Ənvər Əliyev Ənvər Əliyev həmin dövrü belə xatırlayır: “Meydan hadisələri elə-belə baş vermədi. Bu hərəkat əsasən Aqanbekyanın Azərbaycana qarşı bədnam çıxışının bir illiyi ilə bağlı etirazlardan sonra başladı. Əvvəlcə akademiyanın zalında toplantı oldu, bu, sonra tələbə etirazları ilə müşahidə olundu və nəhayət, keçmiş Lenin meydanında noyabrın 17-dən dekabrın 5-ə kimi izdihamlı nümayişlər keçirildi” (2).
Onun sözlərinə görə, 17 noyabra qədər meydanda yüz minlərlə insan toplaşsa da, pərakəndəlik hökm sürürdü. Noyabrın 16-da toplantı keçirən milli-azadlıq hərəkatının fəalları meydanda fasiləsiz aksiya keçirmək və siyasi hakimiyyətə konkret tələblər irəli sürmək qərarına gəlirlər. Noyabrın 17-si sübh açılan kimi artıq hərəkat başlayır. Səhər saat 8-də H. Zərdabi küçəsindəki yataqxanadan çıxan tələbələr Azadlıq meydanına üz tutur. “Məqsədimiz o idi ki, səhər saat 8:15-də universitetə gələn tələbələrin qarşısına çıxıb onları meydana tərəf yönləndirək. Məqsədimizə nail olduq. Metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında, indiki Cavid bağında, indiki Texniki Universitetin qarşısında bizə minlərlə insan qoşuldu. Milis bizim qarşımızı kəsməyə çalışırdı. Parlamentin qarşısında, Axundov bağında, Sabir bağında milislə ciddi toqquşmalardan sonra Neftçilər prospektinə çıxıb meydana doğru hərəkətə başladıq. Saat 8-də başlayan yürüşlə saat 12:30-da Azadlıq meydanına çatdıq. Artıq burada da minlərlə insan toplaşmışdı” (6).
Onun sözlərindən belə aydın olur ki, mitinqin təşkilatçısı Universitetin tələbələri olmuşlar. Fazil Mustafanın sözlərindən isə belə aydın olur ki, təşkilatçı Universitetdə fəaliyyət göstərən “Yurd” Birliyi idi: “O zaman "Yurd" Birliyi olaraq qərara almışdıq ki, başladığımız yürüşün önündə tələbə deyil, akademiya işçisinin olması daha məqsədəuyğun olar və buna görə o zaman fəal olan Ənvər Əliyevin üzərində dayandıq” (3).
Fazil Mustafa Sabir Rüstəmxanlı həmin günlər haqqında yazır: “17 noyabr bir tarix səhifəsi olaraq anılsa da, əslində bu günə gələn yol 1920-ci ildən başlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra formalaşan və illərlə davam edən psixoloji-mənəvi mübarizəni 37-ci illər xofu bir qədər səngitsə də, repressiya dalğasının azacıq yumşalması ilə ziyalı-dissidentlərin geniş sırasının meydana gəlməsi azadlıq dalğasının yaddaşlarda daha dərin iz buraxdığını, müstəqilliyə doğru can atımların daha da şiddətləndiyini bir daha üzə çıxartdı.