Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə165/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   161   162   163   164   165   166   167   168   ...   201
Rus ordusu Meydanı əhatəyə alıb
Meydanın yarısı çıxıb getdi. Yarısı isə qaldı. Yenə də Məhəmməd Hatəminin başçılıq etdiyi Xalq Hərəkatı Cəbhəsinin «qızılbaş»ları öz sözün dedilər, meydanı dağılmağa qoymadılar.

Bəli, meydanı dağılmağa, rus ordusunun meydana hakim olmasına biz – qızılbaşlar imkan vermədik. Əks təqdirdə 23 noyabr fasiləsiz mitinqin son günü olacaqdı. Məhəmməd Hatəminin yazdıqlarından belə görünür ki, orduya meydanı işğal etmək əmri hələ verilməmişdi:

“Qoşun meydanı əhatə edəndən bir az sonra respublika komissarı general Ə. Qasımov meydanda göründü. Görüşüb ikilikdə söhbət etdik. Məni arxayın etdi ki, qoşundan meydana xəta gəlməyəcək. (Ə. Qasımovun dediyindən apaydın görünür ki, qoşun Nemətin meydanı dağıda bilməsinə səbəb, amil, kənardan yardımçı olmaq məqsədilə buraya göndərilmişdir, başqa niyyətlə yox). O belə deməsə idi, həmin gün meydanın dağılmasına bəlkə mən də tərəfdar olacaq, hazırda və gələcəkdə Azərbaycandakı siyasi olayların gedişi, istiqaməti, milli mücadiləmizin taleyi, olsun ki, başqa şəkil alacaqdı” (1).

Nemət Pənahlının aşağıdakı fikri də mövzumuz baxımından çox maraqlıdır: «Nümayişi dağıtmaq, meydandan getmək üçün mənə edilən təkliflər nəticəsiz qalsa da, görürdüm ki, silahdaşlarımın əksəriyyəti sınıblar, əyiliblər. Onların bir-bir meydanı tərk etməsi, qalmaqda məna görmədiklərini bəyan etmələri, meydanı istər-istəməz, az da olsa, seyrəldirdi. Kim bilir, Sabir Rüstəmxanlının ardınca neçə min adam meydanı tərk elədi?

Vəziyyət o yerə gəlib çıxdı ki, meydanda xalqın qulaq asdığı iki adam qaldı: mən və məndən də radikal mövqe tutan Hatəmi» (2, s. 170).
Qaynaqça


  1. Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz.,18 sentyabr 1993.

  2. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  3. “Press Fakt” qəzeti, 17-23 yanvar 1997, No-02 (111).

  4. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).



Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin