25
قرفلا نيب قرفلا
:
5
26
قرفلا نيب قرفلا
:
76
27
ىذمرتلا ننس
:
5
\
26
ثيدحلا ،ناميلإا باتك،
2641
.
هجام نبا ننس
:
2
\
479
مملأا قارتفا باب ،
28
لا ىف دواد وبأ
مقرب ةنس
)
4596
(
ناميلإا ىف ىذمرتلا و
)
2642
(
لاق و
:
نتفلا ىف هجام نبا و ،حيحص نسح
ارصتخم
)
3991
(
دراوملا ىف امك نابح نبا و
)
1834
(
مكاحلا و
)
1
\
6
(
هدر و ملسم طرش ىلع هححص و
ىبھذلا
.
29
ميلاقلأا ةفرعم يف ميساقتلا نسحأ
.
ماع،نديل ىف باتكلا عبط
1324
\
1906
Emil RƏHİMOV
218
3. Firqələr içərisində hansı firqənin nicat tapması ilə bağlı yaranan
ixtilaflar
Nicat tapan firqənin xüsusiyyətlərinə gəldikdə isə onunla bağlı müxtəlif
rəvayətlər nəql olunmuşdur. Bəzi rəvayətlərə görə nicat tapan firqə
“camaat”-dır. Bu rəvayəti Əl-Hakim
30
, Əbdül-Qahir Əl-Bağdadi
31
, Əbu
Davud
32
, İbn Macə
33
nəql edir.
Başqa bir rəvayətdə isə nicat tapan firqə “Peyğəmbər (s) və onun
səhabələrinin yolu”-dur. Bu rəvayəti isə Tirmizi
34
və Şəhristani
35
nəql edir.
Əl-Hakimin nəql etdiyi rəvayətdə isə həlak olan firqələrin xüsusiyyətləri
açıqlanır. Rəvayətdə deyilir: “Mənim ümmətim yetmiş neçə firqəyə
bölünəcəkdir. Ən böyük firqə isə məsələləri öz rəyləri ilə qiyas edənlərdir.
Onlar halalı haram, haramı isə halal edərlər”. Əl-Hakim bu rəvayəti Buxari
və Müslimin şərtlərinə görə səhih sayır, amma onlar bu hədisi öz
Səhihlərində nəql etməyiblər
36
.
“Raudat əl-cənnat” kitabının müəllifi “əl-cəm`u beynə ət-təfasir”
kitabından Peyğəmbərdən (s) belə nəql edir: “Nicat tapan firqə mən və
mənim şiələrimdir”
37
.
Göründüyü kimi, nicat tapan firqənin müəyyən olunmasında da ixtilaflar
vardır. Belə ki, hədislər müxtəlif şəkildə nəql olunaraq bir-biri ilə uzlaşmır.
Əslində məsələ ciddidir. Ona görə ravi hədisin bir qismini rəvayət edib o biri
qismini unuda bilməz. Bu da hansı firqənin nicat tapmasını müəyyənləşdirən
hədisin səhih olmasında şübhə doğurur.
Əl-Əzhər Universitetinin şeyxi Məhəmməd Əbduh deyir: “Yetmiş üç
firqədən hansının nicat tapması indiyə qədər bəlli olmayıb. Hər bir firqə
özünü Qurana və Peyğəmbərin (s) Sünnəsinə tabe olduğunu elan edir”.
Sonra Şeyx Məhəmməd Əbduh deyir: “Lakin məni sevindirən isə hədisin o
biri variantıdır: “Yetmiş iki firqə Cənnətdə, bir firqə isə Cəhənnəmdədir”
38
.
30
كردتسملا
نيحيحصلا ىلع
:
1
\
128
31
قرفلا نيب قرفلا
:
7
32
دواد ىبأ ننس
:
4
\
198
ةنسلا باتك،
33
هجام نبا ننس
:
2
\
479
مملأا قارتفا باب ،
34
ىذمرتلا ننس
:
5
\
26
ثيدحلا ،ناميلإا باتك ،
2641
.
35
لحنلا و للملا
:
13
36
نيحيحصلا ىلع كردتسملا
:
4
\
430
37
تانجلا تاضور
:
508
ةميدقلا ةعبطلا ،
38
ريسفت
رانملا
:
8
\
221
-
222
İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı
219
Doktor Yusif Əl-Qardavi bu məsələyə münasibətini belə bildirir:
“Mənim rəyim budur ki, bir hədisin çoxlu yollarla rəvayət olunması və bu
yönümdən qüvvətli sayılması bütün hallarda qəbul edilmir. Neçə belə
hədislər vardır ki, sənədləri çox tərəfli olsa da, onu hədis alimləri zəif
saymışlar. Belə hədislər o vaxt qəbul edilə bilər ki, ona məna baxımından
zidd olan ayə və ya hədis olmasın. İslam ümmətinin yetmiş üç firqəyə
bölünməsindəki ziddiyyət isə ondan ibarətdir ki, yəhudilər yetmiş bir,
xaçpərəstlər yetmiş iki firqəyə bölündüyü halda, ümmətlər içərisində
seçilmiş ümmət sayılan İslam ümməti onlardan daha çox firqələrə
bölünmüşdür. Bu hədisin qəbul olunmamasının bir tərəfi, digər tərəfi isə
İslam ümmətinin bir firqəsindən başqa qalanlarının Cəhənnəmdə həlak
olması məsələsidir. Bu məsələ isə hər bir firqənin təkcə onun nicat tapıb,
başqalarının isə Cəhənnəmlik olması iddiasına səbəb olur. Bu elə özü
ümmətin parçalanması, firqələrin bir-birinə tənə vurması, nəticə etibarı ilə
düşmənin qələbəsi deməkdir”
39
.
Görkəmli alim İbn Vəzir ümumiyyətlə bu hədisə tənə ilə yanaşmış,
xüsusi ilə də o əlavəni “bir firqədən başqa qalanları Cəhənnəmdə həlak
olacaqdır” heç şübhəsiz qəbul etməmişdir. O, bu hədisin İslam ümmətinin öz
arasında parçalanmasına, müsəlmanların bir-birini kafir hesab etməsinə və
zəlalətdə görməsinə səbəb olduğunu vurğulamışdır.
İbn Vəzir “Əl-Əvasim” kitabında ümmətin fəzilətindən danışır və
müsəlmanları bir-birini küfrdə ittiham etməsindən çəkindirir. O öz kitabında
belə deyir: “Bu kəlməni-“bir firqədən başqa qalanları Cəhənnəmdə həlak
olacaqdır”-dilinə gətirməkdən çəkin və ehtiyatlı ol! Bu doğru deyildir,
hədisin İslam düşmənləri tərəfindən uydurulması da şübhəsiz deyildir
40
.
İbn Həzm isə bu hədisi mövzu (uydurma) hədis hesab edib. Onun
nəzərində bu hədis nə mərfudur (sənədi Peyğəmbərə (s) çatmır) nə də
mövqufdur (sənədi səhabəyə çatmır). Həmçinin, qədərilər, mürcilər və
əşərilərin məzəmməti haqqında gələn hədislər də zəifdir
41
.
39
36
مومذملا قرفتلا و عورشملا فلاتخلاا نيب ةيملاسلإا ةوحصلا
.
د
.
ىواضرقلا فسوي
.
ص
-
40
36
مومذملا قرفتلا و عورشملا فلاتخلاا نيب ةيملاسلإا ةوحصلا
.
د
.
ىواضرقلا فسوي
.
ص
-
41
ـج مصاوقلا و مصاوعلا
1
\
186
Emil RƏHİMOV
220
Keçmiş və müasir alimlərdən bir qismi bu hədisi sənədi baxımından rədd
edib, digər bir qismi isə bu hədisi həm mətni, həm də mənası baxımından
rədd edibdir.
Hədisin səhihliyini şübhə altına alan hikmətlərdən biri də Allah təala
İslam ümmətinə özündə vəhdət və birliyi qorumağı tapşırdığı halda, bu hədis
təfriqədən və ayrı-seçkilikdən xəbər verir. Mümkün olmayan bir şeyin
öhdəsindən gəlmək isə Quran ayəsi ilə ziddiyyət təşkil edir
42
. Allah təala
buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə
mükəlləf edər)”
43
.
Həmçinin, bu hədisin mənası İslam ümməti barəsində mənfi fikirlər
yaradır. Halbuki, Allah təala bu ümməti şəhadət məqamına qaldırmış və
digər ümmətlərə şahid qərar vermişdir. Həmçinin, Allah təala ümmətlər
içərisində bu ümməti ən yaxşı ümmət kimi ortaya çıxarmışdır. Lakin Quran
ayələrinin əksi olaraq qeyd olunan hədisin anlamına görə bu ümmət yəhudi
və xaçpərəst ümmətlərindən daha betər gündədir. Hətta o dərəcəyə çatıb ki,
onlardan daha artıq firqələrə bölünmüşdür. Quran isə yəhudilər barəsində
belə buyurur: “Biz onların arasında qiyamət gününə qədər davam edəcək
düşmənçilik və kin saldıq”
44
. Xaçpərəstlər haqqında isə belə buyurur: “Biz
xaçpərəstik", - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar
olunduqları şeylərin bir hissəsini (Məhəmməd peyğəmbərə iman gətirməyi)
unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və
kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!”
45
Lakin
Quran yəhudilər və xaçpərəstlər haqqında buyurduqlarını İslam ümməti
haqqında buyurmamışdır. Əksinə, İslam ümmətini ondan qabaqkı ümmətlər
kimi parçalanmaqdan və aralarında ixtilaf etməkdən çəkindirmişdir.
Hədisdə qaranlıq qalan bir məsələ də ümmətin bir firqəsindən başqa
qalan firqələrin Cəhənnəmdə həlak olmasını vurğulamasıdır. Halbuki, digər
hədislərdə bu ümmətin rəhmət ümməti olması və Cənnət əhlinin üçdə biri və
ya yarısını təşkil etməsini vurğulanmışdır. Bundan başqa hədisdə yəhudi və
xaçpərəstlərin yetmiş neçə firqəyə bölünməsi açıqlanır. Halbuki, onların
42
ةيطسولا ءوض ىف ةديقعلا ئدابم
.
د
.
حلا زيزعلا دبع
ىديم
.
ةيطسولل ىملاعلا زكرملا
.
1427
\
2006
.
ص
-
32
43
Əl-Bəqərə, 286
44
Əl-Maidə, 64
45
Əl-Maidə, 14
İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı
221
tarixində, xüsusi ilə də yəhudilərin tarixində belə bir fakt aşkarlanmamışdır.
Həmçinin, fakt olaraq qeyd oluna bilər ki, mövcud firqələrin sayı göstərilən
ədədə də çatmamışdır.
Əbu Məhəmməd ibn Həzm əqidə məsələlərində fikir ayrılığına səbəb
olan və Peyğəmbərin (s) adından rəvayət olunan hədislərin bəzi firqələr
tərəfindən digər firqələri kafir hesab etməsinə öz münasibətini bildirərək
deyir: “Peyğəmbərdən (s) nəql olunan bir hədisdə belə buyurulur: “Qədərilər
və mürcilər bu ümmətin məcusiləridir”. Başqa bir hədisdə isə: “Bu ümmət
yetmiş neçə firqəyə bölünəcək, bir firqədən başqa qalanları Cəhənnəmə
girəcək, o bir firqə isə Cənnətə girəcək”.
Əbu Məhəmməd ibn Həzm bu iki hədisin sənədinin əslən səhih
olmadığını söyləyir. O deyir: “Bir xəbərlə gəlib çatan hədis bəzilərinə görə
höccət deyilsə, sənədi səhih olmayan hədis necə höccət ola bilər?!”
46
Yəmənli müctehid, əqli və nəqli dəlilləri bir araya gətirən Məhəmməd
ibn İbrahim əl-Vəzir (vəfatı-h.840) “Əl-Əvasim və əl-qəvasim” adlı
kitabında “ümmətin yetmiş neçə firqəyə bölünməsi” hədisinə toxunarkən
belə deyir: “O hədisin sənədində nasibi vardır. Ona görə hədis səhih
sayılmır. Tirmizi isə həmin hədisi Abdullah ibn Əmrdən nəql edir və o hədisi
“qəribə hədis” adlandırıb. O, hədisi afrikalı tərəfindən nəql edib. Onun adı
isə Əbdür-Rəhman ibn Ziyaddır, o da bu hədisi Abdullah ibn Yeziddən nəql
etmişdir.
İbn Macə o hədisi Auf ibn Malikdən və Ənəsdən rəvayət edir.
Məhəmməd ibn İbrahim əl-Vəzir deyir ki, o hədisin sənədlərinin heç biri
doğru olmadığından Buxari və Müslim onu öz kitablarında nəql etməmişlər.
Tirmizi isə Əbu Hüreyrədən nəql etdiyi hədisi Məhəmməd ibn Əmr ibn
Əlqəmə tərəfindən səhih saymışdır. Lakin Tirmizinin səhih saydığı hədisdə
bu əlavə “birindən savayı hamısı Cəhənnəmdədirlər” qeyd olunmamışdır.
İbn Həzm də bu əlavəni uydurma hesab edir. Bu sözləri “əl-bədr əl-munir”
kitaibnın sahibi söyləmişdir
47
.
Hafiz İbn Kəsir Quranın Əl-Ənam surəsinin altmış beşinci ayəsinin
təfsirində deyir: “Allah təala buyurur: “Sizi dəstələr halında qarışdırmağa və
46
د،قيقحت ،مزح نبلا لحنلا و للملا ىف لصفلا
.
رصن ميھاربإ دمحم
.
د و
.
ـج ،هريمع نمحرلا دبع
3
ص
-
292
ةدج ،ظاكع راد ط،
.
47
مصاوقلا و مصاوعلا
:
لأا بيعش خيشلا قيقحتب ريزولا نبلا
ـج ،توؤانر
3
:
ص
-
170
-
172
Emil RƏHİMOV
222
birinizə digərinizin zorunu daddırmağa qadirdir!” İbn Kəsir bu ayənin
təfsirində ümmətin yetmiş üç firqəyə bölünməsi, birindən başqa hamısının
Cəhənnəmə daxil olacağını bildirən hədisi söyləyir. Lakin İbn Kəsir ayənin
təfsiri ilə bağlı hədisləri və rəvayətləri təfərrüatı ilə qeyd etməsinə
baxmayaraq həmin hədisin səhih və ya həsən olmasına dair heç bir söz
demir
48
.
İmam Şaukani İbn Kəsirin ayənin təfsirində gətirdiyi hədisə öz
münasibətini belə bildirir: “Hədisdə qeyd olunan bu əlavəni “bir firqədən
başqa qalanlarının Cəhənnəmdə olması” hədis alimlərinin bir qismi onu zəif
hesab etmiş, hətta İbn Həzm onu uydurma olduğunu hesab etmişdir”
49
.
Şatibi isə deyir: “Həlak olan firqələrin adının müəyyən olunmasına dair
heç bir şəri dəlil yoxdur və əql də bunu qəbul etmir. İslam şəriəti sadəcə
həlak olan firqələrin sifətlərinə işarə edə bilər ki, müsəlmanlar ehtiyatlı olub
ondan çəkinə bilsinlər. Bundan başqa əql də bunu tələb edir ki, o firqələrin
adı gizli qalsın, çünki firqələr İslam ümmətindən sayıldığına görə onların
eyibnin üstünü örtmək dinimizin əxlaqi prinsiplərindəndir”
50
.
Lakin İslam ümmətinin yetmiş üç firqəyə bölünməsi məsələsində yekun
olaraq bəzi mülahizələri qeyd etmək istərdik. Ümumi bəhsdən belə nəticə
çıxarmaq olar ki, müsəlmanlar ilk öncə təfriqədən və bir-birini küfrdə,
fasiqlikdə, bidətdə ittiham etməkdən çəkinməlidirlər. Və özünü nicat tapmış
firqədən hesab etməklə başqalarını Cəhənnəmdə hesab etmələri yolveril-
məzdir. Unudulmamalıdır ki, “yetmiş üç firqə” hədisinin səhih olması sual
altındadır, necə ki, ümumi bəhsimizdən bu bizə aydın oldu. Əgər şərti olaraq
hədisin səhih olma ehtimalını qəbul etsək, yenə də hədisin dəlaləti bizə tam
başqa bir şeyi çatdırır. Elə bu yerdə əsas diqqəti həmin hədisin dəlalətinə
yönəltmək lazım gəlir:
1- Hədisdən İslam ümmətinin əbədi olaraq firqələr şəkildə qiyamətə
qədər davam etməsi başa düşülməməlidir. Çünki bu anlayış Quran və digər
Peyğəmbər (s) hədisləri ilə ziddiyyət təşkil edir ki, yuxarıda onlara aydınlıq
gətirdik. Bu hədisi müəyyən bir dövrə aid etmək olar. Belə ki, bu firqələrin
bəzisi hansısa bir dövrə təsadüf edə bilər, lakin sonradan haqqın batilə qalib
48
ـج ريثك نبا ريسفت
2
ص
-
143
.
ىبلحلا ىسيع
49
تايلآا ريسفت ىف ىناكوشلل ريدقلا حتف
65
-
67
ـج ةدئاملا ةروس نم
2
ص
-
59
.
ط
.
ركفلا راد
50
ةيطسولا ءوض ىف ةديقعلا ئدابم
.
د
.
ىديمحلا زيزعلا دبع
.
ةيطسولل ىملاعلا زكرملا
.
1427
\
2006
.
ص
-
31
İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı
223
gəlməsi istisna deyildir. Tarixə nəzər salsaq görərik ki, müəyyən dövrlərdə
müəyyən firqələr yaranmış, sonradan tarixdən silinmiş və ya adından başqa
onlardan heç bir əsər-əlamət belə qalmamışdır.
2- Hədisdə Peyğəmbər (s) “mənim ümmətim...” kəlməsini işlətmişdir.
Burada nisbət Peyğəmbərə (s) qayıdır. Yəni firqələrin hamısı Peyğəmbərin
(s) ümmətinin bir hissəsini təşkil edir. Firqələr və ya məzhəblərdə nə qədər
bidətlər olsa belə, yenə də onlar İslam ümmətinin bir parçasıdırlar.
3- Hədisdə bir firqədən başqa qalan firqələrin Cəhənnəmdə olmasına
gəldikdə isə onların kafirlər kimi orada əbədi qalması başa düşülməməlidir.
Onlar günahkar müsəlmanlar kimi, müvəqqəti olaraq Cəhənnəmə daxil ola
bilərlər. Sonradan əbədi olaraq Cənnətə qayıdarlar.
4- Peyğəmbərlərin, mələklərin, möminlərin şəfaəti onları Cəhənnəmdən
xilas edə bilər. Bəlkə də onların dünyada elə bir yaxşı əməlləri və düçar
olduqları bəlalar və kəffarələri ola bilər ki, bu da onlara fayda verə bilsin.
Bəlkə də Allah onları Öz fəziləti və rəhməti ilə əfv etsin. Ola bilər ki, o
firqələr haqqa yetişmək üçün çalışmışlar, amma haqq yoldan bilməyərəkdən
azmışlar. Məlum olduğu kimi, niyyəti haqqa qovuşmaq olanları Allah əfv
edər. Quranda buyurulduğu kimi: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi
qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də,
pis əməl də özünə aiddir. (Möminlər deyirlər:) "Ey Rəbbimiz, (bəzi
tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz,
bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz,
gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə
rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə
çalmaqda bizə kömək et!”
51
Allah xətanı, unutmağı və məcbur olduqları şeyi
insanlar üçün əfv etmişdir.
5-Nicat tapan firqə haqqında danışmaq onun adının müəyyən olunmasını
tələb etmir. Bəlkə də nicat tapan firqənin sifətlərini və xüsusiyyətlərini izah
etsək, onda bizə bəlli olar ki, hansı firqə nicat tapanlardan ola bilər.
Çoxlu ayə və hədislər vardır ki, müsəlmanlardan müttəqi olanları tərif
edir, onların üstün cəhətlərindən və fəzilətlərindən danışır, həmçinin, onların
dünya və axirətdəki məqamlarına toxunur. Quranda buyurulur: “Yaxşı əməl
heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət
51
Əl-Bəqərə, 286
Emil RƏHİMOV
224
deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba
(Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha)
məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını
(kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan)
müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən,
namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar,
dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı
(məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində)
doğru olanlardır. Müttəqi olanlar da onlardır!”
52
Müsəlman şəxs təqva mərtəbəsinə yetişə bilsə, demək olar ki, o artıq
nicata yetişmişdir. Allahın lütfüdür ki, təqva sifəti müəyyən firqələrə xas
edilməmişdir. Təqva sifəti qazanılan və uğrunda səy göstərilən bir
mərtəbədir. Hər bir müsəlmanın o mərtəbəyə çatmaq haqqı vardır, hətta
Quran ayələri və hədislərin özü müsəlmandan təqvalı olmağı tələb edir.
Deməli, müsəlman təqvalı olduqda, bu onun hansı firqədən olmasını şərt
saymır. Təqvası olmayanın hansı firqədən olması da ona heç bir fayda
verməz. Cənnət və Cəhənnəmin meyarları hidayət yolunu tutmaqla, Allahın
və Onun Rəsulunun (s) buyurduqlarını yerinə yetirməklə, təqvalı olmaqla
ölçülür.
Müttəqi isə təqva sifətlərini daşıyan şəxsə deyilir. Təqvanın açıqlaması
geniş olduğundan onun bəzi xüsusiyyətlərini nəzərdən keçirək:
1-Allahın və Onun Peyğəmbərinin (s) buyurduqlarını yerinə yetirmək,
qadağan etdiklərindən isə çəkinməkdir.
2-Allaha səmimi ibadət etmək və Ona şərik qoşmamaqdır.
3-İslamın əxlaqi dəyərləri çərçivəsində insanlarla davranmaqdır.
4-İnsanların həmin şəxsin dilindən və əlindən (əziyyətlərindən) amanda
qalmasıdır.
5-Mələklərin həmin şəxsin əməllərində böyük günahları qələmə
almamasıdır.
6-Allahın həmin şəxsin qəlbini şirk, nifaq, ücb, riya, kin, həsəd və s. rəzil
sifətlərdən təmiz və saf görməsidir.
Şeyxülislam Hacı Allahşükür Paşazadənin məsələ ilə bağlı dəyərli
fikirləri vardır. O deyir: “Məhz bu səbəbdən insanları bir-birindən
52
Əl-Bəqərə, 177
İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı
225
fərqləndirən başlıca meyar zahiri cəhətlər, fitri keyfiyyətlər deyil, daxili,
mənəvi xüsusiyyətlərdir. Bu xüsusiyyətlər arasında təqva, yəni Allah
qorxusu və Allaha itaətkarlıq başlıca yer tutur. Qurani-Kərimdə göstərilir ki:
“Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis
əməllərdən ən çox çəkinənizdir”
53
. Peyğəmbər (s) isə bu barədə belə
buyurmuşdur: “İnsanlar Adəmdən, Adəm isə torpaqdandır. Ərəbin əcəm
üzərində, ağın qara üzərində heç bir üstünlüyü yoxdur, məgər ki, təqvaya
görə”
54
.
Sonda onu qeyd etmək istəyirik ki, üzərində işlədiyimiz dissertasiya işi
İslam ümmətinin bir neçə firqələrə bölünməsini doğru şəkildə anlamağa
çalışır və müsəlmanları məzhəbindən asılı olmayaraq İslamın üsullarında və
əsas prinsiplərində vahid mövqedə olduğunu bildirir. Onların ixtilaf etdikləri
məsələlərə gəldikdə isə onlar-haqqında qəti və açıq-aydın hökm gəlməyən,
ictihada söykənən, təvillərə və ehtimallara məruz qala bilən məsələlərdir. Bu
ixtilaflar anlaşılandır. Ona görə ki, bu ixtilaflar ziddiyyət yox, növlülüyü
təmsil edir. Təbitəin özündə də belə növlülük həddindən çoxdur.
Məzhəblərarası yaxınlaşmada məqsəd fikirlərin vahid firkə, məzhəblərin
də vahid məzhəbə çevrilməsi nəzərdə tutulmur. Heç bu mümkün də deyildir.
Məqsəd müsəlmanların yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir
olması, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birlərinə kömək
göstərməmələridir. Məqsəd İslamı düzgün başa düşmək və o şəkildə
yaşamaqdır. Məqsəd öz fikir və məzhəbini başqalarına aşılamamaqdır.
Məqsəd əsas meyarın təqva ilə ölçülməsidir.
Allah təala buyurur: “Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar)
müttəqilərindir! (Allahdan qorxanlarındır!)"
55
53
Əl-Hucurat, 13
54
İslam qəzeti. Qafqaz Müsəlmanlar İdarəsinin Nəşri (1990-cı ildən çıxır).
11-zülqədə 1414-22 aprel 1994 n:8 (83)
55
Əl-Əraf, 128
Emil RƏHİMOV
226
Dostları ilə paylaş: |