Ərşad Əzimzadə


MEYVƏLƏRİN TƏQSİRİ YOXDUR!



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix14.01.2017
ölçüsü3,15 Mb.
#5139
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

MEYVƏLƏRİN TƏQSİRİ YOXDUR!.. 
 
 Amerikalı  Porter  qidalar  haqqında  yazdığı  kitabında 
belə bir yanlış fikir söyləmişdi ki,meyvələrlə qidalanmaq-dieta 
sahəsindəki  yanlış  vərdişlərdən  biridir.Lakin  alim  elə  burdaca 
təstiq  edirdi  ki,ayrılıqda  yeyilən  meyvə  heç  bir  fəsad  vermir. 
Digər  həkimlər  də  belə  hesab  edirlər  ki,meyvə  həzmolma 
prosesinə  mənfi  təsir  göstərir.Lakin  bunu  deyənlər  meyvənin 
digər  qidalarla  necə  tənasübdə  qəbul  edilməsi  barədə  heç  bir 
şey  bilmirdi.Onlar,sadəcə,belə  bir  faktı  əsas  götürürdülər  ki, 
meyvə-başqa  qidalarla  birlikdə  yeyiləndə  müxtəlif  fəsadlar 
verir, özü də təqsiri təkcə meyvənin üstünə yıxırdılar.  
Qida  məsələləri  ilə  yarım  əsr  məşqul  olan  H.Şelton  bu 
yersiz  ittihamları  meyvələrin  üstündən  götürdü,onları  təmizə 
çıxartdı.Alim  təkzibolunmaz  faktlarla  sübut  etdi  ki,meyvə- 
təkcə  göz  oxşayan,ətirli,dadlı  qida  növü  deyil,həm  də  çox 
dəyərli  qida  maddələrini,vitamin  və  duzların  faydalı  qarışığını 
özündə  cəmləyən  zəngin  ərzaqdır.Fəsad  məsələsinə  gəlincə, 
burada meyvənin heç bir təqsiri yoxdur,təqsir-menyuda meyvə- 
nin yerini səhv salan insandadır. 
Meyvə  haqqında  hər  şeydən  öncə  onu  bilmək  lazımdır 
ki, başqa qidalardan fərqli olaraq, meyvə-ağızda və mədədə ya 
heç  həzm  olmur,ya  da  cuzi  şəkildə  həzm  olur  və  bir  neçə 
dəqiqədən  sonra  birbaşa  yoğun  bağırsağa  keçir.Burda  da  çox 
yubanmır,qısa  vaxt  ərzində  yüngülvari  həzm  olunur  və  bu  da 
qana  sorulmaq  üçün  bəs  edir.Belə  bir qida  ətlə  (yada salaq ki, 
ət 3-6 saat ərzində həzm olunur),yaxud gec həzmə gedən digər 
qida növləri ilə eyni vaxtda,ya da onlardan az sonra yeyiləndə 
nə  baş  verir?  Tutalım  almanı,  yanlış  təsəvvürlə  (həzm  olmanı 
yaxşılaşdırsın  deyə)  yağlı  qoyun  kababının  üstündən  yediniz. 

 
97 
Biz bilirik ki,ətin həzmolma müddəti 3-5-6 saatdır.Mədədəki ət 
özü həzm olunana qədər almanı tutub yanında saxlayır, qoymur 
bağırsağa  keçsin.Alma  bakteriyaların  təsiri  altında  çürüyür  və 
korlanır,çürümüş alma əti də çürüdür.Yoğun bağırsağa korlan-
mış kütlə daxil olur-mikroblar üçün zəngin yem bazası yaranır, 
xəstəlik qaçılmaz olur. Bütün sirr bundadır. 
İdeal  variant  belədir-meyvəni  bir  öynə(ya  səhər,  ya 
axşam)  əsas  qida  növü  kimi  qəbul  etmək.Bunu  hər  hansı  bir 
səbəbdən  edə  bilməyənlər  meyvəni  əsas  qida  növü  saydığı 
xörəkdən  30-60  dəqiqə qabaq  yeməlidir.Meyvəni  heç  bir  qida 
ilə qarışdırmaq olmaz! Daha bir vacib şərt: turş meyvələri şirin 
meyvələrlə  qarışdırmayın!Meyvə  haqqında  çıxardığımız  başlı-
ca nəticə budur ki, bütün meyvələr şəfaverici xassəyə malikdir. 
Sadəcə,meyvəni  yeyərkən  yuxarıda  deyilən  2  vacib  qaydanı 
yerinə yetirmək lazımdır. 
Şübhə  etmirəm  ki,  “Allah  min  dərd  verib,  min  bir 
dərman” deyən əcdadlarımız dadlı meyvələri də bu dərmanlar 
arasında görüblər.Naturopat alimlər tam əmindirlər ki,bu dünya 
yarananda  və  uzun  əsrlər  boyu  meyvə,şülul,zoğlar,yarpaqlar, 
çiçəklər insanın yeganə qidası olub.O vaxt insan min il, özü də 
azar-bezarsız yaşayıb. 
Bütün  meyvələrin  xassələrini  açmaq,  onların  necə 
zəngin  tərkibə  malik  olduğunu  göstərmək  fikirində  deyilik. 
Zənnimcə, bir neçəsinin tərkibinə nüfuz etmək kifayyətdir. 
Ərik:Tərkibində  20-27  faiz  şəkər  var,üzvi  turşular 
(salisilat,alma turşusu,limon turşusu),A vitamini (karotin), S və 
B
12 
vitaminləri,kalium  duzu,dəmir,fosfor,maqnezium  və  s.  ilə 
zəngindir.Ərik və qurusu-ürəyi,beyni qidalandırır,onların fəaliy 
-yətini xeyli yaxşılaşdırır. 
Alma:Tərkibində  S,  B
1
,  B
2
,  F,  E
 
vitaminləri,karotin, 
kalium,kalsium,dəmir,marqans,pektinlər,şəkər,üzvi  turşular  ki-
fayət qədərdir.Skleroz əleyhinə çox gözəl vasitədir.Ürək, bağır-
saq,böyrək,hipertoniya,qansızlıq,piylənmə  xəstəliklərinə,böy- 
rək də daşlara qarşı səmərəli müalicə vasitəsidir. 

 
98 
Armud:  S  və  B

vitaminləri,şəkər  və  üzvi  turşularla 
zəngin  olub,sidikqovucu,mikrob  əleyhinə  təsir  göstərir,sidik 
yollarının infeksiyası və böyrəkdə daş olan vaxt istifadə olunur. 
Üzüm:Kalium,kalsium,marqans,kobalt ilə, S, P, PP, B
1

B
6
, B
12
 vitaminləri,karotinlə və üzvi turşularla zəngindir. Tərki-
bində  18-20  faiz  zülal  var.Böyrəklər,ağ  və  qara  ciyər,podaqra, 
hipertoniya  və  s.  xəstəliklərin  müalicəsində  istifadə  olunur, 
orqanizmi bütövlükdə möhkəmlətmək qabliyyətinə malikdir. 
Albalı:Tərkibində  qlyukoza,fruktoza,S,B
1
,PP  vitamin-
ləri,karotin,üzvi  turşular,mis,kalsium,maqnezium,dəmir,pektin 
zəngindir.Qan  azlığında,ağ  ciyərin,böyrəyin  müalicəsində, 
atereskleroza və qəbzliyə qarşı geniş istifadə olunur. 
Nar:Orqanizmi möhkəmlədir,həzmolmanı yaxşılaşdırır, 
mədəaltı  vəzini  sağaldır,qanı  təmizləyir,qan  azlığını  aradan 
qaldırır. 
Gavalı:Müalicəvi  meyvədir.Tərkibində  16  faiz  şəkər, 
külli  miqdarda  kalium,pektin,  S,  B
1
,  PP,  karotin,üzvi  turşular 
var.Gavalı(ələlxüsus,qurumuş qara gavalı)yumuşaldıcı və sidik 
-qovucu  təsirə  malikdir,atereskleroz,qara  ciyər,ürək,böyrək, 
hipertoniya xəstəliklərinə qarşı güclü təsirə malikdir. 
Moruq:Tərkibində  9-10  faiz  şəkər,çoxlu  dəmir,pektin, 
mis,kalsium,üzvi  turşular,  S,  B
1
,  B
12
,  PP  vitaminləri  və  digər 
dəyərli  maddələr  var.Mədə-bağırsaq,atereskleroz,böyrək,hiper- 
toniyaya xəstəliklərinə qarşı istifadə olunur. 
Qara  qarağat:İtburnudan  sonra  S  vitamini  ilə  zəngin 
olan  ən  qiymətli  bitkidir.Tərkibində  300  mq/faizə  qədər  S 
vitamini,çoxlu  B
1
,PP  vitaminləri,karotin,kalium,dəmir,limon 
turşusu,alma  turşusu  və  digər  üzvi  turşular,pektin,16  faizə 
qədər  şəkər  vardır.Mədə  yarasına,qastritə(turşusu  az  olanda), 
atereskleroza,böyrək  xəstəliklərinə  qarşı,maddələr  mübadiləsi 
pozulanda və qan azlığı baş verəndə istifadə olunur. 
Boranı:Tərkibində  kalium,kalsium,maqnezium,dəmir, 
şəkər,S,B
1
,B
2
,PP  vitaminləri,karotin,zülal  və  s.  vardır,vərəmə 
qarşı  yaxşı  vasitədir.Tumundan  qarın  qurdunu  salmaq  üçün 

 
99 
istifadə  olunur.Boranı  əsasən,ürək,böyrək,piylənmə,hipertoni- 
ya,qəbzlik  xəstəliklərinə qarşı səmərəli vasitədir. 
Qarpız:Tərkibində  S,  PP,  B
1
,  B
2
  vitaminləri,karotin, 
pektin,kalium,karbohidrat  zəngindir.Böyrək,ürək-damar(o  cüm 
-lədən,hipertoniya)  xəstəlikləri  vaxtı  istifadə  olunur,orqaniz-
mdən zəhərli maddələri çıxaran gözəl vasitədir. 
Yemiş:Tərkibində  13  faiz  şəkər,bolluca  S,PP  vitamin-
ləri,karotin,dəmir  var.Qəbzlik,ateroskleroz,babasil,ürək-damar 
və  qan  xəstəliklərinin  müalicəsində  istifadə  olunur.Xatırla-
dırıq:yemişi  bütün  hallarda  ayrıca  qida  kimi  qəbul  etmək 
lazımdır. O, bir saatdan tez həzmə getmir. 
 
 QİDALANMAĞIN  20  ŞƏRTİ 
 
Sağlam  qidalanmaq  qaydalarının  ən  ümdə  tələbi-papi-
rosu  və  spirtli  içkiləri  rasiondan  çıxartmaqdır.Yalnız  bundan 
sonra  digər  qaydalar  haqqında  danışmağına  dəyər.Onlar 
aşağıdakılardır. 
1.Hər gün 2-3 litr çiy su içməyə vərdiş edin.Diqqət! Bir 
ay yarım  müddətində hər  yarım saatdan bir 30 q çiy su  içmək 
gözəl müalicə metodu sayılır . 
2.Heç  vaxt  canınız  ağrıyarkən,zehni  və  fiziki  halsızlıq 
şəraitində,yorğun  və  hirsli  halda,təlatüm  içində  və  qızdırma 
yüksək  olanda  qida  qəbul  etməyin.Bundansa  qidadan  imtina 
etmək  faydalıdır.Xatırladırıq:  şüursuz    saydığımız  heyvanlar 
halsız olanda,xəstələnəndə qidadan imtina edirlər. 
3.Yalnız aclıq hiss edəndə yeyin.Yeməyə 10-15 dəqiqə 
qalmış  200  q  çiy  suyu  ilıq  şəkildə  qurtum-qurtum  için.Bunu 
həyat normasına çevirin.. 
   
4.Yemək  vaxtı  və  yeməkdən  dərhal  sonra  su  içməyin. 
Çünki  su  10-15  dəqiqədən  sonra  mədəni  tərk  edir,özü  ilə 
bərabər  mədə  şirəsini  də  yuyub  aparır.Bu  da  həzmolmanı 
pozur.Suyu  və  şirəni  tüpürcəklə  islatmaq  üçün  onları  qurtum-
qurtum,  ağızda  saxlaya-saxlaya  için.Suyu  meyvələrdən  30 

 
100 
dəqiqə,nişastalı qidalardan 2 saat,zülallı qidalardan 4 saat sonra 
içmək faydalıdır. 
  
5.Soyuq  maye  içmək  və  soyuq  xörək  yemək  mədədə 
enzimlərin(həzmedici  şirələrin)  fəaliyyətini  dondurur.Mədə 
normal  hərarətə  çatana  qədər  enzim  ifraz  etmir  və  nəticədə 
mədə  divarı  zədələnir.Dondurma  yemək-mədənin  zərif  toxu-
ması üzərinə buz parçası qoymaq kimi bir şeydir. 
  
6.Çox isti çay içmək və çox isti xörək yemək də enzim-
lərin ifrazını dayandırır  və mədənin zədələnməsinə səbəb olur. 
7.Purin  maddələri  və  kofe,çay,şokolad,kakao,ekstraktiv 
ət  bulyonları,hisə  verilmiş  ətlər  toksik  təsirə  malikdir,mədədə 
yüksək dərəcədə sidik turşusu  yaradırlar.Rafinadlaşdırılmış şə-
kərdən  imtina  edin.Pulunuzu  bala,qurudulmuş  meyvələrə,şirin 
meyvələrə verin. 
8.Əsasən,çiy və təbii qidaları(meyvə,tərəvəz,şülul, tum-
lar,qoz,fındıq, püstə,badam və s.) yeyin. 
   
9.Xörəkləri  qarışdırmayın.Bir  neçə  növ  xörəyin  eyni 
vaxtda  qəbul  edilməsi-həzmolmanı  çətinləşdirir  və  qidaların 
çürüməsinə gətirib çıxarır.Müxtəlif qidaları eyni vaxtda yemək 
həm  orqanizmə  ziyandır,həm  də  cibə.Çünki  mədə  hər  qida 
növü  üçün  ayrıca  şirə  ayırır.Qidalar  qarışanda-bir  qida  növü  
həzm olunursa,digər növlər həzm olunmur,çürüyür,o biri qida-
ları da çürüdür.Yaxşı olar ki,səhər turş meyvə,günorta-nişasta, 
axşam zülal yeyəsiniz. 
10.Səhər yeməyini şirəli meyvələrdən başlayın. 2-3 qoz, 
yaxud 5-6 fındıq(badam) əlavə etmək də yerinə düşər.Meyvəni 
çiy,qabıqlı  və  tumları  ilə  bərabər  yemək  faydalıdır.Qış  vaxtı, 
çiy  meyvə  yoxdursa,  quru  meyvələrdən  gen-bol  istifadə  edə 
bilərsiniz.Bir  daha  yadınıza  salıram:konservləşdirilmiş,duza 
qoyulmuş  və  bişirilmiş  meyvələrin,tərəvəzin  cana  heç  bir 
faydası yoxdur,əksinə,həm cana,həm də cibə böyük ziyanı var. 
11.Gün  ərzində  ən  azı  bir  qab  tərəvəz  salatı  yemək 
lazımdır.Gündə 3 dəfə qida qəbul edirsinizsə,2 dəfə salat yeyin. 
Salatı 4-5 növ çiy tərəvəzdən hazırlayın.Onların hamısı fayda-

 
101 
lıdır,ən  çox  faydalısı  isə  kök,kələm,kahı,ispanax,kərəviz, 
şüyüd,xiyar,turp  və  yarpağı,göy  soğan,pomidor,çuğundur  və 
yarpağı,cəfəri,sarımsaqdır.Soğanın  çox  olması  zərərlidir.Göy 
soğana üstünlük versəniz daha çox fayda alarsınız. 
12.Təbii zülalların,yağlarin,vitaminlərin və mineral mad 
-dələrin  ən  etibarlı  daşıyıcısı  olan  qoz-fındıqdan,tumlardan 
müntəzəm istifadə edən şəxsin ətə-yağa ehtiyacı qalmır. 
13.Yağlardan mümkün qədər az istifadə edin.Yadda sax 
-layın:yağların  hamısı(kərə  yağı,bitki  yağı,qaymaq)  həzmol-
manı  yubadır,mədədə  və  bağırsaqda  çürümə  törədir.Evdar 
qadınların nəzərinə:xörəyə yağı yalnız xörək tam hazır olan-
da  çiy  şəkildə  əlavə  edin.Xörək  bişirərkən  qazana  1-2  qida 
növü tökün, onları mümkün qədər az qaynadın. 
14.Bişmiş  xörəkdən  imtina  edə  bilmirsinizsə,xörəklə 
bərabər  salat  yemək,təzə  şirələr,itburnu,xurma,moruq  və  qara 
qarağat  yarpaqlarından  dəmlənmiş  çay  içmək  məsləhətdir. 
Yadda saxlayın: çiy qida bişmiş xörəkdən 3 dəfə çox olmalıdır. 
15.Bütün  yeməkləri  mümkün  qədər  çox  çeynəmək  və 
ağız  şirəsi  ilə  yaxşı-yaxşı  islatmaq  lazımdır.Onda  qida  yaxşı 
həzm olunur,bu halda  orqanizm həzmolma prosesinə az enerji 
sərf edir.Bu da qəbul olunan qidanın həcmini və çəkisini 1,5-2 
dəfə azaltmağa və az qidadan daha çox fayda götürməyə imkan 
verir. Nəzərə alın:tüpürcək faydalı elementlərlə çox zəngindir. 
Nişi  kimi,P.Breqq  də  səhər  yeməyini  ixtisara  salmağı, 
gün ərzində 2 dəfə qidalanmağı məsləhət görürdü.Nişi yazır ki, 
səhər çağı  qida qəbul  etmək vaxtı deyil, axşam yediyin qidanı 
həzm etmək vaxtıdır.Bu elə vaxtdır ki, bədən özünü təmizləyir. 
Yoğun  bağırsaq  axşam  qəbul  olunmuş  qidanı  həzm  etməyə 
təzəcə  girişdiyi  bir  vaxtda,oraya  yenidən  qida  göndərmək 
axmaqlıq və israfçılıqdır.Axmaq və israfçı olmayın!.. 
16.Orqanizmə  vaxtaşırı  istirahət  verin(buna  “sanitar 
saatı”,  “sanitar  gün”  deyirlər).Çünki  bağırsağın  divarlarında 
gün ərzində 3 kq-dan 25 kq-dək şlak (zir-zibil) toplanır. 

 
102 
17.Əgər  iradəniz  zəyifdirsə,nəfsinizə  qalib  gələ  bilmir-
sinizsə,orqanizmi  zəhərləyən  əti,yağı,yumurtanı,göbələkləri, 
pendiri,çörəyi,dənləri,paxlalı  bitkiləri  öz  süfrənizdən  çıxarda 
bilmirsinizsə, onları tərəvəzlərə əlavə kimi qəbul edin. 
18.Çox yeməyə can atmayın:çox yemək orqanizm üçün 
lüzumsuz  və  səmərəsiz  əlavə  zəhmət  və  ağır  yükdür.  Unutm-
ayın: çox yeyən az yaşayır, az yeyən-çox!.. 
19.Qidada  xörək  duzunun  miqdarını  azaldın.Ürək-
damar xəstəliyi zamanı ondan tamam imtina edin.Xörək duzun-
da  yalnız  2  mikroelement  var:xlor  və  natrium.Dəniz  duzunda 
isə  bunlar  64-dür,hamısı  da  orqanizm  üçün  çox  faydalıdır. 
Soğan,sarımsaq,  qıtıqotu(xren),turp(həm  kökü,həm  də  gövdəsi 
və yarpağı) xörək duzunu əvəz edə bilir. 
20.Həzmolma  yalnız  qida  “çələngi”  düzgün  tərtib  edil-
dikdə yaxşı gedir.Ona görə də bilməyimiz çox vacibdir:nəyi nə 
ilə  birlikdə  yemək  faydalıdır?Bu  sahədə  uzun  illər  tədqiqat 
aparan  və  qidaların  düzgün  uzlaşdırılması  təlimini  yaradan 
professor Herbert Şelton bunları məsləhət görür: 
-Heç  vaxt  bir  qidada  çox  cəmlənmiş  zülalı  bir  qidada 
çox  cəmlənmiş  karbohidratla  eyni  vaxtda  yeməyin.Yəni,qozu, 
əti,yumurtanı  və  digər  zülalla  zəngin  olan  qidaları  çörəklə, 
dənlərlə,kartofla,pirojnalarla,şirin meyvələrlə eyni vaxtda yemə 
-yin.Bir öynə yumurtanı,yaxud balığı,südü, pendiri yemək olar, 
başqa vaxtda - çörəyi, yaxud sıyığı, lapşanı. 
-Heç vaxt karbohidratlı qidanı turş qida ilə eyni vaxtda 
yeməyin.Yəni:çörəyi,kartofu,noxudu,paxlalı  bitkiləri,bananı  və  
xurmanı pamidor, limon,portaqal,kivi,narıngi,feyxoa,ananas və 
digər turş meyvələrlə eyni vaxtda yemək düzgün deyil. 
-Heç  vaxt  tərkibində  çoxlu  zülal  cəmləşən  iki  qidanı 
eyni  vaxtda  yeməyin.  Çünki  onlar  müxtəlif  həzmetmə  şirəsi 
tələb  edirlər.Mədə  isə  həmin  şirələrin  hamısını  eyni  vaxtda 
ifraz  edə  bilmir.Nəticədə,  qida  növlərindən  yalnız  biri  həzmə 
gedir,qalanları  həzm  olunmamış  kütlə  şəkilində  bağırsağa 
ötürülür.Orada  yanıb  faydalı  maddəyə  çevrilmək  və  qana 

 
103 
sorulmaq  əvəzinə,çürüyür,qanı  zəhərləyir,bağırsağın  divarla-
rına yapışıb qalır,onun funksiyasını pozur,müxtəlif bakteriyalar 
və  mikroblar  üçün  gözəl  yem  bazası  yaradır.Yaxşı  qidalanan 
bu  mikrocanlılar  sürətlə  artıb  törəyir  və  qanımızı  zəhərləyir. 
Xəstələnirik,tez  qocajırıq  və  tez  ölürük..Odur  ki,bir  dəfə  bir 
zülallı, başqa bir vaxt o biri zülallı qidanı qəbul etmək lazımdır. 
  
-Heç  vaxt  yağları  zülalla  eyni  vaxtda  yeməyin.Yəni: 
qaymağı,kərə  yağı,  smetanı,bitki  yağını  ətlə,yumurta  ilə, 
pendirlə,qoz-fındıqla  və  digər  zülallarla  bir  vaxtda  yemək 
olmaz:onlarla bir vaxtda yeyilən yağlar mədə vəzilərinin fəaliy 
-yətini məhdudlaşdırır və mədə şirəsi ifraz etməyə mane olur. 
  
-Heç  vaxt  turş  meyvələri  zülalla  eyni  vaxtda  yeməyin. 
Yəni portağalı,limonu,narıngini,feyxoanı,kivini,turş almanı,turş 
gavalını,pomidoru,ananası,albalını ətlə,pendirlə,qozla, yumurta 
və s. ilə eyni vaxtda yemək zərərlidir. 
Yadda  saxlayın:qida  qarşığı  nə  qədər  azdırsa,  həzm-
olma prosesi bir o qədər yaxşı gedir,qanımız bir o qədər təmiz, 
orqanizmimiz  bir  o  qədər  sağlam  olur.Qidaları  ayrı-ayrı  vaxt-
larda yemək iqtisadi cəhətdən çox  sərfəlidir:orqanizm az qida-
dan  daha  çox  enerji  və  həyat  gücü  ala  bilir,ərzağa  az  pul 
xərclənir,  ən  başlıcası  isə  biz  xəstələnmirik,  dərmana,həkimə, 
pirlərə,dələduz  “şəfaverənlərə”  pul  xərcləmirik.Həm  də  iş 
qabiliyyətiniz və qazanmaq imkanınız yüksək olur. 
  
-Heç  vaxt  nişastalı  qidaları  şəkərlə  eyni  vaxtda  qəbul 
etməyin.Yəni:cemlər,meyvə,kərə  yağı,şəkər,sirop  və  s.  sıyıqla, 
kartofla  yola  getməz.Yaxud  da  şəkəri  dənli  bitkilərlə  eyni 
vaxtda qəbul etmək olmaz;çürümə baş verər.Tort,konfet, piroj-
na ilə müşayət edilən şənliklər,əksər hallarda,qusmaqla, zəhər-
lənməklə  və  müxtəlif  fəsadlarla  bitir.  Belə  qidalar  uşağa  daha 
pis təsir edir. 
  
-Nişasta  ilə  zəngin  olan  qidaları  ayrıca  yeyin.İki  nişas-
talı  qida  növündən  eyni  vaxtda  istifadə  olunanda(məsələn, 
kartofla,yaxud sıyıqla çörək yeyiləndə) biri həzm olunur,o biri 
ağır  yük  kimi  yığılıb  mədədə  qalır,yoğun  bağırsağa  keçmir, 

 
104 
qidaların  həzminə  maneçilik  törədir,onları  da  çürüdür.Mədədə 
turşuluq artır,gəyirmə başlayır və digər fəsadlar baş verir. 
Bəs  əti  çörəklə  yeyəndə  nə  baş  verir?  Bilmək  lazımdır 
ki,  mədəyə  zülal  daxil  olarkən  mədə-bağırsaq  traktı  turş  şirə 
buraxır  və  nişastanın  həzmi  dərhal  dayanır.Şelton  yazırdı: 
“Nişastaların  və  zülalların  ilk  həzmolma  prosesi  müxtəlif 
kimyəvi  maddələr  mühitində  gedir:  nişasta-qələvi  mühiti 
tələb edir, zülal isə-turşu mühiti ”. 
          - Qovunu həmişə ayrıca yemək lazımdır. 
          - Südü qatığa,süzməyə, ayrana, şora, pendirə çevirdikdən 
sonra ayrıca qəbul etmək nisbətən az fəsad verir.Çünki süddəki 
yağ  müəyyən  müddət  ərzində  mədə  şirəsi  ifrazına  mane  olur. 
Odur  ki,süd  mədədə  deyil,12  barmaq  bağırsağında  həzm  olu-
nur.Mədə  südə qarşı  heç bir reaksiya  vermir və  şirə  buraxmır, 
Onununla bir vaxtda qəbul olunan  qidalar da həzm olunmur. 
Düzgün  qidalanma  qaydasının  ən  ümdə  vəzifəsi-on  iki 
barmaq bağırsağında qidaların  çürüyərək  zəhərli  maddələrə 
parçalanmasının  qarşısını  almaqdır.Buna nail olan hər kəs- 
ən  ulu  məqsədə  çatır:sağlam  və  gümrah  yaşayır,mənən  və 
ruhən güclü,təmkinli, gülərüz,nikbin, xoşrəftar, xeyirxah olur. 
Təkrar  edirəm:gündəlik  qidanın  canını  çiy  meyvə  və 
tərəvəz təşkil etməlidir.Əgər köhnə vərdişlərdən əl çəkə bilmir-
sinizsə,onda  yediyiniz  qidanın  dörddə  üçünü  çiy  meyvə  və 
tərəvəz  təşkil  etməlidir.Əks  halda,xəstəlik  yaxanızdan  əl 
götürən deyil,gününüz ahu-zarla keçəcək,qazandığınızı dərma-
na xərcləməli olacaqsınız,həkimlərin daimi “kliyentinə” çevrilə 
-cəksiniz,dələduz adamlar sizi inək kimi sağacaqlar.  
Tərəvəzə  duz  vurmaq,meyvə  və  tərəvəzi  bişirmək  -
vitaminləri  və  mikroelementləri  məhv  etmək  deməkdir.Salata 
bitki  yağı,smetan,mayanez  qatmaq-zərərli  vərdişdir.Salatın 
üstünə bir qədər tərəvəz şirəsi tökmək çox faydalıdır. 
Yadda  saxlayın:qidadan  həzz  almaq  bir  şeydir, 
fayda  almaq-tamam  başqa  şey.  Dadlı  qida-faydasız,hətta, 
zərərli də ola bilər. Çox vaxt məhz belə də olur. Qidanı həzz 

 
105 
almaq,  “kef  çəkmək”  naminə,özü  də  bol-bol  yeyən  adam 
sağlam  ola  bilməz.Nişinin  elmi  əsaslarla  əsaslandırdığı  bu 
fikiri  vaxtilə  Məhəmməd  Peyqəmbər  də  deyib,İbn  Sina  da, 
Nizami də,Sədi də,digər işıqlı dühalar da. “Qida və sağlamlıq” 
konteksti  baxımından  Peyğəmbərimizlə  həkimin  dialoqu 
ibrətamizdir.Əcəm  hökmüdarı  tərəfindən  Peyqəmbərin  hüzu-
runa  göndərilmiş  həkim  ona  şikayət  edir:xeyli  vaxtdır  bura 
gəlmişəm,amma,nədənsə,mənə  müraciət  etmirlər.Yəqin,mənə 
inanmırlar.Cavabında  Həzrəti    Məhəmməd      buyurub:“Bizim 
camaatın  bir  yaxşı  adəti  var:acmamış  yeməzlər,süfrədən  də 
doymamış çəkilərlər.Ona görə də təbibə ehtiyac duymurlar”. 
Nizaminin müdrikliyinə və ensiklopedik biliyinə dəlalət 
edən “bir inci saflığı varsa da suda,artıq içiləndə dərd verir 
o  da”  misraları  çoxdan  zərbül-məsələ  çevrilib.Dahi  Nizami 
təkcə  “nə  qədər  yemək”  sualına  deyil,  həm  də    “nə  yemək  ” 
sualına cavab verib: 
                
                              Yeməkdə əsasdır cana nuş olmaq,  
                              Onun dadına yox, faydasına bax. 
 
Loğman  müdrikliyi  ilə  qidanın  dadını  yox,faydasını 
əsas  götürməyi  məsləhət  görən  şair  daha  bir  vacib  məsələyə  
toxunub: 
 
                              Yağlıdan, yavandan elə ye ki, sən, 
                              Onu asanlıqla həzmə verəsən. 
 
Bəli,  həzmə  getməyən  qida  -  sağlamlığa  xidmət  etmir, 
sağlamlığın  düşməninə  çevrilir.Artıq  yeməyin  zərərini  müdrik 
şair Sədi Şirazi də görüb: 
 
                               Gülşəkər ziyandır- çox yesən əgər
                               Az yesən- küt çörək olar gülşəkər. 
 

 
106 
Maraqlıdır  ki,müxtəlif  əsrlərdə  ayrı-ayrı  müdriklər 
tərəfindən  söylənmiş  qədim  fikirlər  müasir  naturopat  dieto-
loqlar  tərəfindən  tərtib  olunmuş  qidalanma  qaydaları  ilə  tam 
üst-üstə  düşür.Yeri  gəlmişkən,müdrik  peyqəmbərimizin  hələ 
Y11  əsrdə  dediyi  dahiyanə  fikiri  bir  daha  yadınıza  salmaq 
istəyirəm:”Bütün  fəsadların  yuvası-mədədir,bütün  dərdlə-
rin  çarəsi  pəhrizdir”.Bu  dəyərli  fikri  d-r  Pol  Breqq  başqa 
formada  təkrarlayıb:”Biz-nə  yeyiriksə,oyuq”.Yəni,təbii  qida 
yeyiriksə-sağlamıq,çürük qida yeyiriksə-xəstəyik. 
 
MENYU FƏRDI OLMALIDIR 
 
Hər  birimiz  öz  təcrübəsindən  bilir:məsləhət  vermək 
asandır,onu yerinə yetirmək isə çox çətindir.Mən də başa düşü-
rəm:yaşlı  adam  xörəklərin  şahı  saydığı  plovdan,ağzını  dada-
tama  gətirən  kababdan,bayram  süfrəsini  bəzəyən  şirin  paxla-
vadan,tortdan,şəkərboradan  öz  xoşuna  əl  götürən  deyil.Buna 
hər  kişinin  hünəri  çatmaz!..Bu,acı  da  olsa,şirin  də  olsa,  real-
lıqdır və biz onu nəzərə almaq zorundayıq.Fəqət nəzərə alınası 
başqa bir reallıq da var:biz məhz həmin dadlı,ləziz qidaları,yəni 
tərkibində faydalı elementlər qalmayan “ölü” qidaları uzun illər 
yediyimiz üçün “çarəsiz” dərdlərə mübtəla olmuşuq və bu gün 
də,nəfsimizə qalib gəlib,o zərərli(amma çox dalı!) qidalardan əl 
çəkə  bilmədiyimiz  üçün  sağalmırıq.Sağalmırıq  və  günahı  da 
yazıq  həkimin  qıldan  nazik  boynuna  yıxırıq.Halbuki  vicdanlı 
həkim  sənə  hər  dəfə  deyir:”Yeməyinə  fikir  ver-yağlı  xörəklər 
yemə,çoxlu  meyvə-tərəvəz  ye”.Sən  isə  həkimə  “baş  üstə” 
desən  də,içində  bilirsən  ki,nəfsin  qabağında  duruş  gətirə 
bilmiyəcəksən,yenə də səni zəka yox,sağlam məntiq yox,gödən 
idarə  edəcək.Gödən  isə  həmişə  qidada  fayda  yox,ləzzət 
axtarıb.Çünki  bizi  sevən,sevdiyi  üçün  də  zəhərləyən  (acı 
təzaddır!) əziz anlarımız gödəni o cür tərbiyə edib.Bu da real-
lıqdır,əziz  oxucum.Ən  böyük  reallıq  isə  bundan  ibarətdir: 
Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin