Elmи мяъмуяси



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
#16979
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

 

 

İSLAM ÜMMƏTİNİN BİR NEÇƏ FİRQƏYƏ 

BÖLÜNMƏSİNİN DOĞRU ANLAMI 

 

Emil RƏHİMOV 

AMEA akademik Z.M.Bünyadov 

adına Şərqşünaslıq İnstitutunun aspirantı  

 

  



Müsəlmanların firqələrə bölünməsi və buna rəvac verən amillərə münasi-

bətdə müsəlman alimləri çeşidli mövqelərdən çıxış edirlər. Onların bəziləri 

bunu qeyri-təbii, İslam birliyini zəiflədən bir hadisə kimi, digərləri isə İsla-

mın fikir azadlığı və tolerant dini olduğunun təzahürü kimi dəyərləndirmiş-

lər. Bu baxımdan, “İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru 

anlamı” adlı mövzusu aktual sayıla bilər. 

İslam alimlərindən bir qrupu belə hesab edir ki, İslam ümmətinin ondan 

qabaqkı ümmətlər kimi parçalanması Peyğəmbərin (s) qabaqcadan xəbər 

verdiyi qəzavü-qədərdəndir. Onların fikrincə müsəlmanlar qiyamətə  qədər 

nə  qədər çalışsalar və  vəhdətə can atsalar belə, yenə  də firqələr  şəklində 

qalacaqdır

1

. Lakin bu cür düşünmək çıxış yolu deyildir. Onların dəlil və 



sübut olaraq istinad etdiyi Peyğəmbərdən (s) nəql edilən iki məşhur hədisdir 

ki, onlara təfsilatı ilə aşağıda aydınlıq gətirəcəyik. 

Digər  İslam alimləri isə belə hesab edir ki, İslam ümmətinin bir neçə 

firqəyə bölünməsi müəyyən zamanlara təsadüf edə bilər, lakin daimi olması 

yolverilməzdir

2



Bu fəsildə bəhsimizi İslam alimləri tərəfindən birmənalı qəbul edilməyən 

iki məşhur hədis üzrə davam etdirəcəyik: 

1-

 

Peyğəmbərdən (s) nəql olunan hədislər “bu ümmətin bəlası  və 



fəlakəti öz içindəndir”- olmasından xəbər verir

3



                                                 

1

 



ا

مومذملا  قرفتلا  و  عورشملا  فلاتخلاا  نيب  ةيملاسلإا  ةوحصل

  .

د

.



ىواضرقلا  فسوي

  .


قورشلا  راد

  .


1421

\

2001



 

2

 



مومذملا قرفتلا و عورشملا فلاتخلاا نيب ةيملاسلإا ةوحصلا

 .

د



.

ىواضرقلا فسوي

 .

ص

 -



30

 

3



 

مومذملا قرفتلا و عورشملا فلاتخلاا نيب ةيملاسلإا ةوحصلا

 .

د

.



ىواضرقلا فسوي

 .

ص



 -

30

 



 Emil RƏHİMOV 

210 


2-

 

Peyğəmbərdən (s) nəql olunan hədislər “İslam ümmətinin yetmiş üç 



firqəyə bölünməsindən, bir firqədən başqa qalan firqələrin Cəhənnəmdə 

olmasından” xəbər verir

4



 



“Ümmətin bəlasının öz içindən olması” hədisinin doğru anlamı 

Bu baxımdan varid olan hədislər bir neçə səhabədən rəvayət olunmuşdur 

və səhih hədislərdən sayılır. Əli ibn Əbi Talib, Səd ibn Əbi Vaqqas, Suban, 

Ənəs ibn Malik, Huzeyfə, Məaz ibn Cəbəl, Əbu Hüreyrə və İbn Abbas kimi 

səhabələr bununla bağlı hədislər rəvayət etmişlər. 

Hafiz ibn Kəsir öz təfsirində “Ənam” sürəsi altmış beşinci ayənin təfsiri 

ilə bağlı bu hədisləri qeyd edir

5

.  



Allah təala buyurur: “De ki, “Allah başınızın üstündən və ayaqlarınızın 

altından (göydən və yerdən) sizə  əzab göndərməyə, sizi dəstələr halında 

qarışdırmağa və birinizə digərinin zorunu daddırmağa qadirdir! Gör ayələ-

rimizi onlara nə cür izah edirik ki, bəlkə başa düşsünlər!”

6

 

Bu ayənin təfsiri ilə bağlı qeyd olunan hədislərdən ikisini söyləməklə 



kifayətlənirik: 

1- Əhməd ibn Hənbəl və Müslim Səd ibn Vaqqasdan rəvayət edir: 

“Bir gün Rəsulullah (s) “Aliyə” deyilən yerdən gəlirdi, Bəni Muaviyə 

məscidindən keçərkən məscidə daxil olub iki rükət namaz qılır. Biz də 

onunla namaz qıldıq. Allaha çox dua edəndən sonra üzünü bizə tərəf çevirib 

belə buyurdu: Rəbbimdən üç şey dilədim.  İkisini verdi, birini isə vermədi. 

Birincisi: Rəbbimdən dilədim ki, ümmətimi qıtlıqla, aclıqla həlak etməsin. 

Rəbbim bu duanı  məndən qəbul etdi. İkincisi: Rəbbimdən dilədim ki, 

ümmətimi suda qərq etməsin. Rəbbim bu duanı da məndən qəbul etdi. 

Üçüncüsü: Rəbbimdən dilədim ki, ümmətimin bəlası içindən olmasın, bu 

duanı isə Rəbbim məndən qəbul etmədi”

7

.  



2- Əhməd ibn Hənbəl və başqaları Xəbbab ibn Əl-Ərətdən rəvayət edir: 

“Bir gecə mən Rəsulullahın (s) dalınca düşmüşdüm. O, fəcr vaxtı gələnədək 

bütün gecəni namaz qıldı. Peyğəmbər (s) namazında salamları verəndən 

                                                 

4

 

مومذملا قرفتلا و عورشملا فلاتخلاا نيب ةيملاسلإا ةوحصلا



 .

د

.



ىواضرقلا فسوي

 .

ص



 -

30

 



5

 

ريثك نبا



 .

ميظعلا نآرقلا ريسفت

 .

 دلجلا


1

-

4



 .

،ةفرعملا راد ،توريب

1411

\

1991



 

6

 Əl-Ənam, 65 



7

 

 نتفلا ىف ملسملا هاور



)

ثيدحلا


:

2889


(

 


İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı 

211 


sonra mən ona dedim: “Ya Rəsuləllah! Gecənin hamısını namaz qıldın, mən 

səni indiyə  qədər bu halda görməmişdim”. Rəsulullah (s) dedi: “Bəli, bu 

istək və qorxu namazı idi. Bu namazlarda Rəbbimdən üç şey istədim, ikisini 

qəbul etdi, birini isə yox. Rəbbimdən mənim ümmətimi qabaqkı ümmətlər 

kimi həlak etməməsini istədim. Rəbbim bunu qəbul etdi. Rəbbimdən 

düşmənlərin bizim üzərimizdə qələbə çalmamasını istədim. Rəbbim bunu da 

qəbul etdi. Rəbbimdən bizi dəstələr halında qarışdırmamasını istədim. 

Rəbbim bunu qəbul etmədi”

8



Bu və digər söylənilməyən hədislər açıq-aşkar  İslam ümmətinin 



bəlasının öz içindən olmasına dəlalət edir. 

Allah təala öz Peyğəmbərinə (s) lütf olaraq iki şeyə zamin durmuşdur: 

1-Allah keçmiş ümmətləri məhv etdiyi kimi, bu ümməti o şəkildə məhv 

etməyəcəkdir. Misal olaraq, Allah Nuh qövmünü suda qərq etdi. Firon və 

onun adamlarını aclıq və  qıtlıqla imtahana çəkdi, sonra isə suda qərq etdi. 

Lut qövmünü yerlə yeksan etdi, onların üzərinə göydən bəla endirdi.  

2-Allah başqa düşmənlərin İslam ümmətinə hakim kəsilməsindən, onun 

mövcudluğuna son qoymasından onu qorumağa zamin durmuşdur. 

Lakin Rəsulullahın (s) istədiyi üçüncü dua isə  Rəbbi tərəfindən qəbul 

olunmur. Peyğəmbərin (s) duası, Allahın bu ümməti dəstələr halında 

qarışdırmaması və ümmətin bəlasını öz içindən etməməsi ilə bağlı idi. Allah 

isə bu duanı qəbul etməyib onu ümmətin öz ixtiyarına, səbəb və  nəticələrə 

buraxır. 

Doktor Yusif əl-Qardavi hədisdəki üçüncü duanın qəbul olunmamasına 

aydınlıq gətirərək deyir: “Bu ümmət işinin öhdəsindən özü gəlməlidir. Heç 

də Allahın bu işi onların öz ixtiyarlarına buraxması o demək deyil ki, Allah 

onları  dəstələr halında və firqə-firqə olmasını istəyir. Heç də Allah bunu 

onlara nə məcbur edib, nə də ki, əmr edibdir”

9

.  


Əlbəttə,  əgər bu ümmət Allahın  əmrinə tabe olsa, Peyğəmbərin (s) 

göstərişlərinə riayət etsə, öz aralarında birliyi, vəhdəti qorusalar, izzətli və 

güclü olar, Allahın və özlərinin düşmənlərinə qalib gələrlər və  İslamın 

tələblərini həyata keçirmiş olarlar, yox əgər  şeytanın tələblərinə uymuş 

                                                 

8

 



 ةيلآا ريسفت ىف ريثك نبا هركذ

65

 ماعنلأا ةروس نم 



)

ـج

2



\

141


 (

دنسملا نع لاقن

 .

 نابح نبا و ئاسنلا هاور و



لاق و نتفلا ىف ىذمرتلا و هحيحص ىف

:

  حيحص نسح



.

 

9



 

مومذملا قرفتلا و عورشملا فلاتخلاا نيب ةيملاسلإا ةوحصلا

 .

د

.



ىواضرقلا فسوي

 .

ص



 -

32

 



 Emil RƏHİMOV 

212 


olsalar, öz nəfsi istəklərinə qul olsalar, əlbəttə, parça-parça olub düşmən 

məğlubiyyətinə  məruz qalarlar. Necə ki, hədis bundan xəbər verir: “Hətta 

biri digərini məhv edər və onu əsir götürər”

10



Heç də söylənilən hədislər bu ümmətin parçalanmasının lazımi və daimi 

olmasını  və ya hər vaxt belə olmasını, qiyamətə  qədər bu şəkildə davam 

etməsini qətiyyən söyləmir. 

Əks halda, Allahın Quranda buyurduğu göstəriş  və  əmrlərin heç bir 

mənası və faydası olmazdı: 

1. Allah təala buyurur: “Hamınız bir yerdə Allahın ipindən (dinindən) 

möhkəm yapışın, bir-birinizdən ayrılmayın!”

11

  



2. “Allah tərəfindən açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən 

ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar 

olacaqlar!”

12

.  



3. “Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə  çəkişməyin, 

yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki, Allah səbir 

edənlərlədir!”

13

  



4. “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib 

döyüşənləri sevər!”

14

 

5. “(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. 



Ondan (Allahın əzaibndan) qorxun, namaz qılın və müşriklərdən olmayın! O 

kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bəzisi bütlərə, bəzisi 

günəşə  və aya, bəzisi ulduzlara səcdə etməyə başladılar). Hər bir firqə öz 

dininə (öz dininin haqq olduğuna) sevinər”

15

.  


6. “Bu (tövhid dini islam) tək bir din olacaq sizin dininizdir. Mən də 

sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!”

16

 

İslam Peyğəmbəri Məhəmməd (s) buyurur: “İxtilaf etməyin, sizdən 



qabaqkılar ixtilaf etdikləri üçün həlak oldular”.  

“Mömin möminin divarıdır, onlar bir-birinə dayaqdırlar”. 

                                                 

10

 



مومذملا قرفتلا و عورشملا فلاتخلاا نيب ةيملاسلإا ةوحصلا

 .

د



.

ىواضرقلا فسوي

 .

ص

 -



32

 

11



 Ali İmran, 103 

12

 Ali İmran, 105 



13

 Əl-Ənfal, 46 

14

 Əs-Saff, 4 



15

 Rum, 31-32 

16

 Əl-Muminun, 52 



İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı 

213 


“Möminləri öz aralarında bir-birinə sevgi, rəhmət,  şəfqət göstərdiyini 

görərsən. Onlar bir cəsəd kimidirlər. Cəsədin bir üzvü şikayət edib ağrıyarsa, 

qalan üzvləri də onun harayına yetişər”. 

“Bir-birinizə həsəd aparmayın, arxa çevirməyin, kin bəsləməyin! Allahın 

sevimli qardaş qulları olun!”

17

 



Doktor Yusif əl-Qardavi deyir: “Qurani-kərimin ayələrindən və 

Rəsulullahın (s) hədislərindən bir daha aydın olur ki, İslam ümmətinin 

parçalanıb dəstələrə bölünməsi Allahın nə göstərişi, nə  də  qəzavü-

qədərindən deyildir. Əks təqdirdə, ayə  və  hədislərin müsəlmanlara bir 

olmağı, dəstələrə bölünməməyi, bir imam arxasında cəmləşməyi, eyni 

vaxtda hakimiyyətdə iki xəlifənin olmaması, ümməti parçalamaq istəyənlərə 

qarşı müqavimət göstərməyi əmr etməsində heç bir məna olmazdı. Əgər bu 

ümmətin dəstələrə bölünməsi qəzavü-qədərdən olsaydı bəs bu ayələr bizə nə 

üçün birləşməyi və  dəstələrə parçalanmamağı  əmr edir?! Məgər bu əbəs 

sayılmır?”

18



Müsəlmanlar Allahın və Onun Rəsulunun göstərişlərinə əməl etmədikdə 



bu bəla onların başına gələ bilər. Deməli, səbəblər bizim üzümüzdən baş 

verir, nəticələr də səbəblərin doğurduğu amillərdir. 

Müsəlmanlar Allahın  şəriətindən, kitabından, haqq yoldan uzaq 

düşdüklərinə görə Allah bu cəzanı onlara dünyada ikən daddırmışdır. 

İbn Ömərdən gələn rəvayətdə belə buyurulur: “Nə  qədər ki, müsəlman 

rəhbərləri Allahın kitabı ilə hökm etməzlər, Allah da onların bəlasını içindən 

edər”

19

.  



Həqiqətdə, tarixə nəzər salsaq görərik ki, müsəlmanlar acı hadisələrlə üz-

üzə  gəlmişlər. Buna misal olaraq səhabələrin öz aralarında fitnə-fəsadın 

qopması, sonrakı dövrlərdə-Əməvilər və Abbasilər dövründə toqquşmaların 

və fitnələrin baş alıb getməsi, qərbdən “səlib” yürüşləri,  şərqdən “tatar” 

yürüşləri və s. göstərmək olar. Əlbəttə, bütün bu acı hadisələr ümmətin Allah 

və Onun Rəsulunun (s) yolu ilə getməməsi üzündən baş verdi. 

Lakin Rəsulullahdan (s) müjdəçi hədislər də vardır ki, oradan bizə aydın 

olur ki, İslam dini ucalacaq, Avropaya daxil olacaq, elə bir bölgə olmayacaq 

                                                 

17



مقرب ،ملسملا ملظ ميرحت باب ،بادلآا و ةلصلا و ربلا باتك ،ملسم حيحص

) :


2564

 

18



 33

مومذملا قرفتلا و عورشملا فلاتخلاا نيب ةيملاسلإا ةوحصلا

 .

د

.



ىواضرقلا فسوي

 .

ص



-

 

19



 

م نبا هاور

 هتدابزو ريغصلا عماجلا حيحص ىف وھ و ىقھيبلا و مكاحلا و رازبلا و هجا

)

7978



(

 


 Emil RƏHİMOV 

214 


ki, Allahın dini oraya çatmasın.  Əlbəttə, o müjdələrin bir qismi göz 

qabağında olsa da, digər qisminin həyata keçməsi üçün ən  əsas ümmətin 

vəhdət şəklində olması və İslam bayrağı altında birləşməsidir. 

