Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Meydanda Nemət Pənahlı – Məhəmməd Hatəmi qarşıdurması



Yüklə 12,01 Mb.
səhifə127/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   123   124   125   126   127   128   129   130   ...   201
Meydanda Nemət Pənahlı – Məhəmməd Hatəmi qarşıdurması

Ənvər Əliyev onun icazəsi olmadan mitinqdə heç kimə söz verilmədiyini deyir: “Ən böyük iddialı Nemət Pənahov idi. İkinci gün ona söz verdik, çıxış elədi. Əbülfəz bəyə ikinci gün çox çətinliklə söz verə bildim. Başımdan zərbə aldığım üçün mitinqin üçüncü günü dözə bilmədim və evdə qısamüddətli müalicəyə getdim. Bir neçə günlük müalicədən sonra meydana qayıdanda polis məni meydana buraxmadı. Yalnız bir neçə gündən sonra arxa qapıdan gizli daxil ola bildim. Nemət Pənahov mənim olmamağımdan istifadə edib önə çıxmışdı və sonralar istintaqa ifadəsində demişdi ki, Ənvər Əliyevi meydana mən buraxmamışam. Üzləşmədə də mənə bunu demişdi” (3).

Ənvər Əliyevin ayrı-ayrı vaxtlarda müxtəlif mətbuat orqanlarını vermiş olduğu müsahibələrdə əslində nəyin necə və nə vaxt olduğunu dəqiqləşdirmək, düzgün bir qərara gəlmək mümkün deyil. Bu baxımdan şübhəsiz ki, ən əhatəli və geniş qaynaq Ə. Tahirzadənin «Meydan hərəkatı: 2 il, 4 ay» əsəridir ki, bu əsər sayəsində hadisələr barədə günbəgün və saatbasaat dəqiq məlumat əldə etmək və prosesin xronoloji inkişaf dinamikasını izləmək mümkün olur. Kitabın müəllifi yazır:

«Saat 12.13. Әnvər Әliyev mitinqi açdı. Tәlәblәri oxudu:

- Bu gün Aqanbeqyanin intervüsünün bir ili tamam olur. F. Hüseyvov, döyülәn, qol-qıçı sınan, tutulan yoldaşlarımız (7 nәfәr nümayişdә tutulub onlar) bura gәtirilsin. Onlardan üzr istәvilsin. İki tәlәbimiz var:

1) DQMV-dә Azәrbayçan hakimiyyәti bәrpa edilsin;

2) Topxana meşәsi azad edilsin. 

Yalnız bayrağa baxın, bayraq bizi idarә edәçək. Biz burada bәlkә 24 saat, bәlkә dә 48 saat oturaçaqıq. Yemәk dә gәlәçәk, paltar da.

Çamaat oturdu.

12.20. Vəli Məmmədov danışmaq istədi, camaat hay-küylə qoymadı. Camaat oturdu. (“Rəddol!”, “rədd ol!).

Ənvər:


-Əyləşməyə gəlmişik!

12.22. V.Məmmədov yenə danışmaq istədi, qoymadılar. (Fit, hay-küy).

Ənvər:

-Oturmayanlar bizdən deyil. Hamı otursun. Tutulanlar gəlsə ondan sonra işimizi davam etdirərik.

12.33. Ənvər: Fətulla Hüseynov söz verdi ki, Əbülfəz Əliyev və Sabir Rüstəmxanlı (onlar nümayəndə seçilib) ilə danışıq aparılacaq…» (4).

Ə. Tahirzadənin bu məlumatında üç məqam tədqiqatımız baxımdan önəmlidir. Birinci məqam mitinq başlar-başlamaz Ənvər Əliyevin «Biz burada bәlkә 24 saat, bәlkә dә 48 saat oturaçaqıq. Yemәk dә gәlәçәk, paltar da» söyləmiş olması faktdır ki, bu fakt Nemət Pənahlının söylədikləri ilə tam üst-üstə düşür. Sadəcə Nemət bəy Ənvərin sözlərini daha dəqiq çatdırır və onun çatdırdığı məlumatdan yemək və paltarın bu mitinqin gerçək təşkilatçısı Fuad Musayev tərəfindən təmin ediləcəyi aydın olur (2, s. 156).

İkinci məqam Əbülfəz Elçibəy və Sabir Rüstəmxanlının vasitəçiliyinin elan edilməsi faktıdır ki, bu fakt da Məhəmməd Hatəminin yenə də Fuad Musayev tərəfindən təşkil edilən saxta «Nümayiş Komitəsi» barədə söylədikləri ilə üst-üstə düşür. Hatəmi həmin komitənin içərisində bu iki şəxsin adını da qeyd edir (1).

Üçüncü məqam kütlə tərəfindən Vəli Məmmədovun çıxışına imkan verilməməsi və onun fitə basılmasıdır. Bu məqam prosesin Xalq Hərəkatı Cəbhəsi tərəfindən necə idarə edildiyinin və Nemət Pənahlının meydanın əsas qəhrəmanına necə çevrilməsinin mexanizmini dərk etməyimiz baxımından çox önəmlidir.

Məsələ nədədir?

Məsələ bundadır ki, istənilən mitinqdə iki əsas tərəf olur. Tribunada yer alanlar. Meydana toplaşanlar. Bir qayda olaraq, tribunada yer alanlar lider rolunda çıxış edir, meydanda yer alanlar isə onların direktivləri əsasında yönəldilir. Fəqət hərəkatın ilk dövründə vəziyyət başqa idi. Mitinqlərin böyük əksəriyyəti «Çənlibel», daha sonra isə onun bətnindən doğulmuş Xalq Hərəkatı Cəbhəsi tərəfindən təşkil edilsə də, əksər hallarda tribuna hakimiyyət dairələri və onların işbirlikçiləri tərəfindən zəbt olunur, təşkilatçıların söz haqqı isə maksimum dərəcədə məhdudlaşdırılırdı. Belə olan halda, meydan çox vaxt tribunadakıların sözünü fitə basmaq, təhqir etmək və s. vasitələrlə kəsmək məcburiyyətində qalır, yalnız eşitmək istədiyi sözü eşidəndə buna ara verir və məmnunluğunu alqışlarla ifadə edirdi. Uzun təcrübədən sonra bu metod Xalq Hərəkatı Cəbhəsinin əsas idarəetmə metoduna çevrilmişdi. Bu metodun sayəsində tribunadakılar meydanı deyil, meydan tribunadakıları idarə edirdi. Hatəmi bir çox halda trubunaya qalxmağa müyəssər olduğundan bu prosesi mən idarə edirdim. Sonralarsa, yaranmış alışqanlıq sayəsində meydanın, yəni aşağıdakıların etirazının kim tərəfindənsə tənzimlənməsinə ehtiyac qalmamışdı. Kütlə artıq özü fit və ya alqışlarla tribunadakı çıxışları korrektə edirdi.

Mitinqin ilk iki günü Nemət də fit və təhqirlərlə qarşılaşmış, nəticədə başqalarından fərqli olaraq, o qısa bir zamanda öz çıxışlarını və faliyyətini korrektə etməyə və kütlənin alqışlarını qazanacaq məcraya yönəltməyə nail olmuşdu. Nemət bəyin meydanın əsas qəhrəmanına və ardınca Milli Azadlıq Hərəkatının liderinə çevrilməsinin bir səbəbi də bu idi. Digər səbəb isə təbii ki, heç bir natiqdə, o cümlədən Hatəmidə olmayan bəlağətli nitq qabiliyyəti və bu sahədəki fitri istedadı idi. Üçüncü səbəb isə ruhuna Vətən və millət sevgisinin hakim olması idi. Əlbəttə ki, burada cəsarət faktorunu da unutmamaq lazımdır. Bunlarsız lider olmaq, demək olar ki, mümkün deyil və ya da çox çətindir.

Mitinqin başlanğıcı artıq ulduzu tədricən sönməyə, daha doğrusu söndürülməyə məhkum olan M. Hatəmi ilə ulduzu parlamağa başlayan N. Pənahlı arasında kəskin mübarizə şəraitində keçdi. Qarşıdurmaya səbəb isə Nemətin əvvəl-əvvəl taktiki cəhətdən səhv mövqe tutması, mitinqi dağıtmağa çalışması idi. Fəqət onun təcrübəsizlikdən qaynaqlanan bu səyi öncə müəyyən ssenari əsasında fəaliyyət göstərən Ənvər Əliyevin, daha sonra isə Hatəmi başda olmaqla Xalq Hərəkatı Cəbhəsinin, eləcə də istək və arzuları bu təşkilatın hədəfləri ilə üst-üstə düşən kütlənin müqaviməti ilə üzləşdi və o, bir müddətdən sonra mövqeyini dəyişməli oldu.

Hatəmi və tərəfdarları mitinqi hakimiyyətin nəzarətindən çıxartmaqda, onu hakimiyyətə qarşı çevirməkdə qərarlı idilər. Əslində, bir qədər sonra görəcəyimiz kimi, Nemət də eyni fikirdə idi. Fəqət onun seçdiyi taktika fərqli idi və bu taktika özünü qətiyyən doğrultmadı. Uşaqlığı Pişəvəri «əsgərlərinin» siyasi mətbəxindən qidalanmaqla keçən və meydanlarda böyük siyasi təcrübə toplamış olan Hatəminin taktiki gedişləri daha effektiv oldu. Hərçənd ki, ilk əvvəl o özü də ərəfədə elan etmiş olduğu 20 noyabr mitinqinə görə bu mitinqin dağılması təklifi ilə çıxış etmiş, fəqət kütlə onun sözünə də əhəmiyyət verməmişdi.

Qarşıdurma o qədər kəskin idi ki, Nemət Pənahlı özünün «Əbədiyyət yolçusu» kitabının həmin dövrdən bəhs edən hissəsində Hatəminin, Hatəmi isə «Acı həqiqətlər»də Nemətin ünvanına olduqca sərt fikir və ifadələr işlətmişlər.

Nemət Pənahlı yazır: «Mitinqin (ilk gününün – B. T.) sonunda, daha doğrusu, hava qaralanda mən xalqa bildirdim ki, dağılışmaq lazımdır. Amma kütlənin müəyyən bir qismi mənim sözümə yox, Ənvərin çağırışına səs verdi. Ənvərin təklifi bu idi ki, oturaq mitinq keçirək. Qırx səkkiz saat ərzində meydanı boşaltmayaq. Tələblərimizin nəticəsini gözləyək. Beləcə meydan boşalmadı. Birinci gecə meydanda təqribən 3-4 yüz nəfərə qədər nümayişçi qaldı. Əlbəttə, əgər milis istəsəydi bu adamları asanlıqla dağıdardı. Amma o, hadisələri sadəcə seyrçi kimi izləyirdi.

Gecədən bir xeyli keçənədək meydanda qaldım. Gecəni orada qalanlarla ünsiyyət mənə maraqlı idi. Sonra yataqxanaya gəldim, yatmaq istəsəm də, gözümə yuxu getmədi. Səhəri gün zavoda getdim. Gördüm ki, işləmək kimsənin yadına belə düşmür. Hamı mitinqə hazırlaşır, meydana tələsir.

Əyyam Musayev onlara mane olmaq istəsə də, mənim işə müdaxilə etməyimdən sonra o, geri çəkildi və biz hamımız meydana gəldik. Yolda xəbər tutduq ki, bütün şəhər meydana axışır. Ora saat 11 radələrində yetişdik. Meydan insanla dolu idi.

Mitinqi yenə də Ənvər Əliyev aparırdı. Artıq bu mitinqin dövlət tərəfindən təşkil edilmiş mitinq olduğuna şübhəm qalmamışdı. Amma fikirləşirdim ki, bu mitinqdən necəsə yararlanmaq lazımdır. Onu da gördüm ki, çıxış edənlər müəyyən adamlar tərəfindən təlimatlandırılır. Mənə isə, təbii ki, təlimat verən yox idi. Noyabrın 18-də bir neçə dəfə çıxış etdim. Görünür, çıxışlarım daha radikal olduğundan mitinq iştirakçıları tərəfindən mənə daha çox maraq yarandı. Elə bir vəziyyət yaranmışdı ki, insanlar məhz mənim çıxış etməyimi tələb edirdilər. Bu səbəbdən də bir yox, bir meçə dəfə çıxış edəsi oldum» (2, s. 157).

Hatəmi-Nemət qarşıdurmasının üzərinənə gəlməmişdən öncə hadisələri bir qədər də Ə. Tahirzadənin qeydləri əsasında izləməyə ehtiyac var. Sırf xronoloji ardıçıllığa riayət etmək üçün: «…Yazıçı H. Abbaszadə, şairlər X. Rza, F. Mehdi, T. Bayram da buradadırlar. Mücahidlərdən isə Firidun Cəlilov, Rüstəm Behrudi, Səfər Alışarlı, Hatəmi, Mənsur, Nemət və başqaları. Xəlil Rza tribunada oturub, yəqin ki, şer yazır. Saqqalı ona xüsusi nuranilik verir.


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin