Əlyazması hüququnda mustafayev ramil piRŞAH


 Yabanı halda yetişən təbii boyaq bitkilərinin əhəmiyyəti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix18.05.2020
ölçüsü0,97 Mb.
#31338
1   2   3   4   5   6   7   8
MUSTAFAYEV-RAM-L-P-R-AH


1.3. Yabanı halda yetişən təbii boyaq bitkilərinin əhəmiyyəti  

və qida sənayesində tətbiqi 

Təbiətdə  yabanı  halda  bitən  boyaq  bitkiləri  həm  biokimyəvi  tərkib 

göstəricilərinə  görə,  həm  də  insan  orqanizmi  üçün  əhəmiyyətli  və  təhlükəsiz 

olması,  yəni  ekoloji  cəhətdən  təmiz  olması  nöqteyi  –  nəzərindən  mədəni,  yəni  

becərilən  boyaq  bitkilərindən  və  həm  də  süni  sintez  yolu  ilə  alınan  boyaq 

maddələrindənfərqli  olaraq,  böyük  tibbi  və  ekoloji  əhəmiyyət  kəsb edirlər. Qeyd 

etmək  lazımdır  ki,  bu  bitki  növlərinin  böyük  əksəriyyətinin  təbii  ehtiyatları 

təbiətdə  tədricən  azalmaq  üzrədir.  Bu  fikir  adı  çəkilən  bitki  növlərinin 

bəzilərinin  odun  kimi,  bəzilərinin  isə  tikinti  materialı  kimi  istifadə  olunması  ilə 

şərtləndirilir.   

Təbiətdə  yabanı  halda  bitən  boyaq  bitkilərisayca  çoxluq  təşkil  edir  və  bu 

boyaq  bitkilərindən  istehsal  edilən  müxtəlif  çeşidli  və  müxtəlif  rəngli  boyaq 

maddələrinin  özləri  də  kimyəvi  tərkib  göstəricilərinə  görə  bir  –  birindən  kifayət 

qədər fərqlənirlər.   



 

Tarixən  boyaq  bitkilərindən  istehsal  olunan  boyaq  maddələri  ən  çox  xalq 

təsərrüfatının  müxtəlif  yüngül  sənaye  sahələrində  geniş  istifadə  edilmişdir.  Bu 

bitkilər  içərisində  elələri  mövcuddur  ki,  onların  tərkibinə  daxil  olan  boyaq 

maddələri,  bu  maddələrin  tərkibində  mövcud  olan  zərərli  komponentlərin 

miqdar  çoxluğuna  görə  qida  məqsədləri  ilə  istifadə  edilmək  üçün  yararsız 

sayılırlar.  

Lakin  itburnu  (dərgil),  zirinc,  şirin  biyan,  yemişan,  dazıoyu,  nar,  tut, 

çaytikanı,  gicitkən,  qara  qarağat  və  bu  kimi  bir  çox  digər  boyaq  bitkilərindən 

alınan  boyaq  maddələrinin  tərkibində  insan  orqanizminə  mənfi  tsir  göstərə 

biləcək  komponentlər yoxdur.  

Buna  görə  də  bu  bitki  xammallarından  istehsal  edilmiş  boyaq 

maddələrindən  qida  sənayesinin  bir  çox  sahələrində,  o  cümlədən,  müxtəlif çeşid 

və  növlərdə  olan  konserv  məhsulları  istehsalında,  çörəkbişirmə  sənayesində, 

kolbasa  və  qənnadı  məmulatları  istehsalında,  müxtəlif  alkoqolsuz  içkilərin 

hazırlanmasında,  qida  konsentratları  istehsalında  və  digər  sahələrdə  geniş 

istifadə  olunur.  

Adı  çəkilən  bu  yabanı  bitkilərdən  alınmış  təbii  boyaq  maddələrinin  ən 

geniş  istifadə  olunduğu  qida  sənayesi  sahəsi  –  unlu  və  şəkərli  qənnadı 

məmulatları  istehsalı  sahəsidir.  Bu  boyaq  maddələrinin  üstün  cəhəti  ondan 

ibarətdir  ki,  qənnadı  məmulatları  ilə  reaksiyaya  girdikdə  heç  bir  zəhərli  və  ya 

zərərli  komponent,  yaxud  da  hazır  məmulatın  keyfiyyət  göstəricilərindən  hər 

hansı birinin  pisləşməsi baş vermir.  

Əksinə,  ekoloji  cəhətdən  təmiz  olan  təbii  boyaq  maddələri  ilə  işlənmiş 

həm  unlu  və  həm  də  şəkərli  qənnadı  məmulatlarının  keyfiyyət  göstəriciləri 

yüksək  olmaqla yanaşı, xarici görünüşü və orqanoleptiki (sensor) göstəriciləri də 

standartda  nəzərdə  tutulan  göstəricilərə  uyğun  gəlir.  Onu  da  qeyd  etmək 

lazımdır  ki,  belə  qida  məhsullarında  rəng  parlaq  olmaqla  yanaşı,  həm  də  daha 

uzun müddət ərzində öz parlaqlığını qoruyur.  

Əsasən  də  yemişan,  itburnu,  zirinc,  bitkilərindən  alınan  boyaq 

maddələrinin  tərkibində  təbii  aromatlaşdırıcı  birləşmələrin  olması,  qənnadı 

məmulatlarının  dad keyfiyyətlərinin  daha da yüksəlməsinə  səbəb olur.  



 

 

 



Yemişan  giləmeyvələrindən  alınan  təbii  boyaq  maddələri  ən  çox  karamel, 

mampası,  tort,  marmelad  və  bu  kimi  digər  qənnadı  məmulatlarının  istehsalında 

geniş  tətbiq  edilə  bilər.  Bundan  əlavə  müxtəlif  tonusartırıcı  içkilər  istehsalında 

da  yemişan  və  itburnu  giləmeyvələrindən  alınan  təbii  boyaq  ekstraktının  çox 

böyük əhəmiyyəti  vardır.  

Bu  məqsədlə  dünyanın  bir  sıra  ölkələrində  indiyədək  bir  çox  alimlər 

tərəfindən  çoxsaylı  elmi  –  tədqiqat  işləri  aparılmış,  əldə  edilən  müsbət  nəticələr 

və  istehsalat  sınaqları  vasitəsi  ilə  adı  çəkilən  problemin  kifayət  qədər  yüksək 

iqtisadi  səmərəyə  və  insanların  sağlamlığının  qorunması  baxımından  xeyli 

böyük  əhəmiyyətə  malik  olduğunu  sübut  etmişlər.  Lakin  bu  bitki  növlərindən 

alınan  boyaq  maddələrinin  qida  məhsulları  istehsalı  zamanı  istehsalatda  tətbiqi 

həyata keçirilməmiş  olaraq qalır.   

Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  yabanı  yemişan  giləmiyvələrinin 

tərkibinə  daxil  olan  təbii  boyaq  maddələri  kimyəvi  tərkib  etibarilə  mürəkkəb 

quruluşa  malik  olsalar  belə,  insan  orqanizminə  heç  bir  toksikoloji  təsir 

göstərmirlər.  Yemişan  giləmeyvələrindən  alınan  təbii  boyaq  maddəsi  tərkib 

etibarilə  zərərsiz  olduqları  üçün  qida  sənayesinin  bir  çox sahələrində tətbiq edilə 

bilər.   

Yabanı  yemişan  giləmeyvələrindən  boyaq  maddəsinin  alınması  üsulları 

müxtəlif  olsa da, hələlik  bu problem həll  olunmamış qalır.  

Keçmiş  Sovetlər İttifaqının ayrı – ayrı müttəfiq respublikalarında fəaliyyət 

göstərən  bir  sıra  elmi  –  tədqiqat  institutlarında  yemişan  bitkisinin  məhsuldar 

mədəni  sortlarının  yaradılması  sahəsində  müəyyən  elmi  –  tədqiqat  işləri  yerinə 

yetirilmiş  və  bir  çox  müsbət  elmi  nəticələr  əldə  edilmişdir  ki,  bunun  da 

sayəsində  yeni  təbabət  əhəmiyyətli  yemişan  sortları  yaradılmış  və  Rusiya 

Federasiyasının bir sıra regionlarında rayonlaşdırılmışdır.  

Qeyd  etmək  lazımdır  ki,  müstəqil  Azərbaycanımızda  bu  sahədə  hələlik 

elmi  –  tədqiqat  işləri  aparılmamışdır,  lakin bu heç də o demək deyil ki, yemişan 

xammalı  sənayemizdə    və  təbabətimizdə  istifayə  yararsızdır.  Respublikamızda 


 

indiyədək  yemişanın  yalnız  və  yalnız  təbiətdə  yabanı  halda  yetişən 

meyvələrindən  istifadə edilmişdir.   

Yemişan  giləmeyvələrinin  tərkibinə  daxil  olan  təbii  boyaq  maddələrinin 

müxtəlif  izomerləri  vardır.  Söz  yox  ki,  müxtəlif  struktur  quruluşa  malik  olmaları 

ilə  bir  –  birindən  fərqlənən  bu  izomer  birləşmələrin  rəng  vermə  qabiliyyətləri  də 

müxtəlifdir.  Qeyd  etmək  yerinə  düşər  ki,  hələ  indiyədək  yemişan  bitkisi 

meyvələrinin  bu  xassələri  heç  bir  elmi  –  tədqiqat  institutu  və  ya  mütəxəssis 

tərəfindən  öyrənilməmişdir.  Bu  məsələ  müasir  dövrdə  olduqca  böyük  elmi  və 

praktiki  maraq  doğurur,  çünki,  yemişan  giləmeyvələrinin  emalından  əldə  olunan 

təbii  boyaq  maddələrinin  (qara,  qırmızı  və  boz  rəngli)  qida sənayesinin müxtəlif 

sahələrində  (konserv  məhsulları,  unlu  və  şəkərli  qənnadı  məmulatlar,  qida 

konsentratları və s.) tətbiqi də böyük əhəmiyyət  kəsb edən bir problemdir.  

Qənnadı  məmulatları  istehsalı  ilə  məşğul  olan  sənaye  müəssisələrində 

yemişan  giləmeyvələrindən  alınan  təbii  boyaq  maddələrinin  tətbiq  olunması  həm 

ekoloji  baxımdan  və  həm  də  tibbi  nöqteyi  –  nəzərdən  əhəmiyyətli  olan  qənnadı 

məmulatlarının  istehsalına  zəmin  yaradır  ki,  bu  da  müasir  zamanda  cəmiyyəti 

maraqlandıran  ən vacib məsələlərdən  biri  hesab edilir.   

Əsas  etibarilə  tort  məmulatları  istehsalı  zamanı  müəyyən  vaxt  ərzində 

(təqribən  10  –  12  saat  ərzində)  rəngini  və  çalarını  dəyişməyən  krem  və 

pomadaların  hazırlanmasında,  karamel  istehsalında,  noğullaşdırılmış  və  səthinə 

qlazur  təbəqəsi  çəkilmiş  müxtəlif  çeşidli  qənnadı  məmulatları  istehsalında, 

karamel  və  bir  sıra  digər  qənnadı  məmulatları  istehsalında  yabanı  halda  yetişən 

yemişan  giləmeyvələrindən  alınan  müxtəlif  rəng  çalarları  ilə  fərqlənən  təbii 

boyaq maddələrinin  əhəmiyyəti  əvəzdilməzdir.   

Yabanı  halda  yetişən  itburnu,  çaytikanı,  yemişan,  başınağacı,  mərcanı 

giləmeyvələrindən  müxtəlif  çeşiddə  ,  müxtəlif  növ  alkoqolsuz  içkilər,  mors  və 

kvas istehsalında da geniş istifadə  olunur.  

Xüsusilə qeyd etmək lazımdır ki, itburnu, qara qarağat, çaytikanı, yemişan 

giləmeyvələrindən  alınan  təbii  boyaq  ekstraktları  əlavə  etməklə,  “Veçernıy 

zakat”,  “Osenniy  luç”  və  bu  kimi  digər  yüksək  keyfiyyətli  içkilər  hazırlanmış və 

xalqın istifadəsinə  verimişdir  [16].  



 

 

 



İstehsal  edilmiş  bu  qazsız  içki  növlərinin  həm  sensor  və  həm  də  fiziki  – 

kimyəvi  keyfiyyət  göstəriciləri  xeyli  yüksək  olmaqla  yanaşı,  onların  insan 

orqanizmi  üçün əhəmiyyəti  də xeyli  böyükdür.  

Yabanı  bitkilərdən  hazırlanmış  müxtəlif  kvas  növləri  ilin  bütün 

fəsillərində  orqanizmi  həm  müxtəlif  vacib  vitaminlərlə  təmin  edir  və  həm  də 

susuzluğun  qarşısını  almaq  üçün  hətta  “Pepsi  kola”,  “Koka  kola”,  “Sprait”, 

“Fresko”  və  bu  kimi  digər  içki  növlərindən  əhəmiyyətli  olub,  tibbi  nöqteyi  – 

nəzərdən də üstünlük təşkil  edir.  

Yemişan  giləmeyvələrindən  son  zamanlarda  hazırlanan  kompot  və  digər 

içki  növləri  hipertoniya,  ürək  –  damar  xəstəlikləri  zamanı  baş  verə  biləcək  ürək 

tutmaları  (spazmalar)  üçün daha əhəmiyyətli  sayılır.   

Yemişan  meyvələrinin  tərkibinə  daxil  olan  boyaq  tərkibli  birləşmələr  və 

onların  maddələr  mübadiləsi  prosesində  oynadığı  rol,  bu  birləşmələrin  tərkibə 

daxil  olan  digər  birləşmələrlə  əlaqəsi  indiyədək  tədqiqata  məruz  qoyulmamış  və 

tam öyrənilməmişdir.   

Yemişan  meyvələrindən  fərdi  təsərrüfatlarda  hazırlanan    müxtəlif 

ekstraktlar,  alkoqolsuz  içkilər,  dəmləmələr  və  nastoykalar  hazırlanmış  və  insan 

orqanizmi  üçün  yüksək  əhəmiyyətə  malik  olması  sübuta  yetirilmişdir.  İtburnu və 

yemişan  giləmeyvələrindən  təbii  boyaq  maddələrinin  alınması  və  qida 

sənayesinin  müxtəlif  sahələrində  tətbiq  edilməsi  ən  əhəmiyyətli  ekoloji 

məsələdir.   

Bu  məqsədlə  Azərbaycan  Respublikasınin  bir  sıra  müxtəlif  bölgələrində, 

xüsusilə də dağlıq və gağətəyi rayonlarında çoxlu miqdarda yabanı halda yetişən 

yemişan  bitkisi  ehtiyatları  mövcuddur.  Lakin  bu  bitki  ehtiyatları  dağınıq  və 

pərakəndə  yayılmış  olduğundan,  məhsulun  toplanması  və  tədarük  edilməsi 

işində  müəyyən  qədər  çətinliklər  mövcuddur.  Məlumdur  ki,  belə  məhsulların 

toplanması  işində  təqaüdçülər  daha  aktiv  fəaliyyət  göstərmək  imkanına  malik 

olurlar  ki,  bu  da  onların  illik  gəlirlərinin  çoxalmasına  və  iqtisadi  durumlarının 

yaxşılaşmasına zəmin  yaradır.  


 

Ümumiyyətlə,  qida  sənayesinin  müxtəlif  sahələrində  tətbiq  edilmək 

məqsədi  ilə,  tərkibi  təbii  boyaq  maddələri  ilə  kifayət  qədər  zəngin  olan  yabanı 

bitkilərin  gələcəkdə  əkilərək  təsərrüfatlar  tərəindən  mədəni  plantasiyalarda 

becərilməsi  bu  bitkilərin  meyvələrindən  təbii  boyaq  maddəsi  istehsalı  üçün 

xammal  ehtiyatlarının  çoxaldılmasına səbəb ola bilər.  

Təbiətdə  tərkibi  ekoloji  cəhətdən  təmiz  təbii  boyaq  maddələri  ilə  zəngin 

olan  yabanı  boyaq  bitkiləri  çoxdur.  Lakin  onların  əksəriyyəti  yüngül  sənayedə, 

xüsusilə  də  xalçaçılıq  sənayesində  tətbiq  edilir.  Bu  tətbiq  edilmənin  kökü 

olduqca qədim zamanlarla  bağlıdır.  

Təbiətdə  qida  məqsədli  yabanı  boyaq  bitkilərinin  xammal  ehtiyatları 

kifayət  qədər  çox  olsa  da,  bu  xammallardan  istifadə  edilməklə  sənaye 

miqyasında  boyaq  istehsalı  texnologiyası  hələlik  yaradılmamışdır  və  onun 

yaradılmasına  böyük  ehtiyac  duyulur.  Yalnız  və  yalnız  qara  kəndalaş,  itburnu, 

şirin  biyan,  qara  qarağat,  böyürtkən,  gicitkən  kimi  bəzi  boyaq  bitkilərinin 

kimyəvi  tərkib  göstəriciləri  qismən  öyrənilmiş  və  tərkibində  olan  ayrı  –  ayrı 

boyaq  maddələrinin  miqdarı  tədqiq  edilmiş,  təbabət  və  qida  sənayesindəki 

əhəmiyyəti  göstərilmişdir.  Bu  məqsədlə  elmi  –  tədqiqat işləri əsasən Azərbaycan 

Respublikası  Elmi  –  Tədqiqat  Tərəvəzçilik  İnstitutunda,  Quba  rayonun  Zərdabi 

qəsəbəsində  yerləşən  Azərbaycan  Respublikası  Bağçılıq  və  Subtropik  Bitkilər 

üzrə  Elm  –  İstehsalat  Birliyində  yerinə  yetirilmiş  və  bir  çox  müsbət  nəticələr 

əldə  olunmuşdur.  Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  bitkilərin 

meyvələrindən  müxtəlif  çalarlı  və  müxtəlif  tərkibli  ekoloji  cəhətdən  təmiz  təbii 

boyaq  maddələrinin  alınması  üçün  sənaye  miqyaslı  istehsal  texnologiyası, 

texnoloji  proseslərin  yerinə  yetirilməsi  üçün  istifadə  olunan  müxtəlif  maşın  və 

avadanlıqların modifikasiyaları  hələ indiyədək  tədqiq edilməmiş  qalır.  

Yuxarıda  göstərilənlərin  həlli  baxımından,  yabanı  halda  yetişən  bitki 

meyvələrindən  müxtəlif  çeşiddə  (konsentrat  halında,  toz  şəklində,  məcun 

halında,  sirop  şəklində)  ekoloji  cəhətdən  təmiz  olan  təbii  boyaq  maddələrinin 

istehsalı  texnologiyasının  yaradılması,  onun  sənaye  miqyasında  həyata 

keçirilməsi  və  istehsal  olunmuş  təbii  boyaq  maddələrinin  hər  hansı  birinin  qida 


 

 

 



sənayesinin  ayrı  –  ayrı  müxtəlif  sahələrində  tətbiq  edilməsinin  böyük  texnoloji, 

tibbi, iqtisadi və xalq təsərrüfatı əhəmiyyəti  vardır.  

 

1.4. Təbii boyaq maddəsi istehsalı üçün istifadə olunan yemişan 

xammalının texnoloji xarakteristikası 

 

Ekoloji  cəhətdən  sağlam  olan  və  qida  sənayesinin  müxtəlif  sahələrində 



istifadə  olunmaq  məqsədi  ilə  təbii  boyaq  maddəsi  istehsalı  üçün nəzərdə tutulan 

yemişan  xammalı  texniki  yetişkənlik  dərəcəsində  yığılmaqla  yanaşı,  həm  də 

kimyəvi  tərkib  etibarı  ilə  standart  göstəricilərlə  tənzimlənən  bir  sıra  texnoloji 

tələblərə  cavab verməlidir.     

Təbii  boyaq  istehsalı  məqsədi  ilə  yemişanın  müxtəlif  sortlarından  istifadə 

olunur.  Qeyd  etmək  lazımdır  ki,  yemişanın  mədəni  sortlarına  nisbətən  yabanı 

halda  yetişən  sortlarının  tərkibində  təbii  boyaq  maddələrinin  miqdarı  yüksək 

olur.  


Yemişan  meyvələrinin  tərkibindəki  boyaq  maddələrinin  miqdarı  ilk 

növbədə  bitkinin  yetişdiyi  regionun  torpaq  – iqlim şəraitlərindən asılıdır. Buraya 

ilk  növbədə  torpağın  strukturu,  kimyəvi  tərkib  göstəriciləri,  il  ərzində  düşən 

yağıntının  miqdarı,  il  ərzindəki  günəşli  günlərin  faiz  nisbəti  və  bu  kimi  digər 

vacib  göstəricilər  aiddir.  Çünki,  yabanı  halda  yetişən  bitkilərin  meyvələrində 

təbii  boyaq  maddələrinin  toplanması  əsasən  torpağın  kimyəvi  tərkibindən  və 

bitkinin  yarpaqlarında  baş  verən  “f  o  t  o  s  i  n  t  e  z”  prosesindən  (yəni  qeyri  – 

üzvi  maddələrdən üzvi  maddələrin  əmələ  gəlməsi)  asılıdır.  

Torpağın  tərkibində  azot,  fosfor  və  kalium  elementlərinin  miqdarının 

tələb  olunan  səviyyədən  aşağı  olması,  torpaqda  humusun  və  mikroelementlərin 

çatışmazlığı  boyaq  maddələrinin  bitkilərdə  toplanmasına  olduqca  böyük  mənfi 

təsir göstərir ki, bu da arzuolunmazdır.  

Bundan  başqa  yabanı  halda  yetişən  yemişan  meyvəsinin tərkibində boyaq 

maddələrinin  toplanmasına  ən  böyük  təsir  göstərən  amil  fotosintez  prosesi  və 

onun  intensivliyidir.  Məlumdur  ki,  fotosintez  prosesinin  sürəti  günəş  şüalarının 

intensivliyindən  asılıdır.  Əgər  il  ərzindəbu  bitkinin  yetişdiyi  coğrafi  bölgədə 



 

günəşli  günlərin  sayı  normadan  az  olarsa,  onda  buna mütənasib olaraq, yemişan 

meyvələrinin  tərkibində  təbii  boyaq  maddələrinin  toplanma  miqdarı  da  aşağı 

düşəcəkdir.  Çünki,  havanın  günəşli  olmadığı  halda  temperaturun  aşağı  olması 

labüddür  və  bu  da  bitkidə  baş  verən  fosfoplaşma  reaksiyasının  gedişinə  mənfi 

təsir göstərməklə, biosintez  (fotosintez) prosesini zəiflədir.   

Yabanı  yemişan  bitkisinin  meyvələrindən  alınan  təbii  boyaq  maddəsinin 

keyfiyyəti,  yəni  onun  rəngvermə  qabiliyyəti  və  bu  rəngin  solmadan  qalma 

davamiyyəti  ilk  növbədə  xammalın  keyfiyyətindən,  yəni  onuntexnoloji 

xarakteristikasından  asılıdır.  

Təbii  boyaq  maddələri  istehsal  etmək  məqsədi  ilə  yabanı  yemişan 

bitkisinin  iri  meyvəli  sortlarından  istifadə  olunması  məsləhət  görülür.  Bundan 

başqa  yemişan  meyvələrinin  lət  hissəsi  çəyirdəkdən  asanlıqla  ayrılmalıdır. 

Çünki,  yemişan  meyvəsi  çəyirdəyinin  tərkibində  acı  dadı  ilə  fərqlənən 

amiqdalin”  maddəsi  vardır.  Ona  görə  də  texnoloji  emal  zamanı  çalışmaq 

lazımdır  ki,  cəyirdəklər  zədələnməsin.  Əks  təqdirdə  amiqdalin  birləşməsinin 

boyaq  maddəsinin  tərkibinə  keçməsi,  bu  boyaq  maddəsindən  qida  sənayesinin 

müxtəlif  sahələrində  istifadə  edərkən  zəhərlənmə  hallarının  baş  verməsinə  səbəb 

ola bilər.   

Boyaq  maddələri  istehsal  etmək  üçün  nəzərdə  tutulan  yemişan 

meyvələrinin  lət  hissəsi  çox  olduqda,  onun  çəyirdəyi  asanlıqla  aytılır.  Boyaq 

maddəsi  istehsal  etmək  məqsədi  ilə giləmeyvələri qırmızımtıl – qara rəngdə olan 

yemişan  növü daha əhəmiyyətli  sayılır.  

Təbii  boyaq  maddəsi  istehsal  etmək  üçün yabanı halda yetişən bitkilərdən 

meyvələri  sentyabr  ayının  axırı  –  oktyabr  ayının əvvəlləri arasında olan müddət 

ərzində  tədarük etmək  məsləhət  görülür.  

Azərbaycanın Qəbələ, İsmayıllı, Qax, Oğuz, Şamaxı, Quba və Qusar kimi 

regionlarında  tərkibində  boyaq  maddələrinin  miqdarına  görə,  əsasən  də 

flavonoidlərin  nisbətən  çox  miqdarına  görə  fərqlənən  yabanı  yemişan  növləri 

vardır.  Yemişan  meyvələrinin  sarımtıl  –  çəhrayı  rəngli  növlərinin  tərkibində 

təbii  boyaq  maddələrinin  miqdarı  az  deyildir.  Qeyd  etmək  lazımdır  ki,  belə 

meyvələrdən  alınan  boyaq  maddələrinin  rəng  göstəriciləri  qara  rəngdə  olan 



 

 

 



meyvələrdən  alınan  boyaq  maddələrindən  həm  kimyəvi  tərkibinə,  və  həm  də 

boyaqın  rənginə,  çalarların  çoxluğuna  və  intensivliyinə  görə  fərqlənir.  Buna 

görə  də  yemişanın  butun  rənglərdə  olan  növləri  boyaq  maddələri  istehsalı  üçün 

yararlı hesab edilir.   

Yemişan  meyvəsi  çəyirdəyinin  tərkibində  30 – 38 % yağ mövcuddur. Acı 

dadı  ilə  fərqlənən  amiqdalin  maddəsini  tam  ayırdıqdan  sonra  alınan  yağdan 

ətriyyat  sənayesində  istifadə  etmək  mümkündür.  Həmçinin  yemişan 

meyvələrindən  boyaq  maddəsi  istehsal  edərkən  efir  yağlarını  da  ayırmaq 

mümkün  olur.  Alınan  efir  yağları  yenə  də  ətriyyat  sənayesi  üçün  qiymətli 

xammal  hesab oluna bilər.   

Yabanı  yemişan  giləmyvələri  olduqca  zəngin  kimyəvi  tərkibə  malik 

olduğundan,  onun  kimyəvi  tərkibi  hələ  də  tamamilə  tədqiq  olunmamaışdır. 

Aparılan  elmi  –  tədqiqat  işlərinin  köməyi  ilə  sübut  olunmuşdur  ki,  onun 

tərkibində  az  miqdarda  protein,  müxtəlif  üzvi  turşular,  karotin,  riboflavin  (B

2

 

vitamini,  PP  vitamini,  şəkər,  aşı  maddələri  və  alkoloidlər  də  daxildir.  Bu 



qiymətli  kimyəvi  birləşmələrin  özünəməxsus  tətbiq  sahələri  vardır.  Məsələn, 

yemişan  giləmeyvələrinin  tərkibinə  daxil  olan  alkoloidlərdən  çay  istehsalında, 

aşılayıcı maddələrdən isə gön – dəri emalında da istifadə etmək olar.  

Yemişan  giləmeyvələrinin  müalicəvi  əhəmiyyət  onların  tərkibinə  daxil 

olan  müxtəlif  vitamin  qruplarının  miqdarı  ilə  xarakterizə  olunsa  da,  onların 

texnoloji  xüsusiyyətləri  həmişə  ilk  növbədə  qeyd  olunmalıdır.  Yemişan 

giləmeyvələrindən  karotini  (provitamin  A)  texnoloji  üsullarla  da  emal  etmək 

mümkündür.  Qeyd  etmək  lazımdır  ki,  bu  üsul  da  hələlik  sənaye  miqyaslı  həlli 

yolunu  tapmamışdır.  

Təbii  boyaq  maddəsi  istehsalı  üçün  nəzərdə  tutulan  yabanı  yemişan 

xammalının   b i o m e t r i k   ölçüləri ilə yanaşı, texnoloji parametrləri də tələb 

olunan  normalara  uyğun  gəlməlidir.  Meyvənin  lət  hissəsinin  tərkibində  boyayıcı 

maddələrin  intensivliyi,  rənglərin  çalarvermə  qabiliyyəti,  boyaq  maddəsiçıxımı 

nəzərə alınmalıdır. 



 

Yabanı  halda  yetişən  yemişan  giləmeyvələrinin  orqanoleptiki  (sensor) 

keyfiyyət  göstəriciləri  standart  göstəriciyə  uyğun  olmalıdır,  belə  ki, 

giləmeyvələrin  lət  hissəsində  acı  tam  olmamalıdır.  Yemişan  meyvələrinin 

tərkibinə  qırmızı,  çəhrayı  və  sarı  rəngli  flavonoid  qlikozidləri  daxil  olduğundan, 

alınan  boyaq  maddələrindən  müxtəlif  rəng  çalarları  almaq  mümkündür.  Bu  isə 

texnoloji  cəhətdən  böyük  əhəmiyyət  kəsb  etməklə  bərabər,  müxtəlif  rənglərdə 

yeni  çaşidli  müxtəlif  unlu  və  şəkərli  qənnadı  məmulatları  istehsal  etməyə  imkan 

yaradır.  

Ekoloji  cəhətdən  təmiz boyaq maddəsi istehsal etmək üçün istifadə olunan 

yabanı  yemişan  xammalının  kimyəvi  tərkib  göstəriciləri  standart  göstəricilərə 

uyğun  gəlməlidir.  Bu  məqsədlə  emal  olunmaq  üçün  qəbul  edilmiş  xammal 

partiyası  ilk  növbədə  zavod  laboratoriyasında  orqanoleptiki,  fiziki  –  kimyəvi, 

mikrobioloji  və  texniki  –  texnoloji  analizdən  keçirilərək  xammalın  texnoloji 

xarakteristikası  müəyyən  edilir.   

Təbii  boyaq  maddələrinin  sintetik  yolla  alınan  kimyəvi  boyaq 

maddələrindən  əsas  üstün  cəhəti  ondan  ibarətdir  ki,  bu  növ  boyaq  maddələri 

kimyəvi  məqsədlər  üçün  də  istifadə  oluna  bilər,  lakin  kimyəvi  boyaq  maddələri 

yalnız  kimyəvi  məqsədlər  üçün  istifadə  olunurlar,  onların  qida  məqsədləri  ilə 

istifadəsi  arzuolunmazdır.   

  Texnoloji  xarakteristikasına  görə  də  təbii  boyaq  maddələri  kimyəvi 

sintez  yolu  ilə  alınan  boyaq  maddələrindən  kəskin  fərqlənir.  Belə  ki,  kimyəvi 

sintez  yolu  ilə  alınan  boyaq  maddələrinin  əksəriyyəti  müəyyən  istilik 

həddinədək qızdırıldıqda, onların struktur tərkibində müəyyən dəyişkənliklər baş 

verir  və  bu  da  onların  gəng  intensivliyinin  zəifləməsi  və  dayanıqlığının  azalması 

ilə  nəticələnir.       

Yabanı  yemişan  xammalının  kimyəvi  tərkibinə  daxil  olan  boyaq 

maddələri  struktur  quruluşuna,  xassələrinə,  fiziki  –  kimyəvi  parametrlərinə  və 

digər  göstəricilərinə  görə,  süni  sintez  yolu  ilə  alınmış  eyni  çalarlı  boyaq 

maddələrindən  seçilir.   

Yabanı  halda  yetişən  yemişan  giləmeyvələrindən  ekoloji  cəhətdən  təmiz 

olan  təbii  boyaq  maddəsi  almaq  üçün  yemişanın  giləmeyvələri  bəzi  xüsusi 



 

 

 



tələblərə  cavab  verməlidir.  Belə  ki,  giləmeyvələrin  kimyəvi  tərkibində  təbii 

boyaq  maddələrinin  maksimum  toplanma  səviyyəsi  müəyyən  edildikdən  sonra 

yemişan  xammalının  kütləvi  yığılmasına  icazə  verilir.  Çünki,  yetişməmiş  (kal) 

fazada  olan  yemişan  xammallarından  təbii  boyaq  maddəsinin  çıxımı  xeyli  aşağı 

olur.  

Adətən  yabanı  yemişan  giləmeyvələrinin  tərkibində  təbii  boyaq 



maddələrinin  maksimum  toplanma  səviyyəsi,  onların  texniki  yetişkənlik 

mərhələsinin  başa  çatmasından  bir  neçə  gün  (bu  hal,  təqribən  4  –  6  gün  təşkil 

edir)  sonraya  təsadüf  edir.  Bundan  başqa,  xammalın  lətinin  toxum  hissədən 

ayrılması  halı  da  bu  vaxta  təsadüf  edir  ki,  yuxarıda  qeyd  edildiyi  kimi,  bu  da 

hazır məhsulun  yüksək keyfiyyətli  olmasına xidmət göstərir.      

Ümumiyyətlə,  yabanı  halda  yetişən  yemişan  xammalından  təbii  boyaq 

maddəsi  istehsalını  sənaye  miqyasında  həyata  keçirmək  məqsədi  ilə  texnoloji 

proseslərin  ardıcıl  və  müəyyən  qaydalara  müvafiq  olaraq  yerinə  yetirilməsi 

sxemi,  indiyədək  şərh  edilməmişdir  və  buna  görədə  elmi  –  tədqiqat  işinin 

“magistr”  mövzusu  kimi  təklif  olunmuşdur.  Düzdür,  yemişan,  çaytikanı,  itburnu 

(dərgil),  şirin  bibər,  zəfəran,  qara  kəndalaş  və  bu  kimi  bir  çox  digər  yabanı 

bitkilərinkimyəvi  tərkibində  mövcud  olan  təbii  boyaq  maddələrinin  miqdarı 

tədqiq  edilərək  öyrənilmişdir,  lakin  bu  bitki  növlərindən  təbii  boyaq  maddəsinin 

istər  konsentrat  halında  və  istərsə  də  toz  halında  istehsalı  texnologiyası  hələlik 

yaradılmamış  və  istehsalata  tətbiq  edilməmişdir.  Bunlarla  yanaşı,  texnoloji 

proseslərin  yerinə  yetirilməsində  istifadə  olunacaq  avtomatlaşdırılmış, 

mexanikləşdirilmiş  kompüterləşdirilmiş  texnoloji  avadanlıqların  yaradılması  və 

yaxud  mövcud  olan  avadanlıqların  təkmilləşdirilməsi  və  müvafiq  istehsal 

prosesinə uyğunlaşdırılması məsələsi  problem olaraq qalır.  

Bu  problemlərin  kompleks  həlli  qida  sənayesinin  bir  neçə  müxtəlif 

sahəsində,  xüsusilə  də  unlu  və  şəkərli  qənnadı  məmulatları,  qida  konsentratları 

və  müxtəlif  konserv  məhsulları  (meyvə  -  giləmeyvə  şirələri)    istehsalında  böyük 

əhəmiyyət  kəsb  edən,  ekoloji  cəhətdən  təmiz  olan  qida  məhsulları  istehsal 


 

etməyə  imkan  verən  təbii  yemişan  boyaq  maddələrinin istehsalı texnologiyasının 

yaradılmasına səbəb olacaqdır.  

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin