Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə170/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   166   167   168   169   170   171   172   173   ...   201
Ramiz Duyğun
18.23. Aliyə Təhmasib: Neçə gündür bu meydan hünər meydanına, qəhrəmanlıq meydanına çevrilib. Sizin yorğun ayaqlarınıza bütün qadınlarımız adından əhsən deyirəm, min əhsən! Mən Az. SSR AS-nin bütün deputatlarını sessiya çağırmağa dəvət edirəm. İlk səsi mən verirəm! (Alqışlar). (Abşeron meyvə tingliyinin maşını ərzaqla meydana girdi).

18.25. Nemət:

- Yerdə iki qurbanlıq qoyun var. Onları kəsib gəlirəm. (Ağ qoyunu tribunadan xalqa göstərdilər, bununla kəsməyi əvəz etdilər).

18.28. Nemət (Şəhriyarın “Azərbaycan” şerini söylədi).

- Şəhriyar, Xudu Məmmədov bu günümüzü görmədilər. Onların xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Onların xatirəsini yaşatmaq üçün son damla qanımızadək vuracağımıza and içirik! (“And içirik!”).

18.32. Jurnaist Məmməd:

- Doqquz gündür ki, (əslində 8 - Ə.T.) tələblər irəlii sürülüb, ancaq heç birinə əməl olunmayıb. Ancaq məddahlar bizi aldatmaq istəyiblər. Mən tələb edirəm ki, nümayiş komitəsi yaradılsın. Bizi aldadan Süleyman Tatlıyev başda olmaqla Ali Sovet, Həsən Seyidov başda olmaqla Azərbaycan hökuməti buraxılsın. (Alqışlar).

18.36. Nemət:

- Şad xəbər: Neftayırma zavodu da işi dayandırıb, “Ozon” zavodu da.

18.39. Səfər Alışarlı rus əsgərlərinə rusca müraciət etmək istədi, camaat qoymadı. Sonra nümayiş komitəsi üzvlərinin siyahısını oxudu. Dedi ki, axşam saat 8-də 26-lar bağının yanına toplaşsınlar.

18.42. Mikrafon kəsildi, tez də bərpa edildi. Abid Tahirov danışmaq istəyir.

18.45. Nemət:

- Elan: əlində diplomat olan ermənilər var aramızda. Onları tutub bura gətirin (birini tutdular). Gətirin, ancaq vurmayın. Tam sakitliklə. Azəri qeyrəti olan ona əl vurmasın. (Camaat arasına basabas düşdü. Sonra məlum oldu ki, azərbaycanlıdır - Fuad).

19.00. Nemətin xahişi ilə Səfər Alışarlı əsgərlərə rusca müraciət etdi: Biz sosializmə qarşımübarizə aparmırıq. Biz ordumuzun düşmənləri deyilik. Biz dostluq, qardaşlıq uğrunda çalışırıq. Biz suverenlik uğrunda mübarizə aparırıq. Əgər kimsə sizi təhqir etsə xahiş edirik ki, bizə deyin, eləyənlərin cəzasını özümüz verəcəyik. Siz də camaata qarşı nəzakətli olun.

19.06. Sumqayıtlı birisi:

- Sumqayıt zəhmətkeşləri bütün bu günlərdə sizinlədir. (“Sum - qa - yıt!”, sürəkli).(Xalqı birliyə çağırdı).

19.15. Nemət:

- General bizə deyib ki, xalqa rusca və azərbaycanca müraciət edin. Xalq and içsə biz qoşunu çıxaracağıq. İndi o bura gəlsin, biz and içək ki, şəhərdə heç bir şuluqluq olmayacaq. Bundan sonra kim əmr etsə də onlar qoşunu şəhərdə saxlamayacaqlar. (Sürəkli alqışlar).

19.22. İmam Mustafayev (“Qayğı” cəmiyyəti):

- Mən çox həyəcan keçirirəm, ona görə də ola bilsin ki, sərrast danışa bilməyim. Sizin hərəkatınız göstərir ki, Azərbaycan xalqı öz taleyini özü həll edə bilər. Rəhbər öz xalqından ayrıla bilməz. 8 gündür xalq yığışb, gəlib sizə cavab verməli idilər. Mən sizin bütün təkliflərinizlə razıyam. Azərbaycan mətbuatı, radiosu, televiziyası, Moskva televiziyası xəbər verməlidir sizin tələblərinizi. Mənə inanırsınızsa nümayəndələrinizi verin, gedək, hökumət qarşısında tələbləri qoyaq. (Fit. “Öldü var, döndü yox!”).

19.35. Sabir Rüstəmxanlı:

- Çox böyük tarixi günlərdir. Biz tarix boyu belə milli birlik görməmişik. Neçə gündür ki, bura Azərbaycanın hər yerindən, hər guşəsindən məktublar, teleqramlar gəlir. Buradadır onlar. Yolda qoyulan sədləri qırıb bizim hərəkatımıza qoşulur, bizə kömək edirlər. Eşq olsun birliyimizə! Mən dünən özümü geri çəkilməyə məcbur olan ordunun sərkərdəsi kimi hiss etdim. Bu acizliyimi boynuma alıram. Mən sonra teleqramları oxudum. Onları göz yaşları axıtmadan oxumaq mümkün deyildi. Siz bilirsiniz ki, bura yığışmaqla nə qədər böyük iş görürsünüz?. Bizə vurulan teleqramların, məktubların hamısı Azərbaycan dilindədir. Bütün Azərbaycan bu gün birdir, yumruq kimidir. Bu birliyi qoruyub saxlamalıyıq. Bu meydanda 1000 nəfər də, 100 nəfər də qalsa kənar adamları özünə çəkə bilər. Ona görə xahiş edirik ki, meydanda mümkün qədər az adam qalsın, daha mətin adamlar qalsın. Düşməndən də öyrənmək gərəkdir. Görün qonşularımız nə yazır. Bu birlik, bu möhkəmlik düşmənlərimizi sarsıdıb. Görün nə deyirlər öz mitinqlərində: Moskva həmişə azərbaycanlıların əli ilə erməniləri aradan götürmək istəyir. Bizim mitinq Azərbaycandakı kimi deyil - onlar dəlilik dərəcəsindədirlər. Biz də dəli olsaq, Qarabağı itirə bilərik (guya tapıblar ki, itirsinlər). Gəlin bütün çıxışlara diqqətlə qulaq asaq. Gəlin bu günləri açıq alınla başa vuraq. Nəsə bir iş olsa bu günlərin heç bir qəhrəmanı olmayacaq. Hamımız da tarix qarşısında üzüqara qalacağıq. Teatr meydanındakı mitinqlərində bütün erməni oğrularına müraciət ediblər ki, bu gün heç kəs oğurluq etməyəcək. (Gülüşmə). Biz dünən danışdıq ki, buradan gedənlər işləməsin. Ancaq bu gün bir çox müəssisələrdə oldum, gördüm işləyirlər. Tətil hələ davam edir. Biz özümüz iş vaxtını deyəcəyik. Bir neçə dəqiqədən sonra Bakı şəhərinin komendatı Tyaqunov yoldaş radio şəbəkəsi ilə sizə müraciət edəcək. Xahiş edirik qulaq asasınız.

Radioda. General-polkovnik Tyaqunovun xalqa azərbaycanca müraciəti:

- Bəzi adamlar ictimai nəqliyyata mane olur. Bakı şəhərinin sakinləri müraciət edib təhlükəsizliyin təmin edilməsini xahiş ediblər. (Sonra xüsusi vəziyyətin tələblərini dedi). Bu tədbir məcburiyyət üzündən qəbul edilib.

19.58. Sabir Rüstəmxanlı:

- Bu müraciət bizim Ali Sovetin sədrinin xalqa müraciətindən çox mədəni, səmimidir. Bizimkinin elə ilk cümləsindən deyilir ki, guya bura xuliqanlar toplaşıb. Heç bizim ali məqsədlərimizdən bircə kəlmə də deyilməyib. Camaatımız bu dəqiqədən başlayaraq sakit-sakit dağılışsın. İş yerlərində olanda da kütləvi şəkildə Moskvaya teleqramlar vurun, qətnamələr göndərin ki, Moskva niyə göz yumur, iki xalqın vuruşmasına şərait yaradır!

20.01.Nemət:

- Ağayev Novruz Kubinkadandır, arvadı çağırır ki, evə gəlsin. Sonra xalqa müraciət etdi:

1) Eşq olsun bu birliyə!

2) Eşq olsun bizimlə birgə olan qeyrətli milis işçilərinə! (Sürəkli alqışlar).

3) Camaatdan xahiş edirəm ki, evdən çıxanda sənəd götürün. Yorğunları, gecə-gündüz burada qalanları əvəz edək. Əsas kütlə burada qalmalıdır.

20.07. Camaat yavaş-yavaş dağılışmağa başladı. Qubadan gələn maşın meydandadır. “Qubalılar sizinlədir”.

20.10. Nemət Tofiq Fikrətin “Millət şərqisi” ilə mitinqi bağlayacağını söylədi və şeri dedi. Yaşasın Azərb
Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin