilmələri üçün mətnlə birlikdə bu konteksti də bilmələri və bununla birlikdə
mətnə müraciət etmələri lazımdır. Bir kontekstdə varlıq tapan mənanın o
kontekst xaricində ilk halını qoruya bilməməsi, hələ aradan yüz illər
keçdikdən sonra qaçınılmazdır.
Bilindiyi kimi, aralarında bir bənzərlik olmasına baxmayaraq kontekst
əsbab-ı nüzuldan daha geniş mənalıdır. Bir ayənin nazil olmasına səbəb olan
hadisə mənasındakı əsbab-ı nüzul bir hadisə ilə bağlı olduğu halda, kontekst
o hadisə ilə yanaşı başqa faktorları da əhatə edir. Bu faktorlar ümumi olaraq
Peyğəmbər və cəmiyyəti ilə Quranın nazil olması arasındakı yaxın
münasibətlərin bütünüdür. Quranın, nazil olduğu mühitlə yaxın
münasibətinin olması onun ümumbəşərliyinə xələl gətirməz. Çünki Quranın
tarixi hadisələrə yaxud bağlı olduğu faktorlara işarə etməsi onun üslubudur;
vəhyin əsas məzmunu insanlara çatdırılarkən dövrün mühüm hadisələri izah
vasitəsi kimi seçilir. Bu hadisələr vasitə olmaqdan çıxarılaraq hədəf kimi
qəbul edilərsə o zaman Quran mənfi mənada tarixi bir kitab olmağa məruz
qalar. Misal olaraq Ali-İmran surəsinin 188-ci ayəsini göstərmək olar. Bu
ayədə belə deyilir: “(Ya Rəsulum!) Etdikləri əmələ görə sevinən və
görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas
olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!”. Bu ayəni
oxuyan ancaq nazil olma səbəbini bilməyən Mərvan ibn Hakim ayədəki
əzabın möminlərə aid olduğunu sanmış və İbn Abbasa bir adam göndərərək
bu əzabdan qurtulmağın çox çətin olacağını bildirmişdir. İbn Abbas ayənin
nüzul səbəbini qeyd edərək belə bir izah vermişdir: “Peyğəmbər Yəhudiləri
çağırıb onlardan bildikləri bir şey haqqında soruşmuşdu. Onlar isə
Tarixilik məfhumu məzmununda nəssi anlama məsələsi
27
bildiklərini gizləmiş və yanlış bir məlumat vermişlər. Beləcə onlardan
soruşulanı gizlədikləri halda Peyğəmbərə yaxşılıq etdiklərini göstərməyə
çalışmış və gizlədikləri məlumatdan ötrü qazanc əldə etdiklərini sanmışlar”.
Göründüyü kimi bu hadisə ayənin daha doğru anlaşılmasına səbəb olmuşdur.
Əksi təqdirdə bu ayədən tam zidd olan bir məna başa düşülərdi.
Bütünlük
Bütünlük Quranın əsas xüsusiyyətlərindən biridir. Quranın bütünlüyü iki
mənanı ifadə edir: birincisi, Qurana aid xüsusiyyətlərin bütünlük içində ələ
alınması; ikincisi isə Quran mətninin bütünlük içərisində dəyərləndiril-
məsidir.
Yuxarıda da qeyd olunduğu kimi Quranın bir çox xüsusiyyəti var. Bu
xüsusiyyətlər bir-birinin tamamlayıcısıdır. Məsələn Quran eyni zamanda
həm tarixi bir kitabdır, həm də ümumbəşərdir; yəni həm tarixin müəyyən bir
dövründə nazil olması baxımından, həm də üzərində o tarixin izlərini
daşıması baxımından tarixidir, bəşəriyyət yaşadığı müddətcə varlığını
qoruya biləcək olması və bütün bəşəriyyətin ehtiyaclarına cavab verə bilməsi
baxımından da ümumbəşərdir. Bu xüsusiyyətlərdən hər hansı biri gözardı
edilərsə Quran tam mənasıyla anlaşılmaz.
Quran mətninin bütünlüyü həm Quranın doğru anlaşılması, həm də buna
bağlı olaraq əsas məqsəd olan İslam dininin anlaşılması məsələsində çox
həlledici əhəmiyyətə sahibdir. Çünki, Quranın ən yaxşı izahı yenə
Qurandadır; bir ayənin xülasə olaraq qeyd etdiyi bir məsələnin başqa bir
ayədə təfsilatına rastlamaq mümkündür. Müfəssirlə buna Quranın Quranla
təfsiri deyirlər. Anlaşılmasında çətinlik çəkilən bir ayənin araşdırılmasına da
ilk olaraq bu metodla başlanar, daha sonra əsər və rəy kimi yollara müraciət
edilər.
Quranın surə, ayə, kəlmə kimi parçalarına müstəqil baxıldığı zaman
bunların tək başına çox da mənalı ola bilməyəcəyi görülər. Bunlar arasında
məna baxımından güclü bir bütünlük vardır. Quranın özünü “ən gözəl söz”
13
olaraq adlandırması bu baxımdan çox əhəmiyyətlidir. Yəni Quran böyük bir
söz yaxud cümlə ya da bir nitq kimidir; onun hərfləri, sözləri və kəlmələri
ayrılıqda bir məna ifadə etməz. Məsələn, Allahın diləməsini (məşiət) Qurana
13
Zümər, 39/23.
Dr. Mübariz CAMALOV
28
görə araşdırarkən, əlaqədar ayələrlə birlikdə Onun yaratması, qüdrəti,
ədaləti, hikməti, insanın məsuliyyəti, iradəsi kimi məsələlərdən danışan
ayələri də nəzərə almaq lazımdır. Əksi təqdirdə qədər məsələsi haqqında çox
radikal nəticələr əldə edilər ki bu da Quranın məsələyə dair həqiqi
münasibətinin anlaşılmadığı mənasına gələr.
14
Resume
Koran is a very important source of Islam. Scholars try to put rules for
understand Koran during history. In this article we try to research some
features of Koran front of historicity and effect of that features to understand
Koran. Koran has many features; we emphasize here historicity and
universality. This features must be commented together. For criterion of
understanding we consider two concept: meaning and context and
wholeness. This two approach provides chance to understand Koran
according to its features historicity and universality.
Резюме
Коран является основным источником Ислама. Ученые в течении
всей истории, работали над созданием правил методологии
комментирования Корана. В этой статье мы исследовали понятие
историчности некоторых коранических особенностей и их влияние на
понимание Корана. Коран обладает многими характерными чертами;
тема нашей статьи это- историчность и универсальность. Коран
должен комментироваться в свете этих особенностей. Существуют две
концепции, которые являются основными критериями в правильном
понимании Корана: смысл, контекст и. целостность. Эти две понятия
можно принять, как принципов обеспечивающих правильное
понимание Корана.
14
Ahmet Nedim Serinsu, Kur’anın Anlaşılmasında Esbab-ı Nüzul’ün Rolü, İstanbul
1994, s. 294-296.
Tarixilik məfhumu məzmununda nəssi anlama məsələsi
29
ƏDƏBİYYAT
Akarsu Bedia, Felsefe Terimleri Sözlüğü, İstanbul, 1988.
Apaydın Yunus, Klasik Fıkıh Usulünün Yapısı ve İşlevi, İslam Hukuku
Araştırmaları Dergisi, № 1, 2003.
Cündioğlu Dücane, Anlam’ın Tarihi, İstanbul, 2005.
Cündioğlu Dücane, Anlamın Buharlaşması ve Kur’an, İstanbul.
Cündioğlu Dücane, Kur’an ve Dile Dair, İstanbul, 2005.
Çiftçi Adil, Fazlur Rahman ilə İslamı Yenidən Düşünmək, Ankara 2001.
Fazlur Rahman, İslam, tərc. Mehmet Dağ, Mehmet Aydın, Ankara 2000.
Kur’an’ı Anlamada Tarihsellik Sorunu, (Sempozyum Tebliğ ve
Müzakereler), Bursa 2005.
Mehmet Paçacı, “Kur’an ve Tarihsellik Tartışması”, Kur’anı Anlamada
Tarihsellik Sorunu, Bursa, 2005.
Özsoy Ömer, Kur'an ve Tarihsellik Yazıları, Ankara 2004.
Serinsu Ahmet Nedim, Kur’anın Anlaşılmasında Esbab-ı Nüzul’ün Rolü,
İstanbul 1994.
Soysaldı Mehmet, Kur’an’ı Anlama Metodolojisi, Ankara, 2001.
Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər
31
QURANİ-KƏRİM VƏ SÜNNƏ İŞIĞINDA
İSLAM HƏRB HÜQUQUNUN İNSANA VERDİYİ DƏYƏR
(TERRORİZM İFTİRASI ÜZƏRİNƏ)
Dr. Elşad MAHMUDOV
∗
İlahiyyat Elmləri Namizədi
Qloballaşan dünyada çox böyük sürətlə baş verən siyasi, ictimai, iqtisadi
və mədəni dəyişikliklər, müxtəlif azadlıq hərəkatları, meydana gələn
müharibələr, törədilən terror hadisələri eyni zamanda yeni məfhumların
ortaya çıxmasına da zəmin hazırlayır. Bu məfhumlar arasında xüsusilə 2001-
ci il 11 Sentyabr terror hadisələrindən sonra dünya gündəmindən düşməyən
və böyük təəssüflə qeyd etmək lazımdır ki, barış, sülh və rəhmət dini olan
İslama aid edilən və belə desək daha doğru olar ki, İslamla yanaşı adı
çəkilməsi heç cür uyğun olmayan terrorizm məfhumu gəlir. Yenə təəssüflə
qeyd etmək lazımdır ki, uzun illərdir bu məfhum ətrafında aparılan yalnış
təbliğatlar nəticəsində dünya əhalisinin əksəriyyətini təşkil edən
müsəlmanlar, onların dinləri və müqəddəs dəyərləri təhqir edilir və
edilməktədir. Müsəlmanların müqəddəs kitabı Qurani-Kərim və bu kitabın
bəzi ayələri xüsusilə Qərb dünyasında və mətbuatında bəzi insanlar
tərəfindən yalnış dəyərləndirilərək terrorizmin bir qaynağı olaraq görülür,
İslam Peyğəmbəri isə bu fəaliyyətləri həyata keçirən bir şəxs kimi qələmə
verilir, dünya müsəlmanları bu fonda tanıdılır, nəticə etibarilə bu məsələlər
ətrafında çox ciddi qalmaqallar, narazılıqlar və narahatçılıqlar meydana
gəlir. Bu hadisələr istər-istəməz dini və dünyəvi baxımdan cihad, hərb,
müharıbə, döyüş, qətl, bu məsələlərlə bağlı prinsiplər, mədəniyyətlər arası
toqquşma və ya dinlərarası dialoqlar kimi məsələləri də aktuallaşdırır. Lakin
onu da demək lazımdır ki, yuxarıda qeyd edilən məsələlər hər zaman
intellektual səviyyədə müzakirə edilmir, insanların inanc dəyərlərinə
toxunduğu və mənəvi-hissi dünyaları ilə bilavasıtə əlaqədar olduğu üçün bu
∗
BDU. İlahiyyat Fakültəsi İslam Elmləri Kafedrasının müəllimi.
Dr. Elşad MAHMUDOV
32
kimi məsələlərə reaksiyalar bəzən sərt olur və hətta şiddətli hadisələrə belə
səbəb olur ki, bu da ardı-arxası kəsilməyən mübahisələrə, yeni ittihamlara,
radikal qərarlara, qarşılıqlı anlaşmazlıqlara, ciddi münaqişələrə və s. gətirib
çıxarır. Biz bu məqaləmizdə müsəlmanların müqəddəs dəyərlərini təhqir
edən bu və buna bənzər fikir və düşüncələrin məqsədini, hədəfini, arxa
planını, səbəb və nəticələrini deyil, terrorizm kimi irqindən, fikrindən,
dinindən, millətindən, yaşından və düşüncəsindən asılı olmayaraq hər bir
canlını məhv etmək kimi neqativ bir hadisənin İslamla heç bir əlaqəsinin
olmadığını, humanizmin zirvə nöqtəsini özündə əks etdirən İslam dininin
insan həyatına verdiyi dəyəri, insan tələfatının qarşısının alınmasında ən
kritik zaman olan hərb zamanı belə hər hansı bir canlını qorumaq üçün
yürütdüyü siyasəti, xüsusilədə bu mənada yersiz tənqid və təhqirlərə məruz
qalan Muhəmməd Peyğəmbərin hərb siyasəti üzərində bir elmi məqalənin
imkanları daxilində durmağa çalışacağıq.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, İslam kəlməsinin mənaları arasında
sülh, əminamanlıq, barış kimi müharibəyə, hərbə və bu mənada insan
tələfatına ziddiyyət təşkil edən sözlər də yer alır. Buna görə də İslam dini
həm kəlmə mənası həm də gətirdiyi ümumi prinsiplər baxımından sülh və
barış dini olaraq bilinir. İslamın müqəddəs kitabı olan Qurani-Kərim sülh və
barışı əsas prinsip olaraq qəbul edir və bir çox ayəsində insanları sülhə,
barışa, əminamanlığa dəvət edir.
1
Yenə Qurani-Kərimdə Allahın xəlifəsi,
canişini olaraq yaradılan insanın
2
yer üzərində ən ali və uca varlıq olduğu,
3
bu varlığın can toxunulmazlığı nəzərə çatdırılır və onun haqsız yerə
öldürülməsi qadağan edilir və böyük bir günah olaraq dəyərləndirilir.
4
Allah
Təala Qurani-Kərimdə insan oğlunun canını, bədənini, ona verilən həyatı
toxunulmaz elan edir və bir cana qıymağı haram buyuraraq hər hansı bir
insanın öldürülməsini bütün insanların, bəşəriyyətin məhv edilməsi, bir
insanın ehya edilməsini, dirildilməsini isə bütün insanlığın dirildilməsi
1
əl-Bəqərə, 2 / 208; əl-Ənfal, 8 / 61; əl-Casiyə, 45 / 14; əl-Hucurat, 49 / 9; əl-
Mumtəhinə, 60 / 7.
2
əl-Bəqərə, 2 / 30.
3
ət-Tin 95 / 4.
4
əl-İsra, 17 / 33; İslam Peyğəmbərinin eyni mənada söylədiyi hədisi üçün baxın:
Buxari, "Vəsaya", 23; "Tibb", 48; "Hüdud", 44; Müslim, "İman", 144; Əbu Da-
vud, "Vəsaya", 10.
Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər
33
olaraq qələmə verir.
5
Burada xüsusilə vurğulamaq lazımdır ki, Allah Təala
yaradıcı sifətilə insandan, ona verilən dəyərdən və onun canına qəsd
edilməməsindən bəhs edərkən inanan, inanmayan, mömin-kafir ayırımına
getməyərək "nəfs" kəlməsindən istifadə edir və insana canlı olduğuna görə
belə yüksək dəyər verilməsinin zərurətini insanlara bildirir. Buna görə də
İslamda adam öldürmə bir cinayət olaraq böyük günahlardan sayılır. İslam
ənənəsində daha sonrakı dövrlərdə məşhur olan "yaradılanı sev yaradandan
ötrü" sözləri də məhz yuxarıda qeyd olunanların bir təzahürüdür. İslam
sadəcə başqalarının həyatına deyil insanın öz həyatına qəsd etməsini, yəni
intharı qadağan edərək Allahın insana əmanət etdiyi bədənə və həyat
nemətinə xəyanət etməməyi buyurur.
6
Bundan başqa Qurani-Kərim insan tələfatına gedən digər bütün yolları
da zərurət meydana gəlmədikcə bağlı elan edir. Bu zərurətlər arasında əlbəttə
nəfsi, dini, insanları, torpaq və dövləti qanuni müdafiə kimi mühüm səbəblər
gəlir. Qurani-Kərim haqsız yerə hər hansı bir təcavüzü, terroru (hirabə)
qadağan edərkən yer üzərində həddi aşanların, fitnə və fəsad çıxaranların
cəzalandırılmalarını istəyərək, bu hadisələri törədənlərin aqibətlərinin çox
pis olacağını xəbər verir
7
və insanları bu cür nalayiq hərəkətlərdən uzaqlaş-
mayı əmr edir. Çox maraqlıdır ki, müharibənin bəşər həyatında qaçınılmaz
bir fakt olduğunu nəzərə alsaq, İslamda müsəlmanlara səbəbsiz yerə döyüş-
mək, hərbə başlamaq, bu mənada qənimət əldə etmək, ölkələri xarabalıqlara
çevirmək, təbiətə zərər vurmaq, insanları haqsız yerə əsir etmək
8
kimi insan
həyatında və onun şəxsiyyəti üzərində mənfi izlər buraxan hallara icazə
verilməmişdir. Qurani-Kərim üçün insan o qədər dəyərli və hörmətlidir ki,
İslam düşmənlərinin, ortaya qoyduğu düşmənçiliyi ilə müsəlmanlara hər cür
5
əl-Maidə, 5 / 32.
6
əl-Bəqərə, 2 / 30, 195; Buxari, Tibb, 56; TDV, İlmihal, İslam və Toplum, II, 182-
184.
7
əl-Bəqərə, 2 / 11-12, 190-191; əl-Maidə, 5 / 33, 87; əl-Əraf 7 / 56.
8
əş-Şura 42 / 42; əl-Bəqərə 2 / 190; əl-Mumtəhinə, 60 / 9;əl-Həcc 22 / 39; Bu
məsələlərlə bağlı Həzrəti Peyğəmbərin həyatında olan nümunələr üçün baxın:
Vaqıdi, II, 757-758; İbn Sa‘d, II, 119; Dimyati, s. 231; Şami, VI, 229, 231;
Diyarbəkri, II, 70; Elşad Mahmudov, Sebep ve Sonuçları Açısından Hz.
Peygamber’in Savaşları, Tez (Doktora), Marmara Üniversitesi Sosyal Bilimler
Enstitüsü İlahiyat Anabilim Dalı İslâm Tarihi ve Sanatları Bilim Dalı, İstanbul
2005, s. 445.
Dr. Elşad MAHMUDOV
34
pislik edən, Uhud döyüşündə müsəlman şəhidlərin cəsədlərini parçalayaraq
onların müxtəlif orqanlarını və bədən üzvlərini kəsib gözlərini oyaraq
cəsədləri tanınmaz hala gətirən müşriklərdən eyni şəkildə intiqam alınmasına
ki, buna "müslə" deyilir, icazə verməmiş, müsəlmanları səbirli və humanist
olmağa, döyüş meydanında insan cəsədləri üzərində bu cür çirkin davranışlar
etməməyə və bu şəkildə həddi aşmamağa dəvət etmişdir.
9
Qurani-Kərimin əmrlərini öz həyatında hər tərəfli tətbiq edərək bir
mənada onun açıqlayıcısı, təfsirçisi və şərhçisi olan Muhəmməd Peyğəm-
bərin sünnəsi və həyatı da eynilə Qurani-Kərimin insana verdiyi dəyəri təs-
diqləyici mahiyyət daşıyır. İslam peyğəmbərinin həyatında buna aid saysız
hesabsız nümunələrə rast gəlmək olar. Biz məsələni həyatın digər
sahələrindən daha çox hərb siyasəti nöqteyi-nəzərindən ələ almaq istəyirik.
Onu qeyd edək ki, İslam Peyğəmbəri Qurani-Kərimdə də qeyd edildiyi
və əsas prinsip olaraq qəbul etdiyi kimi səbəbsiz yerə heç bir zaman heç
kimlə müharibə etməmişdir. Həzrəti Muhəmməd dünyaya rəhmət və
mərhəmətin nümayəndəsi olaraq göndərilən və bəşər övladı üçün həyatın,
demək olar ki, hər sahəsində nümunə göstərilən bir şəxsiyyətdir.
10
Onun hər
sözü və hərəkətində insanlığa rəhmət vardır. O, müsəlmanların qarşıla-
şacaqları problemlərin və məsələlərin həlli üçün din, siyasət, iqtisadiyyat,
təhsil, sosial və mədəniyyət kimi müxtəlif sahələrdə böyük dəyişikliklərə
imza atmışdır. İnsanlara sülh, hüzur, ədalət, barış, qardaşlıq, mərhəmət və
sevgi kimi dəyərləri aşılamış, bununla da böyük bir mədəniyyətin təməlini
meydana gətirən Rəhmət Peyğəmbəri olmuşdur. Bununla bərabər, O, lazım
olduğu zaman və çox zaman da məcburiyyət qarşısında qalaraq müharibələr
etmiş və müxtəlif döyüşlərdə iştirak etmişdir. Belə ki, bu döyüşlər onun
həyatının önəmli anlarını meydana gətirmiş, məqsədlərini həyata keçirməkdə
və müvəffəqiyyətlər əldə etməsində əhəmiyyətli rol oynamışdır. Həzrəti
Muhəmməd bunun əhəmiyyətini vurğulamaq üçün bir “rəhmət peyğəmbəri”
olması ilə bərabər, eyni zamanda, bir “döyüş peyğəmbəri” olduğunu da
9
ən-Nahl 16 / 126; İbn İshaq, s. 314-315; Vaqıdi, I, 290; Təbəri, II, 529; Beyhaqi, III,
288; Fəsəvi, III, 284; Maqrizi, I, 168; Ahmet Yaman, İslâm Devletler Hukukunda
Savaş, s. 28; Mehmet Erdoğan , Fıkıh ve Hukuk Terimleri Sözlüğü, s. 342.
10
əl-Ənbiya 21 / 107; əl-Əhzab 33 / 21.
Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər
35
şəxsən özü ifadə etmişdir.
11
O zaman bir “rəhmət peyğəmbərinin” nə üçün
eyni zamanda bir “döyüş peyğəmbəri” olduğunu anlamaq üçün tarixə nəzər
salmaqda fayda var. Çünki tarix bizə bu mövzuda İslam Peyğəmbərinə
istsqamətlənmiş yersiz ittihamlara cavab verməkdə yol göstərəcəkdir. Belə
ki, qırx yaşında ilahi vəhyə nail olan və əsas vəzifəsi dini təbliğ olan Həzrəti
Peyğəmbər həyatının təqribən əlli üç, Peyğəmbərliyinin də on üç ilini anadan
olduğu Məkkə şəhərində keçirdi. Peyğəmbərliyini əvvəlcə ailəsi və çox
etibar etdiyi, inandığı dostlarından başlayaraq yaxın qohumlarına təbliğ edən
Həzrəti Peyğəmbər bu təbliğ halqasını Qureyş qəbiləsi və sonra da başqa
ərəb qəbilələrinə doğru genişləndirdi. Allah tərəfindən ona verilən Quran
vəhyini hər fürsətdə eşitdirməyə və başa salmağa çalışdı. Lakin bu vəzifəni
yerinə yetirmək istədiyi ilk günlərdən etibarən böyük qarşıdurmalarla
üzləşdi. Risalətinə qarşı əvvəlcə münaqişə və mübahisələrlə başlayan fərdi
narazılıqlar, getdikcə güclü və sistematik bir müxalifətə çevrildi. Mənsub
olduğu Qureyş qəbiləsi, elə peyğəmbərliyinin başlanğıcından etibarən bu
müxalifətin başına keçdi. Önündə olan sərt və zalım, eyni zamanda, çox
güclü olan bu müxalifətin hər cür zülmünə baxmayaraq, İslam Peyğəmbəri
təqribən on üç il risalət vəzifəsini Məkkədə yerinə yetirdi. Risalətinə qarşı
formalaşan bu müxalifət Məkkə dövrü ilə məhdud qalmadı. Hicrətlə
başlayan Mədinə dövründə bu mübarizə Məkkənin müsəlmanlar tərəfindən
fəth edilməsinə qədər müxtəlif şəkillərdə davam etdi. Həzrəti Peyğəmbər,
həyatında Qureyş müşrikləri kimi heç bir düşmən gücə qarşı belə uzun, çətin
və məşəqqətli bir mübarizə aparmamışdır. Bu mübarizə nəticəsində
Məkkədən Mədinə şəhərinə edilən hicrət də vəziyyəti dəyişmədi. Belə ki,
Mədinədə müsəlmanlar və düşmənləri arasındakı münasibətlər yeni bir şəkil
aldı. Lakin Həzrəti Peyğəmbər burada da müxalifət gücünün getdikcə
artdığını müşahidə etdi. Daha əvvəl Məkkədə bir qəbilənin müxalifəti ilə
başlayan qarşıdurma Mədinə dövründə müxtəlif qəbilələrin, beynəlmiləl
dini, etnik, siyasi qrupların düşmənçiliyi ilə davam etdi. Bu vəziyyət
müsəlmanları hədələməyə, İslamı yayma siyasətinin qarşısını almağa və
ortadan qaldırmağa istiqamətlənmiş olduğu üçün Həzrəti Peyğəmbər
mövcud olan maneələri aradan qaldırmaq adına bir çox addımlar atdı.
11
Bu hədisi Əbu Musa əl-Əşari rivayət etmişdir. Hədis Əhməd İbn Hənbəlin
Müsnəd adlı əsərində 18704 və 18975-ci nömrədə yer alır.
Dr. Elşad MAHMUDOV
36
Risalətindən hicrətə qədər olan 13 illik hücum və çətinliklərlə keçirdiyi
həyat və siyasi hakimiyyətdən məhrum bir təbliğin müntəzəmliyi,
davamlılığı və yayılmasının imkansızlığı onu Mədinədə bəzi köklü
islahatları həyata keçirməyə sövq etdi.
12
Dövlət formasının ilk ünsürlərinin meydana gəlməsi ilə müsəlmanlar və
müxalifləri arasındakı münasibətlər yeni bir forma qazandı. Mədinədə İslam
dövlətinin qurulması ilə başda Məkkə müşrikləri, Mədinədə yaşayan
yəhudilər və Ərəbistanda olan digər müşrik ərəb qəbilələri olmaqla bütün
İslam düşmənləri özləri üçün təhlükəli hesab etdikləri bu dövləti daha
meydana gəlmədən yox etmək istədilər. Tərəflər arasında bir-birinə zidd
olan arzuların toqquşması səbəbi ilə silahlı qarşıdurma qaçılmaz oldu.
İslamiyyəti və müsəlmanları ortadan qaldırmaq məqsədi ilə düşmənlərindən
gələn hücum və hədələmələr tərəflər arasında müharibə vəziyyətini meydana
gətirincə müsəlmanlar özlərinə yönəldilmiş təcavüzün qarşısını almaq,
müdafiə haqlarından istifadə etmək, canlarını və mallarını qorumaq və
beləcə İslamı azad yaşamaq, yaşatmaq və təbliğ etmək məqsədi ilə məcburən
silahlı mübarizəyə girişdilər. Göründüyü kimi əsas vəzifəsi təbliğ olan
Həzrəti Peyğəmbər, qarşı tərəfdən, yəni düşmənlərindən hücum, şiddət və
müəyyən bir zamandan sonra silahlı mübarizə görüncə artıq silahla cavab
verməkdən başqa çarə tapmamış, bu hadisələr nəticəsində Ona hərb icazəsi
verilmiş və o, düşmənlə müharibələr etmişdir. Döyüşə icazə verilməsi İslama
və ona bağlananlara qarşı qoyulan düşmən münasibətin nəticəsində olmuş,
cəmiyyətin varlığını qoruya bilməsi üçün qaçılmaz sayılan din, can, ailə,
dövlət və torpaq kimi dəyərləri qorumaq və ona yönəlmiş düşmən
hücumlarından müdafiə üçün cihadın silahlı şəkli əmr edilmişdir. Bundan
yola çıxaraq belə demək olar ki, Həzrəti Peyğəmbərin qəzvə və səriyyə
şəklində təşkil etdiyi döyüşlərin əsasını təşkil edən, həyata keçirdiyi
siyasətinin əsas səbəblərini meydana gətirən və girişdiyi fəaliyyətlərin arxa
planını meydana gətirən əsas səbəb özünü müdafiə, düşmən hücumlarını dəf
etmək, din və dini təbliğin qarşısındakı maneələrin qaldırılması olmuşdur.
Yəni Həzrəti Peyğəmbər heç bir zaman təcavüzkar siyasət yürütməmiş,
bağladığı müqavilələrə hər zaman sadiq qalmış, səbəbsiz olaraq heç kimlə
döyüşməmiş, bəzi İslam tənqidçilərinin idiia etdiyi kimi “insanlar müsəlman
12
Mahmudov, Sebep ve Sonuçları Açısından Hz. Peygamber’in Savaşları, 21-25.
Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər
37
deyil” deyə heç bir zaman onlara müharibə elan etməmiş, qılıncla İslamı
təbliğ etməmişdir. O, İslam dinini yaşatmaq, özünü, müsəlmanları və hicrət
etdikdən sonra Mədinədə qurduğu dövləti, bu dövlətin torpaqlarını qorumaq,
eyni zamanda din hürriyyətini təmin etmək və dini insanlara çatdırmaq,
bununla da insanları haqqa dəvət etmək, onların inancda və əməldə doğrunu
tapmaları üçün lazımi yolları açmaq və əngəlləri ortadan qaldırmaq üçün
hərbi səfərlər hazırlamışdır. Buna görə Həzrəti Peyğəmbərin həyata keçirdiyi
silahlı cihad qərbli şərqşünasların iddia etdiyi kimi bütün dünya müsəlman
oluncaya və ya İslam hakimiyyətinə tabe oluncaya qədər müsəlman
olmayanlarla müqəddəs savaş və ya insanların haqsız yerə canına qıyıldığı
terrorist fəaliyyəti deyil, özünü müdafiə xarakteri daşıyan haqlı səbəblərə
görə həyata keçirilən hərbi fəaliyyətlər idi.
13
Bu minvalla İslam Peyğəmbəri
müxtəlif aralıqlarla Mədinədə yaşadığı 11 il ərzində 29-u qəzvə digərləri isə
səriyyə olmaqla böyüklü-kiçikli 120 hərbi əməliyyat həyata keçirdi.
Muhəmməd Peyğəmbərin həyata keçirdiyi bu hərbi əməliyyatların ən
mühüm xüsusiyyətlərindən biri də müharibə kimi insan itkisi, yaralanması,
əlil olması, əsir edilməsi, kölələşdirilməsi, təbiətin və yaşayış məskənlərinin
xarab edilərək dağıdılması şəklində insan varlığı üçün məhvedici təsiri olan
bir çox mənfilikləri özündə cəmləşdirən neqativ bir hadisədə insana, onun
həyatına və uca varlığına verilən dəyərdir. Rəsuli-Əkrəm həyata keçirdiyi bu
hərbi fəaliyyətində idarəsi altına aldığı bütün Ərəb Yarımadası düşünüldü-
yündə elə bir siyasət izləmişdir ki, istər müsəlman istərsə də düşmən tərəf
olsun hər iki cəbhədən çox qan tökülməsinə imkan verməmişdir. Onun 11
ildə həyata keçirdiyi 120 hərbi əməliyyatında İslam mənbələrindəki səhih
məlumatlar əsas alındığında müsəlmanlardan təxminən 340, düşmən tərəf-
dən isə təxminən 800 nəfər olmaqla cəmi 1200 nəfər insan itkisi olmuşdur.
Bu sayları hesab etmədən sadəcə Həzrəti Peyğəmbərin şəxsən özünün iştirak
etdiyi qəzvələr əsas alınarsa, 29 qəzvənin 16 dənəsində qarşılıqlı olaraq heç
bir döyüş meydana gəlməmiş, lakin qarşıya qoyulan məqsəd yerinə
yetirilmişdir. 13 qəzvədə isə bilavasitə düşmənlə döyüş baş vermiş və bu
döyüşlər nəticəsində müsəlmanlardan 140 nəfər şəhid olmuş, düşmən
tərəfdən isə 335 nəfərə yaxın adam öldürülmüşdür. İslam Peyğəmbərinin
silahlı mübarizə illəri və hərbi əməliyyatlarının sayı diqqətə alınarsa sadəcə
13
Mahmudov, Sebep ve Sonuçları Açısından Hz. Peygamber’in Savaşları, 443-442.
Dr. Elşad MAHMUDOV
38
qəzvələrdə hər iki tərərfdən cəmi 500 nəfər itkinin olması zənnimizcə çox
qan axıdılmsının qarşısının alınması və insan həyatına verilən dəyər
baxımından böyük əhəmiyyət kəsb edir. Bu şəkildə Rəsuli-Əkrəm bir çox
yeri cəbhə açmadan, silahdan istsfadə etmədən, siyasətlə özünə bağlamağı və
yenə bir çox yeri imanlarıyla təslim almağı daha üstün hesab edərək silahdan
istifadə etməkdən çəkinmiş, bəzən siyasət və diplomatiyanı kəşfiyyatla
birləşdirərək böyük bacarıqla düşməni döyüşməkdən uzaqlaşdırmış və bu
şəkildə az qan axıdılmasını təmin etmişdir.
14
Bu eyni zamanda İslam
Peyğəmbərinin daim bir prinsip olaraq düşməni məhv etməyi deyil, onu
qazanmağa üstünlük verdiyini göstərir. Yuxarıda 11 il ərzində 120 hərbi
əməliyyatda baş verən insan itkisilə bağlı verilən rəqəmlər nə qədər də
düşündürücüdür. Çünki bu gün müsəlmanların müqəddəs kitabı olan Qurani-
Kərimə və müsəlmanların peyğəmbərlərinə terror iftirası ilə hücum edən
"inkişaf" etmiş Qərb mədəniyyətinin XX-əsrdə səbəb olduğu dünya
müharibələrində rəsmi statistik məlumatlara görə yarısı silahsız olmaqla
öldürülən insanların sayı təxminən 100.000.000-dan çoxdur. Doktrin və
diktatorluqların səbəb olduğu qətliyam və soyqırımlarda oldürülən insanların
sayı yenə 100.000.000 civarındadır. Buna görə XX əsrin başlarından
günümüzə qədər edilən müharibələrdə qətl edilən insanların sayı, dünya
tarixinin başanğıcından XX əsrə qədər olan zaman zərfində meydana gələn
müharibə qurbanlarından daha çoxdur.
15
Məsələni daha da dərindən anlamaq
üçün bir başqa statistik məlumatlara diqqət edək. Müsəlmanların Həzrəti
Peyğəmbər dövründə 11 il ərzində haqlı səbəblərlə həyata keçirdikləri hərbi
əməliyyatlarda ölən insanların sayı sadəcə bir gündə, yəni 1992-ci il Fevralın
26-da Ermənilərin, Rus hərbi birliklərinin dəstəyi ilə Azərbaycan Türklərinə
qarşı törətdiyi Xocalı soyqırımında qətl edilənlərin sayından daha azdır. Eyni
şəkildə 1918-ci ilin 31 Martında soyqırıma məruz qalaraq bir neçə gün
ərzində vəhşicə öldürülən 50. 000-dən çox müsəlman Azərbaycan
Türklərinin sayısı bu məsələdə nə qədər də ibrətamizdir. Orta əsrlərdə
Avropanın inkivizisiya məhkəmələrində qadın, yaşlı, gənc demədən edam
edilənlərin sayı isə on minlərlə hesab olunur. Bu rəqəmlər İslama terror
iftirası atanların necə də tez yadlarından çıxır.
14
Mahmudov, Sebep ve Sonuçları Açısından Hz. Peygamber’in Savaşları, s. 444.
15
Ramazan Özey, Günümüz Dünya Sorunları, İstanbul 2001, səh. 121-123.
Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər
39
İslamda deyil sülh və əminamanlıq zamanı müharibə və döyüş anında
belə insana yüksək dəyərin verildiyini İslam Peyğəmbərinin həyatından daha
ətraflı öyrənirik. Həzrəti Peyğəmbər insanların qəlbini İslama açmağı əsas
prinsip etmələrinin zərurətini vurğulayaraq müharibəyə gedən əsgərlərinə
hər şeydən əvvəl düşməni İsalama dəvət etmələrini, dəvətə müsbət qarşılıq
verdikləri halda onlarla qətiyyən döyüşməmələrini, əgər bu və ya digər
şəkildə döyüş baş verərsə sözlərində durmalarını, həddi aşmamalarını,
müqavələləri və əhdnamələri pozub zülm etməmələrini, boş yerə insanları
öldürməmələrini, xüsusilə kölələrə, uşaqlara, qadınlara, yaşlılara, kilsə və
sinaqoq kimi öz ibadətxanalarında inzivaya çəkilmiş qeyri-müsəlman din
mənsublarına toxunmamalarını, təbiətə, bitki və heyvanat alıminə, xüsusilə
də xurmalıqlara zərər verməmələrini, ağacları kəsməmələrini və binaları
yıxmamaları onlara tapşırmışdır.
16
Döyüş meydanında düşmənə yönəlmiş
hər hansı bir şiddət, əziyyət, işkəncə verilməsini və bu məsələdə həddi
aşmağı, bundan başqa yuxarıda qeyd etdiyimiz "müsləni" yəni ölülərin
bədən üzvlərinin kəsilməsini qadağan edən Rəsulullah döyüş zamanı qətl
edilən düşmən əsgərlərinin dəfn edilməsinə icazə vermiş və imkan
tanımışdır.
17
İslam hərb hüququnda insana verilən dəyəri ifadə etmək üçün məşhur
səhabə Üsamə İbn Zeydin (r.a) Rəsulullah dövründə baş verən bir hadisəsi
çox məşhurdur. İslam tarixçilərinin verdiyi məlumatlara görə, hicrətin 8-ci
ilinin Səfər ayında (İyun 629-cu il) Qalib İbn Abdullahın Fədək (Bəni
Murrə) səriyyəsində çıxan bir döyüş zamanı Üsamə İbn Zeyd düşməni ilə
vuruşarkən, qələbə çalacağı anda vuruşduğu müşrik kəlmeyi-şəhadət
gətirərək tövhidi təsdiq edir və (lə ilahə illəllah) deyir. Lakin Üsamə İbn
Zeyd düşməninin bu təsdiqini, onun ölümdən canını qurtarmaq üçün etdiyinə
hökm verərək, düşmənini öldürməkdə tərəddüd etməz və onu öldürər.
16
İbn İshaq, s. 305; İbn Hişam, IV, 210; Vaqıdi, I, 220-225; II, 561, 757-758; İbn
Sa‘d, II, 37, 85, 119; Bələzuri, I, 387; Beyhaqi, III, 209; Dimyati, s. 211, 231; İbn
Seyyidünnas, II, 143; Şami, VI, 149, 229, 231; Diyarbəkri, II, 70; Hələbi, III; 184-
185.
17
İbn İshaq, s. 314-315; Buxari, Məğazi, 8; Vaqıdi, I, 290; Təbəri, II, 529; Beyhaqi,
III, 92, 288; İbnü’l-Cövzi, II, 681; İbn Kəsir, V, 153; İbn Həcər, XV, 167. Fəsəvi,
III, 284; Maqrizi, I, 168; Ahmet Yaman, İslâm Devletler Hukukunda Savaş, s. 28.
Dr. Elşad MAHMUDOV
40
Mədinəyə dönüşdə vəziyyət Rəsulullaha (s.a.s) çatdırılanda o bu hadisəyə
görə çox üzülər və Üsamə İbn Zeydi etdiyi bu əmələ gorə qınayar:
"Ey Üsamə, Lə iləhə illəllah deyən bir adamı axı nə üçün
Dostları ilə paylaş: |