Ərşad Əzimzadə



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix14.01.2017
ölçüsü3,15 Mb.
#5139
  1   2   3   4   5   6   7   8   9   ...   27

 

 
 
 
Ərşad Əzimzadə 
 
 
 
 
MÖCÜZƏSİZ MÖCÜZƏ 
 
 
 
TƏKMİLLƏŞMİŞ  YENİ  NƏŞRİ 
 
 
 
 
HEÇ VAXT XƏSTƏLƏNMƏMƏK, XƏSTƏLƏNDİKDƏ İSƏ 
DAVA-DƏRMANSIZ SAĞALMAQ MÜMKÜNDÜRMÜ? 
DÜNYANIN BÜTÜN NATUROPAT ALİMLƏRİNİN 
CAVABI BİRMƏNALIDIR: “BƏLI, MÜMKÜNDÜR!” 
 
 
 
 
 
 
 
 
“İnci”, 
Bakı - 2009 
                 
 
 
 
 
 
 
 
 

 

 
 
  Redaktor :         Firuzə  Əzimova 
                         Korrektorlar: 
                              Fərid  Cəbrailov 
                                    Elçin Məmmədzadə 
 
 
 
Ərşad Mütəllim oğlu Əzimzadə. “Möcüzəsiz  möcüzə” (elmi-
publisistik əsər). 
Bakı, “İnci”, 2009, səh.322 
 
 
 
Həmişə sağlam olmaq, gümrah və bəxtiyar yaşamaq, öz 
gəncliyini uzun illər qoruyub saxlamaq istəyən hər kəs,eləcə də 
ağır xəstəliklərdən təbii üsullarla yaxa qurtarmaq, özünü dava-
dərmansız sağaltmaq, özü özünün həkimi olmaq istəyən hər bir 
xəstə,yaşından  asılı  olmayaraq,bu  kitabda  “bunu  necə  etmək 
olar” sualına konkret və ətraflı cavab ala biləcək. 
Kitabda dünya şöhrətli naturopat alimlərin cansağlığı ilə 
bağlı təlimlərinə arxalanaraq, özünü 8 ağır xəstəlikdən    dava- 
dərmansız  sağaldan  müəllifin  baxışları  və  təcrübəsi  öz  geniş 
əksini  tapmışdır.Bu  təcrübə  deyir:sağalmayan  xəstəlik  yox-
dur,sağalmayan xəstə var.Sağalmaq  istəyən-yollar axtarır, 
istəmiyən-bəhanə... 
 
 
4108020000-1 elansız    
Ə----------------------------------- 
029-96 
 
İSBN  5-8606-138-6 

 

 
 
 
 
 
 
 
 
Sağlamlıq hər şey deyil, lakin hər şey- 
sağlamlıqsız heç nədir. 
Sokrat 
 
 
Həkim müalicə edir, şəfanı isə təbiət verir. 
Hippokrat 
 
 
Bütün fəsadların yuvası mədədir, bütün 
dərdlərin çarəsi pəhrizdir.  
Məhəmməd Əleyhissəlam 
 
 
Orqanizm bütövlükdə və hər bir hüceyrə ayrı- 
ayrılıqda  dünyanın  bütün  akademiyaların-
dan müdrik və ağıllıdır. 
A. Zalmanov 
                                       

 

                                  
 
KİTABIN İKİNCİ NƏŞRİNƏ 
ÖN SÖZ 
 
Möcüzəsiz  möcüzə”  kitabı  işıq  üzü  görən  gündən 
(dekabr,  1996)  keçən  bu  on  iki  ildə  nələr  baş  verib?  Öncə 
kitabın  taleyi  haqqında.Bircə  dəfə  də  reklam  olunmayan  bu 
əsər oxucu diqqətini ilk gündən özünə elə çəkdi ki, acgöz kitab 
“piratları”,  mənim  müəlliflik  hüququmu  kobud  formada 
pozaraq,  başladılar  kütləvi  şəkildə  onun  üzünü  çıxardıb  baha 
qiymətə satmağa. Vərəqləri əl vuran kimi tökülən keyfiyyətsiz 
“ksero-kopiyalar”  ölkəni  basdı.Müəlliflik  hüququmun  pozul-
ması  mənə  böyük  maddi  və  mənəvi  ziyan  vurdu.  İlk  vaxtlar, 
zəyif  formada  olsa  da,  hüquqlarımı  qorumaq  təşəbbüsündə 
bulundum.  Öncə  hüquq-mühafizə  orqanlarına  yazılı  mürciət 
etdim.Səmərə vermədi.Rəsmi dövlət qəzetinin  (“Azərbaycan”) 
səhifəsində  üzümü  müvafiq  orqanlara  tutub  soruşdum
“Mənim  müəlliflik  hüququmu  kim  qoruyacaq?”.  İnsafən, 
sualın  cavabı  çox  yubanmadı.Vətəndaşların  müəlliflik  hüqu-
qunu  qorumağa  borclu  olan  rəsmi  dövlət  təşkilatı  mənə  
bildirdi  ki,  ərizə  ilə  ona  müraciət  etsəm,  işlər  yoluna  düşər. 
Yubanmadan müraciət etdim. İdarədə mənə təskinləşdirici “şad 
xəbər”  verdilər:  ”Müəlliflik  hüququ  pozulan  təkcə  sən 
deyilsən, hətta, Təhsil Nazirliyinin buraxdığı dərsliklərin də  
üzünü  kütləvi  şəkildə  çıxardıb  satırlarQeyri-leqal  işləyən 
arxalı  “piratlarla”  mübarizə  aparmaq  asan  məsələ  deyil”. 
Rəsmi idarənin halına bərk acısam da,ümüdsizliyə qapılmadım, 
ərizə yazıb verdim müdür bəyə.Görülən tədbirin nəticəsi özünü 
çox gözlətmədi.“Arxalı piratlar” tərəfindən buraxılan kitabımın 
sayı və çeşidi birdən-birə yüksək sürətlə çoxaldı: elə bil, mənə 
demək istəyirdilər: “Sən kimə qarşı vuruşursan?”. İndi kitabım 
təkcə  sarı  rəngdə  çıxmırdı,həm  də  göy,qırmızı,yaşıl  rənglərdə 
buraxılırdı.Bu  sətirləri  yazarkən  daha  bir    “şad  xəbər”  aldım: 

 

qorxu-hürkü  bilməyən,heç  kəsdən  çəkinməyən  kitab  “pirat-
ları”(hüquqi  dildə  desək,  mütəşəkkil  cinayətkarlar)  2007-ci 
ildən  kitabımı  qırmızı  rəngdə  və  qalın  üzlə  buraxmağa 
başlayıblar.   
1996-cı  ildə  cəmisi  4  min  nüsxə  tirajla  buraxdığım 
kitabın  qeyri-rəsmi  “ksero”-tirajı,kim  bilir,  bəlkə  də  bir  neçə 
milyonu çoxdan keçib.Təbiidir ki, mənə maddi cəhətdən böyük 
ziyan dəyib. Amma, istəyirsiniz inanın, istəmirsiniz-inanmayın, 
məyus deyiləm. Bilirsiz niyə? 
Ruslarda  bir  məsəl  var,  deyirlər  “net  xudo  bez  dobra”. 
Yəni,  elə  bir  pis  hadisə  yoxdur  ki,  onun  bir  müsbət  cəhəti 
olmasın. Bu,həqiqətən də belədir. Kitab “piratlarının” uğurları 
mənə bir çox həqiqətləri anlatdı. Əvvala, dərk etdim ki, millət 
saf  sözü  çürük  sözdən  yaxşı  seçir.  İkincisi,  insanların  ağıllı 
məsləhətlərə ehtiyacı böyükdür. On minlərlə həmvətənim leqal 
və qeyri-leqal şəkildə çıxan kitabımı oxuyub, özləri üçün nəsə 
faydalı  bir  şey  tapıb,  özünü  bu  və  ya  digər  bəladan  həkimsiz, 
dərmansız  qurtarıb, itirdiyi  ən şirin neməti-sağlamlığını qayta-
rıb. Belə savab işin sevincini dadmaq hər adama nəsib olmur! 
Mənə  zəng  vurub,  sevincini  mənimlə  bölüşən  çoxsaylı  oxucu-
larımın ürəkdən gələn alxışları mənə dəymiş maddi və mənəvi 
ziyanın əvəzini min qat artıqlaması ilə çıxdı, məni sağlamlıqla 
bağlı yeni əsərlər yazmağa ruhlandırdı. Qarşıma çıxan çətinlik-
lərdən  və  süni  maniələrdən  qorxub  geri  çəkilmədim,  yazdım, 
yazıram və bundan sonra da yazacam!.. 
Bəs bu illərdə şəxsi həyatımda nələr baş verdi?  
Səkkiz “sağalmayan” (tibb elminin təbirincə) xəstəliklə 
vidalaşıb,  ən  azı  20  il  cavanlaşdım.  Gənclik  çağlarında,  Sibir 
“mujiki”  kimi,  “tulupda”,  dəri  papaqda,  boynu  həmişə  yun 
şərfli gəzən, yayın tiyamarında da özünü soyuqdan qoruyan bir 
ahıl kişi,1995-ci ildən başlayaraq, Quba kimi soyuq və yüksək 
rütubətli bir rayonda, düz 10 il qışın şaxtasında da nazik plaşda, 
başı  açıq  gəzdi,onu  bircə  dəfə  qrip  də  tutmadı.  Ona  baxanda 

 

heç kəs inana bilmirdi ki,bu adam düz 30 il “çarəsiz” xəstəlik-
lərdən əzab çəkib, 40 yaşında birinci qrup əlil olub... 
Bəli,  alternativi  olmayan,  böyük  möcüzələr  yaratmağa 
qadir  olan  sağlam  həyat  tərzi  öz  ecazkar  işini  görmüşdü. 
Sağlam  və  xoşbəxt  yaşadığım  10  ildə  tam  əmin  oldum  ki, 
əhalinin qidalanma və səhiyyə mədəniyyətini qaldırmaq, millə-
tin qızıl genefondunu yaratmaq cəhdim əbəs deyil. Qəti qərara 
aldım: bu istiqamətdə səylərimi daha da  artırmalıyam! 
Lakin həyatın öz əbədi və dəyişməz qanunları var. Belə 
qanunlardan biri də budur ki, xeyirlə  şər dünyaya qoşa gəlib, 
həmişə  qoşa  gəzirlər  və  daima  mübarizə  aparırlar.  Sən  demə, 
məmləkətimizdə mənim fəaliyyətimi böyük qısqanclıqla qarşı-
layan  şər  qüvvələr  az  deyilmiş.Dəhşətli  qazanc  mənbəyi  olan 
zəhərli  dərmanları  və  çürük  qidaları  ifşa  etməyim,müasir  tibb 
elminin gücsüzlüyünü təkzibolunmaz faktlarla sübuta yetirmə-
yim,öz xoşbəxtliyini millətin bədbəxtliyi üzərində quran acgöz 
mal-dövlət hərislərinin mənafeyinə toxundu və onları qəzəblən-
dirdi.Mən  kiminsə  quyruğunu  bastalamışdım.Və...Cəzam  çox 
ağır  oldu-orqanizmimə  hansı  formadasa  edilən  təcavüz 
nəticəsində  mədə-bağırsaq  traktı  və  sinir  sistemi  qəflətən 
sıradan çıxdı, mədəm həzmetmə qabliyyətini birdən-birə itirdi, 
dilimə  bir  qurtum  çiy  su,bir  qram  çiy  qida  vura  bilmədim, 
iradəm  sürətlə  zəyifləməyə  başladı.Tezliklə  oynaqlarım  şişdi, 
əllərim  və  ayaqlarım  öz  funksiyasını  yerinə  yetirə  bilmədi. 
Yataqda  meyid  kimi  hərəkətsiz  qaldım,  məni  əllə  yedirirdilər. 
Gənclik  illərində  düşdüyüm  ağır  vəziyyət  bu  dəfə  daha  ağır 
formada  və  daha  pis  şəraitdə  yenidən  təkrar  olundu.70  illik 
yubileyimi ölüm yatağında, çox bədbin halda qarşıladım. 
Ağır  yataq  həyatının  ikinci  ilində  iradəm  məni,  demək 
olar,tamam  tərk  etmişdi.Bəzən  elə  hala  düşürdüm  ki,Allahdan 
özümə  ölüm  diləyirdim,  tez-tez  intihar  haqqında  düşünürdüm. 
Belə  anlarda  ömür  yoldaşım  mənə  ürək-dirək  verir,  keçmiş 
həyatımdan iztirablarla dolu olan günləri-ayları yadıma salırdı. 
Deyirdi,  onda  da  yüz  kərə  belə  ağır  vəziyyətə  düşmüşdün, 

 

həmişə də bacarıb burulğandan çıxmışdın, indi də bacaracaqsan, 
çıxacaqsan bu vəziyyətdən!..Mənimsə əks-arqumentlərim vardı, 
deyirdim,o  vaxt  cavan  idim,  orqanizmim  hələ  güclüyüdü, 
xəstəliyə yaxşı müqavimət göstərə bilirdi, indi yaşım 70-ə çatıb. 
O vaxt mədəm də yaxşı işləyirdi, indi onu sıradan çıxardıblar... 
Mübahisə  vaxtı  ömür  yoldaşım  yadıma  bir  güclü  reallığı 
salırdı: “Amma o vaxt sənin Katsudzo Nişi, Pol Breqq, Herbert 
Şelton,  Norman  Uoker,  Abram  Zalmanov  kimi  qüdrətli 
müttəfiqlərin yoxudu”. Bu arqumentin ətəyindən iki əllə bərk-
bərk yapışdım, sinəmə çökmüş Əzrayillə əlbəyaxa vuruşdum... 
Düz  üç  il  yataqdan  qalxa  bilmədim,  hər  gün  Əzrayillə 
göz-gözə durdum. Ölümün uzaqda olmadığını hər gün, hər saat 
hiss edirdim. Yastığımın dibindən əl çəkməyən ömür yoldaşım 
ən  ağır  dəqiqələrdə-yaşamaq  ümidim  tamam  itəndə  yenidən 
yadıma salırdı:  
-Sən  bundan  da  ağır  vəziyyətdən  çıxmısan,  yenə  də 
çıxacaqsan, sağlamlığını yenə qaytaracaqsan!.. 
Bir söz deməsəm də, içimdə başqa şeylər düşünürdüm: 
O vaxt hələ gənc idim, mədəm yaxşı işləyirdi. Rəhmətlik anam, 
bacılarım  Dilnəvaz  və  Tamara,qayğıkeş  yeznəm  Hacı  və 
övladları  qulluğumda  durmuşdular,gecə  yatmırdılar,gündüz 
oturmurdular,həyatım  uğrunda  çarpışırdılar.Hər  iki  gözünün 
nurunu itirmiş müstər anamın əlindən bir iş gəlməsə də, gündə 
iki  dəfə-bir  səhər,bir  də  axşam-çöpə  dönmüş  ətsiz  barmaqları 
ilə biləyimi ölçür,özünü və məni aldatmağa çalışırdı: “yaxşısan, 
Allaha şükür,kökəlmisən”.Məmər kəndinin(indi yağı düşməni- 
miz  ermənilərin  taptağı  altında  inildəyir!)  gözəl  ab-havası, 
Bərgüşad çayının sərin mehi,dərmansız meyvələr, “Astanlarda” 
bitən  şəfalı  pencərlər,Laçından  gələn  təmiz  dağ  balı,kənddə 
hamının  böyük  hörmətlə  “Əbil  həkim”  deyə  müraciət  etdiyi 
pak əqidəli feldşerin şəfalı baxışları,hər gün mənə baş çəkməyə 
gələrkən bacımdan “ağız, indi bəri bax görüm, bu uşağa səhər-
səhər  yeməyə  nə  vermisən”  deyə  qida  rejimimlə  maraqlanan 
Qumru  nənənin  boxçadan  çıxan  tövsiyələri,  çox  “vurduğu” 

 

üçün  “Kefli  İsgəndər”  ləqəbi  qazanmış  rəhmətlik  Cavanşirin 
verdiyi məzəli məsləhətlər, daşları yuyub paklaşdırandan sonra 
divara  qoyan  halal  əxlaqlı  naxırçı  Kamilin  dünyada  baş  verən 
qlobal  hadisələr  barədə  söylədiyi  baməzə  fikirlər  və  bir  çox 
digər  müsbət  amillər  mənim  “səngərimdə  vuruşurdu”.  İndi 
“döyüş  arsenalımda”  bunlardan  hansı  qalıb?  Zəhərli  şəhər 
havası,zəhərli 
su,zəhərli  meyvə-tərəvəz,saxta  dərmanlar, 
xəstələrə  yalnız  “kliyent”  kimi  baxan  insafsız  tibb  işçiləri, 
əndişəsi  ağır  yük  olub  çiyinlərindən  asılan,hər  gün,hər  saat 
aşağı  basan  qaçqın  qohum-əqrabanın,dost-tanışın  soyumuş 
münasibəti  və  bugünkü  ağır  maddi  durumum.Mədəm  bir 
qurtum çiy suyu da həzm edə bilmir,dilimə meyvə-tərəvəz vura 
bilmirəm,qalmışam  “mannı  kaşa”nın  və  kartof  horrasının 
ümidinə,orqanizmim lazım olan vitaminləri,duzları və ferment-
ləri  ala  bilmir,bu  səbəbdən-immun  sistemi  və  orqanizmin 
müqaviməti  tamam  zəyifləyib,  köhnə  xəstəliklərim  yerbəyer-
dən baş qaldırıb... 
Göründüyü kimi, mənim arqumentlərim daha güclü idi. 
Ömür  yoldaşım  onları tam  inkar  edə  bilməsə  də,  qəbul  etmək 
də istəmirdi:istəmirdi ki,mən olub-qalan ümidimi tamam itirim. 
Süni nikbinliklə öz arqumentlərini təkrarlayırdı,qızğın müdafiə 
edirdi.Fəqət qara fikirləri qovub beynimdən çıxarda bilmirdim. 
Buna nə qədər çox cəhd göstərirdimsə,sırtıq fikirlər bir o qədər 
çox beynimə soxulurdu.Görünür,bədxahlarım psixikama güclü 
təsir  göstərmişdilər-iradəm  günbəgün    zəyifləyirdi.Ölmədim, 
bu dəfə də kəfəni yırtdım!.. 
Sağ  qalmağım  üçün  göydə-bizi  yaradan  və  xoşbəxt 
olmaq  üçün  bizə  hər  şey  verən  Ulu  Tanrıya,yerdə-qüdrətli 
naturopat  alimlərə,əzmkarlığı  və  fədəkarlığı  ilə  hamını  heyran 
qoyan  ömür  yoldaşım  Firuzə  xanıma  borcluyam!Ən  ağır 
məqamlarda  mənə  dayaq  olan,ruhdan  düşməyə  qoymayan 
comərd  həmvətənlərimin  dəstəyi  olmasaydı,düşdüyüm  qirx 
ərşinlik quyunun dibindən çıxa bilməzdim.O nəcib insanlara öz 
dərin minnətdarlığımı bildirirəm!..            

 

Bu  gün  son  40  ildə  həyatımda  baş  verən  hadisələri 
dərindən təhlil edərək, aşağıdakı məntiqi nəticələri çıxartdım: 
1.Sağlam  həyat  tərzinin  alternativi  yoxdur!  Sağlam 
həyat  tərzi  keçirmədən  sağlam  olmaq  və  uzun  ömür  sürmək 
mümkün  deyil,sağlam  həyat  tərzi  keçirməyən  insan    hec  vaxt 
xoşbəxt ola bilməz!.. 
2.“Bütün  fəsadların  yuvası-mədədir,  bütün  dərdlərin 
çarəsi-pəhrizdir”  deyən  müdrik  peyğəmbərimiz  Məhəmməd 
Əleyhissəlam  və  “düzgün  qidalanmadan  sağlam  olmaq 
mümkün  deyil”  deyən  qüdrətli  alim  Pol  Breqq  milyon  dəfə 
haqlıdır.Düzgün  qidalanmayan  xəstəni  sağaltmaq  mümkün 
deyil,düzgün qidalanmayan sağlam adam hökmən xəstələnməli 
və ömrünü vaxtından əvvəl başa vurmalıdır. 
3.Dava-dərman  xəstəni  sağaltmağa  qadir  deyil,  ondan 
yalnız dərin böhrandan çıxmaq üçün istifadə etmək lazımdır. 
4.İnsan orqanizmi-yeni hüceyrələr yaratmağa qadir olan 
mükəmməl  “maşındır”,ona  görə  də  bütün  toxumaları 
cavanlaşdırmaq,damarlarda,vətərlərdə,sümüklərdə, qığırdaqlar-
da  baş vermiş qüsurları aradan qaldırmaq , ayrı-ayrı orqanların 
funksiyasını bərpa etmək və yaxşılaşdırmaq  mümkündür. 
5.Dünyanın  ən  mükəmməl  laboratoriyasında  keçirilən 
sınağın  nəticəsi,adamın  öz  üzərində  apardığı  sınağın  nəticəsi 
qədər dəqiq və səmərəli ola bilməz. 
6.Ağır xəstənin sağalması üçün xəstənin iradəsi ən əsas 
şərtdir,  lakin  təkcə  iradə  bəs  deyil,  xəstənin  sağalmasını  onun 
özündən də artıq istəyən fədəkar adamlar da lazımdır. 
7. Ailəliklə sağlam həyat tərzinə keçmək,tək-tək adam-
lara  nisbətən-çox  asan,çox  rahat  və  maddi  cəhətdən  çox 
sərfəlidir.Belə  həmrəyliyin  səmərəsi  ağılasığmaz  dərəcədə 
böyükdür. Belə ailə-hər cür qibtəyə və həsədə layiqdir!!! 
8.Ulu  Tanrının  qoruduğu  bəndəni  heç  bir  şər  qüvvə 
məhv edə bilməz!.. 
9.Sağalmaq istəyən-yollar axtarır,istəmiyən-bəhanə 
                                

 
10 
Müəllif. 
 
 
 
 
BİRİNCİ  FƏSL 
 
BU KİTABI NİYƏ YAZDIM? 
 
Əlinizdəki bu kitabı nə ad-san naminə, nə də şan-şöhrət 
naminə,nə də kalan pul qazanmaq  üçün yazdım. Sadəcə, gənc 
yaşlarında  sağlamlığını  itirərək,düz  30  il  dava-dərmanın 
ümidinə qalmağın,qış-yay isti paltara bürünməyin,özünü “üfürə 
-üfürə  işlətməyin”,sonu  görünməyən  dəhşətli  ağrıların  əlindən 
zarıldayaraq  ailəni,qohum-əqrabanı  zinhara  gətirməyin,  xeyrə-
şərə yaramayan bir vecsiz məxluqa çevrilməyin, buna görə də 
içində  qıvrıla-qıvrıla  qalmağın  nə  demək  oldu-ğunu  gözəl 
bilirəm.Onu  da  bilirəm  ki,mənim  kimi,öz  iradəsi  ziddinə 
“ölücanlı”  epitetini  daşıyan  zavallılar  çoxdur.Mən  isə,Xaliqə 
min  şükür,artıq  bu  alçaldıcı  “titul”umdan  xilas  olmuşam,30  il 
əzab və işgəncə çəkdikdən,hər cürə məhru-miyyətlərə dözdük-
dən sonra, tibb elminin pessimisüt proqnoz-larını yerə vuraraq, 
qadir  Allahın  mərhəməti  sayəsində  və  dahi  Yapon  alimi 
Katsudzo  Nişinin  yaratdığı  ecazkar  Sağlamlıq  Sisteminin 
köməyi  ilə  şəfa  tapdım,boran  vurmuş  gəncliyimi  geri  qaytar-
dım.Deyin, bundan da böyük səadət ola bilərmi? 
          Kitab  yazdığımı  bilən  həkim  tanışlarım  mənə  məsləhət 
gördülər  ki,möcüzəli  Nişi  sistemini  geniş  yaymayım,onu  sirr 
saxlayım,özüm  müalicə  ilə  məşğul  olum,bu  yolla  kasıblığın 
daşını  atım.Məsləhətə  baxmadım.Zənn  edirəm  ki,mənə  şəfa 
gətirən  Sağlamlıq  Sistemini  qeyri-sağlam  həyat  tərzi  keçirən, 
bir  çox  mətləblərdən  hali  olmayan  xalqımdan  gizlətməyə, 
sadəcə,  haqqım  yoxdur.Belə  etsəydim-Allah  qarşısında  və 
Nişinin ruhu qaqrşısında böyük günah işlətmiş olardım.  
         Bu  kitab  heç  vaxt  xəstələnməmək,həmişə  gümrah 
yaşamaq,gəncliyin  ömrünü  uzatmaq,xəstələndikdə  isə  dava-
dərmansız  sağalmaq  yolunda  sizə  ən  ehtibarlı  bələdçi  olacaq. 
Buyurun, “Bismillah” deyib, vərəqləri aşırın.  

 
11 
 
 
BİZ KİMİK? 
 
         “Yaranmışın  əşrəfi”,  “dünyanın  tacı”  sayılan  ali  şüurlu 
Insan  bütün  həyatı  boyu,kimisi  bilmədən,kimisi  də  bil-bilə, 
şüurlu  surətdə  öz  əlilə öz  ömrünə  balta  çalır.Özü  də  bunu  adi 
hal,  həyat  norması  kimi  qəbul  edir,  “yarananın  hamısı  ölüb 
gedəcək,beş  gün  tez,beş  gün  gec”  sözləri  ilə  özünün  iradə 
zəyifliyinə,pis  vərdişlərinə  haqq  qazandırmağa  çalışır.Lakin 
hər kəsin həyatında gec-tez elə bir məqam gəlib çatır ki,adam 
dayanıb,hər  şeyə  tamam  başqa  gözlə  baxmaq,öz  vərdişlərinə, 
öz  həyat  tərzinə  tənqidi  yanaşmaq,hər  şeyi  saf-çürük  etmək 
zorunda qalır,nəticə çıxarır və son qərarını verir.Qəti qərarını! 
Çünki belə adam, təkcə ingiltərəli Hamleti deyil, zaman-zaman 
bütün  nəsilləri  düşündürən  klassik  sual  qarşısında  qalmış-
dır:”olum  ya  ölüm?”...Başının  üstünü  qəflətən  alan  Əzrayil 
səndən cavab gözləyir:seç,olum, ya ölüm? Sosial vəziyyətindən, 
varlı-kasıblığından,sinnindən,cinsindən,tutduğu  vəzifədən  asılı 
olmayaraq,hamı,təbii,“olum”u  seçir.Hətta,canı  sağlam  olanda  
lovğalanaraq “harda qırılar-qırılar” deyən “cəsur” da Əzrayılın 
buz baxışları altında sarsılır,üşüyür,“yaşamaq istəyirəm” sözlə-
rini  dilinə  gətirməsə  də,saman  cöpündən  dördəlli  yapışır, 
ömrünü,heç  olmasa,bir  qədər  uzatmağa  çalışır.Xaliqdən  aman 
diləyir.Mən belələrini çox görmüşəm. 
            Bəli,cavan  da,ahıl  da  mümkün  qədər  çox  yaşamaq 
istəyir.Fəqət,heç də hamımız tez ölməməyin,uzun ömür sürmə-
yin,ən  başlıcası  isə  azar-bezarsız,gümrah,şad-şalayın  yaşam-
ğın təhrini bilmirik.Halbuki uzun illər (200-300-500 il!), özü də 
xəstəliyin  acısını  dadmadan,hətta,“əsrin  bəlası”  kimi  qorxunc 
və heybətli bir ad qazanmış xərçəng xəstəliyini vecinə almadan 
yaşamaq mümkündür. 
Nə sayaq?Yada salın:insan gündə neçə dəfə ayna qaba-
ğında dayanıb qaş-gözünə,boy-buxununa heyran-heyran baxır! 

 
12 
Fəqət, insan heç vaxt özünü görə bilmir. Olsa-olsa öz hüsnünü-
camalını, dərisini, boyunu, qaş-gözünü görə bilir. Çünkü ayna 
qabağında  dayanan  insan  heç  vaxt  öz  daxilinə  nəzər  salmağa 
təşəbbüs  göstərmir.  Daxili  onu  az  maraqlandırır,  bəlkə  də  heç 
maraqlandırmır. Daxili yalnız mədəsi, ürəyi, qara ciyəri, yaxud 
başqa  bir  orqanı  şıltaqlıq  edəndə,gecələr  yatmağa,gündüzlər 
oturmağa  qoymayanda,öd  kisəsində,böyrəklərində  al-əlvan 
daşlar  əmələ  gələndə  yada  düşür.Dünya  şöhrətli  (bizə  isə  bu 
çağacan  bəlli  olmayan!!!)  dahi  yapon  alimi  Katsudzo  Nişi  isə 
öz daxilimizə gündə bir neçə dəfə nüfuz etməyi məsləhət görür. 
“Nişi  kimdir”  sualına  cavab  verməzdən  əvvəl,gəlin, 
Şeytanın  qıçını  sındırıb,  ömrümüzdə  heç  olmasa  bircə  dəfə 
özümüzə  kənardan,təhlil  və  tənqid  prizması  altında  baxaq. 
Əgər bunu etmiş olsaq,yəni,özümüzə kənardan baxsaq, diqqət-
mizi çəkən ən qabarıq məsələ bu olacaq:hər  birimiz,  ağlımız 
kəsən  gündən,heç  nəyin  fərqinə  varmadan,ümumi  axına 
qoşulub,bozbulanıq  kütlə  gedən  səmtə  getmişik.  Buna  bir 
əzəmətli  ad  da  vermişik:”yaşayırıq”.  Yaşayırıqmı?..  Bəlkə 
düzünü deyək:sürünürük.“Ah-uf” içində,it zülmüynən qazan-
dığımız  pulları  dava-dərmana  xərcləyə-xərcləyə,Ana  Təbiətin  
müqəddəs  Qanunlarını  tapdalaya-tapdalaya,  onları  dəyişməyə 
cəhd göstərə-göstərə sürünürük.Hərdən, zavallı Don Kixot kimi,   
“Təbiəti özümüzə tabe etdirmək” kimi xam xəyala da düşürük. 
Buna görə də “Təbiət” adlı qadir hakim əlindəki əmudla başı-
mıza elə bir ağır zərbə vurur ki,siqaretin,içkinin,yağlı kababın, 
şirniyyatın,kolbasanın,saqqızın,daha nə bilim nələrin təsirindən 
kütləşmiş  olan  ağlımız  diksinib,  oyanır.Ayilan  kimi  həyacan 
təbili çalır: “Vəziyyətim ağırdı! Məni xilas edin!”. Fikir verin: -
məhz  insan  özü-özünü  qeyri-sağlam  həyat  tərzinin  köməyi  ilə 
qırx  ərşin  quyunun  dibinə  salır,amma  istəyir  ki,onu  quyunun 
dibindən  özü  deyil,kim  isə  bir  başqası  çıxartsın.Bundan  da 
böyük  qəribəlik  budur  ki,düşdüyü  ağır  vəziyyət  üçün  əsl 
səbəbkardan-yəni  özündən  başqa  kimi  desəniz  təqsirləndirir: 
“ağır  taleyi”,ictimai  qurluşu,iqtidarı,təbibləri,deyingən  qayna-

 
13 
nanı,  kasıbçılığı,  televiziya  şirkətinin  rəhbərliyini...Di  gəl,bir 
sualı  özümüzə  vermək  heç  vaxt  ağlımıza  gəlmir:seçdiyim 
həyat tərzi sağlamdırmı? Bir vaxtlar bütün əzəməti və zəhmi 
ilə  qarşımı  kəsən,yaxamdan  tutub  məni  bərk-bərk  silkələyən 
həmin  sualla,əziz  oxucum,indi  mən  sənə  müraciət  etmək 
istəyirəm:seçdiyin həyat tərzi sağlamdırmı?  
           İndi  isə  gəlin  daha  bir  vacib  sualın  üstünə  qayıdaq: 
xəstəlikdən  dava-dərmansız  yaxa  qurtarmaq  mümkündürmü? 
Bu  taleyüklü  sualın  cavabını  hələ  XX  əsrin  birinci  yarsında 
dahi Yapon alimi Katsudzo Nişi böyük qətiyyətlə və birmənalı 
vermişdir:bəli,  bütün  xəstəlikləri,o  cümlədən,xərçəngi  də 

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin