Qaynaqça
-
"Azadlıq" qəzeti, 29 noyabr, 1990.
-
Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.
-
Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/doc/61649371 /Meydan-gundeliyi).
-
Yaşar Türkazər. Əbdürrəhman Vəzirov cənablarına Açıq Məktub. Kustar üsulla nəşr edilmiş Broşüra. M. Hatəminin şəxsi arxivi.
-
Дорофеев В. …… "Диалог", 1990, № 3. Март.
Meydan Hərəkatının gerçək və yalançı qəhrəmanları
Əslində fasiləsiz mitinq 17 yox, 18 gün davam etmişdir. Fəqət onun ilk günü, hətta deyərdim ki, ilk iki günü müəmmalarla dolu olduğundan kitabımın adında «17 gün» yazmağı daha doğru hesab etmişəm.
İsa Qəmbərin sözlərinə görə, həmin günlərdə meydanda 4 xətt var idi: «1-ci Hatəminin apardığı xətt. Bu, ondan ibarət idi ki, biz son damla qanımıza qədər mübarizə aparmalıydıq. Bu, öz-özlüyündə çox namuslu, qeyrətli mövqe idi. S. Rüstəmxanlının adı ilə bağlı xətt də var idi. Bu xətt də namuslu xətt idi. Bu xəttə görə hərəkat uğur qazanmaqla toqquşmasız olmalı idi; qan tökülməməli idi.
Ən düzgün olan xətt isə Nemət Pənahovun xətti idi. Bunu etiraf eləməliyik. Həmin günlərdə məhz Nemət meydanla nəfəs alırdı. Biz çox şeyləri meydanda Nemətdən öyrəndik. Və açıq etiraf etməliyik ki, ayrı-ayrı adamların da qəlbində, bütövlükdə xalqın da qəlbində olan qorxu hissini həmin günlər Nemət yox eləmişdi. Mənə elə gəlir ki, bu üç namuslu, qeyrətli xətti biz heç zaman unutmamalıyıq. Həmin adamlara Azərbaycan xalq hərəkatının inkişafında böyük xidmətləri olan insanlar kimi yanaşmalıyıq. 4-cü xətt namussuz adamların olan satqınlıq xətti idi ki, mən bu xətt haqqında danışmaq istəmirəm. Onlar meydanda da, meydandan kənarda da çox şeylər edirdilər. Onlar Moskvanın, KQB-nin dediyi ilə oturub-duranlar idi» (5).
Bu fikri gerçəkliyin təhrifi adlandıran Məhəmməd Hatəmi yazır ki, “hər şeyin saxtalaşdırıldığı, təhrif edildiyi bu yanlış, uydurma təsnifatın meydan olduğu (həqiqəti – B. T.) ilə heç bir əlaqəsi yoxdur. Əslində meydanda 2 xətt olmuşdur.
Dostları ilə paylaş: |