Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə134/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   130   131   132   133   134   135   136   137   ...   201
Heydər Əliyev və Elçibəy
Yaxşı yadımdadır, Elçibəygildə üzür düşmüşdü. Hatəmiylə birlikdə baş sağlığı verməyə getdik. Bir kənara çəkilib, Elçibəylə uzun-uzadı söhbət elədik. Söhbət etdiyimiz otaqda üç şəkil asılmışdı. Bunlardan biri Şah İsmayıl Xətainin, ikincisi Mustafa Kamal Paşanın, üçüncüsü isə Heydər Əliyevin. Hatəmi gülərək başqaları eşitməsin deyə, yavaşdan Elçibəyə zarafatla pıçıldadı:

-Yapışmısan bu Heydərin …-dən, əl çəkmək bilmirsən.

Elçibəy də zarafatla «Onun necə böyük şəxsiyyət olduğunu sonra biləcəksən» - dedi.

Elçibəygildən çıxanda Hatəmiylə aramızda belə bir dialoq olmuş və o demişdi:

-Heydərin şəklini gördün də?

-Hə, nə olsun?

-Siz cavanlar mən öləndən sonra ağıllanacaqsınız, onda da çox gec olacaq. Çexov səhnədən asılmış tüfəng barədə nə deyib, yadındadır?

-Hə.

-Nə deyib?

-Deyib ki, əgər tamaşanın başlanğıcında səhnədə tüfəng asılıbsa, tamaşanın sonunda ondan mütləq atəş açılacaq.

-Hə, indi mən də qorxuram ki, mübarizəmizin başında Heydərin şəkli asılıbsa, sonda torbadan pişik əvəzinə Heydər çıxsın.

Bəli, sonda gerçəkdən də «torbadan pişik əvəzinə Heydər çıxdı». Səbəb hər nə olursa-olsun, fakt budur ki, məhz belə oldu.

Hatəmiylə aramızda olmuş bu dialoq bir də Heydər Əliyev Elçibəyin dəvəti ilə, onun təyyarəsində (Prezidentin təyyarəsində) Naxçıvandan Bakıya gəldiyi gün, onun verdiyi müsahibəni oxuduğum gün yadıma düşdü. Və artıq doğrudan da gec idi…

Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin