İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Türk dilində
1. Hayreddin Karaman. İslam hukuk tarihi. Kadıköy, 1989.
2. Hayreddin Karaman. İslam hukukunda ictihad. İstanbul, 1996.
3. Ramazan Altıntaş. İslam düşüncesinde işlevsel akıl. Sivas, 2003.
4. Mehmet Erdoğan. Vahiy-akıl dengesi açısından sünnet. İstanbul,
2001.
5. Muhammed Yusuf Musa. Fıkhı islam tarihi. İstanbul, 1983.
6. Montoqomeri Vatt. İslam düşüncesinin teşekkül devri (tərcümə edəni:
Ethem Ruhi Fığlalı). İstanbul, 1998.
7. Şah Veliyullah ibn Abdirrahim. Huccetullahil baliğa. (tərcümə edəni:
Mehmet Erdoğan). İstanbul, 1994.
8. Kadir Gürler. Rey kavramının etimolojik düzeni ve kavramsal
gelişimi. Çorum İlahiyat fakültesi dergisi, 2002/2.
9. İslam ansiklopedisi. Türkiye Diyanet Vakfı. cild XIII. İstanbul, 1991.
10. Şükrü Özen. İslam Hukuk düşüncesinin aklileşme süreci. İstanbul,
1995.
Ərəb dilində
1
.
قاحسإ وبأ
يزاريشلا
.
ءاھقفلا تاقبط
.
،توريب
1970
2
.
ميقلا نبا
.
نيملاعلا بر نع نيعقوملا ملاعإ
.
لولأا دلجملا
.
،ضايرلا
1423
ـھ
.
3
.
قلاخلا دبع ينغلا دبع
.
ةنسلا ةيجح
.
،نودنريھ
،ءافولا راد
1993
4
.
راشنلا يماس يلع
.
ملاسلاا يف يفسلفلا ركفلا ةأشن
.
لولاا دلجملا
.
،ةرھاقلا
1962
.
5
.
يطوبلا ناضمر ديعس دمحم
.
ةريسلا هقف
.
ركفلا راد
.
،قشمد
1991
Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair
379
XÜLASƏ
Erkən islam dövründə vəhy-ağıl münasibətlərinə dair
Məqalədə erkən islam dövründə ağıl-vəhy münasibətlərinə dair dolğun
təsəvvürün əldə edilməsinə cəhd edilir. Bildirilir ki, ağıl İslamın inkar etdiyi
mücərrədlik deyildir. Ancaq o, vəhylə müqayisədə irrasional məlumatların
şərhedicisi rolunu oynaya bilmir. Peyğəmbərin əşya və hadisələrə
münasibətdə ağıla müraciət etməyinə gəlincə, bu, daha çox vəhyin gəlmədiyi
və ya gecikdiyi zamanlara təsadüf etmişdir. Müəllifin gətirdiyi faktlar onu
göstərir ki, Peyğəmbər bu və ya digər problem xüsusunda rasional həll
üsullarını inkar etməmiş, məsləkdaşlarını da yeri gəldikcə bu işə
ruhlandırmışdır. Onun zamanında vəhy əşya və hadisələrə münasibətdə
prioritetlik baxımından üstün status kəsb etmiş, ağıla isə vəhyin lüzum
görülmədiyi təqdirdə müraciət edilmişdir. Müəllif həm Peyğəmbərin, həm də
səhabələrin dövründə Quranın əsas istinad mənbəyi kimi qəbul edilməsini
göstərməklə yanaşı, rasional düşüncəyə müraciətin də mövcud olmasını
dolğun dəlillərlə əsaslandırmağa çalışmışdır.
SUMMARY
About revelation - mentality relations at the early age of Islam
In the article it`s attempted to get full imagination about revelation-
mentality relations at the early age of Islam. It`s notified that mentality is not
the abstraction that Islam denies. But in comparison vith revelation it can`t
appear as the interpreter of irrational information. As for the Prophet`s
address to mentality in respect to things and events, it`s mostly found when
the revelation stopped comeing or was late. The author`s facts show that the
Prophet didn`t deny rational solution methods in respect with any problem,
even encouraged his followers to this work. In his time revelation had
prevalent degree for priority in regard with things and events, but it was
addressed to mentality when there wasn`t need to revelation. Showing that
Məmmədov Elvüsal Nurullah oğlu
380
the Quran was accepted as the main source of reference at both the Prophet`s
and companion`s time, he equally tried to substantiate the presence of
address to rational thought with appropriate arguments.
РЕЗЮМЕ
Об отношение к откровению – мыслям в ранний исламский период
В статье автор попытался дать полное представление об отношении
к откровения-мыслям раннего периода Ислама, было показано что
мысли (умозаключения) – не отвергаемая абстракция Ислама. И только
лишь в сравнении с откровениями он не может играть роль коммента-
риев иррациональней информаций. Что касается обращения Пророка к
разуму, то это было в большой степени в отсутствие откровений или
его задержки. В приведелных автором фактах видно, что Пророк не от-
вергал методы рационального решения тех или иных проблем и даже
вдохновлял на это своих сподвижников. В его время Откровения в от-
ношение того или иного случая было приоритетным, к разуму обраща-
лись когда не было нужды в откровениях. Автор попытался обосновать
фактами, что имело место обращения к рациональному умозаключе-
нию, несмотря на того что и Пророк и сподвижники принимали Коран
как главный источник для обращения.
İslamdan əvvəlki dinlərdə oruc
381
İSLAMDAN ƏVVƏLKİ DİNLƏRDƏ ORUC
Saleh KAZIMOV
∗
Dünya dinləri içərisində sonuncu ilahi din olan islam dinin müqəddəs
kitabı Qurani-Kərimdə belə buyrulur: “Ey iman gətirənlər! Oruc tutmaq
sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz
pis əməllərdən çəkinəsiniz.”
1
Bu orucun tarixinin İslamdan daha əvvəl
olduğunu bizə açıq-aydın göstərir. Tarixdə mövcud olan dinlərin çoxunda
oruc mövcud olmuş və bu dinlərə mənsub olan adamlardan orucun tutulması
istənmişdir. Mövcud inanc sistemlərinin çoxunda oruc və ya pəhriz
formasında bir ibadət vardır. Oruc sozü ərəb dilindəki “savm” sözünün
qarşılığıdır. Mənası “tutmaq”, “susmaq”və ya “hərəkətsiz qalmaq”
deməkdir. Fars dilində istifadə olunan “ruzə” sözü də eyni mənanı verir.
Azərbaycan dilində isə “oruc” olaraq işlədilir. Dini bir termin olaraq,
imsaqdan iftara kimi, başqa sözlə ifadə etmiş olsaq, dan yerinin
ağarmasından günəş batana kimi yemək, içmək və cinsi münasibətdən uzaq
durmaq formasındakı bir ibadəti ifadə edir. Qeyd etdiyimiz kimi oruc
ibadətinin əvvəlki ümmətlərdə də olduğunu Qurani-Kərim bizə xəbər verir.
Bəs islamdan öncəki dinlərdə mövcud olan oruc hansı formadadır? Bu ibadət
onlarda nə cür həyata keçirilir? Təbii ki, bütün dinlər haqqında və bu
dinlərdəki oruc haqqında mövcud mənbələrdən müfəssəl məlumat əldə
etmək mümkün olmadığına görə, bu suallara cavab tapmaq üçün burada oruc
ibadətinə rast gəldiyimiz dinlərə nəzər salacağıq.
Şintoizmdə oruc. Əsasən təbiətə pərəstişdən ibarət olan primitiv və
politeist bir din kimi tanınan yaponların milli dini şintoizmdə dövlətin və
dinin ən mühüm bayramları görkəmli imperatorların xatirə günləri ilə
əlaqdardır. Bu əfsanəvi Dzimmu-tennodan (imperatordan) başlayır.
Yaponların dini və milli bayramları təqvimlə qeyd olunur. Ən böyük bayram
∗
Bakı Dövlət Universiteti tarix fakultəsinin dissertantı
1
Bəqərə 2/183.
Saleh KAZIMOV
382
Tanrını çağırmaq, Tanrının qarşısında xidmət etmək mənasında qeyd olunan
Matcuridir. Ənənəvi olaraq bu bayramdan əvvəl bir və ya üç gün oruc
tutulur.
Brahmanizmdə (hinduizmdə) oruc. E. ə. 1500-2000-ci illərdə
Şərqi Avropadan ari tayfalarının köçüb gəlməsi və Hindistandakı yerli xalqla
uzun müddətli bir qaynayıb qarışma nəticəsində formalaşmış olan
hinduizmdə nəfsin təmizliyi üçün müəyyən günlərdə və bayramlarda oruc
tutulur. Hinduizmə mənsub insanların dua və ibadətlə keçirdikləri xüsusi
günləri vardır. Bu günlərdə çoxu yemək yemir, bütün gecəni dini kitablar
oxuyaraq və tanrını düşünərək vaxt keçirirlər. Oruc bir çox qidalardan imtina
etmək formasındadır ki, bu da bir növ pəhriz kimi həyata keçirilir. Bu hal
bütün hinduist qruplar üçün xarakterikdir. Bəzi günlər də vardır ki, yalnız
qadınlar oruc tuturlar. Bu günlərə xüsusi bir əhəmiyyət verildiyi üçün, “əhd”
adlandırılır. Həmçinin tanrının qadınlıq xüsusiyyətlərinin təcəlligahı sayılan
bütə sitayiş edilir. Bu günlər nəfsi təmizləmək üçün ayrılmış günlərdir. Qayə
də mənəvi bir qida ilə ruhu larının əsasən arilərdən təşəkkül tapmış olduğu
rahiblər, din adamları (brahmanlər), hökmdarlar sülaləsi, döyüşçülər
(kşatrilər), tacirlər, əsnaf , əkinçilər (vaisyalar) və Hindistanın tabe edilmiş
yerli oborigenlərinin nəslindən təşəkkül tapmış hüquqsuz işçilər, sənətkarlar,
(şudralar) kastası olmaqla dörd əsas kastaya (qrupa, varnaya) ayrılmış
Hindistan cəmiyyətində brahmanların yaşayışında oruc geniş bir yer tutur və
yerinə yetirilir. Brahmanlər xəstə və qocaları belə orucdan azad edilmiş
qəbul etməzlər. Hətta bəziləri nəfsi istəklərini ram etmək üçün on beş günə
kimi oruc tutur. Bu müddət ərzində bir qurtum sudan başqa heç bir şey
içməz və hər hansı digər bir qida qəbul etməzlər. Brahmanlar indi də məhəlli
ayların 10-cu və 11-ci günlərində oruc tuturlar. Beləliklə il ərzində tutduqları
oruc günlərinin sayı bu ənənəni davam etdirənlər üçün 24 günə gəlib çatır.
2
Buddizmdə oruc. Avropada xristianlıq, Yaxın Şərqdə, Orta Şərqdə,
həmçinin Şimali Afrikada islam mühüm bir yer tutduğu kimi Asiyanın bəzi
ölkələrində də, əsası e. ə. VI-V əsrlərdə Kapilavastu şahzadəsi olmuş Şakeya
nəslindən Siddharha Qautama
3
(Budda) tərəfindən qoyulmuş buddizm
dininin xüsusi bir yeri vardır. Hal-hazırda 350-400 milyon adam bu dinə
2
Abdurrahman Küçük, Günay Tümer. Dinler Tarihi, s. 489
3
Baxn. С. А. Токарев, Религия в истории народов мира s. 448, Москва 1976.
İslamdan əvvəlki dinlərdə oruc
383
sitayiş edir. “Buddizmdə tək ibadət; rahiblərin ayda iki dəfə, ayın əvvəlində
və ondördüncü günlərindəki “Oruc günü” bir yerə toplaşıb həyata
keçirdikləri “açıq və rəsmi etirafdır.”
4
Buddanın doğulduğu vaxtlarda,
Hindistanda zəhmətkeşlər kimi tanınan özbaşına bir formada oruc tutan
asketlər (zahidlər) vardı. Onlar hesab edirdilər ki, hisslərə bağlılıqdan xilas
olmaq, yalnız öz bədənini dəmir bir iradəyə tabe etməklə mümkündür. Buna
görə də asketlər oruc tutaraq özlərinə əzab verirdilər. Onlar isti külün
üstündə üzanmaqla, qızmar Hindistan günəşinin altında bədənlərini
yandırmaqla, öz bədənlərini ram edib onu tamamilə şüura tabe etməyə nail
olmaq istəyirdilər. Əvvəllər Budda da bu cür metodları öz üzərində tətbiq
etsə də, sonradan bunun mənasız olduğunu dərk edib onlardan imtina
etmişdir.
5
Caynizmdə oruc. Hinduizm dininin mövcud olduğu Hindistanda din
xadimləri brəhmənlərin nüfuzunu aradan qaldırmaq məqsədilə e. ə. VI əsdə
meydana çıxan Caynizm milli dininin əxlaqi dualizmində oruc (Samlekhana)
vasitəsi ilə intihar tövsiyə olunur. Dini qaydaları olduqca sərt olan
Caynizmdə ölüm bir qurtuluşdur. Buna görə də rahiblər ölmək məqsədi ilə
bir çox hallarda oruc tutub intihar edirlər. Təbii ki, bu haqlı bir səbəb
olduqda edilir. Caynist inancında geniş bir yer tutan orucun hökmləri
olduqca ağırdır. Bu ibadət bir çox qidaları qəbul etməkdən imtina etmək
formasındadır ki, ardıcıl olaraq 40 gün davam edir. Orucla intihara gəldikdə
isə, bu heç də həyata biganəlik kimi qəbul olunmamalıdır. Əslində canlılara
Caynizmdəki həssaslıqda yanaşırlar. Bu münasibət heç bir canlıya zərər
verməmək formasında qərarlaşmış və bir ibadət olaraq həyata keçirilir.
Konfusiçilikdə oruc. Əsası Konfusi (e.ə.551-479) tərəfindən qoyulmuş
Çinin ən böyük milli dini olan konfusiçilikdə mütəmadi olmasa da qurban
kimi bəzi ibadətlər, oruc tutub pak olduqdan sonra həyata keçirilir.
Taoizmdə oruc. Çində Konfusiçilikdən sonra mühüm bir yer tutan yerli
və milli bir din olan taoizm dininin əsası e. ə. VI –V əsrlərdə yaşamış Lao
Tszu tərəfindən qoyulmuşdur ki, hal-hazırda bu dinə 90 milyondan çox adam
sitayiş edir. Taoizmdəki din adamları ustadları Lao Tszuya öz bağlılıqlarını
4
Abdurrahman Küçük, Günay Tümer Dinler tarihi, Ankara, 2002, s. 483.
5
Л. А. Сурженко, Религии мира, Буддизм с. 20-21, Минск, Кинижний Дом,
2006.
Saleh KAZIMOV
384
nümayiş etdirmək üçün heç evlənməz, inzivaya çəkilərək təfəkkürə dalırlar.
Bu dinə görə insan təbiətdəki gedişata tabe olmalı və daxilindəki kaprizləri
bir kənara atmalıdır. Belə olduqda insan heç kimlə rəqabətə girməz və daxili
bir rahatlığa qovuşar. Əslində insan daxilən rahat olduqda, öz-özlüyündə
təbii axara düşür. Belə bir insan isə özündən başqa kimsə ilə maraqlanmaz.
Taoizmə görə əsl xoşbəxtlik də məhz budur.
6
Bu dində oruc daha geniş yer
tutur. Burada oruc sağlamlığı mühafizə etməklə yanaşı ölümü gecikdirən bir
vasitə sayılır.
7
Sabiilikdə oruc. Qurani–Kərimdə adı keçən dinlərdən biri də sabiilikdir
(Bəqərə 2/62, Maidə 5/69, Həcc 22/17). Dünyada hal-hazırda 20 minə kimi
sabii yaşayır. Onlar əsasən İraqın şimalında Dəclə və Fərat çaylarının
qovuşağında yerləşən kiçik yaşayış sahələrində, həmçinin Bağdad və Bəsrə
kimi şəhərlərdə, bir qismi də İran ərazisində yaşamaqdadırlar.
8
Bu dində
oruc ibadəti mühüm bir yer tutur. Oruc günah və pisliklərdən uzaq durmaq
formasında qiymətləndirilir. Sabiilərin müqəddəs kitabı Ginzada (Xəzinə)
insanlar, günah, pis əməl və davranışlardan uzaq tutularaq oruc tutmağa
dəvət olunurlar.
Ginzada insanlar, “Böyük oruc” tutmağa bu cür dəvət olunurlar: “Bu
dünyanın yeməklərindən, içkilərindən uzaq durmaq formasındakı bir oruc
deyildir. İffətsiz baxışlardan gözlərinlə oruc tut, pisliyə baxma və onu eləmə.
Sənə aid olmayan qapılardan bir şey eşitməmək üçün qulaqlarınla oruc tut.
Pis yalanlar deməmək üçün ağzınla oruc tut. Yalançılığı və adam aldatmağı
sevmə. Pis fikirlərdən uzaq olmaq üçün qəlbinlə oruc tut, ürəyində pislik,
qısqancıq və kin saxlama... Cinayət törətməmək üçün və oğurluq etməkdən
uzaq olmaq mövzusunda da əllərinlə oruc tut. Sənə aid olmayan evli qadınla
yaşamaqdan uzaqlaşaraq vücudunla oruc tut... Sənə aid olmayan işlərin
ardınca gizlincə gəzməkdən çəkinərək oruc tut...”
9
Göründüyü kimi sabiilikdə yeməmək və içməmək formasındakı bir
ibadətdən söz getmir. Bunun əvəzinə onlar gözü, əli, dili, qəlbi, qulağı və
digər orqanları pis şeylərdən kənar tutmaq formasındakı bir oruca dəvət
6
Mehmet Aydın, Dinler Tarihine Giriş s. 63 Konya 2002.
7
Veysel Uyusal, Psiko-Sosyal Açıdan Oruc, s. 4. Ankara 1994.
8
Ekrem Sarıkçıoglu a. k. ə., s. 118.
9
Günay Tümer, Abdurrahman Küçük a.k.ə. s. 141.
İslamdan əvvəlki dinlərdə oruc
385
olunurlar. Baxmayaraq ki, sabiilərin müqəddəs kitabı Ginzada orucla bağlı
bu əmirlər vardır,
10
hal-hazırda onların böyük əksəriyyəti bu tələbləri tələb
olunan səviyyədə yerinə yetirmirlər. İlin bəzi günlərində ət yeməməklə bu
ibadəti yerinə yetirirlər.
Yəhudilikdə oruc. Hal-hazırda yaşamaqda olan ilahi dinlərin ən qədimi
olan yəhudilik (iudaizm) dinində də oruc tutmanın müxtlif formalarına rast
gəlirik. Oruc yəhudilərin müqəddəs kitabı Tövratda öz əksini tapmış və
yəhudilərə oruc tutmaq tövsiyə olunmuşdur. Dünyanın müxtəlif yerlərində
yaşayan 15-20 milyondan ibarət bu xalqın oruc tutmasının yaşadığı
yerlərdən aslı olaraq bir-birindən fərqləndiyini görürük. Tarixdə başlarına
gəlmiş fəlakətlərin ildönümlərində yəhudilər adətən oruc tuturlar. Məsələn,
Babilistan əsarətində çəkilən iztirabları xatırladan oruclar bu növdəndirlər.
Talmudun bəzi şərhçiləri bildirirlər ki, yəhudilər başqa dövlətin hakimiyyəti
altında yaşayırlarsa, bu oruc məcburi, əks halda isə məcburi deyildir.
Yəhudilikdə tövbə günündə (Yom Kippur)
11
oruc (tanit) tutulur. Kippur
peşmanlıq deməkdir. Yəhudilər bu gündə günahlardan peşiman olurlar.
Allah da onları bağışlayır. Yəhudilərdə bağışlanma günü kimi qəbul olunan
Yom-Kippurun mənası ibrani dilində “tövbə günü” deməkdir. Bu tarix
oktyabr ayının axırlarına təsadüf edir.
12
Bu dində yalnız Yom Kippurda illik orucun tutulması əmr olunur.
Yəhudilik Musa peyğəmbər tərəfindən əmr olunmuş kəffarə orucunu
mənimsəmişdir.Yəhudilər bir çox bayramlardan, xüsusilə Yom-Kippurdan
əvvəl oruc tutur. Kəffarə orucu tutulması məcburi olan orucdur.
13
Yəhudilikdə oruc bəzən nəfsi öldürmək, bəzən də cəfa vasitəsi sayılmaqla
yanaşı, bəzi hallarda Allaha yaxınlaşma vasitəsi olaraq qəbul olunmuşdur.
14
Yəhudilərin müqəddəs kitabı Tövratda bu barədə belə deyilir: “Və Rəbb
Musaya söyləyib dedi: Bu yeddinci ayın tam onuncu günü kəffarə günüdür
(Levililər XXIII/26). “Ayın doqquzuncu günündə axşam üstü bir axşamdan
o biri axşama qədər, səbtinizi tutacaqsınız”(Leililər XXIII/32). Bu müddət
ərzində yəhudilər sinoqoqda ibadət edib bütün yeyilən və içilən şeylərdən
10
Günay Tümer, Abdurrahman Küçük a.k.ə. s. 141.
11
Yəhudilikdə ümumi əfv, bağışlanma günü kimi qeyd olunan dini bayram
12
Veysel Uyusal, Psiko-Sosyal Açıdan Oruc, s. 6. Ankara 1994.
13
Абдурращман Кцчцк, Эцнай Тцмер a. k. ə., с.486
14
Cemal Sofu oğlu «Ислам дини есаслары», Измир, 1996, с.311
Saleh KAZIMOV
386
imtina edirlər. 17 iyul və 10 avqust arasındakı bəzi günlər oruc günləridir.
Bu günlərdə yalnız ət yemək və içki içmək qadağan olunur.
Yəhudilərdə bəzi
vaxtlar vəziyyətdən asılı olaraq oruc tutmağa qərar verilir. Belə ki, əgər
yəhudi sinaqoqunda (Beyt ha-Knisset, məbəd) dini xidmətləri yerinə yetirən
hahamın əlindən Tövrat yerə düşmüş olarsa o, kitabı yerdən götürür və orada
olan adamlar otuz gün oruc tutmaq məcburiyyətində qalır. Bu oruc “camaat
orucu” (Taanit Tsibur) adlanır. Taanit, nəfsə əzab vermək deməkdir. Yalnız
camaatın lideri (rav) belə bir oruc əmri verə bilər. Tövratda qeyd olunur ki;
“Və bu yeddinci ayın onunda sizin üçün müqəddəs toplantı olacaqdır,
nəfsinizi öldürəcəksiniz; hər hansı bir iş görməyəcəksiniz.”
15
Yəhudilərin
tutduğu bu oruc digər oruclardan fərqlənir və 25 saatdan çox çəkir. Bu qədər
vaxtla tutulan digər bir oruc isə yəhudi təqviminin beşinci ayı olan ab ayının
(iyul-avqust aylarına düşür) doqquzunda tutulan orucdur. Bu orucla yəhudi
məbədinin ilk dəfə e.ə. 586-cı ildə Babilistan hökmdarı Buxtunnasr
tərəfindən, sonra da b.e.-nın 70-ci ilində Titus tərəfindən darmadağın
edilib,yandırılması xatırlanır.
16
Qüds şəhərinin mühasirəyə alınması,
tutulması, məbədin dağıdılması, yəhudi liderlərindən olan Gedalyanın
öldürülməsi kimi günlər oruc tutulan vaxtlara aiddir.
17
Yəhudi təqvimində
müəyyən olunmuş oruc günləri vardır. Yəhudilərin məruz qaldıqları digər
fəlakətləri xatırlamaq üçün tutulan oruc günləri tədricən o birilərə əlavə
edilmiş, amma əksəriyyət tərəfindən maraqla qarşılanmadığına görə məcburi
sayılmamışdır. Bəzi kiçik dəyişikliklərlə bu cür orucların sayı 25 günə gəlib
çatır.
Yəhudi tarixində qədimdən bəri yayılmış olan oruc növlərindən biri də
bəzi şəxslərin tutduğu orucdur. Bu oruc fərdidir, günahları əfv etdirmək və
ya müsibət baş verdikdə Allahın mərhəmətini qazanmaq məqsədi daşıyır.
Lakin bu orucla bağlı mövzuda bilikli və ixtiyar sahibi olmaq şərti vardır.
Qorxulu yuxu görən adamın yuxusundan sonra oruc tutması lazımdır.
Yəhudilikdə oruc dan yerinin ağarmasından ilk ulduzun peyda olmasına
kimi davam edir. Kəffarə orucu ilə avqustun doqquzuna düşən oruclar bir
15
Kitabi Mukaddes, (Sayılar XXIX/7). İst.2004.
16
Baxn. Qalip Atasağun İlahi dinlerde ( Yahudilik, Hıristiyanlık və İslam`da) dini
semboller. S.96. Konya 2002.
17
Ekrem Sarıkçıoglu Başlangıçdan Günümüzə Dinler Tarihi s. 236, İsparta 1999.
İslamdan əvvəlki dinlərdə oruc
387
axşamdan o birisinə kimi davam edir. O biri oruclar üçün qoyulmuş ayrı bir
hökm və ənənə yoxdur. Yəhudilərin müqəddəs kitabında oruc nəfsin
öldürülməsi, ona əzab verilməsi və heç bir iş görməmək formasında özünü
göstərir.
Yəhudilərin və Hicaz bölgəsində bir çox ərəblərin tutduğu “Aşura orucu”
da vardır. Hz. Məhəmməd Məkkədən Mədinəyə hicrət etdiyi zaman
yəhudilərin aşura orucu tutduğunu görür və onunla maraqlanır. Ona bildirilir
ki, bu xeyirli bir gündür. Allahın Bəni İsraili (İsrail oğullarını) düşmən
əsarətindən xilas etdiyi bir gündür. Hz. Musa da bu günü oruclu keçirmişdir.
Hz. Məhəmməd: -“Mən Musaya sizdən daha yaxın və layiqəm”- deyərək
həmin günün orucunu tutmağı əmr edir və təbii ki özü də həmin günü oruc
tutur. Sonradan ramazan orucu fərz qılındıqdan sonra aşura orucu tövsyə
edilməklə yanaşı, bunun üç gün tutulması daha uyğun sayılmışdır. Aşuradan
bir gün əvvəl başlayıb, bir gün sonra qurtarmaq kimi, yaxud da aşura günü
ilə yanaşı ondan əvvəlki günü və ya ondan sonrakı günü oruclu keçirmək
tövsiyə edilib. Bu oruc fərz deyil. Müstəhəb oruc kimi davam etmişdir.
Yalnız həmin günü oruc tutmaq müsəlmanlara görə döğru qəbul olunmur.
Məhərrəm ayının onuncu günü olan aşura orucu məkruh olaraq qəbul olunur.
Dostları ilə paylaş: |