öldürdün?." Üsamə İbn Zeyd özünü belə müdafiə edər:
"Ya Rəsuləllah! O, bunu ölümdən canını qurtarmaq üçün söylədi." Bu
cavab üzərinə Rəsulullah (s.a.s) "Kəlmeyi-tövhidi deyən bir adamı axı nə
üçün öldürdün ey Üsamə?! deyə o qədər çox təkrar edirdi ki, Üsamə
üzüntüsünün böyüklüyündən "Kaş ki, o günə qədər İslama girməmiş olub da
belə bir cinayəti etməkdən uzaq olsaydım" deyə təmənni edər.
18
İnsan həyatına verilən bu dəyəri təsdiqləyici mahiyyətdə ən-Nisa
surəsinin 94-cü ayəsinin nazil olma səbəbi də böyük əhəmiyyət kəsb edir. Bu
ayədə belə buyrulur: "Ey iman gətirənlər! Allah yolunda (cihad etmək
üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu
bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə
tamahsılanaraq: "Sən mömin deyilsən!" deməyin! Halbuki çox qənimətlər
Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin
Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən
fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən
xəbərdardır!
Qaynaqların verdiyi məlumata görə Rəsulullah (s.a.s) tərəfindən
müəyyən bir vəzifəni yerinə gətirmək üçün yollanan bir hərbi birlrk-və ya
səfərdə olan bir müsəlman qrup –Batnı-İdam deyilən yaşayış yerinə gəlincə
bütün xalq onların qarşısında ora-bura qaçır, sadəcə Amir İbn Adbat əl-Əşca
adlı bir varlı (və ya çoban) mallarının başında qalaraq müsəlmanlara
yaxınlaşıb müsəlmanca yəni İslama uyğun bir şəkildə salam verir. Lakin
müsəlmanlardan Muhalləm İbn Cəssamə (aralarındakı şəxsi bir məsələyə
görə) onu öldürərək mallarını mənimsəyir.
19
Bu səfərdən qayıdıldığı zaman
hadisə Rəsulullaha (s.a.s) xəbər verilincə yuxarıdakı ayə nazıl olur və edilən
hərəkət qınanır. Hədis və siyər kitablarında gələn açıq məlumatlara görə
18
İbn Hişam, IV, 204; Vaqıdi, II, 724-726; Təbəri, III, 22; Beyhaqi, IV, 296-297;
Zəhəbi, s. 448-449; Şami, VI, 222.
19
Vaqıdi, II, 797; İbn Sad, II, 124; Beyhaqi, III, 305-307; İbn Abdülbərr, əl-İstiab,
III, 888; İbnü’l-Əsir, Üsdü’l-Qabə, II, 576; Vahidi, Əsbabü’n-Nüzul, s. 63;
Elmalılı, II, 574; İsavi, Fıqhü’s-Səraya, s. 202; Ahmet Önkal, “Batn-ı İdam
Seriyyesi”, TDV. İslam Ansiklopedisi, V, 202.
Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər
41
hadisəni törədən şəxs qısa müddətdən sonra vəfat edir. Cəsədi torpağa
verilincə yer onun cəsədini qəbul etmir. Üç dəfə basdırıldığına baxmayaraq
hər dəfəsində çölə atılır. Vəziyyət Rəsulullaha (s.a.s) xəbər verilincə o belə
deyər: "Torpaq, əslində bundan daha şərlilərini qəbul edər. Lakin Allah
sizə, "lə iləhə illəllah" cümləsinə hörmətin əhəmiyyətin göstərmək
istədi"
20
Yuxarıda qeyd edilən ayələr və İslam Peyğəmbərinin hərəkət və
davranışları İslamın iki müqəddəs dəyəri və qaynağı olan Qurani-Kərim və
Rəsulullahın Sünnəsinin istər sülh zamanı olsun istərsə də müharibə zamanı
insana və insan həyatına, irqindən, millət və milliyətindən, düşüncə və
əqidəsindən, böyük və ya kiçik olmasından asılı olmayaraq nə qədər böyük
və yüksək dəyər verildiyini özündə əks etdirən sadəcə bir neçə nümunədən
ibarət hadisələrdir. İslama və müsəlmanlara bu məsələlərdə iftira edən,
tənqid və təhqirlərini yönəldənlərın bu hadisələri bilərək göz ardı etmələri
düşündürücüdür.
20
İbn Hişam, IV, 204; Vaqıdi, II, 724-726; Təbəri, III, 22; Beyhaqi, IV, 296-297;
Zəhəbi, s. 448-449; Şami, VI, 222.
Dr. Elşad MAHMUDOV
42
BİBLİYOQRAFİYA
əl-BƏLƏZURİ, Əbül-Abbas Əhməd İbn Yəhya İbn Cabir (279/892),
Kitabu Cuməl min Ənsabil-Əşraf, ,(thq: R. Zirikli-S. Zəkkar), I-XIII, Darul-
Fikr, Beyrut 1996.
əl-BEYHAQİ, Əbu Bəkir Əhməd b. əl-Hüseyin (458/1066) Dələilün-
Nübüvvə və Marifətü Ahvali Sahibiş-Şəria, (thq: Dr. Abdülmuti Qalaci), I-
VII, Darul-Kutubil-İlmiyyə, Beyrut 1985.
əl-BUXARİ, Əbu Abdullah Muhamməd b. İsmayıl (256/870), əl-
Camius-Sahih - Sahihul-Buxari, I-VIII, əl-Məktəbətül-İslami, İstanbul 1979.
əd-DİMYATİ, Əbu Muhamməd Şərəfuddin Abdülmümin b. Xələf
(705/1306), əs-Siratun-Nəbəviyyə, (thq: Əsad Muhamməd ət-Tib), Darus-
Sabuni, Hələb 1996.
əd-DİYARBƏKRİ, Hüseyin b. Muhamməd b. əl-Həsən (995/1582),
Tarixul-Xamis fi Əhvali Ənfüs Nəfis, I-II, Müəssəsətü Şaban, Beyrut tarixsiz.
Əbu Davud, Süleyman b. Əşas b. İshaq əl-Əzdi əs-Sicistani (275/889),
Kitabus-Sünən – Sünənu Əbi Davud, (thq: Muhamməd Avvamə), I-III,
Darul-Qablə lis-Səqafətil-İslamiyyə, Ciddə 1998.
ƏHMƏD B. HƏNBƏL, (241/855), əl-Müsnəd, I-VI, Çağrı Yayınları,
İstanbul 1992.
ELMALILI M. Hamdi Yazır (1361/1942), Hak Dîni Kur’an Dili, I-IX,
Akçağ Yayınları, Ankara 1995.
ERDOĞAN, Mehmet, Fıkıh ve Hukuk Terimleri Sözlüğü, Rağbet
Yayınları, İstanbul 1998.
əl-FƏSƏVİ, Əbu Yusuf Yaqub b. Süfyan b. Cuvvan əl-Farisi (277/890),
Kitabül-Marifə vət-Tarix, I-IV, (thq: Əkrəm Ziya əl-Öməri), Məktəbətüd-
Dar, Mədinə 1990.
əl-HƏLƏBİ, Ali b. Burhanəddin, (1044/1635) əs-Siratül-Hələbiyyə fi
Siratil-Əminil-Məmun, İnsanul-Uyun, I-III, Darul-Marifə, Beyrut, tarixsiz.
İBN ABDÜLBƏRR, Əbu Ömər Cəmaluddin Yusuf b. Abdullah b.
Muhamməd ən-Nəməri (463/1071), əl-İstiab fi Marifətil-Ashab, I-IV, (thq:
Ali Muhamməd əl-Buxari), Daru Nahdati Mısır, Qahirə tarixsiz.
Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər
43
İBN HƏCƏR əl-ASQALANİ, Əbul-Fazl Ahməd b. Ali (852/1448),
Fəthul-Bari Bişərhi Sahihil-Buxari, (thq: Muhyiddin Hatib-Mahmud Fuad
Abdülbaqi), I-XIV, Darur-Reyyan lit-Turas, Qahirə 1987.
İBN HİŞAM, Əbu Muhamməd Abdülməlik (218/833), əs-Siratun-
Nəbəviyyə, (thq: Mustafa əs-Saqqa, İbrahim əl-Əbyari, Abdülhafiz Şələbi), I-
IV, Darul-Xeyr, Beyrut 1995.
İBN İSHAQ, Muhamməd b. Yəsar (151/768), Kitabül-Mübtəda vəl-
Məbas vəl-Məğazi-Siratu İbn İshaq, (thq: Muhamməd Hamidullah), Konya
1981.
İBN KƏSİR, İmaduddin Əbul-Fida İsmail b. Ömər, (774/1373), əl-
Bidayə vən-Nihayə, (thq: Abdullah b. Abdulmuhsin ət-Turki), I-XXI, Daru
Hicr, Cizə 1997.
İBN SAD, Muhamməd b. Sad b. Məni əz-Zühri, (230/844), Kitabut-
Tabaqatil-Kəbir, (thq: Ali Muhamməd Ömər), I-XI, Məktəbətül-Hanci,
Qahirə 2001.
İBN SEYYİDÜNNAS (734/1334), Uyunül-Əsər fi Fünunil-Məğazi vəş-
Şəmail vəs-Siyər, I-II, Daru Afaqil-Cədidə, Beyrut 1982.
İBNÜL-CÖVZİ, Əbul-Fərəc Abdurrahman (597/1200), əl-Vəfa bi
Ahvalil-Mustafa, I-II, (thq: Mustafa Abdülvahid), Darul-Marifə, Beyrut
1966.
İBNÜL-ƏSİR, İzüddin Əbül-Hasan Ali b. Muhamməd (630/1232),
Usdul-Qabə fi Marifətis-Sahabə, (thq: H. Məmun Şeyha), I-V, Darul-Marifə,
Beyrut 1997.
əl-İSAVİ, Mahmud Xələf Cərrad, Fıqhüs-Səraya, Daru Ammar, Amman
2000.
MAHMUDOV, Elşad, Sebep ve Sonuçları Açısından Hz. Peygamber’in
Savaşları, Tez (Doktora), Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü
İlahiyat Anabilim Dalı İslâm Tarihi ve Sanatları Bilim Dalı, İstanbul 2005.
əl-MAQRİZİ, Təqiyuddin Əhməd b. Ali b. Abdülqahir b. Muhamməd
(845/1442), İmtaul-Əsma bimə lin-Nəbiyyi minəl-Ahval vəl-Əmval vəl-
Hafadə vəl-Matla, (thq: M. Abdülhamid ən-Nəmisi), I-VIII, Darul-Kutubil-
İlmiyyə, Beyrut 1999.
MÜSLİM, Əbul-Hüseyin Müslim b. əl-Haccac əl-Quşeyri ən-Nisaburi
(261/875), əl-Camius-Sahih-Sahihu Müslim, (thq: Muhamməd Fuad
Abdülbaqi), I-V, əl-Məktəbətül-İslamiyyə, İstanbul, tarixsiz.
Dr. Elşad MAHMUDOV
44
ÖNKAL, Ahmet “Batn-ı İdam Seriyyesi”, DİA, ( TDV. İslam
Ansiklopedisi), İstanbul 1992, V, 202.
ÖZEY, Ramazan, Günümüz Dünya Sorunları, İstanbul 2001.
əş-ŞAMİ, Muhamməd b. Yusuf əs-Salihi (942/1536), Sübülül-Hüda vər-
Raşad fi Sirəti Xayril-İbad, I-VIII, Ləcnətü İhyait-Turasil-Arabi, Kahire
1990.
TDV, İlmihal, İslam və Toplum, I-II, TDV Yayınları, Ankara 2004.
ət-TƏBƏRİ, Əbu Cəfər Muhamməd b. Cərir (310/922), Tarixul-Üməm
vəl-Muluk, (thq: Muhamməd Əbul-Fadl İbrahim), I-XI, Daru Süveydan,
Beyrut 1967.
ət-TİRMİZİ, Əbu İsa Muhamməd b. İsa əs-Süləmi (279/892), əl-Camius-
Sahih-Sünənü Tirmizi, (thq: Ahməd Muhamməd Şakir), I-V, Mustafa əl-Babi
əl-Haləbi, Qahirə 1975.
əl-VAHİDİ, Əbül-Həsən Ali b. Ahməd b. Muhamməd ən-Nisaburi
(468/1076), Əsbabün-Nüzul, Aləmül-Kutub, Qahirə 1959.
əl-VAQIDİ, Muhamməd b. Ömər (207/822), Kitabül-Məğazi, (thq:
Marsden Jones), I-III, Aləmul-Kutub, Beyrut 1984.
YAMAN, Ahmet, İslâm Devletler Hukukunda Savaş, Beyan Yayınları
İstanbul 1998.
əz-ZƏHƏBİ, Şəmsuddin Muhamməd b. Ahməd b. Osman (748/1348)
Tarixul-İslam və Vəfayatül-Məşahir vəl-Alam, əl-Məğazi, (thq: Ömər
Abdüssəlam Tədmuri), Darul-Kutubil-Arabi, Beyrut 1990.
Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər
45
РЕЗЮМЕ
Ценности, которые дает исламское военное
право человеку в свете Корана и Сунны
(На основе клеветы о терроризме)
Здесь, в рамках научной статьи рассматрeн такой негативный
фактор, как невинное террористическое уничтожение людей, вне
зависимости от их рассовой и религиозной принадлежности, нации,
возраста и суждения, и несвязанность этого фактора с исламской
религией. Исходя из двух святых ценностей ислама - Корана и Сунны-
здесь говорится о политике защиты какого-бы то ни было живого
существа, даже в военное время, являющееся самым критическим
моментом для прекращения человеческой гибели, о военной политике
пророка Мухаммеда, которая не раз подвергалась критике и
оскорблениям со стороны противников исламской религии. Ислам
принимает мир и примирение в качестве основных принципов и
провозглашат человека, являющегося халифом и наместником Аллаха,
самым высшим созданием, осуждая несправедливое убийство человека,
оценивает этот факт как тяжкое преступление и грех. Запрещая
покушение и террор, желая наказания перешедших черту, сообщает об
ужасном конце упомянутых. Пророк Мухаммед, основной обязан-
ностью которого была пропоганда, увидел в ответ от своих врагов
нападение и жестокость. Увидев вооруженную борьбу,он через неко-
торое время сам не нашёл иного выхода, кроме как ответить оружием.
В результате этих событий Ему было дано военное разрешение, и он
начал войну с врагом. Пророк Мухаммед, никогда не вёл вооруженную
политику, был верен заключённым договорам, не вступал в бой без
крайней надобности и не пропогандировал ислам при помощи меча, как
утверждали некоторые критики ислама. Он хотел развития исламской
религии, хотел уберечь себя, мусульман, государство, созданное в
Медине после переселения и его земли. В то же время он хотел
обеспечить независимось ислама, донеся её до людей тем самым
привлечь их к справедлиости, открыть им нужные пути для нахождения
правильного в вере и поступках. Для ликвидации помех и преград на
Dr. Elşad MAHMUDOV
46
етом пути, Он подготовил вонные походы, но не осуществлял их пуём
террора, в котором люди несправедливо посягали на свою жизнь.
Святой пророк во время походов наствалял мусульман ни в коем случае
не сражаться с врагом без серьёзной причины, и всё же если это каким-
то образом произошло,советовал им держать данное слово, не пере-
ходить грань, не причинять вред окружающим, нарушая заключённые
договоры, не убивать безвинных людей, не трогать женщин, детей,
стариков, особенно рабов, а также иноверников, уединённых в свои
места поклонений, такие как церкви и синагоги, не наносить вред при-
роде, миру растений и животных, не срезать деревьев и не рушить
домов.
Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər
47
SUMMARY
Resume of Value which are given to people with
an Islamic military law in a view of the Koran and Sunna
(On the basis of slander about terrorism)
Here, within the limits of the scientific article was discussed such
negative factor, as innocent terrorist destruction of people, without
dependence from their race and religious accessory, nation, age and
judgments, and it is clear that this factor has no deal with Islamic religion.
Proceeding from two sacred values of Muslims - the Koran and sunna- it is
spoken about the politics of protection any alive essence, even in a wartime,
which is being the most critical moment for the termination of human
destruction, about the military policy of prophet Mohammed who have been
criticized many times by the opponents of Islamic religion. The Muslims
accepts the world and reconciliation as the main principles and
провозглашат the person, being caliph and the deputy of the Allah, the most
maximum creation, condemning unfair murder of the person, estimates this
fact as grave crime and a sin. Forbidding attempt and terror, wishing
punishment passed feature, informs on the awful end mentioned.
Prophet Mohammed which basic duty was propaganda, has seen in the
answer from the enemies an attack and cruelty. Having seen the armed
struggle, it after a while itself has not found other output, except for how to
answer with the weapon. As a result of these events the military sanction has
been given to it, and it has begun war with the enemy. The Muslim prophet
never conducted the armed policy, was true to the concluded contracts, did
not enter fight without extreme need and did not propagandize Islam by
means of a sword, as some critics of an Islam approved. He wanted
development of Islamic religion, wished to save himself, Moslems, the state
created in Medina after resettlement and its ground. At the same time he
wished to provide independence of Islam, having informed it up to people
with that to involve them to justice, to open them the necessary ways for
finding the correct in belief and acts. For liquidation of hindrances and
barriers on this way, he has prepared military campaigns, but did not carry
Dr. Elşad MAHMUDOV
48
out them with the help of terror, in which people unfairly encroached for
their lifes. During the campaigns the sacred prophet always told Moslems
not to battle at all to the enemy without a reason, and if it has somehow
happened, advised them to hold promises, not to pass a side, not to harm
associates, breaking prisoners agreements, not to kill innocent people, not to
touch women, children, old men, especially slaves, and also people of other
religions, in their places of praying, such as churches and synagogues not to
harm to the nature, flora and animals, not to cut off trees and not to pull
down houses.
BDU. İlahiyyat Fakültəsi,
İslam Elmləri Kafedrasının
İslam Mədəniyyəti və Tarixi müəllimi
İlahiyyat Elmləri Namizədi
ELŞAD MAHMUDOV
Safelus@yahoo.com
Hədis elmində “Ahad” hədis anlayışı
49
HƏDİS ELMİNDƏ “AHAD” HƏDİS ANLAYIŞI
Dr. Qoşqar SƏLİMLİ
∗
Giriş
Hədis terminologiyasının meydana gəldiyi dövrlərdən bu tərəfə bəlkə
üzərində ən çox danışılan mövzulardan biri də “ahad” (
داحآ
) hədis məsələsi
olmuşdur. Həm hədis termini olması baxımından, həm də fiqh elminin
sünnəti dəlil olaraq ələ aldığı əsnada bu məfhumdan geniş şəkildə istifadə
etməsi, “ahad” hədisi hər zaman İslam alimlərinin diqqət mərkəzində
saxlamışdır.
“Ahad” hədisin hədis elmindəki yeri və önəmi məsələsinə toxunmadan
əvvəl, onun lüğəvi mənasına müraciət yerində olardı.
“Ahad” lüğətdə tək, bir, bir olan və cəmi olmayan kimi mənaları ifadə
etməktədir. Sözün kökü “vahid” dir
1
.
A. Tərifi
Hədis elmində isə ümumi olaraq mütəvatir dərəcəsinə çatmayan
rəvayətlərə (xəbərlərə) bu ad verilməkdədir. Buna görə, bir nəsildə tək bir
ravi tərəfindən rəvayət edilən xəbərə xəbər-i vahid adı verilir. Bir neçə
nəsilin hərəsində bir ravi tərəfindən rəvayət edilmiş xəbərlərə isə xəbər-i
ahad və ya qısa olaraq ahad adı verilir. İmam Şafii ahada xəbər-i xassa
demiş və onu Hz. Peyğəmbərə qədər gedib çatan tək ravinin tək ravidən
rəvayət etdiyi xəbər olaraq tərif etmişdir.
2
Ərəbcə “bir” mənasındaki vahidin izafət yolu ilə xəbər kəlməsinə
bağlanması (xabəru'l-vahid) və ya təyini söz birləşməsi şəklində istifadə
edilməsi ilə (xabərun vahidun) ortaya çıxmış bir termindir. Vahid kəlməsinin
∗
BDU İlahiyyat Fakültəsiİslam Elmləri Kafedrası
1
Ayid, Əhməd və elmi heyət, əl-Mu'cəmul-'Arabi əl-Əsəsi, Alecso, Larus Nəş-
riyyatı, 1989, s. 73, 74; Баранов Х. К., Большой Арабско-Русский Словарь,
Москва 2002, I, с. 26.
2
Uğur, Mücteba, Ansiklopedik Hadis Terimleri Sözlüğü, Ankara 1992, s. 7.
Dr. Qoşqar SƏLİMLİ
50
cəmi olan ahadla bərabər olduğunda isə (xabəru'l-ahad, axbaru'l-ahad)
“birdən artıq olan ravinin rəvayət etdiyi xəbər” mənasına gəlir. Ancaq bu
ifadələrin üsul kitablarında əsasən eyni mənada istifadə ediməsi ilə bərabər,
hədisin ahad vəsfini daşımasının onun hər zaman xəbər-i vahid olduğunu
göstərməyəcəyi də söylənməkdədir. Buna görə hədisçilər, üsulçular və
fəqihlər təvatür dərəcəsinə çatmayan bir xəbəri “ahad xəbər” kimi qəbul
etdikləri üçün xəbəri rəvayət edən ravi sayısının bir, iki, üç və ya daha çox
olması arasında heç bir fərq yoxdur. Xəbər-i infirad da deyilən xəbər-i
vahid Hz. Peyğəmbərdən rəvayət edilən hədislər, səhabə və tabiindən nəql
edilən xəbərlər üçün də istifadə edilməklə bərabər, hədisdə və digər İslami
elmlərdə dilə gətirildiyində daha çox Rəsulullahdan (s.ə.s) rəvayət edilən
hədislər nəzərdə tutulmaqdadır. Hədis elmində ahad xəbər üçün verilən bu
tərifin xaricində, xüsusi olaraq səhih və həsən xəbərin (hədisin) tərifinə
bərabər bir açıqlama da verilməkdədir. Buna görə xəbər-i vahid mütəvatir
sünnətin xaricində qalan və Rəsulullahdan (s.ə.s) etibarən ədalət və zabt
sifətlərini daşıyan bir və ya iki, yaxud da təvatür dərəcəsinə çatmayan sayıda
səhabənin, daha sonra tabiin və təbəu't-tabiinin rəvayət etdiyi, mətnində şaz
və illət olmayan və zann-ı qalib (tərcih edilən, racih) ilə sabit olan xəbərə
deyilir. Bir xəbərə rəvayət yollarının çoxalması səbəbiylə “məşhur” deyilsə
belə, bu xəbər ahad olaraq qalar.
3
Xəbər-i vahid ətrafında meydana gələn mübahisələr səbəbi ilə, bu
məfhum mahiyyət və termin baxımından tarix içində iki dəfə məna
dəyişdirmiş, ilk zamanlar “bir və ya bir neçə nəfərin xəbəri” mənasına
gələrkən, daha sonra “mütəvatir səviyyəsinə çatmayan xəbər” mənasında
istifadə edilmşdir. Terminin ikinci tərifi, xəbər-i vahidlərin dində dəlil olub
olmayacağıyla əlaqəli olub fiqhin yazılmağa başlandığı hicri II. (m. VIII)
əsrin ilk yarısında vəhm, şəkk, zən və yaqin kimi əqli mövzuların İslam
cəmiyyətində yayılmasıyla birlikdə ortaya çıxmışdır.
Bununla bərabər ahad hədislər haqqında aşağıdakılar kimi bənzər
mülahizələr də vardır: ahad xəbər mutəvatirin ziddi olaraq, etibar edilən
ravilərin (siqa) əksəriyyəti tərəfindən deyil, onlardan yalnız birinin rəvayət
etdiyi hədislər haqqında istifadə edilən bir termindir. Xəbər-i ahad deyilən
hədislər, istifazə yolu ilə müxtəlif ravilərə isnad edilərək mütəvatir
3
Ertürk, Mustafa, “Haber-i Vahid”, DİA, İstanbul 1996, XIV, s. 349.
Hədis elmində “Ahad” hədis anlayışı
51
dərəcəsinə qədər yüksəldilə bilər. Ahad hədisin nə dərəcədə qaynaq təşkil
etməsi kimi məsələlər, hədis üsulu elminin ən mühüm bəhslərindən biri
hesab edilməkdədir.
4
Bir nəfərin etdiyi rəvayətlə bağlı Hz. Peyğəmbər dönəmində heç bir
problem mövcud deyildi. Xəbər-i vahid məfhumuyla bağlı münaqişələr və
onunla əməl etməmə deyə bir məsələ də gündəmdə yox idi. Rəsulullah
(s.ə.s) həm ibadətlərdə, həm də İslamın təməl prinsiplərində, lazım olduqda
isə idarəçilik məsələlərində də bir nəfərin xəbərinə etibar edirdi. Onun
(s.ə.s.) Ramazan hilalını gördüyünü söyləyən səhabəyə, “Allahdan başqa
tanrı olmadığına və mənim Allahın rəsulu olduğuma şəhadət edərsənmi”
deyə soruşub, müsbət cavab aldıqdan sonra səhabənin xəbərinə güvənərək,
“Ey Bilal, insanlara xəbər ver, sabah oruc tutsunlar!” deməsi; Kuba
Məscidində Məscidi Əqsaya tərəf namaz qılmaqda olan müsəlmanların
qiblənin Kəbə yönünə çevrildiyini bildirən adamın xəbərinə güvənərək,
üzlərini Kəbəyə tərəf çevirmələri kimi hədislər, səhabələrin də xəbər-i
vahidə olan etibarını göstərməkdədir.
5
Məsələn Rəsulullahın (s.ə.s.) Əbu Ubeydə b. Cərrahı Nəcranlıların
yanına göndərdiyi zaman: “Sizə əmin (etibarlı) bir adam göndərirəm”
deyərək təlimatını bildirməsi kimi bir çox hadisə xəbər-i vahidin Hz.
Peyğəmbər zamanındakı məfhum və mahiyyətini ortaya qoymaqda və tək
adamın gətirdiyi xəbərin qəbul edilməsindəki əsas prinsipi vurğulamaqdadır.
Bu prinsip, xəbəri gətirən adamın zabt sifəti və dində etibarlı olub
olmamasıyla əlaqədardır. Buna görə xəbəri gətirən adam sözünə və zabtına
güvənilən bir şəxsdirsə, bu xəbər qəbul edilməkdə, əks halda “Fasiq bir
kimsə sizə xəbər gətirdiyi zaman onun doğruluğunu araşdırın”
6
ayəsinin
həqiqətinə uyğun olaraq xəbərin araşdırılması zəruri olmaqdadır.
Rəsulullahın (s.ə.s.) vəfatından sonra, səhabələr arasında ahad xəbərin
qəbul edilib edilməməsinə dair müxtəlif tətbiqatlar müşahidə edilməklə
bərabər, təməl prinsip xəbəri gətirən şəxsin doğru və etibarlı bir adam
olması, rəvayət etdiyi xəbərdə bir səhv etdiyinə dair sübut olmaması, xəbərin
sübut və dəlalət baxımından ondan üstün ola biləcək bir başqa nassa zidd
4
Goldziher, İ., “Ahad”, MEB İslam Ansiklopedisi, İstanbul 1993, I, s. 155.
5
a. k. ə., I, s. 349.
6
əl-Hücurat, 49 / 6).
Dr. Qoşqar SƏLİMLİ
52
olmayışıdır. Xüləfay-i Raşidinin fərqli tətbiqatlarına misal olaraq, bir
nənənin Hz.Əbu Bəkrdən nəvəsinə aid mirasdan pay istəməsi zamanı Muğirə
b. Şubənin (r.a.) Hz.Peyğəmbərin nənəyə mirasdan altıda bir hissə veridiyinə
dair xəbəri haqqında Əbu Bəkrin (r.a.) şahid istəməsi, onun da Muhəmməd
b. Məsləməni şahid göstərməsi; Hz.Ömərin Məscid-i Nəbəvini genişlən-
dirmə təşəbbüsü əsnasında Abbasın (r.a.) evini dövlətin şəxsi mülkü olaraq
istifadə etmək istədiyi zaman meydana gələn münaqişədə 'Ubey b. Ka'bın
(r.a.) Rəsulullahın (s.ə.s.) bir hədisini söyləyərək gördüyü işin doğru
olmadığını xatırlatması və Hz. Əlinin hədis rəvayət edən şəxslərə and içməyi
təklif etməsi kimi hadisələri göstərmək olar. Ancaq bu tətbiqatların səhabə
arasında hər zaman görüldüyünü söyləmək mümkün deyildir. Məsələn, bu üç
xəlifənin, bir şəxsin Hz.Peyğəmbərdən olan rəvayətini şahid, bəyyinə
(açıqlama) ya da and istəmədən qəbul etdiklərini göstərən nümunələr də
vardır. Ənəs b. Malik (r.a.) ilə Bəra b. Azibin (r.a.) Rəsulullahdan (s.ə.s.)
rəvayət etdikləri hər şeyi bilavasitə Hz.Peyğəmbərin özündən deyil, bəzi
xüsusları onun əshabından duyduqlarına və heç bir zaman yalan danışmadıq-
larına dair sözləri,
7
onların bir-birlərinə etibar etmələri səbəbi ilə bir nəfərin
etdiyi rəvayəti də qəbul etdiklərini göstərməkdədir. Ancaq bu hal, əshabın
hər ahad xəbəri şahidsiz mənimsədiyi mənasına gəlməz; səhabələr bəzi
vaxtlar şahid istəmə yoluna da müraciət etmişdirlər. Onların şahid istəmə,
and içdirmə kimi tətbiqatları, bir nəfərin rəvayətinə etibar etməmələri səbəbi
ilə deyil, ravinin ehtimal daxilində olan zabt qüsurunu ortadan qaldırmaq
üçündür. Hz.Ömər də məhz buna görə Muğirə b. Şubədən şahid istəmişdir.
8
Ancaq Hz.Osmanın şəhid edilməsindən sonra meydana gələn fitnə
hərəkatları səbəbiylə insanlar arasındakı etibarın qismən yox olmağa
başlaması, bəzi siyasi və etiqadi firqələrin öz fikir və görüşlərini
əsaslandırmaq məqsədi ilə Hz. Peyğəmbərin adından hədis uydurmağa cürət
etməsi, İslam alimlərini Rəsulullahdan (s.ə.s.) rəvayət edilən hər xəbərin
ravisini həm zabtı həm də dində etibarlılığı yönündən araşdırmağa sövq
etmişdir.
7
əl-Bağdadi, əl-Xətib, əl-Kifayə fi 'İlmi'r-Rivayə, (nşr: Əhməd Ömər Haşim), Beyrut
1986, s. 386.
8
Malik b. Ənəs, əl-Muvatta', “İsti'zan”, 3.
Hədis elmində “Ahad” hədis anlayışı
53
Ahad xəbərin dində dəlil olub olmadığına dair görüşlərin h. I. (m. VII)
əsrin sonlarına yaxın etiqadi məzhəblərin ortaya çəxması və fiqh elminin h.
II. (VIII) əsrin birinci yarısında yazılmağa başlanmasıyla birlikdə ortaya
çıxdığını söyləmək mümkündür. Ahad xəbərin “bir adamın rəvayət etdiyi
xəbər” mənasında məfhum olaraq istifadə edilməsinə dair ilk məlumatlar
Əbu Hilal əl-Əskərinin əl-Əvailində görülməkdə
9
və bu əsərdə ilk dəfə Vasil
b. Ətanın (v. h. 131 / m. 748) həqiqətin dörd şəkildə bilinəcəyini söylədiyi,
bunların kitab, üzərində icma edilən xəbər, ağılın hüccəti və ümmətin icması
olduğu və yenə onun xəbəri xas (xüsusi) və am (ümumi) olmaq üzrə ikiyə
ayırdığı bildirilməkdədir.
Vasil b. Əta, insanı həqiqətə aparan bu dörd şeyin xaricində qalanların
dində dəlil olmayacağını deyir. Ona görə üzərində icma edilən xəbər
mütəvatir xəbər (xəbər-i am), üzərində icma edilməyən xəbər isə xəbər-i
vahiddir (xəbər-i xas). Vasil b. Ətanın nəzərdə tutduğu xəbər-i vahidin lüğət
mənası etibarı ilə bir nəfərin etdiyi rəvayət olduğu, Mötəzilə alimlərindən
Əbul-Hüseyin əl-Hayyatın, “Biz adil bir adamın verdiyi xəbərin elm ifadə
etmədiyi fikrinin tərəfdarıyıq” şəklindəki açıqlamasından da anlaşılmaq-
dadır. Səhih olma şərtini daşıyan ahad xəbərin dində dəlil olduğunu deyən
Şafii isə bu terminə xəbər-i xas adını verməkdə və bəzi vaxtlar xəbər-i vahid
terminini bir nəfərin bir nəfərdən rəvayət etdiyi xəbər mənasında istifadə
etməkdədir. Ancaq Şafiinin əsərlərində xəbəri xəbər-i xas və xəbər-i am de-
yə ayrması, onun Vasil b. Ətanın istifadə etdiyi terminologiyanı davam
etdirdiyini düşündürməkdədir. Əbu Hənifə və Əbu Yusuf xəbər-i vahid
mafhumu haqqında heçnə deməsələr də ammənin (əksəriyyət) rəvayətinə
zidd olaraq bir nəfərin rəvayətinin qəbul edilə bilinməyəcəyini bildir-
mişdirlər.
10
Bu mübahisələrin Mötəzilə ilə birlikdə başladığı nəzərə alınarsa, burada
ancaq bir nəfərin rəvayət etdiyi xəbərin nəzərdə tutulduğu, aziz və məşhur
kimi xəbər növlərinin isə bunun xaricində qaldığı görülür. Buna görə ahad
xəbəri rədd edən Mötəzilə ilə, onu şərtli olaraq qəbul edən Şafiinin nəzərdə
tutduğu məna eyni olub, bunu bir nəfərin rəvayət etdiyi xəbər şəklində ələ
9
əl-Əskəri Əbu Hilal, əl-Əvail, Beyrut 1987, s. 255.
10
əş-Şeybani, Əbu Abdullah Muhəmməd b. Hasan b. Fərkad əl-Hənəfi, Kitabu'l-
Məbsut, Beyrut 1990, I, s. 307, 308.
Dr. Qoşqar SƏLİMLİ
54
almaq lazımdır. Lakin ahad xəbər deyilincə sadəcə bir nəfərin rəvayəti
şəklindəki lüğət mənası deyil, ümumiyyətlə bir və ya birdən artıq ravinin
rəvayət etdiyi mütəvatir səviyyəsinə çatmayan xəbər nəzərdə tutulmaqdadır.
Hədisçilər, üsulçular və fəqihlər də girişdikləri təhqiqat və mübahisələrdə
əsasən bu mənaya görə hərəkət etməkdədirlər. Məsələn Xətib əl-Bağdadi
“mütəvatir xəbərlərin şərtlərini daşımayan xəbər” deyə dilə gətirdiyi ahad
xəbərin raviləri çox olsa belə qəti elm ifadə etməyəcəyini iddia etməkdə və
onu sadəcə bir nəfərin rəvayət etdiyi xəbər olaraq vəsfləndirməkdədir.
11
Qəzzali də beş və ya altı nəfərlik bir qrupun rəvayət etdiyi xəbəri ahad xəbər
saymaqda, ahad xəbərlərin qəti elm ifadə etməyəcəyini söyləməkdə və
səhihliyi dəqiq bilinən hədislərin mütəvatir olmaları səbəbiylə ahad xəbər
hesab edilməyəcəyini bildirməkdədir.
12
Dostları ilə paylaş: |