Əlyazması hüququnda mustafayev ramil piRŞAH



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix18.05.2020
ölçüsü0,97 Mb.
#31338
1   2   3   4   5   6   7   8
MUSTAFAYEV-RAM-L-P-R-AH


 

Cədvəl 3 

 

Ekstrakt 

Quru 

maddə 


miqdarı 

(refraktometrlə,  %) 

İstehsal 

zamanı 


itki  və  tullantılar, 

1  ton  ekstrakt  istehsalı  üçün 



yemişan 

şirə-sinin 

sərf 

norması,  kq 



 

 

Yemişan 



12,5 

55,0 


9 – 10  

5200,0 


 

3.3. Maye – ekstrakt halında təbii  yemişan  boyaq maddəsinin 

vakuum  şəraitində  qurudulması rejimləri 

 

        Təbii yemişan boyağı maddəsini toz halında istehsal etmək üçün əvvəlcə o, 

maye  –  ekstrakt  vəziyyətinə  gətirilməlidir.  Yalnız  bundan  sonra  alınmış  45  –  55 

%-li  yabanı  yemişan  ekstraktı  qurutma  əməliyyatına  məruz  qoyula  bilər. 

Qurutma  prosesi  müxtəlif  üsullarla  yerinə  yetirilə  bilər.  Müasir  dövrdə  ekoloji 

cəhətdən  sağlam  olan  təbii  yemişan  boyağının  istehsalı  üçün  olduqca  böyük 

texnoloji  əhəmiyyət  kəsb  edən  üsullardan  biri  də  Yüksək  Tezlikli  Elektrik 

Cərəyanının tətbiqi ilə  qurutma üsuludur (YEC).  



 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Lakin  bu  üsul  indiyədək  praktikada  geniş  tətbiq  sahəsi  tapmamışdır. 

Ekoloji  cəhətdən  sağlam  təbii  boyaq  maddələrinin  istehsalı  üçün  proqressiv 

üsullardan  sayılan vakuum qurutma və sublimasiya üsulları da geniş yayılmışdır. 

Lakin  buna  baxmayaraq  aparılan  araşdırmalar  nəticəsində,  bu  üsulların  tətbiqi 

ilə  bəzi  qida  məhsullarının  qurudulma  mümkünlüyü  təsdiq  edilmişdir.  Əsasən 





10 


20 

30 


40 

50 


60 

70 


%, V 







10  11  12  13 

Qurutma müddəti 

Bo

ya



m

ad



si

ni



m



li

yi

 



T, saat 

1 – 35 %-li boyaq ekstraktı 

2 – 45 %-li boyaq ekstraktı 

3 – 55 %-li boyaq ekstraktı 

Şəkil  5. Təbii yemişan  boyaq maddəsi ekstraktının 

qurudulması müddətinin  qatılıqdan asılılığı

 





W =f (t) 



 

vakuum  şəraitində  təbii  yemişan  ekstraktının  qurudulması  üzrə müxtəlif qurutma 

rejimləri  müəyyən  edilmişdir.  Müxtəlif  vakuum  rejimlərində  yemişan 

ekstraktının  qurudulması  müddətləri  müəyyən  edilmiş,  ekstraktın  qatılığından 

asılı  olaraq  qurutma  istiliyinin  ilk  və  son  hədləri  müəyyənləşdirilmişdir. 

Müxtəlif  qatılıq  dərəcəsindən  asılı  olaraq  təbii  yemişan  boyaq  maddəsinin 

quruma müddətinin  dəyişməsi, aşağıdakı 5 – ci şəkildə göstərilmişdir.   

Qrafikdən  göründüyü  kimi,  boyaq  ekstraktının  quruma  müddəti,  onun 

qatılığından  asılı  olaraq  dəyişir.  55  %-li  yemişan  boyağı  ekstraktının  35  %-li 

yemişan  boyağı  ekstraktına nisbətən quruma müddəti təqribən 3,5 saat azdır. 55 

%-li  boyaq  maddəsi  ekstraktı  9,3  saat35  %-li  boyaq  maddəsi  ekstraktı  isə  12,8 

saata  quruyur.  Vakuumun  tətbiqi  ilə  boyaq  maddəsinin qurudulması daha sürətli 

və  aşağı  istilik  rejimində  həyata  keçirilir.  35  %-li  boyaq  ekstraktının 

qurudulması  zamanı  ilkin  temperatur  70  –  75  0C,  vakuum  səviyyəsi  isə  10-2 

atmosfer olmalıdır. Qurutma prosesinin sonuna yaxın qurudulma temperaturu 30 

–  35  0C-dək  endirilir.  Vakuum  nasosu  işə  salarkən  quruducu  şkafın  daxilində 

qurutma rejimi  pozulur.  

55  %-li  yemişan  boyağının  qurudulması  ücün  temperatur  rejimi  45  –  60 

0C  olmalıdır.  Vakuum  səviyyəsi  isə  10-1  –  10-2  atmosferə  bərabər  olmalıdır. 

Qurutmanın sonuna yaxın istilik  rejimi  25 – 30 0C-dək endirilir.   

Yabanı  yemişan  boyağı  ekstraktının  vakuumda  qurudulması  zamanı, 

vakuum  səviyyəsindən  asılı  olaraq  temperaturunun  dəyişmə  dinamikası  6  –  cı 

şəkildə  göstərilmişdir.   

6  –  cı  şəkildə  əks  etdirilən qrafikdən göründüyü kimi (bu qrafik W = f (t) 

asılılığını  əks  etdirir), vakuumun dərinliyi artdıqca qurutma temperaturu tədricən 

aşağı  düşür.  Bu  isə  öz  növbəsində  boyaq  maddəsinin  keyfiyyətli  olmasına, 

rənginin  və konsistensiya  göstəricilərinin  yaxşı saxlanmasına səbəb olur.    

 

 



 

 

 



10

-3 


W, atm.

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yemişan  boyağı  ekstraktının  qatılığı  yüksəldikcə  qurutma  üçün  tətbiq 

edilən  vakuum  səviyyəsi  aşağı  olur.  Həmçinin  qurutma  rejimi  də  nisbətən  aşağı 

temperatur  hədlərində  aparılır.  Daha  dərin  vakuum  dərəcələrində  yemişan 

xammalından  yüksək  keyfiyyətli  boyaq  maddəsi  alınır.  Müxtəlif  rejimlərdə 

alınan  boyaq  maddələrinin  kimyəvi  tərkib  göstəriciləri  də  müxtəlif  olur.  Daha 

dərin  vakuum  yaradılması  boyaq  maddəsi  istehsalında  ən  vacib  məsələlərdən 

sayılır.  Bunun  üçün  forvakuum  və  rotasion  tipli  vakuum  nasoslarından  istifadə 

etmək  məsləhətdir.  Ani  qurutma  üsulu  ilə  alınmış  toz  halında  təbii  boyaq 


 

maddəsi  ilə  vakuum  tətbiq  etməklə  alınmış  təbii  boyaq  maddələri  arasında 

kəskin  fərq  əmələ  gəlir.  Hələlik  boyaq  istehsalı  sənayesində  vakuumla  işləyən 

qurğuların tətbiq tapmaması üzündən bu problem həll  edilməmiş  olaraq qalır. 

 

3.4. Təbii yemişan boyaq maddəsinin texnoloji parametrləri 

 

 



Aparılan  tədqiqat  işləri  nəticəsində  alınmış  təbii  yemişan  boyağının  qida 

sənayesi  üçün  yararlı  olub  –  olmamasını  müəyyən  etmək  üçün  hazır  məhsul 

texnoloji  və  fiziki-kimyəvi  analizdən  keçirilmişdir.  İstehsal  üsulundan  və 

texnoloji  əməliyyatlardan  asılı  olaraq  təbii  yemişan  boyaq  maddəsinin  texnoloji 

parametrləri  dəyişə  bilər.  Texnoloji  parametrlərlə  yanaşı  təbii  boyaq  maddəsinin 

orqanoleptiki  göstəriciləri  də  təyin  edilir.  Əgər  orqanoleptiki  göstəricilər  tələb 

olunan  səviyyədə  olmasa  belə  boyaq  maddələrindən  qida  sənayesində  istifadə 

etmək qadağan edilir. 

 

Təbii  yemişan  boyaq  maddəsinin  texnoloji  parametrləri  dedikdə  əsasən 



boyaq  maddəsinin  tərkibində  quru  maddənin  miqdarı,  ümumi  şəkərlilik, 

boyayıcı  piqmentlərin  miqdarı,  özlülük,  sıxlıq,  vitaminlərin  miqdarı  və  s.  başa 

düşülür.  Təbii  yemişan  boyağının  kimyəvi  tərkibi  mürəkkəb  tərkibli  piqment  və 

boyaq  maddələrinin  miqdarına  görə  heç  də  sintetik  boyaq  maddələrindən  geri 

qalmır,  uzun  müddət  öz  rəngləyici  xüsusiyyətlərini  saxlayır.  Texnoloji 

əməliyyatlar  zamanı,  temperaturun  dəyişməsi  nəticəsində  öz  keyfiyyətini 

dəyişdirmir.  Təbii  yemişan  boyaq maddəsi istehsal edildikdən sonra lobaratoriya 

şəraitində  onun bəzi texnoloji  parametrləri  tədqiq edilir.   

Texnoloji  parametrlərdən:  həll  olan  quru  maddələrin  miqdarı,  boyaq 

maddələrinin  miqdarı  (q/kq),  titrlənən  turşuluq,  ümumi  şəkərlərin  miqdarı,  pH, 

kül  maddələri  (%) və ağır metalların  bəzi növləri  təyin  edilir. 

 

1985  –  1987-ci  illərdə  Azərbaycanda  georgindən  boyaq  maddələrinin 



alınması  üsulu  tədqiq  edilmiş  və  alınmış  boyaq  maddəsinin  kimyəvi  tərkibi 

öyrənilmişdir  [6]. 

 

Aparılan  tədqiqat  işləri  nəticəsində  hazırlanmış  boyaq  maddələri  biskvit 



kremlərinin,  karamelin,  marmelad,  patkə,  maya,  limonad,  kisel  və  çörək 

məmulatlarının  qırmızı  gül rəngində boyadılmasına imkan vermişdir [6]. İstifadə 



 

 

 



edilməzdən  əvvəl  bu  boyaq  maddəsi  akademik  A.  İ.  Qarayev  adına  fiziologiya 

institutunun  eksperimental  formakologiya  laboratoriyasında  zərərsiz  olması 

öyrənilmişdir. 

 

Ekoloji  cəhətdən  sağlam  təbii  yemişan  boyağının  əsas  parametrləri 



laboratoriya  şəraitində  müxtəlif  cihazların  köməyi  ilə  fiziki  –  kimyəvi  analiz 

nəticəsində 

müəyyən 

edilmişdir. 

Əsasən 

rəng 


göstəriciləri 

fotoelektrokalorimetrik  və  spektrofotometrik  üsulla  tədqiq  edilmişdir.  Aparılan 

laboratoriya  tədqiqatları  nəticəsində  müəyyən  edilmişdir  ki,  ayrı  –  ayrı 

spektrlərdə  yemişan  boyaq  maddəsindən  müxtəlif  rəngdə çalarlar alınmışdır. Bu 

onu  sübut  edir  ki, baxmayaraq yemişan boyaq maddəsi çiyələk rənginə malikdir, 

lakin  bu  boyağın  tərkibini  cüzi  dəyişməklə  digər  rəngləri  almaq  mümkündür. 

Süni boyaq maddələrindən təbii yemişan boyağının üstünlüyü ondan ibarətdir ki, 

bu  boyaq  maddəsinin  kimyəvi  tərkibi  rəng  maddələrindən  başqa  şəkərlər  və 

vitaminlərlə  də zəngindir. 

 

Təbii  yemişan  boyağı  texnoloji  parametrlərinə  görə  mövcud  boyaq 



maddələrindən  fərqlənir.  Boyaq  maddəsinin  tərkibi  həm  də  müxtəlif  antosian 

birləşmələri  ilə  zəngindir.  Lakin  hazırda  bu  birləşmələrin  tədqiqi  üçün  cihazların 

olmaması,  bu  problemlərin  həllini  çətinləşdirir.  Dünya  ölkələrində  antosian 

birləşmələrin  fiziki  üsullarla  tədqiq  edilməsi  üçün  yeni  cihazların  yaradılması 

sahəsində tədqiqat işləri  aparılır.  

 

 



 

C    Ə    D     V     Ə       L          4 

 

Cədvəl 4 



Ekstrakt halında təbii yemişan  boyaq maddəsinin bəzi texnoloji  parametrləri   

 


 

 

Boyaq 


maddəsinin  adı 

 

 

Quru 


maddələrin 

refraktometri

k miqdarı, 

%-lə, 20 

0

C 



Şəkərlər,  %-lə 

 

 



«C» 

Vitamini 

 

Aşı  və boyaq 



maddələrinin 

miqdarı,  %-

lə 

 

Karotin, 



mq%-lə 

 

Üzvi 



turşular, 

%-lə 


 

Invert 


 

Saxaroza 

 

Ümumi 


Qara rəngli 

yabanı  yemişan 

meyvələrindən 

alınan  boyaq 

maddəsi 

 

 



     12 - 14 

 

 



 2,53 

 

 



  1,72 

 

 



 4,25 

 

 



 175,6 

 

 



      9,68 

 

 



  58,4 

 

 



  1,63 

Tünd  qəhvəyi 

rəngli  ya-banı 

yemişan 


meyvələ-rindən 

alınan  boyaq 

maddəsi 

 

 



 

12,5 – 13,0 

 

 

 



2,08 

 

 



 

1,18 


 

 

 



3,26 

 

 



 

168,0 


 

 

 



8,27 

 

 



 

63,0 


 

 

 



1,75 

Qırmızı  rəngli 

yabanı  yemişan 

meyvələrindən 

alınan  boyaq 

maddəsi   

 

 

10,8 – 11,5 



 

 

2,!4 



 

 

0,96 



 

 

3,10 



 

 

155,4 



 

 

8,73 



 

 

65,7 



 

 

2,16 



 

Qeyd: Yemişan  boyaq maddəsinin tərkibində  aşı maddələrinin  miqdarı 4,7 – 5,3 

% civarında dəyişir 



 

Təbii  yemişan  boyağının  texnoloji  parametrləri  qənnadı  məmulatlarının 

saxlanma  şəraitindən  asılı  olaraq  da  müxtəlif  cür  dəyişir.  Əsasən  saxlanma 

rejiminin  qeyri  –  sabitliyi,  optimal  olmaması  boyağın  texnoloji  parametrlərinin 

dəyişməsinə  böyük təsir göstərir.  

Müxtəlif  saxlanma  müddətlərində  qənnadı  məmulatları  üzərində  aparılan 

tədqiqat  işləri  bunu  sübut  etmişdir.  Qənnadı  məmulatları  sertifikat  saxlanma 

müddətindən  çox  saxlanılarsa,  yaxud  da  məmulatların  saxlanması  zamanı 

nəmlik  rejimininin  sabit  olmaması  qənnadı  məmulatlarının  keyfiyyətini 

pisləşdirən faktorlardan sayılır. Ona görə də qənnadı məmulatlarını uzun müddət 

saxlayarkən  çalışmaq  lazımdır  ki,  məmulat  saxlanılan  mühitin  temperaturu  18

0

 



C,  nisbi  nəmliyi  isə  75  %-dən  yüksək  olmasın.  Təbii  yemişan  boyağının 

texnoloji  parametrlərinin  digər  sintetik  və  enoboyaqlardan,  üstünlüyü  ondan 

ibarətdir  ki,  saxlanma  şəraitindən  asılı  olaraq  tərkibi  çox  cüzi  dəyişir.  Təbii 

yemişan  boyaq  maddəsinin  laboratoriya  şəraitində  bir  neçə  texnoloji  parametri 



 

 

 



təyin  edilmişdir.  Texnoloji  parametrlər  həm  fiziki,  həm  də  kimyəvi  analizlərin 

gedişində təyin  edilmiş  və yuxarıdakı 4-cü cədvəldə verilmişdir. 

 

3.5. Təbii yemişan boyaq maddəsinin keyfiyyətinə və intensivliyinə 

                                texnoloji proseslərin təsiri 

 

Məlumdur  ki,  yemişan  xammalından  təbii  boyaq maddəsi istehsal edərkən 



xammal  ayrı  –  ayrı  texnoloji  əməliyyatlardan  keçir.  Bu  texnoloji  əməliyyatlar 

ilk,  orta  və  son  əməliyyatlar  olmaqla  3  hissədən  ibarətdir.  Təbii  yemişan boyağı 

maddəsinin  keyfiyyəti  ilk  növbədə  xammalın  yuyulması  və  ekstraksiyası zamanı 

dəyişir. İlk texnoloji proseslər zamanı çalışmaq  lazımdır ki, boyaq maddəsi itkisi 

nisbətən  az  olsun.  Bunun  üçün  xammalın  yuma  əməliyyatı  ventilyatorlu  (KMB) 

yuyucu  maşın  vasitəsilə  aparılmalıdır.  Bundan  başqa  yuyucu  su  şırnağının 

təzyiqi  yüksək olmamalıdır. 

Təbii  yemişan  boyağı  istehsalı  zamanı  ən  böyük  əhəmiyyət  kəsb  edən 

texnoloji  əməliyyat  yemişan  xammalının  lətli  hissəsinin  onun  toxumunun 

ayrılmasıdır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



16 


20 

B

o

ya

q

 m

a

d

d

əl

ər

in

in

 m

iq

da



  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bu  proses  elə  ehtiyatla  yerinə  yetirilməlidir  ki,  xammalın  lət  hissəsinin 

tərkibinə  parçalanmış  toxum  hissəcikləri  göstərilən  miqdardan  çox  keçməsin. 

Çünki  yemişan  toxumunun  tərkibində  olan  amiqdalin,  istehsal  edilən  ekoloji 

təmiz  təbii  boyaq  maddəsinin  dadını  və  keyfiyyət  göstəricilərini  pisləşdirir. 

Buna  görə  də  boyaq  istehsalı üzrə axın xəttində yemişan xammalından toxumun 

ayrılması  üçün  xüsusi  tipli  maşından  istifadə  edilməlidir.  Lakin  xüsusi 


 

 

 



konstruksiyaya  malik  ayrıca  belə  bir  maşın  olmadığından  yemişan  toxumunun 

ayrılması üçün sürtkəc maşınından da istifadə etmək olar. 

Müxtəlif  texnoloji  proseslərdən  asılı  olaraq  təbii  yemişan  boyağının 

keyfiyyət  göstəriciləri  də  müxtəlif  olur.  Xüsusilə  istilik  əməliyyatları  boyaq 

maddəsinin  keyfiyyətinə  mənfi  təsir  göstərir.  Təbii  yemişan  boyaq  maddəsinin 

intensivliyi  ilk  növbədə  xammalın  keyfiyyətindən  çox  asılıdır.  Ekstrakt  halında 

boyaq  maddəsinin  istehsalı  zamanı  boyaq  maddəsinin  intensivliyinin 

dəyişilməsinə  istilik  əməliyyatı  böyük  təsir  göstərdiyindən  bu  əməliyyat  vakuum 

şəraitində  aparılmalıdır.  Bunun  üçün  “ВНИИКОП  –  2”  tipli  ikigövdəli  vakuum 

– buxarlandırıcı qurğulardan istifadə edilir. 

Toz halında boyaq maddəsinin istehsalı ekstrakt halında boyaq maddəsinə 

nisbətən  mürəkkəbdir.  Çünki  boyaq  maddəsini  toz  halına  salmaq  üçün  əvvəlcə 

boyaq maddəsi 55 – 70 %-li ekstrakt halında istehsal edilir. Sonra qurutma üsulu 

tətbiq  etməklə  toz  halında  boyaq  maddəsi  istehsal  edilir. Tətbiq olunan qurutma 

üsulundan  asılı  olaraq  alınan  boyaq  maddəsinin  keyfiyyəti  də  müxtəlif  olur. 

Verilmiş  qrafikdə  (bax:  şəkil  7)  müxtəlif  yemişan  sortlarının  ekstraktlarının 

qurudulma  temperaturundan  asılı  olaraq  tərkibində  boyaq  maddələrinin 

miqdarının dəyişilmə  xarakteristikası  göstərilmişdir.   

7  –  ci  şəkildən  göründüyü  kimi  qara  yemişan  sortundan  alınan  boyaq 

maddələri  qurutma  zamanı  temperaturun  30  –  65 

0

C  intervalında  demək  olar ki, 



heç  dəyişilmir.  Lakin  qurutma  prosesinin  65  –  90 

0

C  intervalında  boyaq 



maddələrinin  miqdarı  azalmağa  doğru  istiqamət  götürür.  Bu  xarakterik  hal  digər 

yemişan  sortlarından alınan boyaq maddəsi üçün də eyni cür dəyişir.  

 

 

 



 

 

 



 

 80 


100 

Bo



y

am



in

te

n



si

v

li



y



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Lakin  yemişan  boyaq  maddəsinin  toz  halında  istehsalı  zamanı  vakuum 

qurutma  üsulunun  tətbiqi,  təbii  boyağın  tərkibinin  tam  saxlanılmasına  imkan 

verir.  Toz  halında  təbii  boyaqların  saxlanma  müddəti  də  ekstrakt  halında 

boyaqlara nisbətən çox olur.  

Toz  halında  təbii  boyaq  maddələrinin  nəmliyi  5,0  –  7,0  %  olur.  Hələlik 

təbii  boyaq  maddələrinin  qida  sənayesində  tətbiqi  geniş  yayılmamışdır.  Buna 

səbəb  bu  boyaq  maddələrinin  istehsalı  üçün  proqressiv  texnologiyaların 

olmamasıdır.  Qeyd  etmək  lazımdır  ki,  təbii  boyaq  maddələri  istehsalında 



 

 

 



intensiv  vakuum  texnologiyalarının  tətbiqi  alınan  boyaq  maddələrinin  keyfiyyət 

göstəricilərinin  saxlanılmasına  və  boyaqda  rəng  intensivliyinin  zəngin  olmasına 

səbəb olacaqdır.  

Yuxarıda  göstərdik  ki,  yemişan  boyağı  maddəsinin  istehsalı  zamanı 

vakuumda  qatılaşdırma  prosesinin  tətbiqi  adi  şəraitdə  qatılaşdırmaya  nisbətən 

boyama intensivliyini  yaxşı saxlayır. Bunu, 8-ci şəkildən  aydın görmək olar.  

8  –  ci  şəkildən  göründüyü  kimi  təbii  yemişan  boyağı  maddəsinin  adi 

atmosfer  təzyiqində  qatılaşdırılması  zamanı  boyama  intensivliyi  temperatur 

artdıqda sürətlə aşağı düşür. Lakin bu proses, yəni təbii ekstrakt halında (55 – 65 

%-li)  yemişan  boyaq  maddəsinin  vakuumda  (300  –  350  mm  c.  süt.  təzyiqində) 

qatılaşdırdıqda  boyaq  maddəsinin  boyanma  intensivliyi  çox  az  dəyişir.  Eyni 

proses  toz  halında  yemişan  boyaq  maddəsi  istehsal  edərkən  müşahidə 

olunmuşdur.  

Boyaq  maddəsinin  vakuum  şəraitində  qurudulması  zamanı  demək  olar  ki, 

bütün  parametrləri  öz  təbii  keyfiyyətini  saxlamışdır.  Lakin  yemişan  boyaq 

maddəsinin  adi  şəraitdə  (80  – 85 

0

C-də) qurudulması zamanı boyaq maddəsinin 



təbii  rəngi  dəyişərək  tünd  qəhvəyi  rəngə  çevrilir  və  orqanoleptiki  keyfiyyət 

göstəriciləri  bir qədər aşağı düşür. 



 

3.6. Boyaq maddələrinin qənnadı istehsalında tətbiqi 

 

Qida  sənayesinin  qənnadı  məmulatları  istehsalı  sahəsində  həm  unlu  və 



həm  də  şəkərli  qənnadı  məmulatlarına  və  eyni  zamanda onların hazırlanmasında 

tətbiq  olunan  bir  çox  yarımfabrikatlara  müxtəlif  rəng  çaları  vermək  üçün 

müxtəlif  təbii  və  süni  sintez  yolu  ilə  alınan  sintetik boyaq maddələrindən istifadə 

olunur.  Müasir  dövrdə  qənnadı məmulatlarının boyadılmasında ən geniş istifadə 

edilən  sintetik  maddələri  indiqokarmin  və tartrazindir. 

İ  n  d  i  q  o  k  a  r  m  i  n.    Bu  boyaq  maddəsi  indiqodisulfoturşunun 

dinatrium  duzudur  və  molekulyar  quruluş  formulu  (C

16

H

5



O

8

N



8

S

2



Na

2

)  ilə  əks 



olunur.  Maddə  özü  adi  halda  göy  rəngli  toz  şəklində  mövcud  olur.  Suda  həll 

 

olma  qabiliyyəti  pis  deyil  və  istənilən  nisbətlərdə  həll  olaraq  müxtəlif 

konsentrasiyalı  məhlul  əmələ  gətirə  bilir.   

T  a  r  t  r  a  z  i  n.    Çəhrayı  –  sarı  rəngdə  olan  bu  boyaq  maddəsi  kristal 

halında  toz  olub  soyuq  suda  yaxşı  həll  olur. Spirtdə pis həll olur. Suda məhlulu 

hətta  yüksək  temperatur  hədlərində  belə  öz  davamlılığını  saxlayır.  Adətən,  qida 

sənayesində  boyayıcı  maddə  kimi  istifadə  etmək  məqsədi  ilə  tartrazinin  5  –  10 

%-li  məhlulu  hazırlanır. 

E  n  o  b  o  y  a  q      m  a  d  d  ə  s  i.    Bu  boyaq  maddəsi  tünd  rəngli  üzüm 

sortlarının  tullantılarından,  xüsusən  də  qabığı  və  toxumlarından  alınır.  Son 

zamanlar  bu  tipdən  olan  boyaq  maddələri  kəndalaş  bitkisi  meyvələrinin  şirəsinin 

qatılaşdırılması  yolu  ilə  hazırlanır.  Belə  boyaq  maddəsi  qənnadı  məmulatlarını 

qırmızı  rəngə  boyayır,  onun  rəngi  mühitin  turşuluğundan  daha  çox  asılıdır.  Bu 

boyaq  növündən  karamel,  noğul,  marmelad  və  pastilanın  boyadılması  üçün 

istifadə  olunur.  Bu  tipdən  olan  boyaq  növləri 0 – 20 

0

C temperatur göstəricisinə 



malik,  nəmliyi  75  %-dən  yüksək  olmayan  və  yaxşı  ventilyasiya  edilən  saxlama 

kameralarında  saxlanmalıdır. 



K  a  r  m  i  n.      Bu  boyaq  maddəsi Əlcəzair və Meksikada geniş yayılmış 

kaktusların  üzərində  yaşayan  həşəratlardan  alınır.  Karmin  soyuq  suda  pis  həll 

olur. 

K  u  r  k  u  m  a.      Çoxillik    İ  m  b  i  r    (z  ə  n  c  ə  f  i  l)  ailəli  bitkilərin 

kökündən  alınır.  Qənnadı  məmulatları  istehsal  edən  müəssisələrə  kurkuma 

qurudulmuş  parçalar  şəklində  və  ya  narın  üyüdülmüş  toz  halında  daxil  olur. 

Kurkuma  suda  pis  həll  olduğundan,  adətən  sənayedə  onun  spirtdə  alınan 

məhlulundan  istifadə  olunur.  Qeyd  etmək  lazımdır  ki,  yuxarıda  göstərilən  bütün 

bu mövcud sintetik boyaq maddələri qənnadı sənayesində tətbiq olunsa da insan 

orqanizmi  üçün  zərərlidir.  Buna  görə  də  təbii  boyaq  maddələrinin  qənnadı 

məmulatları  və  ümumiyyətlə  qida  sənayesinin  bütün  sahələrində  tətbiqi  böyük 

əhəmiyyət  kəsb  edir.  Bunun  üçün  hələlik  sənayedə  təbii  boyaq  maddələrinin 

istehsalı  texnologiyası  geniş  tətbiq  tapmasa  da  bu  sahədə müxtəlif nəticələr əldə 

edilmişdir.  Aaprılan  tədqiqat  işləri  nəticəsində  müxtəlif  çeşiddə  yabanı  yemişan 

xammallarından  təbii  boyaq  maddəsi  alınması,  sonra  isə  bu  boyaq  maddəsinin 



 

 

 



müxtəlif  çeşidli  qənnadı  məmulatları  istehsalında,  məsələn  tort,  manpası,  noğul, 

karamel  nümunələrinin  hazırlanmasında,  eləcə  də  bəzi  qida  konsentratlarının 

(məsələn,  kisellərin)  istehsalı  zamanı  istifadə  olunma  mümkünlüyü 

araşdırılmışdır.  

Təbii  yemişan boyaq maddəsi ilə yanaşı yabanı kəndalaşdan alınan boyaq 

maddəsindən  də  istifadə  olunma  mümkünlüyü  tədqiq  edilmişdir.  Bu 

araşdırmalar  nəticəsində  bəzi  müsbət  nəticələr  əldə  olunmuşdur.  Belə  ki, 

kəndalaşdan  alınan  boyaq  maddəsi,  daha  xoş  aromatlı  və  xarici  görünüşü 

etibarilə  yüksək keyfiyyətli  qənnadı məmulatları  istehsalına zəmin  yarada bilər.  

Qeyd  etmək  lazımdır  ki,  yabanı  yemişan  xammalından  alınan  təbii boyaq 

maddəsinin  qənnadı  məmulatları  istehsalında  tətbiqi  hələlik  həyata 

keçirilməmişdir.  Lakin  yaxın  gələcəkdə  bu  problemin  kompleks  həlli  həyata 

keçiriləcəkdir.  Təbii  yemişan  boyağı  da  enoboyaqlar  sinfinə  aiddir.  Lakin 

yemişan  boyağının mövcud enoboyaqlardan bir çox üstünlükləri vardır. 

Yabanı  yemişan  giləmeyvələrindən  alınan  təbii  boyaq  maddəsinin 

kimyəvi  tərkib  göstəriciləri  nisbətən  kəndalaş  boyağının  kimyəvi  tərkibinə 

uyğun  gəlir.  Lakin  tərkibində  olan  antosianların  miqdarına  görə  bir-birindən 

kəskin  fərqlənir.  Təbii  yemişan  boyağının  digər  enoboyaqlardan  bir  sıra 

üstünlükləri  onun qənnadı istehsalında əhəmiyyətini  xeyli  artırır. 

Təbii  yemişan  boyaq  maddəsinin  tətbiqi  ilə  hazırlanan  qənnadı 

məmulatlarının  keyfiyyət  göstəriciləri  yüksək  olmaqla  yanaşı,  məmulatın 

səthində  xüsusi  rəngdə,  uzun  müddət  davamlığını  saxlayan  çalarlar  əmələ 

gətirir.  Bundan  başqa  təbii  boyağın  məmulatın  tərkibinə  diffuziya  etmə 

qabiliyyəti  də  yüksəkdir,  unlu  qənnadı  məmulatları  istehsalı  zamanı  sintetik 

boyaqların  tətbiqi  nəticəsində  məmulatların  kimyəvi  tərkibi  dəyişir.  Lakin  unlu 

qənnadı  məmulatları  istehsal  edərkən  təbii  yemişan  boyağından  istifadə edilməsi 

zamanı  heç  bir  dəyişiklik  baş  vermir.  Çünki  təbii  boyağın  alınma  mənbəyi  bitki 

mənşəli  olduğundan  tərkibində  mürəkkəb  strukturlu  zərərli  birləşmələr  yoxdur. 

Bundan  başqa  qənnadı  məmulatlarının  tərkibinə  daxil  olan  komponentlərin 


 

əksəriyyəti  kimyəvi  tərkibi  etibarilə  mürəkkəb  olmayıb  təbii  mənşəli 

maddələrdən təşkil  olunmuşdur. 

Bunu  laboratoriya  şəraitində  aparılan  spektrofotometrik  analizlər də təsdiq 

etmişdir.  Bunun  üçün  təbii  yemişan  boyağı  ilə  rənglənmiş  qənnadı 

məmulatlarının  məhlulları  hazırlanmış  və  spektrofotometrik  analizdən 

keçirilmişdir.  Sintetik  boyaq  maddələri  ilə  rənglənmiş  qənnadı  məmulatları 

məhlulları  müxtəlif  dalğa  uzunluqlarında  daha  intensiv  rəng  çalarlarına  və 

spektrə malik  olmuşlar.  

Müxtəlif  işıq  filtrlərində  aparılan  analizlərin  nəticələri  göstərmişdir  ki, 

təbii  yemişan  boyağı  ilə  rənglənmiş qənnadı məmulatı məhlulları daha çox (50 – 

60  %)  şua  udma  effektinə  malik  olurlar.  Lakin  sintetik  boyaq  maddələri  ilə 

rənglənmiş  qənnadı  məmulatı  məhlullarının  şua  udma  qabiliyyəti  450  –  600  nm 

dalğa uzunluğunda  təbii  boyaq maddəsinə nisbətən 2 dəfə az olur.  

İstər  laboratoriya  və  istərsə  də  istehsalat  şəraitində  aparılan  tədqiqatlar 

təbii  yemişan  boyaq  maddəsinin  ekoloji  cəhətdən  əhəmiyyətli  olmasını,  insan 

orqanizmi  üçün  zərərsiz  maddələrdən təşkil olunduğunu sübut edir. Laboratoriya 

şəraitində  müxtəlif  dalğa  uzunluqlarında  aparılan  fiziki  analizlər,  alınmış 

spektrlərdə  boyaq  maddəsinin  müxtəlif  çalarlardan  ibarət  olmasını  göstərmiş  və 

tərkibində  antosian birləşmələrinin  də olduğunu aşkar etmişdir.   

Məlumdur  ki,  sintetik  boyaq  maddələrinin  tərkibində  vitaminlər  yoxdur. 

Lakin  sintetik  boyaq  maddələrinə  nisbətən  təbii  boyaq  maddələrinin  kimyəvi 

tərkibi  boyaq  maddələri  ilə  yanaşı  müxtəlif  qrup  suda  və  yağda  həll  olan 

vitaminlərlə  zəngindir  ki,  bunun  da  sayəsində  bu  boyaq  maddələrinin  qənnadı 

məmulatları  istehsalında  tətbiqi  yüksək  keyfiyyətli,  ekoloji  cəhətdən  təmiz  və 

yüksək  enerji  dəyərinə  malik  məhsulların  istehsalına  imkan  yaradır. 

Ümumiyyətlə  qida  sənayesində  təbii  boyaq  maddələrinin  tətbiqinin  böyük 

inkişaf  perspektivləri  vardır.  XXI  əsr  texnologiyalarının  yaradılmasında, 

insanların  sağlamlıqlarının  qorunması  baxımından  təbii  boyaq  maddələrinin 

əhəmiyyəti  böyükdür və böyük gələcəyi vardır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin