Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə23/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   19   20   21   22   23   24   25   26   ...   68
ZƏMANƏMİZİN ƏN BÖYÜK

AZƏRBAYCANLISI
Müdrik rəhbərimiz, alovlu vətənpərvər, dünya miqyaslı siyasətçi Heydər Əliyevin keçdiyi bənzərsiz tale yolu Azərbaycanın müasir tarixində çox mühüm bir mərhələ təşkil edir. Bu məşhur şəxsiyyətin istər sovet hakimiyyətinin mövcud ol­duğu XX əsrin 70-80-ci illərində, istərsə də Azərbaycanın müs­təqilliyi şəraitində həyata keçirdiyi cahanşümal tədbirlərin hər biri araşdırılmağa, öyrənilməyə və təbliğ olunmağa layiq­dir.

Bu gün müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin müdrik rəhbəri Heydər Əliyevin gərgin fəaliyyəti, uğurlu strateji və taktiki addımları, çevik xarici və daxili siyasəti nəticəsində respublikamızın həyatında siyasi sabitlik yaranmış, ölkəmiz beynəlxalq aləmdə aparıcı dövlətlərin diqqətini özünə cəlb etmişdir.

1990-cı illərin əvvəllərində təzəcə müstəqillik qazanmış Azərbaycan Respublikasının bəzi xarici dövlətlərin köməyinə arxalanan təcavüzkar Ermənistanın məkrli siyasətinə qarşı mübarizə aparması, Dağlıq Qarabağ uğrunda gedən və geniş miqyas alan müharibədə öz dövləti maraqlarını güdən kənar qüvvələri zərərsizləşdirməyə çalışması və amansız qarşıdurmadan daha az itki ilə çıxmağa səy göstərməsi ən mürəkkəb məsələlər kimi qarşıda dururdu. Üstəlik, xarici düşmənlərin dəyirmanına su tökən daxili qüvvələrin ölkəni vətəndaş müharibəsi uçurumunun kənarına sürükləməsi də problemlərin həllini qat-qat çətinləşdirirdi. Azərbaycanın rayon-rayon, kənd-kənd parçalanması qorxusunu bütün varlığı ilə hiss edən xalq, o dövrdə çox gözəl anlayırdı ki, hamının etimadını və etibarını qazanmış, yüksək təşkilatçılıq və idarəçilik bacarığına yiyələnmiş nüfuzlu bir rəhbər gəlməsə, respublikamızı ağır bəlalardan xilas etmək mümkün olmayacaq. Belə bir rəhbər isə sovet hakimiyyəti dövründə Azərbaycana başçılıq etmiş, respublikamızın sosial-iqtisadi və elmi-mədəni həyatında müsbət dönüş yaratmış, misilsiz xidmətlərinə görə sovet ittifaqında rəhbər vəzifələrdən birinə irəli çəkilmiş, həmin ağır dövrdə isə Naxçıvanda işləyən Heydər Əliyev idi. Uzaqgörən xalqımız etimadında və inamında yanılmadı.

1993-cü ildə hakimiyyət başına qayıdan Heydər Əliyev qısa müddət ərzində milli müstəqillik kursunu məqsədyönlü şəkildə həyata keçirməyə başladı. Azərbaycanı parçalamaq qəsdində olan daxili silahlı qüvvələr tərk-silah edildi, vətəndaş müharibəsi təhlükəsi sovuşduruldu, Milli Ordumuzun formalaşmasında misilsiz işlər görüldü. Dağlıq Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həll olunması üçün aparıcı dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların köməyi ilə Ermənistanla müharibədə atəşkəs elan edildi, beləliklə cəbhə bölgəsindən hər gün əsgər meyitlərinin gətirilməsinə son qoyuldu, anaların ürəyinə dağ çəkilmədi.

Az sonra Heydər Əliyev Azərbaycan neftinin dünya baza­rına çıxarılması üçün ən optimal və əlverişli yolu müəy­yənləşdirdi. Dünyanın ən tanınmış beynəlxalq neft şirkət­lə­rinin fəal iştirakı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində “Əs­rin müqaviləsi” adlandırılan beynəlxalq neft müqaviləsi im­zalandı. Bu müqavilənin tərkib hissəsi olan Bakı-Tbilisi-Cey­han neft boru kəmərinin çəkilməsinə başlanılması isə, bu siyasətin məqsədyönlü inkişafına xidmət edirdi.

Ulu öndərimiz Heydər Əliyev hüquqi və demokratik dövlət quruculuğu prosesini ardıcıl olaraq davam etdirməklə, eyni zamanda Azərbaycançılıq və milli dövlətçilik ideyalarının əsasını yaratmağa başladı.

Bu gün iftixar hissi ilə vurğulamaq lazımdır ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatına əsaslı dəyişikliklər və köklü yeniliklər gətirdi. Onun respublikamızda meydana gələn çətinlikləri məhz xalqla məsləhətləşərək aradan qaldırması milli dövlətçiliyimizin və milli ideologiyamızın formalaşmasına böyük təkan verdi.

Azərbaycanın həyatında baş verən mürəkkəb prosesləri düz­gün qiymətləndirən, sosial-siyasi hadisələri xeyli qabaq­la­yan tale­yüklü məsələlərin həlli yollarını zərgər dəqiqliyi ilə müəy­­yən­ləşdirən bu dərin təfəkkürlü insan özünün çoxsaylı m­əru­­zələrində, çıxışla­rında, nitqlərində, fərman və sərən­cam­la­rın­­da, tövsiyə və göstə­rişlərində, müraciət və bəyanatlarında hə­min problemlərin çözül­məsi yollarını göstərmişdir.

Əlamətdar haldır ki, Heydər Əliyev Azərbayacana rəh­bərlik etdi­yi 34 illik tarixi bir dövrdə nəhəng quruculuq, mi­silsiz təşkilat­çılıq işləri ilə yanaşı olaraq, çox zəngin elmi-nə­zə­ri və mənəvi irs yarat­mışdır.

Bu zəngin irs ən qiymətli mənəvi sərvət kimi milli el­m­i­mi­zin və mədəniyyətimizin “qızıl fondu”na daxil olmuş, milli dövlət qurucu­lu­ğu prosesində əvəzsiz mənbəyə çevrilmişdir.

Müstəqil Azərbaycan Respublikasının müasir inkişaf mər­hə­lə­sində Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ edil­mə­si ölkə­mizin bütün vətəndaşlarının, alimlərinin, mütəxəs­sis­lə­rinin, o cümlə­dən dövlətimizin gələcəyi olan gənc nəslin ən əsas vəzifə­si­dir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan­şü­nas­­lığa böyük töhfə kimi qiymətləndirilə biləcək uğurları bütöv­lükdə qədim və müasir tariximizin, milli ideo­logi­ya­mızın, rəngarəng mədəniyyətimizin və elmimizin müxtəlif sahələrində aparılan elmi araşdırmaların zəngin metodoloji əsasıdır. Bu böyük şəxsiyyətin elmi-nəzəri irsi, eyni zamanda müstəqil Azərbaycan dövlətinin yaranması, qorunması, çiçəklənməsi və inkişaf etdirilməsi üçün elmi əsas rolunu oynaya bilər.

İctimai-siyasi tarix, vətəndaşlıq və vətənpərvərlik əsəri olan Hey­dər Əliyev irsi böyük elmi və nəzəri əhəmiyyətə malikdir. Azərbay­canın gələcək inkişaf perspektivlərinin hazırlan­ma­sın­da və milli tərəqqi konsepsiyasının müəyyənləşdirilməsində Heydər Əliyevin irsi çox zəngin mənəvi sərvətdir. Çünki bu irs xalqımızın müa­sir tarixinin təcəssümü kimi əvəzsiz dəyərə malik­dir. Azərbay­ca­nın gələcək nəsillərinin əsl şəxsiyyət kimi for­malaş­masında, həqi­qi vətənpərvərlər kimi tərbiyələn­mə­sin­də, milli və bəşəri dəyər­lərə dərindən yiyələnməsində bu irsin misilsiz rolu vardır.

Böyük dövlətçilik təcrübəsinə, dərin zəkaya, siyasi müd­rik­li­yə malik olan ümummilli liderimiz Heydər Əliyev bütün səy və qabiliy­yəti ilə dövlətçiliyimizi, müstəqilliyimizi, mövcudluğumuzu qo­ruyub saxlamağı bacardı. Azərbaycanın beynəlxalq aləmdəki imici yüksəldi, respublikaya külli miqdarda xarici investisiyaların gətiril­məsi ölkənin inkişafına böyük təkan verdi. Ulu öndər işıqlı sabahı­mız naminə gecə-gündüz çalışaraq ölkədə ictimai-siyasi sabit­lik yaratdı. Heydər Əliyev dünyanın ən böyük dövlətlərindəki neft şirkətlərini “Əsrin müqaviləsi”ndə iştirakçı etməklə Azərbay­can dövlətini, Azərbaycan xalqını xaos və anarxiyadan, vətəndaş müha­ribəsindən, cinayətkarların silahlı qüvvələrindən, dövlət çevrilişi cəhdlərindən böyük müdrikliklə xilas etdi. O, çox düzgün olaraq deyirdi ki, “dövlət özünü qiyamçılardan müdafiə etməyi bacarmalıdır”.

Heydər Əliyevin hakimiyyətini qüvvətli və qüdrətli edən onun vətənini və millətini sevməsi, həmçinin millətinin də qarşılıqlı olaraq ona dayaq durması, dahi şəxsiyyətə olan məhəbbəti və göstərdiyi etibarı idi. Heydər Əliyev xalqın tələbi və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dərhal bəyan etmişdi ki, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”. O, bütün ömrü boyu həyatının mənasını Azərbaycana, Azərbaycan xalqına xidmətə həsr etmiş və bu yolda böyük işlər görmüşdür. Bu­na görə də xalq Ulu öndərin gördüyü işləri yüksək qiymətləndirir və ona bö­yük ehtiram göstərir. Heydər Əliyev də özünün bütün fəaliy­yətində xalqa arxalanır, onun gücünə, qüdrətinə söykənirdi.

Ulu öndər öz fəaliyyəti ərzində bir çox ölkələrin müka­fatla­rına və eyni zamanda Türkiyənin ən böyük mükafatı olan “Atatürk” mükafatına layiq görülmüşdür. Heydər Əliyevi yalnız türk dünyasında deyil, həm də Avropa ölkələrində sülhsevər bir dövlət xadimi kimi tanıyır, dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılması sahəsində Heydər Əliyevin fəaliyyətini yüksək qiymətləndirirlər.

Həyatının və siyasi fəaliyyətinin amalı, qayəsi doğma Azər­baycanın inkişafı, tərəqqisi və çiçəklənməsi olan ümum­milli liderimiz Heydər Əliyevin fədakar əməyi, böyük zəhməti, fitri istedadı sayəsində bu gün respublikamızın müstəqilliyi daha da möhkəmlənmiş, onun yaradıb işə saldığı idarəetmə maşını xalqımızı uğurla işıqlı sabahlara, xoş gələcəyə aparmaqdadır. Ötən dövrdə Milli Məclis tərəfindən iqtisa­diyyatımızın inkişafını təmin edə biləcək zəruri qanun və qərarlar qəbul edilmiş, ictimai-siyasi sabitlik bərqərar olun­muş, xarici investisiyaların axını üçün etibarlı zəmin yara­dıl­mış­dır. Ölkədə özəlləşdirmə uğurla həyata keçirilmiş, aparılan islahatlar nəticəsində fermer təsərrüfatları formalaşmış, kiçik və orta sahibkarlıq təşəkkül tapmışdır. İqtisadiyyatımızda özəl sektorun çəkisi əhəmiyyətli dərəcədə artmışdır.

Bu gün Heydər Əliyevin yaratdığı idarəçilik məktəbi dövlətimizin davamlı inkişafının və onun gələcək yüksəlişinin qarantıdır. Bu idarəçilik məktəbinin ən layiqli məzunu və yetirməsi olan möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi hamımızda böyük nikbinlik, gələcəyimizin daha da uğurlu olacağına daxili inam hissi yaratmışdır. Azərbaycanın bütün sahələr üzrə beynəlxalq aləmə inteqrasiyası ölkəmizin xoş gələcəyindən xəbər verir. İnanırıq ki, “Əsrin müqaviləsi” adlanan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin artıq 2005-ci ildə istifadəyə verilməsi Azərbaycanı dünya məkanına daha sıx tellərlə bağlayacaq, onu iqtisadi sahədə, sözün əsl mənasında dünyanın şah damarına çevirəcəkdir. Bu gün Azərbaycan Respublikasının qarşısında duran əsas problemlərdən biri - işsizliyin aradan qaldırılması istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı titanik işlər ümid verir ki, yaxın bir neçə ildə bu problem də aradan qalxacaqdır. Cənab İlham Əliyevin qısa müddətdə həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində xalqımız üçün ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli şərait yaranmışdır. Artıq ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılması faktı etiraf edilir və təsdiqlənir. Bu gün tam əminliklə demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin coşğun yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bu gün Azərbaycanda demokratiya, din, söz və mətbuat azadlığı kimi ümumbəşəri dəyərlər cəmiyyətimizə daha dərindən nüfuz edərək bütün sahələri əhatə edir. Malik olduğumuz milli sərvətlərimizdən iqtisadiyyatımızın gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi üçün istifadə olunur.

Bu gün Heydər Əliyev cismən aramızda olmasa da, onun ideyaları həmişə bizimlədir və onun qurub yaratdığı müstəqil Azərbaycan Respublikası hüquqi demokratik dövlət quruculuğu yolunda inamla irəliləyir.


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin