Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə137/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   133   134   135   136   137   138   139   140   ...   201
Sura və Arzu Şahverdiyevalar
Nəsib bəy evə yollanıb, Türkiyədə Azərbaycan Kültür Dərnəyinin çap etdirmiş olduğu «Azərbaycan» jurnalının nömrələrindən birini gətirdi (O, hər dəfə Türkiyəyə elmi konfranslara gedəndə həmin jurnallardan gizli şəkildə bir neçə nüsxə gətirərdi). Jurnalın üzərində bayrağımızın şəkli vardı.

Hatəmi üzünü mənə tutub soruşdu:

-Təşkilatın səndə nə qədər pulu qalıb?

-Təqribən 4500 manat. Bir az çox olmalıdır. Evdə siyahıya baxaram.

- Məsələni həll edə bilərsənmi?

-Canını da alaram.

-Onda yubanma.

Dərhal dostlardan bir neçəsi ilə Mərkəzi Univermağa yollandım. Lazım olan rəngdə parçalar, trafaret düzəltmək üçün qalın kağız və bayrağın üzərinə ay-ulduz çəkmək üçün ağ rəng aldım. O vaxt hər şey çox ucuz idi. Hamısı təqribən 20-30 manat elədi. Oradan dərhal evə yollandım rəhmətlik anam Sura Şühverdiyevanı və bacım Arzunu işə cəlb etdim. Səhərə yaxın artıq 14 bayraq hazır idi. Aldığım parça yalnız bu qədərə çatdı.

Nəsiman Yaqublu da ANS-ə verdiyi müsahibəsində meydanda gətirilən ilk bayraqların Azərbaycan Kültür Dərnəyinin çap etdirmiş olduğu «Azərbaycan» jurnalının üz qabığındakı rəsm əsasında hazırladığını təsdiq edərək bildirmişdir ki, onları «Bəxtiyar Tuncayın anası Sura xanım, bir də bacısı, - onun bacısı yaşayır, - onlar evlərində tikdilər və gətirdilər meydana» (3). Tanınmış jurnalist Ləman Ələşrəf qızı da onların bir gecə sübhə qədər yatmayıb, başlarına nələrin gələ biləcəyini düşünmədən, bayraqları tikdiklərini təsdiqləməkdədir (3).

Yuxarıda deyilənləri Etibar Məmmədov da təsdiqləməkdədir (3).

Meydana gətirilən bayraqların hazırlanmasında yaxından iştirak etmiş Arzu Şahverdiyeva müsahibəsində bildirmişdir ki, bayraqlar noyabr ayının 20-dən 21-nə keçən gecə tikilmişdir (3). Bu isə Elman Türkoğlunun verdiyi məlumatla ziddiyyət təşkil edir.

Beləcə, Meydan epopeyası ilə Milli Azadlıq Hərəkatının ikinci mərhələsinin başladığını təsdiqləyən ikinci önəmli fakt ortaya çıxmış oldu. Həmin dövrdən etibarən Azərbaycanda bütün mitinqlər məhz bu bayraq altında keçirilmiş, meydan Azərbaycan SSR-in bayrağı ilə birdəfəlik vidalaşmışdır.

Meydana gətirdiyim bayraqlardan birini əlimdən alıb meydanın tam ortasına aparan Yaşar Türkazər oldu. Bu dəqiq yadımdadır. Digər bayraqları da cəbhədaşlarıma payladım. Təəssüf ki, adları yadımda deyil. Birini uzun müddət özümdə saxladım, sonradan kiməsə verdim.

Bayraqları ilk götürənlərin kim olduğunu unutsam da, Elman Bayraqdarın (Türkoğlunun) bir müsahibəsi bu məsələyə müəyyən qədər aydınlıq gətirir. O deyir: «İlk dəfə üçrəngli bayrağı 19 noyabr 1988-ci ildə Azadlıq meydanında qaldırmışıq. Bəxtiyar Tuncay, Tofiq Türkel, qızılbaş İbrahim Eldar, Məmməd Əlizadə və b. ilə birgə... Mənə bayrağı Məmməd Əlizadə verdi» (7). 

Yeri gəlmişkən, meydanda bayrağın qaldırılması ilə bağlı Elman Türkoğluya istinadən həqiqətlə qətiyyən heç bir əlaqəsi olmayan aşağıdakı yalan məlumata da rast gəlmək mümkündür: «70 il həsrətdən sonra üçrəngli bayrağımız 1988-ci il 17 noyabrda başlayan meydan hərəkatında yenidən qaldırıldı. Bu isə "bayraqdar" kimi tanıdığımız Elman Türkoğluna qismət olub. E. Türkoğlu deyir ki, bayraq hərəkat başlayandan 2 gün sonra, noyabrın 19-da qaldırıldı. "Bayraq meydana gətirildi. Həmin vaxt göy və yaşıl rəngin yeri barədə mübahisə oldu. Dedilər ki, bunu Əbülfəz Elçibəydən başqa heç kim bilməz. Əbülfəz bəy də dedi ki, göy yuxarıdadır» (5).

Buna tarixin saxtalaşdırılmasından başqa bir ad qoymaq mümkün deyil.

Cəfər Cabbarlı 29 avqust 1919-cu ildə yazdığı "Azərbaycan Bayrağına" şerində qç rəngli bayrağımızı belə vəsf etmişdir:

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli: üç boyalı, üç mənalı bayrağı!

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu?Aman Allah! Od yurdunun yaprağı.

Göy yapraklar, al çiçəklər, yaşıl otlar topasımı?

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır,

Fəqət bizim bayrağımız yucaları pək seviyor,

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanır...

Gölgəsində Ay əyilib bu gözəli qucmada,

Qucuşaraq sevdigiylə yüksəklərə uçmada.

Şu görünüş bir ananın şəfqətinə oxşayır,

Düşündükcə duyğularım, vicdanımı oxşayır.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə şöylə söyləmək:

Bu göy boya göy moğoldan qalmış bir türk nişanı

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Yürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı!

Səkkiz uclu şu yıldız da səkkiz hərfli "Od yurdu",

Əsarətin gecəsindən fürsət bulmuş quş gibi,

Səhərlərə uçmuşdur...

Şu hilal da türk bilgisi düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur...

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış istiqlal!

Yürəgimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun, bu göy bayraq Turan üstə açılsın !.. (6).

Ulu öndər Məhəmməd Əmin Rəsulzadənin ucaltdığı bu bayrağın meydana gətirilməsi ilə meydana istiqlal ruhu hakim oldu. Odur ki, tələbəlik yoldaşım olmuş Hafiz Mirzənin yazdığı aşağıdakı cümlə ürəyimi qürur hissi ilə doldurur: «Azərbaycanın indiki bayrağını milli-azadlıq hərəkatının başlanğıcında Azadlıq meydanına ilk dəfə Bəxtiyar Tuncay gətirmişdi» (1).

Ulu öndər Məhəmməd Əmin Rəsulzadənin ucaltdığı bu bayrağın meydana gətirilməsi ilə meydana istiqlal ruhu hakim oldu. Odur ki, Hafiz Mirzənin yazdığı aşağıdakı cümlə ürəyimi qürur hissi ilə doldurur: «Azərbaycanın indiki bayrağını

Ə. Tahirzadə meydanda iki ədəd islam bayrağının gətirilməsindən danışdıqdan və Hacı Əbdülün bu fəaliyyətini «hatəmiçilər»in ayağına yazdıqdan sonra baş verənləri belə sıralamış və Hatəminin ünvanına yağdırdığı şər və böhtandan əl çəkməmişdir. Açıq görünür ki, müəllif kitabında məqsədyönlü şəkildə Milli Azadlıq Hərəkatımızın əsasını qoymuş bu böyük şəxsiyyəti aşağılamaq fikrindədir. Amma yenə də sağ olsun ki, tribunanı nəzarətdə saxlayan hakimiyyət dairələrinin Hatəmini mikrofondan təcrid etdiklərini də qeyd etmişdir:

«Mərkəzi tribunaya gənclər doluşdular (ancaq heç tələbəyə oxşamırlar). Milislər onların bura çıxmasına, islam bayrağının dalğalandırılmasına etiraz etmir, bəlkə də şərait yaradırlar.

19.50. Tağı Xalisbəyli, Xəlil Rza baş tribunaya çıxdılar. Yaşıl bayrağı götürtdülər. Hərçənd bir az gecikdilər, çünki Hatəminin bu təşəbbüsü dövlət orqanlarının əlinə bəhanə verməkdən başqa bir şey deyildi. O, dünən ona söz verilməməsinin, uzaqlaşdırılmasının heyifini deyəsən, xalq hərəkatından alır.

Soldan böyük bir dəstə gəldi. (Mən sağ-solu üzümü Hökumət evinə yönəldib müəyyənləşdirirəm.)

20.02 Bir gənc yanaşıb dedi ki, I gün ümumrespublika tətilidir, hamıya çatdırın. Bu gün dörd zavod (L.Şmidt adına, BEMZ, B.Sərdarov adına maşınqayırma və başqa biri), dəniz limanı işləməyib. Tələbələr “tətil” qışqırırdılar. “Və-zir-yan” səsləri kəsilmir.

20.10. Böyük bir dəstə tələbə gəldi (Politexnik, İnşaat Mühəndisləri). Meydanda təxminən 110 min adam var. Bugünkü ruh coşğunluğu dünənkindən yüksəkdir. Hava çox gözəldir. Buludlu olsa da quru, mülayimdir. Asfalt da quruyub. Bu üç gündə sanki rəhbərlərinin ürəyi yanmayan xalqa Allahın rəhmi gəlmişdir. Sanki Bakının həmişə ilin bu vaxtında qılınc kimi kəsən küləyini başqa yerə köçürmüşlər. Bulvardakı qülləyə baxıram: havanın istiliyi indi də 11 dərəcədir. Sanki möcüzədir - üç gündə eyni temperatur.

20.50. 59-50 AQL (Kamaz) içməli su gətirmişdir.

20.55. Yenə böyük bir dəstə aralandı camaatdan. Bəlli oldu ki, bir erməni camaatın arasına girib. Casus kimi bilib döyüblər. Milis tez aradan çıxardı. Camaat yerinə qayıtdı.

21.00. Meydanda 90-100 min adam qalmışdır. Sol tribunaların yuxarısında – ucadan danışanlar olan yerdə çoxlu uşaq toplaşmışdır. Gördüm ki, onlar elektrik cihazlarını qurdalayır. Camaatı yara-yara qabağa keçdim. Hay-küy sakitləşəndə qışqırıb dedim ki, aşağı düşün, sizi cərəyan vurar. Sağ olsunlar, düşdülər. Ancaq gördüm ki, soldakı 1-inci tribunada çoxlu təsadüfi adam var, onlara dirijorluğu isə yerdə duran iki sərxoş oğlan edir. Əlbəttə, belə yerdə heç kəsə bir söz demək, əl vurmaq mümkün deyil - heç nədən xəbəri olmayan kütlə o saat ora cumur. Baş tribunanın qarşısında böyükraq bir dairə düzəltmişlər. Burada aclıq elan edən tələbələr oturmuşdur. Camaat hamısı böyük dəstələr halında toplaşmışdır. Bir dəstədə birisi Qarabağa aid şerlərini oxuyur, başqa dəstədə biri tütəkdə Qarabağa dair havaları gözəl təranələrlə çalır. Vaxtlı - vaxtında çörək, yemək paylayırlar. Tonqal ətrafında xorla oxunan mahnıdan:

Biri: Qarabağ

Xor: Vətənimdir.

Biri: Azəri

Xor: Millətimdir.

Biri: Erməni

Xor: Eşşəyimdir.

Baş tribunadan mikrofonu tamam götürdülər. Hökumət evinin sol tərəfində divara yapışdırılan sənədlər:

“Biz tələb edirik:

1) Azərbaycan Ali Soveti bizim indiki mitinqimizə icazə verib onu qanuniləşdirsin və dövlətimizin banisi V.İ.Leninin adını daşıyan bu meydanı xalqımızın iradə və arzularını bildirmək üçün daimi yer elan etsin.

2) Ali Sovet xalqın istəklərini eşidib hökumətə çatdırmaq üçün daimi nümayəndə təyin etsin. Bu tələblərin tərəfdarları, dəftərə imza atın!”.

Divar yazıları:

“Heç bir vicdanlı azəri erməni satıcısına, ustasına bir qəpik də artıq pul verməsin!” 

«TÜRK, MÜSAVAT, İSLAM»… (8).



Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin