SUMMARY
Human life is divided into different categories such as childhood, young
age and old age. Among them as the spring of life, young age is very
important. The prophet (pbuh) advises us to know the value of young age
and also gave the good news that the young who spent his youth in good
works as well as worship will be shaded in the hereafter where there is no
shade for protection. The prophet also said that the worship of the young will
be rewarded more than the older.
The youth is very important for the future of the nations. The youth is the
future of the nation. Those nations who invest in the youth will have a bright
future. On the other hand those who ignore the education of their youth will
have a bad future for their nations.
Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar
67
QAZI ƏBDÜLCABBARIN ƏSƏRLƏRİNİN İŞIĞINDA
NÜBÜVVƏTİ RƏDD EDƏN MÜLHİD CƏRƏYANLARDAN
BƏRAHİMƏ VƏ ONA VERİLƏN CAVABLAR
Dr. Adilə TAHİROVA*
İlhad termininin lüğət mənası “sapmaq”dır. Müxtəlif qəliblərdə zülm
etmək, həqiqətdən üz çevirmək, həqiqəti təhrif etmək, şübhəyə düşmək kimi
mənalarda işlənir. Mülhid isə ilhad əməlini işləyən, həqiqətdən üz çevirən və
ondan şübhə edən mənasını verir.
1
Kəlam termini kimi “Allahın varlığı və
birliyini, dinin əsas hökmlərini inkar etmək, bunlar haqqında şübhə bəsləmək
və ya oyandırmaq, dini qaydaları xəfifə almaq” mənasında istifadə olunur.
2
Qur’ani-Kərimdə də dörd yerdə keçən bu söz, sapma və sapdırma
mənasındadır.
3
Mülhid sözünün sinonimi kimi zındıq, kafir, dəhri
terminlərinin də mənbələrdə istifadəsinə rast gəlmək mümkündür.
İslam dininə əsasda zidd olan fikirləri klassik dövr kəlam alimləri belə
təsnifləndirmişlər: Elmin imkanını inkar etmək; aləmin əzəli olduğunu,
yaradanı və idarə edəninin olmadığını iddia etmək; aləmin əzəli olduğunu və
əzəli bir idarə edəninin olduğunu irəli sürmək; aləmin əzəli və ya muhdəs
olduğu məsələsində fərqli düşünməklə birlikdə idarə edicisinin əzəli və
birdən çox olduğunu söyləmək; aləmin əzəli olmadığını, tək bir əzəli
yaradıcının varlığını qəbul edib peyğəmbərliyi inkar etmək; aləmin
yaradılmış olduğunu, əzəli və tək bir yaradıcısı olduğunu, peyğəmbərliyin
haqq olduğunu qəbul etməklə birlikdə bəzi peyğəmbərləri inkar etmək.
* Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsinin müəllimi.
1
İbn Mənzur, Lisanu-l-Arab, Beyrut tarixsiz, Daru Sadır, III cild, s. 388-389;
Zəbidi, Tacu-l-arus, Qahirə 1306, II c., s. 493.
2
Mustafa Sinanoğlu, “İlhad”, TDV İslam Ansiklopedisi, İstanbul 2000, XXII cild, s.
90; İslam düşüncəsində ilhad termini haqqında geniş məlumat üçün bax. İlhan
Kutluer, “İlhad”, TDV İslam Ansiklopedisi, XXII, 93-96.
3
Məhəmməd Fuad Əbdülbaqi, əl-Mucəmu-l-mufəhrəs li-əlfazi-l-Qurani-l-Kərim,
Tehran 1372, s. 762.
Dr. Adilə TAHİROVA
68
Firqələr və cərəyanlar olaraq nəzər saldıqda bu əsas iddiaların sofistlərə
(sufestaiyyə), ateist materialistlərə (dəhriyyə), Aristotelçi filosoflara
(məşşailər), müxtəlif məcusi, manişeist və məzdəki axımlara və onlarla
birlikdə hermetik və sabii inanclara aid olduğu görülür.
4
Allahla yaradılmışlar arasındakı münasibət və dialoqu ifadə edən
peyğəmbərlik sisteminə ehtiyac məsələsi İslam düşüncə tarixindəki başlıca
müzakirə mövzularından biri olmuşdur. Belə ki, bəzi dövrlərdə
peyğəmbərlərə ehtiyac olmadığını söyləyənlərə, peyğəmbərlik iddiasında
olan saxta “peyğəmbərlərə” və İslam əqidəsinə uyğun olmayan fikirlər
səsləndirənlərə rast gəlmək mümkündür. İslam düşüncəsinin müxtəlif
məktəblərinə mənsub kəlamçılar tarixin hər dövründə bu kimi yanlış fikirlərə
cavab vermiş və öz fikirlərini əsaslandırmaq üçün dəlillər gətirmişlər.
Məsələnin bir başqa yönü də fəlsəfə və kəlam arasındakı daimi müzakirə
obyektlərindən birisi olan ağıl-vəhy “qarşıdurmasıdır”. XVIII əsrdən
etibarən qərbdə maddi və mənəvi səadətin ağıl və elmlərin irəliləməsi ilə
əldə edilməsinin mümkün olduğunu müdafiə edən axımlar, deist cərəyanlar
inkişaf etmişdi. Bunlar peyğəmbərlik sisteminə şübhə və ya inkarla yanaşan
qruplardır. Təbii din
5
fikri də bu dövrlərdən etibarən öz dövrlərinə məxsus
ədəbi və fəlsəfi üslubda aktuallıq qazanmışdır. İslam tarixində bu fikirlərə
hələ ilk dövr mənbələrində Bərahimə adlanan qrupun və başqa cərəyanların
fikirlərində rast gəlmək mümkündür. Bərahimə ağlın yetərli olduğunu,
dinlərə və peyğəmbərlərə ehtiyac olmadığını söyləyirdi. İslam əqidəsinə
uyğun olmayan bu fikirlərlə ilk intellektual mübarizəni aparanlar arasında
Mötəzilə alimlərini misal vermək mümkündür. Bu elmi mübahisələr əslində
günümüzdə də fəlsəfi platformada davam edən mövzunun aktuallığını
qoruduğuna dəlalət edir. Bərahimənin timsalında səslənən fikirlər və onlara
verilən cavablar əsas etibarilə eyni qalmaqla birlikdə dövrlərə görə müəyyən
dəyişikliklərə də məruz qalmışdır. Bu məqalədə əsasən klassik dövr kəlam
alimlərinin əsərlərinə müraciət edilərək Mötəzilə məktəbinin nümayəndəsi
4
İlhan Kutluer, “İlhad”, TDV İslam Ansiklopedisi, XXII, 95.
5
Dindarlığın təbii bir insani meyl olduğunu müdafiə edən görüş. Burada fövqəltəbii
inanclara (möcüzələr, ilahi yardım, əbədi həyat kimi) yer verilmir.
Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar
69
Qazı Əbdülcabbarın (v. h. 415/m. 1025) bu axımın fikirlərinə verdiyi
cavablar əsas alınmışdır.
6
Klassik dövr kəlam alimlərindən olan və Qazı Əbdülcabbar ilə təxminən
eyni əsrlərdə yaşamış Əbu Mənsur əl-Maturidi (v. h. 333/m. 944) və Əbu-l-
Muin ən-Nəsəfi (v. h. 508/m. 1115) də nübüvvət mövzusuna əsərlərində
digər mövzulardan daha çox yer verdiklərini söyləyirlər. Buna səbəb olaraq
yaşadıqları dövrdə ilhad hadisələrinin artdığını, xüsusilə peyğəmbərlik
məsələsində inkarçıların etirazlarının olduğunu dilə gətirir və nübüvvət
əleydarlarının yanlış fikirlərini rədd etməyi, iftiralarına cavab vermə hədəfini
güddüklərini ifadə edirlər.
7
Maturidi, nübüvvəti inkar edənlərdən bəhs
edərkən Bərahimə adını istifadə etməməklə birlikdə mənbələrdə Bərahiməyə
aid edilən etirazları ifadə edərək cavablandırır. Maturidi, Kitabu-t-tövhid
əsərində nübüvvəti inkar edənləri belə sıralayır:
1.
Yaradıcını inkar edənlər.
2.
Onun mövcudiyyətini qəbul etməklə birlikdə əmr və qadağalarını
qəbul etməyənlər.
3.
Bunu da mənimsədikləri halda insan ağlının tək başına yetərli olub
risalətə ehtiyac duymadığını iddia edənlər.
4.
Risalət iddiasında olan şəxsin göstərəcəyi möcüzələri kahin, sehrbaz
və göz bağlayıcıların əməllərinə bərabər tutanlar.
5.
Nübüvvət iddiasında olanların göstərdikləri fövqəladə təbiətli
hadisələr qarşısında xitab edilən şəxslərin aciz qalması, onlarda bu cür
fellərin lazım gətirdiyi təhsil və alışqanlığın olmaması səbəbinə bağlayanlar.
8
Ümumiyyətlə nübüvvəti inkar edən cərəyanlardan başda Bərahimə
olmaqla Süməniyyə, Sufestaiyyə, Tabiiyyun, İbahiyyə, Sabiiyyə,
Dəhriyyənin adlarını çəkmək mümkündür.
Qazı Əbdülcabbarın yaşadığı və fəaliyyət göstərdiyi bölgədəki ilhadi
fikirlərin mənşəyi Məzdəkilik, Arami və İran mühitlərinin qarşılıqlı təsiri
nəticəsində ortaya çıxan müxtəlif din və ənənələrdən Manişeizm, Deysanilik,
6
Məqalədə yazılanlar haqqında daha geniş məlumat üçün bax: Adilə Tahirova, Kadı
Abdülcebbar ve Ebü-l-Muin en-Nesefiye göre nübüvvetin gerekliliyi, Mərmərə
Universiteti Sosial Bilimlər İnstitutu ilahiyyat/kəlam bölümü, Doktorluq
dissertasiyası, İstanbul-2004.
7
Əbu-l-Muin ən-Nəsəfi, Təbsıratu-l-ədillə, I, 534-535.
8
Maturidi, Kitabu-t-tövhid, s. 271; Əbu-l-Muin ən-Nəsəfi, Təbsıratu-l-ədillə, I, 446.
Dr. Adilə TAHİROVA
70
Mərqayuniyyə və başqa cərəyanlara istinad edir. Hicri IV-V əsrlərdə
yaşamış Qazıdan əvvəlki dövrdə xəlifə Mehdi Billahın (158-169/775-785)
hakimiyyəti dövründə bu fikirlərin canlandırılması məqsədilə bir çox üsyan
ortaya çıxmışdır. Muqannanın başçılığında Xorasanda və Cibal (mərkəzi
İran), Sinbad (Sunaz), Herat, Sistan, Badqis bölgəsində Ustadsis adlı şəxs
tərəfindən başladılan üsyanlar bunlardan bəziləridir. Xəlifə Mehdi zındıqlara
qarşı təzyiq tətbiq etmək məcburiyyətində qalmışdır. Bağdadda və böyük
şəhərlərdə qazıya və ya bilavasitə xəlifəyə bağlı bir məhkəmə qurulmuşdu və
zındıqlarla məşğul olma vəzifəsi ona tapşırılmışdı. Mötəzilə alimi Qazı
Əbdülcabbarın da bu vəzifəni yerinə yetirdiyi mənbələrdə qeyd edilir.
9
Bunu da ifadə etmək lazımdır ki, nübüvvətə yönəldilən etirazların böyük
bir qismi epistemolojik baxımdandır. Bu etirazlardan bir qismi biliyin
həqiqəti, imkanı və mənbələrinə (əsbəbu-l-ulum və ya mədariku-l-ulum)
yönəldilmişdir. Məsələn bütün elm əldə etmə vasitələrini və həqiqəti inkar
edərək elm və həqiqətin olmadığını iddia edən Sufestaiyyə, xəbərə istinad
edən elmi inkar edərək bunun zənn və şübhə daşıdığını və həqiqətinin
olmadığını söyləyən Süməniyyə, ağıl və duyğu üzvləri (xəvassi-səlimə)
varkən peyğəmbərliyə ehtiyac olmadığını irəli sürən Bərahimə. Əshabu-ş-
şəkk (Şukkak və ya Mutəşəkkikun) və Mütəcahilə kimi adlandırılan qruplar
da Sufestaiyyənin geniş yelpazəsinə daxildir. Yunan mənşəli Sofestaiyyənin
hind mühitindən qaynaqlanan variantı kimi ifadə edilə biləcək Mutəkafiyyə
də bu tip etirazları olan qruplardandır. Kəlam ədəbiyyatında Laədriyyə
olaraq adlandırılan qrupun fikirləri də əsasən Mutəkafiyyə ilə uyğundur.
Bütün bu fikirlər bir növ septikliyə səbəb olduğu üçün İslam düşüncəsinə
uyğun hesab edilmir. Qazı Əbdülcabbarın əsərlərində bunlardan başqa adı
keçən başqa axımlar da olsa məqalə çərçivəsində bunlardan Bərahimə
haqqında bəhs ediləcək. Qazı Əbdülcabbar, nübüvvət məsələsində əsas
münaqişə edilən tərəfin Bərahimə olduğunu əsərlərində dəfələrlə
bildirmişdir.
Bərahimə termini, İslam heresioqrafiya tarixində peyğəmbərliyi inkar
edən fikir və düşüncələrin simvoluna çevrilmişdir. Bərahimənin Brah-
9
Melhem Chokr, İslamın hicri ikinci asrında zındıklık və zındıklar, (tərcümə edən:
Ayşe Meral), İstanbul 2002, 26, 35-36, 58-59; İlhan Kutluer, “İlhad”, TDV İslam
Ansiklopedisi, XXII, 93-94.
Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar
71
manizmlə əlaqəsinin olub olmadığı, ilk dövr İslam kəlamında İslam-Hindu
inanclarının dialoqunu əks etdirib etdirmədiyi, hətta uydurma olub olmadığı
hələ də müzakirə obyekti olaraq qalır. Günay Tümer bu qrupu Brahmanizm
kimi adlandıraraq İslam mənbələrində əl-Bərahimə və ya əl-Bərhəmiyyə
olaraq keçdiyini ifadə edir. Onun fikrincə bu qrup müsəlman müəlliflərdən
Biruni və Şəhristani tərəfindən ən məzmunlu təsvirini tapmışdır.
10
Təhanəvi,
bu qrupun özlərini İbrahimin soyundan hesab etdiklərini, hind bölgəsində
saylarının çox olduğunu bildirmişdir.
11
Şəhristani də Bərahiməni hind
mədəniyyətinə aid hesab edir.
12
Norman Calder isə Bərahimənin hind deyil,
semitik din və nübüvvət inancını xatırladan mifolojik mahiyyətdə bir
İbrahimi kulta aid edilməsi fikrini tədqiq etmişdir. Bundan sonra belə bir
fərziyyə ilə çıxış etmişdir: İlk dövr mənbələri Bərahiməni qədim bir İbrahimi
irsə nisbət edərkən, İbn Hazm, Cüveyni, Şəhristani kimi mutəəxxirun dövrü
mənbələri isə hind mədəniyyətinə aid edirlər.
13
Qazı Əbdülcabbarla eyni əsrdə yaşamış bir alim olan Əşəri məktəbinə
mənsub Baqillani (v. 403/1013), Bərahimənin iki qola ayrıldığını ifadə edir:
1. Peyğəmbərləri bütünlüklə inkar edərək məxluqata Allah tərəfindən
peyğəmbər göndərilməsini doğru çıxaracaq bir cəhət olmadığını iddia
edənlər. 2. Həzrət Adəm (bir fikrə görə isə həzrət İbrahim) xaricində bir
peyğəmbər göndərilmədiyini söyləyənlər.
14
Bərahimənin etirazları haqqında ilk dövr ədəbiyyatı əsasında məlumat
Paul Krausun əl-Müəyyəd fi-din əş-Şirazinin əl-Məcalisu-l-müəyyədiyyə
kitabında nəql edilən əz-Zümürrüd adlı məşum mətnə aid iqtibasları nəşr
etdirməsi ilə əldə edilmişdir. Kraus Kitabu-z-zümürrüdün bu kimi fikirlər
baxımından ən qədim mənbə olduğunu, ancaq Bərahiməyə nisbət edilən bu
fikirlərin hind Brahmanizmi ilə əlaqəsinin olmadığını, bu fikirlərin həqiqi
sahibinin İbnu-r-Ravəndi olduğunu və onun bu sapqın inancları Bərahimənin
adından istifadə edərək yaymaq istədiyini irəli sürmüşdü. Qısaca bu fikirlər
Bərahiməyə aid olmayıb, cədəli bir qurğu ilə onlara aid edilmişdi. Düzdür,
10
Günay Tümer, “Brahmanizm”, TDV İslam Ansiklopedisi, VI, 332.
11
Təhanəvi, Kəşşafu istilahati-l-funun, Beyrut, tarixsiz, I, 149.
12
əş-Şəhristani, əl-Miləl və-n-nihəl, Qahirə 1968, III, 95-97.
13
Norman Calder, “The Barahima: Literary construct and historical reality”, Bulletin
of the school of Oriental and African studies, London 1994, LVII/1, s. 40-51.
14
Baqillani, ət-Təmhid, Qahirə 1947, s. 96.
Dr. Adilə TAHİROVA
72
dai/təbliğatçı, əz-Zümürrüddə peyğəmbərliyi inkar edənlərlə birlikdə isbat
edənlərin də dəlillərinin mövcud olduğunu görmüş və onsuz da bilinən bu
dəlilləri təkrar etməyi gərəksiz hesab etmiş və ancaq inkar edənlərin
dəlillərini çatdırdığını bildirmişdir.
15
Artıq bu fikirlərin İbnu-r-Ravəndiyə
deyil, Əbu İsa əl-Vərraqa aid olduğu izahı daha məqbul hesab edilir. Əbu
Bəkr ər-Raziyə nisbət edilən və Əbu Hatim ər-Razi tərəfindən Ə’lamu-n-
nübüvvə adlı əsər ilə rədd edilən nübüvvət əleyhinə fikirlərin mənşəyini isə
yunan fəlsəfəsində axtarmaq lazımdır. Bu fikirlər sanki günümüzdə yaşayan
hər hansı bir deist, pozitivist, scientism tərəfdarı tərəfindən səsləndirilir.
Ancaq bu fikirlərin Bərahiməyə aid edilən fikirlərlə eyni mühitdə ortaya
çıxdığını sezmək çətin deyil. Əbu İsanın Bərahimə və əqidələri haqqında
yazdıqlarının tamamilə uydurma məhsulu olmasından əmin olmaq olmaz.
Çünki ortada yenə erkən dövrlərə aid olub Bərahiməyə nisbət edilən bir çox
fikri çatdıran mətnlər vardır. Məsələn tədqiqatçı Sarah Stroumsanın
qeydlərinə görə, əl-Qasım ibn İbrahim (v. 246/860) və yəhudi müəllif Davud
ibn Mərvan əl-Muqammis (III/IX əsr) Bərahiməyə nisbət edilən fikir və
əqidələri tanıtmışdılar. Yəni əz-Zümürrüd, Krausun hesab etdiyi kimi,
Bərahimə haqqındakı ən qədim mənbə deyildi. Bütün bunlar o dövrdə
müxtəlif hind inanclarının Bərahimə adı altında tədqiq edildiyini və bunların
uydurma deyil, otantik (orijinal) məlumatlar olduğunu göstərir.
16
Bərahimənin mənşəyi haqqındakı açıqlamalardan sonra fikirlərindən
bəhs etmək yerinə düşər. Qazı Əbdülcabbar Bərahimənin iddialarından bir
çox yerdə bəhs etmiş, əl-Muğninin XV cildinin ayrı bir bölümündə
dəyərləndirib cavablar vermişdir. O, başqa alimlər tərəfindən Bərahiməyə
verilən cavablardan da iqtibaslar vermişdir. Bu da Qazının dövründə
nübüvvət əleyhinə fikirlərin yayıldığını və bu fikirlərə qarşı etiraz və rədd
məqsədi daşıyan əsərlərin yazıldığını göstərir. Mötəzilə kəlamçıları
Zənadıqa hərəkatı ilə böyük bir əzmlə mübarizə apararaq heresioqrafik
15
Əbdürrəhman əl-Bədəvi, Min tərixi-l-ilhad fi-l-İslam, Qahirə 1993, s. 92-93, 135-
138; Əbdüləmir əl-Əsəm, İbnu-r-Rivəndi fi məracii-l-arabiyyə əl-hadisə, Beyrut
1978, I/266. Bu fikirlər haqqında məlumat üçün Paul Krausun “İbnu-Ravəndi”
məqaləsinin Əbdürrəhman Bədəvi tərəfindən almancadan ərəbcəyə edilmiş
tərcüməsinə də müraciət edilmişdir. Adı keçən məqalə Şirazinin əsərindən
alınmışdır.
16
İlhan Kutluer, Akıl ve İtikad, s. 70-72; 77-82.
Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar
73
mətnlərdəki ilhadi fikirləri rədd etmiş və bəzən zındıq siyahıları tərtib
etmişlər.
17
Qazı, kəlama aid əsərlərindən biri olan Təsbitu dəlaili-n-nübüvvə
peyğəmbərliyi inkar edən Məkkəli müşriklərə, həzrət Muhəmmədin (s.a.s.)
peyğəmbərliyini qəbul etməyən xristian və yəhudilərə, peyğəmbərlik
əqidəsini bütünlüklə rədd edən Bərahimə və Dəhriyyəyə qarşı İslamın irəli
sürdüyü nübüvvət anlayışını müdafiə etmək üçün qələmə aldığını ifadə edir.
Bərahimənin nübüvvətə etirazları klassik mənbələrdə belə ifadə edilir:
1.
Ağıl, insana yetərlidir. Buna görə peyğəmbərlərin göndərilməsinə
ehtiyac yoxdur. Peyğəmbərin gətirdiyi məsələlər ya ağla uyğundur və ya
deyildir. Ağla uyğundursa ağıl onu qavramaq və əldə etmək üçün yetərlidir.
O zaman peyğəmbərə ehtiyac yoxdur. Əgər ağla uyğun deyilsə, qəbul edilə
bilməz. Başqa bir ifadə ilə peyğəmbərlərin gətirdikləri məsələlər bəlkə
mənasız deyil. Ancaq ya ağla uyğundur, ki ağlın buna ehtiyacı yoxdur. Ya da
ağla müxalifdir ki, bunu da qəbul etmək olmaz.
2.
Peyğəmbərlərin iddialarının doğruluğunu bilmənin əqli baxımdan
mümkün görünməyən (əsanın ilana çevrilməsi, ölünün dirildilməsi və s. kimi
fövqəladə sayılan hadisələr) yollardan başqa bir isbat şəkli yoxdur.
3.
Ağıl, Allahın hikmətli olduğuna dəlalət edir. Hakim olan
yaratdıqlarına yalnız ağlın dəlalət etdiyi məsələləri əmr edər. Əqli dəlillər
aləmin qüdrətli və hikmətli bir yaradıcısı olduğuna, bəndələrinə şükür
etmələrini lazım gətirən nemətlər verdiyinə, bunların bilindiyi və şükür
edildiyi təqdirdə savab veriləcəyinə, edilmədiyi zaman cəza veriləcəyinə
işarət edir. O zaman bir bəşərə tabe olmağa ehtiyac yoxdur. Həm də gətirdiyi
məsələlər bunlara ziddirsə, o zaman sözləri açıq bir şəkildə onun yalan
dediyini göstərir.
4.
Hikmət sahibi bir yaradıcı, ağıl tərəfindən qəbih görülən məsələlərdən
bəndələri məsul tutmaz. Halbuki şəriətlərdə ibadət əsnasında müəyyən bir
yerə yönəlmə, təvaf, səy, şeytan daşlama, ihram, qara daşı öpmə, oruc ikən
ac, susuz qalma və s. kimi məsələlər əmr edilir. Bunlar ağla uyğun olmayan,
qubh qəbul edilən məsələlərdir.
17
İlhan Kutluer, Akıl ve İtikad, s. 13. Məsələn Qazı Əbdülcabbarın tərtib etdiyi
zındıq siyahısı üçün bax. Qazı Əbdülcabbar, əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl,
V cild, s. 9.
Dr. Adilə TAHİROVA
74
5.
Əgər nəql vasitəsilə məsləhətə uyğun məsələlər gətirilirsə, o zaman
Allahın bunları peyğəmbər göndərmədən insanlara ağıl vasitəsilə bildirməsi
mümkün olmalıdır. Əks təqdirdə Allahın qüdrəti şübhə altına düşər.
6.
Risalət iddiasında ən qəbul eidlməz nöqtə, eyni şəklə, nəfsə və ağla
sahib, hamının yediyindən yeyən və içdiyindən içən bir insana tabe
olmaqdır. Halbuki onun digər insanlardan fərqi yoxdur. Həm də onun
iddiasının doğruluğunun dəlili nədir?
7.
Əgər möcüzə vasitəsilə peyğəmbərlə saxta peyğəmbər bir-birindən
ayrılırsa buna əl çevikliyi və sehrbazlıq qarışmadığını necə bilmək
mümkündür. Möcüzə ilə hiyləni ayırmaq mümkün olmadığı üçün yalnız ağla
güvənmək və peyğəmbərlərin sözlərini qəbul etməmək lazımdır.
8.
Allahın inkar və rədd edəcəklərini bildiyi şəxslərə peyğəmbər
göndərməsi hikmətli bir davranış deyil.
18
Bu etirazların əsasını ağlın yetərliliyi prinsipi təşkil edir. Qazı, onlara
belə cavab verir: Peyğəmbərlər tərəfindən gətirilən təklif mövzularının əqli
dəlillər vasitəsilə bilinməsi mümkün deyil. Təklif məsələləri ancaq Allahın
bəyanı ilə bilinir. Bunun peyğəmbərlər vasitəsilə bildirilməsi caiz olmadığı
təqdirdə aciz tutma və qüdrətindən şübhəyə düşmə baş verə bilər ki, bu da
düşünülə bilməz.
19
Bundan sonra da Qazı, cədəl vasitəsilə qarşısındakını
ilzam etmə metodu əsasında rədd edir.
Bundan başqa nəql, ağlın yetərli olmadığı bir çox məsələyə aydınlıq
gətirir. Belə ki, vacibə aparan və qubhdan uzaqlaşdıran əməlin mütləq vacib
olduğu və bunun əksinə vacibdən uzaqlaşdırıb pis əmələ aparan felin də
qəbih xarakteri daşıdığı ağılla təsdiq edilmiş prinsiplərdir. Əgər bu
doğrudursa, əməl edildiyi zaman vaciblərin yerinə yetirilməsinə
yaxınlaşdıran və pisliklərdən uzaqlaşdıran və bunun əksinə olan əməllər
vardır. Məsələn, şərab içilməsinin insanı qubha (pis əmələ) sövq etdiyi
öyrənildiyi zaman bunun işlənməsinin qəbih fel kateqoriyasına girdiyi,
namazın mənfəətləri, faydaları izah edildiyi zaman isə namaz qılmanın həsən
fel statusunda qəbul edildiyi bilinir. Ağıl, məsləhət və lütf keyfiyyəti daşıyan
18
Baqillani, ət-Təmhid,s. 97-107; Şəhristani, əl-Miləl və-n-nihəl,III, s. 96-97; Qazı
Əbdülcabbar, əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl, XV, s. 109 və davamı; Qazı
Əbdülcabbar, Şərhu-l-usuli-l-xəmsə, s. 563-564.
19
Qazı Əbdülcabbar, əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl, XV, s. 140.
Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar
75
fellərlə bu keyfiyyətdə olmayanları bir-birindən ayıra biləcək bir istedada
sahib deyil. Allahın bu felləri insanlara bildirməsi labüddür. Bunu bilmək isə
ancaq bir peyğəmbər vasitəsilə mümkündür. Allahın bunu etməsi vacib olub
etməməsi caiz deyil.
20
Nəqlin ağla müxalif hökmlər gətirdiyi iddiasına gəlincə, elm əldə etmə
vasitələrinin verdiyi məlumatlar zidd ola bilməz. Peyğəmbərlər ağılda
müəyyən olunmuş əsas prinsiplərin və icmali məlumatların təfsilatını və
təfərrüatlarını gətirmişlər. Ağıl bütün məlumatları tam, əskiksiz və təfərrüatı
ilə birlikdə əhatə etmir. Çünki məlumatlar sonsuzdur. Ağılda yalnız ümumi
məlumatlar, əsaslar mövcuddur. Beləliklə nəql, ağla zidd məlumatlar
gətirmir. Məsələn məsləhətin vacibliyi və məfsədətin qəbihliyi ağılda təyin
edilmişdir. Ancaq hansı əməllərin məsləhət, hansı əməllərin məfsədət
olduğunu bir-bir ağıl vasitəsilə bilmək mümkün deyil. Allah Taala insanlara
bu fellərin statusunu bildirmələri üçün peyğəmbərlər göndərmişdir. Bundan
başqa ağlın, əmanətin verilməsinin, nemətə şükr etmənin və insafın
yaxşılığını, zülmün və yalanın pisliyini bilməsi mümkündür. Ancaq namazın
pislikdən uzaqlaşdırdığını, şərab içmənin düşmənliyi və azğınlığı artırdığını
bilməsi mümkün deyil. Namaz, oruc, həcc və zəkat kimi ibadətlərin şərtləri
və rüknləri olmadan yerinə yetirilməsi ibadət sayılmaz. Bu kimi halları
bilmək üçün də ağıl yetərli deyil. O zaman Allahın bunları bizə öyrədəcək
birini göndərməsi labüddür. Beləcə ibadətlərin və onların şərt, zaman və
məkanlarının ağılla bilinməyəcəyinə görə nəqli dəlilə ehtiyac vardır. Buna
görə də bisət (peyğəmbər göndərmə) həsən qəbul edilir.
21
Başqa bir ifadə ilə
taabudi məsələlərdə nəql hakimdir və ağıl bu məsələlərin təfərrüatı haqqında
məlumat mənbəyi deyil.
Bir felin fayda və ya zərərinin həm ağıl, həm də nəql yolu ilə (iki fərqli
yolla) bilinməsi, hər birinin ayrı bir bilinmə yolu olmadığına dəlalət etməz.
20
Qazı Əbdülcabbar, , Şərhu-l-usuli-l-xəmsə, s. 564; e. mlf., əl-Müxtəsər fi usuli-d-
din, s. 236.
21
Qazı Əbdülcabbar, əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl, XV, s. 31, 111; e. mlf.,
Şərhu-l-usuli-l-xəmsə, s. 564-565.
Dr. Adilə TAHİROVA
76
Həm də əməllərdəki həsən və qəbih olma yönlərinin heç bir zaman
dəyişmədiyini söyləmək mümkün deyil.
22
Qazı, küfr edəcəyi bilinən birinə təklifin yüklənməsinin salah olmadığını
iddia edənlərə belə cavab verir: Allahdan gələn təklifin mükəlləfin qəbulu ilə
nemət olması caiz deyil. Bu, Allahın bəndənin iman etməsinə bağlı olaraq
nemət verici olduğu şəklində caiz olmayan nəticəyə götürər. Bundan başqa
insanın seçim qabiliyyətini (iradə azadlığını) də unutmaq olmaz.
23
Bərahimənin namaz, həcc və s. ibadətlərin hamısının qəbih olması
iddiasına gəldikdə bu, uzaq bir ehtimaldır. Çünki mücərrəd felin qəbih və ya
həsən olduğuna hökm etmək mümkün deyil. Məsələn qiyamın
24
(ayaq üstə
durmaq) pis olub olmadığı sualına cavab vermək mümkün deyil. Burada bir
məqsəd əldə edilirsə və qubh cəhətlərdən uzaqdırsa o fel həsəndir. Möcüzə
vasitəsilə doğrulanmış rəsulun sözü ilə bu fellərdə insanlar üçün məsləhət və
lütf olduğu bilinir. Bundan başqa qiyam (ayaq üstə durmaq) bir çox hallarda
yaxşı hesab edilir. Məsələn, o hörmət və ya başqa bir məqsəd ehtiva edərsə
yaxşıdır. Oturma, ruku (əyilmə), yerimə, təvaf (Kəbənin ətrafını dolanmaq)
və s. də belədir. Qiyam, quud (oturma), ruku, səcdə, yerimə, qaçma, təvaf,
daş atma və s. hərəkətlər bu dünyaya aid mənfəətləri təmin etmə, zərərləri
dəf etmə xüsusiyyətlərinə görə həsən olaraq xarakterizə edilirsə, dini
mənfəətlər təmin etdiyi üçün həsən keyfiyyəti daşıması mümkündür. Nəql
vasitəsilə bu hərəkətlərin dində zərərdən uzaqlaşdırma və mənfəət təmin
etmə kimi yönlərinin olduğu bilinir. Əgər qısa və keçici mənfəətlər gətirdiyi
və yenə qısa, keçici zərərləri dəf etdiyi üçün bəzi əməllər həsən qəbul
edilirsə o zaman əbədi və daimi zərərləri dəf etdiyi üçün və daimi faydaları
təmin etdiyi üçün ibadətlərin həsən qəbul edilməsi daha gərəklidir. Qiyam,
quud, ruku, səcdə, yerimə, qaçma, təvaf, daş atma və s. hərəkətlər bu
nəticəyə apardığı üçün həsəndir.
25
22
İlyas Çelebi, İslam inanç sisteminde akılcılık ve Kadı Abdulcebbar, Rağbet
yayınları, İstanbul 2002, s. 314-315; Qazı Əbdülcabbar, Şərhu-l-usuli-l-xəmsə, s.
565-567.
23
Qazı Əbdülcabbar, əl-Muğni, XV, 138-141; e. mlf., əl-Müxtəsər fi usuli-d-din, s.
229-230.
24
Qiyam, quud, ruku, səcdə, təvaf və s. terminlər olub İslamdakı ibadətlərlə (namaz,
həcc) əlaqəli istifadə edilən terminlərdir.
25
Qazı Əbdülcabbar, əl-Muğni, XV, 117-124.
Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar
77
Peyğəmbərlik sisteminin faktiki olaraq reallaşması, yəni ilk insan olan
həzrət Adəmdən etibarən həzrət Muhəmmədə (s.a.s.) qədər bir çox
peyğəmbərin göndərilməsi də peyğəmbərlər təbəqəsinin varlığını isbat etmək
üçün kifayətdir. Bu nöqtə də klassik dövr alimlərinin peyğəmbərliyi
əsaslandırmasında vurğulanmışdır.
Qazı Əbdülcabbarın nübüvvət əleyhdarı qruplara qarşı rəddiyyələrini
əsasən bu punktlarda ifadə etmək mümkündür:
1.
Ağıllı bir şəxsin aləmi yaradaraq insanı varlıq sahəsinə çıxaran və
sonra da heç bir müdaxilə, kömək və nizamlama etmədən hər şeyi başlı-
başına tərk edən bir tanrı fikrini qəbul etməsi çətindir.
2.
Əşya və ehkamı bilmək üçün iki yolun-ağıl və vəhyin- olması onlar
arasında ziddiyyətin olmasını lazım gətirməz.
3.
Ağlın, peyğəmbərlərin gətirdiklərinə ehtiyacı olmadığı fikri doğru
deyil. Peyğəmbərlərin gətirdikləri məsələlər ağılda ümumi olaraq müəyyən
olunmuş prinsiplərin açıqlanmasıdır. Məsələn, məsləhətin vacib, zərərin pis
olduğu prinsipi ağılda təyin edilmişdir. Ancaq nəyin məsləhət, nəyin isə
məfsədət olduğunun təyini üçün yalnız ağıl yetərli deyil.
Şəriətin gətirdiyi hər şeyin ağla görə qəbih olduğu iddiası doğru deyildir.
Qazı Əbdülcabbar, oruc tutma, Kəbə ətrafında təvaf, namaz qılma kimi şəri
əməllərə hikmət baxımından nəzər saldıqda bu fellərin bəzi məqsədlərə
xidmət etdiyini əqli cəhətdən anlamanın mümkün olduğunu sübut edir.
Beləcə heç bir şey boş və səbəbsiz deyil.
26
Bərahimə ilə mükalimədə istinad ediləcək ən güclü nöqtə peyğəmbərlər
göndərmənin lütf olduğudur. Qazı, bəndələrə olan məsləhətin yalnız təklif
mövzularının bildirilməsi ilə tamamlandığını ifadə edərək bisətin gərəkli
olduğunu bildirir.
27
Qazı Əbdülcabbara görə, ağlın hüsn və qubhu
bilməyəcəyini, əmr və nəhyin ancaq peyğəmbərlə bilinməsinin mümkün
olduğunu söyləyən Əşərilər, peyğəmbər göndərməyi bir lütf olmaqdan
çıxararaq hikmət aranmayan imani bir məsələ halına gətirmişlər.
28
Halbuki
nübüvvət məsələsi ilahi ədalət və hikmətlə yaxından əlaqəsi olan və ağıl ilə
26
Əbdülkərim Osman, Nazariyyətu-t-təklif (Ərau-l-Qadı Əbdulcabbar əl-kəlamiy-
yə), Beyrut 1971, I cild, s. 94.
27
Qazı Əbdülcabbar, əl-Muğni, XV, 21-26.
28
Qazı Əbdülcabbar, əl-Muğni, XV, 97.
Dr. Adilə TAHİROVA
78
əsaslandırıla biləcək bir məsələdir. Çünki ağıl, yeni biliklər ortaya qoya bilsə
də bu gücü mükəmməl və sonsuz deyil. Məhdud ömrü və elmi ilə insanın
həyatda qarşılaşdığı bütün problemlərini həll etməsi, varlıq və hadisələrə
rasional izahlar verməsi çox çətindir. Bu baxımdan da peyğəmbərlər
vasitəsilə insanlığa gələn məlumatlar bir rəhmət və lütfdür. Bir çox istedad
və üstün keyfiyyətlərə sahib olan insanın eyni zamanda zəif iradəli, yalan
danışma, pislik etmə kimi mənfi xüsusiyyətlərə də meylli insanı xeyirli işlər
görməyə çağıran, doğru yolu göstərən rəhbərlərə-peyğəmbərlərə ehtiyacı
vardır.
Bundan başqa vəhyin verdiyi məlumatlardan bəzisini ağılla əldə etmək
mümkün olsa belə, ağılla bunu əldə etmək uzun zaman alacağına görə
vəhyin bildirməsi asanlıq gətirir. Çünki ağıl hər kəsdə eyni səviyyədə
olmayıb bu məlumatları əldə etmək qabiliyyətinə hamı malik deyil. Ağıl
Allahın varlığını bilmə imkanına sahib olsa da ilahi sifətlər, Allah-insan,
Allah-kainat münasibəti kimi uluhiyyətə dair məsələlərdə dəqiq məlumatlar
verə bilməz. Eyni zamanda ibadət mövzularını, axirət aləminin varlığını
bilməyə də qadir deyil. Nəticə etibarilə ağıl və vəhyin özünə məxsus
sahələrinin olduğu unudulmamalıdır. Kainat və bu dünyanın həqiqətlərinə
ağılla çatmaq mümkün olsa da, metafizik aləm haqqında məlumat ancaq
vəhylə əldə edilir.
Peyğəmbərliyi inkar edənlər və onlara verilən cavablardan başqa mövzu
ilə əlaqəli bir məsələ də həzrət Peyğəmbərin peyğəmbərlərin sonuncusu
olduğu və ondan sonra rəsul və ya nəbi vəsfini daşıyan hər hansı bir
peyğəmbərin gəlməyəcəyi prinsipidir. Qurani-Kərimdə həzrət Peyğəmbərin
Allahın rəsulu və peyğəmbərlərin sonuncusu olduğu açıq bir şəkildə ifadə
edilmişdir. “Nəbilərin sonuncusu” kimi xarakterizə edilməsinin səbəbi kimi
rəsul adının mələklər üçün də istifadə edilməsidir. Mələklər Allahın rəsulları
olmağa davam etdikləri üçün rəsulların sonuncusu kimi bir ifadə doğru
olmazdı. Buna görə nəbilərin sona çatdığı, ancaq Allahın insanlardan rəsul
göndərməyə davam edəcəyi şəklində müxtəlif qruplar tərəfindən irəli sürülən
iddialar mənasızdır. Hədislər də həzrət Muhəmmədin (s.a.s.) son peyğəmbər
olduğunu açıq ifadələrlə bildirmişdir.
29
Onun gətirdiyi vəhy Allahdan gələn
29
Bekir Topaloğlu, Yusuf Şevki Yavuz, İlyas Çelebi, İslamda inanç esasları,
Mərmərə Universiteti İlahiyyat fakultəsi yayınları, İstanbul 1999, s. 206.
Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar
79
orijinal şəkliylə, təhrifə uğramadan, olduğu kimi əsrlərdən keçərək günümü-
zə qədər gəlmişdir. Tarixdə də peyğəmbərlik iddiası ilə ortaya çıxanlar ciddi
qəbul edilməmiş və heç bir şəkildə iddialarını isbat edə bilməmişlər. Tarixdə
saxta, yalançı peyğəmbər adından başqa bir ad qazanmamışlar.
Nəticə olaraq Qazı Əbdülcabbar, nübüvvətin zəruriliyini əsasən ədalət,
lütf, prinsipləri, məsləhət (salah), hikmət nəzəriyyələri və ağlın məlumat
verə bilmədiyi mövzulara aydınlıq gətirməsi ilə əsaslandırır. O, pey-
ğəmbərliyi qəbul etməyən və ya İslamın gətirdiyi nübüvvət anlayışına uyğun
gəlməyən fikirlər səsləndirən şəxs və cərəyanlara qarşı əsərlərində cavablar
yazmışdır. Bütün bunlar Qazı Əbdülcabbarın da digər müsəlman alimlər
kimi öz dövrünün aktual problemlərinə də biganə qalmadığını göstərir.
Kəlam elminin vəzifələrindən biri də hər dövrdə İslamın gətirdiyi əqidə
əsaslarını qorumaq, bu əsaslara uyğun olmayan fikirləri cavablandırmaqdır.
Bunun üçün də bizə işıq tutacaq və istifadə edəcəyimiz ən əsas mənbə
Quranın ruhu və bizim üçün hər zaman nümunə olan Peyğəmbərin
davranışları qalmaqla birlikdə dəyişməz olan əqidə əsaslarını -məsaili- isbat
etməyə və onlara uyğun olmayan fikirləri cavablandırmağa yarayacaq bütün
elmlərin verdiyi məlumatlardan istifadə edilə bilər. Bu, kəlam elminin vəsail
deyilən və dövrlərə görə dəyişə bilən qismini təşkil edir.
Dr. Adilə TAHİROVA
80
Dostları ilə paylaş: |