Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Dezenfeksiya və dezafitasiya tədbirləri



Yüklə 196,75 Kb.
səhifə5/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   2   3   4   5   6   7   8   9   ...   82
Baytarlıq sanitariyası CAVAB

Dezenfeksiya və dezafitasiya tədbirləri



Dezinseksiya — infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Dezinseksiya həm məişətdə, həm də epidemiyaların qarşısını almaq üçün aparılır.
Məişət dezinseksiyasına otağın dərmanlanması, milçəklərin, taxtabiti və tarakanların, həmçinin digər həşəratların artıb çoxaldığı yerlərin planlı surətdə dərmanlanıb, onların tələf edilməsi və s. aiddir.
Epidemik məqsədlə aparılan dezinseksiya yataq ləvazimatlarının, eləcə də infeksiya ocağındakı bütün adamların eyni vaxtda hamamda yuyundurulmasıdır. Dezinseksiya fiziki, kimyəvi və bioloji metodlarla aparılır.
Fiziki metodlara əşyaların şotka, tozsoranla təmizlənməsi, çırpılması, yandırılması, qaynar suya salınması, tələ və yapışqanlardan istifadə edilməsi aiddir.
Kimyəvi dezinseksiyada insektisidlərdən (heksaxloran, xlorofos və s.) duru və bərk tələ yemlərindən istifadə edilir. Belə maddələr həşəratları məhv edir. Bəzi maddələrdən istifadə etməklə qansoran həşəratlardan qorunurlar.
Bioloji metodlar parazitləri məhv edən həşəratlardan, quşlardan, mikroorqanizmlərdən istifadə olunmasına əsaslanır.
Deratizasiya — infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsidir. Epidemioloji cəhətdən ən qorxulu gəmiricilər ev və çöl siçanları, boz və qara siçovullar, sünbülqıranlar, su siçanı və s.-dir. Bu zaman həm profilaktika işləri aparılır, həm də bunları tələf edirlər. Profilaktika məqsədilə ərzaq məhsullarını gigiyenik cəhətdən elə yerlərdə yerləşdirirlər ki, həmin gəmiricilər ora girə bilməsinlər. Gəmiriciləri bioloji, kimyəvi və mexaniki yolla qırırlar.
Bioloji metod onların düşmənlərindən pişiklərdən, itlərdən və s. istifadə edilməsidir. Mexaniki üsul isə tələlərdən istifadə olunmasıdır.
Kimyəvi metodda müxtəlif zəhərlərdən, kükürd anhidridindən və s. istifadə edilir.
Bundan başqa, aldadıcı yemlərdən (krısid, zookumarin, difenasin, ratindan, barium-karbonat, sink-fosfid, tiosemikarbazid, arsen preparatları) istifadə edilir. Bunları hazırlayarkən çörək, sıyıq, xəmir, tərəvəz, taxıl və s. qatırlar. Gəmiriciləri cəlb etmək üçün ona günəbaxan yağı və ət qiyməsi də qatılır. Zəhərli aldadıcı yemləri sanepidemioloji stansiyanın xüsusi təlim keçmiş işçiləri hazırlamalı və işlətməlidirlər.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin