6. Büro üzvləri öz aralarında:
a) bir il müddətinə birliyin sədrini və
b) eyni müddətə birliyin iki nəfərdən ibarət sözçüsünü təyin edir. Sözçülər dövlət idarələrində, radio-televiziya və başqa kütləvi mətbuat orqanlarında birliyin səlahiyyətli nümayəndəsidirlər.
7. Birliyin məramnamə və nizamnaməsi birliyin ümumi yığıncağında təsdiq edildikdən sonra qüvvəyə minir və iki nüsxədə çap edilərək Mədəniyyət İşçiləri Evinin müdirinə təqdim olunur.
«Çənlibel»in emblemi
O. Reşetnikov haqlı olaraq yazır ki, 1986-1987-ci illərdə qeyri-formal birliklər SSRİ-də azadlıq hərəkatının lokomotivinə çevrilmişdilər (8, s. 27). Bu sözləri tam mənasıyla «Çənlibel» təşkilatına da aid etmək olar. «Çənlibel»in ölkədə baş qaldıran Milli Hərəkatın lokomotivinə çevrilməsində M. H. Tantəkinin müstəsna xidməti olmuşdur. O bu prosesin necə baş verdiyini «Acı həqiqətlər»də belə təsvir edir:
«Dövlət Çənlibelin şişərək böyüməsindən rahatsız olmaya bilməzdi. Çənlibelçilər hər yerdə "şovinist", "antisovet", "yenidənqurmanın əleyhdarları", sonralar "ekstremist" adlandırılmağa başlandılar. Gənclərin Çənlibelə gəlməsini və çənlibelçilərin yerlərdə kütlələrlə görüşlər keçirtməsini önləmək üçün, Akademiya sisteminə, partiya, icraiyyə orqanlarına gizli göstərişlər verildi. Məşğələləri pozmaqdan ötrü yığıncaq günü Azərnəşrin qapısına qıfıl vurulur, zalın işıqları birdən söndürülür, məruzəçi Bakıdan uzaqlaşdırılırdı və s. Bunları qabaqcadan duyaraq, mən də əks tədbirlər hazırlayır, məşğələlərin pozulmasının qarşısını alırdım. Misal olaraq göstərim ki, zalın işıqları qəflətən söndürülən zaman, cavanlara qabaqcadan aldırıb qoydurduğum şamlar çıxarılaraq yandırılırdı. Yaxud məruzəçi aradan çıxarılanda, yerinə ehtiyatda saxladığımız başqa məruzə qoyurduq. Obrazlı desək, dövlətlə Çənlibel bu məsələdə sehrli şəkildə çeşidli cildlərə girərək bir-birinə qarşı mübarizə aparan nağıllardakı şər dərvişlə ağıllı şagirdinə bənzəyirdilər. Şagirdinə yenilən dərviş kimi, çənlibelçilərə hər dəfə udu-zan dövlət, məşğələlərdə qarşımıza özünün dəstə-dəstə provokator, təxribatçı ziyalı əlaltılarını yeritməyə başladı. Biz məntiqi güclü, haqdan gələn səs, sel idik deyin, onları çör-çöp kimi qabağımızdan silib-süpürüb kənara tullayırdıq…
Çənlibel Azərbaycanı o qədər güclü etkiləmişdi ki, Bakıda, rayon bölgələrində, Naxçıvan Muxtar Respublikasında saysız-hesabsız birliklər, cəmiyyətlər, dərnəklər yaranıb xalqçı, milliyətçi istiqamət aldılar.Aldadıcı yenidənqurma, aşkarlıq, demokratiya si-yasətinin astarı üzə çıxmasın deyə, dövlət, başda Çənlibel olmaqla, nə onları susdura, nə qabağında dura bilirdi. Çarə yalnız və yalnız onları ideoloji yöndən tərksilah edib zərərsizləşdirməyə qalmışdı. Dövlətin icazəli bəzi ədəbi "qəhrəmanları", ardınca dövlət adamları özləri həmişə göründükləri radio-televiziyada, dövrü mətbuatda peyda olub, çənlibelçilərin rolunda çıxış etməyə başladılar. Çənlibelin balaca bir zalında bizim qaldırdığımız problemləri onlar radio-televiziya, kütləvi mətbuat vasi-təsilə bütün Azərbaycan miqyasında qaldıraraq, xalqın həqiqi sevimlisinə, qəhrəmanına çevrilirdilər. Bununla da yaxın və uzaq mənzildə xalqın azadlıq mücadiləsini önləmək, boğmaq üçün milli fəaliyyətin öndərliyini əli-mizdən alıb başına keçirdilər. Bəs necə oldu ki, bu adamlar, ümumiyyətlə Azərbaycan ziyalısı 1988-ci ilin meydan mitinqlərində xalq tərəfindən tribunada fitləndilər? Bu, bambaşqa bir məsələdir, bu haqda irəlidə danışı-lacaqdır, hələlik qayıdaq Çənlibel Təşkilatının fəaliyyəti üzərinə.
Dövlətin Çənlibeli ideoloji yöndən tərksilaha girişməsi ilə biz sıradan çıxmadıq, amma çox zəiflədik. Qanımızın arasına Dağlıq Qarabağ olayı girdi. Bakı Şəhər Daxili İşlər İdarəsinin rəisi milis polkovniki Fətulla Hüseynov öz kabinetində bir dəfə bu haqda mənə dedi: "Sizə Dağlıq Qarabağ məsələsi kömək etdi". Dağlıq Qarabağ olayı Çənlibeli düşdüyü ağır durumdan xilas etməklə yanaşı, onun açıq siyasi təşkilata çevrilməsinə nədən oldu. "Sən dövləti aldadıb ədəbi bir cəmiyyəti siyasi təşkilata çevirmisən". Moskvada Lefortov həbsxanasında mənə deyilən bu sözlər DTK əməkdaşı polkovnik Qubinskinindir. Mən icraçı idim, olduğda bu işi həyat özü ortaya çıxarmışdı.
Dostları ilə paylaş: |