İslam dünyasının yaşadığı bu çətin mərhələ  İslam ümməti xalqları 

arasında mədəni vəhdətin möhkəmləndirilməsi üçün bütün səylərin və 

güclərin birləşməsini tələb edir. Həmçinin, İslam haqq din olduğundan onun 

fəaliyyətini yeniləşdirmək, bütün sahələrdə inkişafa və  tərəqiyyə doğru 

aparan və qovuşduran yüksək dəyərləri,  əsas prinsipləri və  təlimləri 

göstərmək lazım gəlir. 

Heç şübhə yox ki, İslam ümmətinin hazırkı problemlərini təəssübkeşliyə 

qapılmaqla, ixtilafları  şüar etməklə, tarixdə baş verən düşmənçilik və 

qərəzlilikləri diriltməklə həll etmək olmaz

20



Belə ixtilaflar etmək üçün əgər bizdən əvvəlkilərin vaxtı var idisə, bizim 



isə bu gün ona vaxtımız yoxdur. Çünki, müsəlmanların ondan da böyük 

problemləri var. Əgər onların həllinə bu gün çalışmasaq, sabah onlar üst-üstə 

yığılacaq. Son dərəcə aramızdakı  təəssübkeşlik hisslərini kənara qoyub 

ixtilaflara toxunmamalıyıq. Unutmamalıyıq ki, biz müsəlmanıq, dinimiz 

İslamdır, Rəbbimiz birdir, Kitabımız birdir, Peyğəmbərimiz (s) birdir, 

hədəfimiz birdir, düşmənimiz də birdir. İslam düşmənləri müsəlmanlara 

qarşı vuruşanda sünni və  şiə arasında heç bir fərq qoymur, onun üçün hər 

ikisi eynidir. Onlar İslama qarşı vuruşur və onun məhvinə çalışırlar. 

 

“İslam ümmətinin yetmiş üç firqəyə bölünməsi” hədisinin doğru 

anlamı 

“Ümmətin yetmiş üç firqəyə bölünməsi, birindən başqa qalanlarının 

Cəhənnəmdə olmasından” xəbər verən hədis  İslam alimləri tərəfindən bir 

mənalı qəbul edilməmişdir. Bunun səbəblərini aşağıdakı bəhslərdə nəzərdən 

keçirək: 

1. Hədisin sənədi ilə bağlı yaranan ixtilaflar. 

2. Hədisin mətni ilə bağlı yaranan ixtilaflar. 

3. Firqələr içərisində hansı firqənin nicat tapması ilə bağlı yaranan 

ixtilaflar. 

                                                 

20

  Məhəmməd Məhəmməd  Əl-Mədəni (səh-11 Seyyid Murtəza Rızəvi. Fi səbil  əl-



vahdət əl-islamiyyə. Dar əl-məalim li ət-tibaət. Qahirə, h.1398-m.1978. (S.126)): 

İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı 

215 


Bəhsimiz üç hissədən ibarətdir.  

1.

 

Hədisin sənədi 

Hədisin İslam ümmətinin taleyi ilə bağlı olmasına baxmayaraq bu hədis 

Əl-Buxarinin və Müslimin “Əl-Cami əs-səhih” əsərlərində nəql olunmamış-

dır. Başqa hədis kitablarında nəql edilsə  də, yenə  də Buxari və Müslimin 

hədisin nəqli üçün qoyduğu  şərtlərə tam cavab vermir. Əgər deyilsə ki, 

Buxari və Müslim bütün səhih hədisləri öz kitablarında cəm etməyiblər, bu 

da doğrudur. Lakin Buxari və Müslim ən mühüm mövzularda, xüsusi ilə də 

İslam ümmətinin taleyi ilə bağlı olan bu kimi məsələdə ən azından bir hədis 

olsa da belə, o haqda rəvayət etmişlər. 

“Əl-firəq beynəl-firəq” kitabının tədqiqatçısı  Məhəmməd Muhyid-Din 

deyir: “Bil ki, alimlər bu hədisin doğru olmasında ixtilaf etmişlər. Bəziləri 

bu hədisin sənədinin  əsla doğru olmadığını vurğulamışdır. Çünki, hansı 

sənədlə  rəvayət olunmuşsa, o sənəddə  zəiflik vardır. Belə  zəif hədislərdən 

dəlil çıxarmaq doğru sayılmır. Bəziləri isə bu hədisin bir neçə yolla nəql 

olunmasını nəzərə alaraq onu qəbul etmişlər”

21



Əbu Davud özünün “Sünən” əsərində, Tirmizi özünün “Sünən” əsərində, 

İbn Macə özünün “Səhih”  əsərində  rəvayət etdikləri bu hədislə bağlı  Şeyx 

Məhəmməd Zahid əl-Kovsəri belə deyir: “İbn Macənin öz Səhihində, 

Beyhəqinin öz Sünənində və başqalarının müxtəlif yollarla rəvayət etdiyi bu 

hədisin sənədlərində Əbdür-Rəhman ibn Ziyad ibn Ən`əm, başqa sənədində 

Kəsir ibn Abdullah, başqa sənədində Übbad ibn Yusif və Raşid ibn Səəd, 

başqa sənədində Əl-Vəlid ibn Müslim, digər sənədlərində isə məchul ravilər 

vardır”


22

. Bunlar hədisin sənədi ilə deyilənlərin bəzisidir. 

Tirmizi bu hədis haqqında həsən səhih (yaxşı və doğru) söyləsə belə, İbn 

Həbban və  əl-Hakim onu səhih hesab etsələr də, bu hədisin sənədində 

Məhəmməd ibn Əmr ibn Əlqəmə ibn Vəqqas  Əl-Leysi deyilən bir şəxs 

vardır. Təhzibu-ət-təhzib kitaibnda onun tərcüməyi-halını oxuyanda yadda-

şının zəif olmasını söyləyirlər. Bəziləri isə onu heç etibarlı saymır. Ona görə 

də  Əl-Hafiz “təqrib” adlı kitabında onu saduq (doğru danışan), lakin onda 

vəhmin (şəkkdən də  aşağı  mərtəbənin) olmasını vurğulayır. Bu məqamda 

doğru danışmaq təkcə kifayət etmir, ravinin yaddaşının güclü olması da 

                                                 

21

 



قرفلا نيب قرفلا

 :

7



 ـ

8

تلا 



 ةقيلع

 

22



 

ريصبتلا


 :

9

ةمدقملا ،



 

 Emil RƏHİMOV 

216 


şərtdir (طبضلا). Amma Məhəmməd ibn Əmr ibn Əlqəmənin yaddaşının 

zəifliyi şəkkdən aşağı olan vəhm dərəcəsindədir.  

Hədis alimlərinə  məlumdur ki, Tirmizi, İbn Həbban və  əl-Hakim 

hədisləri səhih saymaqda güzəştlərə çox yol verirlər. 

Burada hədisi Müslimin şərtinə görə  səhih hesab edənlər də vardır. 

Çünki Müslim Məhəmməd ibn Əmrdən sitat gətirmişdir. Lakin Zəhəbi bunu 

rədd edir. O deyir ki, Müslim onun adını tək halda yox, başqaları ilə birlikdə 

misal çəkir. Həmçinin, Əbu Hüreyrədən rəvayət olunan hədisə görə “birinin 

Cənnətdə, qalanlarının isə  Cəhənnəmdə olması” nəql olunmamışdır. Elə 

hədisin bu artıq hissəsi də alimlər arasında böyük mübahisələr doğurmuşdur. 

Hədisin bu hissəsi bir neçə səhabədən- Abdullah ibn Əmr, Müaviyə, Auf ibn 

Malik və Ənəsdən ayrı-ayrı sənədlərlə rəvayət olunmuşdur. Lakin sənədlərin 

hamısı  zəifdir. Onları birlikdə bir yerə  cəm edib güclü hesab edənlər də 

istisna deyildir. 

 Hədis həm əhli-sünnə kitablarında, həm də əhli-şiə kitablarında müxtəlif 

sənədlərlə  rəvayət olunmuşdur.  Şiə  hədis alimlərindən  Şeyx Saduq öz 

“xisal” kitabında “yetmiş  və ondan yuxarı” fəslində

23

,  Əllamə  Məclisi öz 



“bihar əl-ənvar” kitabında

24

 bu hədisi nəql etmişlər. 



“Ümmətin yetmiş üç firqəyə bölünməsi” hədisini səhih və ya yaxşı hədis 

hesab edən alimlərdən Əl-Hafiz ibn Həcəri və Şeyxülislam İbn Teymiyyəni 

misal göstərmək olar. 

 

2. Hədisin mətni 

 Hədisin mətnindəki ixtilaflar onun sənədindəki ixtilaflardan heç də azlıq 

təşkil etmir. Belə ki, hədisin nəyə dəlalət etməsində alimlər arasında bir sıra 

ixtilaflar yaranmışdır: 

1-Firqələrin ümumi sayındakı ixtilaf  

Əl-Hakimin rəvayətinə görə  yəhudi və xaçpərəstlərin sayı yetmiş bir, 

yetmiş iki arasında tərəddüdlə nəql olunmuşdur. Əbdül-Qadir əl-Bağdadinin 

Əbu Hüreyrəyə isnadında isə  yəqin olaraq yəhudilərin yetmiş bir, 

xaçpərəstlərin yetmiş iki firqəyə bölünməsi qeyd olunur. Başqa bir sənədə 

görə isə  Bəni-İsrailin yetmiş iki firqəyə bölünməsi rəvayət olunur. Hədis 

                                                 

23

 



لاصخلا

:

2



\

584


رشع ىداحلا و رشاعلا ثيدحلا ،قوف ام و نيعبسلا باوبأ ،

 

24



 

راحبلا


 :

28

\



2

 -

36



 

İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı 

217 


belədir: “Bəni-İsrailin başına gəldiyi kimi mənim də ümmətimin başına 

gələcəkdir. Belə ki, Bəni-İsrail yetmiş iki firqəyə bölündü. Mənim ümmətim 

isə yetmiş üç firqəyə bölünəcəkdir”. Daha başqa bir sənədə görə isə  Bəni-

İsrail yetmiş bir firqəyə bölünmüşdür

25

. Lakin bəzi alimlər bu hədisləri bir 



yerə  cəm edib Bəni-İsrailin həm yəhudi, həm də xaçpərəstlərə  şamil 

olduğunu və bu baxımdan yəhudilərin yetmiş bir, xaçpərəstlərin isə yetmiş 

iki firqəyə bölünməsini bu şəkildə izah edirlər. 

2-Həlak olan və nicat tapan firqələrin sayındakı ixtilaf 

Rəvayətlərin çoxunda bir firqənin nicat tapması, qalanlarının isə  həlak 

olması açıqlanır. Əl-Bağdadinin rəvayətinə görə o firqələrin birindən başqa 

qalanları Cəhənnəmdədirlər

26



Tirmizi və İbn Macə də buna oxşarını söylərir

27



Bəzi rəvayətlərində isə ümmətin yalnız yetmiş üç firqəyə bölünməsi 

qeyd olunur. Onlardan birinin Cənnətdə, qalanlarının isə  Cəhənnəmdə 

olması vurğulanmayıb. 

Əbu Davud, Tirmizi, İbn Macə,  İbn Həbban və  Əl-Hakimin  Əbu 

Hüreyrədən rəvayət etdiyi hədislər bu şəkildə nəql olunub: 

 “Yəhudilər yetmiş bir firqəyə  və xaçpərəstlər yetmiş iki firqəyə 

bölünmüşlər, mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcəkdir”

28

.  



Lakin Şəmsüddin Məhəmməd ibn Əhməd ibn Əbu Bəkr əl-Bəşşari Əs-

Səyyah (vəfatı-h.380) “Əhsən ət-təqasim fi mərifət əl-əqalim” adlı kitabında 

bunun tam əksini söyləyir. O deyir: “Yetmiş iki firqə Cənnətdə, bir firqə isə 

Cəhənnəmdədir”. O, hədisin bu sənədini səhih, o biri sənədini isə (bir 

firqədən başqa qalanları Cəhənnəmdədir) məşhur saymışdır

29



Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin