Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə168/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   164   165   166   167   168   169   170   171   ...   201
Əhmədiyyə Cəbrayılov
15.05. Nemət səkiyə çıxıb dedi ki, dünya tarixində ilk dəfə olaraq 8 gecə-gündüz nümayiş keçiririk. Bu birliyi, mütəşəkkilliyi qorumağa and içirik! (“And içirik!”). Telestudiyanın əməkdaşları çəkirlər.

132 No-li məktəbin direktoru Aliyə Təhmasib MK-nın qarşısından gələn camaatın üstünə tank yeriyəndə (onların qarşısını almaq üçün) özünü atıb tankın qabağına. İki körpə qız və bir oğlan da belə edib, tanklar yoldan çıxıb, onları buraxıb.

Aliyə Təhmasib
Əhməd Əhmədovun atası Mirimani də tribunada idi. Deyirdi ki, bizi məhkəməyə buraxmırdılar. Moskvadan bu gün gəlmişəm.

15.36. Nemət:

- Şuşadan gəlib Topxana meşəsinin vəziyyəti haqqında televiziyada məlumat verən oğlan da buradadır.

16.06. Tez-tez ürəyi keçənlər olur. Ona görə də Nemət camaatdan xahiş etdi ki, qabaqda çox sıxlıq olduğundan hamı dənizə doğru beş addım çəkilsin. Camaat çəkildi. Nemət bərk yorğundur. Elə tribunanın beton pilləkanın üstündə uzanıb yatdı. Uzanan kimi də yuxuladı. Üstünü örtdülər, altına palto saldılar. Kino operatoru fürsəti buraxmayıb şəklini çəkdi.

Meydanda camaata mer-meyvə, ərzaq paylayan üç maşın gəzir, ikisi İsmayıllı rayonundandır. PAZ avtobusunun qarşısına “İsmayıllı rayonu”, “QAZ-51” markalı maşının üstünə isə “İsmayıllı sovqatını qəbul edin” yazılmışdır. Maşınlardan savayı, qutular da düşürürlər. Deməli, təşəbbüs idarənin yox, ayrı-ayrı adamlarındır. İsmayıllının Topçu kəndindən olan Şükür Rəhimov da meydandadır. Sovqatı gətirənlərdəndir. Görüşüb söhbətləşdik. Dünən Tonqallar meydanı mehmanxanadan-mehmanxanaya və tribunadan bulvaradək dolmuşdu (1 milyondan çox adam).

Sumqayıt “cani”si Yavər Cəfərovun (əsli Cəlilabaddandır) anası Elmira xanım da buradadır. 17 yaşında uşaq guya 7 nəfəri öldürüb. Ananın dediyinə görə, Sumqayıt müstəntiqləri Dəmirov, Arif  Babayev, Yaşar Məmmədov Əhməd Əhmədovu döyüb üç qabırğasını sındırıblar. Onun oğlunu toka veriblər. İlham İsmayılovun (3-üncü “cani”) isə əlini qazda yandırıblar. Onların dırnaqlarını çıxarıblar. Döyüblər ki, bir-birinin üzünə dursunlar.

16.25. “Və-zir-yan!”, “mik-ro-fon!” (aramsız). Bir milis işçisi söyür: “Oğraşlar bir mikrofon nədir ki, onu vermirlər,”.

16.31. Nemət (A.S.Puşkin)”.

Şüarlar:

“Stepanakert televiziyasının verilişləri məcburi dayandırılıb”.

Xor: 

“Domsovetdə yatdılar, 

Qarabağı satdılar”(geniş yayılan mahnılardan).

Dəvəçidən gələn ərzaq maşınını Saray postunda saxlayıb buraxmırlar. Oğlan xahiş etdi ki, bu xəbəri Nemətə çatdırın. Ali Sovetin qərarı ilə işığı meydanda kəsiblər. Mikrofon da vermirlər. Gədəbəydən gələn beş maşın kartofu da saxlayıblar. Görünür, bu hal başqa rayonlarda da olub. İstəmirlər ki, hərəkat geniş yayılsın.

16.45. Mikrofon gətirdilər.

16.46. Nemət çıxıb sakitliyə çağırdı:

- Mən xalqımın bu qüdrəti qarşısında diz çökürəm! (Nemət hər dəfə əlini yuxarı qaldıranda sağ qolunun altında pencəyinin söküyü görünür).

16.50. Şəkili Əhmədiyyə Cəbrayılov (Fransanın milli qəhrəmanı):

- Baş əyir sizə, sağ ol deyirəm. Mən faşistlərə qarşı vuruşmuşam. (Sonra özünün döyüş yolundan danışdı). Bu gün mən də məyusam. Əgər biz dava-şava istəyiriksə, onu burada yox, Stepanakertdə edərik. Biz torpağımızı tələb edirik. Ancaq bu gün tanklar bizi mühasirə edib. Balalarımız niyə bizə qarşı durub? İmperialist ölkələrdən burnunu ölkəmizə soxan daşnaklar yox edilsin! Muxtariyyət ləğv edilsin! Biz erməni xalqı ilə dost olmaq, qardaş olmaq istəyirik. (Fit). Təmkinlə, vüqarla iş görmək gərəkdir. Sizə can sağlığı arzulayıram. (Alqışlar).

17.03. Nemət:

- Ey Azərbaycan xalqının qəhrəmanları! Mən sizə yanımda duran qəhrəmanı təqdim edirəm. O, təvazökarlıq edib özü haqqında heç nə demədi. Biz Əhmədiyyə Cəbrayılovla fəxr etməliyik. Vətənin çiyninə yük olanlara ar olsun! Vətəni çiynində aparanlara eşq olsun! Eşq olsun rayonlarımızdan bura piyada gələnlərə! Mənə məktublar gəlir. Deyirlər ki, lazım gəlsə kolxozun mal-heyvanını kəsib burada paylayacağıq. Burada şerə, aktyora ehtiyac yoxdur. Burada siyasi vuruşdur. Onlar xalqa bu gün kömək etmək istəyirlərsə işimizə mane olmasınlar, yayındırmasınlar 4 təklifimizdən (DQMV ləğv edilsin; vəziyyət düzəlməyincə Ermənistanla iqtisadi əlaqələr kəsilsin; Sumqayıt məhkəməsi Sumqayıta qaytarılsın; Əhmədovun ölüm hökmü ləğv edilsin).

Biz suveren dövlətik. Lenin indi sağ olsaydı tüpürərdi indiki dövlət başçılarının üzünə! O, xalqın içində olardı. Ar olsun belə diktatorlara, rəhbərlərə! (“Ar olsun!”). Xalq heç vaxt qılıncla qələbə əldə edə bilməz. Təyin olunmuş depu-tatlar, təyin edilmiş rəhbərlər bizə gərək deyil. 8 gündür Azərbaycan xalqı öz rəhbərlərini görmək istəyir. Mən onları yenidən xalqla görüşə çağırıram. Gəlməsələr istefa verməlidirlər, xalq onları yenidən seçməlidir. (Sürəkli alqışlar.“Və-zir-yan!”, “is-te-fa!”. sürəkli). İndiyədək xalqı dostluğa, qardaşlığa çağırırıq. Doğrudan da qardaşlıqdırsa Vyetnamın dərdini çəkirik, ancaq Təbrizlə əlaqəmiz yoxdur, orada tökülən qanlardan xəbərimiz yoxdur. And içirik ki, xalqın bütün tələblərini həyata keçirməyincə, MK xalqla birləşməyincə burada dayanacağıq. Yenə qulaq asmasalar qoy xalqı versinlər tankın altına. Generallara üz tutub deyirəm: xahiş edirəm bizim torpaqdan çıxsınlar. Tankla xalqın üstünə çıxmasınlar. Biz heç artıq hərəkətə yol verməyəcəyik. Biz suverenlik uğrunda mübarizə aparırıq. Mən sizsiz heç nəyəm. Bu gün hər bir azərbaycanlını müdafiə edəcəyik. Məktublar gəlir ki, filan raykom bizi tətilə buraxmır. Buradakıların qarşısı tankla kəsilib. Biz qeyrəti olanları çağırırıq. Heç kəsi zorla gətirməyə ehtiyac yoxdur. Gec-tez neft zavodları da bizə qoşulacaq. Onlarda Vətən qeyrəti yoxdursa yaylıq bağlasınlar başlarına. Kimin imkanı varsa burada çoxlu çadır qursunlar ki, gecələr oturaq. Tələblərimiz ödənilməyincə buradan getməyəcəyik. Biz yenə tələb edirik ki, Ali Sovet ya tələblərimizi yerinə yetirsin, ya da kişi kimi desin ki, bacarmırıq, istefa versinlər. (“İstefa!”). Bütün qazax xalqı bizimlədir. Ayın 26-sında Amerikada yaşayan azərbaycanlılar bizimlə həmrəylik nümayişi keçirəcəklər. Öldü var, döndü yox! (Kütlə coşğunluqla təkrarlayır). Eşq olsun aclıq elan edənlərə!

17.30. Bütün meydan: “Və-zir-yan!”.

17.31. Moskvadan teleqram gəlib ki, Moskvada hərəkatımız haqqında heç nə bilmirlər. Niyə xalqımızın səsini gizləyirlər? Ar olsun onlara!

17.32. Ağamalı Sadiq:

- Yaranmış siyasi şərait göstərir ki, Azərbaycan milli hərəkatı qələbə ərəfəsindədir. Bir çox xalq şairlərimiz, yazıçılarımız, saray məddahı burada yoxdur. Siz sakit olsanız rus ordusu sizə atəş açmayacaq. Siz təcavüzə keçmək istəsəniz bütün Azərbaycan xalqına qarşı xəyanət etmiş olarsınız. Xalq tələb edir ki, Ali Sovet təcili növbədənkənar sessiya çağırıb DQMV-ni ləğv etsin. Yoxsa istefa versin... (“Tə-til!”).

17.41. Aclıq elan edən Fəraməz:

- Biz çox böyük qələbə çaldıq, çünki yerli hökumətin razılığı ilə üstümüzə göndərilən tanklardan qorxub qaçmadıq. DQ haqqında Sov. İKP və SSRİ AS RH-nin bu ilki qərarı geri götürülməlidir. (DQ-la Nax. MSSR-i müqayisə etdi, başqa faktlar gətirdi). Bizim üstümüzə qoşun göndərilib. Deməli, partiya və dövlətimiz xalqı saymır, onu başa düşmür. Mən tələb edirəm ki, ali orqanlarımız istefa versin. Biz Nemətin, Xəlil Rzanın və b. ardınca getməliyik. Biz demişdik ki, işğalçı qoşunlar Bakıdan çıxsa aclığı dayandırarıq. Ancaq hökumət bizi eşitmədi. Ona görə də aclığı dayandırmırıq. Biz məqsədimizə çatacağıq. Əzilmişik, əyilmişik. Ancaq səbrlə, təmkinlə. Şəxsən mən meydanı tərk etməyin əleyhinəyəm. Getsək, bura tutulacaq, satqınların təhriki ilə camaat işə çıxarılacaq, hərəkatımız pozulacaq. Vahid Azərbaycan millətinə eşq olsun! (Sürəkli, gurultulu alqışlar).

(“Öldü var, döndü yox!”).

19.55. Nizami Ş. dedi ki, mətbəədə erməni şriftlərini tökdülər zibil qabına.

19.55. Birisi:

- Xahiş edirəm Xudu Məmmədovun ruhu qarşısında diz çökək. (Oturdular). Neməti tək qoymaq olmaz.

19.00. Cümşüd Nuruyev. Azərbaycan SSR AS RH-nə müraciəti oxudu: Xahiş olunur ki, növbədənkənar sessiya çağırıb DQMV-nin ləğvi haqqında qərar qəbul etsinlər. 150 deputatın imzası olmazsa sessiya çağırıla bilməz, ona görə də aranızda deputat varsa xahiş edirəm tribunaya çıxıb imza etsin.


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin