Elmи мяъмуяси



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
#16979
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

 

ƏDƏBİYYAT 

  

1.

 



Afqani C. Dehriyyuna Reddiye (Natüralizm eleştirisi) / Terc. V.İnce. 

İst., Ekin Yayınları, 1997. 

2.

 

Afqani C. Renana cevap / M.Türköne. C.Afqani. Ankara, Türkiye 



Diyanet Vakfı Yayınları, 1994. – s.55-66. 

3.

 



Afqani C. Taassup / Afqani C., Abduh M. El-Ürvetül – vüska /Terc. 

İ.Aydın. İst., Bir Yayıncılık, (nəşr ili göstərilmir). – s.123-137. 

4.

 

al-Afghani J. The Benefits of Philosophy / An Islamic Response to 



Imperialism. Political and Religious writings of Sayyid Jamal ad-Din “al-

Afghani” by Nikki R.Keddie. University of California Press. Berkeley, Los 

Angeles, London, 1983, 2-nd edit. – pp.109-122. 

5.

 



al-Afghani J.Commentary on the Commentator / An Islamic 

Response to Imperialism. Political and Religious writings of Sayyid Jamal 

ad-Din “al-Afghani” by Nikki R.Keddie. University of California Press. 

Berkeley, Los Angeles, London, 1983, 2-nd edit. – pp.123-129. 

6.

 

Əfqani C. Təlim-tərbiyə haqqında / Əfqani C. Seçilmiş  əsərləri. 



(Toplayan, tərtib edən və ön sözün müəllifi prof. Ş.Qurbanovdur). Bakı, 

Azərnəşr, 1998. – s.25-33. 

7.

 

Fakhry M. A History of Islamic Philosophy. New York, 1983, 2-nd 



edit. 

8.

 



Хакимов И. Джамаль ад-Дин аль-Афгани, философ и реформа-

тор / Азия и Африка сегодня, 1989, №12, с.49-50. 

9.

 

Karaman H. Efqani Cemaleddin / İA, c.10. İst., Türkiye Diyanet 



Vakfı Yayınları, 1994. 

10.


 

Qurbanov  Ş. Cəmaləddin  Əfqani və türk dünyası. Bakı, Azərnəşr, 

1996. 

11.


 

Mürşüdlü Q.C. C.Əfqaniyə görə  qəza və  qədərin mahiyyəti / Bakı 

Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, 2006, №1. – s.117-

125. 


12.

 

Türköne M. C.Afqani. Ankara, Türkiye Diyanet Vakfı Yayınları, 



1994.  

 

 



C.Əfqaniyə görə dinin fəlsəfəsi 

257 


 

ФИЛОСОФИЯ РЕЛИГИИ ПО ДЖ.АФГАНИ 

РЕЗЮМЕ 

Г.Дж.Муршудлу 

 

Один  из  крупных  идеологов  реформации  и  возрождения  в  исламе 



Дж.Афгани являлся видным ученым-теологом, но несмотря на это очень 

мало писал по религиозным вопросам. Вместе с тем, он в своих трудах, 

выступлениях и беседах высоко ценил основные нормы и принципы ис-

лама, их роль в развитии уммы; а также определил функции религии во-

обще в обществе, ее место в развитии мировой культуры. 

В статье  на  основе изучения некоторых  работ мыслителя,  впервые 

делается попытка  проанализировать  философию  религии Афгани. Вы-

является, что философ охарактеризовал религию как основу цивилиза-

ции, как средство перехода человечества от варварства к культуре. 

В статье показывается, что Афгани обосновал верховенство ислама 

в сравнении с другими религиями.  

 

  



PHILOSOPHY OF RELIGION BY J.AFGHANI 

SUMMARY 

 G.J.Murshudlu 

 

One of the large ideologists reform and revival in Islam J.Afghani was 



the outstanding scientist - theologian, but despite of it wrote on religious 

problems very little. At the same time, it in the transactions, appearances and 

conversations highly appreciated the basic norms and principles of Islam, 

their role in development of umma; and also has defined functions of 

religion generally in society, its meaning in development of world culture. 

In the article, on the basis of study of some transactions of the thinker, 

there is an attempt for the first time to analyze philosophy of religion of 

Afghani. Emerges, that the philosopher has described religion as the basis of 

a civilization, as a means of transfer of mankind from barbarity to culture. 

In the article shows, that Afghani has basing the supremacy of Islam in 

matching with other religions.  


Vəhyin universal mahiyyətinin Quran işığında təbliği 

259 


 

 

VƏHYİN UNİVERSAL MAHİYYƏTİNİN 

QURAN İŞIĞINDA TƏBLİĞİ 

 

Rahil NƏCƏFOV

1

 

 

 

Quran möhtəşəm bir vəhy  əsəridir. Bu nöqteyi – nəzərdən çıxış edərək 

vəhyin daxili sferasında onun universal mahiyyətinin aydınlaşması üçün 

Quran vəhyinə müraciət etməyi lazım bildik və fəlsəfi məntiqlə bərabər dini 

məntiqin də məsələyə münasibətini öyrəndik.  

Dini məntiq vəhyin dünyada gördüyümüz bütün varlıqların əsl və həqiqi 

yaradıcısının var olduğuna işarə etdiyini bir mənalı şəkildə iddia edir. Vəhy 

bu mənanın təsdiqləyicisi kimi çıxış edir və üstəlik yaradılmış  məxluqların 

mövcüd olduqları formalarının o anda, o məkanda ən doğrusu olduğunu və 

bu formanın, yaxud vəziyyətin xaricində digərinin qeyri-mümkün olduğunu 

da ifadə edir. “Rəhmanın yaratmasında heç bir əksiklik görə bilməzsən. 

İstərsənsə bax, ən kiçik bir naqislik görə bilərsənmi? Sonra bir daha, bir daha 

üzünü çevir bax, gözlərin yorğun halda [nöqsan tapa bilməyərək] geri 

dönəcək” [Quran 67/3-4]. Dini məntiq bu iddiasında bizim düzəltdiyimiz

maddələrə verdiyimiz müxtəlif formaları buna misal gətirərək bu qurğuların 

yaxud düzələnlərin özü-özündən düzəlməsi düşüncəsinin səfehlik və 

ağılsızlıq, yaxud ən böyük məntiqsizlik hesab edildiyi halda, dünyada 

mövcüd olan bütün varlıqların Yaradıcısının var olmaması iddiasını da ən 

böyük düşüncəsizlik adlandırır. Məsələnin qəribə  cəhəti isə budur ki, bu 

düşüncəsizlik və ondan irəli gələn nəzəriyyələr bir qrup “alim” tərəfindən 

elmin adına yazılaraq elm ilə din arasında olmayan ziddiyyətin varlığına 

oxucuları inandırmaq niyyətindədirlər. Müasir elm nəzəriyyəçiləri isə nisbi 

məntiqdən hərəkət edərək, elm ilə din arasında uçurum yaradan bu yalnış 

düşüncə sahiblərinə müraciət edərək, onlardan soruşur: “Ehtimallara 

                                                 

1

 AMEA Fəlsəfə  və Siyasi Hüquqi Tədqiqatlar  İnstitutu, “Fəlsəfə  və  İctimai Fikir 



tarixi” şöbəsi aspirantı. 

 Rahil NƏCƏFOV 

260 


inanmaqmı, yoxsa Tanrıya inanmaqmı daha asandır?”

2

. Dini məntiq insanın 



yaratma xüsusiyyətinin olmadığını,  əslində isə düzəlmiş  şeylərin 

dəyişdirlimiş, insandan əvvəl yaradılan, digər bir formaya salınmış maddələr 

olduğunu iddia edir. Bu mənada düzələnlər, düzəldənə dörd cəhətdən dəlalət 

etdiyini bildirir.  

1.“Onu düzəldənin diri, həyat sahibi, olduğuna dəlalət edir, diri olmayan 

heç nə edə bilməz.  

2. Görən, eşidən olduğuna dəlalət edir, görmədən səsləri nəzarət altında 

saxlamadan bir əsəri ortaya çıxara bilməz. 

3.  İradəsinin varlığına dəlalət edir. Yaradıb-yaratmamaq istəyi onun 

iradəsindən asılıdır. 

4. Düzəltdiyi ilə eyni cinsdən olmadığına dəlalət edir, çünki usta ilə onun 

düzəltdiyi şey eyni cinsdən deyil”.

3

 

 Dini  məntiq Yaradanın yaratdıqlarında istifadə etmək üçün insanı 



mütləq təlimatlandırmanın vacib olduğunu bildirir. Bu yaratdıqlarından 

məqsədin  əvvəlcədən güdülməsi təbiidir. Məqsəd olmadan heç nə yaradıla 

bilməz. Bununla belə Tanrının məqsədinin nə olduğunu, hadisələrin necə və 

nə üçün baş verdiyini, varlığın hansı şəraitdə yaradıldığını hansı şəraitdə də 

varlığını itirdiyni bilməyimiz mümkün deyil. Bu haqda Tanrının 

bildirdiyinin xaricində bilgi əldə etməyi düşünmək də doğru deyildir. 

Səbəbləri bilməməyimiz və tez-tez “təsadüflərlə” qarşılaşmağımız, təzahür 

edənin, təzahür etdirici amillərini izah edə bilməmək qarşısında “təsadüflərin 

zərurətləri” ilə qarşı-qarşıya qalırıq. Səbəbləri bilməyən üçün baş verən hər 

hadisə  təsadüfün nəticəsi kimi görünürsə  də saat ustası düzəltdiyi saatda 

çıxan problemi təsadüflə izah etmirsə, mükəmməl formada idarə edilən, 

kainatdakı digər məxluqlar üzərində istifadə etmək qabiliyyətini insana 

verən varlıq haqqında məqsədlərin və təlimatların olmaması düşüncəsinin ən 

böyük hikmətsizlik və axmaqlıq olduğunu irəli sürür. Vəhy deyir: “Sizi 

(məqsədsiz) boşuna yaratdığımızı  və bizə döndürülməyəcəyinizimi 

sanırsınız?” [Quran, 23/115], “İnsan oğlu özünün başıboş buraxılacağınımı 

sanır?” [Quran, 75/36]. Bu təqdirdə dini məntiq insanın öz yaradıcı 

                                                 

2

 Yusuf A. “Sızıntı” dərgisi, s. 154-158 İst., may 1990, s.156 



Yıldırım S. Kurani Kerim ve Kuran ilimlerine giriş. Ensar neşriyyat. Temel Külter 

Dizisi 1.İst 2000. s.16 


Vəhyin universal mahiyyətinin Quran işığında təbliği 

261 


varlığının vacib olduğunu, vəhyin məhz ilahi həqiqətləri insana başa 

salmaqdan ötrü olduğunu vurğulayır.  İlahi həqiqətləri dərk etmək insanın 

şüuru xaricindədir. Dini məntiq bu barədə deyir: “Əqlin həcmi məhduddur. 

Ona görə də əql, insanları müxtəlif yollara aparıb çıxarır. Böyük həqiqətlərə 

aid söz söyləmək iddiasındakı filosofların, insanlığa nə qədər dəyişik, hətta 

zidd yollar aşılamaq istədikləri məlumdur.

4

 Bu mənada dini məntiqin 



məsləhət gördüyü ən uğurlu metod, vəhydir. Dini məntiqin xaricində digər 

bəşəri məntiq formaları ilahi həqiqətlərin öyrənilməsində müxtəlif metodlar 

– tənasül, hülul, vəhdət halı, panteizm və s. irəli sürmüşlərsə də onların ilahi 

həqiqətlərin insanlara çatdırılmasında vəhylə müqayisəsi qarşısında dəyəri 

zəyif və etibarsızdır.  

Vəhyin xitab etdiyi həm də kütlədir. Kütlə də bir mənasında çox sayda 

fərqli  şüur formaları deməkdir. Vəhy bütün bu şüur formaları üçün qəbul 

edilən vahid söz və ifadə şəklindədir, amma tənasül, hülul, ittihad, panteizm 

isə kütlə üçün deyil və onlardan bəziləri isə ruhun inkişafına, yaxud daha 

inkişaf etmiş idrak formasına, daha işlək idrak mexanizminə möhtacdırlar. 

Bir xüsusa da diqqət yetirməkdə fayda vardır. Dini məntiqin təqdim etdiyi 

vəhy ideyası  hər dövrdə yekdil olmamışdır. Xristianlığın vəhy metodu ilə, 

İslamdakı metod bir-birindən kəskin dərəcədə  fərqlənir. Lakin bu vəhyin 

mahiyyətindən deyil, insanların vəhyə qarşı  bəslədikləri münasibətlərin 

müxtəlifliyindən qaynaqlanır. Xristianlıq vəhyi, Tanrının yazılarda əks edən 

müqəddəs ruh kimi başa düşür. Yəni vəhy “Tanrı ruhunun, şəxsiyyətlərini 

aradan götürmədən – müqəddəs yazılara girərək, onları ruhi həqiqətlərə  və 

qeybi xəbərlərlə tanış etməsidir. Vəhy əsas etbarı ilə Tanrının özünü “oğlu” 

İsa şəklində bəşəriyyət arasında izhar etməsidir”.

5

  



Dini məntiq həm də  vəhyi qəbul etmənin insan iradəsinin xaricində 

olduğunu, vəhyi almağa insanın məcbur edildiyini, onun şəxsi iradəsinin bu 

hadisədə heç bir rolu olmadığını bildirir. Buna misal olaraq vəhyin 

Məhəmməd Peyğəmbərə  gəldiyi əsnada Onun ilk öncə vəhyi qəbul etməyə 

hazır olmadığını, bu məsuliyyəti daşımağa layiq olmadığını öz dili ilə ifadə 

etdiyini, vəhyin kəsildiyi üç il boyunca isə onun gəlişini səbirsizliklə gözləsə 

                                                 

4

 Yıldırım S., eyni əsər, s. 20 



5

 Yıldırım S., eyni əsər, s.20 



 Rahil NƏCƏFOV 

262 


belə onun gəlməməsini göstərirlər.

6

 Dini məntiqin bu mövzüda, yəni vəhyi 



qəbul etmənin insanın iradəsi xaricində olmasına diqqət çəkmək istədiyi 

digər bir xüsus da vəhyi xitabın üslubudur. Sonuncu vəhy əsəri hesab olunan 

Quranda 300-dən çox, ayə “De ki,...” ifadəsi ilə başlayır. Kəlimənin 

məcburiyyət ifadə etməsi də açıq-aşkar məlumdur. Dini məntiq deyir: “Vəhy 

ilham, sezgi, kəşf, təhtəlşüur kimi məfhumlardan təmamilə fərqlənir. Vəhyi 

ilhamdan fərqləndirən əsas cəhəti isə onun vasitəsizliyindədir.”

7

  

1.  İnsanın Allaha olan ehtiyacı.  İnsan öz əqlini lazımınca 



dəyərləndirmədiyi və bu səbəbdən böyük çətinliklərlə qarşılaşdığı üçün 

Allah ona özünü tapmaq yolunu asanlaşdırdı. Bu yolda insanda fitrətdən var 

olan “Tanrıya tapınma” duyğusunu da təmin etdi. Necə ki, insanın bütlərə və 

başqa  şeylərə  səcdə edərək onlara ibadət etməsi, ayinlər yerinə yetirməsi 

tarixən görülmüş və müşahidə olunan haldır. Bütün bu başqa tanrılara ibadət 

etmək, tək bir səbəb təşkil edən Allahı  kənara qoyaraq əqli lazımınca 

dəyərləndirməməyin  ən bariz nişanəsi olan öz əqlinin köməyi ilə 

düzəltdiklərinə, yaxud od və ona oxşar  şeylərə, səma cisimlərinə tapınmaq 

insana yaraşmayan, onun adına, şərəfinə, üstün yaradılışına əsla uymayan bu 

cahilliyinin nə  qədər düşük və  səviyyəsiz olması faktorunu misallarda önə 

çəkir. Onların düşünüb-daşınıb nə qədər gülünc qərar çıxardıqlarını məntiqi 

dəlillərlə izah edib aydınlaşdırır. Həm də diqqəti cəlb edən budur ki, əksər 

surələrdə iki-üç dəfə, yeri gəldikcə Allahın valığını sübut edən dəlillər, qarşı 

tərəfin susdurulması, bir məntiqi dəlil gətirə bilməyərək uğursuzluqları ilə 

tamalanır. Quran məntiqindən həm də belə  məlum olur ki, əgər insan hər 

şeydə “üstün varlıq” inancını qəbul etsə, bu onun bütün problemlərinin həll 

olunmasına, gətirib çıxardar, şübhələrinə son qoyar, rahat həyat yaşaması, ilə 

nəticələnər. Quranda insanın Allah axtarıcılığı yolunda çıxarmış olduğu əqli 

nəticələrə Hz. İbrahim Peyğəmbərin hekayəsini misal göstərmək olar.

8

 Hz. 



İbrahim axtardığı Tanrının əvvəlcə göy cismi olduğunu fikirləşir, amma hər 

günəş doğanda yox olan səma cisimlərinin öz iradələri daxilində  hərəkət 

etmədiklərini və bu təqdirdə tanrı ola bilmıyəcəyini başa düşür. O, öz ağlıyla 

                                                 

6

 bax: Bərki Ə. H., Kəskioğlu O., “Xatəmul – Ənbiya Həzrəti Məhəmməd və həyatı”, 



tər. R.Kaya, DİB, Ankara – 1966. 

7

 Yılıdırm S., eyni əsər, s.22 



8

 Bax: Quran, İbrahim surəsi. 



Vəhyin universal mahiyyətinin Quran işığında təbliği 

263 


fikirləşdikcə bu barədə öz düşüncələrində daha məntiqli qənaətə  gəlir.  Ən 

nəhayət, səma cislimlərini də, onların xaricində  hər  şeyi yaradan, üzərində 

yaşadığımız yer kürəsini də bu boşluqda tutan, süzüb getməli olduğu halda 

müəyyən bir elipsvari tryaktoriya üzrə  hərəkət etdirən, hər  şeyə iradəsi, 

qüdrəti yetən Allah inancına varır.  

2.  İnsanların  əqli zəifliyindən irəli gələn Allahı tanımamazlıq 

şəraitində onların özləri özlərini məhv etməmələri üçün Allahın ilahi 

mesajlarla xəbərdarlıq etməsi.  Bu, Allahın insanlara olan ehtiyacı kimi 

görülməməlidir. Burada qeyd olunan “öz-özünü məhv etmə” həm biyoloji 

mənada, həm də  mənəvi mənada qəbul oluna bilər. Lakin hər iki halda 

“mənəvi məhv” məntiqi olaraq biyoloji ölümü də doğuran  əsas amildir. 

Digər tərəfdən də Allahın insanların yaşamasına və onların ibadətinə ehtiyacı 

yoxdur. Sadəcə Yer planetində deyil, ümumiyyətlə var olan bütün 

qalaktikaların hər hansı birində heç bir ibadət edən məxluq olmasa belə 

Allah yenə Allahdır və bu onda heç bir əksiklik və nöqsan doğurmur. Əksinə 

əksiklik və nöqsan insanlardan qaynaqlanır. Bizim üstün qabiliyyətimizə və 

dərrakəmizin fövqəladə gücünə baxmayaraq məsələlərə ötəri yanaşmağımız 

və insanın həmişə yaxşı olanlara, düşünülmüş  işlərə müraciət etməməsi 

Allahdan başqa qeyri ilahlara tapması faktının ortaya çıxmasını  zəruri 

etmişdir. Quran insanlara üstün bir əxlaq tövsiyə edir. Müsəlman həmişə öz 

üstün əxlaqı ilə digər qeyri-səmavi dinlərə pərəstiş edən insanların əxlaqın-

dan seçilmişdir.  Əksinə digər dinlərdə çox qabarıq müşahidə olunan əxlaq 

pozğunluğu, vətəndaş hərc-mərcliyi, hələ də davam edən iyrənc kasta quru-

luşları, savadsızlığın təbliği və sadalamağa ehtityac görmədiyimiz yüzlərcə 

amil nəinki həmin cəmiyyətlərin özlərinin, eləcə də bütün bəşəriyyəti məhvə 

aparan həlledici faktordur. Məhz elə bu sadaladıqlarımızın qarşısı alınmaq-

dan ötrüdür ki, insanları  tərbiyə etmək, yenilənən insan nəslinin hər dövr 

üçün tələblərini ödəmək, ağılsızlığı ucbatından özünü və ardınca gələnləri 

uçurum girdabından, məhv olmaqdan qurtaran ilahi mesajlar, xəbərdarlıqlar 

enməyə başladı. Bu ilahi mesajlar peyğəmbərlərə, çox böyük əxlaqi 

keyfiyyətləri ilə seçilən insanlara verildi və onlara bu ilahi mesajların təblıiği 

əmr olundu. Bu cür ilahi mesajların toplusu olan Quran VII əsrdən Səudiyyə 

Ərəbistanının Məkkə şəhərində doğulmuş Məhəmməd (s.ə.s.) adlı bir şəxsə 

nail oldu. Quran əxlaq pozğunluğu və insanların yalnış yollar izləmələri 

nəticəsində özlərini məhvə aparmalarını xüsusi vurğulayaraq bir çox misallar 



 Rahil NƏCƏFOV 

264 


gətirir, fərqli qəbilələrin adlarını çəkir. Onların Allah tərəfindən cəzalandırıl-

malarını qeyd edir. Həm də bu cəzalandırmadan əvvəl onlara peyğəmbərlər 

göndərərək dəfələrlə xəbərdarlıqlar olunmasını da qeyd edir. Quranın digər 

səmavi kitablardan fərqli olaraq birbaşa insan əqlinə müraciət etməsi də 

xeyli  əhəmiyyət kəsb edir. Allah göndərmiş olduğu vəhylərdə insandan öz 

əql və təfəkkürünü maksimum səviyyədə istifadə etməsini tələb edir. Tanrı-

nın möcüzələr vasitəsi ilə insanların düşüncəsiz, kor-koranə inanmalarını, 

dəhşətli bir qorxunun təsiri altında ağıl və iradələrinin heç bir rolu olmadan 

Allahı digər varlıqlardan üstün bilmələri xoş qarşılanmamışdır. Şüursuzcası-

na edilən bu imanın, möcüzənin verdiyi həyacanın təsiri keçdikcə insanın 

yenidən əvvəlki yalnış həyat tərzinə dönməsini qabaqcadan müəyyən edərək 

“heç düşünməzmisiniz?” deyir. Quran ağlın ölçülərinin geniş surətdə tədqiq 

olunmasını, bu kriteriyaların imanda da dəyişməz və əsas kriteriyalar oldu-

ğunu iddia edir. Möcüzə istəyən müşriklərə xitabən Allah onlara “Quran 

kifayət edər!” deyir. 

Vəhyin üslubu. Vəhyin insanlarda yaratdığı psixoloji vəziyyət də 

fövqəladə üstün keyfiyyətlərə malikdir. Vəhyin tədqiqi tarixinə və “İslamın 

tarixi orqanizminə” nəzər saldığımızda da buna bənzər hallar müşahidə 

edirik. Misal üçün, vəhyin nazil olduğu dövrdə peyğəmbərlə bir zamanda 

yaşayanların vəhyə qarşı  çıxmamaları, ona tənqidi yanaşmamaları faktıdır. 

Doğrudur ki, bu dövrdə İslam asanlıqla yayılmamış, bədəvi ərəb cəmiyyəti 

onu ilk anda qəbul etməmişlər. Lakin məsələyə İslamın tarixi seyri çərçivə-

sində diqqət yetirdikdə insanların vəhyin üslubu qarşısında  İslamı  qəbul 

etmələri faktına ona qarşı  çıxmaları faktından daha çox rast gəlinir. Xəlifə 

Ömərin (r.a.) müsəlman olmazdan əvvəl peyğəmbərin get-gedə artan tərəf-

darlarından və güc qazanmasından hiddətlənərək əlində qılınc onu öldürmə-

yə getdiyində Quran ayələrini eşitməsi vəhyin təsirinə düşmüş hiddətli qəzə-

bi imana çevrilməsini tarixdən çox yaxşı bilirik. Belə bir stiuasiya əvvəlki 

dinlərdə bəlkə də rastlanmamış bir haldır. Vəhyin məntiqi üslubunun, cazi-

bədarlığının təsir gücü insanları bu gündə bu dinin sıralarına qatılmağa vadar 

edir. Avropada hər il minlərlə insanların İslamı qəbul etməsi halı artıq bizə 

məlumdur. Tədqiqatçılar bu barədə xeyli araştırmalar aparmış, son nəicədə 

isə vəhyin təsir gücünün məhz onun ilahiliyində olduğunu qeyd etmişdir.  



Vəhyin universal mahiyyətinin Quran işığında təbliği 

265 


Vəhy bu barədə deyir: “De ki, Quran ən böyük əzəmətli xəbərdir” 

[Quran, 38/67]. Quranda keçən vəhy kəlməsi peyğəmbərin şəxsi istifadəsi və 

onu təlimləndirmək mənasında da işlədilmişdir.  

“Bunlar sənə  vəhy etməkdə olduğumuz [bilinməyən] xəbərlərdəndir. 

Məryəmi onlardan hansı himayəsinə alacaq deyə  qələmlərini atarkən sən 

onların yanında deyildin” [Quran 3/44]. M. Nəbiyə görə bu kimi ayələr 

vəhyin ən mühüm xüsusiyyəti olaraq bilinməyəni bildirmə sifətini açıqlayır. 

Tədqiqatçı alimə görə “bir bilinməyənin, tamamilə ruhi bir hadisənin, yaxud 

qələmləri çəkmə kimi fiziki bir hadisənin bütün təfərrüatı ilə bildirilməsi 

tərzində ifşası ilə  və bu ifşa ilə Hz. Məhəmmədin (s.ə.s.) diqqətinə, öz 

şəxsiyyətinə, psixologiyasına aid xüsuslarla, məsələn şəxsi fikir və ilhamları 

ilə qeyri-şəxsi olan və  vəhydən doğan fikir və hisslər arasında edilən bir 

fərqləndirmə üçün qəti bir kriteriya təqdim olunur”

9



Vəhyin üslubu özünəməxsusluğu ilə  əlbəttə diqqət çəkicidir. Qaynağın 

Tanrı olduğunu nəzərə alsaq, bu halda üslubun Tanrı üslubu olduğunu da 

iddia etmək yalnış olmaz. Amma burada bir əsas cəhəti də vurğulamaq 

yerinə düşər ki, Tanrının xitab etdiyi üslubu, yəni vəhyin dilini və  həmin 

dildə xitab şəklini, vurğunu, intonasiyanı, bəlağəti daha yaxşı anlamaq, 

öyrənmək lazımdır.  

Vəhyin üslubundakı gizlilik və qeyri adilik həmişə insanlarda izah etmə 

məcburiyyəti doğurmuşdur. Tədqiqatçı alim Vatt Montqomeri burada diqqəti 

vəhyin dili üzərinə  çəkərək  diaqramatik  vəhy nəzəriyyəsini irəli sürür. V. 

Montqomeriyə görə “bir diaqramda müəyyən şəkillər və rəngləri, müəyyən 

həqiqətləri göstərmək üçün istifadə olunur”.

10

  Tədqiqatçı alim diaqramı 



insanla həqiqət arasında necə bir trans-informasiya bağı yaratdığını və insana 

hansı tipdə bir informasiya ötürdüyünü qeyd edir. O, buna misal olaraq və 

fikrini əsaslandırmaq məqsədi ilə London metrosunun giriş tunelində divar-

dan asılan və sərnişinlər üçün vacib, amma təfsilatlı informasiya verməyən 

diaqramları göstərir. Diaqramlarla maraqlanan şəxsin vacib informasiya 

alması mümkündür. Amma bununla bərabər metronun tunellərdən keçdiyi 

                                                 

9

 Nebi M., Kurani Kerim mucizesi. /ter. Ergün Göze/. T.D.V Yayınları. Ankara – 



1991. s.88-89 

10

 Montgomeri V. Modern Dünyada Vahiy. Tər. M. Aydın. Ankara -1982, s.119.  



 

 Rahil NƏCƏFOV 

266 


yolların işarələndiyi qırmızı  xəttlər heç də  həqiqətdə  qırmızı  rənglənmə-

mişdir. Buna oxşar eyni misalı  xəritələrdən də almaq mümkündür. Bütün 

bunların ümumi fonunda vəhyin diaqramatik dili ifadəsinin nə  məqsədlə 

ortaya atdığını qeyd edən V. Montqmeri bu ifadə ilə din dili və bu dildə 

danışanların yəni inanan, yaxud inanmayan, fərqi yoxdur, dinlə münasibət 

quranların istər-istəməz izlədikləri metod və üslubun diaqramatik olduğunu 

irəli sürür.  

Tərcümə variantları bu səbəbdən vəhyin gəldiyi dildəki təsir effektini 

vermir. Tərcümə variantlarında insan bəzi kəlimələri, vurğuları, xitab forma-

larının ekvivalentlərini öz dilində tapa bilmədiyi üçün, məhz həmin dildəki 

alternativlər, oxşar modellər seçilir ki, bu da yuxarıda dediyimiz kimi 

orijinal təsiri bağışlamır. 

Vəhyin dilinə diqqətlə nəzər salındığında Tanrı çox yerdə, öz xilqətindən 

və fellərindən bəhs edərkən, məhz özünü nəzərdə tutduğu halda vəhy dilində 

“biz” deyə müraciət formasını seçir. “Biz” xitabı, heç də Tanrıdan başqa 

qeyri bir qüdrətin ona öz işlərində ortaq olmasından xəbər vermir. Əksinə bu 

ərəb dilində çox yüksək bir intonasiya, comərdlik, alicənabliq, böyüklük 

ifadə edir. Quranın müxtəlif yerlərində  vəhyin müəyyən bir hərf və  səs 

sistemindən ibarət olmadığı  və ümumiyyətlə insan nitqindən uzaq olduğu 

bildirilir. [Quran 69/ 40, 85/21]. Bu səbəbdən iddia edilə bilər ki, məhz onu 

peyğəmbərə çatdıran qüvvə - mələk, onu hər hansı bir dildə “danışaraq” 

peyğəmbərə ötürür. Peyğəmbəri də göndərmək istədiyi millətin öz içindən 

seçir ki, dili və üslubu yerli cəmiyyət tərəfindən başa düşülən olsun. “Allahın 

əmrlərini onlara daha yaxşı açıqlasın deyə  hər peyğəmbəri yalnız öz 

qövmünün dili ilə göndərdik” [Quran, 14/4]. 

Vəhyin məqsədi.  Vəhyin məqsədi normal təfəkkür qabiliyyətinə malik 

olan hər şəxsi düşündürməyə bilməz. Şərq peripatetik filosoflarından Farabi, 

İbn Sina, İbn Xəldun və digərləri qətiyyətlə bu fikrin üzərində dururlar ki, 

vəhyin məqsədi cəmiyyətin  ən yüksək səviyyədə  təşkil olunmasına, üstün 

insani dəyərlərin qurulmasına, yaxud bərpasına çalışmaq, xalqın rifah 

halında yaşamasını  təmin etməkdir. Təbii ki, burada Tanrının varlığı 

ideyasını da qeyd etmək lazımdır. Qərb şərqşünası V. Montqomeri bu barədə 

özünəməxsus fikir söyləmişdir. Ona görə  vəhyin məqsədi Tanrının varlığı, 

sifətləri və Tanrı-bəşər arasındakı qarşılıqlı  əlaqə baxımından, insanlara 

həqiqi gerçəklik ideyasını aşılamaqdır. Vatın bu fikrindən belə məlum olur 



Vəhyin universal mahiyyətinin Quran işığında təbliği 

267 


ki, Tanrının istəyi öz varlığından insanı  xəbərdar etməkdir. Vəhy insanı 

sadəcə Tanrının varlığından xəbərdar etməklə qalmaz, həm də onun 

xüsusiyyətlərinin cəmiyyətə çatdırılmasını  təmin edir. “Vəhy Tanrının 

yaxşılığını  və qüdrətini, kainatdakı mütləq müstəqilliyini, tarixi hadisələrə 

nəzarət etdiyini, insanlardan nə istədiyini və onların bu istəklərini yerinə 

yetirmə xüsusunda hansı yolu istəmələrinin vacib olduğunu bildirir və bu 

dünyadakı müvəffəqiyyətlərinin mükafatlandırılacağına və  əhəmiyyət 

vermədiklərinin də cəzalandırılacağına işarə edir”.

11

 V. Montqomeriyə görə 



vəhy tarixi hadisələri sadalayarkən məqsədi, heç də insanlara elmi məlumat 

vermək, onları tarixi hadisələrlə tanış etmək deyil. Vəhy hər hansı bir sahəyə 

dair, məlumat qaynağı deyil, amma bu qaynaqda bütün informasiya 

sahələrinə dair bilik və  məlumat tapmaq mümkündür. Vəhy hər zaman 

endiyində özündən  əvvəlkiləri təsdiqləmişdir və bütün zamanlarda da 

məqsədinin eyni olduğunu ifadə etmişdir. “Doğrusu Biz yol göstərici və 

nurlanaraq Tövratı endirdik. Özünü Allaha təslim etmiş peyğəmbərlər, [...] O 

halda insanlardan qorxmayın, məndən qorxun, ayələrimi heç bir dəyərlə 

dəyişdirməyin, Allahın ednirdiyi ilə hökm etməyənlər, bax onlar kafirlərdir” 

[Quran 5\44]. Vəhyin bölünməzliyi ideyasının mahiyyətini də  məhz bütün 

səmavi dinlərin  əsasını  təşkil etməsidir. Vəhyin universallığı  vəhyin bütün 

millətlərə müxtəlif zamanlarda enməsinə baxmayarq məqsədinin 

dəyişməzliyi tək bir millətə deyil, bütün bəşəriyyətə, özündən sonra belə 

mövcüd olacaq sivilizasiyalara xitab edə bilməsidir. Vəhyin universallığı, 

həm də vəhyin bölünməzliyi deməkdir. “Zaman, məkan, milliyyət vəhyə heç 

bir qeyd qoya bilməz, onu özününküləşdirə bilməz”.

12

 Sonuncu vəhy  əsəri 



olan Quran isə özündən sonrakı bütün zamanlara, məkanlara, millətlərə 

göndərildiyini elan edir. Bununla bərabər Quran özündən  əvvəlkiləri inkar 

deyil, təsdiq edərək, onların həqiqət olduğunu, özü ilə  bərabər vəhyin 

tamamlandığını da bildirdi. Sadə bir ərəb ailəsindən çıxan və ümmi (oxuma, 

yazması olmayan) olan Məhəmməd Peyğəmbər (s.ə.s.) özündən  əvəlki 

yəhudilərin, xristianların peyğəmbərlərini sıra ilə onların din xadimlərinə 

söylədikdə  və onların tarixlərindən onlara məlumat verdikdə  yəhudilər və 

xristianlar bu xəbərləri çox təəccüblə qarşılayırdılar və  Məhəmməd 

                                                 

11

 Erdoğan M. Vahiy – Akıl dengesi acısından sünnet. / MUİFVY. İtanbul: 2001. s. 19 



12

 Erdoğan M., eyni əsər, s.21 



 Rahil NƏCƏFOV 

268 


Peyğəmbərdən (s.ə.s.) bunları kimdən və haradan öyrəndiyini soruşurdular. 

Peyğəmbər də bu bildiklərinin vəhy olduğunu və onları Tanrıdan aldığını 

onlara bildirmişdir. Söylənilən bu xəbərlərin  əvvəlki vəhy  əsərləri olan 

Tövrat və  İncildə  nəql olunanlarla aralarında xeyli bənzərliyinin olduğu da 

onlara aydın idi. Yəhudilər və xristiyanlar bu hekayələrin onların dini 

kitablarında nəql olunanlarla bənzərliyini izah etməkdə çətinlik çəksələr də 

onların qaynağının ilahi qaynaq olduğu onlara məlum oldu.  

Vəhyin birliyi. Bu mənada vəhy bütün dinlərdə öz vəhdətini qorumuş, 

məna bütünlüyünü, üslub zənginliyini, yüksək məntiqi intonasiyanı saxlayıb 

mühafizə etmişdir. Quran xaricində digər bütün vəhy kitablarının sonradan 

orijinallarından təhrif olunduğu bizə  məlumdur. Amma bununla bərabər 

onlarla yüksək intonasiyalı  səslənmə  və üslubun özünəməxsusluğundan 

onların orijinal variantlarını vəhyi bilginin təşkil etdiyi aydın olur. “Bu birlik 

fikri mənasında Hz. Adəmə gələn vəhy ilə Tövrat, İncil və Quran əsas etibarı 

ilə bir-birindən fərqlənmir”.

13

  Vəhy özünün birliyi mənasında həmişə eyni 



məqsədi güdmüş, eyni funksiyanı, tərbiyə edici funksiyanı daşımışdır. Dini 

məntiqin iddiasına görə  “İnsanlığın ilahi vəhydən uzaq olaraq yetişməsi 

mümkün deyil”.

14

 



Vəhyin hüquqi mənası  və ictimai dəyəri.  M. Abduh vəhyin hüquqi 

mənada  şərhini vermişdir. Hüquqi mənasında vəhyin tərif olunmuş ilkin 

variantı qanun mənasına gəlir. Müqəddəs kitabların bir mənada qanunlar 

məcmuəsini ehtiva etmiş olması məhz M. Abduha vəhyi hüquqi aspektdə də 

şərh etməyə əsas vermişdir.  

Dinin dövlətdən ayrıldığı müasir dövlət modelinin tarixində dinin 

dövlətlə iç-içə sayıldığı  və  hətta  şəri qaydaların dövlət qanunları rolunu 

oynadığı hallar az olmamışdır. Bu qanunlarda müəyyən dərəcədə  vəhydən 

qaynaqlanan mütəşəkkillik də özünü biruzə verir. Bu mütəşəkkillik sözündən 

məqsəd vəhydə ifadə olunanların cəmiyyət həyatının bir hissəsini deyil, 

ümumilikdə  cəmiyyətin demoqrafik strukturundan asılı olmayaraq, bütün 

təbəqələrdəki insanlara şamil oluna biləcək qanunlar məcmuəsi rolunu 

oynamasıdır. Vəhyin daxili sferası, ümumi xarakteri hətta ona imkan verir 

ki, vəhy hər hansı dövrdə cəmiyyətə hakim kəsilən ictimai iqtisadi formasiya 

                                                 

13

 Erdoğan M., eyni əsər, s.22  



14

 Erdoğan M., eyni əsər, s.23 



Vəhyin universal mahiyyətinin Quran işığında təbliği 

269 


ilə “hesablaşıb” cəmiyyəti onun pəncəsindən xilas etsin. Cəmiyyətin ümumi 

strukturu elə qurulmuşdur ki, insanlar hansı  vəziyyətdə, necə halda 

yaşamalarından asılı olmayaraq məhz xüsusi, dəyişməz keyfiyyətlərə, 

xüsusiyyətlərə malikdir və  nə siyasi sistem, nə  də iqtisadi münasibətlər 

onlara heç bir təsir göstərə bilmir. Misal üçün, cəmiyyətin həyatını idealizə 

edən  əxlaqi keyfiyyətlər dəyişilməzdir, yaxud Orta əsrlər  ərəb cəmiyyətinə 

xas olan doğulan qız uşaqlarının diri-diri torpağa basdırmaq, qan davaları 

halları, yaxud da müasir dünyamızda bank əməliyyatının əsasını təşkil edən 

faiz və  sələm cəmiyyət üçün yolverilməzdir və  vəhy tərəfindən birmənalı 

olaraq rədd olunmuşdur. Vəhy həmişə qadağan missiyasından çıxış edərək 

insanların nəzərində qadağanedici obraz yaratmamışdır. Vəhy həm də təşviq 

edici təbiətə malik olaraq, gözəl halları, üstün əxlaqi xüsusiyyətləri önə 

çəkərək onların cəmiyyətin fərdləri arasında daha çox yayılmasını  tələb 

etmişdir. Ümumiyyətlə zaman və  məkan xaricində olan Tanrı kimi Onun 

əsəri olan vəhy də zaman və  məkandan asılı olmayaraq bütün dövrlərdə, 

bütün cəmiyyətlərə birmənalı  şəkildə xitab edərək insanları doğru yola 

çağırmış və bu yolda onlara yol yoldaşı olan peyğəmbərləri vasitəsilə yaşıl 

işıq yandırmışdır. 

 

Nəticə: Çoxyönlü və tənqidlərə açıq olan fəlsəfi tendensiyalardan fərqli 

olaraq dini əqidə birmənalı şəkildə insanların yer üzərində ibadət etdiklərini, 

bunun məcburən deyil, fitrətdən bu xasiyyət üzrə doğulduqları üçün təbii 

olaraq ibadət ehtiyacı duyduqlarını, dinin vəhylə müəyyən olunduğunu və 

əsasının da tövhid inacının yəni Allahın birliyi ideyasının təşkil etidyini, 

dinlərdə  çıxan ixtilaf və münaqişələrin sonradan olub, insanlar tərəfindən 

törədildiyini söyləyir. Elə isə buradan məlum olur ki, dini əqidə yer üzərində 

gələn ilk vəhydən son vəhyə  qədər bütün səmavi dinləri və kitabları da 

ehtiva edərək eyni bir qaynaqdan göndərilmiş  və  əsası da eynidir. Dini 

məntiq vəhyi hər hansı bir peyğəmbərə göndərilmiş Allah kəlamıdır şəklində 

tərif edir. Peyğəmbərlər də yerin müxtəlif bölgələrində ilahi təbliği alıb 

insanlara çatdırmaqla vəzifəli tutulan seçilmiş insanlardır. “Bundan məqsəd 

də yerdəki həyatın, yaşayış  tərzinin ilahi təlimata uyğun qurulmasını 

istəməkdir”.

15

  

                                                 



15

 Yıldırım S., eyni əsər s.20 



 Rahil NƏCƏFOV 

270 


Quran möhtəşəm vəhy  əsəridir. Bu məqalədə  də bu möhtəşəm vəhy 

əsərinin ecazkar üslubundan, xüsusiyyətlərindən söhbət açılmış, dəyərli 

oxucular üçün maraqlı olsun deyə, istər filosofların, istərsə  də teoloqların 

məsələyə  fərqli yanaşma tərzlərinə, münasibətlərinə toxunulmuşdur. Eləcə 

də get-gedə qloballaşan dünyamızda vəhyin rolundan, modern qərb 

dünyasında vəhy nəzəriyyəçilərindən bəhs edilmişdir. Məqalədə  vəhyin 

üslubunun və  təbiətinin oxuculara doğru çatdırılması üçün Qurandan vəhy 

nümunələri də gətirilmişdir.  



 

Vəhyin universal mahiyyətinin Quran işığında təbliği 

271 


 

RESUME: 

The Propaganda of the revalation`s 

universal essence in the light of Koran 

 

Najafov R.N. 

 

Koran is the great revalation. İn the modern world are scientific 



researched but no with rathional means in the technological sciences only 

with irrathional means in the spirit world on a large scale. We are consider 

that the revalation is just from such subjects.  

In this article the we inform precious informations about the essence ov 

revalation, it`s aim, method and explain this subject according to the 

philosophy as well as thelogy. We were guided to the Koran and have given 

some examples from this holy book. We thought that these informations may 

be very interesting and precious for you, because on we present the 

considerations of philosophers and theologians to this matter. Also, we were 

informed some authors modern revalation theories, for example from the 

West Watt Montgomery and the East Malik bin Nabi. In the article exist 

some scientific innovations which were researched by author.  

 

 

РЕЗЮМЕ: 

Коран величественное произведение откровеня 

 

Наджафов Р.Н. 

 

В етой статье рассказываеться о чидотворном жанре, особенностях 

етого  великоленного  произведения  откровений,  для  того  чтобы  было 

интересно  уважаемым  читателям,  отмечаються  разные  подходы  и 

етому вопросу как философов, так и теологов. А также повествуещся о 

роли  откровения  в  все  больше  глабазированном  мире,  об  идеологах 

откровения в совроменном западном мире. Для правильного донесения 

до читателей жанра и сущности откровения в статье приводятся также 

примеры откровения в Коране. 


 Rahil NƏCƏFOV 

272 


 

ƏDƏBİYYAT 

 

1.



 

 Qurani – Kərim (Azərbaycan dilinə tərcüməsi ilə) tər: M.Qənioğlu, T. 

Bilal oğlu., Göytürk”, Bakı – 2000. s.604 

2.

 



 Yıldırım S. “Kurani Kerim ve Kuran ilimlerine giriş”. Ensar 

neşriyyat. Temel Külter Dizisi. 1. İst. – 2000, s.240 

3.

 

bax: Bərki  Ə. H., Kəskioğlu O., “Xatəmul – Ənbiya Həzrəti 



Məhəmməd və həyatı”, tər. R.Kaya, DİB, Ankara – 1966. s. 436 

4.

 



 Nebi M. “Kurani Kerim mucizesi”, tər. Ergün Göze. T.D.V Yayınları. 

Ankara – 1991. s. 223 

5.

 

MontgomeriV.V. “Modern Dünyada Vahiy”, tər. M. Aydın. Ankara 



-1982, s.175  

6.

 



 Erdoğan M. “Vahiy – Akıl dengesi acısından sünnet”. / MUİFV 

Yayınları. İstanbul – 2001. s.315 

7.

 

 Nasr S. H. and Oliver Leaman, “History of Islamic philosophy”, 




Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin