Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə133/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   129   130   131   132   133   134   135   136   ...   201
Asəf Quliyev
İşin ən maraqlı tərəfi isə budur ki, Asəf bəyin söz açdığı hadisə zamanı naxçıvanlı kommunistlər Heydər Əliyevə qarşı idilər, onu dəstəkləyənlər məhz cəbhəçilər olmuşlar. O cəbhəçilər ki, artıq hərəkat dövründə, yəni Xalq Cəbhəsi yaranmamışdan öncə Əliyevin qarmağına keçmişdilər və onun direktivləri ilə iş görürdülər: «3 cəbhəçi deputata nazir postu vədi verilmişdi. Ancaq AXC Naxçıvan Təşkilatı ilə Heydər Əliyevin danışığı olmamışdı. Bununla belə, sessiyada Heydər Əliyevin seçkisinə cəbhəçi deputatların da səsi kifayət etmirdi. Çünki kommunistlər ona əvvəlcə səs vermədilər. Sonra onların arasında danışıq oldu. Bu danışıqlara əsasən, kommunistlərdən biri Heydər Əliyevin birinci müavini, ikisi isə Baş nazirin müavinləri oldu» (1).

Asəf bəyin sözlərindən belə çıxır ki, Heydər Əliyev özünə o qədər əmin idi ki, hətta AXC-nin Naxçıvan şöbəsinin sədri də olmaq arzusunda idi: «Mən bilirdim ki, Heydər Əliyev AXC Naxçıvan Təşkilatının da sədri olmaq istəyir. Hətta kimsə ona cəbhəyə üzv olmaq təklif etmişdi, o, isə bildirmişdi ki, məni sədr seçin üzv olum. 1991-ci ildə keçirilən konfransda isə mənim təklifimlə Arif Rəhimovu sədr seçdik. Üstəlik, sərhədlərin müdafiəsi ilə bağlı yaradılan könüllü batalyonlar Naxçıvanda bizi söz sahibi edirdi. Heydər Əliyev müəyyən cəbhəçilərin əli ilə bu özünümüdafiə batalyonlarının bəzilərini ələ keçirdi. Faktiki Naxçıvanda silahlı qüvvələr arasında iki tirəlik yaranmışdı. Bir qüvvə Heydər Əliyevin yaratdığı müdafiə komitəsi idi, bir qüvvə də bu komitəni tanımayan cəbhəçilərdən ibarət könüllü batalyonlar. Heydər Əliyev artıq cəbhəçiləri pozuculuqda günahlandırmağa başlamışdı» (1).

Hərəkat dövründə hərəkatın içində çox sayda adamının (tərəfdarının) olduğunu Heydər Əliyev də gizlətməmiş və eyhamla belə demişdir: «...Nemət Pənahovun özünü götürün. Düzdür, o vaxtlar mənim barəmdə daim kriminal axtarırdılar. Bəzi qəzetlərdə də yazırdılar ki, Heydər Əliyev Bakıda işləyəndə Nemət Pənahov onun bağında bağban olub, ona görə onun göstərişi ilə bu işləri görür. Amma bunlar hamısı uydurma sözlərdir. Mən Nemət Pənahovu qətiyyən tanımırdım. Bir də ki, mən Azərbaycandan gedəndə Nemət Pənahov yaşına görə yəqin ki, uşaq imiş. Çünki mən Azərbaycandan 1982-ci ildə getmişdim. Bu hadisələr 1988-ci ildə başlamışdı, o vaxtlar deyirdilər ki, onun 25 yaşı vardı. Qəzet belə yazırdı, bilmirəm neçə yaşı vardı, amma belə yazırdı.

O vaxtlar həqiqətən Moskvada belə bir fikir var idi ki, bütün bu məsələləri təşkil edən Heydər Əliyevdir. Belə bir fikir var idi, məni günahlandırmaq istəyirdilər. Amma bir halda ki, bu barədə söhbət açılıb, mən Moskvada yaşayanda da, buraya gələndən sonra da bildirdim – Xalq Cəhbəsi ilə mitinqlərə gedən adamların əksəriyyəti Heydər Əliyevə müsbət münasibəti olan adamlar idi. Əksəriyyəti! Sən dedin ki, (Sabir Rüstəmxanlıya üzünü tutur – red.) onların içində istəyən də, istəməyən də vardı. Sabir, əksəriyyəti istəyən idi. Bəlkə də bunu mənim özüm deməyim yaxşı deyil, başqaları deməlidir. Bəlkə də onların əksəriyyəti meydanlara elə mənim adımla gedibdir. Mənə qarşı ədalətsizliyə etiraz edərək o meydanlara gedirdilər. Ona görə o meydanlarda olan hadisələri özümə doğma hesab etmişəm. Bəli, doğma hesab etmişəm!

(…)


Ona görə də hesab edirəm ki, şəxsən mənim vətəndaş kimi, eyni zamanda, dövlət başçısı kimi, o dövrdə fəaliyyət göstərmiş adamların hamısına hörmətim var, o cümlədən Sabir Rüstəmxanlıya. Sabir Rüstəmxanlının da xatirindən çıxmayıb ki, biz onun 50 illik yubileyini təntənə ilə keçirdik, bəli, hamımız birlikdə, siz də, mən də birlikdə. İndi az-az olur ki, 50 illik yubiley keçirilsin, elədir, ya yox? Olmamışdır? Hər şeydə bir kosmonavt olmalıdır» (8).

Məhəmməd Hatəmi Naxçıvan klanının destruktiv əməllərindən çox narahat idi. Az qala, hər bir naxçıvanlıya sözügedən klanın üzvü və ya da potensial üzvü kimi baxırdı. Bu barədə çox danışır və özünün xalq hərəkatından təcrid edilmək istənməsinin bir səbəbini də bunda görürdü. Onu və qızılbaşları isə gerçəkdən də təcrid etməyə çalışırdılar. Biz hamıya mane olurduq. Hatəmi ona və təşkilata qarşı olan basqıları bu cür qələmə almışdır: «Xalqı məndən qaçırtmaq üçün yüzlərlə, mən deyərdim hətta minlərlə komsomolçu, DTK agenti meydanı haqqımda şayə ilə, böhtanla doldurmağa başladılar; farsdır, DTK-da fars dilindən dərs deyir, vizası cibində üç gündən sonra Qərbi Almaniyaya qaçır, xalqı isə qızışdırıb töküb küçələrə, meydanlara və s. S. Rüstəmxanlı, bir az başqa formada Nemətin özü haqqımdakı bu şayə və böhtanları meydana bəzən mikrafonla piləyirdilər. Dövlət xalqı məndən beləcə hardasa uzaqlaşdırdı, məni ona beləcə hardasa unutdurdu, Nemət meydan qəhrəmanı oldu.

Lakin məni, qızılbaşları sıradan çıxara bilmədilər.

Tribunadan, mikrafondan uzaq tutulsaqda, gecələr, meydanın tən ortasında masa qoyaraq üstünə çıxır, dövlətə, ermənilərə, ruslara qarşı mikrafonsuz kəskin çıxışlar edirdik. Bu yolla meydanda ikili bir tribuna yarandı; yuxarıda Nemətin hakim olduğu mikrafonlu rəsmi dövlət tribunası, aşağıda qızılbaşların mikrafonsuz qeyri-rəsmi tribunası. Meydan hərəkatının axır günlərində sabir rüstəmxanlılar tərəfindən rəsmi dövlət tribunasından sıxışdırılan Nemət, aşağı tribunada qızılbaşların yanında görünəcək, buradan Hatəmi ilə birlikdə həbsxanaya gedəcəkdir» (7).

Maraqlıdır ki, Nemət Pənahlı həbs edildikdən sonra rus müstəntiqlərin ona ünvanladıqları suallardan bir çoxu Heydər Əliyevlə bağlı olub. Fəqət o dövrdə Nemətin Heydər Əliyevlə hər hansı bir birbaşa əlaqəsi üzə çıxarılmayıb. Belə bir əlaqə olsydı, mütləq üzə çıxardı. Bənzər suallar, cinayət işləri Nemətin işi ilə birləşdirilən Ənvər Əliyevə və Siyaməkə də dəfələrlə verilibmiş. Moskva bu mitinqlərdə Heydər Əliyevin izini axtarırdı, amma unudurdu ki, o, DTK generalı olub və izsiz işləməyi bacarır.

Ənvər Əliyevin «Azadlıq» radiosuna verdiyi bir müsahibəsində Rəfail Allahverdiyevdən gətirdiyi aşağıdakı sitat çox düşündürücüdür: «...Ancaq bəzi məsələlər olmuşdu. «Şəhriyar» klubunda meydan hadisələrinin 10 illiyinə həsr olunan toplantıda Bakı şəhər İcra Hakimiyyətinin başçısı mərhum Rafael Allahverdiyev açıqca dedi ki, biz göstərişləri Moskvadan Heydər Əliyevdən alırdıq...» (5).



Əksər naxçıvanlılar və naxçıvanlı hərəkatçılar kimi Elçibəyin də Heydər Əliyevə rəğbəti vardı və bu rəğbət Məhəmməd Hatəmini çox narahat edirdi. Məhəmməd Hatəmi bir zamanlar ən yaxın dostlarından biri olmuş Əbülfəz Əliyevlə (Elçibəylə) arasının dəyməsinin əsas səbəblərindən birinin məhz bu nunla bağlı olduğunu söyləyir. Xaliq Bahadır yazır: «Hatəmi necə başlamışdısa, eləcə də bitdi – bitirdi. Bu baxımdan Hatəminin savaşı o başdan bu başa Böyük, Bütöv Azərbaycan savaşı idi. O yalnız imperiyalarla deyil, eləcə də imperiya qulluqçuları – imperiya əlaltıları ilə savaş aparırdı. Özü də hər hansı kompromisdən bütünlüklə uzaq bir savaş: ölüm-dirim savaşı!

Bax, buradaca onun yolu Elçibəylə, Elçibəy kimi düşünənlərlə ayrılırdı.

Savaş başlanğıcı olaraq Hatəmi ilə adı yanaşı çəkiləcək  ilkin ad Ə. Elçibəy ola bilər. Ancaq Hatəminin özünün də qonuşmalrından birində dediyi kimi, Elçibəyin KQB-yə düşüb-çıxmasınadək belədir; yalnız buradək adlarını birgə çəkmək olar, bundan sonra onların yolları ayrılır. Bu yol ayrılığı Azərbaycanın çətinliklə qazanılan bağımsızlığının sonralar faktiki olaraq əldən verilməsilə sonuclanır. Burada kim qınanmalıdır: sonadək başlanığıc prinsiplərinə bağlı qalanmı, yarıda prinsiplərini dəyişənmi? Hatəmi yuxarıda sözügedən qonuşmasında deyir: “…mən hara, Heydər Əliyev hara?! Ömrüm boyu onun əleyhinə olmuşam. Əbülfəzlə də elə onun üstündə ayrılmışıq”. Elçibəydən ayrılmasına, eləcə ayrılmaqla qalmayan, onları ayıran nədənlə bağlı Elçibəylə savaşan Hatəmini qınayanlar, bu üzdən Hatəmiyə düşməncəsinə yanaşanlar Elçibəyin Kələki sonrası bir sıra çıxışlarını ansalar, o çıxışlara gərəkən anlayışla yanaşsalar, çox yaxşı olar. Elçibəy o çıxışlarda Heydər Əliyevi  qantökənlikdə, PKK-nı yaratmaqda suçlamağadək gedib çıxır. Bununla da Elçibəy istər-istəməz yollarının ayrılmasında Hatəminin düzgün-suçsuz olduğunu doğrulamış olur. İmperiya yetirməsi olaraq H. Əliyevin kimiliyi, necəliyi hakimiyətə qaytarılandan sonra deyil, ondan çox-çox qabaq bəlli idi – Hatəmi də, dediyi kimi,  ömrü boyu o bəlli olana qarşı olmuşdu» (3).


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin