Elmи мяъмуяси


part I, Qum – 2003, 780 p



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
#16979
1   ...   18   19   20   21   22   23   24   25   ...   37
part I, Qum – 2003, 780 p. 

8.

 



 Montgomery V.V “Islam and the integration of society”. London. 

1961 – IX. P.293 

9.

 

 Daryal A.M. “Dini hayatın psiko – sosyal temelleri”. MUİF Yayınları. 



№75/ 2-ci nəşr/ İstanbul: 1999 s.342 

10.


 

Pazaroğlu O. “Din psikolojisi”, İstanbul 1966, Remzi Kitabevi s.248 



İslamda düşünülmüş ailə seçiminə verilən dəyər 

273 


 

 

İSLAMDA DÜŞÜNÜLMÜŞ AİLƏ 



SEÇİMİNƏ VERİLƏN DƏYƏR 

 

i.e.n. MİRZƏYEVA Səbinə Həmid q 

 

 

Ailə  uşağın həyata ilk qədəm qoyduğu, onu yararlı  və  fəal olmaq üçün 



həyata hazırlayan saysız ictimai müəssisələr arasında birinci və  əsas bir 

müəssisədir. Başqa bir sözlə desək, ailə insani ünsürün vücuda gəlməsində 

mübarizə aparan, həyatın bütün mərhələlərində müsbət və mənfi təsiri olan 

başlanqıc mərhələsidir. Məhz elə bu səbəbdən də islam ailəyə böyük dəyər 

vermiş, qayğı göstərmiş, ailənin nizam-intizama salınmasında, ədəb-ərkanın 

qorunmasında, ona məxsus olan işlərin bölüşdürülməsində, davranışında 

vacib olan məsələlərin həll edilməsində, xüsusən də  uşağın fikri, ruhi və 

tərzi-hərəkətlərin düzgün, sağlam tərbiyyə edilməsində  əsas olan qaydaları 

qoymuşdur. İslam ailə üzvlərini-ailənin dağılmasına, məhv olmasına və ailə 

əlaqələrində  uşağın korlanmasına səbəb olan pərişanlıq,  əzab-əziyyət kimi 

ünsürlərdən uzaqlaşmağa çağırır. 

Dinimizdə dünyaya gələcək uşaqların hüquqları tələb edir ki, ilk növbədə 

valideynlər bir-birini könül razılığı ilə seçsinlər. Hər hansısa bir nikah 

bildiyimiz kimi ərin, yaxud da arvadın seçilməsindən başlanır. Nikah 

əsasında ailənin öhdəsinə düşən, hüquq və  vəzifələri düzgün yerinə 

yetirilməsi üçün labüd olan şərtlərdən biri, nikaha girən tərəflərin bir-birini 

yaxşı seçməsi ilə əlaqədardır. 

İslamşünasların fikrincə, «İzdivacdan  əvvəl təhqiqat aparıb, gələcəkdə 

bir yastığa baş qoyacaq həyat yoldaşının zahiri və batini ailəmi ilə dərindən 

tanış olub sonra evlənənlərin ailə  həyatı, xeyirli və rizayətbəxş hesab 

olunur.»

1

  Gələcək həyat yoldaşının seçilməsi məsələsi  İslamda adətən qo-



humlar və tanışlar arası münasibətlər səviyyəsində həll edilir. Görünür bu sa-

hədə tarixi təcrübəyə əsaslanan ənənə daha güclü olmuşdur. Hz.Peyğəmbər 

                                                 

1

 Yusifnur Hacı  Əbdürrəhman.  İslamda ailə quruluşu. Tərcümə edən:  Əlibala 



Hacızadə. C1.Bakı, 1998) 

 i.e.n. MİRZƏYEVA Səbinə Həmid q 

274 


(s.a.s.) bir hədisində qeyd edir ki, «Qadınları yalnız yaxın qohumlar (əl-

əyliya) ərə verirlər və onlar yalnız öz taylarına (əl-əkifta) ərə gedərlər». 

Qərarlı  gələcək ailənin xoşbəxtliyinin və möhkəmliyinin zühuru kimi 

qadında səkkiz mühüm keyfiyyətin olmasını zəruri hesab edir. din (din); xoş 

xasiyyətlik (xülq); gözəllik (hüsn); mehr yüngüllüyü (xiffət  əl-mehr); 

doğmaq qabiliyyəti (viladə); bakirəlik (bikarə); əsl-nəsəb. 

Əvvala müsəlman evlənmək üçün qız seçərkən onun əməli-saleh, mömin 

bir qadın olmasına diqqət yetirməlidir. Bu çox mühüm məsələdir, çünki evdə 

ananın imanı  zəif olsa, hərəkətlərini dini mənəvi dəyərlər  əsasında ölçüb-

biçməz, abır-həyasını qorumaz. Tərbiyyə etdiyi övladlar mənəviyyatsız, ata 

üzü qara, hörmətsiz ailə həyatı dözülməz olar. 

Hz.Peyşəmbərin (s.a.s.) belə bir hədisi vardı. «Bataqlıqda bitən gülə 

yaxınlaşmayın.» 

Bu hədisdən aydın olur ki, İslam ailə qurmaq üçün saleh qadın və 

kişilərin seçilməsinə üstünlük verir. Odur ki, Hz.Peyğəmbər qızların din-

darlıq məsələsinə böyük əhəmiyyət vermiş və demişdir: «Qadınla dörd şeyə 

görə evlənirlər: malına görə, əsl-nəcabətinə görə; gözəlliyinə və dininə görə. 

Sən məhz dinə maraq göstər» 

Bu o deməkdir ki, nikaha təhrik dinlə bağlı olanda nikah davamlı olar, 

çünki din insanın ağlına da, vicdanına da təsir göstərir. 

Din amili güclü olanda digər amillər ona tabe olur və köməkci xarakter 

daşıyır. Məhz bu səbəbdən Hz. Peyğəmbər (s.a.s.) ailə qurmaq yaşına çatan 

uşaqları olan səhabələrinə məsləhət görmüşdür ki, övladları üçün mömin və 

xoşxasiyyət bir adam tapsınlar, çünki, belələri yaxşı ailə başcısı, tərbiyyəçi, 

həm də gözəl valideyn ola bilər. 

Əsil-nəsəbə gəlincə isə Hz. Peyğəmbər (s.a.s.) bu barədə belə buyurmuş-

dur. «Öz nütfələriniz üçün yer seçin. Çünki dayı iki yatanın biridir.» (Yəni 

qadın seçdikdə onun nəslinə  nəsəbinə diggət yetirin. Çünkü uşag adətən 

əxlaqında dayısına oxşayır. Həmçinin uşaq atasının əxlaqını götürdüyü kimi 

dayısından da tərbiyyə götürür.

2

 

Elimizdə də belə bir məsəl var. «Oğul dayısına çəkər». Yəqin ki, məhz 



bu məsəl taqədimdən Hz. Peyğəmbər (s.a.s.) hədisindən qaynaqlanaraq bizə 

gəlib çatmışdır. 

                                                 

2

 Əl-kafi:Kuleyni 5-332.Qadın bəyənmə fəsli. 



İslamda düşünülmüş ailə seçiminə verilən dəyər 

275 


İslam qadının irsilik əsasları üzrə seçilməsi ilə yanaşı, onun gözəl rəftar 

kəsb etmiş sağlam mühitdən seçilməsinə  də diqqət yetirməyi təkid edərək, 

pis mühitdə böyümüş gözəl qadınlarla müsəlman kişilərini evlənməkdən 

çəkindirmişdir. 

Bu barədə Hz. Peyğəmbər (s.a.s.) belə buyurmuşdur: «Özünüzü zibillik-

də bitən gözəl güldən, yəni pis mühitdə böyüyən qadından qoruyun.

3

 (Say-


dığımız keyfiyyətlərlə yanaşı qadında xoşxasiyyətlilik, gözəllik və ana 

olmaq qabiliyyəti nəzərə alınmalıdır. Qadın gülərüz və xoşxasiyyət olmazsa 

qurulan ailədə doğulan uşaqlar mehribanlıq və nəvazişdən kənar olarlar. Bu 

da onların uşaqlarının mənəvi-psixoloji cəhətdən məhv olmasına səbəb olur. 

Ailədə nəinki uşaqlar, ailənin digər üzvləri də bu cür münasibətdən əziyyət 

çəkmiş olurlar. Belə bir rəvayət də vardır ki, «övliyalar qadınların dilinə 

dözməklə  də imtahana çəkilirmişlər». Yəni qadının bədxasiyyət, deyingən 

olması zulmə tay tutulmuşdur. 

Qeyd etdiyimiz kimi qız aldıqda zahiri görünüş də əsas şərtlərdən biridir. 

Lakin bu o demək deyil ki, hər bir keyfiyyətdən üstün gözəllik götürülmə-

lidir. Qadın yalnız gözəlliyinə görə alınarsa və dinə qarşı etinasızlıq göstəri-

lərsə, nəticədə fəsada səbəb ola biləcək addımın atıldığı güman edilir. Qəza-

liyə görə, «evlənənlər əksər hallarda gözəllik və xasiyyət məsələsində alda-

nırlar. Gözəllikdə aldanmamaq üçün evlənənlərin bir-birini görməsi müstə-

habdır. Qadının möminliyi, xoş xasiyyətliyi heç də onun gözəlliyini  əvəz 

etmir». 


«Könül sevən göyçək olar» deyiblər. Ülfət və sevgi gözəllikdən doğan 

bir hissdir. Odur ki, dinimiz qızı almamışdan qabaq onu görməyi münasib 

saymışdır. Hz. Peyğəmbər (s.a.s.) demişdir: «Allah birinizin ürəyinə bir qa-

dın saldı, qoy ona baxsın, mümkündür ki, Allah onların arasında ülfət yarat-

sın».  

Səhabələr Hz. Peyğəməmbərin (s.a.s.) dediklərinə  əməl edərək qızı 



yalnız görüşdükdən sonra ərə verirdilər. Çünki əmin idilər ki, görmədən 

evlənməyin axırı heç də yaxşı olmaz. 

Rəvayətə görə, Xəlifə Ömər bin əl-Xəttabın dövründə bikişievlənir. Sən 

demə o, cavan görünmək üçün saçlarını rəngləyibmiş. Bir azdan rəng solur 

və bunun saclarının ağlığı görünür. Qadının qohumları  xəlifəyə ondan 

                                                 

3

 Məkarimu-l-əxlaq. Təhərisi 304. 



 i.e.n. MİRZƏYEVA Səbinə Həmid q 

276 


şikayət edib deyirlər ki ; «Biz onu cavan bilmişik» Hz. Ömər onu döydürür 

və deyir ki; «Adamları aldatmısan»  

Bu rəvayətdən aydın olur ki, dinimizdə  təkcə secim hüququ oğlanlara 

deyil, qızlara da aiddir. Çünki ailə başçısının uşaqların inkişaf etməsində, 

onların fiziki və ruhi hazırlığında böyük rolu vardır. Məhz elə buna görə də 

İslam atanın dinimizin ölçülərinə uyğun olaraq seçilməsini təkid edir. Hansı 

ki, burada onun irsi və böyüyüb boya-başa çatdığı mühit və gözəl sifətlərlə 

zənginləşməsiinə diqqət yetirilir. 

Birincisi ata, ailə başçısı olduğu üçün uşaqlar da özlərini ona oxşadıb, 

onun sifət və əxlaqlarını özlərində əks etdirəcəklər. 

İikincisi həyat yoldaşı onunla həyat sürdüyü müddətdə ondan bəzi 

sifətləri  əldə edəcəkdir. Məhz elə bu səbəbə görə dinimizdə  qızların başqa 

dindən olan kişilərə verilməsi rəva görülməmişdir. Çünki qadın öz ərinin 

ədəbini götürür, kişi də qadını öz dininə tabe etməkdə üstün gəlir. 

Ücüncüsü odur ki, yaş  fərqi uyğun olmalıdır. Yəni, Hz. Peyğəmbər 

(s.a.s.) demişkən «həm tay olsunlar» Necə ki, Hz. Peyğəmbər (s.a.s.) və 

onun  əhli beytinin həyat tərzi də, evlilik məsələsində öz oğul və  qızlarına 

uyğun olanı seçmək əsasında qurulmuşdur. 

Hz. Peyğəmbər (s.a.s.) qızı Hz.Fatiməni yaşca böyük olan sahabələrə 

verməmişdi. Hz. Peyğəmbərin (s.a.s.) elçilərə cavabı bu idi ki, mən onun 

haqqında Allah tərəfindən hökmün gəlməsini gözləyirəm.

4

 Sonra Allahın 



əmri ilə Fatiməni Əli İbn Əbu Talibə verdi. 

Bir başqa rəvayətə görə isə Hz. Peyğəmbər (s.a.s.) əsil-nəcabətli ailəyə 

mənsub, müsəlman və gözəl sifətlərə malik qadınlardan biri olan Zülfanı, 

dindarlıqdan başqa nə malı, nə  də gözəlliyi olmayan müsəlman kişilərdən 

biri ilə Cueyrlə evlənməyə  təhrik etmişdir. Burada əsas diqqət onların 

müsəlman olmalarına verilmişdir. Çünki mömin kişi, möminə qadına 

müsəlman kişi də müsəlman qadına həmtay və uyğundur.

5

 Bu deyilenlərdən 



aydın olur ki, uyğun şəxs odur ki, istər qız, istər oğlan olsun sağlam ailədən 

çıxmış, dindar və gözəl əxlaqa malik olmalıdır.  

                                                 

4

 Hüysəmi «Məcməuz-rəvaid» 9. 206; İslamda uşaq tərbiyəsi, mütərcim Sadiq 



Muhəmmədi Gəncəvi 9. 38 

5

 (Əl Kafi. Uyğunluq fəsli. 58.347) 



İslamda düşünülmüş ailə seçiminə verilən dəyər 

277 


İslam kişi və qadını seçmədə miqyas qoymuşdur. Hz. Peyğəmbər (s.a.s.) 

buyurmuşdur: «Əgər sizin yanınıza əxlaq və dinini bəyəndiyiniz şəxs (elçi) 

gəlsə, onu evləndirin».

6

 Dinimiz uşaqların və ailənin hərəkətlərində, bədən 



və ruhunda təzahür edən sağlamlığı qorumaq üçün qadınlara, müsəlman 

olmayan kişi ilə evlənməyi haram saymışdır. Ona görə ki, qadın və uşaqlar 

atanın hərəkətlərindən ibrət götürürlər. Dinimiz həmçinin ailənin (xüsusi ilə 

uşaqların) həyat tərzində və mənəviyyatında təzahür edə biləcək qüsurlardan 

onları mühafizə etmək üçün dindar olmayanların yolundan çıxıb başqa yola 

meyl edənlərlə evlənməyi qadağan etmişdir. Elə buna görə  İmam Sadiq 

aşkarda zina edənlə evlənməyi qadağan edib demişdir. 

«Tövbə etdiklərini görməyincə  nə  aşkar zina edən qadınla, nə  də  aşkar 

zina edən kişi ilə evlənməyin.  

Hamımıza məlumdur ki, dinimiz içkini qadağan etmişdir. Bilə-bilə qızını 

içki içən  şəxsə vermək, elə bil ki, öz əlinlə öz övladını  bədbəxt etmək 

deməkdir. «Hər kəs öz qızını  şərab içənə versə  qızı ilə qan qohumluğunu 

kəsmiş (pozmuş) olur.

7

 Bura təkcə içki aid deyil, dövrümüzün bəlası sayılan 



ağ ölüm olan uyşdurucu, bütün mal dövləti aparan qumar oyunlarıdır ki, 

neçə ailənin dağılmasına səbəb olmuş, uşaqları  bədbəxt etmişdir. Uşaq 

evlərinə nəzər saldıqda görərik ki, yetim kimsəsiz uşaqlarin əksəriyyəti zina 

məhsulunun, içkinin, qumarın, uyuşdurucunun qurbanı olan körpələrdir. Bir 

anlıq düşünək nə idi bu körpələrin günahı?  

 Məhz bu nəticəni göz önünə  gətirib, yetkinlik yaşına çatan və  hələ 

dünyaya gəlməmiş  uşaqların haqqlarını qorumaq üçün, gələcək həyat 

yoldaşını seçərkən valideynlər və  gənclər gözəl  əxlaqı ümumi meyar, əsas 

şərt kimi götürməlidirlər ki, nə mal-dövlət, nə izzəti-şərəf ailə xoşbəxtliyi 

üçün təminat ola bilməz. Burada orta məxrəc tapılmalıdır, yəni hər iki tərəf 

bir-birində mənəvi dəyərlər axtarmalıdırlar ki, onu bəyənib qənaətsinlər. Hz. 

Peyğəmbər (s.a.s.) bu barədəki hədisinə görə: «Kim bir qadınla onun şan-

şöhrətinə görə evlənərsə, Allah onun ancaq zillətini artırar: kim qadınla onun 

malına görə evlənərsə, Allah onun ancaq yoxsulluğunu artırar: kim qadınla 

onun əsl-nəsəbinə görə evlənərsə, Allah onun ancaq alcaqlığını artırar: kim 

qadınla ancaq ona görə evlənirsə ki, öz gözünü sevindirsin, öz ayıb yerini 

                                                 

6

 (əl. Kafi. 5. 347/ 2,3.) 



7

 İslamda uşaq tərbiyəsi. s. 38 



 i.e.n. MİRZƏYEVA Səbinə Həmid q 

278 


zinadan qorusun, yaxud qan qohumluğunu artırsın, Allah onun üçün o qadını 

mübarək qılar, qadın üçün də onu mübarək qılar». 

Qəzali qızların himayəçələrinə  də, qızlarını  ərə verdikləri adamda bəzi 

keyfiyytlərin olmasına diqqət yetirmələrinə tövsiyyə edir və yazır ki, əxlaqı 

və xasiyyəti pis olan kişiyə  qız verməyin. Dini zəif olan ailə başcısı 

arvadının hüquqlarına kifayət qədər  əməl edə bilməz,  əxlaqi baxımdan 

arvadı səviyyəsində ola bilməz. Qəzali burada Hz. Peyğəmbərin (s.a.s.) belə 

bir hədisinə müraciət edərək deyir ki: «Evlənmək qul almaq deməkdir. Odur 

ki, sizlərdən biri (qız ərə verəndə) baxıb görsün ki, qızını harada yerləşdirir». 

Bu hədislərə əsasən demək olar ki, Qız alan şəxs, yəni kişi fikirləşməlidir 

ki, aldığı qız sabah ana olacaq, onun övladlarını tərbiyyə edəcəkdir. Əgər bu 

qadının özünün ədəb ərkanı yoxdursa, o necə övlad tərbiyyə edə bilər. Odur 

ki,  Əlehyi-s-Səlam demişdir: «Özünüzü mamırlıqda bitən çiçəkdən (xədra-

əd-dimən) qoruyun! «Ondan soruşmuşlar: «Mamırlıqda bitən çiçək nə 

deməkdir?». O demişdir: «Pis yerdə böyümüş gözəl qadın» 

 Düzgün seçim nəinki, kişilərə, o cümlədən qadınlara da aiddir. Hədisdə 

qeyd edilən fikir «qızı ərə verəndə baxıb görsün ki, qızını harada yerləşdirir» 

məsləhəti çox mühüm bir məsləhətdir. Və bu hədis də dinimizdə qızlara və 

qadınlara verilən qiymətə, onlar üçün narahatlığa bir işarədir. İstər kişi olsun, 

istər sə  də qadın.  Əsasən də qadınlarda ilk ailə xoşbəxtliyi alınmayanda 

həyatları  qırılıb, yarımçıq qalmış qatar relsinə  bənzəyir. Diqqət 

yetirmisinizsə  qız uşaqları daha çox ailə  məsələlərinə qarşı  həssas olurlar. 

Onlar ta körpəlikdən ev qurmağı, öz gəlinciklərinə ana olmağı, evcik-evcik 

oynayanda özlərini ailənin yaxşı mənada bir idarəçisi kimi hiss etməyi çox 

xoşlayırlar.  İllər keçdikcə bu hiss daha da püxtələşir və  qızlar övlad 

yetişdirmək, yaxşı ana olmaq arzusu ilə böyüyürlər. Bu hisslərin 

qırılmaması, qurulan xəyalların puç olmaması üçün, mümkün qədər çalışıb 

qızları öz mühitlərinə, səviyyələrinə uyğun ailəyə vermək lazımdır. Çünki nə 

qədər də dinimiz qadına haqq versə də bir çox üstünlüklər kişilərə aiddir. O 

cümlədən də kişilər istənilən zaman talaq verə bilər, onlarla pis rəftar edə 

bilərlər. 

Bu səbəblərə görə də deyə bilərik ki, ata gızını zalım, fasig, dinsiz, şərab 

içənə verirsə, o dininə və gızına garşı cinayət işləmiş hesab olunur. 

 Dinimiz  seçkidə iman amilinə üstünlük verdiyi üçün, qalan bütün 

amillər imana tabe edilir. «Məgər mömin kimsə ilə (Allahın itaətindən 


İslamda düşünülmüş ailə seçiminə verilən dəyər 

279 


çıxmış) faciq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər.

8

 Odur ki, 



nikahda möminlər arasındakı sosial fərqlər öz əhəmiyyətini itirir. Rəvayət 

edirlər ki, Hz. Peyğəmbər (s.a.s.) bəni-biyazə  qəbiləsinə  əmr etmişdir ki, 

ərsiz qadınlardan birini Əbu Hində  ərə versinlər. Onlar demişdilər ki; «Ya 

Peyğəmbər, qızlarınızı məvarilərinizə-himayəmiz altında olanlaramı verək?» 

Bu vaxt ayə nazil olmuşdur ki; «Ey insanlar! Biz sizi bir kişi və bir qadından 

(Adəm və  Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə. Sizi 

xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan 

ən çox qorxanınızdır».

9

 

 Şəriətimiz gələcək həyat yoldaşının seçilməsi məsələsində seçkinin 



İslam  əqidəsi çərçivəsində aparılmasını  tələb edir. Nədir  İslam  əqidəsi?- 

İslam müsəlmanlara əhli-kitab qadınları ilə evlənməyə icazə versə də, əsasən 

müsəlman qadını ilə evlənməyə üstünlük verir. Rəvayətə görə, Xəlifə Ömər 

Hüreyfə bin əl-Yəmandan  əhli-kitabdan olan arvadını boşamağı  tələb 

etmişdi. Hüreyfə demişdir:» Bunun haram, ya halal olduğunu mənə 

deməyincə onu boşamaram!» Xəlifə demişdi: «Halaldır, lakin mən qorxuram 

ki, müsəlman qadınları kişilərin onları qoyub yad qadınlarla evlənmələrindən 

narazı olsunlar».

10

 

 



 Lakin dinimiz bütpərəst, Allaha şərik qoşan insanlarla nikah bağlamağı 

haram buyurur: «Allaha şərik qoşan (Onu inkar edən) qadınlar imana 

qəlməyincə onlarla evlənməyin!  Əlbəttə Allaha iman gətirmiş bir cariyə 

gözəlliyinə heyran olduğunuz müşrik bir qadından daha yaxşıdır». Həmçinin 

müşrik kişilər Allaha iman gətirməyənə  qədər mömin qadınları onlara 

arvadlığa vermeyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun 

olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və 

kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi oz izni ilə  Cənnətə 

məğfirətə (bağışlamağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün 

insanlara hökmlərini aydınlaşdırır.

11

 

 Artıq qeyd etdiyimiz kimi, müsəlman kişi əhli-kitabdan, yəni xristian və 



yəhudilərdən qız ala bilər və belə olan halda qadının öz ərinin dinini qəbul 

                                                 

8

 əs-Səcdə, 18 



9

 əl-Hücürat, 13 

10

 (Əs-Sabuni Muhəmməd Əli. Rəvai əl-bəyan təfsir ayat əl-əhkam min əl-Quran. C 



I-II.Dəməşq-Beyrut, 1400/1980) 

11

 əl-Bəqərə, 221 



 i.e.n. MİRZƏYEVA Səbinə Həmid q 

280 


etməsi vacib deyildir. Lakin əgər əhli-kitabdan olan kişi müsəlman qadınla 

evlənmek istəsə, ilk növbədə İslam dinini qəbul etməli, yalnız bundan sonra 

seçdiyi qadınla islam ənənələrinə əsasən nigaha girməlidir.

12

 Dm.Yermeyev 



islamdakı bu ənənəni belə izah edir. 

«Əgər müsəlman təkcə islam dnininin nümayəndələrindən deyil, həm də 

başqa dinlərdən olan qadınlarla-xristian, yəhudi və s. qadınlarla evlənə 

bilərsə, müsəlman qadının yalnız müsəlman kişiyə ərə getməsi caiz sayılır. 

 Bir sıra qərb alimləri bu mövzuda belə bir fikir yürütmüşlər. «İslamın bu 

qayda-qanunda patriarxal qəbilə endoqamiyası  və giperaqamiya adətlərinin 

bir qədər dəyişilmiş  şəkildə davamını görmək olar. Qəbilə heç vaxt öz 

qızlarını  kənara-başqa qəbiləyə arvadlığa vermir; Onlar yalnız öz həm 

qəbilələrinə  ərə gedə bilərlər. (endoqamiya). Lakin kişiyə başqa qəbilədən 

olan qızları özünə arvad etməyə icazə verilir. Bu hətta təşviq də edilir 

(giperqamiya). Patriarxal cəmiyyətdə endoqamiya müəyyən bir qəbilənin dil 

və etnik xsusiyyətlərinin qorunub saxlanmasına kömək edir, giperqamiya isə 

onun bioloji əsasını genişləndirirdi.  İslamda qəbilə endoqamiya və 

giperqamiyası konfessional endoqamiya və giperqamiya çevrildi ki, bu da 

başqa dini icmalardan qadınların müsəlman icmasına axıb gəlməsinə, 

sonralar onların islamlaşmasına və son təqdirdə müsəlmanların sayının 

artmasına səbəb oldu»

13

 Lakin bu proses Jeremeyevin dediyi kimi heç də 



həmişə ziddiyətsiz keçməmiş, müəyyən problemlərlə müşahidə olunmuşdur. 

Əsrlər boyu xəlifələrin, sultanların və digər məqam sahiblərinin aldıqları 

qeyri-müsəlman qadınlar idarə etmə  işlərinə müdaxilə edib, dövlət 

çəkişmələrinə səbəb olmuşlar. 

 Abbasi  xəlifəsi Mehdi (158-159/775-785) arvadı Xeyzuranın xahişi ilə 

onun qardaşı gölə Qitrifi, Yəmənə vali təyin etmişdi. Xeyzuranın oğlanları 

Hadı (169-170/775-786) və Harun-ər-Rəşid (170-193/786-809) sonralar 

xəlifə olmuşdular.

14

  Xəlifə müqtədirin (295-320/ 908-932) anası yunan 



kənizi olmuşdur, öz tərəfdarları ilə birlikdə idarə  işlərinə son dərəcə  fəal 

                                                 

12

 (Rafiq Yəhya oğlu Əliyev.İslamda ailə və nigah münasibətləri, s 103)  



13

 (Eremeev Dm. Jenşina i islam. Jurnal Aziya i Afrika seqodhya.1989. №1; Rafiq 

Əliyev; İslamda ailə və nigah münasibətləri, s 105) 

14

  Əl- Mili, Mühəmməd bin Camal əd-din Məkki.  Əl- Lümə–əd-diməşqiyyə. Dar 



ihya ət-turac əl- ərəbi. Beyrut, 1983. 

İslamda düşünülmüş ailə seçiminə verilən dəyər 

281 


müdaxilə edir, istədiyi adamları vəzifəyə təyin edir, yaxud vəzifədən salır və 

dövlət xəzinəsini çalıb-çapmaqda hamını qabaqlayırdı».

15

 

 Müstənsirin (427-487/ 1036-1094) anası  İfriqiyəli idi. Bu qadın 



İfrıqiyədən çıxmış bir çox adamlara Fatimi ordusunda vəzifə vermiş  və 

orduda ixtilaf yaranmasına səbəb olmuşdu. 

 Tarixə  nəzər salsaq görərik ki, qeyri-müsəlman qadınlarla evlənmə 

günümüzdədə müsəlman ölkələrində bir sıra problemlər yaradır. Bir çox illər 

imperiya əsarəti altında qalmış və bəzi dini vacib məsələlərdən uzaq düşmüş 

azərbaycan vətəndəşları da dırnaq arası qardaş xalqların qızları ilə sözsüz ki, 

evlənmişlər. Bildiyiniz kimi biz hal-hazırda Erməni daşnaqları ilə  yəni 

Ermənistan respublikası ilə düşmən mövqeyindəyik. Və bu məsələlərin 

başlanğıcında qarışıq millətdən olan uşaqların hansı  vəziyyətdə olduğunu 

özünüz təsəvvür edin. Məsələn: əksər hallarda ana erməni, ata Azərbaycanlı. 

Bu kimi halların qarşısını almaq üçün gənclərimiz dini tövsiyyələrə  əməl 

etsələr daha yaxşı olardı. Bir özünüz düşünün sağlam gələcək üçün sağlam 

kök olmalıdır. Atalar demişkən. «Ot kökü üstündə bitər». 

 Bu kimi problemlərin qarşısını almaq üçün Ərəb Əmirliklərində 1992-ci 

il də qəbul edilmiş 47 saylı Federal Qanuna əsasən yerli qadınlarla evlənən 

yerli vətəndaşlara 60-70 min dirhəm məbəğində maliyyə yardımı göstərilir. 

Bu dövlət tərəfindən göstərilmiş gözəl bir təşəbbüsdür. Bizim Respublikada 

da bu cür təşəbbüslər göstərsələr, xarici olkələrə qazanc dalınca uşaqlarını 

qoyub gedən ataların, cavan qızların isə gözünü yolda qoyan gənclərimizin 

nisbətən də olsa sayı azalar. 

 Deyilənlərdən belə bir nəticəyə gəlirik ki, seçki məsələsində İslam hər 

iki tərəfə eyni hüquqlar verir. Hz. Peyğəmbər (s.a.s.) bir hədisinə  görə, 

qadının razılığı olmadan nikah səhih sayıla bilməz. O demişdir:  

 «Dul  qadınla məsləhətləşmədən onunla evlənmə. Bakirə  qızında 

iznini almadan nikah bağlama». Ondan soruşmuşlar ki: «Ya Peyğəmbər 

onun izni necə olur?». O demişdir: «Sussun»

16

 

                                                 



15

 Muş Adam, Manskiy Reneccans. M, 1996) 

16

  Əl-Buxari.  Əl- Cani əs-səhih Li-imam Muhamməd bin İsmail  əl-Buxari  əl-



Mutəzəfti Sənət 256. h. Mətbu məə sərhih Fəth əl-Barı li- şeyx əl-İslam əl-Hafiz 

bin Həcər. Təbət dar əl-uktub əl-ilmiyyə 1898). 

 


 i.e.n. MİRZƏYEVA Səbinə Həmid q 

282 


 Deməli İslama görə, dul qadın artıq ərdə olduğu üçün onun ərə getməyə 

razılıq verib-verməmək haqqı himayəsində olduğu adamdan çoxdur, qız 

uşağının isə susmağı razılıq  əlaməti kimi qiymətləndirilir. Buna misal Hz. 

Fatimə ilə Hz. Əlinin izdivacını göstərə bilərik.

17

  

  



Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin