ƏDƏBİYYAT
1.
Adilə Tahirova, Kadı Abdülcebbar ve Ebü-l-Muin en-Nesefiye göre
nübüvvetin gerekliliyi, Mərmərə Universiteti Sosial Bilimlər İnstitutu
ilahiyyat/kəlam bölümü, Doktorluq dissertasiyası, İstanbul-2004.
2.
Baqillani, ət-Təmhid, Qahirə 1947.
3.
Bekir Topaloğlu, Yusuf Şevki Yavuz, İlyas Çelebi, İslamda inanç
esasları, Mərmərə Universiteti İlahiyyat fakultəsi yayınları, İstanbul 1999.
4.
Əbdülkərim Osman, Nazariyyətu-t-təklif (Ərau-l-Qadı Əbdulcabbar
əl-kəlamiyyə), Beyrut 1971.
5.
Əbdürrəhman əl-Bədəvi, Min tərixi-l-ilhad fi-l-İslam, Qahirə 1993.
6.
Əbdüləmir əl-Əsəm, İbnu-r-Rivəndi fi məracii-l-arabiyyə əl-hadisə,
Beyrut 1978.
7.
Əbu-l-Muin ən-Nəsəfi, Təbsıratu-l-ədillə, təhqiq edən: Claude
Salame, Dəməşq 1990.
8.
əş-Şəhristani, əl-Miləl və-n-nihəl, Qahirə 1968.
9.
Günay Tümer, “Brahmanizm”, TDV İslam Ansiklopedisi, VI, 332.
10.
İbn Mənzur, Lisanu-l-Arab, Beyrut tarixsiz, Daru Sadır.
11.
İlhan Kutluer, “İlhad”, TDV İslam Ansiklopedisi, XXII, 93-96.
12.
İlhan Kutluer, Akıl ve İtikad (Kelam-felsefe ilişkileri üzerine
araştırmalar), İz yayıncılık, İstanbul 1998.
13.
İlyas Çələbi, İslam inanç sisteminde akılcılık ve Kadı Abdulcebbar,
Rağbet yayınları, İstanbul 2002.
14.
Qazı Əbdülcabbar, əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl, Qahirə
1962-1965.
15.
Qazı Əbdülcabbar, əl-Müxtəsər fi usuli-d-din (Rəsailu-l-ədl və-t-
tövhidin içində), Qahirə 1971.
16.
Qazı Əbdülcabbar, Şərhu-l-usuli-l-xəmsə, Qahirə 1988.
17.
Maturidi, Kitabu-t-tövhid, təhqiq və şərh: Bekir Topaloğlu,
Muhammed Aruçi, İSAM yayınları, Ankara 2003.
18.
Melhem Chokr, İslamın hicri ikinci asrında zındıklık və zındıklar,
(tərcümə edən: Ayşe Meral), İstanbul 2002.
19.
Məhəmməd Fuad Əbdülbaqi, əl-Mucəmu-l-mufəhrəs li-əlfazi-l-
Qurani-l-Kərim, Tehran 1372.
Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar
81
20.
Mustafa Sinanoğlu, “İlhad”, TDV İslam Ansiklopedisi, İstanbul
2000, XXII cild, s. 90.
21.
Norman Calder, “The Barahima: Literary construct and historical
reality”, Bulletin of the school of Oriental and African studies, London 1994,
LVII/1, s. 40-51.
22.
Təhanəvi, Kəşşafu istilahati-l-funun, Beyrut, tarixsiz.
23.
Zəbidi, Tacu-l-arus, Qahirə 1306.
Dr. Adilə TAHİROVA
82
РЕЗЮМЕ
Статья содержит информацию об eретических группах которые не
признают пророчество-в частности о Берахима. В статье исследуются
вопросы о его происхождении и их взгляды на данную тему а также
ответы на вопросы ставленные Берахимой. Вопрос рассматривается
главным образом с точки зрения мутазилитского теолога Кады Абдуль-
джаббара. Он внес свой вклад в историю развития Калама и преемники
считали его главой Мутазилитской школы. Статья имеет важное зна-
чение в преподавании Калама преподавателями- теологами и может
быть использовано как научное пособие. Ключевые термины:
Берахима, Кады Абдульджаббар, «агл» и «вахий».
THE SUMMARY
The article keeps the information about the heretic groups who don`t
recognize the prophethood, especially Barahima. The article the matters of
its origin and their opinions to the given theme, and the answers to the
questions given by Barahima are investigated. The matter is analized mainly
from the view point of mutazilian theologist Qadi Abd al-Jabbar. He brought
his contribution to the history of the development of the theology (Калам)
and was considered by his successors as the head of the Mu’tazilite school.
The article has a necessary role in teaching the Kalam by theologian-teachers
and it will be used as a scientific material. Keywords- Barahima, Qadi Abd
al-Jabbar, agl, vahy.
Əs-suyutinin “əl-muzhir” əsərində qrammatik cinsin bəzi morfoloji və qrammatik xüsusiyyətlərinə dair
83
ƏS-SUYUTİNİN “ƏL-MUZHİR” ƏSƏRİNDƏ QRAMMATİK
CİNSİN BƏZİ MORFOLOJİ VƏ QRAMMATİK
XÜSUSİYYƏTLƏRİNƏ DAİR
Süsən MEHRƏLİYEVA
Bakı Dövlət Universitetinin müəllimi
Əbdürrəhman Cəlaləddin əs-Süyutinin “Əl- Müzhir fi ülumil-luğa va
ənvaihə” əsərində qrammatik cinsin bəzi morfoloji və leksik-qrammatik
xüsusiyyətlərinə nəzər salmazdan öncə əsərin tərtibatına , ötəri də olsa ,
nəzər salaq .
Müəllif öz əsərini “nauun” – “tərz, üsul, növ, keyfiyyət” mənalarını
verən əlli fəslə bölmüşdür. Bunlardan səkkizi “İsnəd”, on üçü “Əlfaz”, başqa
bir on üç fəsil “Məna”, beş “lətaif” və “miləh”, bir fəsil “Hifzüllüğə”, səkkiz
fəsil “Dilin vəziyyəti" və “ribat”ları adlanan məsələyə, biri “Şeir və şair”
bölməsinə və sonuncu bir fəsil “Ərəblərin səhvləri” adlı bir fəslə ayrılmışdır.
Kitabı yeni şəkildə çapa hazırlayanlar Məhəmməd Əhməd Cad əl-
Maulə, Əli Məhəmməd əl-Bəcavi və Məhəmməd Əbülfəz İbrahimdir. İlk
baxışda bu əsər öz dövrünün leksikolkogiya sahəsində işlənib hazırlanmış
izahlı lüğətlərinin yığılıb toplanıb, qaydaya salınmasından başqa bir şey
deyildir. Bu sözlərin arasında bədəvi ərəblərin ləhcələrində işlədilən az
miqdarda dörd və beş kök samitli lüğət vahidləri mövcuddur ki, onlar da
pərakəndə halda əsərin içərisində işlədilmişdir.
“Əl-Muzhir”də olan sözlər əxz olunduğu lüğətlərdən götürülmüşdür. Bu
lüğətlərin bəziləri yeni çap zamanı ya itirilmiş, ya da əlyazmalar şəklində
qalmaqdadır. Lüğətdə örnək olaraq gətirilən bir çox sözlər az işləndiyinə
görə şərhə ehtiyac duyur. Buna görə də əsəri yeni çapa hazırlayan müəlliflər
dil və ədəbiyyat kitablarının ən məşhurlarına müraciət etmişlər. Əs-Suyuti də
həmin bu kitablardan öz əsərində istifadə etmiş və onların siyahısı ikinci
cildin axırında verilmişdir. Burada biz olduqca maraqlı və nadir məlumatlara
rast gəlirik. Bu əsərlərin sayı 168-ə qatır.
Süsən MEHRƏLİYEVA
84
İzahlarını vermək mümkün olmayan sözlərə gəlincə, onlar azdır.
Bunların səhifələri kitabda qeyd şəklində öz əksini tapmışdır. Əsəri yenidən
çap edərkən səhifələr dəyişmiş, münasib başlıqlar verilmiş, hər bir cildin
mövzularına fihristlər , yəni biblioqrafik məlumatlar tərtib olunmuşdur. Ərəb
ədəbi dili üçün vacib olan bu izahlı lüğət toplusunu təqdim edərkən Allah-
təaladan diləyimiz budur ki, səhvlərimiz bizə bağışlasın və bizi düzgün yola
hidayət etsin.
Müəllif bu əsərində ərəb leksikologiya elmində diqqətəlayiq yer tutmuş
ərəb və qeyri- ərəb leksikoqraflarının tərtib etdikləri lüğətlərdən geniş
şəkildə istifadə etmiş, onlardan çoxlu sayda iqtibaslar gətirmişdir. Onların
arasında mənşəcə türk hesab olunan Əbu Nasr İsmayıl ibn Həmmad əl-
Cauhərinin “Təcul–luğa va sahahul-arabiyyəti”, Cərulla Məhmud ibn əz-
Zəməxşərinin “Əsəsul-bələğa”, İbn Mənzur kimi tanınan Əbülfəz Cəma-
ləddin Məhəmməd ibn Mukrəmin “Lisanul-arab”, Məcduddin Əbu Tahir
ibn Yaqub əl-Firuzabadinin “əl-Qamus əl-Mühit”, Xətib ət Təbrizinin
“Təhzibu islah əl mantiqi”, Məhmud əz-Zəncaninin “əs- Sihah”a yazdığı
şərh, eləcə də İbn Düreydin “əl-Cəmhərə”, İbn Fərisin “əl-Mucməl” kimi
əsərləri, habelə Əbul Həsən əl Kisəi, Əbu Said, Əbu Zəkəriyyə əl-Fərra, əl-
Əsməi, Əbu Hatəm, Əbu Osman əl-Əşnəndani, İmam əl-Harameyni,
Fəxrəddin ər-Razi , İbn Furak, əl-Ğəzzali, əl-Məzari, əz-Zərkəşi, İbn Əsakir,
İshaq ibn Bişr, əş-Şirazi, əl-Kiyə əl-Hərrasi və başqalarının ərəb dilçiliyinə
dair yazdıqları tədqiqatlarından nümunələr vardır. Bu müəlliflərdən bir çoxu
tarixçi, mühəddis və müfəssirdir.
Lakin bu bizə müəllifin əməyini və xidmətini inkar etməyə əsas vermir.
Müəllif həmin dilçilik kitablarından çox şey toplamış, lakin bəzən ifadələri
kəsmiş və qısaltmışdır. Buna görə də kitabın yeni nəşrində müəllifin
topladığı söz və söz birləşmələrinin anlamının asan olması üçün ifadələr
(ehtiyac duyduqca) mötərizə içərisində açıqlamaları ilə verilmişdir.
Kitab üç dəfə və həmişə eyni şəkildə nəşr olunmuşdur. İlk çapı hicri
1282-ci ildə “əl-Əmiriyyə” mətbəəsi tərəfindən həyata keçirilmişdir. Kitabın
əlyazmalarının nüsxələrini əldə etmək üçün “Dərul kutub” nəşriyyatına
müraciət olunmuş, mötəbər adamlardan cavab alınmışdır ki, “Əmiriyyə”
çapı kitabın əlyazmalarından bir hərf belə fərqlənmir. İkinci nəşri “Əs-
Səadət” mətbəəsi tərəfindən hazırlanmış və çap olunmuşdur. Sonuncu nəşr
Qahirədə “Sabih” mətbəəsi tərəfindən həyata keçirilmişdir.
Əs-suyutinin “əl-muzhir” əsərində qrammatik cinsin bəzi morfoloji və qrammatik xüsusiyyətlərinə dair
85
Əsərin yeni nəşri zamanı hər üç çap nümunələrinə müraciət olunmuş və
aydın olmuşdur ki, onlar təhrif və anlaşılmaz sözlərlə doludur. Bu baxımdan
da əsərin hazırki nəşrinə ehtiyac duyulmuşdur. Əsəri yeni nəşrə hazırlayan
müəlliflər qeyd edirlər ki, kitab dilə həsr olunmuşdur. Kitabda dəlil olaraq
gətirilmiş əsl qaynaqlarla və dilçilik lüğətlərilə tanış olduqdan sonra kitabda
təhrif olunan və onlardan faydalanmağa mane olan yüzlərlə səhvi təshih
etmişlər.
1
Dilçilik tarixinə nəzər salarkən görürük ki, müxtəlif xalqların dillərində
bu dilləri oxşar etnik qruplarda birləşdirən eynicinsli qrammatik
kateqoriyalara ( hal, kəmiyyət, mənsubiyyət, cins, şəxs, şəkil və s.) xas olan
morfoloji, leksik-qrammatik və leksik-semantik cəhətlərin müxtəlifliyi
həmin dillərin özləri kimi müxtəlif formalarda təzahür edir. Elə cins
kateqoriyasını götürək. Heç şübhə yoxdur ki, bu kateqoriya ümumi bir
qrammatik kateqoriya olmaqla yanaşı ilk növbədə obyektiv gerçəklikdən,
yəni bütün yaradılmışların, heyvan və bitki aləminin erkən və dişilərə
bölünməsinin labüdlüyündən irəli gəlmişdir.
Kainatın kitabı adlandırılan müqəddəs Qurani-Kərimdə belə deyilmişdir:
نإ
اريصب اعيمس هانلعجف هيلتبن جاشمأ ةفطن نم ناسنلإا انقلخ ا
ً
ً
(Qarışıq nütfədən yaratmışıq insanı və imtahana çəkmək üçün eşidən
qulaqlar, görən gözlər vermişik ona)
2
.
Yaxud başqa bir ayəti-kərimə nəzər salaq :
دحاو سفن نم مكقلخ يذلا مكبر اوقتا سانلا اھيأ اي
ّ
لااجر امھنم ثبو اھجوز اھنم قلخو ة
ً
ّ
ابيقر اميلع ناك ﷲ نإ ماحرلأاو هب نولءاست يذلا ﷲ اوقتاو ءاسنو اريثك
ً
ً
ً
ّ
ً
(Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini
(Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar yaradan Rəbb-
inizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz
Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz
ki, Allah sizin üzərinizdə gözətçidir)
3
.
نودلاخ اھيف مھو ةرھطم جاوزأ اھيف مھلو
(Pak olan zövcələr gözləyir onları və onlar orada əbədilik qalarlar)
4
.
1
للاج نمحرلا دبع ةملاعلا
ص ،ةرھاقلا ،اھعاونأو ةغللا مولع يف رھزملا ،يطويسلا نيدلا
5
.
2
Qurani-Kərim, əl-Bəqərə surəsi, 25-ci ayə
3
Qurani-Kərim, ən-Nisa surəsi, 1-ci ayə
4
Qurani-Kərim, əl-İnsən surəsi, 2-ci ayə
Süsən MEHRƏLİYEVA
86
Yaxud da:
ىثنلأاو ركذلا قلخ امو
(And olsun erkəyi, dişini yaradana)
5
Bu təbiilik əsasında yaranmasına baxmayaraq cins kateqoriyasının
özünəməxsus cəhətləri də çoxdur. Məsələn, rus dilində sözlərin üç cinsə:
kişi, qadın və orta cinsə bölünməsi, ana dilimiz Azərbaycan dilində bu
kateqoriyanın leksik-qrammatik, qismən də morfoloji-qrammatik xüsusiyyət
daşıması və sairə bu kimi xüsusiyyətlər olduqca maraqlıdır və tədqiqat
obyekti olaraq qalmaqdadır.
Ərəb dilinə gəlincə, onu cins kateqoriyasının bəlkə də dünya dilləri
içərisində ən zəngin və eyni zamanda ən mürəkkəb bir kateqoriya olması
baxımından səciyyəvi sayılan dillərdən hesab etmək olar. Halbuki, hətta
dillərinin qeyri-bərabər inkişafı bu kateqoriyanın ana dilimizdə inkişaf
etməsinə təsir göstərməmişdir.
Afrika-Asiya dilləri ailəsinə mənsub olan sami dilləri bir neçə qollara
bölünməsinə baxmayaraq, onları qohum dillər ailəsinə daxil edən mühüm
cəhətlərdən biri də bu dillərdə ümumi kateqoriyalardan hesab edilən cins
kateqoriyasının, xüsusən qadın cinsinin morfoloji əlamətlərinin eyni
olmasıdır. 1998-ci ildə Qahirədə nəşr olunmuş “Dilçiliyə giriş” kitabında
doktor Mahmud Fəhmi Hicazi qeyd edir ki, sami dillər avro-asiya dillərinə
aiddir, qədim, orta və yeni dünya tarixində ən böyük dil ailələrindən ibarət
vahid bir dil qrupunu təşkil edir. Amerika dilçisi Qerinberq də bu dillərə belə
təqdimat verir və qeyd edir ki, bu dillərin oxşar cəhətlərindən biri -nin qadın
cinsinin əlaməti hesab edilməsidir.
Yuxarıda adını çəkdiyimiz müəllifdən daha bir fikri qeyd edək ki, Asiya-
Afrika dillərinə gəlincə , sözlər bir sıra meyarlara görə təsnif olunur,
onlardan ən mühümü kişi və qadın cinsi, yəni qrammatik cinsdir. Bütün
Asiya-Afrika dillərində “tə” samiti qadın və kişi cinsini fərqləndirmək üçün
işlədilir. Buna görə bu dillər həm morfoloji baxımdan, həm də qadın cinsinə
dəlalət edən səslərin ortaq olması baxımından oxşardır.
Bu oxşarlığı İ.M.Dyakonovun “Языки древней передней Азии”
əsərində qeyd etdiyi mülahizələrdən də görürük. Müəllif deyir ki, “dünya
mədəniyyətinin ilkin dillərindən olan qədim ön Asiyada yaşayan xalqların
5
Qurani-Kərim, əl-Leyl surəsi, 4-cü ayə
Əs-suyutinin “əl-muzhir” əsərində qrammatik cinsin bəzi morfoloji və qrammatik xüsusiyyətlərinə dair
87
dilləri xüsusi maraq yaradır və bu dillərin təsnifatı əsasən morfoloji təsnifata
əsaslanır”
6
.
Müəllif daha sonra qeyd edir ki, digər bir prinsip stadial prinsipdir ki,
digər qrammatik kateqoriyaların oxşar olub-olmamalarına görə araşdırılır.
Geneloji təsnifat isə əsas dil, ya da ona oxşar dillərin tədqiqi deməkdir”
7
.
Sami dillərin tədqiqində alman dilçilik məktəbinin də xüsusi rolu vardır.
“Alman dilçilik məktəbi” adlanan bu dilçilik məktəbinin ən görkəmli
nümayəndələrindən N.Osthoff, A.Leskin, K.Bruqmann, K.Brokkelman,
Nöldeke kimi “Yanq qrammatiklər”in (Gənc qrammatiklərin) xidmətləri
əvəzsizdir.
Ərəb dilində cins kateqoriyasının bütün morfoloji-qrammatik və leksik-
qrammatik xüsusiyyətlərinin elmi-nəzəri tədqiqi bir yana qalsın, onun bütün
formalarının müəyyən bir dil materialı əsasında tədqiqi məhz Əs-Suyutinin
“əl-Muzhir” əsərində daha geniş və daha mükəmməl şəkildə XV əsrdə
işlədilmiş leksik vahidlərə istinad olunaraq verilmişdir.
Həmin əsərdə cəm olunmuş və ayrı-ayrı fəsillərə bölünmüş cins
barəsində yazılanlara nəzər salaq.
Mövzudan uzaq düşsəm də, cins kateqoriyasının morfoloji əlamətləri
olmadığı halda, təbii cinsdən irəli gələn bir çox leksik vahidlərin (ata-ana,
bacı-qardaş, oğlan-qız, qul-kəniz və s.) mövcudluğunu, eyni zamanda erkək
və dişi sözlərinin istifadəsi ilə əksini tapan məhdud xarakterli bu
kateqoriyanın dilimizdə varlığını inkar etmək olmaz.
Dilçi alimlərin tədqiqatlarından irəli gələn bir cəhət də burada
inkaredilməz ifadəsini tapır ki, qrammatik formalı kateqoriyalardan başqa
isimlərdə morfoloji forması olmayan formalar da mövcuddur. Belə
kateqoriya heç bir əlavə formaya ehtiyac duymur.
Fikrimizi qısaca olaraq belə yekunlaşdırırıq ki, qrammatik forma
əsasında özünü göstərən ismə məxsus bir kateqoriya olan cins
kateqpriyasında isimlərin kişi və ya qadın cinsinə aid olması öz əksini tapır.
Bütün dünya dillərində təbii olaraq sözlərin cins bildirməsi mövcuddur.
Məsələn, Azərbaycan dilində ana, bacı, xala, qız, nən, gəlin baldız və sairə
6
И.М.Дьяконов «Языки древней передней Азии», Издательство «Наука»,
Главное редакция восточной литературы, Москва, 1967, стр.29.
7
Yenə orada
Süsən MEHRƏLİYEVA
88
kimi sözlər heç bir qrammatik forma qəbul etmədən ancaq qadın cinsini,
baba, ata, qardaş, əmi, dayı, oğlan, dədə, qayın, kürəkən, bacanaq və sairə
sözlər isə ancaq kişi cinsini bildirir. Lakin Azərbaycan dilində xüsusi cins
kateqoriyası mövcud deyildir. Çünki cins bildirmək üçün xüsusi qrammatik
forma yoxdur (Çin-Tibet, türk, fin-uqor və Cənub-Şərqi Asiya dillərində
olduğu kimi). Cins kateqoriyası əsasən hind-Avropa, sami, Afrika, dravid
dillərində özünü göstərir.
Məlumdur ki, söz yaradıcılığında əsasən dörd üsuldan : sintetik, analitik,
kökdəki səsin dəyişməsi və suppletiv üsuldan istifadə olunur. Dilimizdə cins
kateqpriyasının ifadəsində sonuncu, yəni suppletiv üsuldan istifadə olunur.
Bu o deməkdir ki, kişi cinsini bildirmək üçün bir kökdən, qadın cinsini
bildirmək üçün isə başqa kökdən olan söz işlədilir. Məsələn, ana-ata, kişi-
qadın, oğlan-qız, qardaş-bacı, əmi-bibi, dayı-xala, kürəkən-gəlin, qaynana-
qaynata, bacanaq-baldız və sairə.
Lakin bu üsul qeyri-məhsuldardır. Çünki dilimizdə elə sözlər vardır ki,
sözün ifadə etdiyi varlığın hansı cinsə aid olması üçün köməkçi sözlərdən
istifadə edirik. Məsələn, əmi oğlu-əmi qızı, xala oğlu-xala qızı, erkək ördək-
dişi ördək, erkək qoyun-dişi qoyun. Bir sıra sözlərdə (dayı nəvəsi, əmi
nəvəsi, bibi nəvəsi və sair) bu üsuldan istifadə etmək qeyri-mümkündür.
Yeri gəlmişkən onu qeyd edək ki, sözün şəkilçi vasitəsilə düzəldilən
formasına sintetik, köməkçi söz vasitəsilə düzələn formasına isə analitik
forma deyilir. Buradan aydın olur ki, dilimizdə cins kateqoriyası analitik və
suplletiv üsullarla düzəlir və əksər hallarda qeyri-məhsuldar olduğu üçün
dilimizdə cins kateqoriyasının səciyyəvi olmasına əsas yaranmır. Odur ki,
morfoloji baxımdan cins kateqoriyasının sabitləşmədiyi dillərdə, o cümlədən
türk dillərində bu kateqoriyanın xüsusiyyətlərindən bəhs edərkən “isimlərdə
cins mənası” termini ilə kifayətlənmək olar və bu da, məlumdur ki, təbii
cinsdən irəli gələn, yalnız canlı varlıqları ifadə edən isim və isimləşmiş
sözləri əhatə edir.
Bir çox dünya dillərində, o cümlədən Azərbaycan dilində, müasir ingilis
dilində ismin cinsini göstərə biləcək xüsusi morfoloji forma, spesifik şəkilçi
mövcud deyildir. Burada ingilis dilinin qrammatik xüsusiyyətlərinə müraciət
etməkdə məqsədimiz mövzuya daha geniş şəkildə aydınlıq gətirmək
səciyyəsini daşıyır və bu məqsədlə alimlərin əsərlərinə, o cümlədən
O.Musayevin 1996-cı ildə “Maarif” nəşriyyatı tərəfindən buraxılmış “İngilis
Əs-suyutinin “əl-muzhir” əsərində qrammatik cinsin bəzi morfoloji və qrammatik xüsusiyyətlərinə dair
89
dilinin qrammatikası” kitabına və digər əsərlərə müraciət etmişik. İngilis
dilində ənənəvi olaraq isimləri cinsə bölürlər: kişi cinsi (masculine Gender),
qadın cinsi (Teminin Gender), orta cins (Hender Gender). Orta cins (Hender
Gender) ingilis dilində isimlərin cinsə görə quruplara ayrılması üçün əsas
meyar olaraq onların leksik mənasını əsas götürür. Mənaca kişi cinsi
bildirənlər a man, a boy, a brother, a father, daddy və sairə kişi cinsinə,
mənaca qadın cinsi bildirənlər, məsələn, a woman, a gril, a mother, a
daughter, an auut, qranny və sairə isə qadın cinsinə, cansız varlıqları bildirən
isimlər, məsələn, a table, a bag, a map, a car, a cap və sair orta cinsə aid
edilir.
Ölkə adları da bir qayda olaraq qadın cinsinə aid olunur. Ərazi məna-
sında işləndikdə orta cinsə aid olunur. Mücərrəd isimlər şəxsləndirilərkən,
məsələn, dəhşət, güc və s. bildirənlər ( kar, anger, flear, hate, death və s), kişi
cinsinə, zəriflik, gözəllik bildirən sözlər ( məsələn, beauty, spring, friend,
ship, kindness, nature və s) qadın cinsinə aid olunur
8
.
Yuxarıda qeyd etdiyimiz və cins kateqoriyasına xas olan səciyyəvi
morfoloji- qrammatik xüsusiyyətlərə nəzər salarkən gördük ki, ingilis dili
Azərbaycan dili kimi dilin morfoloji-qrammatik mənzərəsini səciyyələndirən
başlıca xüsusiyyətlərindən biri olan sintetik forma baxımından kasıbdır.
Qrammatik cinsin ifadə formalarından biri də “konversiya” üsuludur ki,
məsələn, kişi cinsini ifadə edərkən sözün kökü dəyişməz olaraq qalır, qadın
cinsi isə müvafiq şəkilçi qəbul edir və ayrı-ayrılıqda hər iki söz ayrı-ayrı
cinsləri ifadə etmiş olur. Ərəb dilində sifət mənşəli sözlərin qadın cinsinin
morfoloji əlaməti olan “ tə mərbutə” vasitəsilə məhz belə “konversiya”ya
uğramasının şahidi oluruq; məsələn: kişi kəndli –
حلاف
, qadın kəndli –
ةحلاف
;
kişi mühəndis –
سدنھم
, qadın mühəndis –
ةسدنھم
; bacarıqlı (müz) –
يكذ
,
bacarıqlı (müən) –
ةيكذ
və s.
Qurani-Kərimdən örnək gətirək :
ميكح زيزع ﷲو ﷲ نم لااكن ابسك امب ءازج امھيديأ اوعطقاف ةقراسلاو قراسلاو
ً
ً
(Oğru kişi və oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza
olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət, hikmət sahibidir)
9
8
Oruc Musayev “İngilis dilinin qrammatikası”, “Maarif” nəşriyyatı, Bakı-1996,
səh:38-40
9
Qurani-Kərim, əl-Məidə surəsi, 38-ci ayə.
Süsən MEHRƏLİYEVA
90
Bu xüsusiyyət bir çox hind-Avropa dillərinə xasdır (rus dilində olduğu
kimi: student-studentka, supruq-supruqa, poet-potessa, baron-baronessa,
korol-koroleva və s.)
Bu metod ana dilimizə müəllim-müəllimə, katib-katibə, müdir-müdirə
kimi sözlərdə olduğu kimi, ingilis dilində- ess qadın cinsini bildirən yeganə
şəkilçinin istifadəsilə yaranan isimlərə aiddir.
Ərəb dilinə gəlincə bu dildə cins kateqoriyasının digər dillərdən fərqli
olaraq daha zəngin və əhatəli olması barədə fikrimizi açıqlamaq üçün qısaca
da olsa, bu dildə mövcud olan qrammatik cinsin bəzi xüsusiyyətlərinə nəzər
salaq. Təkcə ərəb dilli qaynaqlarla kifayətlənməyib, rus, azərbaycan, türk və
sairə dillərdə bu mövzuya həsr olunmuş fikir və mülahizələrə istinad edərkən
görərik ki, ərəb dilində yalnız iki cins – kişi və qadın cinsləri mövcuddur.
B.M.Qrande əsərlərindən birində hər iki cinsə aid edilən söz qruplarını
nəzərdən keçirərkən belə bir fikir ortaya çıxır ki, onlar ad qruplu sözlərin
qrammatik siniflərə bölünməsindən irəli gəlmişdir və bu qrammatik
kateqoriyanın mahiyyəti ondan ibarətdir ki, bir sıra dillərdə olduğu kimi ərəb
dilində də bütün isimlər iki böyük cinsə bölünür”
10
.
Digər bir əsərində ad qruplu sözlərin qrammatik cinsi barəsində belə deyir
ki, “kişi cinsinin müəyyən morfoloji əlaməti yoxdur və isimlərin əksəriyyəti
kişi cinsinə aid edilir. Qadın cinsini bildirən sonluqla
ة
,
ءا ـــَ
,
ى ـــَ
(yəni
təmərbutə, əlif məmdudə və əlif maqsura) hesab olunur. Ölkə adları, bədənin
cüt üzvləri, dişi heyvanlar, ölkə, şəhər, külək adları, ayrı-ayrı sözlər qadın
cinsindədir. Bəzi isimlər həm kişi, həm də qadın cinsinə aid olunur. Ümumi
məfhum bildirən sözlər, bəzi sifətlər hər iki cins üçün eynidir”
11
B.M.Qrande adı çəkilmiş əsərində ərəb ədəbi dilinə həsr olunmuş
qaynaqlara əsaslanan müddəalardan kənara çıxmayaraq belə bir nəticəyə
gəlir ki, kişi və qadın cinsində işlənən sözlər əksər hallarda morfoloji
əlamətlərlə özünü göstərir, xüsusilə də qadın cinsinin səciyyəvi morfoloji
əlamətləti vardır. Digər dillərdən alınma sözlər və oxşar şəkilçilər qadın cinsi
hesab olunur. Bununla belə bu dildə cins kateqoriyasının mükəmməl
10
Б.М.Гранде «Курс арабской грамматики в сравнительно-историческом ос-
вещении», Издательство Восточний литературы, Москва,1963,стр.:108-116.
11
Б.М.Гранде «Введение в сравнительное изучение семитских языков», Изда-
тельство «Наука», Главная редакция восточной литературы, Москва, 1972,
стр.:387.
Əs-suyutinin “əl-muzhir” əsərində qrammatik cinsin bəzi morfoloji və qrammatik xüsusiyyətlərinə dair
91
qrammatik qanunauyğunluğa tabe olmasına baxmayaraq, morfoloji baxımın-
dan qadın və kişi cinsinə müvafiq gəlməyən, lakin leksik mənasına görə
erkək və dişilərə ayrılan, bəzən də cansız varlıqların istər kişi, istərsə də
qadın cinsində işlənməsi bu dildə cins kateqoriyasının ifadə üsullarının
ikidən artıq olmasına dəlalət edir. Buna aşağıdakı nümunələr dəlalət edir.
Qohumluq əlaqəsi bildirən, yaxud ev heyvanları və bəzi vəhşi
heyvanların bildirən sözlər hər iki cins üçün ayrı-ayrı leksik vahidlərdən
ibarət olur:
رامح
– erkək eşşək,
ناتأ
– dişi eşşək,
لحف
– erkək dayça,
سرف
–
dişi at (yabı),
لمج
– nər,
ةقان
– maya,
دسأ
– erkək şir,
ةؤبل
– dişi şir,
دبع
– kölə
kişi,
ةمأ
– kölə qadın və s.
Digər qruplara aid sözlərin təsnifatının ərəb dilli qaynaqlarda eynilə
şahidi oluruq.
“Əl-Müzhir”də olan lüğətlərin bəziləri ya itirilmiş, ya da çap
olunmamışdır. Onun bir çox sözləri az işləndiyinə görə şərhə ehtiyac duyur.
Əsəri yeni nəşrə hazırlayan müəlliflər yazırlar ki, dil və ədəbiyyat
kitablarının ən məşhurlarına (
بدلأا ةغللا بتك تاھمأ
) müraciət etdik ki,
bunlardan Suyuti istifadə etmişdi, II cildin axırında onların siyahısı
verilmişdir.
Daha sonra əlavə edirlər ki, izahlarını verə bilmədiyimiz sözlər isə azdır,
bunları səhifələrin (
تاحفصلا ليذ
) aşağısında vermişik. Kitabı səhifələmiş,
münasib başlıqlar vermiş, hər bir fəslin hissələrinə fihristlər tərrib etmişik.
Ədəbi dilimiz üçün vacib olan bu izahlı lüğət toplusunu təqdim edərkən
Allah-taaladan diləyimiz budur ki, səhflərimizdən keçsin və bizi düzlüyə
uyğun görsün.
Cinsə dair müxtəlif növ məlumatlar
نوعبرلأا عونلا
adlanan fəsildə
verilmişdir.
رئاظنلاو هابشلأا ةفرعم
adlanır. Birada dilin azişlənən sözləri
رداون
وشو ةغللا
اھدرا
toplanmışdır : ibn Xaləveyhinin
ةغللا يف سيل باتك
adlandırdığı
üç cilddən ibarət əsərindən verilir.
ةغللا يف سيل
sözü
اذك لاإ اذك
deməkdir.
Əsərin özünəməxsus cəhətlərindən biri izahlı lüğətdə verilmiş sözlərin
müəyyənlənlik artikli ilə işlənməsidir ki, bu da sözlərin sonluqlarının
dəqiqləşdirilməsində çətinlik yaradır.
Müzəkkər və müənnəs isimlər haqqında bölümlər 204-cü səhifədə qadın
cinsinin morfoloji əlamətlərindən biri olan “ tə mərbutə” şəkilçisini qəbul
etmiş müzəkkər isimlər haqqındakı
ام ركذ
ركذملا تافص نم ءاھلاب ءاج
adı
Süsən MEHRƏLİYEVA
92
altında toplanmış lüğət vahidlərində özünü göstərir. Əs-Suyuti burada
Sə’ləbin “Fəsih” kitabına əsaslanaraq göstərir:
مھنأكف هوحدم اذإ كلذو ةبازعمو ،ةبارطمو ،ةماذحمو ،ةباسنو ،رعشلل ةيوار لجر لوقت
ّ
ةيھاد هب اودارأ
.
ذ اذإ كلذكو
اولاقف هومّ
:
،ةريثك فورح يف ةباخسو ،ةقاقفو ةباجلھو ،ةناحل
ّ
ّ
ةميھب هب اودارإ مھنأك
.
Əl-Farabi “Divanul-ədəb” əsərində Sə’ləbin kişi cinsində sadaladığı sifət
modellərini belə açıqlayır:
ةباسن لجر
ّ
(raculun nəssəbətun) – nəsəb sahəsi
üzrə alim;
ةملاع لجر
ّ
(raculun ‘alləmətun) – çox bilən,
ةنرع
َ ْ ِ
– pisliyə
dözməyən;
ةبويھ
ّ
(heyyubətun) –
ٌبيھم
ﱢ َ ُ
“qorxunc” mənasında;
ةيغاط
(tağiyətun) – tiran, despot;
ةيوار
(raviyətun) – şeir söyləyən.
Sə’ləbin topladığı sifətlərin mənaları isə belədir:
ةماذحم
( mihz əmətun) – bu sözü Əl-Həravi “Şərhul-Fəsih”də “işləri sürətlə
dayandıran” kimi açıqlayır;
ةبارطم
(mitrabətun) – çıx oxuyan;
ةبازعم
(mibzəbətun) – dəvəsini otararkən onları özündən uzaqlaşdıran; – bu sözlər
tərif mənasında işlədilir.
ةناحل
( ləhhanətun) – sözündə xəta edən;
ةباجلھ
(hilcəbətun) – axmaq,
ةقاقف
(faqqaqatun) və (səxxəbətun) – çox danışan
axmaq və qışqıran sifətləri isə məzəmmət mənasından çox “heyvan”
mənasında işlədilir.
Əbu Zeyd
رداونلا
(“Azişlənən sözlər”) əsərində göstərir ki,
ةبايع لجر
ّ
ةقاقوو
ّ
ifadələrində təyinlər “tə mərbutə” qəbul edir və mübaliğə bildirir.
İbn Düreydin “Əl Cəmhərə” əsərindən
ةبوﱡيھو ةبايھ لجر
َ
ّ
kimi ifadələrlə
“çox töhfəli, çox hədiyyəli” mənasını nəzərdə tutur. Sonra
ةلفق مھرد
, yəni
نزاو مھرد
ifadəsini misal gətirərək göstərir ki, dildə
لفق مھرد
variantına rast
gəlinmir. Sə’ləb Əbul-Abbasi “Fəsih” əsərində həm müzəkkər, həm də
müənnəs isimlərin sifətlərinin
ة
ilə işlədilməsinə işarə edərək göstərir:
لجر
ةعبر
– ortaboylu kişi,
ةعبر ةأرما
– ortaboylu qadın;
لولم لجر
– yorucu kişi,
ةلولم ةأرما
– yorucu qadın,
ةقورف لجر
– hər şeydən qorxan kişi,
ةقورف ةأرما
–
hər şeydən qorxan qadın,
ةرورص لجر
– həccə getməyən kişi,
ةرورص ةأرما
–
həccə getməyən qadın və s.
Buraya
ةنونم
– çox razılıq edən,
ةزمل ةزمح
– adamları lağa qoyan sifətləri
də daxil edir.
əl-Mübərrəd “Əl-Kamil” əsərində bu sifətlərin “tə mərbutə”-siz
işlənməsini də mümkün hesab edir. Əs-Suyuti İbn Dureydin “Əl-Cəmhərə”
əsərindən örnək olaraq
رصعمو دھانو بعاك ةيراج
ifadəsini işlədir və bu
başlıqda qadın cinsinin təbii əlamətlərindən olan əlamət və keyfiyyətlərin
Əs-suyutinin “əl-muzhir” əsərində qrammatik cinsin bəzi morfoloji və qrammatik xüsusiyyətlərinə dair
93
bəhsi gəlir ki, belə sözlər qadın cinsinin morfoloji əlamətini qəbul etmədən
müənnəsdə hesab olunur. Buraya
بعاك
- iri döşlü,
دھان
- gənc,
رصعم
-
yetişmiş ( əvvəlcə döşləri yumaq kimi əmələ gəlir, sonra yetişir və bundan
sonra böyüyür) sözlərini,
كراع
,
ثماط
,
سراد
,
ضئاح
ismi failləri
ةيراج
sözünün həmcins təyinləri kimi işlədir.
دعاق ةأرما
(ana halından kəsilmiş və
daha doğmağa qadir olmayan qadın),
ليغم ةأرما
(hamilə ola-ola uşağını
əmizdirən qadın),
طقسم ةأرما
ُ
(yarımçıq uşaq doğan),
بلسم ةأرما
(uşağı ölmüş
qadın),
ثنؤم ةأرما
və
ركذم ةأرما
isə
راكذم
və
ثانئم
sifətlərinə uyğun “həmişə
oğlan və həmişə qız doğan” mənasında işlənir.
بيغم
və ya
بيغم
sifəti isə “əri
olmayan qadın” haqqında deyilir və bu sifət “tə mərbutə” ilə də işlənir.
دھاش
sifəti “əri şəhid olmuş”,
تلاقم
“uşağı qalmayan”,
لكاث
“uşağını itirmiş”,
لباھ
və
هلاع
sifətləri lüğətdə
ةشايط
ﱠ َ
– “yüngül xasiyyət”,
نيتق
, yəni
ةليلق ،معطلا ةليلق
ءردلا
və ya “az yeyən”,
عماج
– bətnində uşaq gəzdirən,
رھاس
,
رساح
,
عضاو
(
اھرامخ تعضو
) mənasında,
سفنع
ِ ِْ
sözü
ةيذب
“söyüşkən” sinonimi,
سفند
ِ ِْ
sözü
ءانعر
– “gicbəsər” sözünün sinonimi,
شحم
ّ
“uşağı qarnında ölmüş”
mənalarında işlədilir. Sonuncu məna dəvə və at barəsində də işlədilir.
Buraya
ميتم
“həmlini yerə qoymaq vaxtı çatmış” sifəti də daxildir. Sonuncu
sifət dişi dəvəyə də aid edilir.
İnsanlara, o cümlədən qadınlara xas olan təbii cinsin əlamətini bildirən
sifətlər kimi dişi heyvanlara da aid olan ayrıca vahidlər mövcuddur. Əsərdə
bu barədə aşağıdakılar verilir: Marala xas olan sifətlər:
اھعمو ندشمو لفطم ةيبط
نداش
– buynuzları çıxmış. “Sürüdən geri qalan” mənasında:
،لزاغو ،لزغمو
لوذحو ،لذاحو
.
Qoyuna xas olan əlamət və keyfiyyətləri bildirən sifətlər:
فراص ةاش
–
erkək axtaran qoyun,
رثان ةاش
– öskürərkən və ya asqırarkən burnundan selik
axan,
نجاد
– və ya
نجار
– evə öyrənmiş,
ناح
ٍ
– erkəyə can atan,
برقمُ
–
doğulmaq ərəfəsində olan,
مئتم
ٌ َ ْ ُ
– əkiz doğmuş.
Dişi dəvələrə xas sifətlər:
مھيعو لھيع ةقان
– sürətli (
ةعيرس
);
ثلاد
, yəni
ريسلا ىلع ةئيرج
,
باجرھ
, yəni
ةفيفح
,
نومأَُ
, yəni
ةبلص
və s.
Bu sifətlərin sayı 43-ə çatır.
Daha sonra atlara xas
ضكرمُ
– qarnında balası olan,
دوديق
ٌ ُ ْ َ
– uzun,
تيمك
ٌ ْ َ ُ
–
qırmızı rənglə qarışıq,
دعلج
ٌ َ َْ
– dözümlü (bu sifət dişi dəvə barəsində də
deyilir). Bundan sonra vəhşi eşşəklərə xas olan
عملم ناتأ
ifadəsini verir. Bu
sifəti İbn Düreyd “Əl-Cəmhərə” əsərində qeyd etmişdir. Bu qəbildən olan
çox sözlər vardır. “Əl-qarib əl-musannəf” əsərində qadınlara xas olan
Süsən MEHRƏLİYEVA
94
əlamətlər barəsində yazır:
فلسم ةأرما
ُ
– yaşı 45 və ondan çox olan qadın;
لطيع
َ ْ َ
, yəni
قنعلا ةليوط
– uzun boğaz və s.
Azərbaycan şərqşünaslarından akad. V.M.Məmmədəliyev bir vaxtlar
yazmış olduğu “Kufə qrammatika məktəbi” adlı əsərində toxunduğumuz
mövzudan, ötəri də olsa, bəhs edərkən göstərmişdir ki, “kufəlilər belə hesab
edirlər ki, ismi-fail vəznində işlədilən taliq , tamiş , hacid , hamil kimi sözlər
yalnız qadın cinsinə aid olduqları üçün onların sonundakı “tə mərbutə”
düşmüşdür”.
12
Müəllif daha sonra qeyd edir ki, “bəsrəlilərin fikrincə, bu sözlər təbii
aidiyyat bildirdikləri üçün sözdüzəltmə baxımından belə oxşadılmamış, ona
tabe edilməmişdir”.
13
Həqiqətən də qadın cinsinin əlaməti müzəkkər və müənnəs sözləri bir-
birindən ayırmaq, fərqləndirmək üçün işlədilirsə, buna ehtiyac
duyulmadıqda, “tə mərbutə”dən istifadə olunmasına heç bir lüzum
duyulmur.
Daha sonra “Əl- qarib əl-musannəf”də dəvələrə xas olan 11 sifət
verilmişdir ki, bunlar əsasən
لاعفم
,
لوعف
və ismi-fail vəznlərində
işlədilmişdir.
əl-Əsməi bu qəbil sözlərə daha 35 yeni sifət əlavə edir. 12 sifət isə
dəvənin zahiri görkəmi və fiziki xüsusiyyətləri ilə, 20 sifət qidalanma
xüsusiyyətləri ilə əlaqədardır.
“Əl-qarib əl-musannəf”də qoyuna xas 15, vəhşi eşşəklərə xas digər bir
sifət verilir.
Bu ifadələr əsərin 212-214-cü səhifələrində cəm olunmuşdur.
Həmin səhifədə əl-Fərabinin “Divan əl-ədəb” əsərində topladığı
qadınlara aid “cəmai” sifətlər, eləcə də dişi dəvə, dəvəquşu və dəvənin bəzi
üzvləri ilə bağlı keyfiyyət bildirən sifət modelləri verilmişdir. Belə sifətlərin
sayı 32-yəçatır.
Sonra “Əs-Sihah”dan olan omonim mənalı
زارج ةقان
və ya
زورج ةقان
“çox
otlayan dişi dəvə” və
زراج ةأرما
ifadəsi
رقاع ةأرما
– qısır qadın mənasında
işlədilir.
12
V.M.Məmmədəliyev, Kufə qrammatika məktəbi, Bakı – 1988, səh. 99.
13
Yenə orada.
Əs-suyutinin “əl-muzhir” əsərində qrammatik cinsin bəzi morfoloji və qrammatik xüsusiyyətlərinə dair
95
Bu bəhsin yekunu olaraq, Əs-Suyuti öz əsərində İbn Sikkitin “Əl-İshah”,
Ət-Təbrizinin “Təhzibul-ədəb” və İbn Quteybənin “Ədəbul-kətib” adlı
əsərlərindən çıxış edərək belə deyir:
ليعف
modelli sifət qadın cinsinin təyini
kimi tə mərbutə qəbul etmir. Məsələn:
بيضخ فك
– rəng qoyulmuş ovuc,
ليسغ ةفحلم
– yuyulmuş örtük (bəzən təyinlənən iştirak etmədikdə belə sifətlər
isimləşir və tə mərbutə qəbul edir. Məs:
ةحيطنلا
,
ةحيبذلا
– kəsilmiş heyvan,
ةسيرفلا
– ov,
عبسلا ةليكأ
– şir yemi və s.)
Daha sonra istisnalar verilir:
قيرخ حير
, yəni
ةبايھ ، ةديدش ، ةدراب
– şiddətli
soyuq külək,
سيدس ةقان
– 8 aylığa girmiş dişi dəvə,
فيصخ ةبيھ
– yəni iki
rəngli (biri mis rəngli).
ليعف
modelli təyin əgər
لعاف
mənasındadırsa, yəni substantivləşərək başqa
bir təyin qəbul etmirsə, onda
ة
ilə işlədilir. Məs.:
ةفيرش ، ةميحر ، ةميرك
.
لوعف
modeli təyinlənənlə işlənərsə,
ة
qəbul etmir; məs:
ةأرما ، روكش ةأرما
روبص
və s.
رودغ ، روفع ، دونك ، روفك
buraya daxildir. Bəzi hallarda
ﷲ ةودع يھ
deyilir. Sibəveyhi demişdir:
هتقيدصب ةودع اوھبش
.
ليعفم
modelində bəzən istisna olaraq
ةنيكسم ةأرما
, yəni
ةريقف
mənasında
işlədilir.
لاعفم
vəznli sifətlər bəzən
لعفم
kimi də hər iki cins üçün eyni qalır.
Təbii cinsdən irəli gələn
لعاف
modelli sifətlər (
ثماط ، قلاط
və s.) feil
mənasında işlənərkən
ة
qəbul edir; məs;
ةقلاط ، ةلماح
və s.
لعف◌م
ُ ُ
ismi-faili də
bu xüsusiyyətə malikdir (müqayisə et:
عضرم ةأرما
– süd verən qadın),
ةيبظ
م
ندش
– buynuzu çıxmış maral və
ةعضرم يھ
ٌ
– O, süd verir və
ةندشم ةيبظلا
ٌ
–
Maral buynuz çıxarıb.
Deməli,
لعاف
feli sifəti hər iki cins üçün eyni işlənir; məs:
قشاع لجر
və
ةقشاع ةأرما
. Təkcə qadın cinsi üçün işlənərsə, lazım gəldikdə
ة
qəbul edə
bilir; məs.:
بويعلا نم ةرھاطو ضيحلا نم رعاط
– aybaşıdan təmizlənmiş qadın
və eybi olmayan qadın. Yaxud
اھرھظ ىلع ةلماحو لمحلا نم لماح
– hamilə olan
və kürəyində nə isə aparan qadın.
دوعقلا نم ةدعاقو ضيحلا نم دعاق
– Ana
halından kəsilmiş qadın və bir yerdə oturan qadın.
Ət-Təbrizi
نلاعف
keyfiyyət bildirən sifət modelindən danışarkən, onun
qadın cinsinin əksər halları
ىلعف
modelində olduğuna işarə etmiş, lakin Bəni
Əsəd ləhcəsində bunu qadın cinsində
ةنلاعف
modeli ilə işləndiyini
göstərmişdir. Məsələn:
ناصمخ
– qarnı ac (müz),
ةناصمخ
– qarnı ac (müən.),
نايرع
– çılpaq (müz),
ةنايرع
– çılpaq (müən).
Süsən MEHRƏLİYEVA
96
Əsərin II cildinin 218-ci səhifəsində kişi və qadın cinsi üçün eyni olan
sifətlər haqqında məlumat verilir.
“Divanul-ədəb”də verilən bu növ sifətlər aşağıdakılardır:
قلخ
, yəni
لابزد
سدس
və ya
سيدس
(dişi 9-cu ayda çıxan dəvə);
لوزب
(dişləri 9-cu aydan
sonrakı müddətdə çıxan dəvə);
سناع
– qarımış (dişi və qadın cinsi üçün
eynidir);
عزان
(
عزان ةقان
və
عزان لمج
) – doğulduğu yerə gedən;
ريھظ ريعب
,
yəni
يوق
(
ريھظ ةقان
kimi də işlədilir);
سورع
– adaxlı (bəy və gəlin). Burada
kişi cinsinin cəmi
لعف
ُ ُ
, qadın cinsi isə,
لئاعف
vəznində olur.
“Əl-ğarib Əl-musannaf” əsərində hər iki cins üçün eyni olan sifətlər
verilir:
ركب
(
راكبأ
) – ilk övlad ( oğlan və qız);
ةربك
ْ ِ
və ya
ةزجع
ْ ِ
– başqa övlad
(kişi və qadın cinsi
ة
ilə işlənir);
نق
ﱞ ِ
– kölə (
نق دبع
və
نق ةما
) və s.
Daha sonra İbn Dureydin “Əl-Cəmhərə” əsərindən təyin kimi işlənərkən
tək, təsniyə və cəmdə eyni olan sifətlər toplanmışdır ki, bunlar aşağıdakıları
əhatə edir:
روز لجر
ْ َ
və
روز موق
(yəni:
رئاز لجر
və
نورئاز موق
),
رفس
ْ َ
,
مون
,
موص
,
رطف
,
مارح
,
للاخ
,
عنقم
,
مصخ
,
بنج
,
خيرم
,
فصف
(
يف نعط يذلا وھو
نسلا
) ,
ليفك
,
يرج
,
يصو
,
نيمض
,
فيض
,
فحد
ِ
(
ضيرم
) ,
ضرح
َ َ
(
ضيرم
) ,
نمق
,
لدع
ْ
,
رايخ
,
ضحم يبرع
,
بلق
,
تحب
,
ﱞحقُ
(yəni
صلاخ
) ,
ٌروز دھاش
ُ ٌ
və
ءادھش
,
ٌبدج ضرأ
ْ َ
( quru torpaq) və
ٌبدج نوضرأ
ْ َ
(
ٌبصخ
ْ ِ
“münbit” sözü də belədir),
تارق ءام
,
جاجأ حلم
ُ
,
عاظقُ
,
قارجُ
(sonuncu üç söz “duzlu” mənasındadır) və s.
Əsərin 220-ci səhifəsində kişi cinsində çox və s. işlədilən sözlərin qadın
cinsinin
ة
ilə ifadə edildiyinə dəlalət edən sözlər gəlir; məsələn:
بائذ
–
“qurdlar” sözündən “dişi canavar” dedikdə
ةقلس
َ ْ ِ
və ya
ةبئذ
ْ ِ
,
بلاعث
– “tülkülər”
sözündən “dişi tülkü”
ةبلعث
və ya
ةلمرث
َ َ ْ ُ
,
لوعو
“dağ keçiləri” sözündən “dişi
dağ keçisi” dedikdə
ة◌◌يورأ
ﱠ ّ ّ ِ ْ َ
,
دورق
,
ةدرق
“meymunlar” sözündən “dişi
meymun”
ةدرق
َ ْ ِ
və ya
ةشق
ﱠ ِ
,
بنارأ
– “dovşanlar” sözündən “dişi dovşan”
ةشركع
َ ِ ْ ِ
,
نابقع
ْ ُ
– “qartallar” sözündən “dişi qartal”
ةوقل
َ ْ َ
,
دوسأ
“şirlər” sözündən “dişi
şir”
ةؤبل
,
اصع
ريف
– “sərçələr” sözündən “dişi sərçə”
ةروفصع
,
رومن
–
“pələnglər” sözündən “dişi pələng”
ةرمن
,
عداغض
– “qurbağalar” sözündən
dişi qurbağa”
ةدعفض
,
ذفانقَ
– “kirpilər” sözündən “dişi kirpi”
ةذفنق
olur. Lakin
elə sözlər vardır ki, erkək və dişi tə mərbutə ilə fərqlənir:
نوذرب
– erkək yük
atı,
ةنوذرب
– yabı.
Xacə Nəsirəddin Tusi “Cəmiyül müqəddimat! (“İlkin biliklər toplusu”)
əsərində ərəb dilində sözlərin kişi və qadın cinsinə ayrıldığı barədə fikrini
yığcam şəkildə ifadə edərək, əvvəlcə qadın cinsinin əlamətlərinə işarə edir
və göstərir ki:
Əs-suyutinin “əl-muzhir” əsərində qrammatik cinsin bəzi morfoloji və qrammatik xüsusiyyətlərinə dair
97
"
نھادحإ هيف ام ثنؤملاو ةدودمملا فللأاو ةروصقملا فللأاو ثينأتلا ءات هيف سيل ام ركذملا
ءارمحو ىلبح و ةفرغك
. "
(Kişi cinsini bildirən sözlərdə təmərbutə, qısa əlif və uzadılmış əlif
olmur. Qadın cinsində işlədilən sözlərdə isə onlardan biri iştirak edir; Məs:
otaq, hamilə, qırmızı kimi).
Mahmud bin Ömər bin Məhəmməd əl-Xarəzmi əz-Zəməxşəri “Şərhul-
Nəmuzəci” əsərində müənnəslik (yəni qadın cinsini bildirmək) əlamətinin
əsil (həqiqi) və məcazi (qeyri-həqiqi) olmasına işarə edərək yazır ki, əsil
(həqiqi) qadın cinsi qeyri-həqiqi qadın cinsindən daha qüvvətlidir. Çünki
təmərbutə əlamətli qadın cinsi cansız əşyaları bildirən sözlərdə də əhatə edir.
Lakin bu morfoloji forma şəkilçisinə malik olmayıb təbii cinsə görə qadın
cinsində hesab olunan bir sıra sözlər, xüsusilə qadın adları həqiqi müənnəs
hesab olunur. Məs.: “Hind gəldi” cümləsini
دنھ ءاج
şəklində demək olmaz,
çünki
دنھ
– Hind qadın adıdır. Yaxud
ضرأ
– torpaq,
لعن
– başmaq sözlərini
götürək. Bu sözlər müqəddər müənnəs sözlər hesab olunur. Əz-Zəməxşəri bu
iki sözü kiçiltmə formasında, yəni
ةضيرأ
və
ةليعن
şəklində işlənmələrinə
əsaslanır.
Əs-Suyutinin “Əl-Mizhər” əsərində ərəb ədəbi dilinin lüğət ehtiyatında
rast gəlinə biləcək kişi və qadın cinsində işlədilən bütün formalar, o
cümlədən sadə morfoloji-qrammatik, eləcə də leksik-qrammatik metod
hesab olunan, analitik və suppletiv formalar əks olunmuşdur. Müəllif burada
təkcə formaları sadalamaqla kifayətlənməmiş, onları hansı əsərlərdən əxz
etdiyini də açıqlamışdır. Əs-Suyuti ərəb dilində cins kateqoriyasının ifadə
vasitələrinə kişi və qadın cinslərinin bir-birindən fərqlənən sözlərin şərhi ilə
başlamışdır. Dilçilikdə bu, suppletiv metod adlanır. Suppletivizmdən
danışarkən onu qeyd etmək lazımdır ki, dünya dillərində rast gəlinən
suppletivizm hadisəsi də müəyyən qrammatik mənanın ifadəsinə xidmət
göstərir. “Suppletivizm” sözü latınca “tamamlama” sözündəndir. Bu
qrammatik hadisə az yayılmış vasitələrdən biridir. Suppletivizm hadisəsində
fleksiyadan fərqli olaraq birinci sözün heç bir formal elementi qalmır.
Məsələn, rus dilində bəzi isimlərin təki ilə cəmi, sifətin dərəcələri
suppletivizm əsasında yaranır.
əs-Suyuti kişi və qadın cinsinin eyni məna baxımından ifadəsində ayrı-
ayrı leksik vahidlərdən istifadə olunmasına dair əsərində nümunə olaraq
göstərdiyi sözləri aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür. Müəllif İbn
Süsən MEHRƏLİYEVA
98
Qüteybənin “Ədəbul-kətib” əsərindən nümunələr gətirir və göstərir ki, İbn
Qüteybə bu bəhsə ayrıca bir fəsil ayırmış və cinsi suppletiv metodla işlənən
sözləri aşağıdakı şəkildə qruplaşdırmışdır.
Sözlər Kişi cinsi
Qadın cinsi
Qırqovul
بوقعيلا
)
بيقاعيلا
(
لجحلا
Dovdaq
برخلا
ىرابحلا
Bayquş
ىدصلا
)
ءادصأ
(
موبلا
Arı
بوسعيلا
لحنلا
Çəyirtgə
،بظنعلا ،بظنخلا
ءابظنعلا
ةدارجلا
)
تا
(
Buqələmun
ءايرحلا
ءاسفنخ
)
سفانخ
= (
ما
نيبح
ّ ُ
Kərtənkələ
طوفرفعلا
ءاظع ،ياظع ،ةءاظع
Goreşən
عبض
)
عابض
(
ناعبضلا
Anakonda
ناوعفلأا
ىعافلأا
Əqrəb
نابرقعلا
برقع
)
براقع
(
Tülkü
نابلعثلا
بلعثلا
)
بيلاعثلا
(
Bağa
ةافحلس
)
فح لاس
(
مليغلا
Qurbağa
عدفض
)
عدافض
(
موجلعلا
Kirpi
مھيشلا
ذفنق
)
ذفانق
(
Dovşan
ززخلا
)
زازخ ،زازخ
ّ
(
بنرأ
)
بنارأ
(
Turac
ناطقيحلا
جاردلا
Dəvəquşu
ميلظلا
ماعنلا
Pişik
نويضلا ، طقلا
رونس
)
رينانس
(
Digər bir fəsil isə qadın cinsinin morfoloji əlaməti olmayan sözlərdir ki,
bunları “səmai müənnəs” sözlər adlanır. Bu zaman o, İbn Qüteybənin
“Ədəbul-kətib” və Ət-Təbrizinin “Əl-təhzib”inə əsaslanmışdır.
Qadın cinsinin əlamətini qəbul edib hər iki cins üçün eyni olan sözlər:
ةيح
,
ةاش
,
روث
,
ةطب
,
ةمامح
,
ةماعن
və s. sözlər erkək və dişi sözlərin köməyi ilə
Əs-suyutinin “əl-muzhir” əsərində qrammatik cinsin bəzi morfoloji və qrammatik xüsusiyyətlərinə dair
99
adları çəkilən heyvan və ya quşların cinsinin bildirir. Məs.:
برعلا لوقت
:
ةيح
ركذ
.
İsmayıl əl-Cövhərinin “əs-Sıhah” əsərində deyilir ki,
ةجاجد
həm erkək və
dişi toyuq,
ةجمقلا
– erkək və dişi qırqovul,
ةلحنلا
,
ةجراذلا
,
ةموبلا
,
ىرابحلا
,
ةرقبلا
və s. belə sözlərə aiddir.
İbn Xaləveyhi göstərir ki, insan, at erkək və dişiyə,
ريعب
– dəvə erkək
(
لمج
) və dişi (
ةقان
) dəvəyə bölünür. Əlavə edir ki,
سرف
– at sözünü bəzi
ərəblər
ة
ilə işlədərək dişi at nəzərdə tuturlar.
Yalnız kişi cinsində, yaxud yalnız qadın cinsində işlədilən sözləri nəzm
şəklində göstərmişdir.
Cəmaləddin ibn Malik hər iki cinsdə işlədilən sözləri belə verir:
ىحضلأاو ،ليوارسلاو ،رازلأاو ،معنلاو ،نيكسلاو ،عاصلاو ،حلاسلاو ،بيلقلا
)
ةحيبذ
(
،
لاو ،لسعلاو ،قوسلاو ،ولدلاو ،قيرطلاو ،ليبسلاو ،قنعلاو ،سرفلاو
،دضعلاو ،قتاع
ىسوملاو ،كلفلاو ،ملسلاو ،زجعلاو
.
Axırıncı söz barəsində əl-Uməvi demişdir ki,
ىسوملا يف ريكذتلا عمسأ ملو
ريغ لا ركذم
.
Qadın cinsinin əlaməti olan ö ilə bitən, lakin hər iki cinsi üçün eyni olan
sözlərə İbn Qüteybədən örnək olaraq
ةلخس
(
اخس
ل
) – yəni bir saat əvvəl
doğulmuş quzu və canavarla cütləşmədən törəmiş goreşən balası mənasını
verən
ةرابسعلا
(bu söz əslində
ةرابشع
kökündəndir) sözlərini də əlavə edir və
deyir ki, bu qəbildən olan sözlərin cəmi
ة
-nin atılması ilə düzəlir (məlumdur
ki, belə sözlər toplu isimlər (
عمجلا هبش
) adlanır. Burada
ةيح
– ilan sözü
istisna təşkil edir.
İsmayıl əl-Cövhəri öz “əs-Silah”ında bu sözlərin sonundakı
ة
-ni təklik
bildirən şəkilçi kimi izah edir. Buraya
ةمامح
– bir göyərçin,
ةطب
– bir ördək,
ةجبق
– bir qırqovul sözlərini də əlavə edir.
Qadın cinsinin morfoloji əlaməti olan əlif məqsurə ilə bitən sözlər
sırasında ülgüc –
ىسوم
sözü barəsində İbn Qüteybə ilə yanaşı əl-Kisəinin də
fikrini ortaya qoyur və göstərir ki, əl-Kisəi onu
ىلعف
modeli hesab edir.
Halbuki digər bir dilçi onu
لعفم
modeli hesab edərək zəif
ي
samitinin əlifə
çevrilməsi ilə izah edir.
Əl-Əxfəş hər iki cins üçün eyni şəkildə üşlədilən sözlərə işarə edərək
yazır ki, Hicaz əhli onları qadın cinsində təmim qəbiləsi kişi cinsində hesab
edirlər.
Süsən MEHRƏLİYEVA
100
Ən-Nəhnas “
تاقلعملا حرش
” (“Muəlləqaların şərhi”) əsərində bu qisim
sözlərə
ناوخ
– stol,
ةدئام
– yemək stolu,
نانس
– nizə ucu,
ةيلاع
,
عاوص
və
ةياقس
sözlərini də əlavə edir.
Təkinin əlif məmdudə, cəminin isə əlif məqsurə ilə bitən sözlər
barəsində Hələbin tarixinə dair Kamal ibn əl-Ədimin əsərindən danışarkən
İbn Xaləveyhinin qeyd etdiyi bir söhbəti açıqlayaraq göstərir ki,
Seyfuddövlə belə sözlər haqqında alimlərin fikrini soruşduqda hamı “yox”
cavabı verdiyi zaman İbn Xaləveyhini – “Mən belə iki söz bilirəm” – deyə
cavab vermişdi və bu sözləri ona yalnız min dirhəmə söyləyəcəyini ərz
etmişdi. Bu sözlər
ءارحص
)
ىراحص
(
və
ءارذع
)
ىراذع
(
idi. İbn Xaləveyhi
iki aydan sonra əl-Cərminin “Kitəbut-tənbih” əsərində daha iki sözə rast
gəlmişdi:
ءافلص
)
ىفلاص
(
– yəni bərk torpaq və
ءاربخ
)
ىرابخ
(
– şehli
torpaq. İbn Xaləveyhi qeyd edir ki, iyirmi ildən sonra beşinci sözü tapdım.
Bu sözü İbn Dureyd öz “Cəmhərə”sində qeyd etmişdi. O söz
ءاتبس
)
ىتابس
(
–
yəni quru, cod torpaq demək idi.
Daha sonralar Allah-təala ona başqa sözlərlə tanış olmaq qismət etdi.
Əbu Əli Əl-Ğali “Kitəbul-məmdudi val maqsuri” əsərində belə sözlər
işlətmişdi:
ءاخفن ضرأ
– yəni minik heyvanların ayaqları altında səsi eşidilən
torpaq. Cəmi isə
ىخافن
şəklindədir.
Əl-Fərra buraya
ءافحولا
– yəni qara daşlı torpaq sözünü əlavə etmişdi.
Sə'ləb buraya
ءاخبن
)
ىخابن
(
sözünü
ءاخفن
sözünün sinonimi kimi daxil etmiş,
Əl-Cauhəri “Əs-Sihah” əsərində
ءاوخسلا
)
ىواخسلا
(
– geniş düzənli yer
mənasını verən sözü işlətmiş, bu sözün cəmi
ىراحصلا
َ
və
يراحصلا
ِ
kimi
يواخسلا
ِ
şəklində də işlədilir. İbn Fəris “Əl-mucməl” əsərində bitki örtüyü
olmayan qumsal yer mənasında
ءادرم
)
ىدارم
(
sözünü bu xüsusda misal
gətirir. “Şey” sözünün cəmini də
ءايشأ
ilə yanaşı
ىواشلأا
َ
və
ىواشلأا
şəklində
işləndiyinə işarə edir. Əl-Əsməi söyləyir ki, ərəblərin ən bəlağətlilərindən
birisinin Xələf əl-Əhmərə belə dediyini eşitmişəm:
ىواشلأا كدنع نا
. Bu söz
ىلاعف
cəm forması ilə də cəmlənir:
اياشأ
.
İbn Xaləveyhi belə sözlərin səkkiz olduğunu iddia edir. O, bu söhbəti
sonralar da xatırlayır ki, o zaman Seyfuddövlənin ətrafındakı adamlar
arasında Əhməd ibn Hasr və Əbu Əli Fərisi də var idi.
Nəzəri cəlb edən qeydlərdən biri də isimlərin
ءلاعف
modelidir ki, bunlar
aşağıdakıları əhatə edir:
ءاسأبلا
– çətinlik,
ءاضغبلا
– ədavət,
ءاغوبلا
– torpaq,
ءادھب
– Qudaada bir qəbilə,
ءاديبلا
–
ةلاف
səhra sözünün sinonimi,
ءاميت
– yer
Əs-suyutinin “əl-muzhir” əsərində qrammatik cinsin bəzi morfoloji və qrammatik xüsusiyyətlərinə dair
101
adıdır, səhra mənasını verir,
سيق نب ءاعلب
– tanınmış şair adıdır,
ءارمتلا
–
Taifdə dağlıq hissə,
ءادأث
– millət adı,
ءارج
ُ ﱠ َ
– dolayı, sarı,
ءلاجلا
– böyük iş,
ادعجلا
ء
– Kindənin ləqəbidir.
Yuxarıda sadaladığımız isimlər əl-Əndəlusi tərəfindən “Kitəbul-
məmdudi var-maqsuri” əsərində qeyd olunmuşdur. Bu hissədə marağa səbəb
olan sözlər və onların sinonimləri verilmişdir. Bu sözlərin hamısı qadın
cinsinin morfoloji əlaməti olan uzadılmış əliflə bitir.
Bu morfoloji forma sifətin qadın cinsini bildirərək
لعفأ
müzəkkər forması
olmayan sözləri əhatə edir: məsələn:
ءايرث ضرأ
– nəm torpaq,
ءايدث ةأرما
–
iridöşlü qadın,
ءلاھجلا ةيلھاجلا
– çox azğınlığa qapılmış cahiliyyə, - göbəkli
qadın,
ءادج
– kiçik döşlü, yəni südü və qulağı kəsilmiş,
ءادج ةنس
ﱠ َ
– quraqlıq
ili,
ءابدخ عرد
– yumşaq zireh,
ءلادج عرد
– möhkəm zireh,
ءاودح حير
–
buludları qovan külək,
ءاونح سوق
– möhkəm yay və s.
Beləliklə, adını qeyd etdiyimiz əsərdə bütün dünya dillərində olduğu
kimi ərəb dilində də cins kateqoriyasının ifadə olunduğu sintetik, analitik və
suppletiv metodla yaranan söz vahidlərinin izahının şahidi olduq. Bu lüğət
vahidləri yüksək bədii üslubun nümunələri kimi sırf ərəbdilli mətnlərdə
işlədilir.
Süsən MEHRƏLİYEVA
102
Dostları ilə paylaş: |