QISALTMALAR:
DLT - Divanü luğat -it- Türk
KDQ - Kitabi- Dədə Qorqud
DTS -
Древнетюркский словарь
ES -
Этимологический словарь тюркских языков
ƏDƏBİYYAT
1.
Mahmud Kaşğari. Divanü luğat- it-Türk. Tərcümə edən və nəşrə
hazırlayan Ramiz Əsgər. I cild, Bakı, 2006.
2.
“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999.
3.
“Kitabi-Dədə Qorqud”un statistik təhlili. Bakı,1999.
4.
Divanü lügat-it-Türk tercümesi . Çeviren Besim Atalay. I cilt, Ankara,
1985.
5.
Древнетюркский словарь. Ленинград, 1969.
6.
Этимологический словарь тюркских языков. Москва, 1974.
7.
Наджип Э.Н. Исследования по истории тюркских языков XI-XIV
вв. Москва, 1989.
Dr. Yaqut QULİYEVA
178
SUMMARY
In article words being is language of "Kitabi Dada Gorgud " eposes are
engaged to research with some oghuz words of " Divani lughat-it-turk" of
Mahmud Kashghari work. It is mentioned that, From the semantic point of
view there is a semantic relation among these words. Though there are some
phonetic changes in both works the relationship pf theses words from the
point of content proves that the words being in both written monument are
the prodect of the same sphere. But sometimes we meet with such kind of
words in "Kitab Dada Gorgud" eposes language which describes not the
oghuz sphere but commonturkish period.
РЕЗЮМЕ
В статье исследуется огузские слова в «Диван»е Махмуда Кашгари
и некоторые слова из « Книги Моего Деда Коркуда». Становится оче-
видном, что между этими словами есть семантическое общность. И это
еще раз доказывает, что обе памятники плоды одного среда. Но иногда
на языке «Книге Моего Деда Коркуда» обнаружевается некоторые сло-
ва, которые отражают в себе не огузскую среду, а древнетюркский пе-
риод.
Seyid Əzim Şirvaninin əsərlərində dini motivlər
179
SEYİD ƏZİM ŞİRVANİNİN
ƏSƏRLƏRİNDƏ DİNİ MOTİVLƏR
Ruslan AĞAYEV
∗
Azərbaycan mədəniyyəti tarixinə nəzər salsaq görərik ki, XII əsr
Azərbaycanın “intibah dövrü” adlandırılır. Bu dövrdə digər sahələrlə yanaşı
ədəbiyyat sahəsində də müəyyən nailiyyətlər əldə olunmuşdur. Bu dövrdə
yaşayıb yaratmış Nizami Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Əbul Üla
Gəncəvi və sairləri Azərbaycan ədəbiyyatına öz töhfələrini vermiş və böyük
bir ədəbi məktəbin əsasını qoymuşdurlar. Daha sonralar bu ədəbi məktəbin
İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah
Vaqif və başqa layiqli davamçıları olmuşdur. XII əsrdə əsası qoyulan bu
böyük intibah məktəbi dahi Füzulidən sonra bir də XIX əsrdə özünün "ikinci
intibah dövrünü" yaşadı. Bu iki intibah dövrü arasında zaman fərqindən
başqa bir də təfəkkür fərqi var idi. Yəni XIX əsrə qədərki şairlər və ədiblər
yalnız şərq fəlsəfəsinin və Qurani Kərimin təsiri ilə əsərlər qələmə alırdılar.
.Lakin XIX əsrdən etibarən Şərq fəlsəfəsinə və Qurani Kərim əxlaqına yeni
eyni zamanda yad bir dünya görüşü də əlavə olundu. Bu isə Qərb dünya
görüşü idi.
Şərqdə doğulan Şərq fəlsəfəsindən və Qurani Kərimdən qidalanan və
Qərb fəlsəfəsinə də bələd olan XIX əsr şairlərindən biri də dahi Füzulinin
layiqli davamçısı və XIX əsrin “Füzulisi” hesab olunan Seyid Əzim
Şirvanidir
1
.
Çoxşaxəli yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin əsərlərinin
tədqiqata ehtiyacı vardır. Bu əsasən də onun dini motivli əsərlərində qabarıq
şəkildə hiss olunur. Seyid Əzim Şirvani yaradıcılığının öyrənilməmiş
səhifələrindən biri də onun İslam dini haqqındakı fikirləridir. Seyid Əzim
haqqında tədqiqat aparan alimlərin əksəriyyəti (F.Köçərli istisna olmaqla)
∗
AMEA M. Füzuli adına Əlyazmalar institunun aspirantı.
1
Cəfərzadə Əhməd, Qəniyev Seyfəddin. Şamaxı. Bakı, 1994.səh.75
Ruslan AĞAYEV
180
onu “ateizm ruhlu” şair adlandırmışdırlar
2
. Feyzulla Qasımzadə onun yara-
dıcılığındakı bəzi şerləri nümunə göstərərək qeyd etmişdir ki, Seyid Əzim bu
şerləri ilə ateizmə çox yaxınlaşmışdır.
3
Düzdür onun nümunə kimi göstərdiyi
şerlərin zahirinə baxsaq, buradan hər hansısa bir mənanı çıxarmaq mümkün-
dür. Ancaq bu çıxarılan məna Seyid Əzim təfəkkürünün yox, onun yaradı-
cılığını tədqiq edən şəxsin təfəkkürünün məhsulu olacaqdır. Məsələnin digər
maraqlı tərəfi də ondan ibarətdir ki, Seyid Əzim bu cür şerləri qələmə
alarkən onu “ateizm ruhlu şair” adlandıran şəxslər kimi düşünmüşdürmü? Və
yaxud da Seyid Əzimin ateizm haqqında hər hansısa bir məlumatı vardırmı?
Bunu isbat etmək üçün onun əsərlərindəki dini motivlərə nəzər salmaq
lazımdır.
Onun yaradıcılığında mühim yer tutan “Rəbiul ətfal” əsərinə qısa nəzər
salsaq görərik ki, Seyid Əzim burada İslam dininin ziddinə heç bir ideya irəli
sürməyib. “Rəbiul ətfal” əsərində Seyid Əzimin İslam dini ilə əlaqəli
mütərəqqi görüşləri vardır. O, əsərində müraciət obyekti olaraq seçdiyi oğlu
Mircəfərə nəsihətlərində onu zinadan, riyakarlıqdan, böhtandan və mey
içməkdən uzaq durmağa çağırırdı. Seyid Əzimin böyüklüyü və dahiliyi
ondadırki, o, özü Şiə məzhəbinin Cəfəri qoluna mənsub olasa da, oğlu
Mircəfərə təqib edəcəyi yolda sərbəstlik vermiş ona əqli əldə rəhbər tutmağı
məsləhət bilmişdir. Oğluna Cəfəri məzhəbini öyrənməyi məsləhət bilir,
amma sonradan təqib edəcəyi yolda onu ağlı ilə baş-başa buraxır və oğluna
müraciətlə belə yazırdı:
...Əql peyğəmbərin qılıb rəhbər,
Öyrən adabi-məzhəbi-Cəfər!
Demirəm mən gedən təriq ilə get,
Əqli tut ol gözəl rəfiq ilə get,
Sənə burhan deyil təriqi pədər,
Gör nə yol getdi zadeyi Azər.
Seyid Əzim özü şiə olduğu halda əhli sünnəyə isti münasibət göstərmiş,
əhli sünnəyə qarşı hər hansı ədavəti və nifrəti olmamışdır. O, şerlərində
2
Hüseynov Sadıq. S.Ə.Şirvaninin yaradıcılıq yolu. Bakı, 1977.səh.28
3
Qasımzadə Feyzulla. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1966.səh.110
Seyid Əzim Şirvaninin əsərlərində dini motivlər
181
xilafət məsələsinə də toxunmuş, burada olan haqlı və haqsız nöqtələri
Allahın hökmünə buraxmağı tövsiyyə etmişdir. Oğluna da bu məsələlərdə
heç kimə lənət oxumamağı məsləhət bilən şair ona müraciətində belə
yazırdı:
...Mən özüm şiəyəm, budur sifətim
Leyk əshabə yox müxalifətim,
Gər Əbubəkrlə Ömər, Osman,
Zülm ediblərsə həqq edər divan,
Onların barəsində etmə güman,
Edər imana sui-zənn ziyan,
Dilüvü saxla lənət etməkdən,
Qeyri şəxsə şəmatət etməkdən...
Seyid Əzimə görə doğru söyləyən, haqqı sevən, insaf əhli və vicdan
sahibi olan kəs yaxşıya yaxşı, yamana yaman deməkdən əsla çəkinmə-
məlidir. Yamana yaxşı deyənlər, əyrini düz görənlər və haqqa batil deyən
şəxslər zəlalətdədirlər və ömür boyu bu çirkablıqda qalacaqdırlar. O, oğluna
verdiyi nəsihətlərin birində yaxşıya yaxşı, pisə pis demək, iftiradan və
böhtandan qaçmaq xüsusunda belə deyirdi:
Ey oğul xəlqə söyləmə böhtan,
Yaxşıya yaxşı ol yamana yaman,
Əsldə yaxşı olsa bir dana,
Sən “yamandır”- demək deyil ziba,
Sən dedin ki, deyil xəlifə Ömər,
Ömərə bu kəlamidən nə zərər,
Sən dedin ki, deyil imam Əli,
Olmadı zaye ehtirami Əli,
Dedilər Mustafanı sahirdir,
Var cünunu səfihü şairdir,
Tapmadı şəni Mustafa nöqsan,
Yaxşını eyləmək olurmu yaman
Ruslan AĞAYEV
182
Seyid Əzimin İslama böyük xidmətlərindən biri də, sünni-şiə
məsələsində birləşdirici mövqedən çıxış etməsidir. Nəzərə alsaq ki, onun
dövründə avam camaat indikindən çox idi, onda görərik ki, Seyid Əzimin o
dövrdə bu mövqedən çıxış etməsi nə qədər çətin bir məsələdir. Ancaq o
çətinliklərdən qorxmamış, Qurani Kərimin Hucurat surəsindəki “innəməl
muminunə ixvətun...”(möminlər qardaşdırlar) ayəsini əldə rəhbər tutmuş və
bu yolda cəsarətlə mübarizə aparmışdır. Seyid Əzim hər iki tərəfin əbəs və
bihudə yerə bir-birlərinə qərəzli münasibət göstərməsini ürək yanğısı ilə
qarşılayır, onları birliyə çağırır və onların bu halına acıyaraq belə yazırdı:
Şiəmiz sünniyə edər töhmət,
Sünnimiz şiədən edər qeybət,
Bizi puç etdi şiə sünni sözü,
Əhli islamın oldu kur gözü,
Seyid Əzim yaradıcılığında hədislərə də müraciət etmişdir. Bu da heç
təsadüfi deyildi, çünki dindar bir şəxs olan Seyid Əzim gözəl başa düşürdü
ki, tədris vəsaiti olaraq hazırladığı "Rəbiul ətfal" əsəri uşaqlara və gənclərə
xitab eləyir. Hər bir uşağın və gəncin tərbiyəsində isə peyğəmbər kəlamının
xüsusi yeri vardır. Seyid Əzim də bütün bunları nəzərə almış və uşaqların
təlim-tərbiyəsi üçün qələmə aldığı “Rəbiul ətfal” əsərində hədislərə də yer
vermişdir. Onun “Rəbiul ətfal” əsərində müraciət etdiyi və nəzmə çəkdiyi
hədislər uşaqlar və gənclər üçün çox əhəmiyyətlidir. Çünki bu hədislər sırf
elmlə, vətənpərvərliklə, maariflə, qonaqpərvərliklə əlaqəli olan hədislərdir.
Bundan başqa, Seyid Əzim hz. Məhəmməd (s.a.s)-in qoca qarı ilə, qonaqla,
hz. Əli ilə olan və bizə hədis şəklində çatan zarafatlarını da nəzmə
çəkmişdir. Seyid Əzimin qələmə aldığı bir hədisin mənası belədir: Bir gün
hz. Məhəmməd (s.a.s) öz səhabələri ilə oturmuşdu və oradakılara buyurdu
ki, qocalar cənnətə daxil olmayacaqlar, cənnət əhli ancaq cavanlardan ibarət
olacaq. Bunu eşidən “bir qarı övrət” fəryad elədi ki, ey Allahın rəsulu mən
sənə iman etmişəm, etiqadımda zərrə qədər də olsa şübhə yoxdur, gecə
gündüz ibadət edirəm, belə olan halda mənim günahım nədir? Peyğəmbər
(s.a.s) buna güldü və o qarıya belə cavab verdi:
Seyid Əzim Şirvaninin əsərlərində dini motivlər
183
...Dedi peyğəmbəri-sütudə-şiyəm
Bilmədin ey əcuzə eyləmə qəm!
Qocanı döndərib cavan eylər
Sonra həqq daxili cinan eylər
Bundan başqa o, hz. Əlinin hz. Əbubəkr və hz. Ömərlə olan zarafatını da
özünə məxsus şəkildə nəzmə çəkmişdir.
Bir gün atlandı Heydərü Səfdər
Sağda Siddiq, sol yanında Ömər
Qaməti Mürtəza idi kütah
Çün uzun ol iki vəliyullah
Dedilər xəndəvü zərafətlə
“Əntə fi beyninə kənuni-lənə
Qalə in ləm əkun fəəntum lə”
Oldular bu cəvabidən xəndan
Dedilər ya Əli deyil böhtan
Çünki Əhmədlə nuri vahidsən
Etdiyin iddiayə şahidsən.
“Rəbiul ətfal” əsərində bu tip hədislərin və hekayələrin uşaqlara və
gənclərə təlim edilməsində böyük xeyir vardır. Çunki o dövrdə dərslik kimi
nəzərdə tutulan bu kitabı oxuyan hər bir uşaq bu hədisləri və hekayələri
oxumaqla həm tərbiyəyə yiyələnir, həm də müəyyən bir qrammatik materialı
mənimsəyirdi.
Seyid Əzim öz dövrünə görə mükəmməl dini təhsil almışdır. Bəzi şəxslər
kimi o, müəyyən bir təhsil sisteminin təsiri altında qalmamış
4
, həm şiə
məzhəbinə, həm də sünni məzhəbinə aid dini müəssisələrdə təhsil almışdır.
Biz bunun təsirini onun əsərlərində görməkdəyik. Belə ki, o, məsələlərə tərəf
tutmadan yaxınlaşmış, dində əsası olmayan bəzi mövzulara öz münasibətini
sərbəst olaraq bildirmişdir. Yuxarıda da xatırlatdığımız kimi, Seyid Əzim Şiə
məzhəbinin cəfəri qoluna mənsub idi. Ancaq o, şiə məzhəbinin bəzi nüma-
yəndələrinin xüsusi əhəmiyyət verdiyi təmtəraqlı "Aşura" mərasimlərinə öz
4
Hüseynov Sadıq . Seyid Əzim Şirvani. Bakı, 1987.səh 37
Ruslan AĞAYEV
184
etirazını bildirmiş və insanları dində heç bir əsası olmayan belə mərasim-
lərdən uzaq durmağa çağırmışdır. Biz bunu onun "Sultanov Hadiyə" adlı
həcvində açıq aydın görməkdəyik. Seyid Əzim dinlə əlaqəsi olmayan bu
mərasimin təmtəraqlı keçirilməsinə qarşı çıxır, bu mərasimi tənqid edərək
şerində belə yazırdı:
Belə fətvanı görək verdi bizə hansı imam?
Ya ki, onlar özüdə etdi bu əmrə iqdam?
Bədənin zəhməti gər şəridə olmazsa həram,
Biz də başlar çapıban cari edək qan əxəvi!
Heç eşitdinmi çapıb başını imami Cəfər?
Ya ki, Musiyyu-Riza, Əskəriyi xəstə cigər,
Bizdən onlar məgər öz cəddini az istərlər
Niyə bəs vermədilər bu işə fərman, əxəvi?
Daha sonra Seyid Əzim bildirirdi ki, əgər baş çapmaq, qan tökmək lazım
olsaydı bunu ilk növbədə “rəisül-füqəra” olan alimlər edərdilər. Yox əgər
onlar bunu etmirlərsə demək bu işin heç bir əhəmiyyəti və faydası yoxdur.
Seyid Əzimə görə bütün bunlar cahillikdən irəli gəlir və bu çatışmamaz-
lıqları ortadan qaldırmaq üçün ancaq və ancaq avam camaatı dini cəhətdən
maarifləndirmək lazımdır.
"Ateizmə yaxınlaşan şair" adlandırılan Seyid Əzim bəzi dini məsələlər
vardır ki, burada tam mühafizəkar mövqedən çıxış etmişdir. Biz bunun
təzahürlərini onun “Şamaxı babiləri” adlı həcvində görməkdəyik. O, dində
dəyişiklik etmək istəyən, İslamın təməl qayda və qanunlarını rədd edən,
Qurana və sünnətə qarşı çıxan babiləri tənqid edir və onların bu çürük
ideyalarını pisləyərək belə yazırdı:
Qiblə Həctərxanı etmişdi bu qövm-məlun
Tərk edib Məkkəni, mənsux eləyib Minanı
Münkir olduz tutalım “möcüzü-şəqqülqəmərə”
Necə danmaq olur bəs möcüzeyi Qurani?
Seyid Əzim Şirvaninin əsərlərində dini motivlər
185
Babilər belə bir ideya irəli sürürdülər ki, ölümdən sonra dirilmək
ağlasığmaz bir haldır, qəbir həyatı və qəbir əzabı isə ümumiyyətlə mövcud
deyildir. Babilərə görə, dünyada olan yaradılanlar arasında Hind fəlsəfəsində
olduğu kimi, bir ruh dəyişmə prosesi gedir. Seyid Əzim bir din adamı kimi
bunlarla razılaşmır və hər şeyi yoxdan yaratmağa qadir olan Allahın bütün
bunları ikinci dəfə də yaratmağa qadir olduğunu bildirərək belə yazırdı:
Eyləyirsiz nə üçün qəbr əzabın inkar?
Ki, dirilməz bu bədən vəqt ki oldu fani?
Münkiri-qüdrəti-qəyyum olursuz billah
Məgər acizdi verə bir də bu cismə cani?
Gətirən kətmi ədəmdən hamını icazə
Bir də müşküldü məgər həyy edə bu əzani?
Yeri gəlmişkən, Sovet ədəbiyyatında "ateizmə yaxınlaşan şair"
adlandırılan Seyid Əzim bu dünyadan sonra müsəlmanlara xoş həyat vəd
edən axirət həyatına tam varlığı ilə inanmış, bu dünyanın son olmadığını
nəzərə çatdırmış, bu dünyanın axirətimiz üçün bir zəmi olduğunu bildirmiş
və bu dünyadan köçməyin qəm, kədər olmadığını bildirərək fikirlərini
nəzmlə belə ifadə etmişdir:
Dünyayə gələn getmək üçündür, bu nə qəmdir.
Bir fikr elə bu xilqəti-aləm nə üçündür?
Seyid Əzim yaradıcılığında ən ziddiyətli və ən çətin başa düşülən
bəhslərdən biri də onun qəzəlləridir. Çünki bu qəzəllərin əksəriyyəti sufi
təliminin, vəhdəti vucud fəlsəfəsinin təsiri altında yazılmışdır. Məlum
olduğu kimi, sufi təliminin təsiri altında şer qələmə alan şairlər öz şerlərində
mey, meyxanə, zahid, saqi, badə və s. kimi terminlərdən istifadə etmişlər. Bu
terminlərdən ibarət olan və əsl mətləbin də gizli qaldığı qəzəlləri başa
düşmək və şərh etmək olduqca çətin və mürəkkəb bir işdir. Bunları təhlil
etmək üçün ilk növbədə ərəb və fars dillərini, islam fəlsəfəsini və
təsəvvüfünü mükəmməl bilmək lazımdır. Çox təəssüf ki, Sovet İttifaqı
vaxtında nəinki Seyid Əzimi, hətta Nəsimini və Füzulini də tədqiq edən
alimlər bu meyarları nəzərə almamışlar. Bu meyarların nəzərə alınmaması
Ruslan AĞAYEV
186
isə onların ateistliklə ittiham olunmasına gətirib çıxarmışdır. Düzdür o
dövrdə yuxarıda qeyd etdiyimiz məsələlərdən agah olan alimlər də
olmuşdur. Ancaq onlar da zamanın tələbinə görə bu qəzəllərin zahirində olan
mənanı əsas götürmüşlər və bu qəzəllərin əsas mənasına göz yummuşdurlar.
Bunu isə zamanın tələbindən irəli gələn bir məsələ kimi qiymətləndirmək
lazımdır.
Onun qəzəllərində belə bir təzada rast gəlirik: Meyxanə və məscid. İlk
növbədə oxucuya elə gəlir ki, Seyid Əzim meyxanəni məscidə qarşı qoyur,
onu məsciddən üstün tutur və insanları şərab içməyə, meyxanə küncündə
yatıb qalmağa çağırır. Amma biz onun şerlərini diqqətlə nəzərdən keçirsək
görərik ki, bu heç də belə deyil. Bu məsələdə Seyid Əzim meyxanəni
məscidə qarşı qoymaqla onu heç də təbliğ etmək istəməmişdir. Onun
qəzəllərindəki “məscid” məfhumunu hər cür insanın ibadət etdiyi yer kimi,
“meyxanə” məfhumunu isə hal əhli olan insanların könüllərini Allah (c.c)
eşqi ilə doldurduqları bir yer kimi qiymətləndirmək lazımdır
5
. O, meyxanə,
məscid və başqa təzadları yaratdıqdan sonra qəzəllərindəki bu gizli rəmzlərin
hansı mənaya gəldiyinə işarə edərək və bunları dərk etməyin xüsusi
əhəmiyyətinin olduğunu vurğulayaraq belə yazırdı:
Rümuzi şerimin dərk etməmiş mənasını Seyyid
Gedib meyxanələrdə laübali meyküsar olma
Seyid Əzimin ilk baxışda badəpərəstliyi təbliğ edən şerlərinə də rast
gəlmək mümkündür. Sanki o, burada badəpərəstliyi təbliğ edir və insanlara
şərabın verdiyi xeyirlərdən söhbət açır. Ancaq biz bunun belə olmadığını
onun şerlərinin işığında görməkdəyik. Misal üçün onun aşağıdakı şerinə
nəzər salaq.
Vaiz demə ki əldən alır əqli piyalə
Badə gətirər mərdümi hüşyarı kəmalə
Sən özgə günah eyləmə iç badeyi gülfam
Ondan nə günah olsa mənə eylə həvalə.
5
Cebecioğlu Ethem. Tasavvuf terminləri və deyimləri sözlüğü. “Anka” yayınları,
Ankara, 2004. səh. 45
Seyid Əzim Şirvaninin əsərlərində dini motivlər
187
Şerin zahiri mənasına görə hökm versək, Seyid Əzim burada əsas
mənanı üçüncü misrada verir ki, burada da badənin içilməsinə şərt qoyur və
ondan sonra onu içən şəxsin günahlarını öz üzərinə götürür. Ancaq onun
qoyduğu şərt çox ağır və məsuliyyətli bir şərtdir. “Özgə günah” deyəndə
Seyid Əzim oğurluq, iftira, yalan, qeybət, zina, qul haqqı və sair kimi
günahları nəzərdə tuturdu ki, bunları da etmədən ancaq şərab içərək günah
eyləyən insan tapmaq çox çətindir. Şair burada meyi ön plana çəkməklə
meydən də böyük günahların olmasını nəzərə çatdırır. Onu da nəzərdən
qaçırmamaq lazımdır ki, əgər sərxoşluq şəxsi problemdirsə və ondan
cəmiyyətin tək-tək fərdləri əziyyət çəkirsə, yuxarıda sadaladığımız oğurluq,
iftira, qeybət, yalan, zina və sair kimi “özgə günahlar” cəmiyyət üçün xüsusi
əhəmiyyət kəsb edən problemdir və bundan bütün cəmiyyət əziyyət çəkir.
Bundan başqa, Seyid Əzim sırf şərabı tənqid edən xüsusi bir şer də qələmə
almışdır. “Şərab haqqında” adlı bu şerində o, şərabın cəmiyyətə verdiyi
ziyanlardan bəhs edir, şərabı ağlı örtən bir “hicab” adlandırır
6
və şərabın
ilahi hökmlə qadağan olunduğunu bildirərək belə yazırdı:
İçmə şərabi-nabı ki, ümmül fəsaddır,
Hər fitnədən şərab fəsadı ziyaddır,
İçmə onu ki, içmədi peyğəmbəri xuda,
İçmə onu ki, içmədi sultani övliya.
Biz bu mülahizələrlə Seyid Əzimi tamamilə pak və təmiz bir nöqtəyə
çıxarmaq fikrində deyilik. Bizim məqsədimiz Seyid Əzim yaradıcılığının tək
bir yöndən deyil, müxtəlif yönlərdən ələ alınmasının vacibliyini
göstərməkdir. Bu zaman biz obyektivliyə nə qədər əhəmiyyət versək, Seyid
Əzim yaradıcılığına da bir o qədər mükəmməl yiyələnmiş olarıq.
Seyid Əzim Şirvani yaradıcılığını düzgün tədqiq etmək, gələcək nəsilə
olduğu kimi çatdırmaq (sovetlər dönəmindəki kimi yox) çox çətin və zəhmət
tələb edən bir işdir. Bu isə iki səbəbdən irəli gəlir. Bunlardan birincisi, onun
əsərlərindəki ziddiyyətli məqamlar, ikincisi isə əsərlərinin həcmcə böyük
olmasıdır. Firudin bəy Köçərlinin təbiri ilə desək “Azərbaycan şairlərindən
heç biri onun qədər əsər qələmə almayıbdır. Buna görə də, onu rusların
6
Hüseynov Sadıq. Seyid Əzim Şirvani. Bakı, 1987. səh 6
Ruslan AĞAYEV
188
Puşkininə, ingilislərin Bayronuna və polyakların Miskeviçinə bərabər tutmaq
lazımdır
7
.” O, öz ədəbi irsi ilə sağlığında bu dünyaya səs salıb axirət
dünyasına da üz ağlığı ilə gedən dahilərimizdəndir.
Mövti cismani ilə sanma mənim ölməyimi
Seyyida, ölmərəm aləmdə səsim var mənim
7
Köçərli Firudin. Azərbaycan ədəbiyyatı. Bakı, 1981, səh. 97.
Seyid Əzim Şirvaninin əsərlərində dini motivlər
189
Dostları ilə paylaş: |