Əlyazması hüququnda mustafayev ramil piRŞAH



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix18.05.2020
ölçüsü0,97 Mb.
#31338
1   2   3   4   5   6   7   8
MUSTAFAYEV-RAM-L-P-R-AH


Şübhəli qatqılar: E125, 141, 150, 153, 171, 172, 173, 240, 241, 477, 605, 

E220, 221, 222, 223, 224, 338, 339, 340, 341, 250,251; 460, 461, 466; 

407 (mədə və bağırsaq xəstəliyi  yaradır);  

E200 (orqanizmdəki  B

12

 vitamini  məhv edir);  



320, 321 (ürək xəstəlikləri,  damar sərtliyi,  sıxılma yaradır).  

Təhlükəli    qatqılar:  E102,  120,  E311,  312  –    nevroloji  xəstəliklər 

yaradır. 



Xərçəng  yaradan  qatqılar:  E102,  110,  123,  124,  131,  142,  210,  211, 

213, 214, 215, 216, 217,  



 

 

 



E211 - sodium benzoat maddəsi ketçuplarda vardır. 

E123,  E110  maddəsindən  istifadə  etmək  ABŞ,  İngiltərə,  Fransa, 

Almaniya,  Rusiya,  Yaponiya  və  s.  ölkələrdə  qadağan  edilmişdir.  Lakin 

Türkiyədə  rəngli  şokolad  və  qaymaqlı  biskivitlərdə  istifadə  edilir.  Xərçəng  riski 

yaradan  ən  təhlükəli  qatışıq  isə    E330-dur.  Demək  olar  ki, bütün hazır qidaların 

tərkibində  vardır.  

Bütün  yuxarıda  qeyd  edilənlərdən  belə  nəticəyə  gəlmək  olar  ki,  insanların 

sağlamlıqlarının  qorunması,  yaşadıqları  orta  ömr  göstəricisinin  yüksəldilməsini 

reallığa  çevirmək  məqsədi  ilə,  çalışmaq  lazımdır  ki,  qida  sənayesinin  bütün 

sahələrində  istifadə  olunan  qatqılar  arasında  təbii  mənbələrdən  alınan  qatqılara 

üstünlük  verilsin.   

Məlumdur  ki,  qida  əlavələri  ən  çox  körpə  (südəmər)  və  azyaşlı  uşaqlara 

təsir  edir.  Kimyəvi  mənşəli  maddələr  və  qatqı  maddələri  xüsusilə  uşaqların 

orqanizminə  mənfi  təsir  göstərir.  Belə  ki,  bu  komponentlər  allergiyaya  meyilli 

uşaqlarda  astma,  eləcə  də  müxtəlif  allergik  xəstəliklərin,  xərçəngin\\  xəstəliyinin  

yaranmasına səbəb ola bilir.  

İngiltərədə  aparılan  araşdırmalara  görə,  qatqı  maddələri  bəzi  uşaqlarda 

hiperaktivliyə  səbəb olur.  

Alimlər  araşdırıblar  ki,  xüsusilə  meyvəli  içkilərdə  istifadə  edilən  süni 

rəngləndirici  və  süni  qatqı  maddələri  kiçik  yaşlı  uşaqlara  (3  –  9  yaş arasındakı) 

pis  təsir  edir.  İngiltərədə  qida  məhsullarının  tərkibindəki  maddələrin  standart 

göstəricilərinə  nəzarət  edən  təşkilat  yemək  və  içkilərdəki  qatqı  maddələri  ilə 

uşaqlarda  müşahidə  edilən  hiperaktiv  davranışlar  arasında  xüsusi  bir  əlaqənin 

olduğunu aşkar ediblər.  

Araşdırmaya görə, tərkibində E 110, E 112, E 102 və E 124 kimi boyaq və 

qoruyucu  qatqıların  olduğu  meyvəli  içkilər  uşaqlarda  gözlə  görülən  davranış 

fərqliliklərinə  gətirib  çıxarır.  

“E”  kodlu  qatqı  maddələrinə  nümunə  olaraq  spirtsiz  içkilərdən  tutmuş 

ketçuplara  qədər  bir  çox  qida  məhsullarının  rəf  ömrünü  iki  ilə  qədər  uzadan  E 

211  kodlu  natrium  benzoat;  dondurma,  şəkər  və  biskvitlərdə  istifadə  edilən  E 



 

102 kodlu tartrazin; şəkərlərə əlavə olunan E 104 kodlu kinolin sarısı; qatıq, cem 

kimi  qidalara  qatılan E 110 kodlu kimi  maddələr sıralana bilər. 

Boyaq  maddəsi  kimi  istifadə  edilən  qida  əlavələrindən  bəziləri  astma, 

dəridə  səpinti,  hiperaktivlik  və  miqren  xəstəliyinə  yol  aça  bilir.  İstifadəsinə  icazə 

verilən  rəngləndiricilər,  ölkədən  ölkəyə  dəyişə  bilər.  Məsələn,  Norveç  və  İsveç 

kimi  ölkələrdə,  qida  məhsullarının  tərkibindəki  bütün  süni  boyaq  maddələrinin 

istifadəsini  birmənalı  olaraq qadağan etmişlər. 

 

3.2. Yemişan xammalından ekoloji təmiz təbii boyaq maddəsinin 

alınması texnologiyası 

 

Yemişan  bitkisinin  giləmeyvələri  də,  təbiətdə  yabanı  halda  yetişən  itburnu 

(dərgil),  kəndalaş,  şirin  biyan  və  bu  kimi  bir  sıra digər meyvələr kimi, tərkibində 

mövcud  olan  qida  məqsədli təbii, ekoloji cəhətdən sağlam olan boyaq maddələri 

ilə  zəngindir.   

Yemişan  meyvəsi  qiymətli  qida  xammalı  sayılır  və  bu  xammaldan  qida 

məqsədli  ekoloji  təmiz  təbii  boyaq  maddəsinin  alınması  texnologiyası,  digər 

yabanı  halda  yetişən  və  ya  mədəni  halda  yetişdirilən  boyaq  bitkilərindən  təbii 

boyaq  maddəsinin  alınması  texnologiyalarından  həm  mürəkkəbliyinə  və  həm  də 

alınma üsullarına  görə fərqlənir.   

Tərkibindəki  boyaq  maddələrinin  mövcud  miqdarına  görə  yemişan  bitkisi 

meyvələrinin  kəndalaşdan  geri  qalmasına  baxmayaraq,  alınan  boyaq  maddəsinin 

keyfiyyət  göstəricilərinə  və  eləcə  də  zərərsizliyinə  görə  xeyli  üstünlük  təşkil 

edir.  Kəndalaş  xammalının qara meyvələrindən mövcud texnologiya əsasında 35 

– 55 % qatılıqda ekstrakt halında, “moruğu” rəngli təbii  boyaq maddəsi alınır.  

Kəndalaşdan  fərqli  olaraq  yemişan  xammalından  ekoloji təmiz təbii boyaq 

maddəsinin  alınmasının bir neçə üsulu mövcuddur.  

Nəzəri  cəhətdən  tədqiq  etmək  məqsədi  ilə  apardığımız  araşdırmalar 

nəticəsində  yabanı  halda  yetişən  yemişan  giləmeyvələrindən  insan  orqanizmi 

üçün  tamamilə  zərərsiz,  ekoloji  cəhətdən  sağlam  olan  təbii  boyaq  maddəsinin 

alınmasının bir neçə üsulu sınaqdan çıxarılaraq, daha optimal olan üsul müəyyən 

olunmuşdur.  



 

 

 



Yabanı  halda  yetişən  yemişan  xammalından  ekoloji  cəhətdən  sağlam  olan 

təbii  boyaq  maddəsinin  alınması  texnologiyasına  keçməzdən  əvvəl,  ilk  növbədə 

yemişan  xammalının  kimyəvi  tərkibi  tədqiq edilir. 

 

 



 

 

             



 

 

 



 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Qəbul 

Saxlama  (0 – 1 

0

C) 


Yoxlama  və sortlaşdırma 

Yuma 


Toxumun ayrılması 

Ekstraksiya 

Qurutma 

Çökdürmə  

Vakuumda 

qatılaşdırma (55%) 

Qablaşdırma 

Saxlama   

Kütlənin  sürtkəcdən 

keçirilməsi 

Suyun əlavə  edilməsi 

Süzmə 


Vakuumda   qatılaşdırma 

Qablaşdırma 

Saxlama 

Soyutma 


Üyütmə 

Ələkdən keçirmə   

Qablaşdırma 

Saxlama   



YEMİŞAN 

XAMMALI 

Sxem 1. Yemişan  xammalından  ekoloji  təmiz  təbii 

boyaq maddəsi alınmasının texnoloji sxemi.  


 

 

Aparılan  elmi  araşdırmalar  nəticəsində  müəyyən  edilmişdir  ki,  yabanı 



halda  yetişən  yemişan  giləmeyvələrinin  tərkibində  14  –  15  %-dək  həll  olan  quru 

maddələr,  11  –  13  %  karbohidratlar,  12  %-dək  aşı  maddələri,  210  mq%-dək 

karotinoidlər,  0,5  –  0,7  civarında  kül  maddələri,  0,6  –  0,8 %-dək E vitamini, 45 

–  60  mq%  həddində  C  vitamini  (askorbin  turşusu),  15  –  17  %  dək  boyaq 

maddələri,  çoxlu  miqdarda  makro-  və  mikroelementlər  vardır.  Bunlardan  başqa 

yemişan  giləmeyvələrinin  tərkibi  bəzi  flovonoidlər  və  efir  yağları  ilə  də 

zəngindir. 

Boyaq  maddəsi  istehsal  etmək  üçün  nəzərdə  tutulan  yemişan  xammalının 

səhər  tezdən  başlamaqla  yığılması  məqsədəuyğundur.  Bununla  yanaşı,  yığım 

zamanı  giləmeyvələrin  nisbətən  az  zədələməsinə  çalışmaq  lazımdır.  Yemişan 

bitkisinin  ağacı  tikanlı  olduğundan,  onun  meyvələrinin  yığılaraq  tədarük 

edilməsi  prosesi çətin əməliyyatlardan  sayılır.     

Toplanıb  tədarük  edildikdən  sonra  yabanı  yemişan  giləmeyvələrinin 

emala  qədər  saxlanma  müddəti,  standartın  tələblərinə  müvafiq  olaraq  3  –  5 

sutkadan çox olmamalıdır.  

Hər  yemişan  kolundan  orta  hesabla  3 – 5 kq və bəzən məhsuldar illərdə 7 

kq-dək  yemişan  giləmeyvəsi  toplamaq  mümkündür.  Tədarük  edilmiş  yabanı 

yemişan  giləmeyvələri  emal  müəssisələrinə  kip  toxunmuş  səbətlərdə,  ara 

məsafələri  olmayan  taxta  yeşiklərdə  və  yaxud  da  plastik  materialdan hazırlanmış 

xüsusi  taralarda  daşınır.  Tədarük  edildikdən  sonra  yemişan  giləmeyvələrinin 

emala  qədər  saxlanma  müddəti  3  –  5  sutkadan  çox  olmamalıdır.  Əgər  emala 

edilənə  qədər  yemişan  xammalının  saxlama  müddəti  5  sutkadan  çox  olarsa,  bu 

zaman  xammalın  tərkibinə  daxil  olan  boyaq  tərkibli  birləşmələrin  parçalanması 

baş  verə  bilər  və  bunun  nəticəsində  də  onların  miqdarının  azalması  müşahidə 

olunar. Buna görə də boyaq maddəsi istehsal edərkən yemişan xammalını coyuq 

şəraitdə,  yəni  0  –  1

0

C  istilik  rejimində  saxlamaq  lazımdır.  Belə  şəraitdə yemişan 



xammalını  bir  ayadək  saxlamaq  olar.  Yemişan  xammalından  təbii  boyaq 

maddəsinin  emalı  yuxarıdakı  1  –  ci  sxemdə  göstərilən  texnoloji  əməliyyatlardan 

ibarət olan texnoloji  sxem üzrə həyata keçirilir.   


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



10 



15 

Avqyst 


Sentyabr 

Oktyabr 


1 – Qırmızı yemişan 

 

2 – Qara yemişan 





Şəkil  3.  Qırmızı  və  qara  yemişan  meyvələrində  boyaq 

maddəsinin  toplanma dinamikası 


 

Texnoloji  sxemdən  göründüyü  kimi  yemişan  xammalından  boyaq 

maddəsinin  alınmasının 3 üsulu tədqiq edilmişdir.   

3  –  cü  şəkildə  qırmızı  və qara rəngli yabanı yemişan meyvələrində boyaq 

maddələrinin  avqust,  sentyabr  və  oktyabr  aylarında  toplanması  dinamikasının 

qrafiki  ifadəsi  göstərilmişdir. 

Qənnadı  sənayesində  istifadə  etmək  məqsədi  ilə  yabanı  yemişan 

xammalından  ən  çox  ekstrakt  halında  alınmış  boyaq  maddəsi,  digər  qida 

sənayesi  sahələrində  isə  həm  ekstrakt  və  həm  də  toz  halında  istehsal  edilmiş 

boyaq  maddələri  geniş  miqyasda  istifadə  edilir.  Məhz  bu  baxımdan,  yabanı 

yemişan  giləmeyvələrindən  müxtəlif  çeşidlərdə,  ekoloji  cəhətdən  sağlam  olan 

təbii  boyaq  maddələri  istehsalını  həyata  keçirmək  kifayət  qədər  yüksək  praktiki 

və elmi  əhəmiyyət  kəsb edir. 

 

3.2.1. Yemişan xammalından boyaq maddəsi alınmasının  



texnoloji sxeminin əsaslandırılması 

 

X  a  m  m  a  l  ı  n      q  ə  b  u  l  u.    Qida  sənayesinin  müxtəlif  sahələrində 

(konserv  məhsulları,  makaron  və  qənnadı  məmulatları,  qida  konsentratları  və 

digər  məhsullar  istehsalında)  olduqca  vacib  komponent  kimi  istifadə  edilən 

yemişandan  alınan  ekoloji  cəhətdən  sağlam  olan  təbii  boyaq  maddəsi  istehsalı 

üçün  xammal  qismində  çıxış  edən  yabanı  yemişan  giləmeyvələri  emal 

müəssisəsinə  soyuducu  sistemləri  ilə  təchiz  edilmiş  xüsusi  avtomaşınlarda 

daşınır.  Emala  daxil  olmuş  yemişan  xammalı  ilk  növbədə  laboratoriyada  texniki 

–  kimyəvi  analizdən  keçirilir.  Tərkibində  həll  olan  quru  maddələrin  və 

flavonoidlərin  miqdarı  xüsusi  tələblərə  cavab  verən  yabanı  yemişan  xammalı 

ekoloji  cəhətdən sağlam olan təbii  boyaq maddəsi almaq üçün yararlı sayılır. 

S  a  x  l  a  m  a.      Yabanı  yemişan  xammalının  bir  hissəsi  birbaşa  emal 

prosesinə,  digər  hissəsi isə saxlanılmaq üçün soyuducu kamera ilə təchiz edilmiş  

anbara  ötürülür.  Yemişan  xammalının  saxlanılmasında  əsas  məqsəd,  boyaq 

maddəsinin  emalı  üçün  planlaşdırılan  texnoloji  axın  xəttinin  xammalla  fasiləsiz 

olaraq  təchiz  etməkdən  ibarətdir.  Xammalın  emala  qədər  olan  müddət  ərzində 

saxlanılması  temperaturu  0  –  1 

0

C  təşkil  edir.  Yabanı  yemişan  xammalının 



 

 

 



saxlanılması  zamanı  onun  tərkibinə  daxil  olan  qlükozidlərin  bir  hissəsi  şəkərlərə 

parçalanır  və  bunun  nəticəsində  boyaq  maddəsinin  acı  dada  malik  olmasının 

qarşısı alınır.  

Yemişan  xammalı  soyuducu  anbarda  taxta  və  yaxud  plastik  kütlədən 

hazırlanmış  xüsusi  yeşiklərdə  qablaşdırılıb,  ştabel  halında  üst  –  üstə  yığılaraq, 

aralarında  80  sm  məsafə  təmin  edilməklə  saxlanılır.  Qeyd  etmək  lazımdır  ki, 

yemişan  xammalı  emala  qədər  soyuducuda,  0  –  1 

0

C  istilik  həddində  30 



sutkayadək saxlanıla  bilər. 

 

Y o x l a m a   v ə   s o r t l a ş d ı r m a.   Ekoloji cəhətdən sağlam 

olan  boyaq  maddəsi  istehsal  etmək  üçün  yemişan  xammalı  xüsusi  tələblərə 

cavab verməlidir  ki, bu tələblər  də qüvvədə olan müvafiq standartla  tənzimlənir.   

Meyvənin  toxum  hissəsi  lət  hissədən  asan  ayrılmalıdır.  Bunun  üçün 

yoxlama  və  sortlaşdırma  əməliyyatı  aparılır.  Yemişan  xammalının  yoxlanması 

lentli  nəqletdirici  üzərində  həyata  keçirilir.  Bu  zaman  kondisiyaya  uyğun 

gəlməyən  meyvələr  kənar  edilir.  Sortlaşdırma  zamanı  isə  eyni  rəngə  və  ölçüyə 

malik  meyvələr  seçilir.  Xammalın  sortlaşdırılması  əl  ilə  yaxud  da  maşın 

vasitəsilə  yerinə  yetirilir.  Avtomatik  axın  xəttlərində  xammalın  seçilməsi 

məqsədi  ilə    kompüterlə    təchiz  edilmiş  avtomatik  fəaliyyət  göstərən 

qurğulardan  da  istifadə  etmək  olar.  Bu  iş,  əsasən  xammalın  tərkibində  olan 

boyaq  maddəsinin  intensivliyinə  görə  aparılır.  Bu  proses  xüsusi  spektrdə  və 

dalğa  uzunluğunda  aparılır.  Bu  prosesin  yerinə  yetirilməsində  əsas  məqsəd 

növbəti  əməliyyata  yetişməmiş  və  keyfiyyətsiz  xammal  fərdlərinin  düşməsinin 

qarşısını almaqdır.  



Y  u  m  a . Texniki yetişkənlik dərəcəsində tədarük olunan yabanı yemişan 

giləmeyvələri  kifayət  qədər  yumşaq  konsistensiyalı  xammal  növü  olduğundan, 

onların  yuyulması  əməliyyatı  ventilyatorlu  KMB  markalı  yuyucu  maşın 

vasitəsilə  həyata  keçirilir.  Yuma  əməliyyatı  zamanı  yemişan  xammalı  səthində 

olan  kənar  qarışıqlardan,  toz  və  mikroorqanizmlərdən  təmizlənir.  Təmiz 

yuyulmuş  xammal  elevator  vasitəsilə  yoxlama  əməliyyatlarına  ötürülür 



 

Ş    Ə     K    İ      L            4 

 

 

 



 

 

 



1 – Soyuducu  anbar;  2 – Lentli  nəqletdirici;  3 – Ventilyatorlu  yuma  maşını;  4 – Lentli-

Qyoxlama  nəqledicisi;  5 – Qazboynu  elevator  GQS-1; 6 – Dubleks  sürtkəc  maşını;  7 – 

Çökdürücü  tutum;  8 – Mərkəzdənqaçma  nasosu;  9 – Tutum;  10 – Vakuum  buxarlandırıcı 

aparat;  11 – Plunjerli  nasos;  12 – Avtomat  doldurucu;  13 – Qapaqbağlayan  maşın;  14 – 

Lövhəli  nəqletdirici;  15 – Stol;  16 – Hazır  məhsul  anbarı. 

 

 



Şəkil  4. Ekstrakt  halında  yemişan  boyağı  istehsal  edən  axın  xəttinin  texnoliji  sxemi 

 

Y  o  x  l  a  m  a.      Yuma  posesi  zamanı  zədələnmiş  meyvələri  kənar etmək üçün 

xammal  KİT  markalı  lentli  nəqletdirici    üzərində  müayinədən  keçirilir. 

Yoxlanmış  xammal  toxum  hissənin  lət  hissədən  ayrılması  məqsədi  ilə  növbəti 

sürtkəcdən  keçirmə  əməliyyatına  ötürülür.  Ümumiyyətlə  yemişan  xammalının 

toxumunun  ayrılması  üçün  xüsusi  maşın  yoxdur.  Buna  görə  də  mövcud sütkəc 

maşınının  işçi  orqanı  olan  dairəvi  torun  məsamələrinin diametrini dəyişməklə bu 

əməliyyatı  aparmaq mümkündür. 

 

S ü r t k ə c d ə n   k e ç i r m ə.   Yabanı yemişan giləmeyvələrinin toxum 

hissəsini  lət  hissədən  ayırmaq  üçün  “dupleks”  tipli  sürtkəc  maşını  tətbiq  edilir. 

Düzdür,  toxum  hissə  ayrılarkən  özü  ilə  müəyyən  qədər  boyaq  maddəsinin 

itməsinə  səbəb  olur,  lakin  bu  halın  baş  verməməsi  üçün  lət  hissədən  ayrılmış 



 

 

 



toxumların  az  miqdarda  35  –  40  0C  istilikli  su  ilə  yaxalanması  tətbiq  edilə  bilər 

ki,  sonra  da  bu  məhlulu  hazır  lət  hissəyə  əlavə  etmək  mümkündür.  Sürtkəcdən 

keçirilmiş  yemişan  giləmeyvələrinin  lət  hissəsi xüsusi tutuma toplanır. 

 

Ç ö k d ü r m ə.  Alınmış yemişan kütləsinə temperaturu 35 – 40 

0



olan  su  əlavə  edilərək  qarışdırılır.  Sonra  kütlə  24  saat  ərzində  çokdürülür. 



Məhlul  hissə  çökmüş  hissədən  ayrıldıqdan  sonra  vakuum  aparata  vurulur  və 

burada  55  %  qatılığadək  qatılaşdırılır.  Boyaq  maddələri  ilə  zəngin  məhlul 

hissənin  qatılaşdırılması prosesi 3 mərhələdə aparılır.  

V a k u u m   q a t ı l a ş d ı r m a (b u x a r l a n d ı r m a).   Vakuum – 

aparatının  yemişan  məhlulu  ilə  yüklənməsi  üçün  aparatın  daxilində  400 mm civə 

stünu  təzyiqinə  bərabər  vakuum  yaradılır.  Buxarlandırma  prosesi  3  mərhələdə 

aparılır.  Hər  mərhələdən  sonra 10 dəqiqə ərzində aparata daxil olan buxar kəsilir 

və  məhsul  soyudulur.  Buxarlandırma  zamanı  vakuum  aparatın  daxilində  təzyiq 

60 mm civə sütunu (8 kPa) səviyyəsində   olmalıdır.  

Hər  buxarlandırma  prosesindən  sonra  boyaq  maddəsinin  tərkibindəki  həll 

olan  quru  maddələrin  miqdarı  refraktometr  vasitəsilə  təyin  edilir.  Buxarlandırma 

prosesləri  arasındakı  dayanmalar  zamanı  aparatın  daxilindəki  kütlənin 

temperaturu  75  –  78 

o

C  olmalıdır.  Buxarlandırma  prosesinin  sonuna  yaxın 



vakuum  aparatın  daxilində  təzyiq  200  – 220 mm c. st. (72 –74 kPa) səviyyəsinə 

çatdırılır.  Bu  zaman  qızdırıcı  buxarın təzyiqi 1,2 – 2,0 kq/sm

2

 (120 – 200 kPa) 



olmalıdır.  Buxarlandırma  prosesinin  qurtarmasını,  məhsulun  quru  maddəsinin 

miqdarının  55  %-ə  çatdığını  refraktometrlə  təyin  etdikdən  sonra  müəyyən 

edirlər.  Bu  zaman  aparatın  vakuum  nasosu  dayandırılır.  Aparatın  daxili  təzyiqi 

xarici təzyiqlə bərabərləşəndən sonra aparatın qapağı açılır, məhlul soyudulur və 

qablaşdırılır.  

M  ə  h  s  u  l  u  n      q  a  b  l  a  ş  d  ı  r  ı  l  m  a  s  ı.    Bu əməliyyat avtomat 

qablaşdırıcı maşın vasitəsilə 3 yaxud da 10 litrlik şüşə qablarda, və yaxud da 50 

litrlik  poletelen  və  ya  taxta  çəlləklərdə  yarımavtomat  qurğunun  köməyi  ilə 

həyata  keçirilir.  Qeyd  etmək  lazımdır  ki,  ekoloji  sağlam  yabanı  yemişan  boyaq 

maddəsi    ekstraktının  qablaşdırılması,  onun  təyinatı  nəzərə  alınmaqla 


 

aparılmalıdır.  Qənnadı  sənayesində  istifadə  məqsədi  ilə  3  və  10  litrlik  şüşə 

taralarda  qablaşdırılması daha əhəmiyyətlidir.   

S  a  x  l  a  m  a.    Sənayedə  istifadə  edilmək  üçün  tam  hazır  vəziyyətə 

salınmış  yemişan  boyağı  ekstraktı  aşağı  temperaturlu  (0  –  10 

o

C)  və  yaxşı 



ventilyasiya  edilən  (havalandırılan)  anbarlarda  saxlanmalıdır.  Belə  şəraitdə 

saxlanılan  boyaq  maddəsinin  rəngləmə  qabiliyyəti  uzun  müddət  ərzində  öz 

keyfiyyətini  stabil    saxlayır  və  xarab  olmur.  Yabanı  yemişan  xammalından 

ekstrakt  (konsentrat)  halında  boyaq  maddəsinin  alınmasının  texnoloji  sxemi 4  – 

cü  şəkildə    göstərilmişdir.  Yemişan  xammalından  toz halında boyaq maddəsinin 

alınma  texnologiyasının  ekstrakt  halında  boyaq  maddəsinin  alınması  üsuluna 

nisbətən  bəzi  üstünlükləri  vardır.  Hər  iki  üsulun  ilk  texnoloji  əməliyyatları  bir  – 

birinə  uyğundur.  Lakin  tozşəkilli  boyaq  maddələrinin  alınması  üçün  ekstrakt 

halında  olan  boyaq  maddəsi  qurutma  əməliyyatından  keçirilir.  Tətbiq  olunan 

qurutma  üsulundan  asılı  olaraq,  boyaq  maddəsinin  istehsalı  texnologiyası  da 

kiçik  müxtəlifliklərlə  bir – digərindən  fərqlənir.   

Y e m i ş a n    e k s t r a k t ı n ı n     t u n e l    t i p l i    q u r u d u c u d 

a   q u r u d u l m a s ı.   Bu əməliyyat boyaq maddəsi istehsalı texnologiyasında 

əsas  texnoloji  əməliyyatlardan  sayılır.  Qurutma  prosesi  qurutma  rejimindən  asılı 

olaraq  müxtəlif  müddətlərdə  başa  çatır.  Əgər  qurutma  zamanı  quruducuda 

temperatur 70 –75 

o

C olarsa bu zaman qurutma prosesi 6 – 8 saat, temperatur 50 



– 65 

o

C olarsa qurutma müddəti 8 – 12 saat davam edəcəkdir. Qurutma prosesini 



tunel  tipli  quruducularda aparılmasının həm üstün həm də mənfi cəhətləri vardır. 

Belə  ki,bu  tipdən  olan  quruducularda  aparılan  qurutma  zamanı  boyaq 

maddəsinin  keyfiyyət  göstəriciləri  nisbətən  aşağı  olur.  Temperaturun  yüksəlməsi 

nəticəsində  məhsulun  tərkibində  olan  C  vitamininin  bir  hissəsi  parçalanır. 

Alınan boyaq maddəsinin boyama intensivliyi də aşağı olur. Buna görə də boyaq 

maddəsinin  keyfiyyətli  alınmasına  nail  olmaq  üçün  vakuum  qurutma  üsulunun 

tətbiqi böyük əhəmiyyət  kəsb edir.  

Şkaf  tipli  vakuum-quruducusunda  yemişan  boyaq  maddəsinin  alınması 

üçün  aparılan  tədqiqatlar  göstərilmişdir  ki,alınan  boyaq  maddəsinin  rəng 

göstəriciləri  təbii  rəngə  uyğun  olmuş,  kimyəvi  tərkibi  çox  cüzi  dəyişmişdir. 



 

 

 



Buna  səbəb  qurutma  rejiminin  vakuumda  aşağı  olmasıdır.  Qurutma  prosesi 

zamanı  şkafın  daxilində  10

2

  atmosfer  təzyiqinin,  yəni  vakuumun  yaradılması, 



qurutma  prosesinin  35  –  40 

o

C  istilik  həddində  aparılmasına  imkan  verir  və 



bunun  nəticəsində,  əldə  olunan  təbii  yemişan  boyaq  maddəsinin  keyfiyyət 

göstəriciləri  xeyli  yüksəlir.  Bu  üsulun  mənfi  cəhəti  ondan  ibarətdir  ki,  qurutma 

müddəti uzun olur (12 – 14 saat), enerji  sərfi isə çoxalır.  

Yemişan  xammalından  təbii  boyaq  maddəsinin  istehsalı  üçün  əhəmiyyət 

kəsb  edən  qurutma  üsullarından  biri  də  püskürmə ilə qurutma üsuludur. Bu üsul 

ən  çox  quru  süd  istehsalında  tətbiq  edilir.  Vakuumda  qatılaşdırma  üsulu  ilə 

alınmış  55  %-li  yemişan  boyaq  maddəsi  ekstraktı  püskürmə  üsulu  ilə 

qurudulduqdan  keyfiyyətli  boyaq  maddəsi  alınır.  Bu  üsulun  əsas  üstünlüyü 

ondan  ibarətdir  ki,  əvvəlki  üsullardan  fərqli  olaraq  qurutma  müddəti  nisbətən 

qısa  olur.  Lakin  püskürmə  üsulu  ilə  boyaq  maddəsi  qurudulduqdan  sonra  onun 

tərkibində  14  –  22  %  nəmlik  qalır.  Bu  nəmliyi  azaltmaq  üçün  alınmış  məhsul 

təkrarən  lentli  quruducuda qurudularaq nəmliyi  5 – 7 %-ə qədər endirilir.   



Q  a  b  l  a  ş  d  ı  r  m  a.      Ekstrakt  halında  boyaq  maddəsi  avtomat 

qablaşdırıcı  maşın  vasitəsilə,  tutumu  3  litr  və  10  litr  olan  şüşə  taralarda 

qablaşdırılır.  Uzaq  məsafəyə  göndərilməsi  nəzərdə  tutulan  təbii  yemişan  boyaq 

maddəsi  isə  tutumu  25  –  50  litr  olan  polistilen  çəlləklərdə  qablaşdırılır.  Toz 

halında  istehsal  edilən  təbii  yemişan  boyaq  maddəsi  isə  polietilen  kisələrdə,  və 

yaxud  da  içərisinə  xüsusi  materialdan  mina  qatı  çəkilmiş  5  –  10  kq-lıq  xüsusi 

taralarda  qablaşdırılaraq, ağzı hermetik bağlanılır.   

S a x l a m a.   Ekstrakt halında olan təbii yemişan boyağının saxlandığı 

hazır  məhsul  anbarın  temperaturu  8  –  15 

o

C  təşkil  etməklə,  fasiləsiz  olaraq 



ventilyasiya  edilməlidir.  Yabanı  yemişan  xammalından  toz  halında  istehsal 

edilmiş  təbii  boyaq  maddəsinin  saxlandığı  anbarın  temperaturu  15  –  18 

o



olmaqla  nəmliyi  70  %-dən  çox  olmamalıdır.  Belə  şəraitdə  saxlanılan  hazır 



məhsul  uzun müddət xarab olmur və keyfiyyət  göstəricilərini  yaxşı saxlayır.  

Ekstraktın  tərkibində  quru  maddənin  miqdarı  (refraktometrlə),  %-lə  az 

olmayaraq   .   .   .   .   .   .   .   .   .   .   .   .   .  .   .   .   .   .   .   .   .   .   .   .   .   .55,0   


 

Turşuluq(alma  turşusuna hesablanmış), %-lə az olmayaraq  .   .   .   . 5,80  

I növdən olan ekstraktda %-lə, çox olmayaraq:   

Sulfit  anhidiridinin  miqdarı   .   .   .   .   .   .   .   .   .   .    .   .   .   .   .   .0,05  

Pektinin  miqdarı   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .  0,30  

Sorbin turşusunun miqdarı   .   .   .   .   .   ..   .   .   .   .   .   .   .   .   .   .  0,10  

1 kq ekstraktda ağır metal  duzlarının miqdarı, çox olmayaraq:   

Qalay   .   .   .   .   .   .   .   .   .   .   .   .   .  .   .   .   .   .   .   .   .   .   .    200 mq   

Mis   .   .   .   .   .   .   .   .   .   .   .   .  .   .   .   .   .   .   .   .   .   .   .   .   .  50 mq  

1 ton təbii yemişan  boyaq maddəsi istehsalı üçün xammalın  sərf norması 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin